Məhkəmə qərarları › İş №2(3-10)-200/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-200/2026

09.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-200/2026 09.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı «xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı nəqliyyat vasitəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: “nəqliyyat vasitəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və dəymiş zərərin ödənilməsi” tələbi, qüvvə) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi nümayəndə2, cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı «xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı nəqliyyat vasitəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı nəqliyyat vasitəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq cəmiyyətə məxsus olan 7000,0 manat dəyərində «Qaz-53 Yük » markalı ** AD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin (buraxılış ili 1992-ci il, rəngi mavi, M-372-11 n/ş, furqon tipli, özüboşaldan) geri alınması, o cümlədən avtomaşın iki il müddətində istifadə olunmadığına görə 4800,0 manat məbləğində əldə çıxan fayda, 150,0 manat dövlət rüsumu və 300,0 manat hüquqi xidmət haqqı alınıb cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Sumqayt şəhərində yaşayır və “xxxx” ASC-nin səhmdarıdır. 2021-ci ildə mülkiyyətində olan Qəbələ rayonu Dandıq kəndində 30,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin idarə olunmasını Cavabdeh tapşıraraq ərazinin daş-kəsəkdən təmizlənməsi və orda işləyənlərin daşınması məqsədilə cəmiyyətə məxsus olan buraxılış ili 1992-ci il, rəngi mavi, M-372-11 n/ş, «Qaz-53 Yük » markalı ** AD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini( buraxılış ili 1992-ci il, rəngi mavi, M-372-11 n/ş, furqon tipli, özüboşaldan ) Cavabdeh vermişdir. Cavabdeh avtomaşını təhvil alaraq üç il müddətində ona tapşırılan vəzifələrin yerinə yetirilməsi məqsədilə istifadə etmiş, işlər yekunlaşdıqdan sonra Qəbələ rayonu Mıxlıqovaq kəndinə apararaq həyətində saxlamış, cəmiyyətə təhvil verməsi tələb olunduqda isə imtina edərək nəqliyyat vasitəsini gizlətmişdir. “xxxx” ASC-nin iki il müddətində əmlakından istifadə edə bilməməsi ilə əlaqədar 4800,0 manat məbləğində gəlirlərdən məhrum olmuş və əmlak hüququnun bərpa olunması məqsədilə 150,0 manat dövlət rüsumu və 300,0 manat hüquqi xidmət haqqı ödəyərək məhkəmədə iddia qaldırmışdır. Ona görə də, 7000,0 manat dəyərində «Qaz-53 Yük » markalı ** AD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi (buraxılış ili 1992ci il, rəngi mavi, M-372-11 n/ş, furqon tipli, özüboşaldan) Cavabdeh geri alınması, o cümlədən avtomaşın iki il müddətində istifadə olunmadığına görə 4800,0 manat məbləğində əldə çıxan fayda, 150,0 manat dövlət rüsumu və 300,0 manat hüquqi xidmət haqqı alınıb cəmiyyətin xeyrinə ödənilməlidir.

3. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddianın qismən təmin edilməsi, iddiaçı “xxxx” ASC-yə məxsus olan 7000,0 (yeddi min) manat dəyərində 1 ədəd «Qaz-53 Yük» markalı ** AD *** dövlət nömrə nişanlı avtomaşın ( buraxılış ili 1992-ci il, rəngi mavi, M-372-11 n/ş, furqon tipli, özüboşaldan) cavabdeh Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq cəmiyyətə təhvil verilməsi, cavabdeh Cavabdeh 90,0 ( doxsan) manat dövlət rüsumunun və 300,0 (üç yüz) manat hüquqi xidmət haqqının tutulub iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasına, «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 161, 162, 164.1 və 164.2-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işdə olan X14 şəhadətnaməsinin surətinə əsasən «Qaz-53 Yük» markalı ** AD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi (buraxılış ili 1992-ci il, rəngi mavi, M372-11 n/ş, furqon tipli, özüboşaldan) ##.##.2000-ci il tarixdə “xxxx” ASC-nin adına qeydiyyata alınmışdır. Işdə olan ##.##.2021-ci il tarixli ƏN-İ****** nömrəli Etibarnamənin surətinə əsasən nümayəndə1 özünə məxsus olan Qəbələ rayonu Dandıq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin idarə olunmasını ##.##.2023-cü il tarixinədək olan 2 il müddətində Cavabdeh həvalə etmişdir. Işdə olan Qəbələ RPŞ-nin icraat materiallarına əsasən nümayəndə1 şikayəti əsasında aparılan araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, 2021-ci ildə nümayəndə1 məxsus olan Qəbələ rayonu Dandıq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində işləyərək «Qaz-53 Yük » markalı avtomaşınla təmin edilmişdir. Işlər yekunlaşdıqdan sonra avtomaşın nümayəndə1 tərəfindən təhvil alınmış və aparılmışdır. Işdə olan QAZ-53-Azərbaycan-Turbo.Az saytının məlumatına əsasən buraxılış ili 1992-ci il olan 321411 km yürüşlü «Qaz-53 Yük» markalı avtomaşın 7000,0 manat məbləğində qiymətləndirilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qəbələ rayon Məhkəməsinin hakimi Ülvi Qənbərov ##.##.2025-ci il tarixdə keçiriləcək məhkəmə baxışında iştirak etmək üçün cavabdehə 14.10.25-ci il tarixli bildirişi sifarişli poçt göndərişi (məktubu) ilə göndərmişdir. Həmin bildiriş məhkəməyə qaytarılmalı olan qəbzə və ya bildirişin kötüyünə imza etdirilməklə, rabitə orqanı tərəfindən cavabdehə şəxsən verilməli idi, və ya məhkəmə bildirişin çatdırılması vəzifəsi üzərinə düşən şəxs cavabdehi onun yaşadığı yer üzrə tapmadıqda, həmin bildirişi cavabdehlə ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda Mıxlıqovaq kənd üzrə icra nümayəndəliyinə, Mıxlıqovaq kənd üzrə bələdiyyəsinin sədrinə verilməli idi. Cavabdehin əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya bildirişin kötüyündə öz soyadını, adını, atasının adını, cavabdehlə münasibətini göstərməli və imkan olan kimi məhkəmə sənədlərini cavabdehə verməli idi. Lakin cavabdeh Cavabdeh həmin bildirişi şəxsən və ya nümayndənin vasitəsilə və ya diqər qaydada təhvil almamış və bu cəbəbdən keçirilən iclas barədə məlumatı olmadığından həmin iclasda iştirak edə bilməmişdir. Bundan sonra hakim Ülvi Qənbərov 11.12.202025-ci il tarixdə keçiriləcək məhkəmə baxışında iştirak etmək üçün 14.11.25-ci il tarixdə cavabdehin təqdim etdiyi mobil telefon nömrəsinə məhkəmə iclası haqqında məlumat göndərmişdir. Lakin naməlum səbəbdən həmin məlumat cavabdehin telefonuna çatdırılmamışdır və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmişdir və bu səbəbdən də o, həmin iclasda iştirak edə bilməmişdir. Məhkəmə heç bir sübutlara istinad etmədən iddiaçı “xxxx” ASC tərəfindən avtomobilin digər şəxsin sahibliyinə verilməsi ılə baglı hec bir müqavilə olmadan, həmin nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə cavabdehə verilmədən, bu avtomobilin cababdehə verilməsini təsdiq edən təhvil aktı mövcud olmadan, nəqliyyat vasitəsinin beş il ərzində Qəbələ rayon ərazisində istifadə olunmasını təsdiq edən Qəbələ rayon PŞ-nin DYPB-də qeydiyyatda olub-olması barədə arayış alınmadan, ASC-yə məxsus olmayan nümayəndə1 Cavanşır oğlunun şəxsi mülkiyyətində olan torpaq sahəsinə bu avtomobilin hansı əsaslarla sonuncu tərəfindən ASC-dən gətirilib hansı məgsədlə və əsaslarla istifadə olunduğu araşdırmadan və sair işin həlli üçün əhəmiyyətli olan halları araşdırmadan, bu avtomobilin nümayəndə1 tərəfindən cavabdeh Cavabdeh istifadəsinə verilməsini təsdiq edən heç bir sənədin təqdim olunmamasına baxmayaraq, həmin avtomobilin 2021-ci ildə nümayəndə1 tərəfindən sürücülük hüququ olmayan və nəqliyyat vasitəsini idarə edə bilməyən cavabdeh Cavabdeh təhvil verməsi, bu nəgliyyat vasitəsinin Cavabdeh tərəfindən 2023-cü ilədək idarə olunmasını, avtomobili ASC-yə qaytarmamasını və hər hansı bir başqa şəxsə təhvil verməməsi barədə səhv nəticəyə gəlməklə, həmçinin məhkəmə baxışlarında cavabdehin iştirakını təmin etmədən tam əsassız olaraq “xxxx” ASC-nin iddia tələbini qismən təmin etmişdir. Məhkəmə heç bir hüquq normalarına əsaslanmadan işdə olan ##.##.2012-ci il tarixli ƏN- İ****** nömrəli etibarnamənin surətinə əsasən nümayəndə1 Cavanşır oğlunun özünə məxsus olan Qəbələ rayonu Dandıq kəndində yerləşən kənd təsərrüfatlı təyinatli torpaq sahəsinin idarə olunmasını ##.##.2023-cü il tarixinadək olan 2 il müddətində Cavabdeh həvalə etməsi kimi səhvən qiymətləndirmişdir. Cavabdeh Cavabdeh məhkəməyə təqdim etdiyi ##.##.2012-ci il tarixli ƏN-İ****** nömrəli etibarnamənin əslindən göründüyü kimi, nümayəndə1 Cavanşır oğlu etibarnamə üzrə Cavabdeh Qəbələ rayonun Nic və Dandıq kənd ərazisində adına olan torpaq sahələrinə dair Azərbaycvan Respublikasının bütün dövlət, qeyri-dövlət idarə və təşkilatlarında və digər dövlət strukturlarında, prokurorluglarda, istintag orqanlarında, DIN-nin organlarında, polis idarələrində, ictimai təşkilatlarda, icra hakimiyyəti orqanlarında, Icra şöbələrində, bələdiyyə orqanlarında, vergi organlarında, Azərbaycan Respublikası FHN-də, digər nazirliklərdə, Azərbaycan Respublikası ƏMDK-nin DƏMDRXnin müvafiq ərazi Idarəsində, Asan xidmət mərkəzində, o cümlədən fiziki və hüquqi şəxslər qarşısında və digər aidiyyatı orqanlarında onun nümayəndəsi olmağı, sənədləşmə işləri aparmağı, sənədləri və arayışları təqdim etməyi və almağı, zəruri sənədlərin alınması ilə bağlı dövlət, qeyri dövlət və hüquq mühafizə orqanlarında ərizələrin verilməsi, ərizədə imza etməyi, və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi,o cümlədən hüquqlarının müdafiə etməsi kimi səlahiyyətlər vermişdir. Qeyd etmək lazımdır ki, həmin etibarnamədə “xxxx” ASC-yə məxsus “QAZ-53 yük” markalı ** AD *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini istifadə və idarə etməyə dair sərəncam vermə hüququ nəzərdə tutan səlahiyyət nəzərdə tutulmamışdır, həmçinin bu nəqliyyat vasitəsini sürmək hüququnun həyata keçirilməsi ilə baglı heç bir səlahiyyətlər verilməmişdir. Həmçinin avtomobil üzərində hansı bir səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı notarial forma tələb edən notariat qaydasında təsdiqlənmiş başqa etibarnamə, tapşırıq müqaviləsi də mövcud deyil. Həmin avtomobilin cavabdeh Cavabdeh əmlakın kirayəsi müqaviləsi, əvəzsiz istifadə müqaviləsi, tapşırıq müqaviləsi əsasındə istifadəsi üçün təhvil verilməsi ılə baglı heç bir sübutla təsdiq olunmur. Beləliklə də, qeyd etmək lazımdır ki, işin materiallarından cavabdeh Cavabdeh nəgliyyat vasitəsini idarə etmək hüququ, ümumiyyətlə avtomobili idarə bilmədiyi halda “xxxx” ASC-yə məxsus “QAZ-53 yük” markalı ** AD *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini heç vaxt sürməmişdir və ya o, həmin əşya üzərində vasitəsiz sahiblik hüququ da heç vaxt həyata keçirməmiş, həmçinin hüquqi əsas və ya müqavilə olmadan da, iddiaçının hesabına həmin avtomobili əldə etməmiş və əsassız varlanmamışdır. Bildirmək lazımdır ki, cavabdeh Cavabdeh iddiaçının nümayəndəsi olan nümayəndə1 Cavanşır oğlu ilə 2021-ci ilin əvvəllərində Qəbələ rayonunda tanış olmuşdur. nümayəndə1 cavabdehə özünün şəxsi mülkiyyətində olan Dandıq kəndində 3 hektar ərazisində yerləşən kənd təsərrüfat təyinatlı torpaqda qoz, şabalıd, alma və sair ağacların əkilib becərməsi ilə bağlı işlərin həyata keçirilməsini xahiş etmişdir. Görülmüş işlərin müqabilində iddiaçı ona hər ay 400 manat əmək haqqının verməsini söz vermişdir. Bundan sonra nümayəndə1 həmin ərazinin kollardan və daşlardan təmizlənməsinə dair və orada müxtəlif növ ağacların əkilib becərilməsi ilə bağlı cavabdehə heç bir rəsmi tapşırıq verməyərək və həmin işlərin görülməsi ilə bağlı cavabdehlə heç bir mülki hüquq müqaviləsini və ya əmək müqaviləsi bağlamayaraq hec bir qanuni əsas olmadan cavabdehə həmin mülkiyyətində olan ərazidə qeyd olunan işləri gördürmüşdür. Cavabdeh onunla eyni hüquqi vəziyyətdə olan, nümayəndə1 şifahi göstərişi ilə həmin yerdə çalışan digər işçi Mixlıqovaq kənd sakini X1 (tel. *** *** ** **) ilə birlikdə bu ərazinin kollardan və daşlardan təmizlədikdən sonra orada qoz, şabalıd, alma və sair ağacların əkilib becərməsi ilə 18 ay müddət ərzində məşğul olmuşlar. nümayəndə1 cavabdehi və digər işçi Elnur Əzizovu aldadaraq şifahi qaydada aralarında razılaşdığı maaşları onlara tam ödəməmiş və müxtəlif bəhanələrlə bu maaşların onlara ödəməkdən yayınmışdır. Cavabdeh nümayəndə1 pulunu təkidlə istədikdə, sonuncu maaş borcunu ona verməkdən imtina edərək cavabdehə cəmi 3.000 manat borclu qalmışdır. Bu səbəbdən də, cavabdeh nümayəndə1 əmək haqqını ala bilmədiyi üçün həmin bağa qulluq etməyi dayandırmışdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, nümayəndə1 Cavanşır oğlu 2021-ci ilin axırlarında gözlərindən cərrahi əməliyyat etdiyi üçün səhhət vəziyyətinin pislənməsi ilə bağlı Cavabdeh polisdə, prokurorluqda və digər dövlət orqanlarında onunnümayəndəsi olmağı, sənədləşmə işləri aparmağı, sənədləri və arayışları təqdim etməyi və almağı, zəruri sənədlərin alınması ilə bağlı ərizələrin verilməsi, ərizədə imza etməyi, və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi,o cümlədən hüquqlarının müdafiə etməsini xahiş etmişdir və bunula bağlı ona eibarnamə vermişdir. Cavabdeh həmin etibarnaməni heç bir yerə təqdim etməmişdir. Həmin etibarnamədə qeyd olunan torpaq sahəsində ərazinin təmizlik və abadlaşdırılması işlərinin aparılması ilə bağlı, həmin ərazidə müxtəlif növ ağacların əkilib becərilməsi ilə bağlı cavabdehə heç bir tapşırıq verilməmişdir həmçinin iddiaçı və cavabdeh aralarında həmin işlərin görülməsi ilə bağlı heç bir mülki hüquq müqaviləsi və ya əmək müqaviləsi bağlanmamışdır. Əlavə qeyd etmək lazımdır ki, nümayəndə1 Cavanşır oğlu 2021-ci ilin axırlarında yuxarıda qeyd olunan torpaq sahəşinə üzərində dövlət qeydiyyat nömrə nişanı olmayan nasaz vəziyyətdə olan “Qaz-53” markalı yük avtomobili yedəkdə gətirərək avtomobili açıq sahədə saxlamışdır. nümayəndə1 avtomobili təmir edib işlək vəziyytə gətirdikdən sonra həmin ərazini kollardan, zibildən və sair təmizləmək üçün istifadə etməkdən ötrü gətirmişdir. Iddiaçı həmin avtomobilin sürməsini cavabdehə təklif etmişdir. Cavabdeh Cavabdeh sürücülük hüququnun olmamasını və ümumiyyətlə avtomobil idarə edə bilməməsini iddiaçiya bildirdikdən sonra iddiaçı həmin avtomobili sürmək üçün Mixlıqovaq kənd sakini X2 tapşırmışdır. X4 bu avtomobili təmir etdikdən sonra həmin avtomobil bağda cəmi 15 gün müddət ərzində sürmüşdür, sonra avtomobilin mühərriki dağılmlş və heç kim tərəfinən təmir olunmayan avtomobil qeyri-işlək vəziyyətdə həmin bağin ərazidə qalmışdır. Bundan sonra 2023-cü ilin ortalarında nümayəndə1, Qəbələ rayonun Tikanlı kəndində yaşayan qardaşıX11 oğlu ilə birlikdə həmin qeyri-işlək vəziyyətdə olan avtomobli yedəklə başqa bir avtomobilə qoşaraq naməlum istiqamətində aparmışlar. Bundan sonra cavabdeh bu avtomobibli bir daha görməmişdir. Yuxarıda qeyd olunan kimi maaş almadığı üçün cavabdeh bağ sahəsində əkib becərdiyi ağaçlara qulluq etməyini qurtarmış və bir dahahəmin sahəyə gəlməmişdir O, iddiaçıdan əmək haqqının qalan hissəsini istədikdə sonuncu onu şərləyib polis vasitəsi ilə həbs etdirəcəiyini bildirmiş və bu səbəbdən də o, iddiaçıdan qorxduğu üçün bunula bağlı heç bir yerə şikayət etməmişdir. Belə ki, o, iddiaçının bu əsassız şər xarakterli iddia ilə məhkəməyə müraiət etdiyini fikirləşir. Həmçinin o, yuxarıda qeyd olunan bağ sahəsinin “xxxx” ASC-yə heç bir aidiyyəti olmadığını, həmin daşınmaz əmlakın iddiaçının xüsusi mülkiyyətində olduğunu və iddiaçı tərəfindən bu bağda saxlanılan ASCyə məxsus olan avtomobilin üzərində heç bir dövlət qeydiyyat nömrə nişanların olmadığını göstərmişdir. Qeyd edir ki, birinci instansiya məhkəməsi tətbiq edılməli olan Mülki Məcəlləsinin 6.2., 14.2.,159, 163-1, 362.1, 362.2.2, 363, 389., 393.və 777.2 -ci maddələrində göstərilən maddi hüquq normaları pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə bu maddi hüquq normalarındakı hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan normaları tətbiq etməmiş və qanunu səhv təfsir etmişdir. Bu da düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğu üçün birinci instansiya məhkəməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar kimi qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəlləsinin 6.2.-ci maddəsində mülki qanunvericiliyin prinsipi kimi göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Belə ki, Mülki Məcəlləsinin 14.2.1.-ci maddəsində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsas kimi, göstərilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Mülki Məcəlləsinin 159-ci maddəsində göstərilmişdir ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Bu Məcəllənin 163.1-cü maddəsində göstərilmişdir ki, sahiblik əşyanın özünün verilməsi ilə verilir Belə ki, Mülki Məcəlləsinin 362.1-ci maddəsində göstərilmişdir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Məcəllənin 362.2.-ci maddəsində göstərilmişdir ki, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Məcəllənin 363.-ci maddəsində göstərilmişdir ki, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Mülki Məcəlləsinin 389.1-cu maddəsində müqavilə anlayışı göstərilmişdir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasımüqavilə sayılır. Mülki Məcəlləsinin 393-cu maddəsində əmlakın verilməsi barədə müqavilə anlayışı kimi göstərilmişdir ki, tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə... digər tərəfə verməyii öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Bu Məcəllənin 777.2-ci maddəsinə əsasəntapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Qeyd edir ki, birinci instansiya məhkəməsi tətbiq edılməli olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin prosessual hüquq normalarını da pozaraq, düzgün tətbiq etməmişdir. Mülki Prosessual Məcəlləsinin 1.3.cü maddəsinə əsasən mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsiçəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.; Məcəlləsinin 9.2.-cu maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edənvşəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə birbirlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.; Bu Məcəlləsinin 9.3.-cu maddəsinə əsasənhakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Mülki Prosessual Məcəlləsinin 14.1.-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işinhərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdimetdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 135.1.-ci maddəsinə əsasən ...məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Mülki Prosessual Məcəlləsinin 135.2.-ci maddəsinə əsasən məhkəməsənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Mülki Prosessual Məcəlləsinin 135.3.-ci maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Mülki Prosessual Məcəlləsinin 135.7.-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır.Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Qeyd etmək lazımdır ki, qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar göstərilmişdir: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Belə ki, Mülki Prosessual Məcəlləsinin 386-ci maddəsində göstərilmişdir ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmçinin Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsində göstərilmişdir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa; 387.3. Bu Məcəllənin 387.2.2-cu maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindənprosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Həmçinin Mülki Prosessual Məcəlləsinin 389-cu maddəsində göstərilmişdir ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 390-cı maddəsində göstərilmişdir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Bununla baglı qeyd edirəm ki, birinci instansiya məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar: həmin avtomobilin 2021-ci ildə nümayəndə1 Cavanşır oğlunun cavabdeh Cavabdeh müqavilə, etibarnamə və sair rəsmi və ya qeyri rəsmi əsaslarla saxlanılması üçün təhvil verməsi,yaxud da, cavabdeh Cavabdehun həmin avtomobili iddiaçının hesabına əldə etməsi və bununla da cavabdehin əsassız varlanmacı, bu avtomobilin cavabdeh Cavabdeh tərəfindən 2023-cü ilədək idarə edilməsi və sonuncunun avtomobili ASC-yə qaytarması və ya hansı bir digər şəxsə təhvil verilməsi, bu avtomobilin Cavabdeh qanunsuz sahibliyində olması kimi hallar məhkəmə tərəfindən sübut olunmadığı üçün məhkəmə qətnaməsində Cavabdeh cavabdeh tərəf kimi tanımaqla səhv nəticəyə gəlmişdir. Bütün qeyd etdikləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməsinin apellyasiya qaydasında ləğv olunmasına əsaslardır. Qeyd edir ki,birinci instansiya məhkəmə tərəfindən Qəbələ rayon Məhkəməsinin hakimi Ülvi Qənbərovun ## ###### 2025-ci il tarixli e*(***)-****/**** saylı qətnaməsi sifarişli poçt göndərişi (məktubu) ilə ## ###### 2026-cı il tarixdə çavabdeh Cavabdeh çatdırılmışdır. Məhkəmə iş üzrə cavabdeh qismində X3 və sahid qismində X2, X11 və X1 dindirməmişdir. Birinci instansiya məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar: həmin avtomobilin 2021-ci ildə nümayəndə1 Cavanşır oğlunun cavabdeh Cavabdeh müqavilə, etibarnamə və sair rəsmi və ya qeyri rəsmi əsaslarla saxlanılması üçün təhvil verməsi,yaxud da, cavabdeh Cavabdehun həmin avtomobili iddiaçının hesabına əldə etməsi və bununla da cavabdehin əsassız varlanması, bu avtomobilin cavabdeh Cavabdeh tərəfindən 2023cü ilədək idarə edilməsi və sonuncunun avtomobili ASC-yə qaytarması və ya hansı bir digər şəxsə təhvil verilməsi, bu avtomobilin Cavabdeh qanunsuz sahibliyində olması kimi hallar məhkəmə tərəfindən sübut olunmamışdır. Məhkəmə heç bir qanun normasına əsaslanmayaraq qətnaməsində Cavabdeh cavabdeh tərəf kimi tanımaqla səhv nəticəyə gəlmişdir.

8. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsini xahiş etdilər.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. 161-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

14. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və Insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə Insan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. "Insan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa Insan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun Isveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, “xxxx” ASC-yə məxsus olan «Qaz-53 Yük» markalı ** AD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi (buraxılış ili 1992-ci il, rəngi mavi, M-372-11 n/ş, furqon tipli, özüboşaldan) 2021-ci ildə nümayəndə1 iştirakı ilə Cavabdeh təhvil verilmiş və 2023-cü ilədək onun tərəfindən idarə edilmişdir. Həmin nəqliyyat vasitəsinin Cavabdeh tərəfindən “xxxx” ASC-yə qaytarılması və ya hər hansı bir başqa şəxsə təhvil verilməsi, o cümlədən “xxxx”ASC-nin iki il müddətində əmlakından istifadə edə bilməməsi ilə əlaqədar 4800,0 manat məbləğində gəlirlərdən məhrum olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, “xxxx” ASCyə məxsus olan 7000,0 manat dəyərində 1 ədəd «Qaz-53 Yük » markalı ** AD *** dövlət nömrə nişanlı avtomaşın (buraxılış ili 1992-ci il, rəngi mavi, M-372-11 n/ş, furqon tipli, özüboşaldan) cavabdeh Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq cəmiyyətə təhvil verilməlidir.

25. Apellyasiya şikayətində qeyd edilmiş 11.12.202025-ci il tarixdə keçiriləcək məhkəmə baxışında iştirak etmək üçün 14.11.25-ci il tarixdə cavabdehin təqdim etdiyi mobil telefon nömrəsinə məhkəmə iclası haqqında məlumatın göndərilməsi, lakin naməlum səbəbdən həmin məlumat cavabdehin telefonuna çatdırılmaması və cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsinə dair dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili əsassızdır.

26. Belə ki, işdə olan SMS xəbərdarlığın AZEMIS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, Cavabdeh istifadəsində olan mobil telefon nömrəsinə SMS bildiriş göndərilmiş və o, məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmışdır.

27. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, işdə olan Qəbələ RPŞ-nin icraat materiallarına nəzər saldıqda cavabdeh Cavabdeh vermiş olduğu izahatından görünür ki, o, mübahisə predmeti olan yük avtomobilin təhvil aldığını etiraf etmiş, bir müddət sonra isə həmin avtomobilin X12 adlı şəxs tərəfindən gəlib aparıldığını göstərmişdir.

28. Göründüyü kimi, cavabdeh Cavabdeh avtomobilin ona verilməsini etiraf etmiş, lakin həmin avtomobilin iddiaçı “xxxx” ASC-yə qaytarılması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

29. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

30. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

31. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar