Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-217/2026 05.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı 2000 (iki min) manat pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: öhdəliyin üçüncü şəxs tərəfindən icrası) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı 2000 (iki min) manat pul tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Balakən şəhər sakini Cavabdeh ona borclu olduğu 2000 (iki mün ) manat və dövlət rüsumu olaraq ödədiyi 40 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Balakən şəhərində yaşayır. Müəllimə işləyir. 2015-ci ilin mart ayında Balakən şəhər sakini olan, yaxın qohumu Tinayeva Cənnət Şəhmir qızı bankdan kredit götürmək istədiyini bildirməklə ondan ona zamin durmasınıı xahiş etmişdir. Cənnət həyat yoldaşının xalası olduğundan ona kredit götürülərkən zamin durmağa razılaşmışdır. Kredit götürülməzdən əvvəl Cənnət Tinayeva və onun həyat yoldaşı olan Cavabdeh kredit borcunu vaxtlı vaxtında ödəyəcəklərini bildirmişdirlər. ## #### 2015-ci il tarixdə “FINCA Azerbaican” X7-Bank Kredit təşkilatı ilə bağlanmış ************** saylı kredit müqaviləsinə əsasən Tinayeva Cənnət Şəhmir qızı oradan 3500 manat kreditə pul götürmüşdür.O kredit götürərkən o,da zamin kimi həmin müqaviləni imzalamışdır. Qeyd etmək istəyir ki, Cənnət Tinayeva 7 ay kredit borcunu ödəmişdir. ## #### 2016-cı il tarixdə o vəfat etmişdir. Bundan sonra da kredit borcu ödənilməmişdir. ## ### 2016-cı il tarixdə həmin kredit müqaviləsi yenilənmiş və Cənnət Tinayevanın vərəsəsi olan Cavabdeh ilə yenidən 04134510011191 sayla kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə tərtib edilərkən də onun adı zamin kimi qalmışdır. Cavabdeh bir müddət bu kredit borcunu az miqdarda ödəmiş, sonralar isə ödəməmişdir. Cavabdeh kredit borcunu ödəmədiyindən “ FINCA Azerbaican” MMQBKT tərəfindən onlara dəfələrlə xəbərdarlıq edilərək kredit borcunun ödənilməsi tələb edilmiş və əks təqdirdə onları Məhkəməyə verəcəkləri bildirilmişdir. Lakin buna baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Bundan başqa kredit müqaviləsi üzrə zamin olduğundan və kredit ödənilmədiyindən o, özü heç bir bankdan kredit ala bilməmişdir. Buna görə ## ####### 2025-ci il tarixdə “FINCA Azerbaican” MMQBKT-nın hesabına 2000 manat kredit borcunu ödəmiş və bununla da həmin kredit borcu tam ödənilmiş hesab edilmişdir. O, qeyd etdiyi məbləği Cavabdeh əvəzinə ödədikdən sonra ondan dəfələrlə xahiş etsə də cavabdeh ona borclu olduğu pulu qaytarmır. Əlavə olaraq bildirir ki, götürülmüş kredit pulundan o, istifadə etməmişdir. Cavabdeh Cavabdeh ona borclu oldugu pulu qaytarmadığından Məhkəməyə müraciət etməli olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iddiaçı Iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, mərhum həyat yoldaşı X4 ##.##.2015-ci ildə 2836 AZN məbləğində “Finca” kredit təşkilatından kredit almışdır. Krediti rəsmiləşdirən zaman zamin olaraq qohumu Iddiaçı olmuşdur. Mərhum həyat yoldaşı vəfat etdiyi tarixədək ##.##.2016-cı ilə kimi aylıq ödənişləri ödəmişdir. Lakin vəfat etdikdən sonra ödənişlər ödənilməmişdir. Kredit təşkilatı tərəfindən borcun ödənilməsi üçün zamin Iddiaçı ödənişləri etməsi bildirilmişdir.Zamin tərəfindən geri qalan ödənişlərin onun ödəməli olduğunu bildirmişdir. Onun maddi durumu yaxşı olmaması və hüquqi cəhətdən borcun ona aid olmaması səbəbindən ödəniş etməyəcəyini bildirmişdir. Iddiaçıla bu səbəbdən aralarında narazılıq yaranmışdır. O tarixdən sonra bir neçə dəfə 10 AZN ödəniş etmişdir. Imkanı olduğu qədər ödənib. Hal-hazırda iddiacı Iddiaçı ona qarşı 2000 AZN borc məbləği ilə bağlı iddia qaldırmışdır. Iddia ərizəsində bildirdiyi kimi iddiaçı yenidən öz adına kredit götürmək üçün müraciət etdikdə MKR tərəfindən kredit ala bilməyəcəyi bildirilmişdir. Bu səbəbdəndə iddiaçı 2000 AZN qalıq məbləği ödəyib borcu bağlamışdır. Borc Kredit müqaviləsinin bağlandığı müddətin üzərindən təqribi 10 il keçdiyini, onun maddi durumunun pis olması və 70 yaşdan yuxarı ahıl olmağını nəzərə almaq iddianın təmin edilməməsini xahiş etmişdir.
5. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 2000 (iki min) manat məbləğində pul və 40 (qırx) manat ödənilmiş dövlət rüsumu xərcinin alınıb Iddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh Cavabdeh arvadı Tinayeva Cənnət Şəhmir qızı 2015-ci ilin mart ayında iddiaçı Iddiaçı pul lazım olduğunu bildirərək , kredit götürməsi üçün ona zamin durmasını xahiş etmişdir. Cənnət Tinayeva iddiaçının qohumu olduğundan, yəni onun həyat yoldaşının xalası olduğuna görə onunla birlikdə “Finca Azerbaican” X7-Bank Kredit Təşkilatı getmiş, Cənnət Tinayeva ## #### 2015-ci il tarixli Kredit müqaviləsi bağlayaraq 3500 manat məbləğində kredit götürmüş, iddiaçı həmin vaxt “Finca Azerbaican” X7-Bank Kredit Təşkilatı ilə zaminlik müqaviləsi bağlayaraq Tinayeva Cənnət Şəhmir qızının kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. X9 qızı kredit borcunun 7 ay ödəmiş,## #### 2016-cı il tarixdə ölmüşdür. ## ### 2016-ci il tarixdə həmin kredit müqaviləsi yenilənmiş və Cənnət Tinayevanın vərəsəsi olan Cavabdeh ilə yenidən kredit müqaviləsi bağlanmış, müqavilə tərtib edilərkən iddiaçının adı zamin kimi qalmışdır. Cavabdeh Cavabdeh ## ####### 2025-ci il tarixə 2000 manat kredit borcu olmuşdur. Həmin kredit borcuna görə ona digər bank və kredit təşkilatları tərəfindən kredit verilmədiyindən iddiaçı Iddiaçı ## ####### 2025-ci il tarixdə 2000 manat kredit borcunu tam ödəmişdir.Bundan sonra o cavabdehdən həmin məbləğin qaytarılmasını tələb etmiş, lakin cavabdeh pulu qaytarmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qeyd etmişdir ki, hazırkı işin materiallarından göründüyü kimi cavabdeh Cavabdeh ilə “Finca Azerbaican” X7-Bank Kredit Təşkilatı arasında ## ### 2016-ci il tarixdə kredit müqaviləsi bağlanmış, iddiaçı Iddiaçı onun zamini olmuşdur. Cavabdeh Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, krediut borcunu ödəməmişdir. Kredit borcu ödənmədiyindən. zamin Iddiaçı digər bank və kredit təşkilatları tərəfindən kredit verilməmişdir. O, özü üçün kredit götürməkdən ötrü məcbur qalaraq cavabdeh Cavabdeh ## ####### 2025-ci il tarixə olan 2000 manat kredit borcunu ## ####### 2025-ci il tarixdə tam ödəmişdir. Iddiaçı kredit borcunu tam ödədiyi vaxtdan kreditorun həmin kredit tələbini tələb etmək hüququ ona keçmişdir. Bundan sonra o cavabdehdən həmin məbləğin qaytarılmasını tələb etsə də cavabdeh pulu qaytarmamışdır.
8. Məhkəmə işin qeyd edilən hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Cavabdeh 2000 manat məbləğində pul alınıb iddiaçı Iddiaçı verilməlidir. Iddia tələbi təmin edildiyindən ödənilmiş 40 manat dövlət rüsumu xərci cavabdehdən alınıb iddiaçıya verilməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445, 448.1, 470.1, 472.1, 472.2, 475.1, 475.2, 475.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 76.3, 77.1, 80, 82.4, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti vermişdir.
11. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları üzrə bildirir ki, ## #### 2015-ci il tarixində həyat yoldaşı mərhum Tinayeva Cənnət Şəhmir qızı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8-Bank Kredit Təşkilatı ilə ************** saylı kredit müqaviləsi bağlayaraq kredit götürmüşdür. Həmin müqavilə üzrə Iddiaçı zamin qismində çıxış etmiş və müqaviləni imzalamışdır.
12. Tinayeva Cənnət Şəhmir qızı kredit öhdəliyini qismən icra etmiş, 7 ay müddətində ödənişlər etmiş, lakin ## #### 2016-cı il tarixində vəfat etmişdir. Onun vərəsəsi kimi ## ### 2016-cı il tarixində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC Qeyri-Ban Kkredit Təşkilatı ilə kredit münasibətləri yenidən rəsmiləşdirilmiş və onunla ************** saylı yeni kredit müqaviləsi bağlanmışdır. Lakin həmin müqavilə bağlanarkən Iddiaçı zamin qismində göstərilsə də, bu barədə nə onun, nə də onun məlumatı olmuş, o, yeni müqaviləni imzalamamış və yeni borclu üçün zamin olmağa dair yazılı razılıq verməmişdir. Bir müddət kredit ödənişlərini həyata keçirsə də, sonradan maddi vəziyyəti pisləşdiyi üçün öhdəlikləri tam icra edə bilməmişdir.
13. Halbuki iddiaçı özü yeni kredit müqaviləsini imzalamadığını və yeni borclu üçün zamin olmağa razılıq vermədiyini etiraf edir. Hazırkı iş üzrə borc ilkin borcludan (mərhum Tinayeva Cənnət Şəhmir qızı) ona-yeni borcluya keçmiş, lakin iddiaçı yeni borclu üçün cavabdeh olmağa yazılı razılıq verməmişdir. Bu səbəbdən zaminlik münasibəti qanunun birbaşa göstərişi ilə xitam olunmuş hesab edilməlidir.
14. Zaminlik hüquq münasibəti mövcud olmadığı halda iddiaçının etdiyi ödəniş onun şəxsi təşəbbüsü ilə edilmiş könüllü ödəniş hesab edilməlidir. Mövcud olmayan öhdəlik üzrə edilən ödəniş reqres hüququ yaratmır. Birinci instansiya məhkəməsi bu mühüm hallara hüquqi qiymət verməmiş, zaminliyin mövcudluğunu və hüquqi əsasını araşdırmadan yalnız ödəniş faktına əsaslanaraq iddianı təmin etmişdir. Bu isə maddi hüquq normalarının düzgün tətbiq edilməməsiilə nəticələnmişdir.
15. Həmçinin qeyd etmək istəyir ki, iddiaçı, əgər hesab edirdisə ki, onun xəbəri və razılığı olmadan zamin kimi göstərilməsi hüquqlarını pozmuşdur, ödənişi etməmişdən əvvəl həmin kredit təşkilatına qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb ilə məhkəməyə müraciət edə bilərdi. Lakin o, bu hüquqdan istifadə etməmiş, əksinə, ödənişi etmiş və daha sonra mövcud olmayan zaminlik münasibətinə istinad edərək ona qarşı reqres tələbi irəli sürmüşdür ki, bu da qanunvericiliyə uyğun deyil.
16. Iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, “## ### 2016-cı il tarixdə həmin kredit müqaviləsi yenilənmiş və Cənnət Tinayevanın vərəsəsi olan Cavabdeh ilə yenidən ************** saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə tərtib edilərkən də onun adı zamin kimi qalmışdır. Mənim bundan xəbərim olmamışdır və bu müqaviləni mən imzalamamışam.” Göründüyü kimi, iddiaçının öz izahatından da aydın olur ki, ## ### 2016-cı il tarixli kredit müqaviləsi bağlanarkən o, həmin müqaviləni imzalamamış və yeni borcluya zamin olmaq barədə yazılı razılıq verməmişdir. Belə olan halda Iddiaçı və onun arasında yeni öhdəlik üzrə zaminlik hüquq münasibəti yaranmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının yeni müqaviləni imzalamadığını nəzərə almadan, yalnız onun faktiki ödəniş etməsinə əsaslanaraq iddianı təmin etmişdir ki, bu da maddi hüquq normasının düzgün tətbiq edilməməsinə səbəb olmuşdur.
17. Nəzərə çatdırmaq istəyir ki, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc ilkin borclunun vəfatından sonra başqa şəxsə keçirilmişdir. Lakin iddiaçı yeni borclu üçün cavabdeh olmağa dair kreditora yazılı razılıq verməmişdir.
18. Hazırkı iş üzrə borcun başqa şəxsə keçirilməsi faktı mübahisəsizdir. Eyni zamanda, iddiaçının yeni borclu üçün zamin olmasına dair yazılı razılığının mövcud olmaması da iş materialları ilə təsdiq edilir. Belə olan halda zaminlik hüquq münasibəti qanunun birbaşa göstərişi ilə xitam olunmuş hesab edilməli idi. Balakən rayon Məhkəməsi bu mühüm hüquqi faktlara qiymət verməmiş, AR Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərini tətbiq etməmiş və nəticədə hüquq normasını kobud şəkildə pozaraq əsassız qətnamə qəbul etmişdir. Zaminlik münasibəti mövcud olmadığı halda reqres tələbinin təmin edilməsi hüquqi əsasdan məhrumdur və bu səbəbdən qətnamə ləğv edilməli, iddia tələbi rədd olunmalıdır.
19. Belə olan halda, zaminlik hüquq münasibəti mövcud olmadığından, onun üzərinə reqres qaydasında hər hansı öhdəliyin qoyulması qanunsuz və əsassızdır. Zamin tərəfindən ödənilmiş məbləğ yalnız mövcud və qüvvədə olan zaminlik münasibəti çərçivəsində əsas borcluya qarşı reqres tələbi yarada bilər. Halbuki hazırkı iş üzrə iddiaçı ilə onun arasında qüvvədə olan zaminlik münasibəti mövcud olmamışdır.
20. Iddiaçı tərəfindən həyata keçirilmiş ödəniş onun öz təşəbbüsü ilə və hüquqi əsas olmadan edilmiş ödəniş hesab edilməlidir. Qanunvericiliyə görə, şəxs mövcud olmayan öhdəlik üzrə könüllü qaydada ödəniş etdikdə, həmin məbləğin digər şəxsdən tələb olunması üçün hüquqi əsas yaranmır. Birinci instansiya məhkəməsi göstərilən hallara hüquqi qiymət verməmiş, sübutları düzgün araşdırmamış və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilmişdir ki, bu da AR MPM-in müvafiq maddələrinəsasən qətnamənin ləğv edilməsi üçün əsasdır.
21. Yuxarıda sadalananlardan da görünür ki, məhkəmə işi hərtərəfli araşdırmamışdır. Məhkəmə işində olan materiallara və sübutlara məhkəmə əhəmiyyət verməmiş və öz qətnaməsində bunları əks etdirməmişdir.
22. Işin hallarından da göründüyü kimi məhkəmə qətnaməsi qanuni olmalı olduğu halda, maddi və prosessual normalar pozulmaqla çıxarılmışdır.
23. Məhkəmə tərəfindən ## ### 2016-cı il tarixli kredit müqaviləsində iddiaçının imzasının olub olmaması araşdırılmamışdır. Halbuki iddiaçı özü həmin müqaviləni imzalamadığını bildirmişdir. Bu hal iş üzrə həlledici əhəmiyyət daşıyır, çünki zaminlik yalnız yazılı müqavilə və zaminin imzası ilə yaranır. Imza olmadıqda zaminlik münasibəti yaranmır və reqres hüququ formalaşa bilməz.
24. Məhkəmə ilkin borclunun vəfat etməsindən sonra öhdəliyin yeni borclu ilə rəsmiləşdirilməsini müəyyən etsə də, bu dəyişikliklə bağlı zaminin yazılı razılığının olubolmamasını araşdırmamışdır. Zaminin razılığı olmadan borcun başqa şəxsə keçirilməsi zaminliyə xitam verir və bu halda reqres tələbi mümkün deyil.
25. Məhkəmə iddiaçının 2000 manat ödəniş etməsini əsas götürmüş, lakin həmin ödənişin hansı hüquqi əsasla edildiyini araşdırmamışdır (icra sənədi əsasında, yoxsa könüllü qaydada). Bu hal mühüm əhəmiyyət daşıyır, çünki yalnız mövcud və qüvvədə olan zaminlik münasibəti çərçivəsində və məcburi icra ilə edilmiş ödəniş reqres hüququ yarada bilər. Məhkəmə zaminliyin hansı tarixədək qüvvədə olduğunu və borcun başqa şəxsə keçirildiyi tarixdən sonra zaminliyin davam edib-etmədiyini araşdırmamışdır. Zaminlik xitam olunduqdan sonra edilmiş ödənişlər üzrə cavabdehlik yarana bilməz.
26. Odur ki, Balakən Rayon Məhkəməsi tərəfindən qəbul ##.##.2026-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
29. Işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı Iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMM QBKT-nın nümayəndəsi səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 431.1-ci maddəsinin tələbinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. Icraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Cavabdeh Cavabdeh Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 2000 manat məbləğində pulun və 40 manat ödənilmiş dövlət rüsumu xərcinin alınıb Iddiaçı xeyrinə ödənilməli olmasına dair mövqeyi ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.
37. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdehin mərhum arvadı X4 ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMM QBKT arasında ## #### 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi əsasında kredit təşkilatı tərəfindən Cənnətey Tinayevaya illik faiz dərəcəsi 34 faiz olmaqla 24 ay müddətində hissəhissə qaytarılması şərti ilə 3500 manat kredit verilmişdir. Iddiaçı Iddiaçı isə həmin müqavilənin zaminliyə dair hissəsini imzalamaqla ## #### 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə X4 öhdəliklərinin icrasında məsuliyyəti öz üzərinə götürmüşdür. X4 ## #### 2016-cı ildə ölmüşdür. Bundan sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMM QBKT ilə mərhum X4 əri, hazırkı iddia tələbi üzrə cavabdeh Cavabdeh arasında Cənnətey Tinayevanın öhdəliklərinin qəbul edilməsinə dair müqavilə imzalanmış və Cavabdeh X4 2705 manat məbləğində borcunu, o cümlədən kredtin üzərinə hesablanacaq faizləri və digər ödənişləri lazımi qaydada 59 ay müddətində kredit verənə ödəməyi və əvvəlki kredit alanı əvəz etməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçı Iddiaçı Cavabdeh ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMM QBKT arasında bağlanmış öhdəliklərin qəbul edilməsinə dair müqavilə üzrə Cavabdeh zamin durmamışdır. Buna baxmayaraq, Cavabdeh ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMM QBKT arasında bağlanmış müqavilə üzrə də zamin olduğunu güman edən Iddiaçı Cavabdeh əvəzindən 2000 manat pul vəsaitini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMM QBKT-na ödəmiş və hazırkı iddia tələbi ilə həmin məbləği cavabdehdən tələb etmişdir. Cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
40. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
41. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
42. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
43. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
44. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
45. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması da təsbit olunmuşdur.
46. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
47. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunu tətbiq etmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
49. Mülki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
50. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
51. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
52. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
53. Həmin Məcəllənin 477.0.2-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə zaminliyə xitam verilir.
54. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırkı iş üzrə borcun ilkin borcludan (mərhum Tinayeva Cənnət Şəhmir qızı) ona-yeni borcluya keçməsi, lakin iddiaçının yeni borclu üçün cavabdeh olmağa yazılı razılıq verməməsi, Iddiaçı və onun arasında yeni öhdəlik üzrə zaminlik hüquq münasibətinin yaranmaması, bu səbəbdən zaminlik münasibətinin qanunun birbaşa göstərişi ilə xitam olunmuş hesab edilməli olması, birinci instansiya məhkəməsinin iddiaçının yeni müqaviləni imzalamadığını nəzərə almamasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iddiaçı Iddiaçı cavabdeh Cavabdeh zamini olması, Cavabdeh kredit öhdəliyini icra etməməsi səbəbli Iddiaçı cavabdeh Cavabdeh əvəzindən zamin qismində ödədiyi vəsaiti tələb etməsinə dair apardığı əsaslandırma MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı Iddiaçı cavabdeh Cavabdeh mərhum arvadı X4 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMM QBKT-dan götürdüyü kredit üzrə öhdəliklərin icrasında məsuliyyəti öz üzərinə götürməklə zamin durmasına baxmayaraq, kredit öhdəliyinin ötürüldüyü Cavabdeh öhdəliklərinin icrası üçün isə zamin qismində cavabdehlik daşımasına razılıq vermədiyini, zaminlik müqaviləsini imzalamadığını nəzərə almamışdır.
55. Belə ki, işdə olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMM QBKT ilə X4 arasında ## #### 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, kredit təşkilatı tərəfindən həmin müqavilə əsasında Cənnətey Tinayevaya illik faiz dərəcəsi 34 faiz olmaqla 24 ay müddətində hissə-hissə qaytarılması şərti ilə 3500 manat kredit verilmişdir. Iddiaçı isə həmin müqavilənin zaminliyə dair hissəsini imzalamaqla ## #### 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə X4 öhdəliklərinin icrasında məsuliyyəti öz üzərinə götürmüşdür.
56. Işdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən ## #### 2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ## #### 2016-cı ildə ölmüşdür.
57. Işdə olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMM QBKT ilə mərhum X4 əri, hazırkı iddia tələbi üzrə cavabdeh Cavabdeh arasında bağlanmış öhdəliklərinin qəbul edilməsinə dair müqavilədən görünür ki, Cavabdeh X4 2705 manat məbləğində borcunu, o cümlədən kredtin üzərinə hesablanacaq faizləri və digər ödənişləri lazımi qaydada 59 ay müddətində kredit verənə ödəməyi və əvvəlki kredit alanı əvəz etməyi öz öhdəsinə götürmüşdür.
58. Iş materiallarından müəyyən edildiyi kimi iddiaçı Iddiaçı Cavabdeh ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMM QBKT arasında bağlanmış öhdəliklərinin qəbul edilməsinə dair müqavilə üzrə Cavabdeh zamin durmamışdır.
59. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə dair dəlili ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı Iddiaçı cavabdeh Cavabdeh öhdəliklərini məhz zamin qismində icra etməsi qənaətinə gəlməkdə, həmçinin iddia tələbinin qanuni əsası kimi zaminliklə bağlı münasibətləri tənzimləyən maddi hüquq normalarına istinad etməkdə yanlışlığa yol vermişdir.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qanunvericiliyə görə, şəxs mövcud olmayan öhdəlik üzrə könüllü qaydada ödəniş etdikdə, həmin məbləğin digər şəxsdən tələb olunması üçün hüquqi əsasın yaranmaması, zaminlik xitam olunduqdan sonra edilmiş ödənişlər üzrə cavabdehliyin yarana bilməməsi, mövcud olmayan öhdəlik üzrə edilən ödənişin reqres hüququ yaratmaması, onun üzərinə reqres qaydasında hər hansı öhdəliyin qoyulmasının qanunsuz və əsassız olması, zaminlik münasibəti yaranmadığı üçün iddiaçının ona qarşı reqres tələbinin hüquqi əsasdan məhrum olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1 və 1090.1-ci maddələrinin tələblərinə istinad edilməlidir.
61. Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
62. Həmin Məcəllənin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. Icraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.
63. Kollegiya qeyd edir ki, cavabdeh Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMM QBKT qarşısındakı 2000 manatlıq kredit öhdəliyinin sonuncunun əvəzindən məhz iddiaçı Iddiaçı tərəfindən icra edilməsi iş materialları ilə sübuta yetirilməklə işin mübahisəsiz halı olduğundan, iddiaçı Iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
65. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı 2000 (iki min) manat pul tələbinə dair iddiası təmin edilməli, cavabdeh, Balakən şəhər sakini Cavabdeh 2000 (iki mün ) manat və dövlət rüsumu olaraq ödənilmiş 40 manat pul alınaraq iddiaçı Iddiaçı verilməlidir.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı 2000 (iki min) manat pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh, Balakən şəhər sakini Cavabdeh 2000 (iki mün ) manat və dövlət rüsumu olaraq ödənilmiş 40 manat pul alınaraq iddiaçı Iddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.