Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-218/2026 20.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh4 və cavabdeh1 qarşı “dəymiş maddi və mənəvi ziyana görə pul ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “dəymiş maddi və mənəvi ziyana görə pul ödənilməsi” tələbi, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh4 və cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zərdab rayonu Çallı kənd bələdiyyəsinin sədri X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh4 və cavabdeh1 qarşı “dəymiş maddi və mənəvi ziyana görə pul ödənilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2007-ci il tarixli müqaviləyə əsasən, Zərdab rayonu Çallı Bələdiyyəsi tərəfindən Çallı kənd ərazisində 50 ha torpaq sahəsi əkinçiliyin inkişafı üçün İddiaçı icarəyə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 24287 manat, mənəvi ziyana görə 15000 manat, mütəxəssis rəyinin verilməsinə görə “xxxx” MMC-yə ödənilmiş 500 manat, vəkilə ödənilmiş 500 manat və 211 manat dövlət rüsumu olmaqla, cəmi 40498 manat məbləğində pulun cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh4 və cavabdeh1 alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi onun icarəsində olan 40 hektar torpaq sahəsində 300 başdan artıq mal-qaranı oradakı saman otu ilə otlatdıraraq ona ciddi maddi ziyan vurmuşdular. O malqaranı icarə torpaq sahəsindən çıxaran zaman cavabdehlər ona qarşı fiziki zorakılıq göstərmişlər. Zərdab Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qərardadı ilə cavabdehlərin torpaq sahəsinə girişinə qadağa qoyulsa da, lakin cavabdehlər qərardada əhəmiyyət verməyərək qərardadın tələblərini pozmuşlar. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində 4-5 min ədəd ot kipindən məhrum olmuş və bunun nəticəsində də ona maddi ziyan dəymişdir. Cavabdehlərin ona qarşı hərəkətləri nəticəsində əsəb gərginliyi və sarsıntı keçirməklə normal yaşayış tərzi pozulmuşdur. Ailə üzvləri ilə birlikdə 3 ildir ki mənəvi gərginlikdə yaşamaq məcburiyyətində qalmışdır. Bütün bu mənəvi sarsıntıların nəticəsində sağlamlığına ciddi ziyan vurulmuş və nəticədə açıq ürək əməliyyatı keçirmişdir. Ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etməsinə baxmayaraq cavabdehlər bu günə kimi vurduqları ziyanlığın dəyərini ödəməmişlər.
4. Iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il qiymətləndirmə rəyində qeyd olunmuşdur ki, iddiaçı İddiaçı istifadəsində olan 50 hektar əkinçiliyin inkişafı üçün torpaq sahəsi üzərində hüquqlarını yerinə yetirilməsinə maneçilik olduğuna görə 2024-cü il üzrə 20 ha arpa əkini sahəsindən əldə olunması ehtimal olunan (7360,00 (xalis gəlir)+4400,00 (subsidiya))=11760,00 manat,12 ha pambıq əkini sahəsindən əldə olunması ehtimal olunan (5938,00 (xalis gəlir+6589,00 (subsidiya))=12527,00 manat olmaqla cəmi 24287,00 manat məbləğində faydanın əldən çıxması ehtimal olunur.
5. Cavabdehlər məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişlər ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddia ərizəsində göstərilənlər böhtandır. Iddiaçının məqsədi ondan əsaslı şəkildə etdikləri şikayətləri geri götürməyə nail olmaqdır ki, o da cinayət əməllərini davam etdirsin. Belə ki, iddiaçı Zərdab rayonunun Çallı kəndində bələdiyyəyə məxsus ümumi istifadədə olan örüş sahəsində qanunsuz əkin işləri apardığı üçün müvafiq orqanlara şikayətlər etmişlər. Onların şikayət ərizələri əsasında ərazidə aparılan yoxlama zamanı məlum olmuşdur ki, iddiaçı Zərdab rayonu Çallı Bələdiyyəsinə məxsus örüş torpaqlarında heç bir qanuni sənəd olmadan əkin işləri aparmışdır. Buna dair Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi Şöbəsinin əməkdaşları,Çallı Bələdiyyəsinin imzası ilə ##.##.2023-cü il tarixdə və ##.##.2023-cü il tarixdə akt tərtib edərək baxılması üçün aidiyyatı üzrə Daxili Işlər Nazirliyinə göndərmişlər. Bələdiyyəyə məxsus örüş torpaq sahəsində qanunsuz əkin işləri apardığı üçün iddiaçının barəsində CM-in 188.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Iddiaçının bu əməlləri barədə müvafiq orqanlara şikayət ərizələri yazıb məlumat verdikləri üçün iddiaçı onlarla qərəzli yanaşır.
5. Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur (hakim:İ.Həsənquliyev).
6. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin əsasını icarə müqaviləsi əsasında istifadədə olan 50 ha torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirilə bilməməsi təşkil edir. Məhkəmə mütəxəssis rəyi və ekspert rəyi əldə etmişdir. Həmin rəylərdə qeyd olunmuşdur ki, Zərdab rayonu Çallı bələdiyyəsi ilə iddiaçı İddiaçı arasında bağlanmış ##.##.2007-ci il tarixli icarə müqaviləsi ilə sonuncuya icarəyə verilmiş 50.0 ha torpaq sahəsi ilə bağlı bələdiyyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən tərtib və təsdiq olunmuş koordinatlar əks olunan yerquruluşu planı mövcud olmadığı üçün məhkəmənin qərardadında göstərilən suallara cavab vermək mümkünsüzdür. Eyni zamanda məhkəmə iddiaçının təqdim etdiyi və “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə münasibətdə isə bildirmişdir ki, “xxxx” MMC barədə məlumatlar aqp.az saytında yaradılmış reyestrə əlavə olunmamışdır. Eyni zamanda “xxxx” MMC və ya iddiaçı tərəfindən palatanın şəhadətnaməsini və ixtisasını təsdiqləyən sənədlər məhkəməyə təqdim olunmamışdır. Buna əsasən məhkəmə “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə rəyini etibarsız hesab etmişdir.
7. Məhkəmə əlavə etmişdir ki, iddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında dəymiş maddi ziyanı 4-5 min ot kipindən məhrum olması ilə əsaslandırsa da, lakin qiymətləndirmə rəyi ot kipi əsasında deyil arpa və pambıq məhsulundan əldə olunan gəlir və subsidiyalar əsasında hesablanmışdı. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş ekspert rəyində isə iddiaçının naturada göstərdiyi,faktiki istifadə etdiyini bildirdiyi müvafiq olaraq 31.8 ha torpaq sahəsinin və 19.45 ha torpaq sahələrinin koordinatları götürülmüş və baxış zamanı iddiaçının naturada göstərdiyi kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid 31.8 ha torpaq sahəsinin 4.83 ha hissəsində şumlanma işləri aparıldığı mütəxəssis tərəfindən müəyyən olunmuşdur. Məhkəmə iddiaçının maddi ziyanla bağlı tələbinə ümumilikdə qiymət verərək bildirmişdir ki, iddia əsassızdır. Iddiaçının icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil edib etməməsi faktı müəyyən olunmadığından, qiymətləndirmə rəyinin etibarsız olması, iddia tələbi ilə qiymətləndirmə rəyi arasında ziddiyətlərin olması, eyni zamanda ekspert rəyində iddiaçının naturada göstərdiyi torpaq sahəsindən yalnız 4.83 ha hissəsinin istifadə olunması (şumlanması) və dəymiş maddi ziyanla bağlı əsaslı digər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddia maddi ziyan hissəsində rədd olunmalıdır.
8. Iddia tələbinin mənəvi ziyan hissəsinə münasibətdə məhkəmə bildirmişdir ki, iddiaçı həmin zərərin nədə ifadə olunduğu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-in 77.1-ci maddəsinə əsasən məhz iddiaçının üzərinə düşür. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdehlərin əməllərində mülki hüquq pozuntuları, deliktlər aşkar edilmədiyindən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəbli-əlaqə də aşkar edilməmişdir.
9. Məhkəmə mövqeyini Konstitusiyanın 29, 46, 60, 70-ci, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 23.4, 1096.1, 1097.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 03.11,2008- ci il qərarına, “Insan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
10. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: T.Musayev - sədrlik edən və məruzəçi, E.Mehdiyev,Ə.Kərimov).
12. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş 3 ədəd videoyazı məhkəmə baxışında nümayiş etdirilməmiş, qətnamədə isə həmin sübutlara ümumiyyətlə qiymət verilməmişdir. Halbuki videoyazılarda cavabdehlərin torpaq sahəsində həyata keçirdikləri hərəkətlər aydın şəkildə əks olunmuşdur. Bu hal sübutların tədqiqi və qiymətləndirilməsinin pozulmasıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunla və ya müqavilə ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla əmlaka sərbəst sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və digər şəxslərin həmin əmlaka müdaxiləsinə yol verməyə bilər. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf istinad etdiyi halları sübut etməlidir və məhkəmə çəkişmə prinsipinə uyğun olaraq təqdim edilmiş sübutlara hüquqi qiymət verməlidir. Birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş mötəbər sübutlar, o cümlədən videoyazılar, ekspertiza rəyləri və əvvəlki məhkəmə qərarları tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, Zərdab Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2024- cü il tarixli qərarın əsasları ilə hazırkı qətnamədə göstərilən mövqelər arasında ziddiyyət mövcuddur. Eyni zamanda, Şəki Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, 2- 1(116)- */**** nömrəli qərarı və Şəki Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, 2- *(***)-**/**** saylı qərarı nəzərə alınmamışdır. Həmin məhkəmə aktlarında torpaq sahəsinin icarə münasibətlərinə hüquqi qiymət verilmişdir. ##.##.2007-ci il tarixli icarə müqaviləsinə istinad edilməməsi əsassızdır. Ekspertiza məhkəmənin iştirakı ilə keçirilmiş və torpaq sahəsinin icarədə olması faktı əyani şəkildə təsdiq edilmişdir. Əgər icarə hüququ mövcud deyildisə, bələdiyyə tərəfindən icarə haqqının qəbul edilməsi və bu barədə maliyyə sənədləri də mövcud olmazdı.Məhkəmə yerquruluşu planında koordinatların olmamasını əsas gətirmişdir. Halbuki, ##.##.2021-ci il tarixli elektron çıxarış bələdiyyə tərəfindən təqdim olunmuşdur və həmin sənəd torpaq sahəsinin hüquqi statusunu təsdiq edir. “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə münasibətdə məhkəmənin mövqeyi də əsassızdır. Məhkəmə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tətbiqinə və Azərbaycan Qiymətləndiricilər Palatası-nın reyestrində məlumatın olmamasına istinad etmişdir. Lakin Palata ##.##.2025-ci il tarixdən fəaliyyətə başlamış, üzvlük prosesi isə 2025-ci ilin may ayından tətbiq edilmişdir. “xxxx” MMC-nin rəyi isə ##.##.2024-cü il tarixdə verilmişdir. Deməli, rəy verildiyi tarixdə palatanın reyestrində qeydiyyat tələbi mövcud olmamışdır və bu əsasla sübutun rədd edilməsi qanunsuzdur. Tərəflər arasında bağlanmış müqavilə əsas hüquqi sənəddir və torpaq sahəsi əkinçiliyin inkişaf etdirilməsi məqsədilə icarəyə verilmişdir. Həmin torpaq sahəsinin icarədə olması barədə 7 məhkəmə qərarı və 3 ekspertiza rəyi mövcuddur. Ot kipi ilə bağlı rəyin verilməməsi əraziyə baxışın 5 ay gec keçirilməsi ilə əlaqədardır. Həmin müddətdə ərazidə təbii olaraq ot qalmamışdır. Zərərin və əkin gəlirlərinin hesablanması isə sənədlər əsasında aparılmışdır. Əkinin dəyəri Zərdab Rayon Statistika Idarəsinin ## #### 2024-cü il tarixli, *-**-**/*-**/**** saylı məktubuna əsasən müəyyən edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh4 və cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Zərdab Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zərdab rayonu Çallı kənd bələdiyyəsinin sədri X1 bildirdi ki, əkilməyə icazə verilməyən sahə iddiaçı İddiaçı aid sahə olmayıb. Həmin torpaq sahəsi X3 məxsus olub. Mal-qara da İ.Bünyatova məhsus torpaq sahəsində olmuşdur. Iddiaçının sahəsində olmayıb. Iddiaçı həmin torpaq sahəsini əkib və becərmək istəyib. Həmin torpaq sahəsi Çallı kəndində yerləşir. İddiaçı ilə Çallı kənd bələdiyyəsi 50 ha torpaq sahəsinə dair icarə müqviləsi bağlayıb və onun icarəsinə verilib. Cavabdehlərin iddiaçının əkib becərməyə qoymadıqları iddiaçıya icarəyə verilən 50 ha torpaq sahəsi deyil. Mübahisələndirilən torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Həmin mübahisəli torpağa dair icarə müqaviləsi 2019-cu ilin dekabrında bitib. Ancaq şəhadətnamə ilə götürsək icarə müqaviləsi 2025-ci ildə bitib. Bünyatov Ilqarın icarə müqaviləsini şəhadətnamə ilə götürsək 2025-ci ildə bitməli idi ancaq, o, 2019-cu ildə gedib.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
24. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
25. Işdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026cı il tarixli, *(***)-****/**** nömrəli qərarında göstərilmişdir ki, tərəflər arasındakı mübahisə iddiaçının sahibliyində olan torpaq sahəsinə cavabdehlərin qanunsuz şəkildə daxil olması, oradakı ot tayasını mal-qaraya otartmaları, belə müdaxilələrlə iddiaçının normal təsərrüfat fəaliyyətinin pozulması nəticəsində əldə edəcəyi faydadan məhrum olması, onun maddi və mənəvi zərər çəkməsi iddiası ilə bağlıdır. Bu iddianın (özbaşınalıq nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinin) qanuni əsası kimi mülki hüquq pozuntusu - delikt normaları (§ 45-48), habelə iddiaçının mülkiyyətində olan məhsulun (ot tayalarının) heyvanlara otartmağa görə əsassız varlanmaya dair normalar (§ 42-44) nəzərdən keçirilə bilər. Belə ki, bəzən tələbin yoxlanılması üçün uyğun görünən bir neçə qanuni əsas mövcud olur. Ona görə də, məhkəmə baxdığı mübahisənin düzgün həlli məqsədilə bir-biri ilə yarışan müxtəlif hüquqi əsasları (əvvəlcə müqavilədən irəli gələn, ardınca müqaviləyə bənzər öhdəlikləri - özgə işlərini tapşırıqsız aparmanı, sonra əşya hüququndan irəli gələn, daha sonra isə qanundan irəli gələn öhdəlikləri - mülki hüquq pozuntusu, əsassız varlanmanı) nəzərdən keçirə və müzakirə edə bilər. Bu istiqamətdə aparılan dəqiq yoxlamadan sonra onlardan bu və ya digərinin istisna edilməsi mümkündür. Bununla belə, hakim öz qətnaməsində ardıcıl şəkildə hansı tələbə hansı əsası tətbiq etdiyini əsaslandırmalıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusuna dair normalar çərçivəsində cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Baxılan işdə sadalanan şərtlər tərəflər arasında mübahisəli olmuşdur. Iddiaçı bildirir ki, cavabdehlər ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi onun icarəsində olan 40 hektar torpaq sahəsinə 300 başdan artıq mal-qaranı gətirib sahəsində olan saman otunu mal-qaraya otartdaraq ona ciddi maddi ziyan vurmuşlar. O, mal-qaranı icarə torpaq sahəsindən çıxaran zaman cavabdehlər ona qarşı fiziki zorakılıq göstərmişlər. Bundan başqa, cavabdehlərin özbaşınalığına görə “xxxx” MMC ilə 12 ha sahədə pambıq əkini üçün bağladığı müqavilə üzrə zəruri işləri görə bilməmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində əsəb gərginliyi və sarsıntı keçirməklə normal yaşayış tərzi pozulmuşdur. Ailə üzvləri ilə birlikdə üç ildir ki mənəvi gərginlikdə yaşamaq məcburiyyətində qalmışdır. Cavabdehlər isə iddiaya etiraz edərək bildirmişlər ki, iddia ərizəsində göstərilənlər böhtandır. Iddiaçının icarəsində olan torpaq sahəsində heç zaman mal-qara otartmamışlar. Mal-qaranı yalnız kəndin örüş sahələrində otarırlar. Iddiaçı Zərdab rayonu Çallı Bələdiyyəsinə məxsus örüş torpaqlarında heç bir qanuni sənəd olmadan əkin işləri aparmışdır. Onun cinayət əməlləri barədə müvafiq orqanlara şikayət ərizələri yazıb məlumat verdikləri üçün iddiaçı onlara qərəzli yanaşır. Belə olan halda sözügedən mübahisəli halları sübuta yetirmək yükünü daşıyan tərəf onları sübuta yetirilməlidir. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü bir qayda olaraq iddiaçının üzərinə düşür. Hazırkı işdə iddiaçı, cavabdehlərin onun sahiblik etdiyi əraziyə daxil olduqlarını təsdiqləyən sübut kimi videogörüntüləri əks etdirən iki ədəd elektron daşıyıcını (CD disk) məhkəməyə təqdim etmiş, sözügedən torpaqla bağlı Zərdab rayonu Çallı Bələdiyyəsi ilə məhkəmə mübahisələrinə dair, eləcə də cavabdehlərlə arasındakı ixtilafla bağlı rəsmi sənədləri, o cümlədən cavabdehlərin torpaq sahəsinə daxil olması və mal-qara otarmalarının qadağan edilməsi haqqında Zərdab Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qərardadını və digər sənədləri işə əlavə etmişdir. Birinci instansiya məhkəməsi zərərdən qabaq iddiaçının torpaq sahəsinə cavabdehlərin müdaxilə edib-etməmələrini yoxlamalı olduğu halda bununla bağlı işdəki sübutları tam və hərtərfli şəkildə araşdırmadan zərərin sübut edilmədiyini əsaslandırmağa çalışmış, apellyasiya məhkəməsi isə bununla razılaşmışdır. Belə ki, əraziyə müdaxilənin mövcudluğu barədə iddiaçının istinad etdiyi əsas sübutlaran biri olan elektron daşıyıcılardakı videogörüntüləri birinci instansiya məhkəməsi ümumiyyətlə tədqiq etməmiş, onlara münasibət bildirməmişdir. Apellyasiya məhkəməsi isə bu xüsusat üzrə cəmi bir cümlə ilə qeyd etmişdir ki, “...disklərə yüklənmiş videolara baxış keçirilərkən məhz iddiaçının icarəsində olan torpaq sahəsinə cavabdehlər tərəfindən malqaranın buraxılması və iddiaçıya ziyan vurmalarını əks etdirən hər hansı mötəbər sübut aşkar olunmamışdır”. Nəzərə aldıqda ki, tərəflər arasındakı mübahisənin illərdir davam edən bir tarixçəsi vardır, o zaman iddia olunan əməlin işdəki bütün məlumat və sübutlarla birlikdə, müqayisəli şəkildə araşdırılması və qiymətləndirilməsi işin düzgün həlli üçün zəruri olmuşdur. Iddiaçı bildirir ki, Zərdab rayonu Çallı Bələdiyyəsi sədri 2020-ci ilin fevral ayından bir neçə şəxs vasitəsilə onun torpaqdan istifadəsinə ciddi maeələr yaratmağa başlamışdır. Eyni zamanda işdən görünür ki, hələ ##.##.2020-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin qərardadı ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə cavabdehlərin daxil olmaları və mal-qara otarmaları qadağan edilmiş, Zərdab rayonu Çallı Bələdiyyəsinin İddiaçı qarşı “icarə müqaviləsinə xitam verilməsi və onu sahədən istifadə hüququna xitam verilməsi” haqqında tələbi 2022-ci ildə üç instansiya məhkəməsinin qərarı ilə rədd edilmiş, 2023-cü ildə cavabdehlər cavabdeh4, cavabdeh3 Zərdab rayonu Çallı kəndi ərazisində torpaq sahəsinin zəbt edilməsindən Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər etmiş, iddiaçı İddiaçı cavabdeh Zərdab rayonu Çallı Bələdiyyəsinə qarşı “maneənin aradan qaldırılması və torpaq sahəsinin qaytarılması haqqında” tələbi Zərdab Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə, cavabdeh Daşınmaz Əmlakın dövlət Reyetri Xidmətinin ** saylı Ucar Ərazi Idarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” haqqında iddiası isə Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə təmin edilmişdir. Bu baxımdan tərəflərin bildirdikləri faktların mümkünlüyünə, həqiqətə uyğun olubolmamasına, bunlara dair təqdim etdikləri sübutlara formal yanaşılmamalı, müvafiq əsaslandırma aparmadan “mötəbər sübut aşkar olunmamışdır” kimi ümumi ifadələrlə kifayətlənməməli, işdəki məlumatlar obyektiv şəkildə qiymətləndirilməklə nəticəyə gəlinməlidir. Bundan ötrü təqdim olunmuş videogörüntülərdəki şəxslərin iddiaçı və cavabdehlər, görüntüdə əks olunan şəxslərin olduqları yerin isə iddiaçının sahibliyində olub-olmaması, görüntülərin hansı səbəbdən və hansı ərazidə videoya alınması, polis əməkdaşlarını hansı tərəfin çağırdığı, iddia olunan hüquqazidd davranış barədə polisdə hər hansı araşdırmanın aparılması, əgər aparılmışsa, polisdəki materiallarda əks olunan məlumatlar, bu məlumatların tərəflərin bildirdikləri ilə uyğunluğu (uyğunsuzluğu) və digər bu kimi hallar aydınlaşdırılmalı olduğu halda bu istiqamətdə lazımi araşdırmalar aparılmamışdır. Bundan əlavə, videolarda görünən mal-qaranın iddiaçının sahiblik etdiyi ərazidə otladığı, insanların mübahisə etdiyi ərazinin iddiaçının sahibliyində olan torpaq sahəsinə aid olub-olmadığı tərəflərin izahatları ilə yanaşı, çəkişmə prinsipinə əməl edilməklə videolarda görünən, işdə tərəf olmayan şahidlərin və ərazini tanıyan digər şəxslərin, o cümlədən polis əməkdaşlarının, işə cəlb olunan mütəxəssislərin ifadələri ilə, zəruri olduqda isə müvafiq ekspertizalar aparılmaqla yoxlanıla bilərdi. Lakin məhkəmə qeyd olunan xüsusatlara dair hansı tərəfin hansı halları sübuta yetirməli, bundan ötrü hansı sübutları təqdim etməli olması və işin hüquqi vəziyyəti haqqında tərəflərlə müzakirələr aparmamaqla, Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1.2-ci maddələrinin tələblərini pozmuşdur. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. Bundan əlavə, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir. Göstərilən qaydada aparılan araşdırma nəticəsində cavabdehlərin və (ya) onlara məxsus olan heyvanların iddiaçının sahibliyində olan əraziyə daxil olduqları təsbit edildiyi halda, növbəti addım kimi bu hərəkətlərin hüquqazidd olub-olmaması şərti yoxlanılmalıdır. Nəzərə alınmalıdır ki, qadağan edilmiş özbaşınalıqla sahibliyə müdaxilə hüquqazidd davranışdır. Mülki Məcəllənin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Özbaşınalıq dedikdə, bir şəxsin hüquq sistemi ilə müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onu sahiblikdən məhrum etməsi və ya onun sahibliyini pozması başa düşülür. Bu əməlin digər xüsusiyyətlərinə nəzər salsaq, özbaşınalıq əvvəla, insan tərəfindən edilən bir davranışdır. Odur ki, əşya üzərində sahibliyin pozulması bir təbiət hadisəsindən və ya heyvanın hərəkətindən irəli gəlmişsə, bunu özbaşınalıq kimi qiymətləndirmək olmaz. Ikincisi, özbaşınalıq mahiyyəti etibarilə hüquqazidd bir hərəkətdir.Yəni, şəxs özbaşınalıq etdikdə qanunvericiliklə müəyyən edilmiş davranış qaydasını pozur. Bu o deməkdir ki, əşyanı qəsb etmiş, yaxud sahibliyə əngəl törədən şəxsin əşyaya sahibliyi və ya maneçiliyi keçərli bir hüquqi əsasa dayanmadığına görə qanunsuz olur. Müdaxilənin qanuni və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin əvvəlki və ya mövcud sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. O da qeyd olunmalıdır ki, sahibliyin pozulması həm də sözlü təhdidlə meydana gələ bilər. Əgər bir şəxsin ifadə etdiyi iddia ciddi və yaxın bir təhdid kimi qəbul oluna bilərsə, sahibliyin pozulacağından xəbər verirsə və sahib üçün qorxu yaradıb onun əşya üzərindəki sahibliyini çətinləşdirəcək və ya əngəlləyəcək dərəcədədirsə, bu davranış sahibliyə müdaxilə kimi qiymətləndirilir. Yəni, sahiblik vəziyyətinə yaranan real təhlükə baxımından müdaxilənin bir fiziki hərəkətlə, yaxud bəyanla edilməsinin fərqi yoxdur. Əsas odur ki, bəyandan sahibliyə yaxında bir müdaxilə olunacağı və bununla da sahiblik vəziyyətinin pozulacağı bəlli olsun. Əşyanın (o cümlədən torpaq sahəsinin) iddiaçının qanuni sahibliyində olub-olmaması da mübahisənin hüquqi həllinə təsir göstərmir. Ona görə ki, qadağan edilmiş özbaşınalıqdan istər qanuni, istərsə də qanunsuz sahib qorunur. Təsadüfi deyil ki, qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı yalnız qanuni sahibə deyil, “hər bir sahibə” verilmişdir. Bu baxımdan məhkəmələrin iddianı rədd edərkən iddiaçının icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil etməsinin müəyyən olunmamasına istinadı əsaslı olmamışdır. Çünki, iddiaçının özünün icarəsində olan torpağın sərhəddindən hətta kənara çıxıb əkin əkməklə faktiki olaraq həmin ərazini də (hüquqi əsas olmadan) sahibliyinə alması, qanunsuz sahiblik təşkil etsə belə, bu fakt ona əsas yaradır ki, torpağın mülkiyyətçisi (yaxud məhrum olan digər şəxslər) ya sahibliyin müdafiəsi, ya da mülkiyyətin müdafiəsi qaydasında iddia qaldıraraq vicdansız qanunsuz sahibin həmin ərazidən çıxarılmasını, hətta gəlirin, bəhərin və ya zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etsinlər (MM, m.157.2, 157.5,164.2). Lakin həmin şəxslərin ixtiyarı yoxdur ki, qanunla müəyyən edilmiş davranış qaydasına zidd - özbaşına şəkildə sahəyə daxil olub faktiki sahiblik vəziyyətini, başqa sözlə sosial nizamı pozsunlar. Diqqətdə saxlanılmalıdır ki, bu qaydaların məqsədi hüquq sahibini deyil, sahiblik vəziyyətini qorumaqdır. Sahiblik (possessio) hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahiblik institutunun mülki hüquq münasibətlərində yerinə yetirdiyi funksiyalardan biri də cəmiyyətdəki nizamı və sosial sülhü qorumaqdır. Ona görə də heç kəsə icazə verilmir ki, (hətta əşya üzərində hüquq sahibi olsa belə) cəmiyyətdəki hüquq qaydasını və nizamı pozaraq, başqasının hakimiyyəti altında olan bir əşyanı özbaşına qəsb etsin, yaxud sahibliyə maneə törətsin. Başqa sözlə, heç kəs əşyanı sahibliyində saxlayan şəxsin əslində buna haqqı olmadığını irəli sürərək, özbaşına şəkildə onun əlindən ala və ya sahibliyini poza bilməz. Əks halda cəmiyyətdə qarşısıalınmaz bir özbaşınalıq vəziyyəti meydana gələrdi. Deliktin digər şərti olan zərərə münasibətdə isə ilk növbədə qeyd edilməlidir ki, zərərin mövcudluğu və həcmi ümumi qaydalara uyğun şəkildə müəyyən edilməlidir. Məlum olduğu kimi, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (§ 40). Göründüyü kimi, zərər institutu, şəxsin əmlakının aktivində hər hansı formada baş verən azalmanı nəzərdə tutur. Lakin bu azalma qarşı tərəfin müqaviləyə, yaxud qanuna zidd əməli nəticəsində yaranmaqla şəxsin pozulmuş hüququnu bərpa etməsi üçün çəkilmiş (çəkilməli olan) xərc və ya əmlakdan məhrum olma (zədələnmə), yaxud əldən çıxmış fayda formalarında özünü biruzə verir. Baxılan işdə iddiaçı həm maddi, həm də mənəvi zərərin ödənilməsini tələb edir. Iddia ərizəsində maddi zərər həm sahədəki saman otu hesabına cavabdehlərin heyvanlarının otarılması, həm də cavabdehlərin özbaşınalığına görə “xxxx” MMC ilə 12 ha sahədə pambıq əkini üçün bağladığı müqavilə üzrə zəruri işlərin görülə bilməməsi və nəticədə (əlindən çıxan fayda qismində) zərərə uğraması ilə əsaslandırmışdır. Iddiaçı, maddi zərərə sübut kimi adıçəkilən cəmiyyətlə bağladığı ##.##.2023-cü il tarixli, *** nömrəli “Xam pambığın alqısatqısı haqqında” müqavilənin surətini, habelə “xxxx” MMC-nin rəyini məhkəməyə təqdim etmişdir. Belə olan halda məhkəmələrin iddianı rədd edərkən ifadə etdikləri - “iddiaçı ərizəsində və məhkəmədə verdiyi izahatında dəymiş maddi ziyanı 4-5 min ot kipindən məhrum olması ilə əsaslandırsa da, lakin qiymətləndirmə rəyi ot kipi əsasında deyil arpa və pambıq məhsulundan əldə olunan gəlir və subsidiyalar əsasında hesablanmışdı” mövqeyi əsaslı hesab edilə bilməz. Odur ki, iddiaçının sahibliyinə qanunsuz müdaxilə və ona zərər dəyməsi sübuta yetirildiyi halda maddi zərərin həcminin hesablanmasında real zərərlə yanaşı, ərazidən istifadə edilə bilməməsi nəticəsində əldən çıxmış fayda da nəzərə alınmalı, bu xüsusata dair sübutların toplanması və qiymətləndirilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır. Mənəvi zərərə münasibətdə isə hər iki instansiya məhkəməsi qeyd etmişdir ki, bu zərəri təsdiqləyən sübutlar məhkəməyə təqdim olunmamışdır. Kollegiya bu mövqeyi də əsaslı saymır, ona görə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarının 7.2-ci bəndinə əsasən, maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir. Həmin Qərarın 7.1-ci maddəsinə görə, mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Deliktin digər şərtləri - əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir ümumi qaydalara uyğun şəkildə yoxlanılmalıdır. O da nəzərə alınmalıdır ki, istər sahibliyin müdafiəsi, istərsə də sahibliyə özbaşınalıqla müdaxilədən doğan zərərin ödənilməsi iddiasının təmin edilməsi, xeyrinə qərar qəbul edilmiş şəxsə sahibliyin obyekti olan torpaq sahəsi üzrə hər hansı hüquq vermir. Bu məzmunda çıxarılmış məhkəmə aktı yalnız sahiblik edən şəxsi özbaşınalıqdan qoruyur və bu cür qanunsuz əməllə yetirilən zərəri kompensasiya edir. Torpağa dair üstün hüquq iddia edən şəxslərin ayrıca iddia qaldırmaq və pozulmuş hüquqlarını müdafiə etmək imkanının qarşısı alınmır. Başqa sözlə, özbaşınalıq etdiyinə görə təzminat ödəməli olan şəxs özü də torpaq sahəsinə münasibətdə hüquqlarının pozulduğunu sübuta yetirməklə əşyanın geri qaytarılması və ya pozuntuya son qoyulması, yaxud zərərin əvəzinin ödənilməsini ayrıca iddia qaldırmaqla təzminat ödədiyi şəxsdən tələb edə bilər. Nəhayət, zərərin əvəzinin ödənilməsi tələbinə işin müəyyən edilmiş halları baxımından delikt normalarının tətbiqi istisna edildikdə, iddiaçıya məxsus olan məhsul (saman otu) hesabına cavabdehlərin heyvanlarının otarılması sübuta yetirildiyi halda məhkəmə pul tələbini həm də əsassız varlanma qaydaları (MM-in 1091-1095-ci maddələri) çərçivəsində yoxlaya bilər. Kollegiya bildirir ki, hazırkı işdə yuxarıda göstərilən hallar araşdırılmadan iddianın sübuta yetirilməməsi barədə məhkəmələrin gəldikləri qənaət qanuni və əsaslı olmamışdır. Mövcud vəziyyət işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin tərəflərin qarşılıqlı münasibətinə və qanunvericliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 49, 59). Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəni aidiyyəti maddi hüquq normalarının dispozisiya şərtləri əsasında ardıcıl şəkildə yoxlamadan, sadəcə işin bəzi hallarının və qanunvericilik normalarının sadalanması ilə iddianın həlli barədə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X7 X9 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
27. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
28. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
29. Iddiaçı İddiaçı Zərdab Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən iddiaçı İddiaçı aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
31. Iddiaçı İddiaçının apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
32. Belə ki, məhkəmə kollegiyasının iclasında videodisklərə baxış keçirilmiş və iddiaçı İddiaçı verilən suallara cavab olaraq bildirdi ki, videodiskdə olan sahə onun icarəsində olan torpaq sahəsidir. Həmin torpaq sahəsi onun əkib-becərdiyi torpaq sahəsidir. Çəkilişləri də onlar özləri aparmışlar. Videoçəkiliş zamanı, o, həmin torpaq sahəsindən mal-qaranı çıxardır. Həmin sahə taxıl sahəsi olub və həmin taxılı, o, əkmişdir. Onun özünün sənədlə 50 ha torpaq sahəsi vardır. Faktiki istifadə etdiyi torpaq sahəsi 23 hektardır, qalan 27 ha torpaq sahəsindən istifadə etmir.
33. Həmin videogörüntü ilə bağlı cavabdehlər bildirmişdirlər ki, mübahisəli torpaq sahəsi X3 məxsus olub. Həmin torpaq sahəsinə dair İ.Bünyatovun 2019-cu ildə icarə müqaviləsi bitdiyi üçün həmin torpaq sahəsini Çallı kəndinin sakinlərinə qaytarıblar. Onların iddiaçı İddiaçı məxsus olan 50 ha torpaq sahəsi ilə bir problemləri yoxdur. Onların mal-qara otarmağa sahələri yox idi və 168 ha torpaq sahəsini mal-qara otarmaq üçün onların istifadəsinə verildiyindən onlar cənab Prezidentə təşəkkür məktubu da yazmışlar. Ancaq sonradan iddiaçı İddiaçı kənd sakinlərinə verilən 168 hektar örüş torpağının 22 hektarını zəbt etdi. Həmin 22 ha torpaq sahəsi bələdiyyənin balansındadır. Ekspert öz rəyində göstərir ki, iddiaçı İddiaçı göstərdiyi torpaq sahəsi bələdiyyəyə məxsus olan örüş torpaqlarıdır.
34. Videogörüntüləri ilə bağlı cavabdeh cavabdeh3 əlavə olaraq bildirdi ki, videogörüntüdə olan, o, digər şəxs Çallı kənd bələdiyyəsinin nümayəndəsi və cavabdeh4dır. Həmin torpaq sahəsindən iddiaçı onların mal-qarasını çıxartdığı üçün onlar həmin torpaq sahəsinə toplaşmışlar. Görüntüdə olan həmin sahə X4 məxsus olan sahədir. Orada heç bir əkin olmayıb. İddiaçı həmin torpaq sahəsini sənədlərdən də göründüyü kimi qeyri-qanuni olaraq əkib və becərib. Hətta ot kipini də bağlatdırandan sonra onlar həmin sahəyə malqaralarını buraxmışlar. Həmin torpaq sahəsinin iddiaçı İddiaçı heç bir aidiyyəti yoxdur. Iddiaçının iddia etdiyi 50 ha torpaq sahəsi həmin ərazi deyil başqa sahədir.
35. Bundan başqa, məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dindirilmiş Rahib Teymurov bildirdi ki, birinci videogörüntüdə, o, iştirak etməmişdir. Çəkiliş gedən zaman həmin sahədə olmasını xatırlamır. Mübahisəli torpaq sahəsində iştirak edən zaman çəkiliş edildiyini görməmişdir. Həmin torpaq sahəsində iştirak edən zaman artıq taxıl biçilmişdir. Videogörüntüdə görsənən ağaclar ferma tərəfdir. Videoçəkiliş bir nöqtədən aparıldığı üçün torpaq sahəsinin kimin istifadəsində olmağını deməyə çətinlik çəkir. Əgər videoçəkiliş tam formada olarsa, o, mübahisəli torpaq sahəsinin kimin icarəsində olduğunu deyə bilər. Yerli baxışda iştirak edən zaman torpaq sahəsində artıq taxıl biçilmişdir və indiki videoçəkilişdə görünən yaşıl otlar yox idi. Həmin torpaq sahəsi örüş sahəsidir. Lakin torpağın digər hissəsi artıq şümlanmışdır. Islahat xəritəsində həmin torpaq sahəsi örüş sahəsi kimi qeyd olunub. Işdə olan ## ####### 2024-cü il tarixli mütəxəssiz rəyini, o, tərtib edib. Rəyə əsasən Zərdab rayonu Çallı bələdiyyəsi ilə iddiaçı İddiaçı arasında bağlanmış ##.##.2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 50.0 ha torpaq sahəsi ilə bağlı bələdiyyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən tərtib və təsdiq olunmuş kordinatlar əks olunan yerqurluşu planı mövcud olmadığı üçün məhkəmənin ##.##.2024- cü il tarixli Qərardadında göstərilən suallara cavab vermək mümkünsüz olmuşdur. Qeyd olunan rəyi bir daha təsdiq edir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir.
37. Məhkəmə kollegiyasının araşdırması zamanı videolarda görünən mal-qaranın iddiaçının sahiblik etdiyi ərazidə otladığı, insanların mübahisə etdiyi ərazinin iddiaçının sahibliyində olan torpaq sahəsinə aid olması tərəflərin izahatları ilə yanaşı, çəkişmə prinsipinə əməl edilməklə videolarda görünən Çallı Bələdiyyəsinin nümayəndəsinin və ərazini tanıyan mütəxəssisinin ifadələri ilə yoxlanılmış, lakin qeyd olunan hallar öz təsdiqini tapmamışdır.
38. Məhkəmə kollegiyasının araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə vurulmuş maddi və mənəvi ziyana görə pulun cavabdehlərdən alınaraq ona verilməsini iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir.
39. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
40. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
41. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.