Məhkəmə qərarları › İş №2(3-10)-241/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-241/2026

20.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-241/2026 20.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və X1 ibarət tərkibdə, Abdullayev Aydan Paşa qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Işin halları

1. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun əmlakına dəymiş zərərin əvəzi olaraq 5.980 manat və mənəvi zərərin əvəzi olaraq 1.000 manat, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 manat, vəkil xərci olaraq ödənilmiş 200 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 94,80 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu şəhəri, Vidadi küçəsi, ev 39 ünvanında yerləşən ** saylı mənzil iddiaçının mərhum əri X2 mülkiyyətində olmuş, əri vəfat etdikdən sonra həmin mənzil vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Hal-hazırda mənzil onun qanuni sahibliyindədir və həmin mənzildə qeydiyyatda olmaqla daimi olaraq orada yaşayır. Onun mənzili 5-ci mərtəbədə yerləşir, cavabdeh isə qonşusudur. 2024-cü ilin yanvar ayında cavabdehin təqsiri üzündən onun mənzilinə su sızması baş vermişdir. Belə ki, mənzili binanın son 5-ci mərtəbəsində yerləşir və cavabdeh tərəfindən də mənzilinin üstündə, yəni binanın çardağında su çəni quraşdırılmışdır. Cavabdehə məxsus su çənindən davamlı olaraq su daşması nəticəsində mənzili və əşyaları yararsız vəziyyətə düşmüşdür. Belə ki, mənzilin döşəməsi suyun içində qalmış, otaqların divar kağızları və tavan boyası qopmuş, elektrik naqilləri zədələnmiş, mənzilin dəhliz və otaqlarının təmiri bərbad vəziyyətə düşmüş, həmçinin mənzildə olan mebellər suyun içində qaldığından taxta hissələri qabarmış, mənzildə olan yorğan-döşək, paltarlar islanmışdır. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona dəymiş zərərin məbləği mütəxəssis rəyinə əsasən təxminən 5.980 manat təşkil edir. Hər dəfə cavabdehlə görüşərək su axıdılmasının qarşısını almağı və dəymiş zərəri aradan qaldırmağı bildirmiş, lakin heç bir nəticəsi olmamış, cavabdeh müxtəlif bəhanələrlə bu məsələdən yayınmışdır. Bu barədə Mənzil Istismar Sahəsinə müraciət etmiş və həmin təşkilatdan nümayəndələr gəlib mənzilə baxış keçirmişlər. Baxış zamanı həqiqətən də mənzilə və əşyalarına cavabdehə məxsus su çəninin daşması nəticəsində zərər dəyməsi müəyyən edilmişdir. Bundan başqa, mənzilə ziyan dəyməsi ilə bağlı rayon polis şöbəsinə də müraciət etmiş, lakin Ağsu rayon Polis şöbəsi tərəfindən bu məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bundan əlavə cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona mənəvi zərər dəymişdir. Belə ki, mənzilə və əşyalarına zərər dəyməsi, həmçinin cavabdehin olanlara saymaz, laqeyd yanaşması nəticəsində onun səhhəti ağırlaşmış, əsəbləri pozulmuş, dəfələrlə həkimə müraciət etməli olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil ##.##.2024-cü il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Iddiaçı həmçinin bildirmişdir ki, onun su çəni mətbəxinin üst tərəfində yerləşir, cavabdehin çəni isə divarının üstündədir. Onun su çəni ilə cavabdehin çəni arasında çox məsafə var. O, 1 il 8 aydır ki, evində yaşamır. Bu zamana qədər nə üçün evimə su axmayıb? Hər kəs bilir ki, o, su matorunu qoşmasa, suyu dolmaz. Onların binasında yaşayan 10 nəfər şəxsin sayğacı binanın aşağısında yerləşirdi. Indi hər kəsin mənzilinə su xətti çəkildiyi üçün hər kəsin sayğacı öz mənzilindədir. O isə həmin vaxtı evdə olmadığı üçün evinin sayğacı dəyişdirilməyib. Cavabdeh onun su xəttini açıb, su təzyiq ilə onun su çəninə dolaraq daşıb. Sonra cavabdeh 102 xidmətinə zəng edib, bu barədə məlumat verib və polis əməkdaşı gələrək ora baxış keçirib. Ora baxış keçirən polis, cavabdehdən daşan çənin kimin olduğunu soruşduqda, o, bilmədiyini bildirib. Polis əməkdaşı suyu kəsdikdən sonra ona məlum olub ki, çən onundur.

4. Məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, 2014-cü ildə Ağsu şəhər, Vidadi küçəsi ** saylı evin ** saylı mənzilini aldı-satqı yolu ilə almışdır. Hal-hazırda 6 nəfərlik ailəsi ilə həmin mənzildə yaşayır. Mənzili binanın 3-cü mərtəbəsində yerləşir. Evdə istifadə etdiyi su binanın dam örtüyünün altında qoyulmuş su çəni vasitəsilə gəlir. Bu çən dəmir materialından olmaqla əvvəlki evin sahibləri tərəfindən qoyulmuşdur. O və ailəsinin su çənindən istifadə müddətində evlər idarəsindən ona qarşı heç bir qanunsuzluq faktı aşkar edilməmiş və iddia tələbi olmamışdır. Sudakı istifadə müddətində su çənində nasazlıq, çənin deşilərək su buraxma halı olmamışdır. Hazırda da su çənində heç, bir nasazlıq yoxdur. Ona iddia qaldırmış iddiaçı İddiaçı Vidadi küçəsi, mənzil 29-da qeydiyyatda olsa da əslində həmin evdə yaşamır və mənzilin çöl tərəfdən görünüşü də bunu təsdiq edir. Pəncərələrin əslində şüşələri belə tam yoxdur. Bundan başqa su çənin olduğu yerdə daha bir neçə qonşunun su çəni vardır. Onun mənzilinin istifadə etdiyi su çəni su buraxmır. Bundan başqa çənə su vurularkən onun səhvən daşma ehtimalı yoxdur, beləki onun təhlükəsizliyi üçün əlavə boru qoyulmuşdur. O, iddiaçının işə əlavə etdiyi mütəxəssis aktı ilə aşağıdakılara görə razı deyil. Mütəxəssis onun istifadə etdiyi çənə baxış keçirərkən o dəvət edilməmişdir. Bunu ailə üzvləri və qonşuları təsdiq edə bilər. Mütəxəssis sayılan şəxslərin özlərinin dediyinə görə onların bu barədə rəy vermək hüququ yoxdur. Bunu ona evlər idarəsinin müdürü Əlhüseyn Mayılov şəxsəndeyib. O, göstərmişdir ki, onların ele bir mütəxəssisi yoxdur. Iddiaçı qeydiyyatda olduğu Vidadi küçəsi 39, ev ** saylı mənzilin çöldən görünüşü, başqa sözlə pəncərələrinin yararsız vəziyyətdə, şüşəsiz olması onun bu mənzildə uzun müddət yaşamadığını bir daha sübut edir. Iddiaçının həmin mənzildə faktiki yaşamadığı üçün ona guya mənəvi ziyan vurulması faktı isə əsassızdır. Su çəninin su buraxma faktı olmadığı halda iddia əsassızdır. Bütün bunları nəzərə alaraq İddiaçı ona qarşı iddiasının Azərbaycan Respublikası Mülki Prosessual və Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən rədd edilməsini xahiş etdi. O, rəylə razı deyil. Iddiaçıya dəymiş ziyanın onun tərəfindən vurulmasını qəbul etmir. O, iddiaçıya 1 manat belə olsa, ödəməyə hazır deyil. Iddiaçının heç bir əsası yoxdur, amma onun əsasları var. 20 gün əvvəl iddiaçının su çəni yarasız olduğu üçün suyu çənə vuran zaman daşıb su evinə axıb. Iddiaçının özünü də çağırmış, onun çəni ilə iddiaçının çəni arasında 1 metr mesafə var, amma iddiaçı onun çəni olmasını qəbul etmir. O da sübut kimi video çəkiliş etmiş, diskdədir. ##.##.2025-ci ildə 102 xidmətinə məlumat verdikdən sonra ora polis sahə rəisi gəlib, baxış keçirib. Iddiaçı iki sayğac işlədir, bu məsələyə görə birini kəsdirib. Iddiaçı dövləti, məhkəməni və onu aldadıb. Iddiaçı hansı əsasla ondan ödəniş tələb edir, sübut da diskdədir. Ora baxış keçirən polisi də çağıra bilərsiziniz. O, məhkəmənin yekunlaşmasını istəyir, ürəyi xəstədir, gələ bilmir. Iki gündür su daşır, iddiaçı da çənin onun olmasını qəbul etmir. Iddiaçının iki sayğacı var, binanin girişində olan sayğacı sökdürüb. Verilən suallara cavab olaraq cavabdeh bildirmişdir ki, videodakı su daşan çən iddiaçınındır. 1 il yarım imiş ki, daşan çən videoçəkilişdəki çən imiş, bilməmişlər.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadə verərək bildirmişdir ki, o, anası ilə evə getmiş, evə girəndə görmüşdür ki, ev su içindədir. Onlar anası ilə onun qaldığı evdən gəlirmiş. Anası Bakı şəhərinə qardaşının yanına gedibgəlir. Bəzən onun yanında qalır. Bir başa onlara gəlmişdi. O da onu götürüb öz evinə gələndə görmüşlər ki, yer su, xalça sudur. Divardan-tavandan su tökülürdü, elə bil yağış yağırdı. Ayaqlarını içəri qoya bilməmişlər. Onlar çəni boşaltmışdır ki, yuyulsun. Anasına məxsus çəndə bir qram da olsun su yox idi. Verilən suallara cavab olaraq şahid şahid2 bildirmişdir ki, anasının mənzilinin üstündə anasına məxsus çən olmalıdır. Amma üçüncü mərtəbənində su çəni beşinci mərtəbənin üstünə qoyulub. Çıxıb baxmışdır ki, cavabdehə məxsus çəndən su axır. Düşüb aşağı cavabdehin qapısını döymüşdür. Cavabdehin gəlini orda qalır, onların çənindən su dolub daşdığını bildirmişdir. Onların mənzilinin üzərində iki çən var, biri anasının, biri də cavabdehin çənidir. Cavabdehə məxsus çənindən su axırdı və həmin çənin ətrafı yaş idi. Böyük olan su çəni cavabdehə məxsusdur.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid4 ifadə verərək bildirmişdir ki, o, mənzil istismar sahəsində mühəndis işləyir. Xanım onlara ərizə ilə müraciət etmişdir ki, evini su basıb. Xanımın dediyinə görə cavabdehin mənzilinin üstündə su çəni var, çən daşaraq onun evini su basmışdır. Onlar gedib evə baxmış, lakin çənə çıxıb baxmamışlar. Evin tavanı, polu və mebellər nəm idi, divarında aboylar qopmuşdur. Divar qaralmışdı. Onlar evdə su görməmişlər. Çənin onlara aidiyyatı olmadığına görə baxmamışlar.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 ifadə verərək bildirmişdir ki, o, mənzil istismar sahəsində baş mühasib işləyir. Onlar evə baxış keçirərkən hər tərəf nəmişlik idi. Mebel suyun içərisində idi. Divar kağızları qabarmış şəkildə idi. Nəmişlik var idi. Onlar suyun hardan gəldiyini görməmişdir. Onlar müraciət olunan gün getməmiş, təxminən 15-20 gün sonra gedib evə baxmışdır. Çıxıb çənə baxmamışlar.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadə verərək bildirmişdir ki, o, xanımın evində koridorda oboyun qopmasını görmüş, içəri girmişdir. Servant kiflənmiş halda idi, bir də tavanda nəmişlik var idi. Gedən vaxtı su görməmişdir, divarlar nəm olmuş, evdən də nəmişlik iyi gəlmişdir. Ora gedəndə fevral ayı idi. Ora müraciət olunan gün yox, sonra getmişlər.

9. Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 3.143 manat məbləğində pul vəsaiti, 200 manat vəkilə ödənilmiş pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,43 manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 43,37 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 1401555071, X6, Kod 210005, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFIFT. Bik: CTREAZ22) ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh alınaraq “xxxx” MMC-nin (VÖEN: 1903467341, Hesab № AZN: AZ77AIIB400600C9447929844218, Bank: “xxxx” ASC-nin Bravo 3 filialı, VÖEN: 9900003611, Müxbir hesab: AZ37NABZ01350100000000001944, filialın kodu: 201296, SWIFT kod: AIIBAZ2XXXX) hesabına ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı məxsus Ağsu şəhəri, Vidadi küçəsi, ** saylı ev, ** saylı mənzilin üzərində iki su çəni mövcuddur. Həmin çənlərdən biri (kiçik olan çən) iddiaçı İddiaçı, digəri (böyük olan çən) cavabdeh Cavabdeh məxsusdur. İddiaçı mənzilinin dəhliz otağının üstündə yerləşən Cavabdeh məxsus su çəninin daşması səbəbindən, onun mülkiyyətində olan Ağsu şəhəri, Vidadi küçəsi, ** saylı evin, ** saylı mənzilə su axmış, nəticədə, İddiaçı 3.143 manat məbləğində maddi ziyan dəymişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

11. Iddiaçı İddiaçı məxsus mənzilə axmış suyun məhz Cavabdeh məxsus çəndən daşması şahid şahid2 ifadəsi və iş materiallarında olan foto şəkillərlə təsdiq edilir. Belə ki, şahid şahid2 ifadəsində cavabdehə məxsus çəndən suyun axdığını və həmin çənin ətrafının yaş olduğunu bildirmişdir. Bundan əlavə, iş materiallarında olan foto şəkillərdən də görünür ki, Cavabdeh məxsus su çəninin (böyük olan çənin) alt hissəsi və ətrafı sudur.

12. Iddiaçı cavabdehin məsuliyyətsizliyi nəticəsində ona 5.980 manat məbləğində ziyan dəyməsini bildirsə də, ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının mənzilinə dəymiş ziyan 3.143 manat dəyərində qiymətləndirilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, Ağsu şəhəri, Vidadi küçəsi, ev 39 ünvanında yerləşən ** saylı mənzildə təmir-bərpa xərcinin 3.143 manat müəyyən edilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur.

14. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh MM-in 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Cavabdeh MM-in 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, MM-in 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçı İddiaçı ödəməlidir.

15. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir.

16. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir.

17. Məhkəmə iddia tələbinin “1.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona mənəvi zərər dəyməsini qeyd etsə də, həmin halın təsdiqinə dair sübutları məhkəməyə təqdim etməmişdir.

18. Məhkəmə iddia tələbinin “mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmənin təşəbbüsü ilə keçirilən ekspertiza xərcləri cavabdehdən tutulmalı olduğundan, iddia həmin hissədə təmin edilməməlidir.

19. Sadalanan qanunvericilik aktı normalarına əsasən, həmçinin baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyi ilə razılaşaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə vurulmuş ziyan əvəzi olaraq 3.143 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməlidir.

20. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh 3.143 manat məbləğində vəsait alınaraq İddiaçı verilməlidir.

21. Iddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 94,80 manat dövlət rüsumunun 51,43 manatı iddiaçıya, 43,37 manatı cavabdehə aid edilməlidir.

22. Məhkəmə hesab etmişdir ki, ekspertizalarının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, 200 manat məbləğində pul vəsaiti isə “xxxx” MMCnin hesabına ödənilməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 119.1, 217.3, 217.4-ci maddələrinə maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

24. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud surətdə pozulmuşdur.

26. iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı işin faktiki hallarına düzgün qiymət verməmişdir. Çünki, iddiaçının mənzilinin dam örtüyü şiferdən ibarət olmaqla, binanın uzun illərdi tikilməsi, tikinti norma və tələblərinə cavab verməməsi, dam örtüyünün üzərində iddiaçının özünə məxsus çəninin olması, çətin plastik borusunun su buraxması, çənin dolması nəticəsində mütəmadi şiferin üzərinə axması, şiferin uzun illər istifadədə olması və bu illər ərzində erroziyaya uğramasını, mübahisəli yerə yerli baxış təyin edərək baxış keçirtməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə iddiaçının sübutlarnın yalnız şahid ifadələrindən ibarət olması, yalnız həmin ifadələr əsasında iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Bu isə işin faktiki halları ilə uyğunsuz təşkil etmişdir

27. Mülki prosessual qanunvericiliyin sübutetmə üzrə vəzifə bölgüsünü müəyyən edən normalarına istinadən qeyd edilməsi zəruridir ki, hər bir tərəf öz tələb və etirazlarının əsaslandığı halları sübut etmək vəzifəsi daşıyır. Deməli, iddiaçı şiferinin yararsız vəziyyətdə olmasını, şiferin üzərində olan iddiaçıya məxsus çənin su buraxmasını və həmin çəndən axan su ilə mənzilinə zərər dəydiyini iddia etdiyindən sübut etmək vəzifəsi onun üzərində olmuşdur. Lakin buna baxmayaraq, iddiaçı onun təqsirini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırmaları zamanı təqdim edilmiş ekspert rəyi isə formal mülahizələrə əsaslanmışdır. Belə olan halda məhkəmə tərəfindən iddia tələbinin təmin edilməsi heç bir əsas müəyyən edilmir. Halbuki, onun çənində heç bir su sızıntısı mövcud deyildir. O, mütəmadi olaraq çəni nəzarətdə saxlayır. Məhkəmə isə Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin bu barədə rəyini almamışdır.

28. Birinci instansiya məhkəməsinin AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş ekspert rəyinə, mütəxəssis rəyinə və şahid ifadələrinə istinad etməsi düzgün deyildir. Halbuki, MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Odur ki, Ağsu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağsu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyator Ağsu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- **/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. Ikinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də məhkəmə iddiaçının əmlakına zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyət yarandığı qənaətinə gəlmişdir.

41. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsini tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.

42. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

43. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı məxsus Ağsu şəhəri, Vidadi küçəsi, ** saylı ev, ** saylı mənzilin üzərində cavabdehə məxsus su çəni vardır. İddiaçı mənzilinin dəhliz otağının üstündə yerləşən Cavabdeh məxsus su çəninin daşması səbəbindən, onun mülkiyyətində olan Ağsu şəhəri, Vidadi küçəsi, ** saylı evin, ** saylı mənzilə su axması nəticəsində maddi ziyan dəyməsini əsas gətirərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının mənzilinin dam örtüyü şiferdən ibarət olmaqla, binanın uzun illərdi tikilməsi, tikinti norma və tələblərinə cavab verməməsi, dam örtüyünün üzərində iddiaçının özünə məxsus çəninin olması, çənin dolması nəticəsində mütəmadi şiferin üzərinə axması, şiferin uzun illər istifadədə olması və bu illər ərzində erroziyaya uğraması, birinci instansiya məhkəməsi mübahisəli yerə yerli baxış təyin edərək baxış keçirtməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan Ağsu Rayon Mənzil Istismar Sahəsi tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, Mənzil Istismar Sahəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilmiş, baxış zamanı Vidadi küçəsi, ev 39, mənzil 25 ünvanında yaşayan qonşu Cavabdeh məxsus və ** saylı (iddiaçıya məxsus) mənzilin tavanının üzərində (dam hissəsinin altında) yerləşdirilmiş su çənindən suyun daşması nəticəsində İddiaçı məxsus mənzilə ziyan dəyməsi müəyyən olunmuşdur.

45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli rəyindən görünür ki: -qərardadın birinci sualı üzrə qeyd edilmişdir ki, Ağsu şəhəri, Vidadi küçəsi, ev 39 ünvanında yerləşən ** saylı mənzildə mövcud olan qüsurların aradan qaldırılması üçün görülməli olan işlərin həcminə dair tərtib edilmiş smetaya əsasən 189 m2 divara şpakylovka vurulması, 24 kisə astar, 9 kisə üzlük, 36 m2 divara boya vurulması, 13 kq boya, 55 m2 döşəmənin qaşınması və boyanması, 20 kq boya, 65 m2 divara divar kağızının vurulması, 19 rulon divar kağızı (1,06 m), 9 qutu divar kağızı yapışqanı, 58 m2 tavana şpakylovka və boya vurulması, 3 kisə şpakylovka (üzlük), 21 kq boya. -Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən, ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. -Qərardadın ikinci və üçüncü sualları üzrə qeyd edilmişdir ki, iddiaçının mənzilinin dəhliz otağının üstündə yerləşən cavabdehə məxsus su çəninə baxış zamanı su çəninin yarıya qədər su ilə dolu olduğu, faktiki vəziyyətdə çənə daxil olan və çəndən çıxan borularda, çənin özündə su sızıntısı olmadığı, göz ilə görünə bilən hissələrdə heç bir qüsur olmadığı və su axmanın faktiki davam etmədiyi müəyyən olundu. Odur ki, Ağsu şəhəri, Vidadi küçəsi, ev 39 ünvanında yerləşən ** saylı mənzilə su axmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. -Qərardadın dördüncü sualı üzrə qeyd edilmişdir ki, çəndə təmir işlərinin aparılmasının aparılma müddətinin müəyyən olunmasına dair metod və metodika olmadığına görə qərardadın bu sualı üzrə tədqiqat aparılmadı.

45. Işdə olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, Ağsu şəhəri, Vidadi küçəsi, ev 39 ünvanında yerləşən ** saylı mənzildə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin **/**** nömrəli ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən görülməli olan söküntü, təmir işlərinin həcmi və dəyəri çəkilməli xərcin (malmaterialların dəyəri, usta pulu xərcləri) məbləği 3.143 manat təşkil edir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddia tələbinə etiraz edərək iddiaçının evinə dəymiş ziyanın onun çəni ilə heç bir əlaqəsinin olmadığını, onun çənindən su daşmadığnı, iddiaçının su çəni yarasız olduğu üçün suyu çənə vuran zaman öz çənindən su daşması nəticəsində evinə ziyan dəyməsini bildirsədə, etirazını, eləcədə iddiaçının sübutlarını təkzib edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

49. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

51. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ağsu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar