Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-25/2026 01.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Yunusov İmran Ağamirzə oğluna qarşı “tikililərin sökülməsi, gediş-gəliş yolunun açılması və istifadəsinə törədilən maneənin aradan qaldırılması” tələbinə dair (Açar sözlər: gediş-gəliş yolunun açılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı İddiaçı nümayəndəsi X1, Cavabdeh Yunusov İmran Ağamirzə oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Yunusov İmran Ağamirzə oğluna qarşı “tikililərin sökülməsi, gediş-gəliş yolunun açılması və istifadəsinə törədilən maneçiliyin aradan qaldırılması ”tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Yunusov İmran Ağamirzə oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Yunusov İmran Ağamirzə oğluna qarşı “tikililərin sökülməsi, gediş-gəliş yolunun açılması və istifadəsinə törədilən maneçiliyin aradan qaldırılması” tələbi barədə iddia qaldıraraq xüsusi mülkiyyətində olan Qəbələ rayonunun, Tüntül kəndində yerləşən 0.0980 ha (reyestr nömrəsi: ************) yaşayış məntəqəli torpaq sahəsinə ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən Qəbələ rayonu, Tüntül kəndi ərizəsində yerləşən 0.0980 ha (reyestr nömrəsi: ************) yaşayış məntəqəli torpaq sahəsinə gedən yolun keçdiyi ərazidə inşa edilmiş bütün tikililərin cavabdeh tərəfin hesabına sökülərək gediş-gəliş yolunun açılması və bundan sonra istifadəsinə törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,0980 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi vardır. Qəbələ rayonu, Tüntül kəndində yerləşən 0,0980 ha yaşayış məntəqələri torpaqlarına görə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarış verilmişdir. Həmin torpaq sahəsinə görə həmçinin ##.##.2025-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Plan və ölçüdə torpaq sahəsinin kadastr göstəriciləri,əsas döngə nöqtələrinin koordinatları, torpaq sahəsinin qonşu sərhərləri özəksini tapmışdır. Beləliklə, Qəbələ rayonu, Tüntül kəndində yerləşməklə mülkiyyətində olan 0,0980 ha torpaq sahəsində fərdi yaşayış evi də vardır. Lakin cavabdehin mülkiyyətində olan torpaq sahəsinə gedən yol yerini bağlaması onun mülkiyyət hüquqlarını lazımı qaydada həyata keçirilməsinə maneə olur. Belə ki, mülkiyyətində olan torpaq sahəsinə gedən yol yerini əsassız olaraq kubikdən hörülmüş hasarla və üzərində dəmir lövhələr yerləşdirməklə bağlamışlar. Onun və digər şəxslərin yol yerindən istifadəsinə maneələr törədir. Nəticədə mülkiyyətində olan torpaq sahəsindən lazımı qaydada istifadə edə bilmir, öz sərəncam hüquqlarını həyata keçirə bilmir. Bununla bağlı cavabdehə, müxtəlif orqanlara şifahi müraciətlər etsə də, onların səlahiyyətində olmadığı və məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Belə olub, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, cavabdehlərin bağladıqları yol yeri onun mülkiyyətində deyildir. Həmin torpaq sahəsi Qəbələ rayonu Tüntül bələdiyyəsinin mülkiyyətindədir. Bələdiyyə tərəfindən isə cavabdehlə həmin torpaq sahəsinə görə hər hansı alqı-satqı müqaviləsi imzalanmamışdır. Bu da cavabdehin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etdiyini göstərir. Cavabdehin tutduğu yol yeri isə 2021-ci ilə qədər ümumi istifadədə olan yol yeri olmuşdur. Lakin cavabdeh heç bir əsas olmadan insanların hüquq və azadlıqlarını heçə sayaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsini qanunsuz ələ keçirməklə kifayətlənməyərək, yol yerində tikili inşa etmişlər. Başqa yerdən isə həmin torpaq sahəsinə yol yoxdur. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə də şifahi qaydada müraciət etmişəm. Oradan xəritə məlumatlarına baxış keçirilmiş, mülkiyyətində olan torpaq sahəsinə başqa yol yerinin olmadığını qeyd etmişlər. Necə ola bilər ki 2021-ci ildə torpaq sahəsinə çıxarış verilə amma həmin torpaq sahəsinə yol yeri olmaya? Torpaq sahəsində ev tikilməsi üçün icazə verilə amma yol yeri olmaya? Bütün bunlar cavabdehin yol yerinin bağlandığını göstərir. Cavabdehin yol yerini bağlamasını təsdiq edən fotoşəkillərdə iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında isə göstərilmişdir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. O, isə əsassız olaraq müliyyətindən məhrum olmuş və mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı nümayəndəsi X1 izahatında göstərmişdir ki, ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu, Tüntül kəndi ərizəsində yerləşən 0.098 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi X3 məxsus olmuş və İddiaçı tərəfindən 2018-ci ildə alqı-satqı yolu ilə əldə edilərək planda göstərilən ölçü və koordinatlar üzrə xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. 2022-ci ildə Yunusov İmran Ağamirzə oğlu həmin torpaq sahəsinə gedən yolun keçdiyi ərazini zəbt etmiş və ətrafını mişar daşı ilə hasarlayaraq gediş-gəliş yolunu bağlamışdır. Ona görə də, xüsusi mülkiyyətdə olan ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən Qəbələ rayonu, Tüntül kəndi ərizəsində yerləşən 0.0980 ha (reyestr nömrəsi: ************) yaşayış məntəqəli torpaq sahəsinə gedən yolun keçdiyi ərazidə inşa edilmiş bütün tikililərin cavabdeh tərəfin hesabına sökülərək gediş-gəliş yolunun açılması və bundan sonra istifadəsinə törədilən maneələrə son qoyulması barədə iddia qaldırmışdır.
4. Cavabdeh Yunusov İmran Ağamirzə oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli ərazidə yerləşən torpaq sahəsi ötən əsrin ortalarından bəri onun ailə üzvlərinə məxsus olamuş və çəpər daxilinə salınaraq indiyədək istifadə olunmuşdur. İslahat nəticəsində ərazidə yerləşən 0,11 ha torpaq sahəsi ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş, bitişik qalan 0,03 ha torpaq sahəsini isə Tüntül bələdiyyəsindən ##.##.2001-ci il tarixdə alqı-satqı yolu ilə almışdır. İddiaçı məxsus olan ************ reyestr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Tüntül kəndində yerləşən 0.0980 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu mübahisəli yerdən olmamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir.
5. Cavabdeh Yunusov İmran Ağamirzə oğlunun nümayəndəsi nümayəndə1 İmran oğlu təmsil etdiyi şəxsin izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir.
6. Qəbələ Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı İddiaçı mülkiyyətində olan ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,0980 ha yaşayış məntəqələri torpaq sahəsindən ümumi istifadə olunan kənddaxili yoladək olan ərazi AR İN ƏMDX DƏDKR PHŞ * saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı Mütəxəssis rəyinə əlavə edilmiş * nömrəli planda yeri və hüdudları göstərilən Yunusov İmran Ağamirzə oğlunun istifadəsində olan 0,10 ha torpaq sahəsindən keçən hissədə JN-374 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin olunmuş 0,42 ha torpaq sahəsinin sərhədi boyunca (Kdan M-dək) 6 metr enində azad edilməsi, üzərində yerləşən tikililər cavabdeh Yunusov İmran Ağamirzə oğlunun hesabına sökülməsi və ərazinin boşaldılaraq gediş-gəliş yolu kimi sərbəst şəkildə istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlərə son qoyulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Yunusov imran Ağamirzə oğlu tərəfindən metal vərəqə ilə hasara alınmış 0,1 hektar torpaq sahəsi Tüntül bələdiyyəsinin mülkiyyətində olmaqla 300,0 kv/m hissəsi Yunusov İmran Ağamirzə oğluna satılmışdır. Plana əsasən satılan torpaq sahəsi ilə Yunusov Ramizin həyətyanı torpaq sahəsi arasında qalan 6-8 metr enində ( Miqyas1:1000 ) boş ərazi Fazil Mamedovun (İddiaçı) həyətyanı torpaq sahəsini kənddaxili yolla birləşdirir. Yunusov İmran Ağamirzə oğlu alqı-satqı yolu ilə əldə etdiyi 300,0 kv/m torpaq sahəsinin həndəvərində kənddaxili yol boyunca yerləşən cəmi 10700 kv/m torpaq sahəsini heç bir əsas olmadan metal lövhələrlə çəpərləyərək tutmaqla İddiaçı mülkiyyətində olan 0.0980 ha (reyestr nömrəsi: ************) həyətyanı torpaq sahəsini kənddaxili yolla birləşdirən keçidi ləğv etmişdir. Yunusov İmran Ağamirzə oğluna məxsus olan JN-***G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş 0,11 ha torpaq sahəsi mübahisəli ərazini əhatə etmir və həmsərhədd yerləşmir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,0980 ha yaşayış məntəqələri torpaq sahəsindən ümumi istifadə olunan kənddaxili yoladək olan ərazi AR İN ƏMDX DƏDKR PHŞ * saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 3-21-3-42/2- ****/**** saylı Mütəxəssis rəyinə əlavə edilmiş * nömrəli planda yeri və hüdudları göstərilən Yunusov İmran Ağamirzə oğlunun istifadəsində olan 0,10 ha torpaq sahəsindən keçən hissədə JN374 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin olunmuş 0,42 ha torpaq sahəsinin sərhədi boyunca (K-dan M-dək) 6 metr enində azad edilməli, üzərində yerləşən tikililər cavabdeh Yunusov İmran Ağamirzə oğlunun hesabına sökülməli və ərazi boşaldılaraq gediş-gəliş yolu kimi sərbəst şəkildə istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlərə son qoyulmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.4, 239.1-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 3, 111-ci maddəsinin 3cü bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Yunusov İmran Ağamirzə oğlu apellyasiya şikаyəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyətini və hüquqi xarakterini düzgün müəyyən etmədən, habelə iş üzrə toplanmış sübutları hərtərəfli, obyektiv və tam qiymətləndirmədən iddia tələbini tam təmin etmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi, həm də prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir.
12. Belə ki, mübahisəli torpaq sahəsinin cavabdeh Yunusov İmran Ağamirzə oğlunun mülkiyyətində olması onun adına verilmiş mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə ilə, eləcə də 2001-ci ildə tərtib edilmiş və müvafiq dövlət orqanları tərəfindən təsdiq olunmuş plan-sxemlə açıq şəkildə təsdiqlənmişdir. Buna baxmayaraq, məhkəmə qeyd olunan sübutlara lazımi hüquqi qiymət verməmiş, cavabdehin mülkiyyət hüququnu təsdiq edən sənədləri faktiki olaraq nəzərə almamışdır. Nəticədə məhkəmə tərəfindən cavabdehin Konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququna, o cümlədən sahiblik, istifadə və sərəncam vermək hüquqlarına əsassız və qanunazidd müdaxilə edilmiş, məhkəmə qətnaməsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməsi faktiki olaraq mümkünsüz edilmişdir. Məhkəmə qətnaməsini əsaslandırarkən mütəxəssis rəyinə istinad etmişdir. Lakin həmin rəy cavabdeh tərəfin iş materiallarına təqdim etdiyi mülkiyyət sənədləri, planlar və digər yazılı sübutlarla açıq ziddiyyət təşkil edir. Məhz bu ziddiyyətlərə baxmayaraq, məhkəmə mütəxəssis rəyinin obyektivliyini və əsaslılığını araşdırmamış, rəyin etibarlılığını şübhə altına alan hallara qiymət verməmişdir. Bu isə məhkəmənin sübutları birtərəfli və qeyriobyektiv yanaşma ilə qiymətləndirdiyini göstərir.
13. Sözügedən qətnamə ilə ilkin olaraq Mülki qanunvericiliyin başlıca prinsiplərindən biri olan mülkiyyətin toxunulmazlığı prinsipi pozulmuşdur. Belə ki, mülkiyyət hüququ şəxsin öz mülki ilə bağlı başlıca olaraq sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva edir. Məhkəmə cavabdehin öz əmlakı üzərində ən əsası sərbəst istifadə olmaqla, bu üç hərəkətini məhdudlaşdırmışdır. Məhkəmə öz qərarında sadəcə bir cümlə ilə olmaqla əsaslandırmışdır ki, cavabdehə məxsus olan 0.11 hektarlıq ərazi mübahisələndirilən ərazini əhatə etməməklə iddiaçı ilə həmsərhəd deyildir. Məhkəmənin bu arqumenti kifayət qədər açıqlayıcı olmayıb, öz-özlüyündə tamamilə yanlışdır. İlk olaraq qeyd edək ki, cavabdeh tərəfindən 300 kv.m torpaq sahəsinin alınması onun mövcud torpaq sahəsinə bitişik ərazidə yerləşən torpağın qanuni yolla əldə edilməsi ilə bağlı olmuş, bu hərəkət cavabdehin torpaq sahəsindən istifadənin səmərəliliyinin artırılmasına xidmət etmişdir. Digər tərəfdən, cavabdehin izahatlarında qeyd olunduğu kimi, sahəsi 0,11 ha olan torpaq sahəsi XX əsrdə aparılmış torpaq islahatları nəticəsində onun ailəsinə verilmiş və uzun illər ərzində fasiləsiz şəkildə istifadə olunmuşdur. Bu halda, cavabdehin mülkiyyətinə verilmiş və illərdir istifadə etdiyi torpaq sahəsinin faktiki yerləşmə yerini düzgün müəyyən etməməsi ehtimalı inandırıcı hesab edilə bilməz. Eyni zamanda, bu müddət ərzində bələdiyyə və digər aidiyyəti orqanlar tərəfindən həmin istifadə ilə bağlı hər hansı müdaxilənin olmaması da cavabdehin istifadəsinin legitim xarakter daşıdığını göstərir. Əlbəttə ki, bu arqumentlər ehtimallara dayanmayıb öz əsasını məhkəməyə təqdim edilmiş şəhadətnamə və planla da tapır. Şəhadətnamədə göstərilən qonşu torpaqları əks etdirən sxemlə, ## ###### 2001-ci il tarixli sxematik planın müqayisəsindən də görünür ki, cavabdehə məxsus torpaq sahəsi bələdiyyənin yox, məhz onun öz mülkiyyətindədir. Həmin sənədlər bir daha sübut edir ki, cavabdeh sözügedən torpaq sahələrinə mülkiyyət hüququnu vicdanlı əsaslarla əldə etmişdir, onun bu hüququ tam qanuni xarakter daşıyır. Belə olan halda məhkəmənin gəldiyi nəticənin qanuniliyi ədalətliliyi ciddi sual altına düşür. Məhkəmə kifayət qədər əsaslnadırmanın belə yer almadığı bir qərarla cavabdehin mülkiyyət hüququna müdaxilə etmiş, əsassız səbəblərlə onu öz torpağına sahiblik etmək və ondan istifadə etmək hüququndan məhrum etmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, əgər qonşuların torpaq sahəsinə gedən yol cavabdehin mülkiyyətində olan ərazidən keçirsə, bunun digər hüquqi həlli yolları vardır. Mülki qanunvericilikdə bununla bağlı servitut, habelə qonşuluq hüququ ilə bağlımüddəalar nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 175-ci maddəyə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.Habelə, həmin Məcəllənin 255-ci maddəsinə əsasən, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir.Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər... Göründüyü kimi bu hüquqlar şəxsə tərəflərin qarşılıqlımənafeyi nəzərə alınmaqla, lazım gəldikdə isə kompensasiya qarşılığında verilir, bir halda ki, şəxsin mülkiyyətinə gedən başqa bir yol mövcud olmasın. Hansı ki mütəxəssis rəyində belə bir yolun mövcudluğu vurğulanmışdır. Lakin maraqlıdır ki, məhkəmə qətnamənin əsaslandırmasında bunlardan heç birinə istinad etməmiş, tam əksinə cavabdehin hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla kifayətlənmişdir. Hazırkı halda Yunusov İmran Ağamirzə oğlunun istifadəsində olan 0,11 ha torpaq sahəsindən keçən hissədə JN-374 F saylı“Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin olunmuş 0,42 ha torpaq sahəsinin sərhədi boyunca (Kdan M-dək) 6 metr enində azad edilməsi, üzərində yerləşən tikililərin cavabdeh Yunusov İmran Ağamirzə oğlunun hesabına sökülməsi və ərazinin boşaldılaraq gediş-gəliş yolu kimi sərbəst şəkildə şəxsin mülkiyyət hüququna qarşı yönəlmiş kifayət qədər invaziv müdaxilə olduğundan İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasına * saylı protokolun 1-ci maddəsinin tələbləri baxımından “mülkiyyətdən məhrum etməyə” bərabər tutulur. 14.Odur ki, Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Yunusov İmran Ağamirzə oğlu apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunması, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. ##.##.2026-cı il tarixdə məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Yunusov İmran Ağamirzə oğlunun nümayəndəsi nümayəndə1 İmran oğlu apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunması, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi X1 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi nümayəndə1 İmran oğlu məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin; 18-ci maddəsinə görə, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatinin ödənilməsinə xidmət edən digər obyektlər altindakı torpaq sahələri yaşayiş məntəqələrinin torpaqlarinin tərkibinə daxildir. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Apellyator Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
28. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ##.##.2021-ci il tarixli ************ reyestr nömrəli Çıxarışa əsasən Qəbələ rayonu, Tültül kəndində yerləşən 0,0980 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdeh Yunusov İmran Ağamirzə oğlu tərəfindən həmin torpaq sahəsinə gedən yolun keçdiyi ərazinin zəbt edilməsini və yolun ətrafını mişar daşı ilə hasarlayaraq gediş-gəliş yolunu bağlamasını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdeh mübahisəli ərazidə yerləşən torpaq sahəsinin onun ailə üzvlərinə məxsus olmasını, islahat nəticəsində ərazidə yerləşən 0,11 ha torpaq sahəsi ailə üzvlərinin xüsusi mülkiyyətinə verilməsini, bitişik qalan 0,03 ha torpaq sahəsini isə Tüntül bələdiyyəsindən ##.##.2001-ci il tarixdə alqı-satqı yolu ilə almasını, İddiaçı məxsus olan ************ reyestr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Tüntül kəndində yerləşən 0.0980 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun mübahisəli yerdən olmamasını əsas gətirərək iddianı qəbul etməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi 406013066562, qeydiyyat nömrəsi **********, ##.##.2021-ci il qeydiyyat tarixli çıxarış üzrə iddiaçı İddiaçı mülkiyyətində olan Qəbələ rayonu, Tüntül kəndində yerləşən 0,0980 hektar torpaq sahəsinə sənəd üzrə yol sahəsi faktiki naturda mövduddur. Hal-hazırda mövcud olan yol cavabdeh tərəfindən zəbt edilməmişdir. Cavabdeh Yunusov İmran Ağamirzə oğlu tərəfindən faktiki naturada metal vərəqə ilə hasara alınmış 0,1 hektar torpaq sahəsi, Tültül kəndində aparılmış torpaq islahatına dair yerqurquluşu xəritəsinə əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altı, ümumi istifadədə olan torpaqlar olmaqla Nohurqışlar bələdiyyəsinin mülkiyyətinə aid ərazi kimi göstərilmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli torpaq sahəsinin cavabdeh Yunusov İmran Ağamirzə oğlunun mülkiyyətində olması, onun adına verilmiş mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə ilə, eləcə də 2001-ci ildə tərtib edilmiş və müvafiq dövlət orqanları tərəfindən təsdiq olunmuş plan-sxemlə açıq şəkildə təsdiqlənməsi, buna baxmayaraq, məhkəmə qeyd olunan sübutlara lazımi hüquqi qiymət verməməsi, cavabdehin mülkiyyət hüququnu təsdiq edən sənədləri faktiki olaraq nəzərə almaması, məhkəmə tərəfindən cavabdehin Konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququna, o cümlədən sahiblik, istifadə və sərəncam vermək hüquqlarına əsassız və qanunazidd müdaxilə edilməsi, məhkəmə qətnaməsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməsi faktiki olaraq mümkünsüz edilməsi, məhkəmə qətnaməsini əsaslandırarkən mütəxəssis rəyinə istinad etməsinə dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı mülkiyyətində olan Qəbələ rayonu, Tüntül kəndində yerləşən 0,0980 hektar torpaq sahəsinə sənəd üzrə yol sahəsi faktiki naturda mövduddur və həmin yol cavabdeh tərəfindən zəbt edilməmişdir. Cavabdeh Yunusov İmran Ağamirzə oğlu tərəfindən zəbt olunaraq hasara alınmış 0,1 hektar torpaq sahəsi Nohurqışlar bələdiyyəsinin mülkiyyətinə aid ərazidir. 31.Belə ki, məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərardadı əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi 406013066562, qeydiyyat nömrəsi **********, ##.##.2021-ci il qeydiyyat tarixli çıxarış üzrə iddiaçı İddiaçı mülkiyyətində olan Qəbələ rayonu, Tüntül kəndində yerləşən 0,0980 hektar torpaq sahəsinə sənəd üzrə yol sahəsi faktiki naturda mövduddur. Hal-hazırda mövcud olan yol cavabdeh tərəfindən zəbt edilməmişdir. Cavabdeh Yunusov İmran Ağamirzə oğlu tərəfindən faktiki naturada metal vərəqə ilə hasara alınmış 0,1 hektar torpaq sahəsi, Tültül kəndində aparılmış torpaq islahatına dair yerqurquluşu xəritəsinə əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altı, ümumi istifadədə olan torpaqlar olmaqla Nohurqışlar bələdiyyəsinin mülkiyyətinə aid ərazi kimi göstərilmişdir.
32. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə yerquruluşu üzrə mütəxəssis cəlb edilməklə mütəxəssis rəyi alınsada, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli mütəxəssis rəyində olan ziddiyyətlər məhkəmə tərəfindən araşdırılmamış, buna hüquqi qiymət verilməmiş, nəticədə iş üzrə düzgün və hərtərəfli məhkəmə araşdırılmasını təmin etməmişdir.
33. Kollegiya qeyd edir ki, cavabdeh mübahisəli ərazinin mülkiyyətində olmasını iddia etsədə, mütəxəssis rəyindən görünür ki, cavabdeh Yunusov İmran Ağamirzə oğlu tərəfindən faktiki naturada metal vərəqə ilə hasara alınmış 0,1 hektar torpaq sahəsi, Tültül kəndində aparılmış torpaq islahatına dair yerqurquluşu xəritəsinə əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altı, ümumi istifadədə olan torpaqlar olmaqla Nohurqışlar bələdiyyəsinin mülkiyyətinə aid ərazidir.
34. Həmçinin mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddiaçı İddiaçı mülkiyyətində olan Qəbələ rayonu, Tüntül kəndində yerləşən 0,0980 hektar torpaq sahəsinə sənəd üzrə yol sahəsi faktiki naturda mövduddur. Hal-hazırda mövcud olan yol cavabdeh tərəfindən zəbt edilməmişdir.
35. Kollegiya qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yol sahəsi faktiki naturada mövcud olduğundan və cavabdehin hasara aldığı ərazi Nohurqışlar bələdiyyəsinin mülkiyyətinə aid ərazi olduğundan həmin ərazinin boşaldılmasını tələb etmək Nohurqışlar bələdiyyəsinin hüququdur.
36. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı İddiaçı mülkiyyətində olan Qəbələ rayonu, Tüntül kəndində yerləşən 0,0980 hektar torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt olunması, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun üzərində yerləşən tikililərin cavabdehin hesabına sökülərək ərazinin boşaldılması qənaətinə gələrkən səhvə yol vermişdir.
37. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, araşdırma zamanı cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulması halı müəyyən edilməmişdir.
40. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. 41.Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş 26 may 2026- cı il tarixli mütəxəssis rəyini mübahisənin həllində iş üzrə mötəbər sübut kimi qəbul edir. 42 Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, 26 may 2026-cı il tarixli mütəxəssis rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir.
43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozduğundan, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
44. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir.
45. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Yunusov İmran Ağamirzə oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı cavabdeh Yunusov İmran Ağamirzə oğluna qarşı “mülkiyyətində olan torpaq sahəsinə gedən yol yerinin cavabdeh tərəfindən açılması, yol yerində olan maneələrin (tikililərin) cavabdehin hesabına sökülməsi və yol yerindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Yunusov İmran Ağamirzə oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Yunusov İmran Ağamirzə oğluna qarşı “mülkiyyətində olan torpaq sahəsinə gedən yol yerinin cavabdeh tərəfindən açılması, yol yerində olan maneələrin (tikililərin) cavabdehin hesabına sökülməsi və yol yerindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.