Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-254/2026 19.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəki regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya qeyri-mümkün, apellyasiya şikayəti üçün əsas olmadıqda) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Şəki regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, e-2(075)-72/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Şəki 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 2V-1/34 saylı xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Limoyə Əliyevanın adına verilmiş çıxarışın, onunla Maraqlı şəxs arasında bağlanmış bağışlama müqaviləsi və həmin müqavilə əsasında Maraqlı şəxs verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şəki rayonu Baş Zəyzid kəndində xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. X1 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Atasından Baş Zəyzid kəndində 0,0367 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evi miras qalmışdır. Atasının vəfatından sonra o da daxil olmaqla onun dörd nəfər birinci növbəli vərəsəsi qalmışdır. Miras əmlaka atasının ölümündən sonra xx.xx.2010-cu il tarixli MA serialı ******* saylı daşınmaz əmlakın dövlət reyestrındən Çıxarış alınmışdır. Bundan sonra 16 mart 2010-cu il tarixdə anam X2 Şəki 2 saylı notariat kontoru tərəfindən 2V-1/34 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas kimi digər iki vərəsə ilə yanaşı onun də razılığının olması əsas göstərilmişdir. Belə bir razılıq onun tərəfindən verilməmişdir. Hazırda məlum olmuşdur ki, onun da razılığı əsasında verilmiş şəhadətnamədən sonra anası Limoyənin adına Çıxarış verilmiş, sonra isə o, həmin çıxarış əsasında miras əmlakla qızı, hazırki mübahisə üzrə üçüncü şəxs Maraqlı şəxs bağışlamış, sonuncu isə öz adına mülkiyyət hüququ verən daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. Hazırda həmin çıxarışları əldə edə bilmədiyindən Dövlət notariat arxivinə müraciət etmiş və sonuncu tərəfindən mübahisə predmeti olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun adına yazılmış ərizə ona göndərilmişdir. Belə olduğu təqdirdə həmin şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin isə ləğv edilməsinə dair hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin ərizədəki imza iddiaçı tərəfindən icra edilməmiş, sözügedən ərizədən ümumiyyətlə xəbəri olmamışdır. Sözügedən cavab məktubunu xx.xx.2023-cü il tarixdə almışdır. Bundan sönra vəziyyəti digər tərəfə bildirdikdə əvvəlcə hansısa razılığa gələcəyi barədə söz vermiş lakin, sonra razılıqdan tam olaraq imtina etmişdir. Həmin razılıq ərizəsi tam olaraq saxtadır. O, heç vaxt belə bir razılıq ərizəsi verməmiş və kənd icra nümayəndəliyində bununla bağlı olmamışdır. Saxta yolla onun payımdan imtina barədə ərizə yazılaraq, sonrakı əməliyyatların aparılmasına qeyri-qanuni yolla şərait yaradılmışdır. X10 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Şəki Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, e-2(075)-72/2025 saylı qətnaməsi ilə, iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza xərci olan 127 (yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı Şəki Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, e-2(075)-72/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və həmin apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən Şəki Rayon Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli, e-2(075)-72/2025 saylı qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra İddiaçı apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmiş, həmin ərizəyə müvafiq apellyasiya şikayəti əlavə edilmədiyindən Şəki Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli, e- 2(075)-72/2025 saylı qərardadı ilə geri qaytarılmışdır. İddiaçı yenidən Şəki Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, e-2(075)- 72/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 06 fevral 2026-cı il tarixli, e-2(075)-72/2025 saylı qərardadı ilə, İddiaçı cavabdeh Şəki regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-72/2025 saylı qətnaməsindən iş üzrə İddiaçı apellyasiya şikayəti verilməsi müddəti bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə riayət etməmiş və İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti Şəki Rayon Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli, e-2(075)-72/2025 saylı qərardadı ilə geri qaytarılmasına baxmayaraq həmin apellyasiya şikayətini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Şəki Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, e-2(075)-72/2025 saylı qətnaməsindən apellyasiya şikayəti versədə, həmin apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən Şəki Rayon Məhkəməsinin 22 dekabr 2025ci il tarixli, e-2(075)-72/2025 saylı qərardadı ilə geri qaytarılmışdır. İddiaçı Şəki Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, e-2(075)-72/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət etsədə, həmin ərizəyə apellyasiya şikayətini əlavə etməmiş, birinci instansiya məhkəməsi isə Şəki Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, e-2(075)-72/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti mövcud olmadığı halda İddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi prosessual müddəti bərpa etməklə işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Şəki Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, e-2(075)-72/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim edilmiş apellyasiya şikayəti geri qaytarıldığından və daha sonra müddət bərpa ərizəsinə müvafiq apellyasiya şikayəti əlavə edilmədiyindən mülki işə apellyasiya icraatında baxılması mümkün deyildir. Odur ki, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunan hallara diqqət yetirməmiş, şikayətin MPM-nin tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Şəki Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, e-2(075)-72/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(3-10)-254/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-254/2026
19.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver