Məhkəmə qərarları › İş №2(3-10)-260/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-260/2026

02.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-260/2026 02.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X7 «icra sənədi üzrə icraatın dayandırılması haqqında» iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizənin icraata qəbul edilməsindən imtina edilməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə Iddiaçı X7 nümayəndəsi və vəkili X4 «icra sənədi üzrə icraatın dayandırılması haqqında» iddia ərizəsi ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Iddiaçı X7 nümayəndəsi və vəkili X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-*/**** saylı icra sənədi üzrə tələbkar X3 qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” JN 197F şəhadətnamənin qismən ləğv edilməsi tələbi barədə Şəki Inzibati Məhkəməsində yeni iddia qaldırıldığını və həmin tələbin Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-*/**** saylı icra sənədi üzrə tələblə bağlı olduğunu göstərərək icraatın dayandırılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-2(5-137)-182/2026 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-*/**** saylı icra sənədi üzrə borclu X7 nümayəndəsi X4 «icra sənədi üzrə icraatın dayandırılması haqqında» ərizəsinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə iddiaçı X7 nümayəndəsi və vəkili X4 şikаyət vermişdir. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X2 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, “Icra haqqında” AR Qanununun 21.2-ci maddəsi məhkəmə tərəfindən hazırki işə düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə icraatın dayandırılması haqqında məsələlərin icra məmurunun təqdimatı əsasında həll olunduğunu qeyd etsə də, ərizəçinin Qəbələ Rayon Icra və Probasiya Şöbəsinə cavabsız qalan müraciətlərini nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin 152.1.2-ci və 231.3-cü maddələri də məhkəmə tərəfindən düzgün izah edilməmişdir. Məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Məhkəmə qeyd edilən maddələrin tələbinə əməl etməli olduğu halda heç bir zərurət və əsas olmadığı halda hüquq normalarına əsaslanaraq qanunsuz əsassız və ədalərsiz qərardad qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 14.2ci, 77.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə heç bir araşdırma aparmadan, ərizəni tam araşdırmamış və qiymətləndirməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən maddənin tələbinə zidd olaraq məhkəmə tərəfindən işdə olan uyğunsuzluqlara və ziddiyyətli məqamlara düzgün qiymət verilməmişdir. Məhkəmə ərizəçinin hazırki tələbi vermək hüququnun olmadığını qeyd etmiş, bu zaman icra məmuruna edilmiş müraciətlərin cavabsız qalmasına hüquqi qiymət verməmişdir. Odur ki, şikayətiin təmin olunması, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-2(5- ***)-***/**** nömrəli qərardadının tam ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e- 2(5- ***)-***/**** nömrəli qərardadı ləğv edilməli, iddiaçı X7 nümayəndəsi və vəkili X4 «icra sənədi üzrə icraatın dayandırılması haqqında» tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, «Icra haqqında» Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. bu Qanunun 6.1.3–6.1.8-ci maddələrində göstərilən icra sənədləri və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənədə (“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. Icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. Iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: 18.1.1. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, lakin hesab edir ki, məhkəmə Mülki Prosessual Məcəllənin normalarının pozuntusuna yol verərək, iddia ərizəsini icraata qəbul etməkdən imtina etməli olduğu halda, ərizənin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ilə prosessual hüquq normaları pozulduğundan, qərardadın ləğv edilməsi üçün əsaslar vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, qanunvericilik icra sənədi üzrə icraatın dayandırılmasının iki qaydasını müəyyən etmişdir. 1.Icra haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır.

2. Həmin Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda isə icra məmurunun əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat əsasında məhkəmə tərəfindən baxılaraq həll edilir. Göründüyü kimi qanunvericilikdə icra sənədi üzrə icraatın dayandırılması icra qaydasında həll edilməli məsələ olduğundan və iddia icraatı qaydasında baxılması nəzərdə tutulmadığından birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki ərizəyə məhkəmədə baxılmalı deyil. Lakin, məhkəmə bu nəticəyə gəldiyi halda, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 152.1.2-ci maddələrinə istinad etməklə iddia ərizəsini geri qaytarmışdır. Halbuki, həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli, iddiaçı X7 nümayəndəsi və vəkili X4 “icra sənədi üzrə icraatın dayandırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı

QƏRARA ALDI:

Iddiaçı X7 nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Iddiaçı X7 nümayəndəsi və vəkili X4 Qəbələ Rayon Məhkəməsinin “##.##.2025-ci il tarixli e-*(***)-*/**** saylı icra sənədi üzrə icraatın dayandırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar