Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-264/2026 23.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 (X1) və iddiaçı1 cavabdeh Cavabdeh (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi) qarşı “payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellayasiya şikayətinin qeyri-mümkünlüyü) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçılar iddiaçı2 (X1) və iddiaçı1 cavabdeh Cavabdeh (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi) qarşı “payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı iddiaçı2 (X1) cavabdeh Cavabdeh (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri Abdulla Şaiq küçəsi ev 42A (yeni qaydalarla ünvan 1) ünvanında 0,0875 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 459,9 kv.metr olan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçı2 düşən 1/3 hissəsinin və iddiaçı1 düşən 1/3 hissəsinin naturada bölünərək iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Şəki şəhəri Abdulla Şaiq küçəsi ev 42A (yeni qaydalarla ünvan 1) ünvanında 0,0875 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 459,9 kv.metr olan fərdi yaşayış evi – 1/3 hissə iddiaçı2, 1/3 hissə iddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş, yerdə qalan 1/3 hissə isə iddiaçıların mərhum anası X2 adında açıq saxlanılmışdır. Hansı ki, 1/3 hissənin açıq saxlanılma səbəbi hazırkı iş üzrə cavabdeh olan Cavabdeh mirasın qəbulu üçün müraciət etməməsi olmuşdur. Həmin fərdi yaşayış evi bu günə kimi hazırkı iş üzrə iddiaçıların istifadəsində olmuşdur. Hazırda iddiaçılar iddiaçı2 və iddiaçı1 özlərinə düşən hissələr üzrə fərdi yaşayış evinin naturada bölünməsini və adlarına tam mülkiyyət hüququ üzrə çıxarış almaq niyyətindədirlər. Belə olan şəraitdə yuxarıda qeyd edilən fərdi yaşayış evinin naturada ayrılması zərurəti yaranmışdır. Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(075)-119/2025 nömrəli qətnaməsi ilə iddiaçılar iddiaçı2 (X1) və iddiaçı1 cavabdeh Cavabdeh (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi) qarşı “payın naturada ayrılması” barədə iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi, iş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun iddiaçılar iddiaçı2 (X1) və iddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN 1700326621, X4, KOD 210005, VÖEN 1401555071, Müxbir hesab AZ 41 NABZ 01360100000000003944, SWIFT BIK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmiş və icraata qəbul edilmişdir. Işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, təqdim olunmuş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilərkən müəyyən оlunmuşdur ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(075)-119/2025 nömrəli qətnaməsi ilə iddiaçılar iddiaçı2 (X1) və iddiaçı1 cavabdeh Cavabdeh (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi) qarşı “payın naturada ayrılması” barədə iddia tələbi təmin edilməmiş, buna baxmayaraq cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə əsasən: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Göründüyü kimi cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələbləri pozulmaqla verilmişdir. Belə ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçıların iddia tələbi təmin olunmadığı halda, cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Sözü gedən qətnamə üzrə cavabdehin apellyasiya araşdırmasının predmetini təşkil edəcək hər hansı dəlili mövcud deyil. Bu vəziyyət birinci instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh Cavabdeh münasibətdə tələbinin olmadığını ehtiva edir və onun həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası bildirir ki, MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Həmin Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin II hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 münasibətdə MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilməməli, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçılar iddiaçı2 (X1) və iddiaçı1 cavabdeh Cavabdeh (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi) qarşı “payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. Iddiaçılar iddiaçı2 (X1) və iddiaçı1 cavabdeh Cavabdeh (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsi) qarşı “payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş Apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ləğv edilsin. Iş apellyasiya baxışından çıxarılsın və apellyasiya qeyri-mümkün hesab edilməklə Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına “Elektron məhkəmə” informasiya sistemi qaydasında kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-10)-264/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-264/2026
23.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver