Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-274/2026 30.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının katibliyi, apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı, cavabdeh Cavabdeh publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsə qarşı “yüngül işə keçirilmə” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları Iddiaçı İddiaçı ## ####### 2025-ci ildə cavabdeh Cavabdeh publik hüquqi şəxsə qarşı “yüngül işə keçirilmə” tələbinə dair iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, istehsalat qəzası ilə əlaqədar olaraq səhhətində yaranmış problemlərə görə daha yüngül işə keçirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ##### 2016-cı il tarixdən etibarən Cavabdeh publik hüquqi şəxsin Məlikli kənd Ailə-Sağlamlıq Mərkəzində fəhlə kimi çalışır. 2023-cü ilin avqust ayının 10-da iş yerinin həyətini alaq otlarından təmizləyən zaman aqreqatın mişarından daş çıxaraq onun sol gözünə dəymiş və bununla da gözündən xəsarət almışdır. Həmin hadisədən sonra “Istehsalatda baş vermiş bədbəxt hadisə” haqqında ** saylı Akt tərtib olunmuşdur. Hadisə nəticəsində iki dəfə gözündən əməliyyat olunmuşdur. Hazırda görmə qabiliyyəti bərpa olunmamış və ona 3-cü qrup müddətsiz əlillik təyin olunmuşdur. Səhhəti ilə bağlı ciddi problemlər olduğu üçün yenidən əməliyyat olunması tövsiyə olunur və eyni zamanda ağır işlərdə çalışmaması tövsiyə olunur. Hazırki iş yerində isə vəzifə öhdəlikləri ağır olduğu üçün sağlamlığına ciddi təsirlər vardır. Bununla bağlı cavabdehə yazılı müraciət etsə də, onun yüngül işə keçirilməsi ilə bağlı iş olmadığı üçün imtina edilmişdir. Lakin, o, hesab edir ki, həmin imtina qanunsuzdur və süründürməçilik xarakteri daşıyır. Belə ki, cavabdeh onun yüngül işə keçirilməsində xüsusi maraq göstərməmiş və müraciətinə əsassız cavab vermişdir. Buna görə də, o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
2. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Zərdab Rayon Məhkəməsinin (hakim Ilqam Həsənquliyev) ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsə qarşı “yüngül işə keçirilmə” tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş X8 surətindən görünür ki, İddiaçı Cavabdeh publik hüquqi şəxsin Məlikli kənd Ailə-Sağlamlıq Mərkəzində ## ##### 2016-cı il tarixdən müddətsiz olaraq fəhlə kimi işə qəbul edilmişdir. Işdə olan Şəki Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “istehsalat qəzası ilə əlaqədar olaraq iddiaçının səhhətində yaranmış problemlərə görə yüngül işə keçirilmə öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Işdə olan mediator X3 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, MŞZ/MT-***/****-***** nömrəli “Ilkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh Cavabdeh publik hüquqi şəxsin nümayəndəsi mediasiya sesiyasında iştirak etməmişdir. Işdə olan Cavabdeh publik hüquqi şəxsin sturuktur və ştat cədvəlinin təsdiq edilməsi haqqında ##.##.2025-ci il tarixli, **-*/*-*-****/**** saylı əmrin surətindən görünür ki, İddiaçı Cavabdeh publik hüquqi şəxsin Məlikli kənd Ailə- Sağlamlıq Mərkəzində işləyir və aylıq əmək haqqı ştat cədvəlinə əsasən 389-406 manat təşkil edir. Işdə olan ünvan 1 sakini İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli, **-*-**/*-**/**** saylı məktubdan görünür ki, Cavabdeh publik hüquqi şəxsin Məlikli kənd Ailə-Sağlamlıq Mərkəzində vakant yüngül vəzifənin olmadığı, lakin gələcəkdə tələbinə uyğun digər yüngül vəzifə olduğu halda müracətinə baxılacağı bildirilmişdir. Işdə olan ##.##.2026-cı il tarixli, ** saylı məktubdan görünür ki, Cavabdeh publik hüquqi şəxsin Məlikli kənd Ailə- Sağlamlıq Mərkəzində fəhlə vəzifəsində işləyən İddiaçı digər vəzifəyə keçməsi ilə bağlı ##.##.2025-ci il tarixdə Cavabdeh publik hüquqi şəxsə müraciət etmiş və həmin müraciət üzrə ona bildirilmişdir ki, hal-hazırda Cavabdeh publik hüquqi şəxsdə İddiaçı qeyd etdiyi yüngül vəzifə yoxdur, lakin gələcəkdə belə bir vəzifə olduğu halda müracətinə baxılacaqdır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatından və tədqiq edilən iş materiallarından müəyyən edildi ki, iddiaçı ##.##.2016-cı il tarixdən etibarən Cavabdeh publik hüquqi şəxsin Məlikli kənd Ailə-Sağlamlıq Mərkəzində fəhlə vəzifəsində işləyir. 2023-cü ilin avqust ayının 10-da iş yerinin həyətini alaq otlarından təmizləyən zaman aqreqatın mişarından daş çıxaraq onun sol gözünə dəymiş və bununla da o, xəsarət almışdır. Hadisədən sonra “Istehsalatda baş vermiş bədbəxt hadisə” haqqında ** saylı Akt tərtib olunmuşdur. Hadisə nəticəsində iddiaçı iki dəfə gözündən əməliyyat olunmuş və hazırda görmə qabiliyyəti bərpa olunmadığından, ona 3-cü qrup müddətsiz əlillik təyin olunmuşdur. Səhhəti ilə bağlı ciddi problemlər olduğu üçün yenidən əməliyyat olunmasına və eyni zamanda ağır işlərdə çalışmamağı tövsiyə olunmuşdur. Bununla bağlı iddiaçı cavabdehə yazılı müraciət etsə də, onun yüngül işə keçirilməsi ilə bağlı iş olmadığı üçün müraciətindən imtina edilmişdir. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırmasına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 231-ci maddəsi imperativ qaydada səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borclu olduğunu bildirsə də, məhkəmə hesab edir ki, bu hal tərəflərin razılığı ilə yanaşı, eyni zamanda mövcud boş vakant iş yerinin olduğu hallara aiddir. Iş materiallarına əlavə olunmuş “xxxx” publik hüquqi şəxsin ## #### 2025-ci il tarixli, **-*/*-*-****/**** saylı əmrindən müəyyən olunur ki, Cavabdeh publik hüquqi şəxsin Məlikli kənd Ailə-Sağlamlıq Mərkəzində ümumilikdə 8 ştat vahidi mövcuddur. Həmin ştat vahidlərinin 5-i konkret tibb ixtisasına məxsus şəxslərin işə qəbulu üçün nəzərdə tutulmuşdur. Digər ştatlar xüsusi ixtisas və ya bilik tələb edən iş olmasa da, lakin həmin ştatlarda hazırda digər şəxslər əmək müqaviləsi əsasında çalışır. Mövcud boş iş yerinin olmaması səbəbi ilə, həmçinin iddiaçının çalışdığı vəzifə ilə müqayisədə daha yüngül ştat vahidinin olmamasından məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin əsaslandırılması üçün məhkəmə iclaslarında iştirak etmiş tərəflərin izahatlarına, proses iştirakçıları tərəfindən məhkəməyə təqdim olunmuş və mübahisə üzrə məhkəmə araşdırmasının predmeti olan sənədlərin məzmununa, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə və 71-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci, 231-ci, 232.1-ci və 232.3-cü maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 77.1, 106.1, 217.4 və 218.1ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh publik hüquqi şəxsə qarşı “yüngül işə keçirilmə” tələbinə dair Zərdab Rayon Məhkəməsində iddia qaldırmışdır. Zərdab Rayon Məhkəməsi ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə sözügedən iddianı təmin etməmişdir. Aşağıdakı dəlillərə və hüquqi aktlara görə məhkəmənin qərarı ədalətsiz və əsassızdır. Ona görə də, qətnamə dəyişdirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmalıdır. Belə ki, 2023-cü il avqust ayının 10-da, saat 08:30 radələrində Cavabdeh PHŞ-in Məlikli kənd Ailə-Sağlamlıq Mərkəzin bölmə müdiri Nərbala Xancanovun tapşırığına əsasən Mərkəzin həyətini otbiçən aqreqatla alaq otlarından təmizləyərkən təxminən saat 09:30 radələrində aqreqatın mişarından daşın çıxaraq sol gözünə dəyməsi nəticəsində o, xəsarət almışdır. Bu hadisə ilə bağlı ##.##.2023-cü il tarixli istehsalatda baş vermiş bədbəxt hadisə haqqında * saylı AKT tərtib olunmuşdu. O, bu xəsarətlə bağlı 6 dəfə ağır əməliyyat keçirmiş və ona müddətsiz olaraq 3-cü dərəcə əlillik təyin edilmişdir. Onun gözlərində “OS-PPV + Skleral yaranın reviziyası+Hava”, “OS-KEE”, “OS-IRIS protezi + IOL implantasiyası” cərrahi əməliyyatlar edilmişdir. 3-cü əməliyyatında isə X6 adına Milli Oftalmologiya Mərkəzində sol gözünə qüzehli qişa (implant) qoyulmuşdu. Təbii ki, bu əməliyyat, xeyli miqdarda maddi vəsait tutmuşdu. Ayda üç dəfə aldığı dərmanlar və keçirdiyi əsəb və stressdən, kor qalması ilə bağlı yaranan mənəvi sarsıntı hələ də onu rahat buraxmır. Buna görə də mütəmadi əsəb dərmanları da qəbul edir. O, hər ay X6 adına Milli Oftalmologiya Mərkəzinə gedib-gəlir. Mərkəzdə ona H27.0-Afaksiya; H33.5- Tor qişasının qopmasının digər formaları diaqnozları qoyulmuşdur. Gözünün görmə faizi 0,002 faizdir, yəni demək olar ki, görmür. Rəydə qeyd olunur: VIS OD – 0,8, VIS OS-əl hərəkəti. Yəni o, ancaq əl hərəkətləri ilə görür. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ## ###### 2024-cü il tarixdə ona müddətsiz olaraq 3-cü dərəcəli əlillik təyin edilmişdir. Əmək qabiliyyətinin itirilməsi 50 faizdir. Istehsalat zədəsi - gözdən əlillikdir. Bunları sadalamaqda məqsədi odur ki, səhhətinin nə qədər korlandığını göstərə bilsin. Buna görə də onun yüngül işə keçirilməsi vacibdir. Onun hazırkı işdə işləməyə gücüm çatmır. Həkim tövsiyələrinə görə o, ağır işdə işləyə bilməz. Hazırki, iş yerində vəzifə öhdəlikləri ağır olduğu üçün sağlamlığına ciddi mənfi təsir göstərir. Bununla bağlı cavabdehə yazılı müraciət etsə də, yüngül işə keçirilməsi ilə bağlı iş olmadığı üçün imtina edilmişdir. Lakin, hesab edir ki, həmin imtina qanunsuzdur və süründürməçilik xarakteri daşıyır. Belə ki, cavabdeh onun yüngül işə keçirilməyində xüsusi maraq göstərməmiş və müraciətinə əsassız cavab vermişdir. Cavabdeh açıq-aşkar onun müraciətinə etinasız yanaşır. Birinci instansiya məhkəməsi, cavabdehin vakant yüngül ştat vahidinin olmadığı arqumentini əsas gətirərək, qəbul etdiyi qətnamədə maddi hüquq normalarını pozmuşdur. Əmək Məcəlləsinin 231-ci maddəsinə əsasən səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Əmək Məcəlləsinin 232.1-ci maddəsinə əsasən işçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır. Yüngül işə keçirilməsinin zəruriliyini təsdiq edən tibbi sənədlər birinci instansiya məhkəməsi tərəfindən yetərincə qiymətləndirilməmiş və iddiası əsassız olaraq təmin edilməmişdir. Qanunvericiliyə görə, işəgötürən onu verdiyi tibbi sənədlərə, epikrizlərə uyğun olaraq yüngül işə keçirməyə borclu idi. Işəgötürən sübut etməlidir ki, müəssisədə həqiqətən də onun səhhətinə uyğun heç bir alternativ yoxdur. Əgər belə bir iş varsa və işəgötürən bundan imtina edirsə, bu, işçinin əməyinin mühafizəsi hüququnun pozulmasıdır. Məhkəmə işəgötürəndən ştat cədvəli və vakant yerlər barədə kifayət qədər sübut tələb etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları (məsələn: diaqnozu ilə icra etdiyi işin ağırlıq dərəcəsinin uyğunsuzluğu) tam və hərtərəfli araşdırmamış, təqdim olunan tibbi arayışlara hüquqi qiymət verməmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X11 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Birinci instansiya məhkəməsi işəgötürəndə yüngül iş yerinin olmamasını əsas gətirərək, iş üzrə icraata xitam vermişdir. Bu qərar qanunsuz və əsassızdır. Məhkəmə mübahisənin mahiyyətinə toxunmadan iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılmasını təmin etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin praktikasına görə əmək mübahisələrində işçinin hüquqlarının qorunması ən prioritet məsələlərdəndir. Mübahisənin mahiyyəti araşdırılmadan iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə sübutları tam və obyektiv qiymətləndirməmişdir. Avropa Insan Hüquqları Konvensiyasının 6-cı maddəsi hər kəsin mülki və ya cinayət xarakterli hüquq və öhdəlikləri müəyyən edilərkən, müstəqil və qərəzsiz məhkəmə tərəfindən, ağlabatan müddətdə, ədalətli və açıq araşdırılma hüququnu təmin edir. Bu maddə günahsızlıq prezumpsiyasını və müdafiə hüquqlarını (müdafiəçi, tərcüməçi, zaman və s.) əhatə edir. Məhkəmə qərarı əsaslandırılmış olmalıdır. Tərəflərin arqumentlərinə cavab verilməlidir. Formal yanaşma ilə işə baxılmasından imtina etmək ədalətli məhkəmə hüququnun pozuntusudur. Birinci instansiya məhkəməsi onun təqdim etdiyi sübutlara və hüquqi arqumentlərə əsaslı cavab verməmiş, işi mahiyyəti üzrə araşdırmamışdır ki, bu da ədalətli məhkəmə araşdırmasıprinsipinin pozulmasıdır. Ona görə də, yuxarıdakılara əsasən Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır.
- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz Cavabdeh Cavabdeh publik hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinə qarşı yazılı Etiraz təqdim edilərək, Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız hesab edilməklə qətnamə qəbul olunması xahiş edilmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh publik hüquqi şəxsi - Xəstəxananın Məlikli kənd Ailə-Sağlamlıq Mərkəzinin fəhləsi X2 “yüngül işə keçirilməsi” tələbi barədə iddia ərizəsini əsassız və qeyriobyektiv hesab edir. Belə ki, Məlikli ASM bölməsində ştat üzrə digər ştatlar tibbi heyət üzrə işçi qruplarına aiddir. Həmçinin, Xəstəxana üzrə ştat vahidləri “xxxx” publik hüquqi şəxsi tərəfindən təsdiq edilir və Cavabdeh publik hüquqi şəxsin ştat vahidləri siyahısında “yüngül iş” anlayışı kəsb edən heç bir ştat vahidi yoxdur. Bundan əlavə, X2 əlilliyinə görə əlavə əmək haqqı ödənilir və iş vaxtı qısaldılır.
4. Iş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayətini vermiş iddiaçı İddiaçı və cavabdeh Cavabdeh publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə gəlmişlər. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş iddiaçı İddiaçı Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və onun “yüngül işə keçirilmə” barədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, orta təhsillidir, ## ##### 2016-cı ildən etibarən Cavabdeh publik hüquqi şəxsin Məlikli kənd Ailə-Sağlamlıq Mərkəzində fəhlə işləyir və onun əmək funksiyası odun doğramaq, ağacları budamaq, həyətin kol-kosunu təmizləməkdən ibarətdir. Həmin Mərkəzdə onunla birlikdə digər bir fəhlə vəzifəsində işləyən şəxs də var və onlar ikilikdə bu işləri görürlər. Lakin, ## ###### 2023-cü ildə iş yerində ot biçərkən gözündən aldığı xəsarətlə əlaqədar ona 3-cü qrup müddətsiz əlillik təyin olunaraq, səhhəti ilə bağlı ciddi problemlər olduğu üçün ağır işlərdə çalışmaması tövsiyə edilmişdir. Bununla əlaqədar o, daha yüngül işə keçirilməsi üçün rəhbərliyə müraciət etsə də, onun bu müraciəti müsbət həll olunmamışdır. Işlədiyi Məlikli kənd Ailə- Sağlamlıq Mərkəzində hal-hazırda hər hansı bir boş iş yeri olmasa da, sağlamlığına görə cavabdehdən daha yüngül işə keçirilməsini tələb etməkdə o, tamamilə haqlıdır. Cavabdeh tərəfindən ona xxxxnda mühafizəçi vəzifəsinə keçirilməsi təklif olunsa da, həmin vəzifənin maaşının az olması və yolun uzaqlığına görə o, həmin təklifə razı olmamışdır. Məhkəmə iclasında cavabdeh Cavabdeh publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, cavabdeh təşkilatın Məlikli kənd Ailə-Sağlamlıq Mərkəzində fəhlə vəzifəsində işləyən iddiaçı İddiaçı gözündən aldığı xəsarətlə əlaqədar 3-cü qrup müddətsiz əlillik dərəcəsi aldıqdan sonra Cavabdeh publik hüquqi şəxsə müraciət edərək, onun daha yüngül işə keçirilməsini xahiş etmişdir. Lakin, iddiaçının həmin müraciətinə ## #### 2025-ci il tarixli məktubla cavab verilərək, hal-hazırda Işəgötürən Müəssisədə iddiaçının təhsilinə və peşə hazırlığına uyğun gələn vakant fəhlə vəzifəsindən yüngül ştat vahidinin olmadığı və gələcəkdə tələbinə uyğun yüngül iş olduğu halda müraciətinə baxılacağı bildirilmişdir. Bununla belə, iddiaçıya xxxxnda mühafizəçi vəzifəsinə keçirilməsi təklif olunsa da, o, həmin vəzifəyə keçməkdən imtina etmişdir.
- 4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: M a d d ə 3 5 . Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. III. Heç kəs zorla işlədilə bilməz. IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin normaları (maddələri): - Maddə 2:
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında “bu Məcəllə”) əmək münasibətlərində tərəflərin: - hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 231: Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Maddə 232:
1. Işçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır.
2. Vərəm və digər xroniki ağır xəstəliyə tutulmuş və bu səbəbdən başqa az maaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin dörd aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əmək haqqı saxlanılır.
3. Iş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik, müəyyən edildiyi vaxtadək ödənilməlidir. Maddə 3: 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə və işin konkret halları ilə müəyyən olunmuşdur ki, orta təhsilli iddiaçı İddiaçı ## ##### 2016-cı ildən etibarən Cavabdeh publik hüquqi şəxsin Məlikli kənd Ailə-Sağlamlıq Mərkəzində fəhlə işləyir. 2023-cü ilin avqust ayının 10-da iş yerinin həyətini alaq otlarından təmizləyən zaman aqreqatın mişarından daş çıxaraq iddiaçının sol gözünə dəymiş və həmin xəsarətə görə ona 3-cü qrup müddətsiz əlillik təyin olunmuşdur. Iş materiallarına əlavə edilmiş ## ####### 2025-ci il tarixli “Əliliyin qiymətləndirilməsinin nəticəsinə dair” Arayışdan görünür ki, istehsalat zədəsi nəticəsində gözdən əlilliyi ilə əlaqədar 3-cü qrup müddətsiz əlillik təyin olunmuş İddiaçı “görmə gərginliyi olmayan” yüngül işlərdə işləyə bilər. Iddiaçı İddiaçı gözündən aldığı xəsarətlə əlaqədar 3-cü qrup müddətsiz əlillik dərəcəsi aldıqdan sonra Cavabdeh publik hüquqi şəxsə müraciət edərək, daha yüngül işə keçirilməsini xahiş etmişdir. Işdə olan ünvan 1 sakini İddiaçı ünvanlanmış ## #### 2025-ci il tarixli, **-*-**/*-**/**** nömrəli məktubdan görünür ki, Cavabdeh publik hüquqi şəxsin Məlikli kənd Ailə-Sağlamlıq Mərkəzində vakant yüngül vəzifə olmadığına görə, iddiaçının bu müraciəti təmin olunmamış və ona bildirilmişdir ki, gələcəkdə tələbinə uyğun yüngül vəzifə olduğu halda müracətinə baxılacaqdır. Eyni zamanda, apellyasiya instansiyasında keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdehin nümayəndəsi öz izahatlarında hal-hazırda Cavabdeh publik hüquqi şəxsin Məlikli kənd Ailə-Sağlamlıq Mərkəzində fəhlə vəzifəsinin əmək funksiyalarından daha yüngül əmək funksiyaları olan və həmçinin, iddiaçının təhsil və peşə hazırlığına uyğun olan vakant iş yerinin olmadığını təsdiq etmişlər. Göründüyü kimi, iddiaçı İddiaçı “yüngül işə keçirilmə” barədə tələbi həmin işçi üçün müvafiq tələblərə cavab verən vakant vəzifə ştatı olmadığına görə cavabdeh Cavabdeh publik hüquqi şəxsi tərəfindən təmin olunmamışdır. Qeyd etmək lazımdır ki, Işəgötürən Müəssisədə orta təhsilli və xüsusi peşə hazırlığına malik olmayan iddiaçı İddiaçı keçirilə biləcəyi “görmə gərginliyi olmayan yüngül iş” hesab edilən vakant vəzifə ştatı olmadığı halda, bu tələbi hər hansı bir işçinin hesabına icra edilməsi - həmin işçinin, yəni digər işçinin əmək hüquqlarının pozulması ilə nəticələnə bilər. Halbuki, Əmək Qanunvericiliyinin tələbləri baxımından əmək mübahisələri həll olunarkən - qanunvericiliyin tələbləri ilə yanaşı, digər işçilərin də əmək hüquqları və mənafeləri pozulmamalıdır. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.