Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-277/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X2 ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. ##.##.2023-cü il tarixdə iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında mübahisə baş vermiş, mübahisə nəticəsində cavabdeh iddiaçıya xəsarət yetirmişdir. İddiaçı DIN-nin 102 xidmətinə müraciəti əsasında HK-*/****/**** saylı material əsasında Bakı Şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi, R X4 tərəfindən araşdırma aparılmış, araşdırma nəticəsində İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və bu barədə maraqlı tərəflər məlumat verilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh təsirinin tətbiq edilməsi üçün qərarın surətinin Sabunçu RPI-nin 12-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən təqsirli bilinərək barəsində Bakı Şəhəri Sabunçu Rayon Polis Idarəsinin 12-ci PB-nin sahə rəisi X3 tərəfindən ##.##.2024-cü il tarixli, MN №******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat olmaqla, ümumilikdə 5070 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Iddiaçı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Cavabdeh maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 4000 manat, hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar 250 manat,ödənilmiş dövlət rüsumu kimi 70 manat olmaqla,ümumilikdə 5320 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2023-cü il tarixdə cavabdeh Cavabdeh zəng edərək iş yerinə gəlməsini xahiş etmiş, təxminən 5 dəqiqədən sonra sonuncu iş yerinə gəlmişdir. O, iş yerində cavabdehdən hansı əsasla onun səs yazısını qeydə aldığını soruşmuş və təcili olaraq telefonunda olan səs yazılarını silməsini sonuncudan tələb etmişdir. Cavabdeh isə onun polis barəsində dediyi səsləri yazdığını və həm polisə həm də prokurorluğa göndərdiyini bildirmişdir. Bundan sonra o cavabdehin əlindən “Samsung” markalı mobil telefonu alaraq səs yazılarını silmək istəmişdir. O, cavabdehdən mobil telefonu aldıqdan sonra sonuncu bir azdan qayıdıb mobil telefonu ondan tələb etmiş və sonra yenidən üçüncü dəfə mobil telefonu ondan istəmiş, o isə həmin mobil telefonu cavabdehin üstünə atmışdır. Bu zaman cavabdeh ona hücum edərək əli ilə onun burun nahiyyəsinə sillə vurmuşdur. Bu zaman onun gözündə olan eynək sınaraq iki qaşının arasını və burnunun sağ tərəfini sıyırmışdır. Bu zaman aldığı xəsarətlər nəticəsində üz nahiyyəsindən qan gəlməyə başlamış və özünü itirmişdir. Bundan sonra həm həkimə, həm də AR DIN-nin 102 qaynar xətt xidmətinə müraciət etmişdir. Müraciəti əsasında müvafiq araşdırmalar aparılmış və Bakı şəhəri Sabunçu rayon Polis Idarəsinin R Həşdər Əmrahov tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və cavabdehin əməlində AR IXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib hissəsi olduğu üçün onun barəsində inzibati xəta haqqında iş ayrılaraq aidiyyəti üzrə Sabunçu RPI-nin 12-ci polis şöbəsinə göndərilmişdir. Yəni cavabdehin əməlində inzibati xətanın tərkib hissəsinin olması və ona qarşı belə bir əməli törətməsi öz təsdiqini tapmışdır. Qeyd etmək istəyir ki, cavabdehin qanuna zidd əməli nəticəsində ona həm maddi və həm də mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehin onu döyməsi nəticəsində eynəyinin sındığı üçün onun alınmasına və həmçinin özünün müalicə almağına xeyli vəsait sərf olunmuşdur. Cavabdehin onu döyməsi nəticəsində ona vurulmuş mənəvi ziyan isə daha çoxdur. Bu hadisədən sonra o xeyli müddət mənəvi stress və əzab çəkmiş və əsəb sistemi korlanmışdır. O, hüquqlarının müdafiəsi ilə əlaqədar vəkillə hüquqi xidmət barəsində müqavilə bağlamış və bununla əlaqədar vəkilə 250 manat müqavilə haqqı ödəmişdir. Hesab edir ki, həmin məbləğ də cavabdehdən tutularaq ona ödənilməlidir. Ona görə də cavabdehdən maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 4000 manat, hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar 250 manat, ödənilmiş dövlət rüsumu kimi 70 manat olmaqla, ümumilikdə 5320 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir və hazırkı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.
5. Iddiaçı İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil təmsil etmişdir. Iddiaçının nümayəndəsi və vəkili Vəkil sonuncu məhkəmə iclasına gəlməmiş, elektron qaydada ərizə göndərərək məhkəmə iclasını iştirakı olmadan keçirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilıməsini xahiş etmişdir. Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat vermiş və əlavə olaraq göstərmişdir ki, ##.##.2023-cü il tarixdə iddiaçı İddiaçı cavabdeh Cavabdeh zəng edərək iş yerinə gəlməsini xahiş etmiş və təxminən 5 dəqiqədən sonra cavabdeh iddiaçının iş yerinə gəlmişdir. Iddiaçı iş yerində cavabdehdən hansı əsasla onun səs yazısını qeydə aldığını soruşmuş və təcili olaraq telefonunda olan səs yazılarını silməsini ondan tələb etmişdir. Cavabdeh isə iddiaçıya polis barəsində dediyi səsləri yazdığını və həm polisə həm də prokurorluğa göndərdiyini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehin əlindən “Samsung” markalı mobil telefonu alaraq səs yazılarını silmək istəmişdir.Iddiaçı cavabdehdən mobil telefonu aldıqdan sonra sonuncu iki dəfə mobil telefonu iddiaçıdan tələb etmiş və sonra yenidən üçüncü dəfə mobil telefonu iddiaçıdan istəmiş, iddiaçı isə həmin mobil telefonu cavabdehin üstünə atmışdır. Bu zaman cavabdeh iddiaçıya hücum edərək əli ilə sonuncunun burun nahiyyəsinə sillə vurmuşdur. Bu zaman iddiaçının gözündə olan eynək sınaraq onun iki qaşının arasını və burnunun sağ tərəfini sıyırmışdır. Aldığı xəsarətlər nəticəsində iddiaçının üz nahiyyəsindən qan gəlməyə başlamış və özünü itirmişdir. Bundan sonra iddiaçı həm həkimə, həm də AR DIN-nin 102 qaynar xətt xidmətinə müraciət etmişdir. Iddiaçının müraciəti əsasında müvafiq araşdırmalar aparılmış və Bakı şəhəri Sabunçu rayon Polis Idarəsinin R Həşdər Əmrahov tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və cavabdehin əməlində AR IXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib hissəsi olduğu üçün onun barəsində inzibati xəta haqqında iş ayrılaraq aidiyyəti üzrə Sabunçu RPI-nin 12-ci polis şöbəsinə göndərilmişdir. Yəni cavabdehin əməlində inzibati xətanın tərkib hissəsinin olması və iddiaçıya qarşı belə bir əməli törətməsi öz təsdiqini tapmışdır. Cavabdehin qanuna zidd hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Iddiaçı hüquqlarının müdafiəsi ilə əlaqədar vəkillə hüquq xidməti barəsində müqavilə bağlamış və bununla əlaqədar 250 manat müqavilə haqqı ödəmişdir. Hesab edir ki, həmin məbləğ də cavabdehdən tutulmalıdır. Ona görə də cavabdehdən maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 4000 manat, hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar 250 manat, ödənilmiş dövlət rüsumu kimi 70 manat olmaqla, ümumilikdə 5320 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini tələb edir və hazırkı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, dəftərxana vasitəsilə məhkəməyə teleqram göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Bakı şəhərində yaşayır. Stomatoloq işləyir. İddiaçı onun iş yerinin yanında dərzi işləyir. Əvvəllər Aygünlə münasibətləri yaxşı olmuşdur. Aygün şantaj yolu ilə pul alır. O, Ismayıllıdan olan xanım üçün 1600 manat dəyərində diş düzəltmişdir. Sonradan dişini düzəltdiyi xanım ondan polisə şikayət etmişdir. Təhqiqatçı onu çağıraraq 2000 manat pul istəmişdir. O, təhqiqatçıya pulunun olmadığını bildirmişdir. Aygün ona dedi ki, şantaj yolu ilə polislə birlikdə 5000 pul almışlar. Polis 2000 manatını özündə saxlayıb qalanını ona veribdir. O, Aygünə polisdən pulunu geri almasını bildirmişdir. Sonradan təhqiqatçı Hüseyn adlı şəxs onunla telefon vasitəsilə əlaqə saxlamışdır. O, Hüseyn adlı şəxsə Aygünlə birlikdə gördükləri işlə bağlı əlində səs yazısı olduğunu, həmin səs yazısını prokurorluğa təqdim edəcəyini bildirərək Aygündən aldığı pulu geri qaytarmasını tələb etmişdir. Bundan sonra Hüseyn adlı təhqiqatçı Aygündən aldığı pulu geri qaytarmışdır. X5 danışaraq özünə xəsarət yetirərək ondan şikayətçi olmasını bildirmişdir.Aygün Hüseyinin sözü ilə özünə xəsarət yetirərək onun barəsində polisə şikayət etmişdir. Polis şöbəsində Aygünün onun barəsində olan şikayəti əsasında araşdırma aparılsa da düzgün araşdırma aparılmamışdır. Polis şöbəsində onun şahidlərinin izahatları alınmamışdır. Nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq 300 manat cərimə olunmuşdur. O, Aygünə xəsarət yetirməmiş və ona maddi və mənəvi ziyan vurulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbini əsassız hesab etmiş və rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Bakı şəhərində yaşayır. Xalid doktorla birlikdə stomatoloq işləyir. Aygün işlədikləri yerin yanında dərzi işləyir. Bu hadisədə Xalid doktorun heç bir günahı yoxdur. O, həmin vaxt Xalid doktorla bir yerdə olmuşdur. Xalid doktor Aygünə xəsarət yetirməmişdir. Aygün özü-özünə xəsarət yetirərək polisə şikayət etmişdir. Belə ki, təhqiqatçı Hüseyn adlı şəxs Aygünə deyib ki, get özünə xəsarət yetir. Aygün də Hüseyinin sözü ilə özünə xəsarət yetirmişdir. Aygünə Xalid doktorun əli dəyməyibdir. Xalid doktorla Aygün arasında olan məsələ düzülüb qoşulma işdir. Xalid doktor pis adam olsa o onunla birlikdə işləməz. Xalid doktorun bu işdə heç bir günahı yoxdur.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, hazırkı mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin 1000 manat maddi ziyan və 4000 manat mənəvi ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Qeyd edilənə münasibətdə isə məhkəmə iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları mövcud olmayan kimi rədd edə bilər.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin ona hücum edərək əli ilə onun burun nahiyyəsinə sillə vurması, nəticədə gözündə olan eynəyin sınaraq iki qaşının arasını və burnunun sağ tərəfini sıyırması, bu zaman aldığı xəsarətlər nəticəsində üz nahiyyəsindən qan gəlməyə başlaması, nəticədə özünü itirməsi, cavabdehin qanuna zidd əməli nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəyməsi, cavabdehin onu döyməsi nəticəsində eynəyinin sındığı üçün onun alınmasına və həmçinin özünün müalicə almağına xeyli vəsait sərf olunması, eyni zamanda cavabdehin onu döyməsi nəticəsində xeyli müddət mənəvi stress və əzab çəkməsi və əsəb sisteminin korlanması barədə məhkəməyə hər hansı bir sübut, sənəd təqdim olunmadığından iddia tələbi təmin edilə bilməz. Iddiaçının qeyd olunanlar barəsində göstərdikləri ərizəsində qeyd etdiyi izahatdan başqa heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının Hüseyn adlı polis əməkdaşının sözü ilə özünə xəsarət yetirərək barəsində polisə şikayət etdiyi, polis şöbəsində iddiaçının onun barəsində olan şikayəti əsasında araşdırma aparılsa da, düzgün araşdırma aparılmadığı, polis şöbəsində onun şahidlərinin izahatlarının alınmadığı, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq 300 manat cərimə olunduğu, iddiaçıya xəsarət yetirmədiyini və ona maddi və mənəvi ziyan vurulmasına səbəb olmadığı qeyd edilmiş, eyni zamanda cavabdeh tərəfindən qeyd edilənlər əvvəlki məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə təsdiq edilmiş, lakin bütün bunların əksini təsdiq edəcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Iddiaçının maddi zərər tələbi ilə bağlı gəldiyi qənaətin məntiqi nəticəsi olaraq məhkəmə, mənəvi ziyan tələbini də əsassız hesab etmişdir və bununla bağlı əlavə araşdırılma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir.
8. Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nərmin Qoşqarova) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş 70 manat dövlət rüsumu məbləğinin və hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar 250 manat xərcin iddiaçı İddiaçı özünə aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Bakı Şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi, R X4 ## ####### 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar; Bakı Şəhəri Sabunçu Rayon Polis Idarəsinin 12-ci PB-nin sahə inspektoru X7 tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, MN №******* nömrəli inzibati xəta haqqında protokol; Bakı Şəhəri Sabunçu Rayon Polis Idarəsinin 12-ci PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, MN №******* nömrəli inzibati tənbeh vermə haqqında qərar; ##.##.2025-ci il tarixli, “PulPal ID” ödəniş sistemi vasitəsilə ödənilmiş ödəniş qəbzi; ##.##.2025-ci il tarixli,********** nömrəli mədaxil qəbzi.
11. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində onun iddia ərizəsində göstərdiyi halları, yəni cavabdeh tərəfindən onun döyülməsini, bunun nəticəsində eynəyinin sınaraq üzünə xəsarət yetirməsini və həmçinin maddi və mənəvi ziyan çəkməyi ilə əlaqədar sübutları təqdim edə bilmədiyi üçün iddiasının təmin edilməməsi qənatinə gəldiyini bildirmişdir. Mülki işin sənədlərində Cavabdeh tərəfindən onun döyülməsini sübut edən yetərincə qədər faktlar və sübutlar olduğu halda məhkəmə əsassız olaraq belə qənaətə gəlmişdir. Əvvəla onun iddia ərizəsinə əlavə etdiyi Bakı şəhəri Sabunçu RPI-nin müstəntiqi R X4 qəbul etdiyi ##.##.2023cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan da görsənir ki, cavabdeh tərəfindən onun döyülməsi faktı öz təsdiqini tapır. Belə ki, həmin bu qərardan sonra Cavabdeh barəsində AR IXM-nın 157-ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsi üçün həmin qərarın surəti Bakı şəhəri Sabunçu RPI-ini 12-ci PŞ-na göndərilmişdir. Bakı şəhəri Sabunçu RPI-nin 12-ci PŞ-nın sahə inspektoru X7 tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli MN №******* nömrəli inzibati xəta haqqında protokoldan da görünür ki, Cavabdeh AR IXM-nın 157-ci maddəsi ilə təqsirli bilinmişdir. Bakı şəhəri Sabunçu RPI-nin 12-ci PŞ-nın sahə rəisi X3 tərəfindən ##.##.2024-cü il tarixli MN №******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Cavabdeh 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bütün yuxarıda sadaladığı qərarlardan Cavabdeh məlumatı olmuş və onun tərəfindən həmin bu 300 manatında cərimə də ödənilmişdir. Yəni bu fakt təsdiq edir ki, Cavabdeh onu döyməsi ilə əlaqədar barəsində qəbul edilmiş qərarlar ilə razılaşmış və heç birindən şikayət verməmişdir. Lakin hal-hazırki məhkəmə prosesində bu işdə iştirak etməmiş yalançı bir şahidi məhkəməyə gətirərək məhkəmədə yanlış fikir yaratması və həmçinin məntiqsiz və absurd ifadə verərək guya ki, onun təhqiqatçı ilə əlbir olaraq ona qarşı belə bir plan qurmasını və özü-özünə xəsarət yetirməsini göstərmişdir. Təbii ki, bu da cavabdeh tərəfindən məsuliyyətdən yaxa qurtarmaq üçün uydurduğu növbəti yalandır. Əgər bu həqiqətən belə olsa idi, onda o yuxarıda sadaladığı qərarlardan da şikayət verərdi. Lakin işin hallarından da görsənir ki, bu gün də qüvvədə olan cavabdeh barəsində qəbul edilmiş rəsmi qərarlar vardır ki, həmin qərarlarla da cavabdeh tərəfindən onun döyülməsi öz təsdiqini tapır. Həmçinin bildirmişdir ki, məhkəmə onun maddi ziyanın ödənilməsi barədə tələbini təmin etmədiyi üçün mənəvi ziyan hissəsində də iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Eyni zamanda bunu AR Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli ** nömrəli qərarına istinad edərək qəbul etdiyini göstərmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu qənaət də əsassızdır. Belə ki, bu hamıya məlum olan isbata və sübuta ehtiyacı olmayan bir faktdır ki, istənilən şəxsin başqa şəxs tərəfindən döyülməsi ona nə qədər mənəvi və psixoloji sarsıntıların yetirilməsinə gətirib çıxarır. Halhazırki vəziyyətdə isə kişi cinsinə mənsub olan cavabdeh tərəfindən qadın cinsinə mənsub olan iddiaçının döyülməsi daha böyük mənəvi və psixoloji sarsıntılara gətirib çıxarır. Əfsuslar olsun ki, həmin bu hallar olduğu halda məhkəmə əsassız olaraq iddiasının rədd edilməsi qənaətinə gəlmişdir. Ona görə də hesab edir ki, işin bütün bu halları yenidən araşdırılmalı və onun iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
13. Ona görə də, Ismayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Iddiaçı İddiaçı və onun nümayəndəsi olan vəkil Vəkil və cavabdeh Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
17. Qərarlar: “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli ** nömrəli Qərarı
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Iddiaçı Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən iddianın təmin edilməmiş 1000 manat mənəvi ziyanla bağlı hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırki qətnamənin 12-ci bəndində sadalanmış dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsaslar mövcuddur.
23. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Ona görə də, hazırkı mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin 1000 manat maddi ziyan və 4000 manat mənəvi ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Qeyd edilənə münasibətdə isə məhkəmə iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları mövcud olmayan kimi rədd edə bilər.
24. Məhkəmə şahid ifadəsinə və tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin ona hücum edərək əli ilə onun burun nahiyyəsinə sillə vurması, nəticədə gözündə olan eynəyin sınaraq iki qaşının arasını və burnunun sağ tərəfini sıyırması, bu zaman aldığı xəsarətlər nəticəsində üz nahiyyəsindən qan gəlməyə başlaması, nəticədə özünü itirməsi, cavabdehin qanuna zidd əməli nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəyməsi, cavabdehin onu döyməsi nəticəsində eynəyinin sındığı üçün onun alınmasına və həmçinin özünün müalicə almağına xeyli vəsait sərf olunması, eyni zamanda cavabdehin onu döyməsi nəticəsində xeyli müddət mənəvi stress və əzab çəkməsi və əsəb sisteminin korlanması barədə məhkəməyə hər hansı bir sübut, sənəd təqdim olunmadığından iddia tələbi təmin edilə bilməz. Iddiaçının qeyd olunanlar barəsində göstərdikləri ərizəsində qeyd etdiyi izahatdan başqa heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının Hüseyn adlı polis əməkdaşının sözü ilə özünə xəsarət yetirərək barəsində polisə şikayət etdiyi, polis şöbəsində iddiaçının onun barəsində olan şikayəti əsasında araşdırma aparılsa da, düzgün araşdırma aparılmadığı, polis şöbəsində onun şahidlərinin izahatlarının alınmadığı, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq 300 manat cərimə olunduğu, iddiaçıya xəsarət yetirmədiyini və ona maddi və mənəvi ziyan vurulmasına səbəb olmadığı qeyd edilmiş, eyni zamanda cavabdeh tərəfindən qeyd edilənlər əvvəlki məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə təsdiq edilmiş, lakin bütün bunların əksini təsdiq edəcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Iddiaçının maddi zərər tələbi ilə bağlı gəldiyi qənaətin məntiqi nəticəsi olaraq məhkəmə, mənəvi ziyan tələbini də əsassız hesab etmiş və bununla bağlı əlavə araşdırılma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah etmişdir.
25. Iş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi, R X4 ## ####### 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı DIN-nin 102 xidmətinə müraciəti əsasında HK-*/****/**** saylı material əsasında Bakı Şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi, R X4 tərəfindən araşdırma aparılmış, araşdırma nəticəsində İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və bu barədə maraqlı tərəflər məlumat verilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh təsirinin tətbiq edilməsi üçün qərarın surətinin Sabunçu RPI-nin 12-ci PŞ-nə göndərilməsi qərara alınmışdır.
26. Bakı Şəhəri Sabunçu Rayon Polis Idarəsinin 12-ci PB-nin sahə inspektoru X7 tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, MN №******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən təqsirli bilinərək barəsində Bakı Şəhəri Sabunçu Rayon Polis Idarəsinin 12-ci PB-nin sahə inspektoru X7 tərəfindən ##.##.2024-cü il tarixli,MN №******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur.
27. Bakı Şəhəri Sabunçu Rayon Polis Idarəsinin 12-ci PB-nin sahə rəisi X3 tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, MN №******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən təqsirli bilinərək barəsində Bakı Şəhəri Sabunçu Rayon Polis Idarəsinin 12-ci PB-nin sahə rəisi X3 tərəfindən ##.##.2024-cü il tarixli, MN №******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. (i/v 73)
28. Iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin MN ******* nömrəli qeydiyyyat haqqında arayışdan görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixində 300 manat ödəniş etmişdir. (i/v 74)
29. Iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X13 Sabunçu Rayon Şöbəsinin **** saylı, ##.##.2023-cü il tarixli rəyində İddiaçı alın nahiyəsinin sıyrıqları müəyyən edildiyi, xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, müddəti qərarda göstərilən ##.##.2023-cü il tarixə uyğun gəldiyi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələrinin təyin edilmədiyi, lokalizasiyasına və xarakterinə görə xəsarətlərin ona özü və kənar şəxs tərəfindən yetirilməsinin inkar olunmadığı qeyd edilmişdir. (i/v 7-9)
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi zərərlə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı İddiaçı eynəyinin sındığı üçün onun alınmasına və həmçinin özünün müalicə almağına xeyli vəsait sərf olunduğunu bildirsə də, müalicə almağına çəkdiyi vəsait, eynəyinin mövcudluğu, ölçüləri, dəyəri və onun bərpasına çəkmiş olduğu xərclərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin 1000 manat maddi ziyanla bağlı hissəsi təmin edilə bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyanla bağlı hissəsini təmin etməməkdə haqlı olmuşdur.
31. Apellyasiya şikayətinin mənəvi zərərlə bağlı hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarına əsasən mənəvi zərər dedikdə fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirab başa düşülür. Qərarın 5.2 və 5.3- cü bəndlərinə müvafiq olaraq mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.), mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Mənəvi zərərə görə kompensasiya dedikdə isə hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsi kimi başa düşülür. Həmin Qərarın 7.1-ci bəndinə əsasən mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Həmin Qərarın 7.2-ci bəndinə əsasən, maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir.
32. Qərardan göründüyü kimi mənəvi zərər dedikdə fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirab başa düşülür. Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Hazırki qətnamənin 27 və 29-cu bəndində sadalanan hallar onu deməyə əsas verir ki, iddiaçı İddiaçı xəsarət yetirilməsi və bunun nəticəsində onun mənəvi iztirab keçirməsi işin halları ilə müəyyən edilir. Buna görə də apellyasiya şikayətinin dəlilləri mənəvi zərərə aid hissədə qismən əsaslıdır. Məhkəmə kollegiyası zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətləri, pozulmuş şəxsiyyət hüquqlarının növünü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələrini, törədildiyi şəraiti, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbinin mənəvi zərərə aid hissəsi 1000 manat həcmində təmin edilməlidir.
33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilməmiş 1000 manat mənəvi ziyan ilə bağlı hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən- iddianın təmin edilməmiş 1000 manat mənəvi ziyanla bağlı hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbinin mənəvi ziyana aid hissəsi 1000 manat həcmində təmin edilməklə cavabdeh Cavabdeh 1000 manat pul alınaraq iddiaçı İddiaçı verilməlidir.
34. Məhkəmə xərclərinə gəldikdə isə Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu olaraq ödənilmiş 70 (i/v 6) manatın 14 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
35. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin maddənin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar iddiaçının vəkilə ödədiyi 250 (i/v 50-51) manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən- iddianın təmin edilməmiş 1000 manat mənəvi ziyanla bağlı hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Iddia tələbinin mənəvi ziyana aid hissəsi 1000 manat həcmində təmin edilməklə cavabdeh Cavabdeh 1000 manat pul alınaraq iddiaçı İddiaçı verilsin. Iddia ərizəsinin verilməsinə görə ödənilmiş 14 manat dövlət rüsumu və hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar iddiaçının vəkilə ödədiyi 250 manat pul cavabdeh Cavabdeh alınıb iddiaçı İddiaçı verilsin. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.