Məhkəmə qərarları › İş №2(3-10)-28/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-28/2026

15.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-28/2026 15.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Qeyri-mümkün hesab edilmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(016)-16/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun əmlakına dəymiş zərərin əvəzi olaraq 5.980 manat və mənəvi zərərin əvəzi olaraq 1.000 manat, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 manat, vəkil xərci olaraq ödənilmiş 200 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 94,80 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(016)-16/2025 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 3.143 manat məbləğində pul vəsaiti, 200 manat vəkilə ödənilmiş pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,43 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 43,37 manatı iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, SFİFT. Bik: CTREAZ22) ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC-nin Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə görə apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Mülki işin materialları araşdırılarkən müəyyən olundu ki, cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsində dövlət rüsmunun məbləği 0.00 olaraq qeyd edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, həmin qəbzin nömrəsi (**********) “Elektron məhkəmə” informasiya sistemində yoxlanılmış və müəyyən edilmişdir ki, 47.40 manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün qəbz olsa da, həmin rüsum “Ağsu Rayon Məhkəməsi” üçün ödənilmişdir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumu ödənilsə də, həmin rüsum “Şəki Apellyasiya Məhkəməsi” üçün deyil, “Ağsu Rayon Məhkəməsi” üçün ödənilmişdir. Bu səbəbdən də kollegiya ödənilmiş dövlət rüsümunu apellyasiya şikayəti ilə əlaqələndirə bilmir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Dövlət rüsumu Haqqında Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından da göründüyü kimi, Cavabdeh Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(016)-16/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş olsa da, o, qanunvericiliklə müəyyən edilmiş qaydada apellyasiya məhkəməsi üçün dövlət rüsumunun ödənilməsini təmin etməmişdir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, dövlət rüsumunun lazımi qaydada ödənilməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 və 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə kоllegiyаsı hesаb edir ki, Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(016)-16/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Ağsu Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsаsən, məhkəmə kоllegiyаsı Qərаrааldı: Ağsu Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 2(016)-16/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Ağsu Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar