Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № 2(3-10)-283/2026 08.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Qurban Tamerlan Abdulqafur oğluna qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk, iddiaçı Qurban Tamerlan Abdulqafur oğlunun cavabdeh İddiaçı qarşı təzminat tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə (Açar sözlər: ərizənin geri qaytarılması, ləğv) Hakimlәr X2 (sәdrlik edәn vә mәruzәçi), Mәcidov Əlәddin Tofiq oğlu vә Musayev Taleh Valeh oğlundan ibarәt tәrkibdә, Isabәyli Ənvәr Eldar oğlunun katibliyi ilә, Iddiaçı İddiaçı cavabdeh Qurban Tamerlan Abdulqafur oğluna qarşı maddi vә mәnәvi zәrәrin ödәnilmәsi tәlәbinә dair ilk, iddiaçı Qurban Tamerlan Abdulqafur oğlunun cavabdeh İddiaçı qarşı tәzminat tәlәbinә dair qarşılıqlı iddia әrizәsinә dair mülki iş üzrә Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadından cavabdeh Cavabdeh nümayәndәsi Vәkil tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsi ilә, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi vә mәnәvi zәrәrin ödәnilmәsi tәlәbi barәdә iddiası vә iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı tәzminat tәlәbi barәdә qarşılıqlı iddiası tәmin edilmәmişdir. Hәmin qәtnamәdәn iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdә apellyasiya şikayәti vermiş, şikayәtә müddәtinin buraxılmamış hesab edilmәsi barәdә әrizә әlavә edib Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsinin qanuni qüvvәyә minmәdiyinin nәzәrә alınaraq apellyasiya şikayәti vermә müddәtinin buraxılmamış hesab edilmәsini vә işin aiddiyyәt üzrә baxılmasından ötrü Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadı ilә әrizә tәmin olunmuş, Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qәtnamәsindәn iş üzrә iddiaçı İddiaçı apellyasiya şikayәti vermә müddәti buraxılmamış hesab edilmiş vә apellyasiya şikayәti apellyasiya qaydasında baxılması üçün işlә birlikdә Azәrbaycan Respublikası Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Cavabdeh Qurban Tamerlan Abdulqafur oğlu şikayәt edәrәk Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadının lәğv edilmәsini vә iş üzrә iddiaçı İddiaçı apellyasiya şikayәti vermә müddәtinin buraxılmamış hesab edilmәsi barәdә әrizәsinin rәdd edilmәsini xahiş etmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadı ilә, Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadından Qurban Tamerlan Abdulqafur oğlu tәrәfindәn verilmiş şikayәt geri qaytarılmışdır. Cavabdeh Qurban Tamerlan Abdulqafur oğlunun nümayәndәsi Vәkil ##.##.2026-cı il tarixdә şikayәt edәrәk Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e*(***)-***/**** saylı qәrardadının lәğv edilmәsini vә Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadının lәğv edilәrәk apellyasiya şikayәtinin geri qaytarılmasını xahiş etmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün işlә birlikdә Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Işә Şәki Apellyasiya Mәhkәmәsindә yazılı icraat qaydasında baxılmışdır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını araşdırıb hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı lәğv edilmәli, mülki işin materialları yenidәn araşdırılması üçün Qәbәlә Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni belә әsaslandırmışdır ki, mülki prosessual qanunvericilikdә apellyasiya şikayәti vermә müdәtinin ötürülmәmiş hesab edilәrәk mülki işin apellyasiya qaydasında baxılmasından ötrü apellyasiya instansiyası mәhkәmәsinә göndәrilmәsi barәdә mәhkәmә qәrardadlarından şikayәt verilmәsi nәzәrdә tutulmadığından cavabdeh Qurban Tamerlan Abdulqafur oğlunun Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadından şikayәt etmәk hüququ yoxdur. Ona görә dә, Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-2(025)- ***/**** saylı qәrardadından Cavabdeh tәrәfindәn verilmiş şikayәt geri qaytarılmalıdır. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi qәrar qәbul edәrkәn düzgün olmayan hüquqi nәticәyә gәlmişdir. Belә ki, iş materiallarından görünür ki, Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsindәn iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdә apellyasiya şikayәti vermiş, şikayәtә müddәtinin buraxılmamış hesab edilmәsi barәdә әrizә әlavә edib Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsinin qanuni qüvvәyә minmәdiyinin nәzәrә alınaraq apellyasiya şikayәti vermә müddәtinin buraxılmamış hesab edilmәsini vә işin aiddiyyәt üzrә baxılmasından ötrü Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qәrardadı ilә әrizә tәmin olunmuş, Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qәtnamәsindәn iş üzrә iddiaçı İddiaçı apellyasiya şikayәti vermә müddәti buraxılmamış hesab edilmiş vә apellyasiya şikayәti apellyasiya qaydasında baxılması üçün işlә birlikdә Azәrbaycan Respublikası Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Halbuki iş materialından görünür ki, Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsindәn apellyasiya şikayәti verilmәsi üçün buraxılmış prosessual müddәtin bәrpasına dair iddiaçı İddiaçı nümayәndәsi Nümayәndә әrizәsinin tәmin edilmәsi barәdә Qәbәlә Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ## ####### 2025-ci il tarixli qәrardadından cavabdeh Qurban Tamerlan Abdulqafur oğlunun nümayәndәsi Vәkil tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında Şәki Apellyasiya Mәhkәmәsindә baxılmış vә Şәki Apellyasiya Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrardadı ilә cavabdeh Cavabdeh nümayәndәsi Vәkil tәrәfindәn verilmiş şikayәt tәmin edilmiş, Qәbәlә Rayon Mәhkәmәsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrәli qәrardadı lәğv edilmiş, iddiaçı İddiaçı nümayәndәsi X1 apellyasiya şikayәtinin verilmәsi üçün buraxılmış müddәtin bәrpasından imtina edilmәsi vә Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qәtnamәsindәn iddiaçı İddiaçı nümayәndәsi X1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinin geri qaytarılması qәrara alınmışdır. Lakin birinci instansiya mәhkәmәsi, iddiaçı İddiaçı nümayәndәsi Nümayәndә apellyasiya şikayәtinin verilmәsi üçün buraxılmış müddәtin bәrpasından imtina edilmәsi barәdә Şәki Apellyasiya Mәhkәmәsinin qanuni qüvvәsini almış qәrardadı olmasına baxmayaraq Qәbәlә Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qәtnamәsindәn iş üzrә iddiaçı İddiaçı apellyasiya şikayәti vermә müddәti buraxılmamış hesab edilmәsi vә apellyasiya şikayәtinin apellyasiya qaydasında baxılması üçün işlә birlikdә Azәrbaycan Respublikası Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi barәdә qәrardad qәbul etmişdir. Bundan başqa Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsindә müddәtin buraxılmamış hesab edilmәsinә dair әrizәyә baxılaraq qәrardad qәbul edilmәsi nәzәrdә tutulmamışdır. Belә ki, әgәr әrizә vә ya şikayәt qanunvericilikdә nәzәrdә tutulmuş qaydada vaxtında verilәrsә ona ayrıca olaraq baxılmasına vә qәrardad qәbul edilmәsinә zәrurәt yoxdur. Belә olan halda әrizә vә ya şikayәt avtomatik olaraq vaxtında verilmiş vә müddәti ötürülmәmiş hesab olunur. Mәhkәmә kollegiyası hesab edir ki, iş üzrә Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı ilә mübahisәnin prosessual hüquqi әsasları düzgün müәyyәn edilmәmişdir. Qәrardadın lәğv edilmәsi üçün hüquqi әsaslar mövcuddur. Ona görә dә, şikayәt qismәn tәmin edilmәli, Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı lәğv edilmәli, mülki işin materialları araşdırılma aparılması üçün Qәbәlә Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Azәrbаycаn Respublikаsı Mülki Prosessuаl Mәcәllәsinin 398.0.2-ci mаddәsinә әsаsәn apellyasiya instansiyası mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Hәmin Mәcәllәnin 400-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qanuni qüvvәyә minir. Şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 263- 264, 398, 399 vә 400-cü maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDI: Cavabdeh Qurban Tamerlan Abdulqafur oğlunun nümayәndәsi Vәkil şikayәt qismәn tәmin edilsin. Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı lәğv edilsin. Qәrardadın tәsviri-әsaslandırıcı hissәsindә göstәrilәn hüquqi nәticәlәr nәzәrә alınmaqla mülki işin materialları yenidәn baxılması üçün Qәbәlә Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrаrdаddаn kassasiya şikаyәti verilә bilmәz.
Məhkəmə qərarları › İş №2(3-10)-283/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-283/2026
08.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver