Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-322/2026 19.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdeh tərəfindən edilən qanunazidd hərəkətlərə məhdudiyyətin qoyulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: məhdudiyyət qoyulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdeh tərəfindən edilən qanunazidd hərəkətlərə məhdudiyyətin qoyulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Yevlax şəhəri, Dəmir Yolu binası, ev 4, * nömrəli mənzil X6 vərəsələri olan övladları Cavabdeh, İddiaçı və X3 hər birinə 1/3 hissə olmaqla miras qalmışdır. Iddiaçı İddiaçı Yevlax şəhəri, X1 ev 4, * nömrəli mənzilin 1/3 hissəsinə mülkiyyət hüququnun tanınması və hüquq müəyyənedici sənədlər əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmiş, lakin cavabdeh həmin qurumun mütəxəssisləri tərəfindən baxış keçirilib ölçmə işlərinin aparılmasına maneçilik törətmişdir. Iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin mütəxəssislərinin ünvan 3 saylı ünvanın daşınmaz əmlakda qeydə alınması və müvafiq müayinə və sxem işlərinin aparılması ilə bağlı cavabdeh tərəfindən edilən məhdudiyyətlərə son qoyulması öhdəliyinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.
Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdeh tərəfindən edilən qanunazidd hərəkətlərə məhdudiyyətin qoyulmasına dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin mütəxəssislərinin ünvan 3 saylı ünvanın daşınmaz əmlakda qeydə alınması və müvafiq müayinə və sxem işlərinin aparılması ilə bağlı cavabdeh tərəfindən edilən məhdudiyyətlərə son qoyulması öhdəliyinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax şəhəri, X1 ev 4, * nömrəli mənzilin 1/3 hissəsi ona miras qalmışdır. O, həmin mənzilin 1/3 hissəsinə mülkiyyət hüququnun tanınması və hüquq müəyyənedici sənədlər əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmiş, lakin cavabdeh həmin qurumun mütəxəssisləri tərəfindən baxış keçirilib ölçmə işlərinin aparılmasına maneçilik törətmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.
4. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bundan əlavə məhkəmənin suallarına cavab olaraq, cavabdehin bacısı olduğunu, Yevlax şəhəri, X1 ev 4, * nömrəli mənzilin atalarından miras qaldığını, onların və bir qardaşlarının hər birinə miras əmlakdan 1/3 hissədə pay müəyyən edildiyini, öz payına müvafiq sənədləşmə işləri aparmaq və hüquq müəyyənedici sənədlər almaq istədiyini bildirmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh çıxış edərək bildirmişdir ki, iddiaçı onun bacısıdır. Iddiaçı hamını aldadır, onun əsl niyyət evi öz adına keçirməkdir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı sözügedən əmlakın mülkiyyətçisi hesab olunan mərhum X6 qızıdır və əmlaka dair gözlənilən mülkiyyət hüquqları vardır. Iddiaçı həmin hüquqdan irəli gələrək özünün əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqana müracitə etsə də, cavabdeh qeydiyyat üçün zəruri olan müayinə baxışına maneə törətdiyindən müvafiq hüququn qeydiyyata alınmasından imtina olunmuşdur.
8. Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Aybəniz Babayeva) iddia təmin edilmiş, Yevlax şəhəri, Dəmir yolu binası ev 4, * nömrəli mənzilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın əməkdaşları tərəfindən daşınmaz əmlaka müayinə baxışının keçirilməsinə maneə törədilməsinin cavabdeh Cavabdeh qadağan edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139-1.1.3, 152.1, 157.1, 157.2 və 157.4-cü maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi Idarəsinin ****/**** saylı bildirişi; ## ####### 2025-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə.
11. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qanunsuz olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlarda olan ziddiyyətləri müqayisə etməmiş, müəyyən maddi və prosessual hərəkət və ya hərəkətsizliklər, təşəbbüslər irəli sürməyərək işin tam hərtərəfli ədalətli araşdırılmasını təmin etməmişdir. Bu barədə iddiaya qarşı etiraz ərizələrində göstərilmişdir. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd edir ki, o mülkiyyət sənədlərini əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etmişdir. Bütün hüquqmüəyyənedici sənədlərini əldə etmişdir. Bu səbəbdən də topladığı sənədləri cəm olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə verəndən sonra aidiyyatı mütəxəssisə təqdim etdiyi sənədlərə baxaraq yerində müvafiq müayinələrin aparılması üçün ünvan 4 ünvana mütəxəssis gəldi. Ancaq onun mülkiyyət üzərində olan hüquqlarını sənədləşdirməsi üçün hazırki cavabdeh, yəni o ciddi məhdudiyyətlər yaradır. Həmçinin qeyd edir ki, o öz evinə bu şəxsin təqsiri ucbatından sənədləşməni apara bilmədi. Nəticədə zəruri olan sənədləri əldə etməsi üçün ona ciddi məhdudiyyət yaradıldı. Bu səbəbdən də o kifayət qədər sənədlərinin olmasına baxmayaraq, mülkiyyət üzərində sənədləşməni tənzimləyə bilmədi. O, cavabdehin qanunazidd hərəkətləri səbəbindən sənədləşməni apara bilmədiyindən, habelə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin əməkdaşının əmlakına baxış keçirməsi və sənədləşməni apara bilməməsi səbəbindən o, məhkəməyə müraciət edərək cavabdehin mənzil üzərində olan hüquqlarına etmiş olduğu qanunsuzluqların qarşısını almaq üçün hazırki iddanı qaldıraraq ünvan 1 saylı ünvanın daşınmaz əmlakda qeydə alınması və müvafiq müayinə və sxem işlərinin aparılması ile bağlı cavabdeh tərəfindən edilən məhdudiyyətlərə son qoyulması ilə bağlı iddasını müdafiə edir. Məhkəmənin ali diqqətinə çatdırır ki, iddiaçı iddiada göstərdiklərinə görə elə danışır ki, guya mübahisələndirilən mənzil onun şəxsi mülküdür və o onun mülkünə sahib çıxmaq istəyir və ya onunla qərəzçiliyi var və s. Əvvəla qeyd edir ki, həmin mənzil mərhum atası X4 Azərbaycan Respublikası Dəmiryol ASC-nin müvafiq idarəsinin maşinisti vəzifəsində işlədiyi dövrdə dövlət tərəfindən verilmişdir. Atası dünyasını dəyişdikdən sonra anası tək qalmasın deyə övladları ilə birlikdə həmin ünvanda birlikdə yaşamağa başlamışlar. Bir neçə il birlikdə yaşadıqdan sonra anası ağır xəstəliklərə məruz qaldığı vaxtlarda onun çölə-bayıra gediş gəlişində çətinliklər olduğundan rahatçılığı üçün hərdən yaxınlıqda yaşayan iddiaçının evində qalması üçün müvəqqəti qızı xidmət göstərməklə, qızı ilə birlikdə həmin evdə qalmış, o isə hər gün gəlib üzərinə düşən övladlıq borcunu yerinə yetirirdi. Bu minvalla anasının normal yaşamasını təmin etmək tərəflərindən həyata keçirilmiş, bütün təminatları tərəflərindən yerinə yetirmişlər. Qeyd edir ki, atası 2005-ci ildə dünyasını dəyişmiş, anası isə 2010-cu ildə dünyasını dəyişmişdir. Həmçinin qeyd edir ki, onlara məlum olmayan səbəblərdən mübahisələndirilən mənzil yanmış, tamamı ilə yararsız hala düşmüşdür. Mübahisələndirilən mənzili anasının razılığı ilə tərəfindən bankdan kredit götürməklə cəmi 15 min manat vəsait xərcləyərək yenidən təmir edərək bu günə kimi oğlu və digər ailə üzvləri yaşamağa başlamışdır. Eyni zamanda bu günə kimi bütün kommunal xərcləri oğlu və onun tərəfindən ödənilir, mənzilin saxlanılmasına, abadlaşdırılmasına bütün xərclər tərəflərindən ödənilir. Bundan başqa onu da qeyd edir ki, onlar dörd övlad olmuşlar. Bir qardaşı ##.##.1962-ci ildə anadan olmuş X8 2016-cı ildə dünyasını dəyişmişdir. Bir qardaşı, ##.##.1962-ci il təvəllüdlü X5 uzun illərdir ki, Izraildə yaşayır. Digər övladlardan da iddiaçı İddiaçı Əlməmməd qızı isə uzun müddət ticarətlə məşğul olmaq üçün Rusiya Federasiyasında və digər yerlərdə yaşamışdır. Yeri gəlmişkən onu da qeyd edir ki, iddiaçı ticarətlə məşğul olan zamanlarda öz qızıllarını onun adına, onun razılığı ilə girov qoyaraq 3 min manat faizlə pul götürmüş, lakin həm əsas pulu, həm də faizlər tərəfindən ödənilmişdir. Indiyə qədər ödədiyi pulları hələ də ona qaytarmamışdır. Həmçinin qeyd edir ki, iddiaçı Ucar rayonu, Qazqumlaq kəndində yerləşən ata yurdlarını da ələ keçirmək istəyir və gizlin şəkildə sənədlər toplayaraq mübahisələndirilən mənzil kimi mənimsəmək istəyir. Bunları maliyyələşdirən isə Izraildə yaşayan qardaşıdır. Məlumata görə iddiaçının və qızının deməsinə görə bütün idarələrdə pullar (rüşvət) verərək bütün əmlakları ələ keçirəcəklərini, eyni zamanda məhkəməyə pul verib işi udacaqlarını bildirirlər. Baxmayaraq ki, valideynlərinin dörd vərəsəsi var və miras əmlak qanunla nəzərdə tutulmuş şəkildə vərəsələr arasında payları müəyyənləşdirilməli imiş. Ancaq iddiaçı naqis və onlara qarşı qərəzçilik edərək əmlakları sənədlərini saxtalaşdırmaq yolu ilə ələ keçirmək istəyir. Hesab edir ki, yuxarıda göstərilən bu və ya digər xüsusatlarla hərəkət və ya hərəkətsizliklər edərək qanuna zidd əməllər törədir. Nəzərə alınsa ki, mübahisələndirilən mənzil yandıqdan sonra tərəflərindən xeyli miqdarda vəsait xərcləyərək yenidən qurulması, təmiri tərəflərindən həyata keçirilmiş, həmçinin Qazqumlaq kəndində yerləşən evin saxlanılması tərəflərindən həyata keçirilmiş, iddiaçı o halda hansı əmlakdan danışa bilər. Hesab edir ki, iddiaçı bu cür iddia irəli sürə bilməz və iddiası təmin edilə bilməz. Bu iddia əvəzinə miras əmlakların bölünməsi barədə iddia irəli sürsəydi, qismən də olsun təqdirə layiq olardı. Hazırda oğlu və ailə üzvləri mübahisələndirilən mənzildə yaşayır. Əfsuslar olsun ki, iddiaçı hesab edir ki, ləyaqətsiz vərəsə kimi hərəkət və ya hərəkətsizliklər edir. O hansı haqla, qanunun hansı tələbi ilə bu cür iddialar və hərəkətlər edir. Iddiaçının və digər ona dəstək olan şəxslər qanunla qorunan hüquqlarını pozmaqda davam edir. Bundan başqa onu da qeyd edir ki, iddiaçı və oğlu izraildə yaşayan qardaşını aldadaraq yüz manat xərc tələb edilən prosessual hərəkətlər üçün xərclənəcək pulu şişirdərək min-iki min pul alaraq onu da orda müflis edirlər. Eyni zamanda iddiaçı və oğlu onları şərləyib tutdurmaqla, öldürtdürməklə, nəvəsini oğurlatdıracaqları ilə hədələyirlər. Həmçinin qeyd edir ki, anası dünyasını dəyişən vaxtı xərclər ilkin olaraq onun tərəfindən həyata keçirilib. Sonra hüzürə yığılan pullar hesabına məclislər davam etdirilib və qəbr daşları hazırlanıb quraşdırılmışdır. Mübahisələndirilən mənzil 2008-2009-cu ildən tərəflərindən təmir edilərək oğlu Rauf Ağalarov, həyat yoldaşı, uşaqları həmin mənzildə yaşayırlar.
13. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin İ və II hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, II və IV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
23. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88ci maddələri)
24. Məhkəmə kollegiyası hazırki qətnamənin 12-ci bəndində sadalanan apellyasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
25. Iş materiallarında olan ## ####### 2025-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünən odur ki, Yevlax şəhəri, Dəmir Yolu binası, ev 4, * nömrəli mənzil X6 vərəsələri olan övladları Cavabdeh, İddiaçı və X3 hər birinə 1/3 hissə olmaqla miras qalmışdır.
26. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi ** saylı Yevlax Ərazi Idarəsinin ****/**** saylı bildirişindən görünür ki, ünvan 2 ünvanda inventarlaşdırmaq məqsədi ilə mühəndis inventarlaşdırıcı ərizədə qeyd olunan ünvana getmiş, lakin mübahisə olduğu üçün müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır.
27. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, iddiaçı sözügedən əmlakın mülkiyyətçisi hesab olunan mərhum X6 qızıdır və əmlaka dair gözlənilən mülkiyyət hüquqları vardır. Iddiaçı həmin hüquqdan irəli gələrək özünün əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqana müraciət etsə də, cavabdeh qeydiyyat üçün zəruri olan müayinə baxışına maneə törətdiyindən müvafiq hüququn qeydiyyata alınmasından imtina olunmuşdur. Qeyd edilən halı iş materiallarında olan, hazırki qətnamənin 26-cı bəndində qeyd edilmiş bildiriş də təsdiq edir. Beləliklə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün qeydiyyat orqanına müayinə baxışının aparılmasına cavabdehin maneə törətməsinin heç bir hüquqi əsası yoxdur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli və mülkiyyət hüququnun qeydiyyatı üçün daşınmaz əmlaka müayinə baxışının keçirilməsinə maneə törədilməsi cavabdehə qadağan edilməlidir.
28. Məhkəmə kollegiyası əvvəla onu qeyd etməyi zəruri bilir ki, Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2 və 157.4-cü maddələrinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
30. Məhkəmə kollegiyası qeyd edir ki, Yevlax şəhəri, Dəmir Yolu binası, ev 4, * nömrəli mənzilin 1/3 hissəsi X6 vərəsəsi kimi iddiaçı İddiaçı miras qalmışdır. Mülki Məcəllənin mülkiyyətlə bağlı maddələrinin tələblərindən də göründüyü kimi iddiaçı İddiaçı mülkiyyət hüququnun tanınmasını tələb etmək hüququ vardır və cavabdeh Cavabdeh daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün qeydiyyat orqanına müayinə baxışının aparılmasına maneə törətməsinin heç bir hüquqi əsası yoxdur.
31. Odur ki, birinci instansiya məhkəməsi işə baxaraq iddianı təmin edərkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.