Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-365/2026 20.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrahimova Mirvari Harın qızının cavabdeh Cavabdeh qarşı «torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın naturada ayrılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçının nümayəndə və vəkili nümayəndə2 iştirakı ilə, İddiaçı İbrahimova Mirvari Harın qızının cavabdeh Cavabdeh qarşı «paylı mülkiyyətdən olan torpaq sahəsindən payının naturada ayrılması» tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçının nümayəndə və vəkili nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı İbrahimova Mirvari Harın qızı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyət hüququ əsasında ona, mərhum valideynləri Vəliyev Harın İsmayıl oğluna və X5 verilmiş 0.1031 ha torpaq sahəsinin onun payına düşən hissəsinin, yararsız vəziyyətə düşmüş yardımçı tikililər nəzərə alınmadan, naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək torpaq sahəsinin naturada yalnız 4/8 hissəsinin iddiaçıya ayrılmasını və hissəyə dair bölgü aktının tərtib edilməsinin təmin edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətinə həmin əmlak vərəsəlik əsasında keçmişdir. Valideynlərinin iki ədəd vərəsəsi vardır: o və cavabdeh bacısı. Cavabdeh hazırda miras əmlakı öz adına sənədləşdirmək istəmir. Bacısının ümumiyyətlə həmin həmin əmlakı istifadə etməsini istəmir. Hazırda o əmlakdan istifadə edə bilmir. Həmin evi bacısı kirayəyə verib. Özü faktiki olaraq Bakı şəhərində yaşayır. Həmin torpaq sahəsində tövlə və talvar vardır. Həmin köməkçi tikililər cavabdeh tərəfindən yararsız vəziyyətə salınmışdır və onları təyinatı üzrə istifadə etmək mümkün deyildir. O da aralarında əlavə mübahisə olmaması yalnız torpaq sahəsinə ayrıca Çıxarış alaraq, gələcəkdə orada özünə ev tikmək istəyir. Öz mülkiyyətindən qanuna müvafiq qaydada istifadə etmək istəyir. Ona məxsus olan torpaq sahəsinin paylı mülkiyyətdə olması ona həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməkəyə çətinlik yaradır. Cavabdehlə torpqağa sahəsinin naturada ayrılıb ona məxsus hissənin ona verilməsi ilə bağlı razılığa gələ bilmir. O, həmin torpaq sahəsindən payının ayırmaq və öz adına DƏDRX-dən çıxarış almaq istəyir. Lakin cavabdeh notariat ofisinə və DƏDRX-in Qax rayon Şöbəsinə gəlməkdən imtina edirlər. Bu səbəbdən o məhkəməyə müraciət etməli olmuşdur.
4. İddia tələbinin həcminin azaldılması barədə vəsatət onunla əsaslandırılmışdır ki, iş üzrə müvəkkili mülkiyyətində olan torpaq sahəsi ilə bağlı iddia irəli sürmüşdür. Məhkəmə iclası zamanı, o cümlədən əmlaka baxış keçirilərkən müəyyən olunmuşdur ki, torpaq sahəsində yerləşən tikililərin yerləşmə planı elə xarakterizə olunur ki, müvəkkilimin torpaq sahəsinin bir hissəsinin naturada ayrılması mümkündür. Bununla əlaqədar, onlar daha əvvəl iddia tələbinin azaldılmasına dair məhkəməyə müraciət etmişlər. Lakin həmin müraciətdə tələbin dəqiqləşdirilməsi tam şəkildə əks etdirilməmişdir. Əmlaka yerində baxış nəticəsində də aydın olmuşdur ki, baxmayaraq ki, mübahisəli torpaq sahəsində müvəkkili 8/5 paya malikdir, torpaq sahəsinin faktiki yerləşməsi və istifadəsi imkan verir ki, yalnız 8/4 hissə naturada ayrılması mümkündür. Bu səbəbdən, torpaq sahəsinin naturada yalnız 8/4 hissəsinin müvəkkilinə ayrılmasını və bu hissəyə dair bölgü aktının tərtib edilməsini təmin edilməsini xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat
5. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən İddiaçı İbrahimova Mirvari Harın qızının etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə2 iddia tələbini müdafiə edərək əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının və cavabdehin valideyinləri ilə birlikdə torpaq sahəsi və yaşayış evi vardır. Hazırda iddiaçı istəyir ki, özünün mülkiyyətində olan torpaq sahəsini naturada ayırsın. Öncə müraciət etmişdir ki, iddiaçının torpaq sahəsinin 5/8 hissəsi naturada ayrılsın. Lakin mütəxəssislə birlikdə ölçmə işləri aparılarkən müəyyən edilmişdir ki, 5/8 hissənin ayrılması mümkün olmayacaqdır. Ona görə də, torpaq sahəsini 4/8 hissəsinin naturada ayrılıb iddiaçıya verilməsini xahiş etmişlər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 izahat verərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Mütəxəssis torpaq sahəsinin 5/8 hissəsinin naturada bölünməsinin mümkün olmaması barədə rəy vermişdir. Torpaq sahəsindən pay içərinisindən payın azaldılması barədə iddia tələbinin həcminin azldılması barədə ərizə verilməsi qanunauyğun hesab etmir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR hüquqi şəxsi ** saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır.
8. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR hüquqi şəxsi ** saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim M.Zeynalov), iddiaçı İbrahimova Mirvari Harın qızının cavabdeh Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR hüquqi şəxsi 12 №li Şəki Ərazi İdarəsinə qarşı «paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması» tələbinə dair iddiasının təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçı İbrahimova Mirvari Harın qızına aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında ## ###### 2021-ci il tarixli, ********** №li, 403013039366-***** reyestr №li Çıxarışa əsasən Qax rayonu, Qaysarlı kəndində yerləşən 0.1031 ha torpaq sahəsinin 1/8 hissəsi Vəliyev Harın İsmayıl oğlunun, 2/8 hissəsi X6 və 5/8 hissəsi İbrahimova Mirvari Harın qızının, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin isə 1/2 hissəsi Vəliyev Harın İsmayıl oğlunun, 1/2 hissəsi isə İbrahimova Mirvari Harın qızının paylı mülkiyyətindədir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
11. Məhkəmə tələbə münasibət bildirərək qeyd etmişdir ki, iş üzrə alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri Hüquqi Şəxsi ** saylı Şəki Ərazi idarəsinin verdiyi mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında ## ###### 2021-ci il tarixli, ********** №li, 403013039366-***** reyestr №li Çıxarışa əsasən Qax rayonu, Qaysarlı kəndində yerləşən 0.1031 ha torpaq sahəsinin payları İbrahimova Mirvari Harın qızının fərdi yaşayış evi 1/2 hissə, Vəliyev Harın İsmayıl oğlunun torpaq sahəsində 1/8 hissə, fərdi yaşayış evində 1/2 hissə və X6 torpaq sahəsində 2/8 hissədir. Fərdi yaşayış evi iki mərtəbədən və iki yaşayış otağından ibarətdir. Otaqlar alt üst olduğundan fərdi yaşayış evinin bir girişi olduğundan evin iki hissəyə bölünməsi mümkün deyildir. Fərdi yaşayış evinin iki hissəyə bölünməsi mümkün olmadığı üçün Vəliyev Harun İsmayıl oğlunun fərdi yaşayış evi 1/2 hissə və torpaq sahəsi 1/8 hissə, İbrahimova Mirvari Harın qızının fərdi yaşayış evi 1/2 hissə və torpaq sahəsi 5/8 hissəsinin naturada bölünməsi mümkün deyildir. X6 torpaq sahəsinin 2/8 hissə payının müəyyən edilməsi mümkündür. Bölgü sxemi əlavə olunub. Fərdi yaşayış evi iki mərtəbədən və iki yaşayış otağından ibarətdir. Otaqlar alt üst olduğundan fərdi yaşayış evinin bir girişi olduğundan evin iki hissəyə bölünməsi mümkün deyidir. Cavabdeh həyətyanı torpaq sahəsinə iki formatda bölgü sxemi hazırlanıb. Məhkəmə hansını uyğun görsə onu əsas götürə bilər.
12. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələri). İddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi nümayəndə2 qzının yenidən ekspertiza təyin edilməsi barədə vəsatəti məhkəmə tərəfindən təmin olunmamışdır.
13. Məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə verilmiş rəy də məhkəmə tərəfindən bu qeyd olunan Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
14. Məhkəmə hesab etmişdir ki, mütəxəssis tərəfindən verilmiş rəylə iddia tələbnidə qeyd olunan torpaq sahəsinin naturada bölünməsinin mümkün olmadığı üçün məhkəmə tələbin sübuta yetirilməməsi qənaətinə gəlmişdir.
15. Mütəxəssis rəyi dəqiq və müfəssəl tərtib edilmiş, iddiaçılar və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə foto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır.
16. Məhkəmə diqqətə çatdırır ki, bu halların mövcudluğu isə Mülki Məcəllənin 220-ci maddəsinin tətbiqinə imkan verir və iddianın əsassızlığına dəlalət edir.
17. Beləliklə, məhkəmə toplanmış sübutlara hüqquqi qiymət verərək hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
18. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçı İbrahimova Mirvari Harın qızına aid edilməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və IV hissəsi, Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 213.1, 213.2, 213.3, 213.4, 220.1, 220.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən narazı qalan iddiaçının nümayəndə və vəkili nümayəndə2 apellyasiya şikayəti vermişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi və yaşayış evi tərəflərin mərhum valideynlərindən miras qalmış əmlakdır. Müvəkkili İbrahimova Mirvari qanunla müəyyən edilmiş qaydada mirası qəbul edərək öz payına düşən 5/8 hissə torpaq sahəsinə və ½ hissədə yaşayış dair dövlət reyestrindən çıxarış almışdır. Lakin cavabdeh olan bacısı uzun illərdir ki, miras payını öz adına sənədləşdirməkdən qəsdən boyun qaçırmaqdadır. İddiaçı valideynlərindən miras qalmış bu əmlakı onun üçün böyük mənəvi dəyəri olduğunu xüsusi vurğulayır. Tərəflər arasında yaranmış gərgin münasibətlər səbəbindən ümumi mülkiyyətdə olan evi birlikdə istifadə etmək isə mümkün deyil. Həmçinin əmlakın bütövlükdə hərraca çıxarılaraq satılmasını və ya yad şəxslərin əlinə keçməsini isə arzu etmir. Məhz bu mənəvi bağlılığa görə o, həyətyanı sahəni tam satmaq deyil, valideyn yurdundan özünə düşən payı naturada ayıraraq orada gələcəkdə özü üçün ev tikmək niyyətindədir. İddiaçı məhkəməyə müraciət edərək yalnız torpaq sahəsinin (0.1031 ha) naturada ayrılmasını xahiş etmişdir. Lakin məhkəmə iddianı rədd edərkən evin bölünməsi iddia olunmadığı halda ekspertizanın qarşısında evin bölünməsi ilə bağlı suallar qoyularaq və bu yalnışlığın düzəldilməsi ilə elektron qaydada vəsatət verilsə belə mütəxəssis rəyinə istinad edərək fərdi yaşayış evinin və torpaq sahəsinin bölünməsinin mümkün olmaması barədə rəyə əsasən qərar qəbul etmişdir. İddia tələbi evin bölünməsi deyil, məhz torpağın ayrılması olduğu halda, məhkəmənin bu yanaşması işin hallarına ciddi təsir göstərmişdir.
22. Qeyd edir ki, məhkəmə iddia tələbinin azaldılması faktına da hüquqi qiymət verməmişdir. İddia tələbinin 5/8-dən 4/8 hissəyə endirilməsi barədə vəsatət verilmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində bu azaldılmanı qeyd etsə də, qərar qəbul edərkən yenə də 5/8 hissənin bölünməsinin qeyri-mümkünlüyü barədə rəyə əsaslanmış, 4/8 hissənin ayrılma imkanını ayrıca qiymətləndirməmişdir. Bununla da iddiaçının torpaq üzərindəki mülkiyyət səlahiyyətlərini faktiki olaraq məhdudlaşdırmışdır.
23. Bundan başqa mütəxəssisin dindirilməsi barədə vəsatəti də təmin olunmamış və mütəxəssis rəyindəki ziddiyətli məqamlar araşdırılmamışdır. Ekspert rəyində birmənalı olaraq qeyd edilmişdir ki, "X6 torpaq sahəsinin 2/8 hissə payının müəyyən edilməsi mümkündür" və hətta bunun üçün bölgü sxemi əlavə olunmuşdur. Əgər torpaq sahəsinin bir hissəsinin (2/8) ayrılması texniki cəhətdən mümkündürsə, bu, bütövlükdə torpaq sahəsinin naturada bölünə bilən torpqaq sahəsinin olduğunu sübut edir. Məhkəmə iddianı rədd edərkən ekspertin 5/8 hissənin bölünməzliyi barədə rəyinə istinad etmişdir. Lakin məhz yerində baxış keçirilərkən torpağın faktiki yerləşməsinin 4/8 hissənin ayrılmasına imkan verdiyini müəyyən edilmiş və tələb buna uyğun azaldılmışdır. Ekspertin 5/8 hissəni (evin girişi və s. texniki səbəblərdən) ayıra bilməməsi, heç bir halda 4/8 hissənin də ayrıla bilməyəcəyi mənasına gəlmir. Məhkəmənin bu texniki fərqi və azaldılmış tələbi ayrıca qiymətləndirməməsi qətnamənin əsaslılığını şübhə altına qoyur. Həmçinin mülkiyyətçi əmlakına dair sərəncam vermək və ondan istifadə etmək hüququna malikdir İddiaçının valideyn yurdunda özünə ev tikmək üçün torpağı ayırmaq istəyi, məhkəmənin evin strukturuna dair (bir girişi olması) gətirdiyi bəhanə ilə bloklanmışdır. Həyətə bir giriş darvazası olmasına baxmayaraq həyətin iki yola birbaşa çıxışı mövcuddur.
24. Odur ki, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı İbrahimova Mirvari Harın qızı və cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Konstitusiyasının; 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2014-cü il tarixli Qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli Qərardadının 20-ci bəndinə əsasən əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
33. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
36. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
37. Apellyator Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında ## ###### 2021-ci il tarixli, ********** nömrəli, 403013039366-***** reyestr nömrəli Çıxarışa əsasən Qax rayonu, Qaysarlı kəndində yerləşən 0.1031 ha torpaq sahəsinin 1/8 hissəsi Vəliyev Harın İsmayıl oğlunun, 2/8 hissəsi X6 və 5/8 hissəsi İbrahimova Mirvari Harın qızının, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin isə 1/2 hissəsi Vəliyev Harın İsmayıl oğlunun, 1/2 hissəsi isə İbrahimova Mirvari Harın qızının paylı mülkiyyətindədir. X6 ##.##.2015-ci il tarixdə, Vəliyev Harın İsmayıl oğlu isə ##.##.2017-ci il tarixdə vəfat etmişlər. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının miras əmlak üzrərində payı müəyyən olunaraq sonuncuya çıxarış verilmiş, bundan sonra digər vərəsə cavabdeh Cavabdeh ilə paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmiş və hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Ekspertiza tədqiqatı ilə iddiaçının 0.1031 ha torpaq sahəsindən 4/8 hissədə payının naturada ayrılmasının texniki cəhətdən mümkün olması müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı mülki iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilməklə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamamışdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, işdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında ## ###### 2021-ci il tarixli, ********** nömrəli, 403013039366-***** reyestr nömrəli Çıxarışa əsasən Qax rayonu, Qaysarlı kəndində yerləşən 0.1031 ha torpaq sahəsinin 1/8 hissəsi Vəliyev Harın İsmayıl oğlunun, 2/8 hissəsi X6 və 5/8 hissəsi İbrahimova Mirvari Harın qızının, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin isə 1/2 hissəsi Vəliyev Harın İsmayıl oğlunun, 1/2 hissəsi isə İbrahimova Mirvari Harın qızının paylı mülkiyyətindədir.
44. Kollegiya qeyd edir ki, iddiaçı ilkin tələbində paylı mülkiyyət hüququ əsasında ona, mərhum valideynləri Vəliyev Harın İsmayıl oğluna və X6 verilmiş 0.1031 ha torpaq sahəsinin onun payına düşən hissəsinin, yararsız vəziyyətə düşmüş yardımçı tikililər nəzərə alınmadan naturada ayrılmasını tələb etsədə, sonradan məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək torpaq sahəsində olan payının yalnız 4/8 hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
45. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tətləblərinə uyğun olaraq iddiaçının iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi icraata qəbul olunmasına baxmayaraq, tələbin həmin hissəsinə dair hər hansı araşdırma aparılmadan iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
46. Belə ki, Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən veriImiş ************-***** nömrəli çıxarışa əsasən iddiaçi İbrahimova Mirvari Harın qızının 4/8 hissə payının naturada ayrılması mümkündür və mümkün olan bölgü sxem rəyə əlavə edilmişdir. 47.Kollegiya iş materiallarında olan sübutları, mütəxəssis rəylərini nəzərdən keçirərək hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının 4/8 hissə payının naturada ayrılması üçün hər hansı bir məhdudiyyət yoxdur və iddiaçının 0.1031 ha torpaq sahəsindən 4/8 hissə üzərində payının naturada ayrılması cavabdehin hər hansı hüquqlarını məhdudlaşdırmır.
48. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
49. Beləliklə məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmiş hallardan bəlli olur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ##.##.2021-ci il tarixli, 403013039366-***** reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu, Qaysarli kəndində yerləşən 0.1031 ha torpaq sahəsindən iddiaçının tələb ediyi şəkildə, yəni 4/8 hissədə payının naturada ayrılması mümkündür.
50. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
51. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı İbrahimova Mirvari Harın qızının nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İbrahimova Mirvari Harın qızının cavabdeh Cavabdeh qarşı «paylı mülkiyyətdən olan torpaq sahəsinin naturada ayrılması» tələbinə dair iddiası təmin edilməli, Azərbyacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən veriImiş ************-***** nömrəli çıxarışa əsasən Qax rayonu, Qaysarli kəndində yerləşən 0.1031 ha torpaq sahəsindən iddiaçı İbrahimova Mirvari Harın qızının 4/8 hissədə payı naturada ayrılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
İddiaçı İbrahimova Mirvari Harın qızının nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2021-ci il tarixli, 403013039366-***** reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu, Qaysarlı kəndində yerləşən 0.1031 ha yaşayış məntəqələri torpaq sahəsindən iddiaçı İbrahimova Mirvari Harın qızının 4/8 hissədə payı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə naturada ayrılsın. İddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İbrahimova Mirvari Harın qızına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.