AzərbaycanȘRespublikasıȘadından Qətnamə ŞəkiȘşəhəri İşȘ№Ș2(3-10)-46/2026 08.04.2026 ŞƏKIȘAPELLYASIYAȘMƏHKƏMƏSI IddiaçıȘX3 cavabdehȘCavabdehȘqarşı (açarȘsözlər:ȘpulȘtələbi) SədrlikȘedənȘ(məruzəçi)Ș-ȘHüseynovȘElçinȘŞirinȘoğlu; HakimlərȘ–ȘX1ȘvəȘX2ȘibarətȘtərkibdə; MəhkəməȘiclasȘkatibiȘ-ȘHəmidovaȘGünelȘVahidȘqızınınȘkatibliyi, IddiaçıȘ-ȘX3, CavabdehȘ-ȘCavabdehȘvəȘonunȘnümayəndəsiȘvəȘvəkiliȘX9ȘiştirakıȘilə, Iddiaçı X3 cavabdeh Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Ağsu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, *(***)-***/**** saylı qətnаməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəməȘiclasındaȘbaxılmışdır. I. ȘIşinȘhalları
1. Iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Qəbələ RPŞ-nin TB-dan daxil olmuş HK-*/**** saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin nəzarət üçün Qəbələ rayon prokurorluğuna göndərilməsi, X3 Cavabdeh barəsində mülki iddia qaydasındaȘməhkəməȘorqanlarınaȘmüraciətȘetməkȘhüquqununȘolmasıȘizahȘedilmişdir.
2. Iş materiallarında olan qaimələrdən görünür ki, Cavabdeh biznes fəaliyyəti 2008-ci ili əhatəȘedir.
3. Iş materiallarında olan cavabdeh Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki,ȘiddiaçıȘX3ȘondaȘolanȘmayasıȘ65.000Șdollardır.
II. IşȘüzrəȘqəbulȘedilmişȘməhkəməȘaktları
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 65.000 ABŞ dolları məbləğində pulun, vəkilə ödənilmiş 250 manat məbləğində xidmət haqqının və ödənilmişȘ400,50ȘmanatȘməbləğindəȘrüsumunȘalınaraqȘonaȘverilməsiniȘxahişȘetmişdir.
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun uzaq qohumudur. Əvvəllər aralarında hər hansı bir mübahisə baȘ verməmişdir. 2022-ci ilin əvvəllərində Cavabdeh ona iş qurmaq istədiyini, xarici ölkələrdən paltar gətirib satacağını, lakin pulunun olmadığını 100.000 dollar pul olarsa iş görə biləcəyini demiş, o isə şərikli işləməyi təklif etmişdir. O, Asifə cəmi 65.000 dollar pul tapa biləcəyini demiş, onlar razılaşmışlar. ##.##.2022-ci tarixdə Qəbələ şəhərində yerləşən Şahdağ adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında Cavabdeh ilə görüşmüş, ona əlbəəl şəkildə 65.000 dollar pul vermiȘdir. Təxminən 2 ay müddət gözlədikdən sonra Asəf AȘırovla görüşmüş, ondan işi qura bilib-bilmədiyini soruşmuş, o da iȘi qurduğunu, aldığı 65.000 dolları ora yatırdığını, qazancı böləcəklərini, aldığı 65.000 dolları qaytaracağını demişdir. Üzərindən bir neçə ay keçdikdən sonra bir neçə dəfə Cavabdeh pulunu istəmiş, o, hər dəfəsində müxtəlif bəhanələr gətirərək pulu gətirməkdən boyun qaçırmağa başlamış, dəfələrlə ona xəbərdarlıq etdikdən sonra isə şikayət etmək qərarına gəlmişdir. 65.000 dollar pulu qaynı X8 va qardaşı X4 iştirakı ilə vermiȘdir. Əlavə olaraq isə Cavabdeh 2007-ci il tarixdə 20.000 dollar da borca pul vermişdir. Cavabdeh ona ümumilikdə 85.000 dollar borcu vardır. Qəbələ RPȘ-nə təqdim etdiyi “Sabitin məndə olan mayası 65.000 dollar, Asəf, imza” sözləri və imza qeyd edilmiş əlyazma nümunəsi Cavabdeh özü tərəfindən 2022-ci ilin ## ### tarixində yazılmışdır. Qəbələ rayon Polis şöbəsinin ## ###### 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarı ilə tələbi tam sübuta yetirilmiş, bu səbəbdən dəȘməhkəməyəȘmüraciətȘetməkȘməcburiyyətindəȘqalmışdır.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Yusif oğlu bildirmişdir ki, cavabdeh iddiaçıdan pul alıb, qısa müddətdə qaytarmalı olduğu halda qaytarmamışdır. Bununla bağlı Qəbələ rayon Polis şöbəsində araşdırma aparılıb,ȘcavabdehȘborcluȘolduğunuȘizahatındaȘetirafȘedib.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı bildirmişdir ki, cavabdehlə əvvələr bir sinifdə oxumuşlar. Cavabdeh ona yalvar-yaxar etmişdir ki, pul ver, bir yerdə işləyək. Moskva şəhərində 20.000 dollar vermiş, cavabdeh pulu qaytara bilməmişdir. Bir müddət sonra pulu istəyəndə aralarında mübahisə düşmüş, sonra barışmışlar, cavabdehin qardaşı onun qohumudur. Münaqişə düşməzdən əvvəl ona müraciət etmişdir ki, 100.000 dollar pul lazımdır, bir yerdə ticarətlə məşğul olarıq, ayda 10.000 dollar gəlir olacaq, onu da sənin pulundan çıxarıq. 2022-ci ilin may ayında cavabdehə 65.000 dollar pul vermiş, aradan 1-2 ay keçdikdən sonra əlaqə yaratmışdır. Cavabdeh ondan uzaqlaşmağa başlamışdır. O, ondan pulu verməyi ilə bağlı əlyazma istəmiş, o da kağıza yazmışdır ki, sənin mənə verdiyin maya dəyəri 65.000-dollar pula mal almışam. Cavabdehlə danışıqları ciddiləşdirdikdən sonra demişdir ki, ev almışam, evi satıb, pulunu verəcəm. Sonra istəmişdir ki, evlərinə getsin, lakin fikrindən daşınmışdır ki, aralarında mübahisə olar. Qəbələ rayonu Polis şöbəsinə ərizə ilə müraciətȘetmiş,ȘcavabdehȘoradaȘetirafȘetmişdirȘki,ȘborcluȘolmasıȘbarədəȘqəbziȘo,Șyazıb.Ș
8. Verilən suallara cavab olaraq iddiaçı bildirmişdir ki, 65.000 dollar pulu bir dəfəyə Qəbələ şəhərində 2022-ci ilin iyul ayının axırı avqust ayının əvvəli cavabdehə vermişdir. Pulu verəndə yanında qardaşı və bir nəfər başqa şəxs var imiş. Cavabdeh pulu ondan ticarətlə məşğul olmaq üçün almışdır. ##.##.2003-cü ildə Moskva şəhərinə getmiş, onda 20.000 dollar cavabdehə borc vermiş, onu da qaytarmamışdır. 65.000 dolları da vermişdir ki, ticarətlə məşğul olub, 20.000 dollar pulunu qaytarsın. Cavabdehi Qəbələ şəhərində təsadüfən tapmış, yanındaȘheçȘkimȘyoxȘidi.ȘOnunȘyanındaȘisəȘqardaşıȘolub.
9. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Yusif oğlu ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, cavabdeh iddiaçıdan yalnız 20.000 ABŞ dolları aldığını etiraf etmişdir. Cavabdeh bildirmişdir ki, həmin pul məbləği ona 2007-ci ildə 20.000 ABŞ dolları pul vermiş və üstündən bir müddət keçəndən sonra 20.000 ABŞ dolları borcu almadan yenidən cavabdehə ##.##.2022-ci ildə 65.000 ABŞ dollar məbləğində borc pul vermişdir. Sonuncu verdiyi borc pulu isə yaxın qohumlarının şahidliyi ilə Qəbələ şəhərində yerləşən Şahdağ adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında vermişdir. Bundan əlavə sübut olaraq bildirir ki, Cavabdeh 65.000 ABŞ dolları məbləğində aldığı pulu ##.##.2022-ci il tarixdə özü tərəfindən sadə yazılı şəkildə bir vərəqə yazraq etiraf etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya olan borcunu və aldığı pul məbləğini həmin qəbzə imza ataraq təsdiq etmişdir. Eyni zamanda mötəbər sübut kimi məhkəməyə təqdim olunmuş cinayət işinin başalanmsının rədd edilməsi barədə qərarda və eyni zamanda iddiaçının yazdığı iddia ərizəsində kifayət edir ki, həmin məbləğ cavabdehə ödənilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ##.##.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh səmimi ifadə verərək iddiaçı ilə arasında yaranmış mübahisəyə aydınlıq gətirmişdir. Belə ki, cavabdehə yazaraq bildirmişdir ki, iddiaçı ona 2008-ci ildə şərik işləmək üçün 30.000 ABŞ dolları məbləğində pul vermiş və hər iki tərəf razılaşaraq cavabdehin həmin pul məbləği ilə biznes fəliyyəti ilə məşğul olmuşdur. Cavabdeh israrla bildirir ki, iddiaçı ilə arasında olan biznes fəaliyyəti 2008-ci illəri əhatə edir. Belə ki, həmin qəbzi yazan cavabdeh sonradan həmin qəbzi kağız parçası adlandıraraq ##.##.2022-ci il tarixdə deyil, cavabdeh tərəfindən 2010-cu ildə yazıldığını təsdiq etmişdir. Cavabdeh iddiaçı ilə arasında bir neçə qəbzin olduğunu etirazda bildirmiş və bu barədə məhkəməyə sübut belə təqdim etməmişdir. Maraqlı məqam onadan ibarətdir ki, cavabdeh bütün münasibətlərin yaranma tarixini 2007-ci ildə olduğunu və həmin tarixdə 20.000 ABŞ dolları iddiaçıdan aldığını bildirir və Qəbələ rayon Polis şöbəsinin istintaq bölməsində araşdırmanın nəticəsində bir daha yazaraq iddiaçını şikayətində yazdığı 65.000 ABŞ dollarının yalnız 30.000 ABŞ dollarını aldığını yazaraq bildirmişdir. Iddia tələbi üzrə belə nəticəyə gəlmək olar ki, baxılan işdə tərəflər arasında münasibətlər borc və ya digər müqavilələrlə deyil, investisiya müqaviləsi ilə səciyyələndirilməlidir. Eyni zamanda cavabdeh hazırkı iddia tələbi ilə bağlı aldığı pul məbləğini cavabdehə verməklə cavabdeh isə öz nöbəsində biznes fəliyyəti ilə məşğul olduğunu və həmin məbləğ iddiaçı tərəfindən cavabdehə biznesinə vəsait yatırımı kimi qəbul etmişdir. Əlavə olaraq cavabdehin biznes gözləntiləri özünü doğrultmadığı üçün eyni zamanda cavabdehin icra etməli olduğu sözügedən biznei layihənin reallaşması məqsədilə iddiaçı yatırdığı mayanın, yəni mülkiyyətində olan pul vəsaitinin geri qaytarılmasını tələb edir. “Investsiya fəaliyyəti haqqında” Qanunun 19-cu 1 və 3-cü bəndələrinə görə, investisiya fəaliyyətinin subyektləri arasında bağlanmış müqavilə öhdəliklərinə əməl olunmadıqda tərəflər həmin aktlarla müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. Müqavilə öhdəliklərinin pozulmasına görə cərimənin və dəbbə pulunun, habelə dəymiş zərərin ödənilməsi təqsirkar tərəfi, qanunvericiliklə və müqavilə ilə digər hal nəzərdə tutulmayıbsa, tələblərinȘvəȘöhdəliklərinȘtamȘyerinəȘyetirilməsindənȘazadȘetmir.
10. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli iclasında iddiaçı bildirmişdir ki, cavabdeh ondan aldığı pulu iş qurmağa xərcləməyib, onu aldadıb özünə ev alıb. Cavabdehin qardaşı oğlu Rail qəbz yazılarkən yanlarında olmayıb. Cavabdehlə təsadüf nəticəsində qarşılaşmışlar və cavabdeh ona bildirmişdir ki, hər ay ona 10.000 dollar pul verəcək.ȘO,Ș65.000ȘdollarȘpulȘəldəȘedərəkȘcavabdehəȘvermişdir.
11. Cavabdehin nümayəndəsi və vəkili X6 etiraz ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, iddia əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində etiraf edir ki, cavabdehə 2007-ci ildə 20.000 ABŞ dolları pul vermiş və üstündən bir müddət keçəndən sonra 20.000 ABŞ dolları borcu almadan yenidən cavabdehə ##.##.2022-ci ildə 65.000 ABŞ dollar məbləğində borc pul vermişdir. Sonuncu verdiyi borc pulu isə yaxın qohumlarının şahidliyi ilə Qəbələ şəhərində yerləşən Şahdağ adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında vermişdir. Bundan əlavə, Cavabdeh 65.000 ABŞ dolları məbləğində aldığı pulu ##.##.2022-ci il tarixdə özü tərəfindən sadə yazılı şəkildə bir vərəqə yazaraq etiraf etmişdir. Göründüyü kimi, iddiaçının məhkəməyə sübut olaraq təqdim etdiyi cinayət işinin başalanmasının rədd edilməsi barədə qərarda və eyni zamanda iddiaçının yazdığı iddia ərizəsində kifayət qədər yalan və ziddiyətli hallar var. Belə ki, məhkəməyə təqdim edilmiş Qəbələ rayon Polis şöbəsinin istintaq bölməsinin “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh səmimi ifadə verərək tərəflər arasında yaranmış mübahisəyə aydınlıq gətirmişdir. Iddiaçı cavabdehə 65.000 ABŞ dolları yox, 2008-ci ildə şərik işləmək üçün 30.000 ABŞ dolları məbləğində pul vermiş və hər iki tərəf razılaşaraq birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Bir müddət davamlı olaraq işlədikdən sonra isə gətirdikləri mal müsadirə edilmiş və bu səbəbdən də onların biznesi uğursuz olmuşdur. Qaimələrdən görünür ki, tərəflər arasında olan biznes fəaliyyəti 2008-ci illəri əhatə edir. Iddiaçının təqdim etdiyi əlyazma nümunəsinə gəldikdə isə qeyd edilən kağız parçası iddiaçı tərəfindən saxtalaşdırılmış şəkildə məhkəməyə təqdim edilmişdir. Belə ki, həmin kağız parçası ##.##.2022-ci il tarixdə deyil, cavabdeh tərəfindən 2010-cu il tarixdə yazılmışdır. Kağızda həmin qeydlərlə yanaşı bir çox qeydlər də olub ki, (yazının yazılma tarixi və kimlərin iştirakı ilə) iddiaçı həmin qeydləri yox edərək məhkəməyə kiçik bir kağız parçası təqdim etmişdir. Maraqlı məqam ondan ibarətdir ki, cavabdehin iddiaçıya 2007-ci ildən 20.000 ABŞ dolları borcu olduğu halda, heç biri notariat qaydada təsdiq edilmədən iddiaçı yenidən cavabdehə 65.000 ABŞ dollarında borc pul verir. Göründüyü kimi, iddiaçının cavabdehə ##.##.2022-ci ildə 65.000 ABŞ dolları məbləğində borc pul verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Iddiaçının təqdim etdiyi şahidlərə gəldikdə isə adları qeyd edilən şahidlərin hər ikisi iddiaçı ilə yaxın qohumluq əlaqələrindədirȘvəȘhərȘikiȘşahidinȘverəcəkləriȘifadələrȘmötəbərȘsübutȘkimiȘqəbulȘediləȘbilməz.
12. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli iclasında cavabdeh bildirmişdir ki, o, 2005-ci ildə Moskvada şəhərində bazarda işləyirmiş, 2007-ci ildən iddiaçı Xabarovsk şəhərində tikintidə işləyirdi. Bir sinifdə oxumuşlar, münasibətləri yaxşı olub. Iddiaçı ona təklif etmişdir ki, pul qoyub şərikli işləyək, 55.000 dollar pulu var. O da bildirmişdir ki, ticarətdir, ziyan da olar, xeyir də olar, sonra aralarında mübahisə düşməsin. Iddiaçı razılaşmış, sonra ona demişdir ki, pulu götür, get pal-paltar sifariş et, sənə pul göndərəcəm, o da razılaşmışdır. O, 55.000 dollar pulu bankla Pekinə göndərmiş və sifarişlər etmişdir. Sonra iddiaçıya zəng vuraraq demişdir ki, o, öz mallarını sifariş etmiş, əgər istəmirsə, ona sifariş etməyək. Iddiaçı demişdir ki, 2-3 günə pulu sənə göndərəcəm. Iddiaçı 3 dəfəyə 30.000 dollar pul göndərmişdir. 2011-ci ildə iddiaçı ondan Ağsu rayon Polis şöbəsinə şikayət edəndə də həmin qəbzləri təhqiqatçıya göstərmişdir. Iddiaçı ona 30.000 dollar pul göndərmiş, o da həmin pula mal almışdır. 55.000 dollar onun imiş, 30.000 iddiaçının. 2008-ci ildə iki dəfə yaxşı satış etmişlər, qazancları olmuşdur. 2008-ci ilin sonları mal onlardan xəbərsiz qeyri-qanuni yolla gəldiyi üçün 80-90 min dollar arası malları tutulmuş, 2009-cu ilin əvvəlində bazar bağlanmışdır. Bundan sonra, iddiaçı onu polisə şikayət etmişdir. Iddiaçı Təbriz adlı qardaşı ilə hər axşam 3 gündən bir onun evinə gəlib, onu hədələyirmiş, o da bunlardan qorxub, Milli Təhlükəsizlik Nazirliyinə ərizə yazmış, orada araşdırma getdikdən sonra iş bağlanmışdır. Iddiaçı ona faizi ilə 65.000 dollar borcu olduğunu deyir. Onun qardaşı iddiaçı ilə qohumdur, qardaşı oğlu da şahiddir. Iddiaçı qardaşı qızına təziq göstərdiyi üçün qızın qardaşı məhkəməyəȘifadəȘverməyəȘgəlmədi.ȘIddiaçıȘQəbələȘşəhərindəȘonaȘpulȘverməyib.
13. Verilən suallara cavab olaraq cavabdeh bildirmişdir ki, pulu ona Xabarovsk şəhərindən göndərib. Əlyazmanı 2010-cu ilin sentyabrında yazmışdır. Iddiaçının arvadı da yanlarında idi. 2022-ci ilin iyul ayının axırı avqust ayının əvvəlində Qəbələ şəhərində olmamışdır.ȘOnaȘ3ȘdəfəyəȘ10.000ȘdollarȘolmaqlaȘcəmiȘ30.000ȘdollarȘpulȘverib.
14. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli iclasında cavabdehin nümayəndəsi və vəkili X6 çıxış edərək bildirmişdir ki, cavabdeh məhkəmə iclasında tam səmimi ifadə vermişdir. Cavabdehin işə əlavə edilmiş cinayət işinin rədd edilməsi barədə qərardakı ifadələrlə hazırkı ifadəsi də heç bir ziddiyyət təşkil etmir. Cavabdehin qeyd etdiyi kimi, tərəflər arasında hüquq münasibətləri birgə fəaliyyət, şərik iş görülməsi ilə Pekindən mal alınması ilə bağlı kifayət qədər qaimələr var. Bazar bağlanan vaxtlarda həmin mallar cavabdehə təhvil verilməmişdir. Cavabdeh iddiaçının pulunu qəsdən dələduzluq yolu ilə ələ keçirmək niyyəti olmayıb. Əgər olsaydı, cinayət işi başlanardı. 30.000 dollar 2008-ci ildə iddiaçıȘtərəfindənȘcavabdehəȘbirgəȘişȘqurmaqȘüçünȘgöndərilənȘpullardır.
15. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli iclasında cavabdehin nümayəndəsi və vəkili X6 çıxış edərək bildirmişdir ki, investisiya qoyan şəxs ilə qəbul edən şəxs arasında müqavilə bağlanmalıdır. Bu müqavilə investisiya qoyan şəxsin mülkiyyət hüququnu qorumaq, mübahisələri həll etmək və investisiyanın sabitliyini qorumaq üçündür. Bunların fəaliyyəti Rusiya Federasiyasında başlayıb, aralarında heç bir müqavilə olmayıb. Bunların münasibətləri Mülki Məcəllənin təsir dairəsinə düşüb və əsassız varlanma ilə səciyələndirilə bilər. Iddiaçı bildirir ki, pulu Moskva şəhərində verib, amma cinayət işinin başlaması rədd edilməsi qərarında Bakı şəhərində 20.000 dollar pulu verməsini bildirib. Iddiaçının ifadələrində ziddiyyət var, 65.000 dollar pulu Qəbələ rayonunda verməsini əks etdirib. Həmin tarixdə pulun Qəbələ rayonunda verilməsini antem məlumatlar da sübut edə bilmir. O, iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli iclasında cavabdeh bildirmişdir ki, qardaşının oğlu Rail onunla liftə qədər gəlmiş, amma o, icazə verməmişdir ki, onunla iddiaçının evinə qalxsın. O, iddiaçının qayınını orada görməmişdir, iddiaçı yalan deyir. SübutȘkimiȘevinȘvəȘblokunȘşəkilləriniȘdəȘçəkmişdir.
17. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli iclasında cavabdehin nümayəndəsi və vəkili X6 bildirmişdir ki, əvvəlki məhkəmə iclaslarında iddiaçı vurğulayıb ki, ##.##.2022-ci ildə pulu verdikdən iki ay sonra qəbz yazdırmışam. Iddia ərizəsində yazılıb ki, qəbz ##.##.2022-ci ildə tarixdə yazılmışdır. Həmin qəbzin varlığını iddiaçı sübut edə bilmir, ona görə də ziddiyyətlər var. Anten məlumatlar əsasında sübuta yetirilib ki, cavabdeh həmin tarixdə həmin ərazidə olmayıb. Qəbzin hansı tarixdə yazılmasını iddiaçı çıxışında bildirib ki, 2023-cüȘildəȘyazılıb,ȘammaȘetirafındaȘ2021-ciȘildəȘyazılmasınıȘbildirib.
18. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli iclasında cavabdeh bildirmişdir ki, iddiaçı əvvəlki məhkəmə prosesində bildirmişdir ki, pulu verdikdən, iki ay sonra onu axtarmağa başlayıb və tapmayıb. Baxmayaraq ki, iddia ərizəsində və polis şöbəsində də guya onu fərqli-fərqli yerlərdə axtarıb tapıb. Onu axtardığı müddətdə zəng etməyib, mesaj yazmayıb.ȘEvininȘünvanınıȘbilirdi,ȘgəlibȘoradaȘövladınaȘbildirərdiȘki,ȘatanınȘmənəȘborcuȘvar.
19. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli iclasında cavabdehin nümayəndəsi və vəkili X6 çıxış edərək bildirmişdir ki, iddia tələbində göstərilən 65.000 dollar pulun verilməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma hüququ təmin olunaraq, anten şəbəkəsi müəyyən edilmiş, 65.000 dollar pulun verilməsi həmin ərazidə öz təsdiqini tapmamışdır. Iddiaçı iddia ərizəsində pulun verilmə tarixini ##.##.2022-ci il qeyd etsə də, amma iddiaçı və vəkili pulun iki ay sonra, iyul ayında verilməsi barədə qəbzi yazdırdığını bildirmişlər. Yəni bu da o nəticəyə gəlmək əsas verir ki, iddiaçı özü də bilmir qəbz hansı tarixdəȘyazılıb.ȘIddianıȘqəbulȘetmir.ȘIddiaȘtələbininȘtəminȘedilməməsiniȘxahişȘetmişdir.
20. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, iddiaçı həmkəndlisidir. O, 2008-2009-cu illərdə Moskvanın Çerkez bazarında Müşfiq adlı şəxslə işləmişdir. Cavabdehlə o əvvəldən bir-birlərini tanıyırdılar. Bir gün cavabdeh ona bildirmişdir ki, iddiaçıdan 30.000 dollar pul almışdır, özündə də 55.000 dollar pul var. Müşfiq adlı şəxslə cavabdeh Pekinə mal almağa gedirdilər. Onu da karqo və banklarla tanış etdilər ki, mallar gələcək, mən də satıb pulunu bank vasitəsi ilə Moskvaya, yəni bunlara göndərəcəm. Lakin malları sifariş verdikdən sonra karqo düzgün yolla gətirilmədiyi üçün malları gömrükdən buraxmamışlar. Cavabdehin malın gəlməsi üçün çox xərci çıxdı, istədi ki, gətirsin, lakin olmadı. Cavabdeh yenidən bankdan pul götürüb malları yenidən sifariş verdi, lakinȘmallarȘgələnȘzamanȘbazarȘbağlandığıȘüçünȘmallarȘoradaȘqaldı.
21. Verilən suallara cavab olaraq şahid X7 bildirmişdir ki, 65.000 dollarla bağlı, heç nə deyə bilməz. Cavabdeh bildirib ki, 30.000 dollar Sabitdən almış, 55.000 dollar da özünündür. Hadisə 2010-cu ildə baş vermişdir. Sabiti 1-2 dəfə Rusiyada bazarda görmüşdür. 65.000 dollar barədə yazılan qəbzlə bağlı məlumatı yoxdur, lakin cavabdehlə Bakı şəhərinə avtomobil ehtiyat hissələri almaq üçün gedəndə cavabdeh orada yaşayış binasına daxil olub, gəldikdən sonra keyfi pozulduğu üçün nə olub deyə soruşanda bildirmişdir ki, Sabitlə arasında pul məsələsi var, onunla bağlı qəbz yazıb vermişdir. Cavabdeh qəbz yazması barədə bildirəndə daha soruşmamışdır ki, nə qədər borcu olub. Iddiaçının və cavabdehin Moskva şəhərində münaqişələri olmayıb. Tərəflərin arasında hər hansı bizneslə bağlı söhbətdə iştirak etməmişdir.
22. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, iddiaçı qohumu və həm kəndlisidir. O, tərəflərin şərik işlədiyi vaxtlarda Rusiyada işləməmişdir. O, Rusiyaya 2002-ci ildə getmiş və 2007-ci ildə qayıtmışdır. Rusiyada cavabdehin yanında işləmişdir. 2007-ci ildə anası vəfat etdiyi, atası tək qaldığı üçün Rusiyaya geri dönməmişdir. Qəbz yazılanda yanlarında olmamışdır, ancaq Asəflə Bakı şəhərindən avtomobil ehtiyat hissələri aldıqdan sonra geri dönərkən Asəf iddiaçının yaşadığı binaya qalxıb endikdən sonra qardaşı oğlu ilə söhbət edərkən eşitmişdir ki, borcu olduğu üçün qəbz yazıb.
23. Verilən suallara cavab olaraq şahid X5 bildirmişdir ki, o, Moskvada olmuş, ancaq tərəflərin şərik işlədiyi vaxtlarda Azərbaycanda olmuşdur. Tərəflərin arasında pul məsələsi ilə bağlı 2010-2011-ci illərdə kənddə iki dəfə mübahisələri olub. Tərəflərin şərik işlədiyini eşitmiş, lakin şahid olmamışdır. Iddiaçının yaşadığı binaya cavabdeh qardaşı oğlu ilə birlikdə girmişdir. Railin iddiaçının evinə qalxmağını bilmir, amma binanın blokuna cavabdehlə daxil olublar. Bakı şəhərinə getməyi Asəf təklif etmiş, o da avtomobil ehtiyat hissələri alacaqmış. Tərəflər arasında nə problem olduğunu bilmirdi. Sonradan iddaçı cavabdehin evinə bir neçə dəfə gələrək mübahisə edib və pulunu istəyib. Sabitin Bakı şəhərində yerləşən evinin ünvanını bilmir. Yolda gələrkən Asəf qardaşı oğlu ilə söhbət edərkən eşitmişdir ki, borcu olduğu üçün qəbz imzalayıb. Asəfi təqribi 30-40 dəqiqə gözləmişlər, qardaşı oğlu ilə eyni vaxtda binaya qalxmışdılar. Borc tələbi ilə bağlı iddiaçı cavabdehin ünvanına 2010-2011-ci illərdəȘgəlib.
24. Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) ## ######## 2025-ci il tаrixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək ödəniş gününə olan məzənnə ilə 65.000 ABŞ dolları məbləğində pul vəsaiti, 250 manat vəkilə ödənilmiş pul, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400,50 manat məbləğində pul vəsaiti cavabdeh CavabdehȘalınaraqȘiddiaçıȘX3ȘödənilməsiȘqətȘedilmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, iddiaçı X3 cavabdeh Cavabdeh xarici ölkədən mal gətirib gəlir əldə etmək məqsədilə 65.000 ABŞ dolları məbləğində pul vermişdir. Pulun verilməsi Cavabdeh tərəfindən yazımış iltizamla təsdiq edilir. Həmin iltizamdan görünür ki, pul borc kimi deyil, birlikdə gəlir əldə etmək məqsədilə verilmişdir. Belə ki, iltizam “X3 məndə olan mayası 65.000 dollardır.” məzmununda yazılmışdır. Əgər tərəflər arasında borc münasibətləri olsa idi, iltizamın məzmunu bu formada deyil, “X3 mənim borcum 65.000 dollardır.” məzmunda və ya buna oxşar məzmunlarda olardı. Bu baxımdan, məhkəmə hesab edir ki, iltizam tərəflər arasındaȘhüquqȘmünasibətlərininȘxarakteriniȘvəȘmahiyyətiniȘrəsmiləşdirənȘəqddir.
26. Məhkəmə qeyd etmişdir ki, cavabdeh evini sataraq 31.000 dollar məbləğində pulun iddiaçıya qaytarılmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
27. Məhkəmə cavabdehin hazırkı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilərək rədd edilməli olması barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddia müddətinin bitibbitmədiyinə qiymət verilməsi üçün ilkin olaraq iddia müddətinin axımının başladığı tarix dəqiq müəyyən edilməlidir. Mübahisəli iltizamda pul qoyanın öz hüququnun təmin olunmasını tələbetmə anı, yəni pul alanın öz vəzifələrini icraetmə anı dəqiq müəyyən edilməmişdir. MMin 377.3-cü maddəsinə görə, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Beləliklə, həmin normaya istinadən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı məhz iddiaçının öz hüququnu cavabdehdən tələb etdiyi tarixdən, yəni Qəbələ rayon Polis şöbəsinə ərizə ilə müraciət etdiyi ##.##.2024-cü il tarixdən başlanmışdır. Bu səbəbdən də qanunla müəyyənȘedilmişȘiddiaȘmüddətiȘötürülməmişdir.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 377.1, 377.2, 377.3, 377.4-cü, qüvvədən düşmüş və qüvvədə olan “Investisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. Ağsu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, *(***)-***/**** saylı qətnaməsindən nаrаzı qalan cavabdeh Cavabdeh nümayəndəsi və vəkili X9 tərəfindən apellyаsiyаȘşikаyətiȘverilmişdir.
III. ApellyasiyaȘşikayətininȘvəȘonaȘqarşıȘetirazınȘdəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
30. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin iş üzrə qətnaməsiniȘtamamiləȘqanunsuzȘvəȘəsassızȘhesabȘedir. Məhkəmə qətnaməni çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara obyektiv hüquqi qiymət verilməmiş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmaqla hüquqları pozulmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində etiraf edir ki, cavabdehə 2007-ci ildə 20.000 ABŞ dolları pul vermiş və üstündən bir müddət keçəndən sonra 20.000 ABŞ dolları borcu almadan yenidən cavabdehə ##.##.2022-ci ildə 65.000 ABŞ dollar məbləğində borc pul vermişdir. Sonuncu verdiyi borc pulu isə yaxın qohumlarının şahidliyi ilə Qəbələ şəhərində yerləşən Şahdağ adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında vermişdir. Bundan əlavə, Cavabdeh 65.000 ABŞ dolları məbləğində aldığı pulu ##.##.2022-ci il tarixdə özü tərəfindən sadə yazılı şəkildə bir vərəqə yazaraq etiraf etmişdir. Göründüyü kimi, iddiaçının məhkəməyə sübut olaraq təqdim etdiyi cinayət işinin başalanmasının rədd edilməsi barədə qərarda və eyniȘzamandaȘiddiaçınınȘyazdığıȘiddiaȘərizəsindəȘkifayətȘqədərȘyalanȘvəȘziddiyətliȘhallarȘvar. Belə ki, məhkəməyə təqdim edilmiş Qəbələ rayon Polis şöbəsinin istintaq bölməsinin “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh səmimi ifadə verərək tərəflər arasında yaranmış mübahisəyə aydınlıq gətirmişdir, iddiaçı cavabdehə 65.000 ABŞ dolları yox, 2008-ci ildə şərik işləmək üçün 30.000 ABŞ dolları məbləğində pul vermiş və hər iki tərəf razılaşaraq birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Bir müddət davamlı olaraq işlədikdən sonra isə gətirdikləri mal müsadirə edilmiş və buȘsəbəbdənȘdəȘonlarınȘbiznesiȘuğursuzȘolmuşdur. Qaimələrdən görünür ki, tərəflər arasında olan biznes fəaliyyəti 2008-ci illəri əhatə edir. Iddiaçının təqdim etdiyi əlyazma nümunəsinə gəldikdə isə qeyd edilən kağız parçası iddiaçı tərəfindən saxtalaşdırılmış şəkildə məhkəməyə təqdim edilmişdir. Belə ki, həmin kağız parçası ##.##.2022-ci il tarixdə deyil, cavabdeh tərəfindən 2010-cu il tarixdə yazılmışdır. Kağızda həmin qeydlərlə yanaşı bir çox qeydlər də olub ki, dəqiq xatırlamasığına görə (yazının yazılma tarixi və kimlərin iştirakı ilə) iddiaçı həmin qeydləri yox edərək məhkəməyə kiçikȘbirȘkağızȘparçasıȘtəqdimȘetmişdir. Maraqlı məqam ondan ibarətdir ki, cavabdehin iddiaçıya 2007-ci ildən 20.000 ABŞ dolları borcu olduğu halda, heç biri notariat qaydada təsdiq edilmədən iddiaçı yenidən cavabdehə 65.000 ABŞ dolları məbləğində borc pul verir. Göründüyü kimi, iddiaçının cavabdehə ##.##.2022-ci ildə 65.000 ABŞ dolları məbləğində borc pul verməsi iş materiallarındaȘolanȘsənədlərləȘözȘtəsdiqiniȘtapmır.Ș Iddiaçının təqdim etdiyi şahidlərə gəldikdə isə adları qeyd edilən şahidlərin hər ikisi iddiaçı ilə yaxın qohumluq əlaqələrindədir və hər iki şahidin verəcəkləri ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. Cavabdeh, 2005-ci ildə Moskvada şəhərində bazarda işləyirmiş, 2007ci ildən iddiaçı Xabarovsk şəhərində tikintidə işləyirdi. Bir sinifdə oxumuşlar, münasibətləri yaxşı olub, iddiaçı ona təklif etmişdir ki, pul qoyub şərikli işləyək, 55.000 dollar pulu var. O da bildirmişdir ki, ticarətdir, ziyan da olar, xeyir də olar, sonra aralarında mübahisə düşməsin, iddiaçı razılaşmış, sonra ona demişdir ki, pulu götür, get pal-paltar sifariş et, sənə pul göndərəcəm, o da razılaşmışdır. O, 55.000 dollar pulu bankla Pekinə göndərmiş və sifarişlər etmişdir. Sonra iddiaçıya zəng vuraraq demişdir ki, o, öz mallarını sifariş etmiş, əgər istəmirsə, ona sifariş etməyək. Iddiaçı demişdir ki, 2-3 günə pulu sənə göndərəcəm. Iddiaçı 3 dəfəyə 30.000 dollar pul göndərmişdir. 2011-ci ildə iddiaçı ondan Ağsu rayon Polis şöbəsinə şikayət edəndə də həmin qəbzləri təhqiqatçıya göstərmişdir, iddiaçı ona 30.0 dollar pul göndərmiş, o da həmin pula mal almışdır. 55.000 dollar onun imiş, 30.0 iddiaçının. 2008-ci ildə iki dəfə yaxşı satış etmişlər, qazancları olmuşdur. 2008-ci ilin sonları mal onlardan xəbərsiz qeyri-qanuni yolla gəldiyi üçün 80-90 min dollar arası malları tutulmuş, 2009-cu ilin əvvəlində bazar bağlanmışdır. Bundan sonra, iddiaçı onu polisə şikayət etmişdir. Iddiaçı Təbriz adlı qardaşı ilə hər axşam 3 gündən bir onun evinə gəlib, onu hədələyirmiş, o da bunlardan qorxub, Milli Təhlükəsizlik Nazirliyinə ərizə yazmış, orada araşdırma getdikdən sonra iş bağlanmışdır. Iddiaçı ona faizi ilə 65.000 dollar borcu olduğunu deyir. Onun qardaşı iddiaçı ilə qohumdur, qardaşı oğlu da şahiddir. Iddiaçı qardaşı qızına təziq göstərdiyi üçün qızın qardaşı məhkəməyə ifadə verməyə gəlmədi. Iddiaçı Qəbələ şəhərində ona pul verməyib. Cavabdeh pulu ona Xabarovsk şəhərindən göndərib. Əlyazmanı 2008-2010-cu ilin sentyabrında yazmışdır. Iddiaçının arvadı da yanlarında idi. 2022-ci ilin iyul ayının axırı avqust ayının əvvəlində Qəbələ şəhərində olmamışdır. Ona 3 dəfəyə 10.000 dollar olmaqla cəmi 30.000 dollar pul verib. Cavabdeh məhkəmə iclasında tam səmimi ifadə vermişdir. Cavabdehin işə əlavə edilmiş cinayət işinin rədd edilməsi barədə qərardakı ifadələrlə hazırkı ifadəsi də heç bir ziddiyyət təşkil etmir. Cavabdehin qeyd etdiyi kimi, tərəflər arasında hüquq münasibətləri birgə fəaliyyət, şərik iş görülməsi ilə Pekindən mal alınması ilə bağlı kifayət qədər qaimələr var. Bazar bağlanan vaxtlarda həmin mallar cavabdehə təhvil verilməmişdir. Cavabdeh iddiaçının pulunu qəsdən dələduzluq yolu ilə ələ keçirmək niyyəti olmayıb. Əgər olsaydı, cinayət işi başlanardı. 30.000 dollar 2008-ci ildə iddiaçı tərəfindən cavabdehə birgə iş qurmaq üçün göndərilən pullardır. Investisiya qoyan şəxs ilə qəbul edən şəxs arasında müqavilə bağlanmalıdır. Bu müqavilə investisiya qoyan şəxsin mülkiyyət hüququnu qorumaq, mübahisələri həll etmək və investisiyanın sabitliyini qorumaq üçündür. Bunların fəaliyyəti Rusiya Federasiyasında başlayıb, aralarında heç bir müqavilə olmayıb. Bunların münasibətləri Mülki Məcəllənin təsir dairəsinə düşüb və əsassız varlanma ilə səciyələndirilə bilər.Ș Iddiaçı bildirir ki, pulu Moskva şəhərində verib, amma cinayət işinin başlaması rədd edilməsi qərarında Bakı şəhərində 20.000 dollar pulu verməsini bildirib, iddiaçının ifadələrində ziddiyyət var, 65.000 dollar pulu Qəbələ rayonunda verməsini əks etdirib. Həmin tarixdə pulun Qəbələ rayonunda verilməsini anten məlumatlar da sübut edə bilmir. Cavabdeh qardaşının oğlu Rail onunla liftə qədər gəlmiş, amma o, icazə verməmişdir ki, onunla iddiaçının evinə qalxsın. O, iddiaçının qayınını orada görməmişdir, iddiaçı yalan deyir. Sübut kimi evin və blokun şəkillərini də çəkmişdir. Əvvəlki məhkəmə iclaslarında iddiaçı vurğulayıb ki, ##.##.2022-ci ildə pulu verdikdən iki ay sonra qəbz yazdırmışam, iddia ərizəsində yazılıb ki, qəbz ##.##.2022-ci ildə tarixdə yazılmışdır. Həmin qəbzin varlığını iddiaçı sübut edə bilmir, ona görə də ziddiyyətlər var. Anten məlumatlar əsasında sübuta yetirilib ki, cavabdeh həmin tarixdə həmin ərazidə olmayıb. Qəbzin hansı tarixdə yazılmasını iddiaçı çıxışında bildirib ki, 2023-cü ildə yazılıb, amma etirafında 2021-ci ildə yazılmasını bildirib. Iddiaçı məhkəmə prosesində bildirmişdir ki, pulu verdikdən, iki ay sonra onu axtarmağa başlayıb və tapmayıb. Baxmayaraq ki, iddia ərizəsində və polis şöbəsində də guya onu fərqli-fərqli yerlərdə axtarıb tapıb. Onu axtardığı müddətdə zəng etməyib, mesaj yazmayıb. Evinin ünvanını bilirdi, gəlib orada övladına bildirərdi ki, atanın mənə borcu var. Iddia tələbində göstərilən 65.000 dollar pulun verilməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma hüququ təmin olunaraq, anten şəbəkəsi müəyyən edilmiş, 65.000 dollar pulun verilməsi həmin ərazidə öz təsdiqini tapmamışdır. Iddiaçı iddia ərizəsində pulun verilmə tarixini ##.##.2022-ci il qeyd etsə də, amma iddiaçı və vəkili pulun iki ay sonra, iyul ayında verilməsi barədə qəbzi yazdırdığını bildirmişlər. Yəni bu da o nəticəyə gəlmək əsas verir ki, iddiaçı özü də bilmir qəbz hansı tarixdəȘyazılıb. Həmçinin qeyd edirlər ki, məhkəmədə şahid kimi dindirilən şahidlər X7 və X5 ifadələrindən məlum olur ki, iddiaçı həmin pulu və qəbzi 2007-2011-ci illər arasında cavabdeh Cavabdeh pulu verib, qəbzi almışdır. Ona görə də iddiaçının məhkəmədə qeyd etdiyi ifadələr inandırıcı deyildir və hər-hansı sübuta söykənmir, ona görə də onun sözləri həqiqəti əks etdirmir. Belə olan halda Ağsu Rayon Məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. HesabȘedirlərȘki,ȘiddiaȘtələbiȘəsassızȘolduğuȘüçünȘrəddȘedilməlidir. Bundan başqa birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki MəcəlləsininȘ373.2-ciȘmaddəsininȘtələbləriȘpozulmuşdur. Həmin maddəyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlıȘmüqaviləȘtələbləriȘüzrəȘiddiaȘmüddətiȘisəȘaltıȘildir. Bununla bağlı bildirirlər ki, iddiaçı 2008-ci ildə şərik işləmək üçün 30.000 ABŞ dolları məbləğində pul vermiş və bu barədə qəbz 2010-cu ildə yazılmışdır. Lakin, iddiaçı 65.000 ABŞ dolları məbləğdə vəsaitin cavabdehə verilməsinə dair kiçik bir əlyazma kağız parçası təqdim etmişdir. Həmin kağızda 65000 ABŞ dolları məbləğdə vəsaitin hansı tarixdə verilməsi göstərilməmişdir. Nə də ki, iddiaçı həmin pul vəsaitinin ##.##.2022-ci il tarixdə verilməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda Ağsu Rayon Məhkəməsi iddia tələbinə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunması haqında qətnamə çıxartmalı olduğu halda, həmin iddia müddətinin tətbiq olunması barədə ərizəni təmin etməmişdir. Göstərilənlərə əsasən Ağsu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, *(***)- ***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnaməȘqəbulȘedilməsiniȘxahişȘetmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31.ȘApellyasiyaȘşikayətinəȘyazılıȘetirazȘdaxilȘolmamışdır.
32. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinin müdafiə edərək göstərdi ki, o, Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Çerkiz bazarında işləmişəm. Iddiaçı isə Rusiyanın Xabarovsk şəhərinə gedib-gəlirdi. Elə o vaxtlar iddiaçı ilə münasibətləri başlamışdır, o, Moskva şəhərinə gəldiyində görüşürdülər, get-gəl var idi. Iddiaçı ilə sinif yoldaşları olmuşuq. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, mən iddiaçı tərəfindən sübut kimi təqdim olunan qəbzi 2010-cu ilin sentyabr ayında imzaladığını bildirmişdir. Bununla bağlı göstərir ki, həmin qəbzi 2010-cu ilin sentyabr ayında imzaladığını göstərə bilməzdi, çünki iddiaçı tikinti sahəsində işləyirdi, yaz və payız aylarında işləri olduğu üçün Azərbaycan Respublikasına qış aylarında gəlirdi. Beləliklə, ay olaraq yanvar-fevral aylarını göstərə bilərdi, sentyabr ayın isə, ümumiyyətlə, söyləməmişdir. Bundan başqa, 2010-cu illə bağlı qeyd edir ki, həm Qəbələ Rayon Polis Şöbəsində verdiyi izahatda, həm də məhkəmə çıxışında 2010-2012-ci illər arası, yəni 12-15 il müddət keçdiyini göstərmişdir. Həmin vaxtlarda iddiaçı 30000 ABŞ dolları ilə bağlı onun barəsində Ağsu Rayon Polis Şöbəsinə şikayət etmişdir. Şöbədə izahat verdiyi vaxt iddiaçının ona göndərdiyi pulların qəbzləri təqdim olunmuş və pulların həqiqətən ona göndərilib-göndərilməməsi dəqiqləşdirilmişdir. O da həmin məbləğlərin göndərildiyini təsdiq etmişdir. Həmin qəbzləri birinci instansiya məhkəməsi sorğu etsə də, sorğuya cavab olaraq bildirildi ki, uzun müddət keçdiyi üçün qəbzlərin təqdim olması mümkün deyil. Yəni demək istədiyi odur ki, iddiaçı, ümumiyyətlə, Azərbaycanda ona pul verməmişdir. 2010-cu ildən sonra iddiaçı ilə aralarında heç bir telefon danışıqları, WhatsApp yazışmaları olmamışdır. Iddiaçı özü də bildirmişdir ki, 2007-ci ildə ona 20000 ABŞ dolları vermişdir. Belə olan halda sual yaranır ki, əgər əvvəl verdiyin 20000 ABŞ dollarını qaytarmamışdırsa, ona 65.000 ABŞ dolları verməyə necə etibar edibdir? Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Verilən suallara əlavə olaraq bildirir ki, Rusiyada işldiyi vaxt VÖEN-i olmamışdır. Bazarda işləmiş, ayaqqabı satmışdır, lakin ziyana düşmüşdür. Belə ki, 2008-ci ildə işləməyə başlamışdır. 2 dəfə mal gətirib satmışdır. Lakin 2009-cu ilin aprel-may aylarında bazar bağlandı. Onun iki anbar malı orada konteynerdə qaldı və heç kəsin malları və digər əmlakları özünə qaytarılmadı. Belə olub o, ziyana düşüb. Banka olan borcumu ödəmək üçün Bakıda Neftçilərdə yerləşən evinisatıb ödəmişdir. Kağızda olan “...məndə olan mayası 65.000 dollardır” yazını iddiaçı tərəfindən göstərilən psixoloji təzyiq altında yazmışdır. Iddiaçı onun qardaşı ilə qudadırlar və bu məsələyə görə aralarında narazılıqlar yaranmışdır. Iddiaçı qardaşının qızını boşamaqla şantaj edirdi. Bununla bağlı iddiaçının qardaşı Məmməd Məcidovla da Bakı şəhərində görüşmüşdür O, məsələni həll edəcəyini bildirmişdir. Lakin iddiaçı razılaşmamış və pulu tələb etmişdir. Bu səbəbdən qardaşının ailəsində söz-söhbət, narahatçılıqların yaranmaması üçün həmin iltizamı yazmaq məcburiyyətində qalmışdır. Bundan başqa, həmin kağızda həm də Fərman adlı şəxsə 50.000 ABŞ dolları məbləğində olan borcu da qeyd etmişdir, çünki iltizam yazılan vaxt hələ evini satıb o pulu ödəməmişdir. Mübahisəli qəbzi iki nüsxədə yazmayıb, çünki bu cür olacağını bilmirdi. Iddiaçı ona görə 65000 ABŞ dolları yazdırmasını onunla əsaslandırmışdır ki, əgər 30.000 ABŞ dolları Xabarovsk şəhərində faizə versəydi, pulu batmazdı və 80.000 ABŞ dolları qazanardı. Lakin məndən 80.000 ABŞ dolları deyil, 65.000 ABŞ dolları istəyir. O, qardaşının ailəsində yaranmış mübahisələrə son qoymaq üçün 65.000 ABŞ dolları ilə bağlı həmin qeydi yazıb, çünki istəmirdi ki, qardaşının qızını boşasınlar. Özünün də zatən 105.000 ABŞ dolları batmışdır. Qeyd etdiyi hadisələr 2010-2012-ci illər arası baş vermişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, *(***)-***/**** saylı qətnaməsinin olunaraq, iddia tələbinin rədd edilməsinə dair yeni qətnaməȘçıxardılmasınıȘxahişȘetmişdir.
33. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X9 apellyasiya şikayətininȘməzmununaȘuyğunȘçıxışȘedərəkȘşikayətinȘtəminȘedilməsiniȘxahişȘetdilər.
34. Məhkəmə kollegiyasının iclasında iddiaçı X3 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, apellyasiya şikayətini qəbul etmir. Cavabdehin göstərdikləri həqiqətə uyğun deyildir. Düzdür, 2003-cü ildə Moskva şəhərində cavabdehə 20000 ABŞ dolları pul vermişdir. Həmin dövrlərdə cavabdeh ona söz vermişdir ki, pulu qaytaracaq. Dəfələrlə pulun qaytarılmasını istəyib, cavabdeh də hər dəfə bunun üçün vaxt istəyirdi. Qardaşı da ona həmin borcun notariusda rəsmiləşdirilməsini təklif etmişdir, lakin cavabdeh bunu etməkdən yayınmışdır. Bundan sonra kənddə təsadüfən cavabdehin atasını görmüşdür. Borc məsələsini atasına bildirib. Cavabdeh həmin vaxtlarda hüquq-mühafizə orqanlarına məndən şikayət edərək onun təhlükəsizliyinin qorunmasını xahiş etmişdir. Bununla bağlı onu Ağsu RPŞ-yə çağırmışlar. Orada heç kəsə təzyiq göstərmədiyimi, şikayətin uydurma olduğunu bildirmişdir. Sadəcə olaraq polis şöbəsində borca görə aralarında mübahisə olduğunu göstərmişdim. Bundan başqa, Ağsu rayon polis şöbəsinə müraciət etməməyi ilə bağlı bildirir ki, yay aylarında o, Qəbələ şəhərində daha çox oluram. Həmin vaxt onun pulu Qəbələ şəhərində idi. O, Qəbələ şəhərində torpaq alıb iş qurmaq üçün oraya gəlmişdim, ona görə də pulu da orada saxlamışdır. 2022-ci ilin may ayında cavabdehlə kənddə görüşmüşdür. O, cavabdehdən Rusiyada verdiyi borcu nə zaman qaytaracağını soruşmuşdur. Cavabdeh bildirdi ki, hazırda yaxşı iş qurmaq imkanları var, 100.000 ABŞ dolları olsaydı, birlikdə iş qura bilərdilər və 20000 ABŞ dolları borcu onun payına düşən puldan hissə-hissə silərik. O, da iş qurmaq istədiyi üçün özünün pula ehtiyacı olduğunu bildirmişdir. Cavabdehdə də bu işləri birlikdə qura biləcəklərini, ayda ona 10000 ABŞ dolları gəlir verəcəyini, beləliklə də, onun borcunu qaytarmış olacağını bildirdi. Beləliklə də cavabdehlə ##.##.2022-ci il tarixə Qəbələ şəhərində görüş təyin etmiş və görüşmüşlər. O, özünün qardaşının və qayınının yanında cavabdehə 65000 ABŞ dolları pulu vermişdir. Əlavə olaraq onu da bildirir ki, cavabdehin qardaşının ailəsi və qızı, təzyiqlər edildiyi ilə bağlı göstərdikləri də yalandır. Belə bir hadisələr olmayıb. Verilən suallara cavab olaraq bildirir ki, iddia ərizəsində 2007-ci il göstərilsə də, 20000 ABŞ dolları pulu 2003-cü ildə verib. Qəbz Qəbələ şəhərində yazılmışdır. Qəbzdə qardaşı və qayınının adı yazılmamışdır. Belə ki, qəbz pul veriləndə deyil, sonradan yazılmışdır. Ona görə də pulu verəndə qardaşı və qayını olmaqlarına baxmayaraq, qəbz yazılan vaxt sonuncular iştirak etmədiyi üçün adları qəbzdə qeyd olunmamışdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasınıȘxahişȘetdi.Ș
IV. ApellyasiyaȘşikayətininȘmümkünlüyü,ȘapellyasiyaȘbaxışınınȘhədləri
35. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. OnaȘgörəȘdə,ȘşikayətȘmümkünȘhesabȘedilmişdir.
36. Iş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tamȘolaraqȘyoxlanılacaqdır.
V. TətbiqȘedilənȘhüquq
AzərbaycanȘRespublikasınınȘMülkiȘəcəlləsi:
37. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsininȘicrasınıȘtələbȘetməkȘhüququȘvardır.
38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdəȘhərəkətȘetməlidir.
39. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadanȘbaşqaȘşəxsinȘ(məhrumȘolanın)ȘhesabınaȘəmlakȘəldəȘetsin.
40. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralarȘaradanȘqalxmışȘəsasaȘsöykənir.
41. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
42. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmışȘşəxsinȘəməliȘgözlənilənȘməqsədəȘuyğunȘolmadıqdaȘverdiyiniȘgeriȘtələbȘedəȘbilər.
43. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.ȘQalanȘhallardaȘmüddətinȘkeçməsiȘümumiȘgöstərişlərəȘuyğunȘmüəyyənləşdirilir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarındaȘqeydȘedilmişdirȘki:Ș “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənəȘuyğunȘhüququȘverəcəm”)ȘprinsipinəȘəsaslanır”.
AzərbaycanȘRespublikasınınȘMülkiȘProsessualȘMəcəlləsi:
45. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmişȘqaydadaȘməhkəməȘmüdafiəsindənȘistifadəȘetməkȘhüququnaȘmalikdirlər.
46. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla,ȘsənədlərləȘəsaslandırmalıdır.
47. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаnȘistifаdəȘetməlidir.
48. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübutȘetməlidir.
49. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutunȘməhkəməȘüçünȘqаbаqcаdаnȘmüəyyənȘedilmişȘqüvvəsiȘyoxdur.
50. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MəhkəməȘözȘqətnаməsiniȘyаlnızȘməhkəməȘiclаsındаȘtədqiqȘolunmuşȘsübutlаrlаȘəsаslаndırır.
51. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunuȘvəȘiddiаnınȘtəminȘolunub-olunmаdığınıȘmüəyyənȘedir.
52. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdəȘolanȘvəȘəlavəȘtəqdimȘolunmuşȘsübutlarȘəsasındaȘmahiyyətiȘüzrəȘbaxır.
53. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadəȘolunmuşȘdəlillərəȘəsasənȘmübahisəninȘpredmetiȘbölünməzȘolduqdaȘisəȘtamȘyoxlayır.
54. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq,ȘməhkəməninȘmaddiȘvəȘprosessualȘhüquqȘnormalarınaȘriayətȘetməsiniȘyoxlayır.
55. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdimȘolunmuşȘsübutlarȘəsasındaȘyeniȘqətnaməȘqəbulȘedəȘbilər. 56.ȘMaddəȘ385.ȘMəhkəməȘaktınınȘapellyasiyaȘqaydasındaȘləğvȘolunmasıȘüçünȘəsaslar - 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması vəȘyaȘdüzgünȘtətbiqȘedilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olanȘhallarınȘsübutȘedilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarınaȘuyğunȘgəlməməsi;
VI. ApellyasiyaȘməhkəməsininȘmövqeyi
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilərək yeni qətnaməȘçıxarılmalıȘvəȘiddiaȘtələbiȘrəddȘedilməlidir.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəlȘhüquqiȘqiymətȘverməlidirlər.
59. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirməȘaparılmasınıȘzəruriȘhesabȘedir.
60. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarınaȘzərərȘvurmaqȘniyyətləȘaçıq-aşkarȘsui-istifadəȘetməsinlər.
61. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə öhdəliklərinȘyerinəȘyetirilməməsiȘiləȘbağlıdır.
62. Məhkəmə kollegiyası ilkin olaraq apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədəȘəsaslıdır.
63. Birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, tərəflər arasında yaranmış münasibətlər investisiya fəaliyyətindən irəli gəlmişdir və buna görədə hazırkı mübahisəyə Azərbaycan Respublikasının investisiya fəailəyyətinə dair qanunvericiliyinin müddəlarını tətbiqȘetmişdirȘ(həmȘqüvvədənȘdüşmüş,ȘhəmȘdəȘqüvvədəȘolan).Ș
64. Qüvvədən düşmüş “Investisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun investisiyanın anlayışından bəhs edən 1-ci maddəsində deyilirdi ki, investisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Hal-hazırda qüvvədə olan “Investisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: 65.ȘMaddəȘ1.ȘBuȘQanundaȘistifadəȘolunanȘanlayışlar 1.1.ȘBuȘQanundaȘistifadəȘolunanȘəsasȘanlayışlarȘaşağıdakıȘmənalarıȘifadəȘedir: 1.1.1. investisiya fəaliyyəti – investorların Azərbaycan Respublikasının ərazisində investisiyaȘqoyuluşuȘiləȘbağlıȘolanȘhərəkətlərininȘməcmusu; 1.1.2. investisiya – gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan pul vəsaitləri, qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəriȘolanȘdigərȘhüquqlar; 1.1.3. investor – Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyətini həyata keçirənȘyerliȘvəȘxariciȘinvestor;
66. Həmin Qanunun 9-cu maddəsinə əsasən, investisiya fəaliyyəti sahəsində bu Qanunun 2-ci maddəsində nəzərdə tutulan qanunvericiliyin tələbləri nəzərə alınmaqla, bütün sahibkarlıqȘfəaliyyətiȘobyektlərinəȘinvestisiyaȘqoyuluşunaȘyolȘverilir.Ș
67. Nəzərə alınmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olduğu kimi, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Qeyd olunmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olsa da, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir haldaȘməcburiȘdeyil.
68. Baxılan işin xüsusiyyətləri və müəyyən edilmiş halları onu deməyə əsas verir ki, iş üzrə tərəflərin davranış və hərəkətləri Azərbaycan Respublikasının həm keçmiş, həm də qüvvədəȘolanȘinvestisiyaȘfəaliyyətiȘbarədəȘqanunvericiliyinȘtəsiriȘaltınaȘdüşmür.
69. Yəni iş üzrə tərəflər nə investisiya fəaliyyətinin subyekti (keçmiş qanuna görə), nə də investor (indiki qanuna görə) olmuşlar. Onların heç birininin sahibkar statusu olmamış və vergiȘödəyicisiȘkimȘvergiȘorqanlarındaȘqeydiyyataȘduraraqȘVÖENȘalmamışlar.
70. Tərəflər arasında investisiya fəaliyyətinə (qoyuluşuna) dair heç bir müqavilə bağlanmamışȘvəȘmüqaviləȘşərtləriniȘmüəyyənləşdirməmişlər.
71. Göründüyü kimi, birinci instansiya məhkəməsinin əsaslandırması iş üzrə müəyyən edilmişȘhallaraȘvəȘtərəflərinȘqarşılıqlıȘmünasibətinəȘuyğunȘolmamışdır.
72. Iş materiallarından və tərəflərin izahatlarından belə nəticə hasil olur ki, onlar birgə (şərikli) fəaliyyət barədə razılığa gəlmişlər. Onların birgə fəaliyyətinin başlanğıcı və sonu 2007 və ya 2008-2010-cu illəri əhatə edir və tərəflər arasında yaranmış mübahisənin kökü də həmin illərəȘgedibȘçıxır.
73. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər arasında “X3 məndə olan mayası 65.000 dollardır.” məzmunlu iltizam tərtib edilmiş, həmin iltizam Cavabdeh tərəfindən imzalanmışdır. Iddiaçı iltizamdan qeyd edilən 65.000 dollar məbləğində pulun ##.##.2022-ci il tarixdə Qəbələ şəhərində onun tərəfindən Cavabdeh verildiyini, cavabdeh isə həmin məbləğdə pulun Qəbələ şəhərində ümumiyyətlə ona verilmədiyini, iddiaçı tərəfindən ona 31.000 dollar pulun Çin Xalq Respublikasından Rusiya Federasiyasına mal vurub qazanc əldə etmək məqsədilə 2008-ci il tarixdə Moskva şəhərində verildiyini, daha sonra Bakı şəhərində yerləşən evini sataraq 31.000 dollar pulu iddiaçıya geri qaytardığını, iltizamın 31.000 dolların faizi qarşılığında Bakı şəhərindəȘ2010-cuȘildəȘyazıldığınıȘbildirmişdir.
74. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçı X3 cavabdeh Cavabdeh xarici ölkədən mal gətirib gəlir əldə etmək məqsədilə 65.000 ABŞ dolları məbləğində pul vermişdir. Pulun verilməsi Cavabdeh tərəfindən yazımış iltizamla təsdiq edilir. Həmin iltizamdan görünür ki, pul borc kimi deyil, birlikdə gəlir əldə etmək məqsədilə verilmişdir. Belə ki, iltizam “X3 məndə olan mayası 65.000 dollardır.” məzmununda yazılmışdır. Əgər tərəflər arasında borc münasibətləri olsa idi, iltizamın məzmunu bu formada deyil, “X3 mənim borcum 65.000 dollardır.”ȘməzmundaȘvəȘyaȘbunaȘoxşarȘməzmunlardaȘolardı.
75. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə bağlı qeyd edir ki, əvvala, iddiaçı tərəfin cavabdehə həmin qəbzdə (iltizamda) onun nə vaxt (gün, ay, il) yazıldığı göstərilməmişdir. Birinci instansiya məhkəməsi qəbzin yazılma tarixinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin etmiş, bununla bağlı elmi cəhətdən əsaslanmış və tətbiq olunan metodikanınȘmövcudȘolmamasıȘsəbəbliȘekspertizanınȘaparılmasındanȘimtinaȘolunmuşdur.Ș
76. Iddia ərizəsində göstərilmişdir ki, iddiaçı cavabdehə 2007-ci ildə 20.000 ABŞ dolları pul vermiş və sonradan 20.000 ABŞ dolları borcu almadan yenidən cavabdehə ##.##.2022ci il tarixdə 65.000 ABŞ dollar məbləğində şərikli işləmək üçün pul vermişdir. Sonuncu verdiyi borc pulu isə yaxın qohumlarının şahidliyi ilə Qəbələ şəhərində yerləşən Şahdağ adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında vermişdir. Bundan əlavə, Cavabdeh 65.000 ABŞ dolları məbləğində aldığı pulu ##.##.2022-ci il tarixdə özü tərəfindən yazaraq təsdiq etmişdir.Ș
77. Iddia ərizəsində daha sonra göstərilir ki, təxminən 2 ay müddət gözlədikdən sonra Asəf AȘırovla görüşmüş, ondan işi qura bilib-bilmədiyini soruşmuş, o da iȘi qurduğunu, aldığı 65.000 dolları ora yatırdığını, qazancı böləcəklərini, aldığı 65.000 dolları qaytaracağını demişdir. Üzərindən bir neçə ay keçdikdən sonra bir neçə dəfə Cavabdeh pulunu istəmiş, o, hərȘdəfəsindəȘmüxtəlifȘbəhanələrȘgətirərəkȘpuluȘgətirməkdənȘboyunȘqaçırmağaȘbaşlamışdır.
78. Cavabdeh bildirir ki, iddiaçı ona 2008-ci ildə, 3 dəfəyə Rusiya Federasiya Xabarovsk şəhərindən 30.000 ABŞ dolları pul göndərmişdir. Iddiaçı 2011-ci ildə onun barəsində Ağsu RPŞ-yə şikayət edəndə də həmin qəbzləri təhqiqatçıya göstərmişdir. Iddiaçı ona 30.000 ABŞ dolları pul göndərmiş, o da həmin pula mal almışdır. Mal alarkən 55.000 ABŞ dolları onun 30.000 ABŞ dolları isə iddiaçının olmuşdur. 2008-ci ildə iki dəfə yaxşı satış etmişlər, qazancları olmuşdur. 2008-ci ilin sonları mal onlardan xəbərsiz qeyri-qanuni yolla gəldiyi üçün 80-90 min dollar arası malları tutulmuş, 2009-cu ilin əvvəlində bazar bağlanmışdır. Bundan sonra, iddiaçı onu polisə şikayət etmişdir. Iddiaçı Təbriz adlı qardaşı ilə hər axşam 3 gündən bir onun evinə gəlib, onu hədələyirmiş, o da bunlardan qorxub, Milli Təhlükəsizlik Nazirliyinə ərizə yazmış, orada araşdırma getdikdən sonra iş bağlanmışdır. Iddiaçı ona faizi ilə 65.000 dollar borcu olduğunu deyir. Onun qardaşı iddiaçı ilə qohumdur, qardaşı oğlu da şahiddir. Iddiaçı qardaşı qızına təziq göstərdiyi üçün qızın qardaşı məhkəməyə ifadə verməyə gəlmədi. Iddiaçı Qəbələ şəhərində ona pul verməyib. Əlyazmanı təxminən 2010-2012-ci illərdə yazmışdır. Qəbz yazılarkən iddiaçının arvadı da yanlarında olmuşdur. 2022-ci ilin iyul ayının axırıȘavqustȘayınınȘəvvəlindəȘQəbələȘşəhərindəȘolmamışdır.Ș
79. Iş materiallarında olan Qəbələ rayon Polis şöbəsinin istintaq bölməsinin ## ###### 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, ...Cavabdeh ifadə verərək tərəflər arasında yaranmış mübahisəyə aydınlıq gətirmişdir, iddiaçı cavabdehə 65.000 ABŞ dolları yox, 2008-ci ildə şərik işləmək üçün 30.000 ABŞ dolları məbləğində pul vermiş və hər iki tərəf razılaşaraq birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Bir müddət davamlı olaraq işlədikdən sonra isə gətirdikləri mal müsadirə edilmiş və bu səbəbdənȘdəȘonlarınȘbiznesiȘuğursuzȘolmuşdur. 80.ȘKollegiyaȘbuȘziddiyyətliȘməqamlaraȘmünasibətȘbildirərəkȘaşağıdakılarıȘqeydȘedir.
81. Cavabdeh iddiaçıdan 65.000 ABŞ dolları alması barədə qəbzi yazdığını və imzaladığını etiraf edir. Qəbz onun yazılma tarixi olmadığından tərəflər həmin qəbzin yazılma vaxtını mübahisələndirirlər. Cavabdeh həmin qəbzin təqribən 2010-2012-ci illərdə yazdığını bildirsə də, iddiaçı bununla razılaşmayaraq qəbzin yazılması barədə 2 fərziyyə irəli sürür. Birincisi,ȘqəbzinȘpulunȘverildiyiȘ## ### 2022-ciȘilȘtarixdəȘyazıldığınıȘgöstərir.
82. Eyni zamanda, iddiaçı cavabdehə pulu özünün qardaşının və qaynının yanında verdiyini bildirir. Pulun həmin şəxslərin iştirakı ilə verildiyi təqdirdə qəbzdə nə üçün onların adlarının qeyd olunmaması barədə suala cavabında iddiaçı bəyan edir ki, qəbz pulun verildiyi tarixdəȘdeyil,ȘsonradanȘsözüȘgedənȘşəxslərinȘiştirakıȘolmadanȘyazılmışdır.
83. Belə olan halda ilk öncə, qəbzin nə vaxt yazılmasını sübut etmə yükü iddiaçının üzərinəȘdüşür.
84. Işin apellyasiya baxışı zamanı tərəflər onlar arasında olan mübahisənin əvvəllər də, yəni 2010-2012-ci illərdə Ağsu RPŞ-də araşdırıldığını, şöbədə bununla əlaqədar izahat verdiklərini bildirmişlər. Birinci instansiya məhkəməsinin sorğusuna Ağsu RPŞ-nin cavab məktubunda tərəflər barəsində ararşdırmanın aparılmasına dair materialın olmadığı bildirilmişdir. Kollegiya qeyd edir ki, uzun müddət keçməsinə görə Ağsu RPŞ-də tərəflər 84. Iş materiallarında olan qaimələrlə müəyyən edilir ki, tərəflər arasında olan biznes fəaliyyəti 2008-ci illəri əhatə edir. Iddiaçının təqdim etdiyi əlyazma nümunəsinə gəldikdə isə qeyd edilən kağızȘiddiaçıȘtərəfindənȘməhkəməyəȘtəqdimȘedilmişdir.
85. Cavabdeh göstərir ki, kağız onun yazmiş olduğu qeydlərlə yanaşı bir çox qeydlər də olub ki, dəqiq xatırlamadığına görə iddiaçı həmin qeydləri yox edərək məhkəməyə kiçik bir kağızȘtəqdimȘetmişdir.
86. Bununla bağlı kollegiya qeyd edir ki, təqdim edilmiş kağız parçası elə bir formadadır ki, orda yazılanların tamlığına dair açıq-aşkar şübhələr yaradır. Həmin kağız parçasına vizual (adi) qaydada baxış zamanı belə kənarlarının kəsilərək kiçildiyi aşkar şəkildə bilinr. Kifayət qədər böyük məbləğdə olan pulun alınmasına dair qəbzin A4 formatında bütöv vərəqdə və ya yazı dəftərinin bütöv vərəqində, yaxud həmin vərəqələrinin yarısı həcmində olan vərərələrdəȘyazılmamasıȘişinȘdiqqətəlayiqȘhallarındanȘbiridir.
87. Göstərilənlərə və tərəflər arasında bərqərar olmuş münasibətlərə əsasən kollegiya bu qənaətə gəlir ki, qəbzin 2010-2012-ci illərdə yazılmasına dair cavabdehin göstərdikləri dahaȘdahaȘməntiqli,ȘinandırıcıȘvəȘağlabatanȘsayılmalıdır.Ș
88. Bununla belə kollegiya qeyd edir ki, cavabdehin iddiaçıdan mübahisə predmeti olan pul məbləğini 2022-ci ilin may ayında alması qəbul edilsə belə, sonuncu hazırkı iddia tələbi ilə məhkəməyə 2024-cü ilin noyabr ayının 22-də pulun verilməsinə dair qəbz yazıldıqdan təxminənȘ2ȘilȘ6ȘayȘsonraȘmüraciətȘetmişdir.
89. Halbuki, iddiaçı iddia ərizəsində yuxarıda da qeyd edildiyi kimi, pulu verdiyindən təxminən iki ay sonra cavabdehin heç bir iş qurmadığını və pulunu qaytarmaq istəmədiyini göstərir.Ș
90. Daha sonra kollegiya vurğulayır ki, göstərilən məbləğ tərəflərin özlərinin də etiraf etdiyi birgə fəaliyyəti (ticarət fəaliyyəti) üçün verildiyindən və bu fəaliyyət baş tutmadığından həm qanunvericiliyin tələblərinə, həm də formalaşmış məhkəmə təcrübəsinə əsasən hazırki münasibətlərəȘəsassızȘvarlanmaȘiləȘbağlıȘnormalarȘtətbiqȘedilməliȘidi.
91. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma) və ya müqavilə nəticəsində əmələ gələ bilər.
92. Kollegiya qeyd edir ki, bir şəxsin başqasının hesabına əsassız varlanması nəticəsinə gəlmək üçün hüquqi dəyərləndirmə yuxarıda qeyd olunduğu kimi, əsassız varlanmaya dair normanınȘşərtlərinəȘuyğunȘşəkildəȘaparılmalıdır.
93. Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yəni, əsassız varlanma müəyyən bir şəxsə məxsus olan əmlakın və ya pulun başqa şəxs tərəfindən lazımi əsas (hüquqi əsas) olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Əsassız varlanma qanundan əmələ gələn öhdəlikdir və onun əsas funksiyası öz əmlakından əsassız olaraq məhrumȘedilənȘşəxsinȘmülkiyyətȘhüququnuȘqorumaqdır.Ș
94. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rəddȘedilməsiȘüçünȘəsasdır.
95. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh birgə ticarətlə fəaliyyəti göstərmək üçün iddiaçıdan pul almış, lakin həmin pulun müqabilində heç birȘticariȘfəaliyyətləȘməşğulȘolmamış,ȘnəticədəȘiddiaçınınȘhesabınaȘvarlanmışdır.
96. Bu isə onu deməyə əsas verir ki, iddiaçı hazırkı iddianı qaldırarkən Mülki Məcəllənin 1095-ciȘmaddəsindəȘnəzərdəȘtutulanȘikiȘilȘmüddətiniȘötürmüşdür.
97. Nəhayət, şərh edilənlərə əsasən, kollegiya bu nəticəyə gəlir ki, tərəflər arasında 2008-2010-cu illərdə birgə (şərikli) iş qurmaqla bağlı münasibətlər yaranmış, həmin birgə (şərikli) fəaliyyət ticarət sahəsində olmuş, iddiaçı cavabdehə bununla bağlı ABŞ dolları ekvivalentində pul məbləğləri vermişdir ki, cavabdeh bunun qarşılığında ona mənfəətdən (gəlirdən) pay versin. Lakin cavabdeh heç bir iş qurmamış, aldığı pul məbləğlərini qaytarmayaraq iddiaçının hesabına əsassız varlanmışdır. Iddiaçı tərəfindən məhkəmədə iddiaȘqaldırılmış,ȘcavabdehȘtərəfȘmübahisəyəȘiddiaȘmüddətininȘtətbiqinəȘdairȘərizəȘvermişdir.
98. Kollegiya qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı həqiqətən Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciətȘetmişdir.
99. Cavabdeh tərəf də birinci instansiya məhkəməsində hazırkı mübahisəyə iddia müddətininȘtətbiqȘedilməsiȘbarədəȘərizəȘvermişdir.
100. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllə 375.1, 375.2-ci maddələr).
101. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına (nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhləri məcburi xarakterə malikdir) əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. Iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddiamüddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Iddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). Iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM-in 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı vəȘcavabdehȘarasındaȘolanȘmaddi-hüquqiȘmübahisəȘüzrəȘqərarȘqəbulȘetməlidir.
102. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirməmiş və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən iddia tələbi üzrə qanuni və əsaslı qətnaməȘqəbulȘedilməmişdir.
103. Eyni zamanda kolleiya onu da vurğulayır ki, birinci instan siya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə göstərir ki, cavabdeh evini sataraq 31.000 ABŞ dollar məbləğində pulun iddiaçıya qaytarılmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edəȘbilməmişdir.
104. Lakin iş materiallarında cavabdehin satdığı evinin pulunu iddiaçıya deyil, banka ödədiyiȘbarədəȘbəyanıȘvardır.
105. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayanȘnəticəyəȘgəlmişdir.
106. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallarȘmüəyyənȘedilmişdir.
107. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddia tələbini təmin etməklə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan cavabdeh Cavabdeh nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilməli və iş üzrəȘyeniȘqətnaməȘqəbulȘedilərəkȘiddiaȘtələbiȘrəddȘedilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayəti təminȘedilsin. Ağsu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, *(***)-***/**** saylı qətnaməsi ləğvȘedilsinȘvəȘişȘüzrəȘyeniȘqətnaməȘqəbulȘedilsin. IddiaçıȘX3ȘcavabdehȘCavabdehȘqarşıȘ“pulȘtələbi”nəȘdairȘiddiasıȘrəddȘedilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali MəhkəməsininȘMülkiȘkollegiyаsınaȘkassasiyaȘşikayətiȘverəȘbilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündənȘ2ȘayȘkeçdikdənȘsonraȘqanuniȘqüvvəyəȘminir.
Sədrlik edən: Elçin Hüseynov