Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-547/2026 23.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Balakən Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli *(***)-****/**** saylı məhkəmə əmrindən borclu Borclu tərəfindən verilmiş etiraza dair (Açar sözlər: əmrdən etiraz təmin edilməyib, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli *(***)-****/**** saylı məhkəmə əmrindən borclu Borclu tərəfindən verilmiş etirazın təmin edilməməsi barədə Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu Borclu etiraz ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2014-cü il tarixli məhkəmə əmrinin ləğv edilməsi və Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən borclu Borclu Balakən Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli məhkəmə əmrinə qarşı etirazı təmin edilməmişdir. Borclu Borclu ##.##.2026-cı il tarixində məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək şikayətin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və mülki işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından görünür ki, kreditor Tələbkar(kreditor) ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək borclu Borclu 1944 manat məbləğində əsas və 21 manat məbləğində dövlət rüsumu-cəmi 1965 manat məbləğində pulun tutulub ona ödənilməsinə dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli *(***)-****/**** nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. ## ###### 2014-cü il tarixli məktub ilə məhkəmə əmri borclu Borclu göndərilmişdir. Balakən Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014cü il tarixli məhkəmə əmri icra olunması üçün ##.##.2015-ci il tarixdə Balakən rayon Icra və probasiya şöbəsinə göndərilmişdir. ## ##### 2026-cı il tarixdə o, hazırkı etirazı poçt şöbəsinə təqdim etmişdir. Borclu məhkəmə əmrini ## ##### 2026-cı il tarixdə rəsmi olaraq aldığını bildirsə də, Balakən rayon Icra və Probasiya şöbəsi tərəfindən ##.##.2026-cı il tarixdə tərtib edilən aktdan və məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, məhkəmə əmrindən məlumatı olmuşdur. Məhkəmə işin hallarını, məhkəmə iclasında borclunun izahatını, məhkəmə tərəfindən borcun indeksasiyası həyata keçirildikdən sonra hazırkı etirazla məhkəməyə müraciət etməsini, məhkəmə əmrinin verildiyi vaxtdan 11 ildən artıq müddət keçməsini, etirazın vaxtında verilmədiyini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Borclu tərəfindən məhkəmə əmrinə verilmiş etiraz təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-547/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-547/2026
23.06.2026 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver