Məhkəmə qərarları › İş №2(5-115)-312/2026

Biləsuvar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(5-115)-312/2026

04.03.2026 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Biləsuvar rayonu İş № 2(5-115)-312/2026 04.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aytəkin Güləli qızı, Kreditor (Biləsuvar şəhəri, N.Əlizadə küçəsi, ev 14B) Borclu (ünvan 1) qarşı “pul tələbi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor Nərimanov X1 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Borclu 04 noyabr 2024-cü il tarixli, nisyə alqı-satqı müqaviləsinə əsasən 604 (altı yüz dörd) manat məbləğində əsas borc, 60 (altmış) manat məbləğində cərimə borcu olmaqla cəmi, 664 (altı yüz altmış dörd) manat borcun və 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq Kreditor ödənilməsinə dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 04 noyabr 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Borclu Kreditor “Samsung” markalı televizor almışdır. Borclu nisyə alqı-satqı müqaviləsi üzrə 15 ay müddətinə hər ay 151 (yüz əlli bir) manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Toplam məbləğ 2265 (iki min iki yüz altmış beş) manat məbləğindədir. 04 noyabr 2024-cü il tarixli bildirişdən görünür ki, 04 noyabr 2024-cü il tarixli, müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. 09 yanvar 2026-cı il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki,Borclu öhdəliklərin icrası ilə əlaqədar çağırışa riayət olunmadığı təqdirdə, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1 maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 275.1-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir; 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər; 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər; 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır; 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Kreditor ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Kreditor tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Borclu ilə Kreditor arasında bağlanmış 04 noyabr 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Kreditor ümumi dəyəri 2265 (iki min iki yüz altmış beş) manat olan “SAMSUNG” markalı televizoru ilkin ödəniş etmədən, 15 ay müddətində 151 (yüz əlli bir) manat olmaqla, hissə-hissə ödəmək şərtilə borcluya satmışdır. Lakin borclu aldığı məhsula görə cəmi 1661 (min altı yüz altmış bir) manat məbləğində ödəniş etsə də, ödənişlərin ödənilməsi üçün müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq, hazırda cəmi 604 (altı yüz dörd) manat təşkil edən qalıq borcunu ödəməmişdir. Nəticədə borclunun kreditora müqavilə üzrə 604 (altı yüz dörd) manat məbləğində qalıq borcu, 60 (altmış) manat isə cərimə borcu yaranmışdır. Beləliklə, məhkəməyə təqdim edilmiş məhkəmə əmrinin verilməsinə dair ərizədən və əlavə edilən sənədlərdən görünür ki, borclu müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə yuxarıda göstərilən borcun ödənilməsini təmin etməmiş və bununla da üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, kreditorun məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 (yüz) manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 275, 276, 280-282. və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə, ƏMR ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan, xx xxxxxxxx 1968-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş Borclu Kreditor xeyrinə 04 noyabr 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 604 (altı yüz dörd) manat məbləğində əsas borc, 60 (altmış) manat məbləğində cərimə borcu və 100 (yüz) manat məbləğində dövlət rüsumu, cəmi 774 (yeddi yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Biləsuvar Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. HAKİM: Aytəkin Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar