Məhkəmə qərarları › İş №2(3-10)-572/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-572/2026

03.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № 2(3-10)-572/2026 03.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şәki Apellyasiya Mәhkәmәsinin hakimlәri Sadiqov Zülfüqar Əhmәd oğlu (məruzəçi hakim), Hüseynov Elçin Şirin oğlu vә Musayev Taleh Valeh oğlundan ibarәt tәrkibdә, iddiaçı İddiaçı cavabdehlәr “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinә vә cavabdeh1 qarşı “sәhmdar cәmiyyәtin sәhmlәrinә hüququn tanınması vә pul tәlәbi” barәdә iddia әrizәsinә dair mülki iş üzrә qәbul edilmiş Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadından cavabdeh cavabdeh1 tәrәfindәn verilmiş şikayәtә (şikayәti onun nümayәndәsi – Azәrbaycan Respublikası Vәkillәr Kollegiyasının üzvü vәkil1 imzalayaraq, tәqdim etmişdir) apellyasiya qaydasında yazılı icraatda baxaraq, mәhkәmә kollegiyası MÜƏYYƏN E T D İ: Iddiaçı İddiaçı cavabdehlәr “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinә vә cavabdeh1 qarşı ## ### 2025-ci ildә iddia әrizәsi vә ## #### 2025-ci ildә isә iddia әrizәsinә әlavә әrizә ilә Ucar Rayon Mәhkәmәsinә müraciәt edәrәk, “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinә mәxsus nizamnamә kapitalındakı sәhmlәrin ½ hissәsinә onun hüququnun tanınması vә hәmçinin, cavabdehlәrdәn müştәrәk qaydada 267624 manat mәblәğindә pulun vә ödәnilmiş 558 manat dövlәt rüsumunun tutularaq iddiaçı İddiaçı ödәnilmәsi barәdә qәtnamә qәbul olunmasını xahiş etmişdir. Ucar Rayon Mәhkәmәsinin (hakim Xәyal Bәdәlov) ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrәli qәtnamәsi ilә iddiaçı İddiaçı cavabdehlәr “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinә vә cavabdeh1 qarşı “sәhmdar cәmiyyәtin sәhmlәrinә hüququn tanınması vә pul tәlәbi” barәdә iddia әrizәsi tәmin edilmiş vә hәmin qәtnamәdә qәt olunmuşdur ki: - “ Iddia təmin edilsin. «xxxx» ASC-yə məxsus səhmlərin və nizamnamə kapitalındakı səhmlərin ½ hissəsi üzərində İddiaçı hüququ tanınsın, cavabdehlər «xxxx» ASC-dən və cavabdeh1 müştərək qaydada iddiaçı İddiaçı xeyrinə 267624 (iki yüz altmış yeddi min altı yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti və ödənilmiş 558 (beş yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.” Cavabdeh cavabdeh1 ## ###### 2026-cı ildә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindәn apellyasiya şikayәti verәrәk, Ucar Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәtnamәsinin lәğv edilәrәk, işin icraatına xitam verilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmiş vә hәmin apellyasiya şikayәti – eyni mübahisә ilә bağlı 2023-cü ildә Ucar Rayon Mәhkәmәsindә baxılan iş üzrә barışıq sazişinin bağlanmasının nәzәrә alınmaması, iş üzrә mәhkәmә aidiyyәti qaydalarının pozulması vә digәr bu kimi hallarla әsaslandırılmışdır (apellyasiya şikayәtini onun nümayәndәsi – Azәrbaycan Respublikası Vәkillәr Kollegiyasının üzvü vәkil1 imzalayaraq, tәqdim etmişdir). Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı ilә Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindәn cavabdeh cavabdeh1 verdiyi apellyasiya şikayәti Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 10-1.3-cü vә 363.1.5-ci maddәlәrinә әsasәn geri qaytarılmış vә hәmin qәrardadda birinci instansiya mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin geri qaytarılması - cavabdeh cavabdeh1 tәrәfindәn verilәn apellyasiya şikayәtinin “elektron qaydada imzalanmaması” ilә әsaslandırılmışdır. Hәmin qәrardaddan narazı qalan cavabdeh cavabdeh1 Ucar Rayon Mәhkәmәsinә şikayәt verәrәk, Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadının lәğv edilmәsini vә Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindәn verdiyi apellyasiya şikayәtinin apellyasiya instansiyasında baxılmasının tәmin olunmasını xahiş etmişdir (şikayәti onun nümayәndәsi – Azәrbaycan Respublikası Vәkillәr Kollegiyasının üzvü vәkil1 imzalayaraq, tәqdim etmişdir). Hәmin iş üzrә qәbul edilmiş Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrardadı ilә Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadından cavabdeh cavabdeh1 tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş vә hәmin şikayәt Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 269-cu maddәsinin tәlәblәrinә әsasәn baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 269-cu maddәsinin tәlәblәrinә әsasәn, qәrardadan verilmiş şikayәtә - qәrardadı qәbul etmiş birinci instansiya mәhkәmәsi tәrәfindәn 3 gün müddәtindә yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayәt әsaslıdırsa, hakim qәrardadı dәyişdirir vә ya lәğv edir vә mübahisәyә baxılması üçün tәrәflәrlә birlikdә sonrakı prosessual hәrәkәtlәri yerinә yetirir (maddə 269.2) vә әks tәqdirdә bu şikayәt baxıldıqdan sonra 7 gün müddәtindә işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә, bu Mәcәllәnin 32.5-ci maddәsindә nәzәrdә tutulmuş qaydada aidiyyәt haqqında qәrardaddan şikayәt verildikdә isә hәmin şikayәt bu Mәcәllәnin 403- 1.5-ci maddәsinin tәlәblәri izah edilmәklә işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verilir vә iş kassasiya instansiyası mәhkәmәsinә göndәrilir (maddə 269.3). Hәmin Mәcәllәnin 397.1-ci maddәsinә әsasәn, Mülki-Prosessual Mәcәllәnin 269.3cü maddәsindә nәzәrdә tutulmuş әsaslar olduqda mәhkәmәnin qәrardadından verilәn ilkin şikayәt işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә göndәrilir. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinin tәlәblәrinә görә, apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası Azәrbaycan Respublikası Mülki- Prosessual Mәcәllәsinin 397.2-ci maddәsinin tәlәblәrinә uyğun olaraq Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadından cavabdeh cavabdeh1 tәrәfindәn verilmiş şikayәtә apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qәrardaddan verilәn şikayәtә qarşı yazılı etiraz verilmәmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 398-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә, aşağıdakıları etmәk hüququ vardır: - mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb, şikayәti tәmin etmәmәk (maddə 398.0.1); qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk (maddə 398.0.2); qәrardadı tam vә ya qismәn lәğv edib, qәrardadla hәll edilmәli olan mәsәlәni hәll etmәk (maddə 398.0.3); qәrardaddan verilmiş şikayәtdәn imtina olunduqda, apellyasiya icraatına xitam vermәk (maddə 398.0.4). Mәhkәmә kollegiyası, şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdıraraq hesab edir ki, Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrәli qәrardadından cavabdeh cavabdeh1 tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilmәli vә işin yuxarıda qeyd edilәn konkret halları vә aşağıda tәsvir olunanlara әsasәn cavabdeh cavabdeh1 Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindәn ## ###### 2026-cı ildә verdiyi apellyasiya şikayәtinin qaytarılması haqqında qәbul edilmiş Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı tam lәğv edilәrәk, cavabdeh cavabdeh1 hәmin apellyasiya şikayәtinin Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 361-ci maddәsinin tәlәblәrinә uyğunluğunun birinci instansiya mәhkәmәsindә yenidәn yoxlanılması mәqsәdilә *(***)-***/**** nömrәli mülki iş materialları Ucar Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Belә ki, *(***)-***/**** nömrәli mülki işin materialları vә hәmin iş üzrә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinetdә olan sәnәd vә mәlumatlarla işin faktiki halları kimi aşağıda qeyd edilәnlәr müәyyәn olunur: - Iş üzrә cavabdeh cavabdeh1 iştirakı olmadan ## ###### 2026-cı ildә keçirilәn mәhkәmә iclasında Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi qәbul edilmişdir (iş vәrәqi: 2-ci cild, sәhifә 40-45). - Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsinin tam mәtni “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinetә ## ###### 2026-cı ildә, saat 2006-da yerlәşdirilmәklә, elektron imza ilә imzalanmışdır (iş vәrәqi: 2-ci cild, sәhifә 46-56). - Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsinin tәrәflәrә göndәrilmәsi barәdә tәrtib edilmiş ## ###### 2026-cı il tarixli mәktub üzәrindә әlyazma ilә aparılmış qeyd vә imzalardan görünür ki, hәmin qәtnamә iddiaçı İddiaçı ## ###### 2026-cı ildә, cavabdeh “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin nümayәndәsinә isә ## ###### 2026-cı ildә tәqdim olunmuşdur (iş vәrәqi: 2-ci cild, sәhifә 55). - Cavabdeh cavabdeh1 Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrәli qәtnamәsinin ## ###### 2026-cı il tarixli mәktubla göndәrilmiş poçt zәrfi isә “Bu ünvanda yaşamır” qeydi aparılmaqla, ona tәqdim edilmәdәn Ucar Rayon Mәhkәmәsinin özünә qaytarılmışdır (iş vәrәqi: 2-ci cild, sәhifә 59). - Bundan sonra isә Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrәli qәtnamәsinin surәtinin cavabdeh cavabdeh1 tәqdim edilmәsi mәqsәdilә hәmin qәtnamә Ucar Rayon Mәhkәmәsinin Sәbail rayon Mәnzil Kommunal Tәsәrrüfat Birliyinә vә ünvan 1 Kommunal Tәsәrrüfat Birliyinә ünvanlanmış ## ###### 2026-cı il tarixli mәktublara әlavә edilmәklә göndәrilsә dә, hәmin poçt göndәrişlәri dә müvafiq ünvanlara tәqdim edilmәdәn Ucar Rayon Mәhkәmәsinin özünә qaytarılmışdır (iş vәrәqi: 2-ci cild, sәhifә 60-77). - Cavabdeh cavabdeh1 ## ###### 2026-cı ildә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindәn apellyasiya şikayәti vermişdir (apellyasiya şikayәtini onun nümayәndәsi – Azәrbaycan Respublikası Vәkillәr Kollegiyasının üzvü vәkil1 imzalayaraq, tәqdim etmişdir). - Hәmin iş üzrә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet mәlumatları ilә müәyyәn olunur ki, Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026cı il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindәn cavabdeh cavabdeh1 tәrәfindәn ## ###### 2026-cı ildә elektron kabinet vasitәsi ilә tәqdim edilmiş apellyasiya şikayәti elektron qaydada tәrtib edilәrәk, elektron imza ilә imzalanmış vә hәmin şikayәt vә şikayәtlә birlikdә tәqdim edilәn sәnәdlәr işin elektron kabinetinin apellyasiya pәncәrәsinә aşağıda qeyd olunan ardıcıllıqla yerlәşdirilmişdir: 1) Apellyasiya şikayәtinin “PDF” nüsxәsi, 2) Dövlәt rüsumunun ödәniş qәbzi, 3) Vәkil Orderi, 4) Etibarnamә, 5) Apellyasiya şikayәtinin elektron qaydada tәrtib edilmiş vә elektron imza ilә imzalanmış nüsxәsi. - Iş materiallarından görünür ki, *(***)-***/**** nömrәli mülki işin materiallarına hәmin apellyasiya şikayәtinin yerlәşdirildiyi bölmәnin 5-ci sırasında daxil edilmiş “apellyasiya şikayәtinin elektron qaydada tәrtib edilmiş vә elektron imza ilә imzalanmış” nüsxәsi deyil, 1-ci sırada daxil edilmiş “apellyasiya şikayәtinin “PDF”” nüsxәsi kağızda çap edilәrәk, iş materiallarına әlavә edilmişdir (iş vәrәqi: 3-cü cild, sәhifә 15-29). - Hәmin apellyasiya şikayәtinә әlavә edilmiş sәnәdlәrdәn görünür ki, onu elektron qaydada nümayәndә qismindә imzalamış Azәrbaycan Respublikası Vәkillәr Kollegiyasının üzvü vәkil1 cavabdeh cavabdeh1 tәrәfindәn bu tapşırığın icrası üçün müvafiq qaydada tәrtib vә tәsdiq edilmiş Etibarnamә ## ###### 2026-cı ildә vә hәmin nümayәndәyә (vәkilә) Vәkil Orderi isә ## ###### 2026-cı ildә verilmişdir. - Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı ilә Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindәn cavabdeh cavabdeh1 verdiyi apellyasiya şikayәti Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 10-1.3-cü vә 363.1.5-ci maddәlәrinә әsasәn geri qaytarılmış vә hәmin qәrardadda birinci instansiya mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin geri qaytarılması - cavabdeh cavabdeh1 tәrәfindәn verilәn apellyasiya şikayәtinin “elektron qaydada imzalanmaması” ilә әsaslandırılmışdır. - Hәmin qәrardaddan narazı qalan cavabdeh cavabdeh1 Ucar Rayon Mәhkәmәsinә elektron qaydada şikayәt verәrәk, Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadının lәğv edilmәsini vә Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindәn verdiyi apellyasiya şikayәtinin apellyasiya instansiyasında baxılmasının tәmin olunmasını xahiş etmiş vә hәmin şikayәt – mәlum qәtnamәdәn cavabdeh cavabdeh1 tәrәfindәn verilәn apellyasiya şikayәtinin onun sәlahiyyәtli nümayәndәsi (vәkili) tәrәfindәn elektron qaydada imzalanması ilә әsaslandırılmışdır. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 360-cı maddәsinә әsasәn, apellyasiya şikayәti mәhkәmә qәtnamәsi rәsmi qaydada verildiyi gündәn 1 (bir) ay müddәtindә verilә bilәr. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 361.1-ci maddәsinin tәlәblәrinә uyğun olaraq, bu Mәcәllә ilә müәyyәn edilmiş formada (forma - həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmişdir) verilәn apellyasiya şikayәtindә - şikayәtin verildiyi mәhkәmәnin adı vә ünvanı (maddә 361.1.1), şikayәti verәn şәxsin soyadı, adı, atasının adı, şәxsiyyәtini eynilәşdirmәyә imkan verәn digәr mәlumatlar, yaşayış yeri vә ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istәnildiyi digәr ünvan, işdә prosessual vәziyyәti (maddə 361.1.2), barәsindә şikayәt verilәn mәhkәmә aktı, onun qәbul edilmә tarixi, nәticә hissәsi, hәmin aktı qәbul edәn mәhkәmәnin adı (maddə 361.1.3), şikayәti verәn şәxsin tәlәbi vә mәhkәmә aktının hansı hissәdә mübahisәlәndirildiyi (maddə 361.1.4), şikayәt verәn şәxsin mәhkәmә aktını düzgün hesab etmәdiyi konkret әsaslar (maddə 361.1.5), şikayәt verәn şәxsin istinad etdiyi konkret fakt vә hallar, habelә onları tәsdiq edәn sübutlar (maddə 361.1.6) vә şikayәtә әlavә edilәn sәnәdlәrin siyahısı (maddə 361.1.7) göstәrilmәlidir. Hәmin Mәcәllәnin 361.2-ci maddәsinә әsasәn, apellyasiya şikayәti, şikayәti vermiş şәxs, onun qanuni nümayәndәsi vә ya nümayәndәsi, yaxud vәkili tәrәfindәn imzalanır. Qanuni nümayәndә vә ya nümayәndә, yaxud vәkil tәrәfindәn verilәn apellyasiya şikayәtinә, әgәr işdә yoxdursa müvafiq olaraq nümayәndәnin, yaxud vәkilin sәlahiyyәtini tәsdiq edәn etibarnamә, vәkilin orderi vә ya digәr sәnәd әlavә edilmәlidir. Göründüyü kimi, Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrәli qәrardadından verilmiş şikayәtә baxılması ilә әlaqәdar tәdqiq edilәn işin yuxarıda sadalanan sәnәdlәri ilә müәyyәn olunur ki, cavabdeh cavabdeh1 tәrәfindәn Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindәn (qәtnamәnin tam mәtni “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinetә ## ###### 2026-cı ildә, saat 2006–da yerlәşdirilmiş vә imzalanmışdır) elektron qaydada tәrtib edilmiş apellyasiya şikayәti onun müvafiq sәlahiyyәtlәrә malik olan nümayәndәsi – Azәrbaycan Respublikası Vәkillәr Kollegiyasının üzvü vәkil1 tәrәfindәn ## ###### 2026-cı ildә elektron imza ilә imzalanaraq, hәmin tarixdә dә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә Ucar Rayon Mәhkәmәsinә tәqdim edilmәsinә baxmayaraq, birinci instansiya mәhkәmәsi hәmin apellyasiya şikayәtinin elektron qaydada tәrtib edilәrәk, elektron imza ilә imzalanmış vә elektron kabinetin hәmin apellyasiya şikayәti pәncәrәsinin 5-ci sırasında mәhkәmәyә tәqdim edilmiş nüsxәsini nәzәrә almadan, ## ###### 2026-cı il tarixli qәrardadı ilә hәmin apellyasiya şikayәtini “elektron qaydada imzalanmaması” әsası ilә geri qaytarmışdır. Hәtta, iş materiallarından görünür ki, *(***)-***/**** nömrәli mülki işin materiallarına hәmin apellyasiya şikayәtinin daxil edilmә pәncәrәsindә 5-ci sırada daxil edilmiş “apellyasiya şikayәtinin elektron qaydada tәrtib edilmiş vә elektron imza ilә imzalanmış” nüsxәsi deyil, 1-ci sırada daxil edilmiş “apellyasiya şikayәtinin “PDF”” nüsxәsi kağızda çap edilәrәk, iş materiallarına әlavә edilmişdir. Yәni, birinci instansiya mәhkәmәsi apellyasiya şikayәtinin qaytarılması barәdә mәlum qәrardadı qәbul edәrkәn, “apellyasiya şikayәtinin elektron qaydada tәrtib edilmiş vә elektron imza ilә imzalanmış” nüsxәsinә diqqәt yetirmәmiş vә şikayәtin hәmin elektron imza ilә imzalanmış mövcud variantının olmasını nәzәrә almamışdır. Qeyd etmәk lazımdır ki, apellyasiya şikayәtinin yerlәşdirildiyi bölmәnin 5-ci sırasında daxil edilmiş “apellyasiya şikayәtinin elektron qaydada tәrtib edilmiş vә elektron imza ilә imzalanmış” nüsxәsi apellyasiya instansiyası mәhkәmәsinin özü tәrәfindәn kağız daşıyıcıda çap edilәrәk, işin 3-cü cildinin apellyasiya instansiyasında aparılan icraat hissәsinә әlavә edilmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 10-1.1-ci maddәsinә әsasәn, elektron qaydada mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatı bu Mәcәllә ilә müәyyәn edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron mәhkәmә” informasiya sistemi vasitәsilә aparılır. 10-1.2. Mәhkәmә vә proses iştirakçıları tәrәfindәn әrizә, şikayәt vә digәr sәnәdlәrin elektron formada tәrtib edilmәsi, göndәrilmәsi, qәbulu, sәnәdlәrin elektron qeydiyyatı vә elektron dövriyyәsi Mәhkәmә-Hüquq Şurasının Azәrbaycan Respublikasının Ali Mәhkәmәsi ilә birlikdә müәyyәn etdiyi “Elektron mәhkәmә” informasiya sistemindәn istifadә qaydalarına uyğun olaraq hәyata keçirilir. Hәmin Mәcәllәnin 10-1.3-cü maddәsinә әsasәn, kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatı, habelә “Elektron mәhkәmә” informasiya sisteminin tәtbiq olunduğu mәhkәmәlәrdә mülki işlәr üzrә mәhkәmә icraatı, o cümlәdәn әrizә, şikayәt vә digәr sәnәdlәrin göndәrilmәsi, qәbulu, habelә mәhkәmә sәnәdlәrinin mәhkәmәyә vә proses iştirakçılarına çatdırılması “Elektron mәhkәmә” informasiya sistemindә yaradılan elektron kabinet vasitәsilә hәyata keçirilir. Hәmin Mәcәllәnin 10-1.5-ci maddәsinә әsasәn, bu Mәcәllәnin 10-1.3-cü maddәsindә nәzәrdә tutulmuş qaydada tәqdim edilmiş sәnәdlәrin digәr qaydada verilmәsi tәlәb oluna bilmәz. Hәmin Mәcәllәnin 363.1.5-ci maddәsinә әsasәn “Elektron mәhkәmә” informasiya sisteminin tәtbiq olunduğu mәhkәmәlәrdә bu Mәcәllәnin 10-1.3-cü maddәlәrindә nәzәrdә tutulmuş qaydada aparılan elektron mәhkәmә icraatında apellyasiya şikayәti hәmin maddәnin tәlәblәrinә uyğun verilmәdikdә apellyasiya şikayәti birinci instansiya mәhkәmәsi tәrәfindәn qaytarılır. Belәliklә dә, işin yuxarıda qeyd olunan konkret halları ilә müәyyәn olunur ki, birinci instansiya mәhkәmәsi Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrәli qәtnamәsindәn cavabdeh cavabdeh1 adından ## ###### 2026-cı ildә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә sәlahiyyәtli nümayәndәsinin elektron imza ilә imzalayaraq, elektron qaydada tәqdim etdiyi apellyasiya şikayәtini ## ###### 2026-cı il tarixli qәrardadı ilә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 10-1.3-cü vә 363.1.5-ci maddәlәrinә әsasәn, yәni “elektron qaydada imzalanmaması” әsası ilә qaytarmaqda haqlı olmamış vә düzgün nәticәyә gәlmәmişdir. Ona görә dә, Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadından cavabdeh cavabdeh1 tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilmәli vә işin yuxarıda qeyd edilәn konkret hallarına әsasәn cavabdeh cavabdeh1 Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindәn ## ###### 2026-cı ildә verdiyi apellyasiya şikayәtinin qaytarılması haqqında qәbul edilmiş Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı tam lәğv edilәrәk, cavabdeh cavabdeh1 hәmin apellyasiya şikayәtinin Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 361-ci maddәsinin tәlәblәrinә uyğunluğunun birinci instansiya mәhkәmәsindә yenidәn yoxlanılması mәqsәdilә *(***)-***/**** nömrәli mülki iş materialları Ucar Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Çünki, Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 364.1-ci maddәsinin tәlәblәrinә görә, birinci instansiya mәhkәmәsi apellyasiya şikayәtinin bu Mәcәllәnin 361-ci maddәsinin tәlәblәrinә uyğunluğunu yoxlayır vә bu Mәcәllәnin 361-ci maddәsinin tәlәblәrinә cavab verәn apellyasiya şikayәtini ona әlavә olunmuş sәnәdlәrlә vә işlә birlikdә apellyasiya şikayәtinin verilmә müddәti bitdikdәn sonra 7 gün müddәtindә apellyasiya instansiyası mәhkәmәsinә göndәrir. Lakin, birinci instansiya mәhkәmәsi isә ## ###### 2026-cı il tarixli qәrardadı ilә mәlum apellyasiya şikayәtini qaytararkәn, şikayәtin yalnız “PDF” variantına diqqәt yetirsә dә, onun әsas variantını, yәni Mülki-Prosessual Mәcәllәnin “Əlavә 2”-yә uyğun elektron qaydada tәrtib edilәrәk, elektron imza ilә imzalanıb elektron qaydada tәqdim edilmiş apellyasiya şikayәtinin (hәmin apellyasiya şikayәtinin daxil edilmә pәncәrәsindә 5-ci sırada olan nüsxәsi) Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 361-ci maddәsinin tәlәblәrinә uyğunluğunu yoxlamamışdır. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 2-ci maddәsinin tәlәblәrinә görә mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatının vәzifәlәri hәr bir fiziki vә yaxud hüquqi şәxsin Azәrbaycan Respublikasının Konstitusiyasından, qanunlarından vә digәr normativ hüquqi aktlarından irәli gәlәn hüquq vә mәnafelәrinin mәhkәmәdә tәsdiq olunmasıdır (maddə 2.1) vә mülki mәhkәmә icraatı qanunçuluğun vә ictimai qaydanın bәrqәrar edilmәsinә, vәtәndaşların qanunlara dönmәdәn hörmәt ruhunda tәrbiyә edilmәsinә rәvac verir (maddə 2.2). Hәmin Mәcәllәnin 4.1-ci maddәsinә әsasәn, bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә - apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Azәrbаycаn Respublikаsı Mülki-Prosessuаl Mәcәllәsinin 400-cü maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qаnuni qüvvәyә minir. Hәmin Mәcәllәnin 402.2-ci maddәsinә әsasәn, apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında (maddə 402.2.1), kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә (maddə 402.2.3) vә iş üzrә icraata xitam verilmәsi barәdә (maddə 402.2.4) qәrardadlarından kassasiya şikayәti verilә bilәr. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 263-264, 395-398, 400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA A L D İ: Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadından cavabdeh cavabdeh1 tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilsin. Cavabdeh cavabdeh1 Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrәli qәtnamәsindәn ## ###### 2026-cı ildә verdiyi apellyasiya şikayәtinin qaytarılması haqqında qәbul edilmiş Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrardadı tam lәğv edilsin. Cavabdeh cavabdeh1 Ucar Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrәli qәtnamәsindәn ## ###### 2026-cı ildә verdiyi apellyasiya şikayәtinin Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 361-ci maddәsinin tәlәblәrinә uyğunluğunun birinci instansiya mәhkәmәsindә yenidәn yoxlanılması mәqsәdilә *(***)- ***/**** nömrәli mülki iş materialları Ucar Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrаrdаd çıxarıldığı andan qаnuni qüvvәyә minir vә qәrardaddan kassasiya şikayәti verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar