Məhkəmə qərarları › İş №2(3-10)-594/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-594/2026

19.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-594/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İlham oğlunun cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə İddiaçı İddiaçı İlham oğlunun iştirakı ilə, İddiaçı İddiaçı İlham oğlunun cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı İlham oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 2000 manat pulun və 40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh X3 vasitəsi ilə tanımışdır. Cavabdeh yeşik alıb satmaq işi ilə məşqul olur. Cavabdeh Azər Bayramov ilə yanına gələrək işi ilə bağlı ziyana düşdüyünü və buna görə də pul lazım olduğunu bildirdi. Əvvəllərdə tanışlığı olduqu üçün Azər Bayramovun yanında Cavabdeh 2000 manat borc pul vermişdir. Cavabdeh pulu verərkən aralarında yazılı ərizədə bağlamışlar. Ərizəyə görə Cavabdeh ondan aldığı 2000 manat məbləğində pulu ##.##.2025-ci il tarixdə qaytaracığını, qaytarmadığı halda qanuni şəkildə məsuliyyətə cəlb olunacağını öz imzası ilə təsdiq etmişdir. Cavabdeh qısa müddət ərzində borcunu qaytaracağına söz versə də, indiyə kimi borcunu qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulu tələb etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Bununla bağlı 2025-ci ilin aprel ayında Göyçay Rayon Polis şöbəsinə müraciət etmiş, şikayəti əsasında Cavabdeh rayon polis şöbəsinə dəvət olunmuş, aldığı pulu təsdiqlədiyini, maddi imkanı olmadığı üçün 2000 manat məbləğində pulu qaytara bilmədiyini, yaxın günlərdə qaytaracağını bildirmişdir. Həmin vaxtdan da xeyli müddət keçməsinə baxmayarq Cavabdeh aldığı pulu hələdə indiyədək qaytarmamışdır.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı İlham oğlu iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh 2000 manat borcu olmuşdur. Həmin pulu dostu Azərin xahişi ilə vermişdir. Cavabdeh ondan borca pul istəməmiş, Sabirə borca pul verməmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir.

4. İş üzrə cavabdeh Cavabdeh məhkəmə hazırlıq iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı İddiaçı İlham oğlunu tanımır, aralarında borc müqaviləsi bağlanmamışdır. Belə ki, boş yeşiklərin alqı-satqısı ilə məşğul olmuşdur. Nəbi adlı şəxsdən 1.90 manata 940 ədəd nisyə boş yeşik almış, sonradan 350 yeşik istifadə edilmədiyi üçün geri qaytarmaq istəyərkən 1 manata qəbul etdiklərini bildirmişlər. Bundan sonra aralarında mübahisə olmuşdur. Həmin mübahisə zamanı Nəbi ilə onu tanış edən Azərin dostu iddiaçı İddiaçı Azərin xahişi ilə 2000 manat onun yerinə yeşiklərin pulundan vermişdir. Halbuki, Ümüdü tanımır, onunla aralarında heç bir alqı-satqı olmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. 5.Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddianın təmin edilməməsi, iddiaçı İddiaçı İlham oğlunun cavabdeh Cavabdeh qarşı 2000 manat pulun alınaraq ona verilməsi barədə tələbinin rədd edilməsi qət etmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

6. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı İlham oğlu cavabdeh Cavabdeh 2000 manat borc pul verdiyini iddia edir və cavabdeh Cavabdeh 2000 manat pulun alınaraq ona verilməsini xahiş edir.

7. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı İlham oğlu cavabdeh Cavabdeh 2000 manat borc pul verdiyini iddia edir və cavabdeh Cavabdeh 2000 manat pulun alınaraq ona verilməsini xahiş edir Ümüd İlham oğlu cavabdeh Cavabdeh borc pul verməmiş, aralarında borc müqaviləsi bağlanmamışdır. İddiaçı tanışı Azərin xahişi ilə Cavabdeh borclu olduğu pulu vermişdir.

8. Məhkəmə baxışı zamanı iddiaçı İddiaçı İlham oğlu 2000 manat borcun cavabdeh Cavabdeh alınaraq ona verilməsinə dair heç bir mötəbərə sübutu məhkəməyə təqdim edə bilməmişdir.

9. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

10. Belə olan halda, dövlət rüsumu olan 40 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı İddiaçı İlham oğlunın cavabdeh Cavabdeh qarşı 2000 manat pulun alınaraq ona verilməsi barədə tələbi rədd edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 442, 600.1-ci maddələri, Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan iddiaçı İddiaçı İlham oğlu apellyasiya şikayəti vermişdir.

13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, birinci instаnsiyа məhkəməsi istinаd оlunаn nоrmаtiv hüquqi аktlаrın tələblərini işin hаllаrınа uyğun оlаrаq düzgün təfsir еtməmiş, nəticədə istinаd оlunаn mаddi hüquq nоrmаlаrının tələblərini pоzmuşdur. 14.Belə ki, cavabdeh Cavabdeh X3 vasitəsi ilə tanımışdır. Cavabdeh yeşik alıb satmaq işi ilə məşğul olur. Cavabdeh Azər Bayramov ilə yanına gələrək işi ilə bağlı ziyana düşdüyünü və buna görə də pul lazım olduğunu bildirmişdir. Əvvəllərdə tanışlığı olduğu üçün Azər Bayramovun yanında Cavabdeh 2000 manat borc pul vermişdir. Cavabdeh pulu verərkən aralarında yazılı ərizə yazılmışdır. Ərizəyə görə Cavabdeh ondan aldığı 2000 manat məbləğində pulu ##.##.2025-ci il tarixdə qaytaracığını, qaytarmadığı halda qanuni şəkildə məsuliyyətə cəlb olunacağını öz imzası ilə təsdiq etmişdir. Halbuki birinci instansiya məhkəməsi işin hallarını düzgün şəkildə aradırmamışdır.

15. Bundan başqa Göyçay rayon polis şöbəsində və məhkəmə iclas zalında cavabdeh Cavabdeh ondan aldığı pulları etiraf etmiş, hətta polis şöbəsində izahat verərkən ondan aldığı pulu qısa müddət ərzində qaytaracağını bildirmişdir.

16. Odur ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı İlham oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

19. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabadeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

20.Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarı:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Apellyator Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(046)- 2789/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. 27.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

28. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə ##.##.2025-ci il tarixədək qaytarılması şərti ilə iddiaçı İddiaçı İlham oğlundan 2000 manat məbləğində borc pul almışdır. Pul vəsaitinin alınması barədə cavabdehin imzası ilə yazılı qəbz tərtib edilmişdir. Eyni zamanda iddiaçı İddiaçı İlham oğlunun müraciəti əsasında Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılmış, cavabdeh Cavabdeh araşdırma zamanı vermiş olduğu izahatında iddiaçıdan 2000 manat məbləğində borc pul aldığını etiraf etmiş, imkanı olmadığı üçün həmin pulu qaytara bilmədiyini bildirmişdir. Cavabdeh Cavabdeh aldığı 2000 manat pul vəsaitinin iddiaçı İddiaçı İlham oğluna ödənilməsini təmin etməmişdir.

29. Birinci instansiya məhkəməsi iddanı rədd edərkən gəldiyi nəticəni, iddiaçı İddiaçı İlham oğlunun cavabdeh Cavabdeh borc pul verməməsi, aralarında borc müqaviləsinin bağlanmaması, İddiaçı tanışı Azərin xahişi ilə Cavabdeh borclu olduğu pulu verməsi, məhkəmə baxışı zamanı iddiaçı İddiaçı İlham oğlunun 2000 manat borcun cavabdeh Cavabdeh alınaraq ona verilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırmışdır.

30. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğun olmamış, mübahisəni yuxarıda qeyd edilən qaydada həll etməklə doğru nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

31. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instаnsiyа məhkəməsi istinаd оlunаn nоrmаtiv hüquqi аktlаrın tələblərini işin hаllаrınа uyğun оlаrаq düzgün təfsir еtməməsi, nəticədə istinаd оlunаn mаddi hüquq nоrmаlаrının tələblərini pоzmasına dair dəlili ilə razılşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

33. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

34. İş materiallarında olan cavabdeh Cavabdeh tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh həmin tarixdə iddiaçı İddiaçı İlham oğlundan 2000 manat pulu borc almış və borcu ##.##.2025-ci il tarixdə qaytaracağına dair öhdəlik götürmüşdür.

35. Həmçinin iddiaçının müraciəti əsasında Göyçay Rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı cavabdeh Cavabdeh iddiaçı İddiaçı İlham oğlundan 2000 manat məbləğində pul vəsaitini borc olaraq aldığını etiraf edərək, maddi cəhətdən çətinlik çəkdiyi üçün iddiaçıya olan borcunu qaytara bilmədiyini qeyd etmişdir.

36. Göründüyü kimi cavabdeh iddiaçıdan 2000 manat məbləğində borc pul almasını etiraf etdiyi halda birinci instansiya məhkəməsi iddiaçının tətləb etdiyi iddianı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməməsi nəticəsinə gələrkən doğru mövqedən çıxış etməmişdir. Belə ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə iddia tələbini təsdiq edən sübut kimi cavabdeh Cavabdeh tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli əlyazma təqdim olunmuş, həmçinin cavabdehin iddiaçıya borcunun olmasına dair polis şöbəsində vermiş olduğu izahatı olmuşdur, cavabdeh tərəfindən isə İddiaçı tanışı Azərin xahişi ilə Cavabdeh borclu olduğu pulu verməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

39. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli, obyektiv araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş üzrə tam qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı İlham oğlunun apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı İlham oğlunun cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməli, cavabdeh Cavabdeh 2000 manat məbləğində pul və 40 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı İddiaçı İlham oğluna ödənilməlidir. 41.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı İddiaçı İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. Cavabdeh Cavabdeh 2000 manat məbləğində pul və ödənilmiş 40 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı İlham oğluna ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar