Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-661/2026 16.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İbrahim oğlunun cavabdehlər Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və “xxxx” ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğvi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və X3 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçı İddiaçı İbrahim oğlunun cavabdehlər Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və “xxxx” ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı İbrahim oğlu cavabdehlər Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin ##.##.2025-ci il tarixli “xxxx” ASC-nin xeyrinə 19678 manat 45 qəpik ( on doqquz min altı yüz yetmiş səkkiz manat qırx beş qəpik) kredit borcunun tutulması barədə reyestr 8İ-***** nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv olunması, BRST*******C*** nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin ##.##.2025-ci il tarixli icra qeydinə əsasən ondan “xxxx” ASC-nin xeyrinə 19678 manat 45 qəpik kredit borcunun tutulması barədə elektron icra qeydi çıxarılmışdır. İcra qeydində göstərilmişdir ki, o, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi notariusu X5 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir ki, həmin sənədlər üzrə AZ1010, ünvan 3 X1 2 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin /VÖEN: cavabdeh1/ xeyrinə ünvan 1 (faktiki yaşayış ünvanı: Mingəçevir şəhəri A.S.Puşkin küçəsi ev 20 mənzil 30) ünvanında qeydiyyatda olan İddiaçı İbrahim oğlundan (AA5354237, ##.##.2023- Asan-Mingəçevir; Finl2Y7K9B; d/t: ##.##.1986) BRST*******C*** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş əsas borc 17240.33 manat, faiz borcu 2438.12 cəmi 19678 manat 45 qəpik ( on doqquz min altı yüz yetmiş səkkiz manat qırx beş qəpik) tutulsun. Bundan əlavə, təklif edir ki, borclu İddiaçı İbrahim oğlundan tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 19703 manat 45 qəpik (on doqquz min yeddi yüz üç manat qırx beş qəpik) pul tutulması qeyd edilmişdir. O, ##.##.1986-cı ildə Ağdam rayonunda doğulmuş, məcburi köçkün kimi Mingəçevir şəhəri Puşkin küçəsi ** saylı evin ** saylı mənzilində müvəqqəti məskunlaşmışdır. Kəlbəcər rayon ** nömrəli tam orta məktəbdə gözətçi vəzifəsində işləyirdi. Əmək haqqı 412 manat idi. O, 412 manat əmək haqqı aldığına görə “xxxx” ASC ona 8851 manat limitində starkart verdilər. O, ehtiyac olduqca həmin starkartdan, təxminən 7500 manat pul çıxarmış, həmin kartda 1351 manat pul qalmışdır. Ona pul ehtiyac olduğu üçün o, “xxxx” ASC-yə yaxınlaşıb, limiti artırmaq üçün müraciət etmiş, orada ona bildirmişlər ki, onun əmək haqqına uyğun olaraq, yəni 412 manat əmək haqqına uyğun olaraq ona 9500 manat qədər limit artırıla bilər. O da razılaşmışdır. Kartı zədələndiyi üçün “xxxx” ASC-yə yaxınlaşmış, bankdan ona bildirilmişdir ki, kart dəyişməlidir. O, razılaşmış, ancaq bildirmişdir ki, onun kartında artıran limitlə birlikdə 2000 manat pul vəsaiti var. Bankın əməkdaşı demişdir ki, zədələnmiş kartda olan 2000 manat vəsait yeni starkartına köçürüləcəkdir. “xxxx” ASC onun xəbəri olmadan onun starkartına 9500 manat pul vəsaiti vurmuşlar. Sonradan bankdan kredit müqaviləsini götürmüşdür. Kredit müqaviləsindən görünür ki, pulun qaytarılması üçün icra qeydinin verilməsi şərti yoxdur. İddiaçı İbrahim oğlu notariat ofisində olmamış, ona borcu ödəmədiyi halda icra qeydinin verilməsi barədə xəbardarlıq edilməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin ##.##.2025-ci il tarixli icra qeydi ləğv edilməli, kredit müqaviləsi üzrə göstərilən məbləğ onun tərəfindən götürülmədiyi üçün müqavilə etibarsız hesab edilməlidir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı İbrahim oğlu məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı İddiaçı İbrahim oğlu ##.##.2019- cu il tarixdən başlayaraq “xxxx” ASC-nin mobil bank tətbiqi olan “Birbank” mobil tətbiqindən istifadə edir. İddiaçı öz istifadəsində olan +************ nömrəli mobil nömrə ilə “Birbank” mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə android əməliyyat sistemli HUAWEI MAR-LX1M modelli cihazdan istifadə etmişdir. Nəzərə alınmalıdır ki, “Birbank” mobil tətbiqindən qeydiyyatdan keçərkən və ya “Birbank” mobil tətbiqinin qeydiyyatı başqa cihaza dəyişdirilərkən gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edilməklə müştəri eyniləşdirilir, yəni müştərinin bildiyi (kart məlumatları, FİN kod, PİN, şifrə və s.) və sahib olduğu (mobil nömrə və həmin nömrəyə göndərilmiş təhlükəsizlik kodlarının) daxil və təsdiq edilməsi yolu ilə aparılır, daha sonra hər dəfə müştəri tətbiqə daxil olarkən özünün təyin etdiyi şifrədən və ya öz seçimi ilə həmin şifrənin əvəzi olaraq üztanımadan/barmaq izindən istifadə edir. İddiaçı Bankın mövcud müştərisi olduğu üçün qanunvericiliyin tələbinə əsasən Bankın Mingəçevir şəhər filialında onun fiziki iştirakı ilə istifadəsində olan +************ nömrəli mobil nömrəyə ##.##.2024-cü il tarixdə link və OTP kod göndərilərək, OTP kod (“sahib olduğu” element) daxil edilmiş və təsdiqlənmiş, 10 saniyəlik video çəkiliş aparılmış, fotoşəkillər çəkilmiş, xüsusi təyinatlı dövlət informasiya resursu olan İAMAS sistemindən şəxsiyyət vəsiqəsi barədə məlumatlar və şəxsiyyət vəsiqəsində olan fotoşəkli əldə olunmuş, video çəkiliş zamanı götürülmüş fotoşəkildə və videoda olan müştərinin üz siması ilə şəxsiyyət vəsiqəsində olan fotoşəkildə olan üz siması əsasında “Face recognition” sistemi vasitəsi ilə üz tanınma (“məxsus olan” element) aparılmış, video eyniləşdirmə zamanı şəxsin üz siması ilə şəxsiyyəti təsdiq edən sənəddəki fotoşəkildə olan üz simasının uyğunluğu 97.8% təşkil etmiş və proses uğurla davam etdirilərək kredit xətti müqaviləsi və ona əlavə edilmiş sənədlər təsdiq edilmişdir. Bununla da iddiaçı (müştəri) ilə Bank arasında gücləndirilmiş müştəri autentifikasiyasının həyata keçirilməsi yolu ilə filialda ##.##.2024-cü il tarixli, BRST*******C*** nömrəli Birbank Star Kredit Xətti Müqaviləsi bağlanmış və iddiaçıya ilkin olaraq istifadə edilə biləcək 7850 AZN məbləğində kredit xətti açılmışdır . Yuxarıda qeyd olunan ##.##.2024-cü il tarixli, BRST*******C*** nömrəli Birbank Star Kredit Xətti Müqaviləsi üzrə iddiaçıya elə həmin tarixdə 523915********** nömrəli plastik kart (hesab nömrəsi: 38817944005708331100) verilmişdir. Göründüyü kimi qaydanın sözügedən əlavəsi müştərinin eyniləşdirilməsinə dair tələbləri müəyyən etmişdir. Yəni video çəkiliş zamanı müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərinin əldə edilməsində məqsəd həmin sənəddə əks olunan müştərinin siması (üz cizgiləri) ilə video çəkilişdə olan müştərinin simasının (üz cizgilərinin) bir-birinə uyğun olub-olmamasını müəyyən etmək, bununla da şəxsin eyniləşdirilməsini aparmaqdır. Yuxarıda da qeyd etdikləri kimi Bank tərəfindən qaydanın sözügedən tələblərinin yerinə yetirilməsi zamanı xüsusi təyinatlı dövlət informasiya resursu olan İAMAS sistemindən şəxsiyyət vəsiqəsi barədə məlumatlar və şəxsiyyət vəsiqəsində olan fotoşəkli əldə olunur, yəni həmin anda Bank tərəfindən müştərinin şəxsiyyətini təsdiq edən sənəd birbaşa dövlət informasiya sistemindən əldə edilir və həmin sənəddə olan fotoşəkildə olan müştərinin siması (üz cizgiləri) ilə video çəkilişdə olan müştərinin simasının (üz cizgilərinin) bir-birinə uyğun olubolmaması Bankın “Face recognition” sistemi vasitəsi ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, müştərinin şəxsiyyətini təsdiq edən sənədin tam olaraq orada olan bütün məlumatlar, imza və fotoşəkil ilə birlikdə birbaşa xüsusi təyinatlı dövlət informasiya resursu olan İAMAS sistemindən əldə edilməsi zamanı həm həmin sənədin həqiqi olması, onun qüvvədə olması yoxlanılmış olur, həm də həmin sənəddə olan fotoşəklin daha yüksək keyfiyyətdə əldə olunması həmin sənəddə olan müştərinin siması (üz cizgiləri) daha aydın olur, bu isə video çəkilişdə olan müştərinin siması (üz cizgiləri) ilə daha keyfiyyətlə və dəqiqliklə uyğunluğunun yoxlamasına və video çəkilişdə olan şəxsin eyniləşdirilməsinin aparılmasına imkan yaradır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin məlumatları Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Şəxsiyyət vəsiqəsinin məlumatlarının Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur. Məhz elə yuxarıda qeyd edilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli **/* nömrəli qərarla (https://eqanun.az/framework/61120) “Məsafədən hesabların açılması Qaydası” təsdiq edilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin ## ######## 2023-cü il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda və digər qaydalarında dəyişikliklər edilmişdir. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, BRST*******C*** nömrəli Birbank Star Kredit Xətti Müqaviləsinin 4.1-ci bəndinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 7850 manat müəyyən olunur. Tərəflər razılığa gəlirlər ki, Müştəri, bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 30000 (otuz min) manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Tərəflər razılığa gəlirlər ki, Bank, kredit xəttinin Müştəri tərəfindən istifadə edilə biləcək məbləğini birtərəfli şəkildə 15000 manatadək və ya daha artıq məbləğədək artıra bilər. Müştəri Bankın filiallarına yaxınlaşaraq və ya bankdaxili kanallar vasitəsilə müraciət edərək artırılmış hissədə kredit xəttindən imtina edə və ya kredit xəttinin azaldılmasını tələb edə bilər. Müştəri artırılmış kredit xətti məbləğindən hər hansı formada istifadə edərsə və ya artırılma tarixindən sonrakı 5 (beş) iş günü ərzində artırılmaya etiraz etməzsə, bu Müştərinin aksepti sayılır. İddiaçı İddiaçı İbrahim oğlu tərəfindən “Birbank” mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, BRST*******C*** nömrəli Birbank Star Kredit Xətti Müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq mövcud kredit xətti limitinin artımı üçün müraciət edilmiş və ##.##.2024-cü il tarixli Birbank Star Kredit xəttinə dair müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilmiş və mövcud kredit xəttinin limiti 7850 AZNdən artırılaraq kredit xəttinin yeni məbləği 8851 AZN məbləğində müəyyən olunmuşdur. Bununla əlaqədar iddiaçının istifadəsində olan və onun Banka məlum olan +************ nömrəli mobil nömrəsinə ##.##.2024-cü il tarixdə saat 22:26:46-da SMS vasitəsi ilə aşağıdakı məzmunda məlumat göndərilmişdir: “Hormetli mushteri, 8851 AZN mebleginde limit artimi muracietiniz ugurla tamamlanmishdir” Göründüyü kimi tərəflər öz iradə ifadələrini bildirməklə aralarında bağladığı müqavilə ilə ona dəyişiklik edilməsi qaydasını və formasını müəyyən etmişlər. Həmin qaydaya əsasən isə ##.##.2024-cü il tarixli Birbank Star Kredit xəttinə dair müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma bağlanılmaqla tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, BRST*******C*** nömrəli Birbank Star Kredit Xətti Müqaviləsinin şərtlərinə dəyişiklik edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış hesab, kart və kredit üzrə ##.##.2024-cü il tarixli, BRST*******C*** nömrəli Birbank Star Kredit Xətti Müqaviləsi ilə istehlak krediti verilmiş, yəni 7850 AZN məbləğində kredit xətti açılmış, istehlak kreditinin verilməsinin bütün şərtləri (kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ, kredit xəttinin müddəti, kredit xəttindən istifadə edilə biləcək maksimal məbləği, illik faiz dərəcəsi və s.) müəyyən edilmişdir. Sonradan iddiaçı tərəfindən tərəflər arasında bağlanılmış hesab, kart və kredit üzrə sözügedən müqavilələrin 4.1-ci bəndində müəyyən edilmiş qayda ilə, yəni texnoloji vasitələrlə tərəflər arasında əlavə razılaşma bağlanılaraq müvafiq olaraq həmin müqavilə ilə müəyyən edilmiş kredit şərtlərinə dəyişikliklər edilmiş və Bank tərəfindən təsdiq edilərək eyniləşdirilmiş mövcud müştərinin mövcud kredit xəttinin limiti 7850 AZN-dən artırılaraq kredit xəttinin yeni məbləği 8851 AZN məbləğində müəyyən olunmuşdur. Belə olan halda, söhbət yeni müqavilənin bağlanmasından deyil, qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında artıq mövcud olan istehlak krediti müqaviləsinin şərtlərinə dəyişiklik edilməsindən getdiyindən, həmin dəyişiklik mövcud müqavilə ilə müəyyən edilmiş qaydada həyata keçirilmişdir. Qanunvericilikdə istehlak krediti müqaviləsinin dəyişdirilməsi, onun şərtlərinin dəyişdirilməsi və ya ona əlavələrin edilməsi haqqında razılaşmanın məsafədən bağlanılmasına dair xüsusi qaydanın olmamasını ## ###### 2025-ci il tarixdə qəbul edilmiş və ##.##.2026-cı il tarixdə qüvvəyə minmiş “Məsafədən hesabların açılması Qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda, ## ######## 2023-cü il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda, ## ###### 2024-cü il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nda, ## ###### 2021-ci il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2025-ci il tarixli, **/* №-li qərarı da sübut edir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının ## ###### 2022-ci il tarixli, **/* №-li Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın ##.##.2026-cı il tarixədə qüvvədə olmuş 5.13-cü bəndinə əsasən fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. Bundan sonra Bankın Mingəçevir şəhər filialında iddiaçının fiziki iştirakı ilə istifadəsində olan +************ nömrəli mobil nömrəyə ##.##.2025-ci il tarixdə link və OTP kod göndərilərək, OTP kod (“sahib olduğu” element) daxil edilmiş və təsdiqlənmiş, 10 saniyəlik video çəkiliş aparılmış, fotoşəkillər çəkilmiş, xüsusi təyinatlı dövlət informasiya resursu olan İAMAS sistemindən şəxsiyyət vəsiqəsi barədə məlumatlar və şəxsiyyət vəsiqəsində olan fotoşəkli əldə olunmuş, video çəkiliş zamanı götürülmüş fotoşəkildə və videoda olan müştərinin üz siması ilə şəxsiyyət vəsiqəsində olan fotoşəkildə olan üz siması əsasında “Face recognition” sistemi vasitəsi ilə üz tanınma (“məxsus olan” element) aparılmış, video eyniləşdirmə zamanı şəxsin üz siması ilə şəxsiyyəti təsdiq edən sənəddəki fotoşəkildə olan üz simasının uyğunluğu 97.6% təşkil etmiş və proses uğurla davam etdirilərək kredit xətti müqaviləsi və ona əlavə edilmiş sənədlər təsdiq edilmişdir. Bununla da iddiaçı (müştəri) ilə Bank arasında gücləndirilmiş müştəri autentifikasiyasının həyata keçirilməsi yolu ilə filialda ##.##.2025-ci il tarixli, BRST*******C*** nömrəli Birbank Star Kredit Xətti Müqaviləsi bağlanmış və iddiaçıya ilkin olaraq istifadə edilə biləcək 9500 AZN məbləğində kredit xətti açılmışdır. Yuxarıda qeyd olunan ##.##.2025-ci il tarixli, BRST*******C*** nömrəli Birbank Star Kredit Xətti Müqaviləsi üzrə iddiaçıya elə həmin tarixdə 523915********** nömrəli plastik kart (hesab nömrəsi: 38817944006599034100) verilmiş və həmin kart vasitəsilə sözügedən kredit vəsaitindən hissə-hissə istifadə edilərək ümumilikdə 9500 AZN məbləğində pul vəsaiti bankomat (ATM Withdrawal KAPS,MINGECHEVIR SHEH. NIZAMI KUCH.13 TAM STORE,Mingachevir) vasitəsilə nağdlaşdırılmışdır. Halbuki həmin kredit vəsaitinin tam məbləği iddiaçı tərəfindən istifadə edilməməli idi. Belə ki, iddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi sözügedən müqavilənin bağlanılmasının məqsədi onun ##.##.2024-cü il tarixli, BRST*******C*** nömrəli Birbank Star Kredit Xətti Müqaviləsi üzrə mövcud kredit xəttinin məbləğinin 8851 AZN-dən artırılaraq 9500 AZN məbləğində müəyyən edilməsi və onun mövcud 7550.33 AZN məbləğində qalıq borcunun yeni xətt üzrə müvafiq kart hesabına borc kimi köçürülməsi idi. Lakin Bank tərəfindən sözügedən qalıq borcu iddiaçıya ayrılmış və artırılaraq 9500 AZN məbləğində müəyyən edilən kredit xətti üzrə müvafiq kart hesabına köçürülənədək iddiaçı tərəfindən 9500 AZN məbləğində kredit vəsaiti tam həcmdə istifadə olunaraq bankomat vasitəsilə nağdlaşdırılmışdır. “Elektron Məhkəmə” informasiya sistemində şəxsi kabinet vasitəsilə iş materiallarına əlavə edilmiş: - 523915********** nömrəli plastik kart hesabından (hesab nömrəsi: 38817944005708331100) çıxarışa da nəzər yetirsək müəyyən edərik ki, iddiaçının qalıq borcu 7550.33 AZN olmuşdur. - 523915********** nömrəli plastik kart hesabından (hesab nömrəsi: 38817944006599034100) çıxarışa isə nəzər yetirsək müəyyən edərik ki, iddiaçı tərəfindən hissə-hissə olmaqla ümumilikdə 9500 AZN məbləğində pul vəsaiti bankomat (ATM Withdrawal KAPS,MINGECHEVIR SHEH. NIZAMI KUCH.13 TAM STORE,Mingachevir) vasitəsilə nağdlaşdırılmışdır. Göründüyü kimi, iddia ərizəsində iddiaçının sözügedən kredit vəsaitini götürmədiyinə dair bildirdikləri həqiqəti əks etdirmir. Bundan başqa, ahisə edilən əqd kateqoriyasına aiddirsə, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı kəsici müddətlərdir. Həmin maddəyə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu müddətin keçməsi şəxsin mübahisələndirmə hüququnun xitamına birbaşa səbəb olur. Müqavilə ##.##.2024-cü il tarixdə bağlandığından iddiaçının bilməli olduğu elə həmin tarixdir. Belə olan halda isə iddianın verildiyi tarixə qədər artıq qanunla müəyyən edilmiş müddət keçmiş olur və iddiaçı artıq mübahisələndirmə hüququnu itirmiş olur. İzahatında göstərilən halların nəzərə alınmasını və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, buna baxmayaraq Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini qərara almışdır.
6. Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Tural Hüseynli), iddia tələbi təmin edilməmiş, iddiaçı İddiaçı İbrahim oğlunun cavabdehlər Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və “xxxx” ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “xxxx” ASC ilə İddiaçı İbrahim oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli BRST*******C*** nömrəli kredit xətti müqaviləsinə əsasən sonuncu götürdüyü borc pul üzrə kredit ödənişlərini vaxtında icra etməmiş, bununla bağlı ona cəmi 19703,45 manat məbləğində borc hesablanmış və bu barədə notarius tərəfindən icra qeydi verilmişdir. Hazırda iddiaçı icra qeydinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə onu qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı şəxs müvafiq icra qeydinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin pozulması ilə aparıldığını göstərmiş və göstərilən məbləğlə razı olmadığını bildirmişdir. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin: 1-ci hissəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; 3-cü hissəsinə əsasən barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; 4-cü hissəsinə əsasən icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; 5-ci hissəsinə əsasən fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər; 6-cı hissəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 (iyirmi) gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; 7-ci hissəsinə əsasən elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; 8ci hissəsinə əsasən icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər; 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
9. Göründüyü kimi, qanunvericilik icra qeydinin aparılması üçün iddiaçının göstərdiyi kimi, borcla bağlı mübahisənin olub-olmamasını deyil, borcun mübahisəsiz olmasının məhz təqdim edilən sənədlərlə təsdiq olunması tələbini müəyyən edir.
10. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Siyahının 1-1-ci bəndində göstərilən sənədlər notariusa təqdim olunursa, bu, haqqında icra qeydi aparılan borcun mübahisəsiz olduğunu təsdiq edir və digər şəxslərin borcun mübahisəli olubolmamasına dair subyektiv münasibətindən asılı olmayaraq icra qeydinin aparılması üçün əsasdır.
11. Qeyd edilməlidir ki, borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və müvafiq sənədlər notariat ofisinə kredit təşkilatı olan bank tərəfindən təqdim olunmuşdur.
12. Qeyd edilənlərdən görünür ki, müvafiq icra qeydləri aparılarkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin pozulması barədə iddia ərizəsində göstərilənlər əsassızdır. Bundan başqa, icra qeydində göstərilən məbləğ də, həmçinin məhkəmə hesab etmişdir ki, düzgün hesablanmışdır.
13. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə, 76-cı maddəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6cı, 7-ci, 8-ci və 9-cu hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 448.2, 739.1, 739.2, 741 və 743-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan iddiaçı İddiaçı İbrahim oğlu apellyasiya şikayəti vermişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, “xxxx” ASC-nin öz izahatından görünən mühüm ziddiyyəti nəzərə almamış, kredit borcu ilə əsassız varlanma xarakterli mübahisəli məbləği eyni hüquqi rejimdə qiymətləndirmişdir.
17. Məhkəmə nəzərə almamışdır ki, notariusun icra qeydi yalnız borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlər əsasında aparıla bilər. Halbuki bu işdə 9500 manat məbləğin onun kartında görünməsi, həmin vəsaitin hansı hüquqi əsasla ona təqdim edilməsi, onun hansı hissəsinin kredit, hansı hissəsinin Bankın öz daxili texniki əməliyyatı və ya overdraft, yəni əsassız varlanma xarakterli tələb olması ciddi mübahisəlidir. Bu cür mübahisəli tələb notariusun icra qeydi ilə deyil, yalnız məhkəmə qaydasında ayrıca iddia icraatı üzrə araşdırıla bilərdi.
18. İşin halları barədə bildirir ki, o, “xxxx” ASC-nin müştərisi olmuşdur və Bank tərəfindən ona “Birbank Star” kartı üzrə kredit xətti ayrılmışdır. İş materiallarından görünür ki, Bank onunla ##.##.2024-cü il tarixli BRST*******C*** nömrəli kredit xətti müqaviləsinin bağlandığını, əvvəlcə 7850 manat, daha sonra isə 8851 manat məbləğində kredit xətti müəyyən edildiyini bildirmişdir. Onun aylıq əmək haqqı təxminən 412 manat olmuşdur. Bu əmək haqqı səviyyəsi ilə ona əvvəlcə 8851 manat limitində “StarKart” verilmiş, həmin kartdan ehtiyac olduqca istifadə etmişdir. Həmin kartda istifadə edilməmiş müəyyən qalıq limit mövcud idi. Daha sonra pul ehtiyacı yarandığı üçün Banka müraciət edərək limitin artırılması məsələsi ilə maraqlanmışdır. Bank əməkdaşı ona bildirmişdir ki, limit artırıldıqdan sonra yeni kartına təxminən 2000 manat pul vəsaiti köçürüləcəkdir. O da məhz bu izaha əsasən hesab etmişdir ki, yeni kartda görünəcək məbləğin yalnız 2000 manatı Bank tərəfindən artırılmış kredit limitidir. Kartı zədələndiyi üçün yeni kart verilməsi məsələsi yaranmış, Bank əməkdaşı da zədələnmiş kartda olan və artırılmış limitlə birlikdə onun istifadəsi üçün nəzərdə tutulan 2000 manat vəsaitin yeni karta köçürüləcəyini bildirmişdir. Lakin sonradan yeni kartında 9500 manat pul vəsaitinin olduğunu görmüşdür. O, Bank əməkdaşının əvvəlki izahına etimad etdiyi üçün bu məbləğin 2000 manat hissəsinin Bank tərəfindən artırılmış limit olduğunu, qalan təxminən 7500 manat hissəsinin isə ona borcu olan tanışı tərəfindən borcun qaytarılması məqsədilə kartına köçürüldüyünü düşünmüşdür. O, Bank tərəfindən bu məbləğin tam olaraq kredit borcu kimi ona verildiyi barədə aydın, sadə və şübhəsiz məlumatlandırılmamışdır. Birinci instansiya məhkəməsi bu mühüm halı formal qiymətləndirmişdir. Məhkəmə araşdırmalı idi ki, Bank əməkdaşı ona konkret olaraq nə bildirmişdir, yeni kartın verilməsi zamanı ona 2000 manat vəsait barədə hansı məlumat verilmişdir, 9500 manatın kartda görünməsi Bankın daxili texniki səhv əməliyyatının nəticəsi idimi, həmin məbləğin hansı hissəsi faktiki kredit borcu, hansı hissəsi isə Bankın öz əməliyyat səhvi və ya overdraft, yəni əsassız varlanma xarakterli tələbidir. Bu hallar araşdırılmadan “9500 manatın hamısı kredit borcudur” nəticəsinə gəlmək düzgün deyildir.
19. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatın özü də iddianın əsaslı olduğunu təsdiq edir. Bank nümayəndəsi bildirmişdir ki, ##.##.2025-ci il tarixli yeni kredit xətti müqaviləsinin bağlanmasının məqsədi mövcud kredit xəttinin 8851 manatdan 9500 manata artırılması və əvvəlki müqavilə üzrə mövcud 7550.33 manat qalıq borcun yeni xətt üzrə müvafiq kart hesabına borc kimi köçürülməsi idi. Bank həmçinin bildirmişdir ki, həmin qalıq borc yeni karta köçürülənədək o, 9500 manat məbləğində vəsaiti bankomat vasitəsilə nağdlaşdırmışdır. Göründüyü kimi, Bankın öz mövqeyinə görə də məsələ sadə kredit borcu deyil. Əgər Bankın məqsədi əvvəlki 7550.33 manat qalıq borcu yeni xətt üzrə borc kimi rəsmiləşdirmək idisə, Bank bu məbləği texniki və hüquqi baxımdan düzgün idarə etməli, müştərinin kartında sərbəst vəsait kimi görünməsinə yol verməməli, müştəriyə aydın və birmənalı məlumat verməli idi. Bankın daxili əməliyyatlarının düzgün qurulmaması və ya müştərinin yanlış məlumatlandırılması nəticəsində yaranmış vəziyyət sonradan “mübahisəsiz kredit borcu” kimi notariusun icra qeydi ilə tələb edilə bilməz.
20. Məhkəmə bu halı nəzərə almamışdır. Əksinə, məhkəmə Bankın təqdim etdiyi hesablamanı və izahatı olduğu kimi qəbul etmiş, həmin izahatın özündəki ziddiyyəti hüquqi baxımdan qiymətləndirməmişdir. Halbuki Bankın izahatından aydın görünür ki, 9500 manat vəsaitin tam məbləğinin onun tərəfindən kredit kimi istənilməsi, qəbul edilməsi və məhz kredit müqaviləsi üzrə borc kimi formalaşması mübahisəsiz deyil. Bu məbləğin ən azı 7500 manat hissəsi üzrə hüquqi münasibətin təbiəti ayrıca araşdırılmalı idi.
21. Məhkəmə həmçinin nəzərə almamışdır ki, o, notariat ofisində olmamışdır və borc ödənilmədiyi halda icra qeydinin veriləcəyi barədə ona qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsini təsdiq edən sübutlar iş üzrə dolğun araşdırılmamışdır. İcra qeydinin verilməsi ağır hüquqi nəticələrə səbəb olur və bu səbəbdən borcluya əvvəlcədən bildirişin göndərilməsi, həmin bildirişin ona çatdırılması və borcun həqiqətən mübahisəsiz olması xüsusi qaydada yoxlanılmalıdır.
22. Qətnamədə isə məhkəmə yalnız ümumi formada qeyd etmişdir ki, borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan sənədlər mövcuddur və borc mübahisəsizdir. Lakin məhkəmə hansı sənədlərin borcun məhz mübahisəsiz olduğunu təsdiq etdiyini, həmin sənədlərin 9500 manatın hüquqi təbiəti ilə bağlı yaranmış ziddiyyəti necə aradan qaldırdığını, onun Bank əməkdaşının izahına etimad etməsi ilə bağlı mövqeyinin niyə qəbul edilmədiyini əsaslandırmamışdır.
23. Nəticə etibarilə, məhkəmə işin faktiki hallarını birtərəfli qiymətləndirmiş, Bankın təqdim etdiyi sənədlərin mövcudluğunu borcun mübahisəsizliyi ilə eyniləşdirmişdir. Halbuki sənədin mövcudluğu hələ tələbin mübahisəsiz olması demək deyildir. Bu işdə əsas məsələ Bankın tələb etdiyi məbləğin hansı hüquqi əsasdan yarandığı, həmin məbləğin hamısının kredit müqaviləsindən irəli gəlib-gəlmədiyi və notariusun icra qeydi ilə tutulmasının mümkün olub-olmamasıdır.
24. Məhkəmə onun üzərində 9500 manatın tam məbləği üzrə kredit öhdəliyinin yarandığını qəbul etmiş, lakin həmin öhdəliyin məhz onun aydın və şüurlu iradə ifadəsilə, Bankın düzgün məlumatlandırması əsasında və kredit münasibəti kimi yarandığını müəyyən etməmişdir.
25. Bank 19678.45 manat məbləğin tam şəkildə mübahisəsiz kredit borcu olduğunu sübut etməli olduğu halda, məhkəmə sübutetmə yükünü düzgün bölüşdürməmiş və Bankın hesablamasını kifayət hesab etmişdir.
26. Məhkəmə Bank əməkdaşının ona verdiyi izahı, filialda aparılmış əməliyyatların real məzmununu, 9500 manatın kartda hansı texniki və hüquqi əsasla görünməsini və bildirişin ona çatdırılıb-çatdırılmadığını araşdırmadan qətnamə qəbul etmişdir.
27. Qətnamədə Bankın izahatının yalnız Bankın xeyrinə olan hissəsi əsas götürülmüş, lakin həmin izahatda göstərilən “qalıq borc yeni xətt üzrə karta köçürülənədək 9500 manat nağdlaşdırılmışdır” məzmunlu ziddiyyətli fakt onun xeyrinə qiymətləndirilməmişdir.
28. Məhkəmə xüsusilə 9500 manat məbləğin hüquqi təbiətini, həmin məbləğin hansı hissəsinin real kredit limiti, hansı hissəsinin isə Bankın daxili səhv əməliyyatı və ya əsassız varlanma xarakterli mübahisəli tələb ola biləcəyini müəyyən etməmişdir.
29. Bankın öz izahatından görünür ki, əvvəlki kredit xətti üzrə mövcud qalıq borcun yeni xətt üzrə kart hesabına köçürülməsi nəzərdə tutulmuş, lakin bu əməliyyat başa çatmamış 9500 manat məbləğ kartda istifadəyə açıq olmuşdur. Bu hal Bankın daxili əməliyyatlarının düzgün aparılıb-aparılmadığını, həmin vəsaitin tam həcmdə kredit kimi, yoxsa Bankın texniki və əməliyyat səhvi nəticəsində mənim sərəncamına düşmüş vəsait kimi qiymətləndirilməli olduğunu araşdırmağı tələb edirdi. Məhkəmə bu mühüm fərqi müəyyən etmədən 9500 manat məbləğin tam şəkildə kredit borcu olması qənaətinə gəlmişdir.
30. Əgər Bank hesab edir ki, əvvəlki qalıq borc yeni kart hesabına köçürülməmişdən əvvəl o, 9500 manat məbləği nağdlaşdırmış, bu hal avtomatik olaraq həmin məbləğin notariusun icra qeydi ilə tutulmalı mübahisəsiz kredit borcu olmasına dəlalət etmir. Belə hal, ən yaxşı halda, tərəflər arasında ayrıca sübutetmə tələb edən əsassız varlanma xarakterli mübahisə yarada bilər. Bu cür mübahisəli tələb isə notariat qaydasında icra qeydi ilə deyil, yalnız məhkəmə qaydasında iddia icraatı üzrə araşdırılmalı idi. Məhkəmə bu hüquqi və faktiki fərqi nəzərə almamış, Bankın mübahisəli tələbini kredit borcu kimi qəbul etmişdir.
31. Birinci instansiya məhkəməsi isə Konstitusiya Məhkəməsinin göstərilən hüquqi mövqeyini mahiyyətcə düzgün tətbiq etməmişdir. Məhkəmə icra qeydinin sadələşdirilmiş və yalnız mübahisəsiz tələblərə aid mexanizm olduğunu nəzərə almaq əvəzinə, Bankın təqdim etdiyi sənədlərin mövcudluğunu avtomatik olaraq borcun mübahisəsizliyi kimi qəbul etmişdir. Halbuki Konstitusiya Məhkəməsinin qərarı baxımından borclunun tələbi məhkəmə qaydasında mübahisələndirmək hüququ formal hüquq deyil. Bu hüquq məhkəmənin Bankın tələbini mahiyyətcə araşdırmasını, tələb edilən məbləğin hüquqi təbiətini müəyyən etməsini və icra qeydinin “mübahisəsizlik” şərtinə cavab verib-vermədiyini yoxlamasını tələb edir. Məhkəmə bu vəzifəni yerinə yetirməmişdir.
32. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini, Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin ##.##.2025-ci il tarixli “xxxx” ASC-nin xeyrinə 19678,45 qəpik (on doqquz min altı yüz yetmiş səkkiz manat qırx beş qəpik) kredit borcunun tutulması barədə reyestr 8İ-***** nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv olunması, BRST*******C*** nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, cavabdehlər, həmçinin iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə göndərərək məhkəmə iclasının cavabdeh “xxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
36. Notariat Haqqında Azərbaycan Respublikası Qanununun; 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖENi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 161-ci maddəsinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. 162-ci maddəsinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı 2-ci hissəsində göstərilmişdir ki, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlanmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsaslar yoxdur.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
45. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı İbrahim oğlu ilə cavabdeh “xxxx” ASC arasında ## ####### 2024-cü il tarixli BRST*******C*** nömrəli Birbank Star Kredit Xətti Müqaviləsi bağlanmış və iddiaçıya ilkin olaraq istifadə edilə biləcək 7850 AZN məbləğində kredit xətti açılmışdır. İddiaçı İddiaçı İbrahim oğlu mövcud kredit xətti limitinin artımı üçün banka müraciət etmiş və ##.##.2024-cü il tarixli Birbank Star Kredit xəttinə dair müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilmiş və mövcud kredit xəttinin limiti 7850 AZN-dən artırılaraq kredit xəttinin yeni məbləği 8851 AZN məbləğində müəyyən olunmuşdur. Bundan sonra Bankın Mingəçevir şəhər filialında iddiaçının fiziki iştirakı ilə istifadəsində olan +************ nömrəli mobil nömrəyə ##.##.2025-ci il tarixdə link və OTP kod göndərilərək, OTP kod (“sahib olduğu” element) daxil edilmiş və təsdiqlənmiş, iddiaçı (müştəri) ilə Bank arasında gücləndirilmiş müştəri autentifikasiyasının həyata keçirilməsi yolu ilə filialda ##.##.2025-ci il tarixli, BRST*******C*** nömrəli Birbank Star Kredit Xətti Müqaviləsi bağlanmış və iddiaçıya ilkin olaraq istifadə edilə biləcək 9500 AZN məbləğində kredit xətti açılmışdır. “xxxx” ASC ilə İddiaçı İbrahim oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli BRST*******C*** nömrəli kredit xətti müqaviləsinə əsasən sonuncu götürdüyü borc pul üzrə kredit ödənişlərini vaxtında icra etməmiş, bununla bağlı ona cəmi 19703,45 manat məbləğində borc hesablanmışdır. “xxxx” ASC tərəfindən İddiaçı İbrahim oğlu kredit müqaviləsi əsasında yaranmış borcu qaytarmadığı üçün bildiriş göndərmiş, lakin borc ödənilmədiyi üçün icra qeydinin çıxarılması ilə bağlı Mingəçevir regional "Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Mingəçevir regional "ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli 8İ-***** reyestr nömrəli icra qeydinə əsasən İddiaçı İbrahim oğlundan tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməmiş əsas borc 17240.33 manat, faiz borc 2438.12 manat olmaqla, cəmi 19678,45 manat pulun və ödənilmiş 25 manat dövlət rüsumunun tutulması qərara alınmışdır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
47. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin notariusun icra qeydi yalnız borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlər əsasında aparıla bilməsi, halbuki bu işdə 9500 manat məbləğin onun kartında görünməsi, həmin vəsaitin hansı hüquqi əsasla ona təqdim edilməsi, onun hansı hissəsinin kredit, hansı hissəsinin Bankın öz daxili texniki əməliyyatı və ya overdraft, yəni əsassız varlanma xarakterli tələb olmasının ciddi mübahisəli olması, bu cür mübahisəli tələbin notariusun icra qeydi ilə deyil, yalnız məhkəmə qaydasında ayrıca iddia icraatı üzrə araşdırılmalı olmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, işdə olan “xxxx” ASC ilə İddiaçı İbrahim oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli BRST*******C*** saylı birbank star kredit xətti müqaviləsindən görünür ki, Bank Müştəriyə “Birbank Star” ödəniş kartı (bundan sonra - “Birbank Star” və ya “Kart) verir, həmin Karta bağlı bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti (bundan sonra - kredit xətti) ayırır, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesab(lar) açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tariflərinə əsasən ödəyir. Bu Müqavilədə borclar üzrə müddətlər borcun verildiyi gündən hesablanır.
48. İş materiallarında olan Notariat icra qeydi haqqında ərizədən görünür ki, AZ1010, Bakı şəhəri ünvan 4 Port Baku TOVER 2 ünvanında yerləşən “xxxx” ASC-nin VÖEN:990003611 xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı İbrahim oğlundan BRST*******C*** nömrəli müqaviləyə əsasən ödənilməmiş əsas borc, 17240,33 AZN, faiz borcu 2438,12 AZN, cəmi 19678,45 AZN tutulmalıdır.
49. İşdə olan Notariat icra qeydi haqqında ərizədəb görünür ki, İddiaçı İbrahim oğluna ##.##.2025-ci il tarixdə bildiriş göndərilmişdir.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun notariat ofisində olmaması və borc ödənilmədiyi halda icra qeydinin veriləcəyi barədə ona qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsini təsdiq edən sübutlar iş üzrə dolğun araşdırılmaması, borcun həqiqətən mübahisəsiz olmasının xüsusi qaydada yoxlanılmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Notariat Haqqında Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda borclunun borcunu qaytarıb qaytarmamasını dəqiqləşdirmək məqsədi ilə notariat orqanına dəvət etmək imkanları nəzərdə tutulmamışdır.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin işin faktiki hallarını birtərəfli qiymətləndirməsi, bankın təqdim etdiyi sənədlərin mövcudluğunun borcun mübahisəsizliyi ilə eyniləşdirməsi, sənədin mövcudluğu hələ tələbin mübahisəsiz olması demək olmaması, bankın 19678.45 manat məbləğin tam şəkildə mübahisəsiz kredit borcu olduğunu sübut etməli olduğu halda, məhkəmə sübutetmə yükünü düzgün bölüşdürməməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh İddiaçı İbrahim oğlu tərəfindən “xxxx” ASC-yə borcunun olmaması, eləcədə icra qeydində nəzərdə tutulmuş məbləğdən daha az borcunun olmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
52. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
54. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
55. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
İddiaçı İddiaçı İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.