Məhkəmə qərarları › İş №2(3-10)-72/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-72/2026

26.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-72/2026 26.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyan tələbi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), X3 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 2(039)-2799/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona məxsus avtomobilə dəymiş maddi ziyanının əvəzi kimi 500 (beş yüz) manat məbləğində pulun və çəkdiyi mənəvi iztirablara görə ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 400 (dörd yüz) manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qızı X2 əri olubdur. Kürəkəni qızına qarşı daimi zorakı hərəkətləri etdiyi üçün o, qızını evinə gətirmək üçün xx.xx.2025-ci il tarixdə saat 11 radələrində qızının yaşadığı Yevlax rayonu, Salahlı kəndindəki evə getmişdir. Qızının yaşadığı ünvana gəldikdə Cavabdeh onun üzərinə hücum çəkərək təhqir etmiş və həyətdən qovmuşdur. Bununla kifayətlənməmiş, ona məxsus "VAZ 2106" markalı, ** BD *** qeydiyyat nişanlı avtomobilə qəsdən zərər yetirmişdir. Hadisə ilə bağlı onun tərəfindən DİN-in “102” zəng mərkəzinə müraciət edilmiş, Yevlax rayon polis şöbəsinin əməkdaşı tərəfindən müvafiq izahatlar alınmışdır. Cavabdeh ona məxsus "VAZ 2106" markalı, ** BD *** qeydiyyat nişanlı avtomobilə qəsdən ziyan vurmuşdur. Ziyan nəticəsində avtomobilin şüşələri sındırılmış və qapısına zədə yetirilmişdir. Cavabdehin barəsində olan inzibati işə baxılarkən cavabdeh avtomobilin şüşələrini yerdən götürdüyü daşla sındırdığını və qapısını təpiklə əzdiyini etiraf etmişdir. Vurulmuş ziyanla bağlı Yevlax Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinməsi göstərilmişdir. Bundan başqa cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində o, mənəvi sarsıntı, sıxıntı, qorxu, həyacan və narahatlıq keçirmişdir. Avtomobilinin nasaz vəziyyətə düşməsi nəticəsində hərəkət azadlığı, sərbəstliyi və rahatlığı pozulmuşdur. Hələ də cavabdeh tərəfindən avtomobilinə vurulmuş maddi ziyanın ödənilməməsi onun keçirdiyi narahatlıq və sarsıntının davam etməsini bir daha təsdiq edir. Bu səbəbdən də vurulmuş mənəvi zərərə görə 400 (dörd yüz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsini iddia edir.

3. Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 2(039)-2799/2025 nömrəli qətnaməsi ilə (hakim Aybəniz Babayeva) iddianın qismən təmin edilməsi, dəymiş maddi zərərin əvəzi olaraq 182 (bir yüz səksən iki) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməsi, ödənilməmiş dövlət rüsumunun 6,06 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Yevlax Rayon Məhkəməsinin 3(039)-1477/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində vurulmuş ziyanın bir misli, yəni 182 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. "xxxx" MMC (VÖEN **********) tərəfindən verilmiş xx.xx.2025- ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, İddiaçı məxsus “VAZ 2106” markalı ** BD *** qeydiyyat nişanlı dövlət qeydiyyat nömrəli avtomobilin iki ədəd yan güzgülər, 2 ədəd qabaq yan şüşə, 2 arxa yan şüşələrin qırılması və avtomoblin sağ qabaq qapısı əzilməsi nəticəsində dəymiş ziyan 182 manat dəyərində qiymətləndirilmişdir.

6. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax rayon məhkəməsinin sözügedən qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış əsassız və qanunsuz qətnamə olduğuna görə ləğv edilməklə iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsində Cavabdeh təqsirli və hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya məxsus əmlaka zərər vurulması faktı tam şəkildə müəyyən edildiyi, cavabdehin inzibati qaydada təqsirli bilinməsi və avtomobilə qəsdən zərər yetirdiyini etiraf etməsi məhkəmə tərəfindən də təsdiq olunduğu halda, Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə zidd olaraq vurulmuş maddi zərərin zərərvuran tərəfindən tam həcmdə ödənilməsi prinsipi təmin edilməmiş, məhkəmə yalnız formal qiymətləndirmə rəyinə istinad etməklə real zərərin faktiki həcmini, əmlakın dəyərinin azalmasını və onun istifadədən müvəqqəti məhrum olunması nəticəsində yaranmış mənfi nəticələri nəzərə almamışdır; eyni zamanda, cavabdehin aqressiv və zorakı xarakter daşıyan hərəkətləri nəticəsində iddiaçının psixoloji sarsıntı, narahatlıq və mənəvi iztirablar keçirməsi qətnamədə öz əksini tapsa da, bu hallar düzgün hüquqi qiymətləndirilməyərək mənəvi zərərin pul kompensasiyası barədə tələb əsassız olaraq rədd edilmiş, nəticədə mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin tam ödənilməsi barədə qanunun imperativ tələbi faktiki olaraq tətbiq olunmamışdır.” Məhkəmə tərəfindən Azərbaycan RespublikasıMülki Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə düzgün hüquqi qiymət verilməmiş, belə ki, Cavabdeh qanunsuz və təqsirli hərəkətləri nəticəsində mənə məxsus avtomobilə vurulmuş maddi zərər yalnız formal qiymətləndirmə rəyi ilə məhdudlaşdırılaraq real zərər anlayışının tərkibinə daxil olan faktiki bərpa xərcləri, əmlakın dəyərinin azalması və istifadədən müvəqqəti məhrum olunma halları nəzərə alınmamış, nəticədə zərərin tam və ədalətli şəkildə ödənilməsi təmin edilməmişdir.” Həmin maddi hüquq normalarına əsasən mülki icraatın vəzifələrindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etməkdən ibarətdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(039)-2799/2025 nömrəli qətnaməsi ilə Cavabdeh qanunsuz, təqsirli və hüquqazidd hərəkətləri nəticəsində mənə məxsus avtomobilə maddi zərər vurulması faktımüəyyən edildiyi və həmin hərəkətlərin hüquqa ziddliyi məhkəmə tərəfindən də təsdiq olunduğu halda, Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1.2-ci maddəsində təsbit olunmuş ədalət, ağlabatanlıq və vicdanlılıq prinsiplərinə əməl edilməyərək avtomobilə dəymiş real maddi zərərin faktiki həcmi nəzərə alınmadan yalnız formal qiymətləndirmə rəyi əsasında 182 manat məbləğində müəyyən edilməsi, habelə cavabdehin zorakı hərəkətləri nəticəsində yaşadığım psixoloji sarsıntı, narahatlıq və mənəvi iztirabların mövcudluğu obyektiv şəkildə formalaşdığı halda bu hallara hüquqi qiymət verilmədən mənəvi zərərə görə tələb etdiyim 400 manat pul kompensasiyasının əsassız olaraq rədd edilməsi mülki hüququn fundamental prinsiplərinin pozulması ilə nəticələnmişdir.” Yevlax Rayon Məhkəməsinin qətnaməsi çıxarılarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri pozulmuşdur, çünki məhkəmə iş üzrə təqdim edilmiş sübutları onların məcmusu və qarşılıqlı əlaqəsi şəklində deyil, ayrı-ayrılıqda və birtərəfli qaydada qiymətləndirmiş, Cavabdeh avtomobilə qəsdən zərər yetirməsi faktını etiraf etməsi, inzibati icraat çərçivəsində təqsirli bilinməsi, hadisənin zorakı xarakter daşıması, eləcə də iddiaçının əmlakına real və faktiki zərər vurulması kimi mühüm halları nəzərə almadan yalnız "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyini həlledici sübut kimi qəbul etmiş, bununla da sübutların hərtərəfli, obyektiv və tam araşdırılması prinsipi təmin edilməmiş, nəticədə iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsinə mane olunmuş, həmçinin məhkəmədə iddiaçıya dəymiş maddi və mənəvi ziyanın həcmi ilə bağlı şübhələr mövcud idisə, məhkəmə prosessual hüquq və vəzifələrindən irəli gələrək müvafiq əmtəəşünaslıq və psixoloji (və ya tibbi) ekspertizaların təyin edilməsini təmin etməli idi ki, bu da zərərin real həcminin və hüquqi nəticələrin daha dəqiq müəyyən olunmasına imkan verərdi.”

8. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 2(039)- 2799/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 2(039)-2799/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2025ci il tarixli, 2(039)-2799/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

17. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

18. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

19. İddiaçı Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 2(039)-2799/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

24. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 2(039)- 2799/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 2(039)-2799/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar