Məhkəmə qərarları › İş №2(3-10)-74/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-74/2026

08.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-74/2026 08.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızına qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: mirasda məcburi payın həcminin müəyyənləşdirilməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Vüqar Ələkbər oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, Iddiaçı iddiaçı1, Cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızının, Cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızının nümayəndəsi və vəkili X3 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 iştirakları ilə, Iddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızına qarşı “miras payın dəyərinin ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. X4 birinci arvadı olmuş X9 ilə birgə nikahından ##.##.1991-ci il tarixdə X7, ##.##.1994-cü il tarixdə iddiaçı2, ##.##.1997-ci il tarixdə iddiaçı3 doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2004-cü il tarixli qətnaməsi ilə X12 Abdullayevanın nikahları pozulmuşdur.

2. X4 ikinci dəfə Allahverdiyeva Mehriban Əsgər qızı ilə ##.##.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş, onların birgə nikahlarından ##.##.2005-ci il tarixdə X20, ##.##.2012-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, ##.##.2015-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur.

3. X4 ##.##.2021-ci il tarixdə vəfat etmişdir.

4. Xanbaba Abdullayevdən mülkiyyət hüququ kimi onun adına ##.##.2012-ci il tarixdə qeydə alınmış ünvan 1 ünvanında yerləşən mənzil, ##.##.2015-ci il tarixdə qeydə alınmış Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi və ##.##.2018-ci il tarixdə qeydə alınmış LF 7132E-330 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018 olan, göy-metallik rəngli avtoxxxx miras qalmışdır.

5. X13 ölümündən 16 gün əvvəl, ##.##.2021-ci il tarixdə onun adına mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsini, ##.##.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Allahverdiyeva Mehriban Əsgər qızına bağışlamışdır.

6. Xanbaba Abdullayevin ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı Mehriban Allahverdiyeva və 6 nəfər uşağı: iddiaçı1, iddiaçı3, iddiaçı2, Nurlana Allahverdiyeva, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Aqşin Abdullayev daxil olmuşlar.

7. Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qətnaməsi ilə X15 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzilə, Mingəçevir şəhəri, 9cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə, LF 7132E-330 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy-metallik rəngli avtoxxxxə münasibətdə iddiaçı Mehriban Allahverdiyeva, Nurlana Allahverdiyeva, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Aqşin Abdullayev iddiaçı3, iddiaçı1, iddiaçı2 mərhum Xanbaba Abdullayevin birinci növbəli qanun üzrə vərəsələri tanınması, X15 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzildən, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən, LF 7132E-330 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy-metallik rəngli avtoxxxxdən Mehriban Allahverdiyevanın, Nurlana Allahverdiyevanın, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Aqşin Abdullayevin, iddiaçı3, iddiaçı1, iddiaçı2, hər birinin paylarının 1/7 hissədə müəyyən edilməsi, mərhum Xanbaba Abdullayevin məcburi pay almaq hüququ olan qanun üzrə birinci növbəli vərəsələri, Nurlana Allahverdiyevanın, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Aqşin Abdullayevin, iddiaçı3, iddiaçı1, iddiaçı2 mərhum Xanbaba Abdullayev tərəfindən ##.##.2021-ci il tarixdə Mehriban Allahverdiyevaya bağışlanmış ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi hesabına 6/14 hissədə məcburi paylarının tamamlanması, mərhum Xanbaba Abdullayev tərəfindən Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair ##.##.2021-ci il tarixli *Ə-**** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin məcburi payın tamamlanan 6/14 hissəsində qismən etibarsız hesab edilməsi və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2021-ci il tarixdə 20210112264 nömrə ilə qeydiyyata alınmış ************* nömrəli reyestr qeydinin birinci növbəli vərəsələrin məcburi miras paylarının tamamlanan 6/14 hissəsində qismən ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin X15 miras qalmış 1/2 hissəsindən Mehriban Allahverdiyevanın məcburi payı və bağışlanma müqaviləsi üzrə 1/2 hissədə payı nəzərə alınmaqla, cəmi payının 8/14 hissədə, Nurlana Allahverdiyevanın, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Aqşin Abdullayevin, iddiaçı3, iddiaçı1, iddiaçı2 hər birinin miras paylarının 1/14 hissədə müəyyən edilməsi qət olunmuşdur.

8. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ### 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Mehriban Allahverdiyeva tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- ****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qətnaməsi “mərhum X4 tərəfindən Mingəçevir Regional “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə dair ##.##.2021-ci il tarixli *Ə-**** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin məcburi payın tamamlanan 6/14 hissəsində qismən etibarsız hesab edilməsi və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2021-ci il tarixdə 20210112264 nömrə ilə qeydiyyata alınmış ************* nömrəli reyestr qeydinin birinci növbəli vərəsələrin məcburi miras paylarının tamamlanan 6/14 hissəsində qismən ləğv edilməsi” hissəsində ləğv edilməsi, həmin hissənin qətnamədən xaric edilməsi, ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən Mehriban Allahverdiyevanın payı olaraq müəyyən edilmiş 8/14 hissəyə “yəni 14.286 manat” ifadəsi, Nurlana Allahverdiyevanın, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Aqşin Abdullayevin, iddiaçı3, iddiaçı1, iddiaçı2 hər birinin miras payları olaraq müəyyən edilmiş 1/14 hissəyə “yəni 1.786 manat” ifadəsi əlavə edilməklə qətnamənin həmin hissədə dəyişdirilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- ****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ### 2023-cü il tarixli qətnaməsi “ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən Mehriban Allahverdiyevanın payı olaraq müəyyən edilmiş 8/14 hissəyə “yəni 14.286 manat” ifadəsi, Nurlana Allahverdiyevanın, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Aqşin Abdullayevin, iddiaçı3, iddiaçı1, iddiaçı2 hər birinin miras payları olaraq müəyyən edilmiş 1/14 hissəyə “yəni 1.786 manat” ifadəsinin əlavə edilməklə qətnamənin dəyişdirilməsi” hissəsində, “Mərhum X4 məcburi pay almaq hüququ olan qanun üzrə birinci növbəli vərəsələri, Nurlana Allahverdiyevanın, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Aqşin Abdullayevin, iddiaçı3, iddiaçı1, iddiaçı2 mərhum Xanbaba Abdullayev tərəfindən ##.##.2021-ci il tarixdə Mehriban Allahverdiyevaya bağışlanmış ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi hesabına 6/14 hissədə məcburi paylarının tamamlanması” və “ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin X15 miras qalmış 1/2 hissəsindən Mehriban Allahverdiyevanın məcburi payı və bağışlanma müqaviləsi üzrə 1/2 hissədə payı nəzərə alınmaqla, cəmi payı 8/14 hissədə, Nurlana Allahverdiyevanın, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Aqşin Abdullayevin, iddiaçı3, iddiaçı1, iddiaçı2 hər birinin miras paylarının 1/14 hissədə müəyyən edilməsi” hissələrində ləğv edilməsi, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Iddiaçılara ##.##.2021-ci il tarixdə vəfat etmiş Xanbaba Abdullayevin vərəsəsi kimi Şəki Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, # ### 2023-cü il tarixli icra vərəqəsinə (qətnaməsinə) əsasən, miras əmlakdan - ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi Idarəsi tərəfindən ##.##.2012-ci il tarixdə Xanbaba Abdullayevə verilmiş 902011000596- 05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, ev 21 ünvanında yerləşən ümumi sahəsi 74,35 kv.m. olan ** saylı mənzildən hər birinin 1/7 hissədə pay almalı olması barədə ## ### 2024-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamələr verilmişdir. Şəhadətnamələrdə qeyd edilmişdir ki, real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş ##.##.2024-cü il tarixli qeydiyyat nömrəsi 2424051143UM33704 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Qeyd: Digər vərəsələr Mehriban Abdullayevaya, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Aqşin Abdullayevə və Nurlana Abdullayevaya düşən 1/7 hissə paylara gələcəkdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. 11.“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Mehriban Allahverdiyevaya ünvanlanmış ##.##.2023-cü il tarixli rəyindən görünür ki, işlək vəziyyətdə, 2018-ci ilin istehsalı olan, motor gücü 1,3, göy-metallik, Ban nömrəsi LLV1C2A13J0380693, sedan LF 7132E-330 minik markalı minik avtoxxxxinin hal-hazırda bazar satış qiyməti 3.500 manat dəyərindədir. ünvan 1 ünvanında yerləşən, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 2 otaqlı, ümumi sahəsi 32,22 kv.m. mənzilin orta bazar satış dəyəri 38.000 manat qiymətləndirilir. - Mingəçevir şəhəri, QRES qəsəbəsi, 9-cu Natəvan döngəsi, 22-də olan 0,04 sot torpaq sahəsinin yerindən asılı olaraq 1 sotunun qiyməti 700 manat olmaqla, 4 sot torpağın bazar satış qiyməti 2.800 manat dəyərindədir. - ünvan 2 ünvanda yerləşən 10 sot torpaq sahəsinin yerindən asılı olaraq 1 sotun qiyməti 2.500 manat olmaqla, 10 sot torpağın bazar satış qiyməti 25.000 manat dəyərindədir.

12. Daşınmaz əmlakın alğı-satqısı haqqında ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, Mehriban Allahverdiyeva ##.##.2021-ci il tarixdə onun adına mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsini X10 10.000 manata satmışdır. Hazırda qeyd olunan mənzil ##.##.2024-cü il tarixli çıxarışa əsasən X10 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

13. Iddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) nümayəndəsi və vəkili X2 cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızına (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mərhum Xanbaba Abdullayev tərəfindən Mehriban Allahverdiyevaya bağışlanmış ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi hesabına məcburi miras paylarının tamamlanaraq hər birinə 3.000 (üç min) manat pulun Mehriban Allahverdiyevadan alınıb iddiaçılara ödənilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan istifadə etmələrinə cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması, vəkil xidməti üçün hər biri tərəfindən ödənilmiş 300 manat, cəmi 900 manatın və 216 manat dövlət rüsumunun alınıb iddiaçılara qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

14. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Iddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçılar ## ####### 2021-ci il tarixdə vəfat etmiş X4 mirası qəbul etmiş vərəsələridirlər. Belə ki, Xanbaba Abdullayevin birinci arvadı olmuş X9 ilə birgə nikahından ##.##.1991-ci il tarixdə Cahan Abdullayeva, ##.##.1994-cü il tarixdə iddiaçı2, ##.##.1997-ci il tarixdə iddiaçı3 doğulmuşdur. Xanbaba Abdullayev cavabdeh Mehriban Allahverdiyeva ilə ##.##.2006-cı il tarixdə nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından ##.##.2005-ci il tarixdə Nurlana Allahverdiyeva, ##.##.2012-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, ##.##.2015-ci il tarixdə Aqşin Abdullayev adlı uşaqları doğulmuşdur. Mehriban Allahverdiyeva ilə birgə evlilikdən doğulan uşaqlar yetkinlik yaşına çatmadıqlarından onların qanuni nümayəndəsi Mehriban Allahverdiyevadır. X15 ünvan 1 ünvanında yerləşən mənzil, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi, LF 7132E-330 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy-metallik rəngli avtoxxxx miras qalmışdır. X13 ölümündən 16 gün əvvəl, ##.##.2021-ci il tarixdə Mehriban Allahverdiyevaya bağışlanmış ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi olmuşdur. # ###### 2024-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən X15 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzilə, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə, LF 7132E-330 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy-metallik rəngli avtoxxxxə münasibətdə iddiaçı Mehriban Allahverdiyeva, Nurlana Allahverdiyeva, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Aqşin Abdullayev iddiaçı3, iddiaçı1, iddiaçı2 mərhum Xanbaba Abdullayevin birinci növbəli qanun üzrə vərəsələri tanınması, X15 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzildən, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən, LF 7132E-330 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy-metallik rəngli avtoxxxxdən Mehriban Allahverdiyevanın, Nurlana Allahverdiyevanın, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Aqşin Abdullayevin, iddiaçı3, iddiaçı1, iddiaçı2, hər birinin payları 1/7 hissədə müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Iddiaçılar ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin X15 miras qalmış 1/2 hissəsindən Mehriban Allahverdiyevanın məcburi payı və bağışlama müqaviləsi üzrə 1/2 hissədə, cəmi paylarının 8/14 hissədə olmasının nəzərə alınması ilə, iddiaçı3, iddiaçı1, iddiaçı2 hər birinin mirasdan məcburi paylarının tamamlanması məqsədilə 1/14 hissədə müəyyən edilməsi, həmin payın dəyərinin iddiaçılara ödənilməsini istəyirlər. Icra vərəqəsi üzrə Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə, LF 7132E-330 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göymetallik rəngli avtoxxxxə münasibətdə iddiaçıların hər birinin 1/7 hissədə miras payları müəyyən edilmişdir. Cavabdeh həmin icra vərəqəsi üzrə sənədləri təqdim etmədiyindən hazırkı müddətə qədər vərəsəlik şəhadətnaməsini ala bilmirlər. Bundan əlavə 0,1 ha torpaq sahəsindən iddiaçıların 1/14 hissə paları və 0,04 ha torpaq sahəsindən 1/7 hisssə payları həmin torpaqdan təyinatı üzrə istifadəni hər tərəf üçün əlverişsiz edir. Eyni zamanda minik avtoxxxxindən iddiaçıların payı müəyyən edilsədə, daşınar əşyanın bir neçə nəfərin adına qeydə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, Xanbaba Abdullayevdən miras qalmış əmlaklar yalnız bunlar olmamışdır. Belə ki, həm də mərhumdan bir çox daşınar əşyalar qalmışdır ki, onlar faktiki Mehriban Allahverdiyevanın istifadəsində olduğundan, sonuncu isə iddiaçıları bölgüyə təqdim etmədiyindən, miras kütləsinə daxil edilməmişdir. Bu səbəbdən hesab edirlər ki, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə, LF 7132E-330 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy-metallik rəngli avtoxxxxə münasibətdə iddiaçıların hər birinin 1/7 hissədə miras payları və ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin X15 miras qalmış 1/2 hissəsindən Mehriban Allahverdiyevanın məcburi payı və bağışlama müqaviləsi üzrə 1/2 hissədə, cəmi paylarının 8/14 hissədə olmasının nəzərə alınması ilə, iddiaçıların hər birinin mirasdan məcburi paylarının tamamlanaraq 1/14 hissədə miras paylarının dəyərinin əvəzi olaraq hər birinə 3.000 manat pul verilməklə həmin əmlaklardakı paylarına xitam verilməsinə dair mirasın bölünməsi həyata keçirilə bilər.

15. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh izahat verərək göstərmişdir ki, artıq bir dəfə hazırkı iş üzrə tərəflər arasında qanun üzrə vərəsələrin miras payının müəyyən olunmasına dair iddiası olmuş və həmin iddia tələbi əsasında məhkəmənin qanuni qüvvəsini almış qərarı mövcuddur. Belə olan halda iddia tələbinin 1-ci hissəsi üzrə işin icraatına xitam verilməlidir. Bundan başqa, iddia tələbinin digər hissələri ilə də razı deyildir. Çünki artıq bir dəfə bu işə baxılmış və miras əmlakdan tərəflərin payları müəyyən edilmişdir. Digər tərəfdən isə iddiaçılar miras paylarına dair vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında da hüquqların dövlət reyestrindən çıxarış almamışlar. Bundan sonra onlar mənzil sahəsindən istifadə ilə bağlı maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edə bilər. Iddiaçılar ümumiyyətlə mübahisəli mənzilə gəlib istifadə etməmişlər. Heç kim onlara həmin yaşayış sahəsindən istifadələrinə maneçilik yaratmamışdır. Belə olan halda onların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmələri əsassızdır. Bundan başqa iddiaçılar vəkil xidməti və ödənilmiş dövlət rüsumunu tələb etsələr də, iddia tələbi əsassız olduğu üçün, həmin hissələr də təmin edilə bilməz. Cavabdeh sonda iddianın 1-ci hissəsi üzrə icraata xitam verilməsini və iddia tələbinin qalan hissəsinin rədd edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, # ####### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia qismən təmin edilmiş, mərhum Xanbaba Abdullayev tərəfindən Mehriban Allahverdiyevaya bağışlanmış ünvan 3 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi hesabına iddiaçıların məcburi miras paylarının hər birinə 1.786 manat məbləğində müəyyən edilməklə tamamlanması, cavabdehdən cəmi 5.358 manat məbləğində pulun alınıb, hər birinə 1.786 manat olmaqla, iddiaçılara verilməsi, iddiaçıların ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan istifadə etmələrinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehdən iddiaçıların hər biri tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş 300 manat, cəmi 900 manat məbləğində məhkəmə xərcinin alınıb iddiaçılara verilməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməsi, ödənilmiş dövlət rüsumunun 73,58 manat məbləğində hissəsinin cavabdehdən alınıb iddiaçılara verilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məcburi payın həcmi ilə bu həcmin müəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcmi Mülki Məcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Məcəllənin 1195ci maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195-ci maddədə açıqlanmışdır. Bunun üçün meyar vəsiyyət (hədiyyə) edilən hər bir (ayrıca) əmlak deyil, bütün mirasdır. Başqa sözlə, məcburi payın pozulub-pozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı-ayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas alınmalıdır. Bu baxımdan Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən pay nisbəti mirasla (məcburi payla) bağlı ixtilafların həlli üçün kifayət deyil. Həmin norma ilə yanaşı Məcəllənin 1151.1, 1195, 1196 və 1200-cü maddələri birlikdə nəzərə alınmalıdır.

18. Məhkəmə ##.##.2023-cü il tarixli “xxxx” MMC-nin rəyində göstərilmiş qiymətləri sübut kimi qəbul etmiş və qeyd etmişdir ki, mərhum Xanbaba Abdullayev tərəfindən ##.##.2021-ci il tarixdə Mehriban Allahverdiyevaya bağışlanmış ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinin qiyməti 25.000 manat olduğundan, Nurlana Allahverdiyevanın, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Aqşin Abdullayevin, iddiaçı3, iddiaçı1, iddiaçı2 həmin torpaq sahəsindən hər birinin payı 1/14 hissədə müəyyən edildiyindən, həmin şəxslərin həmin torpaq sahəsindən payının dəyəri 1.786 (25.000/14≈1.786) manat müəyyən edilir.

19. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan iddiaçıların istifadə etmələrinə cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması hissəsində əsaslıdır. Belə ki, iddiaçılara həmin əmlak üzrə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.

20. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının məhkəməyə müraciət etmək üçün vəkilə xidmət haqqı kimi ödədiyi 900 manat qonorar məhkəmə xərcləri hesab edilməli və cavabdehdən alınıb iddiaçıya verilməlidir. Həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və cavabdehdən dövlət rüsumun 73,58 manat hissəsi alınıb iddiaçılara verilməlidir.

21. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 1134.1, 1145, 1146, 1151.1, 1151.2, 1159.1.1, 1195, 1196, 1200, 1255-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair ## ##### 2014- cü il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ###### 2021-ci il tarixli qərarlarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 107, 108.1.1, 115.0.6, 119.1, 121.1, 217.2, 218.1-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

22. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızı və iddiaçıların nümayəndəsi və vəkili X2 tərəfindən аpellyаsiyа şikаyətləri verilmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

23. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Əyyub Kərimov və Zülfüqar Sadiqov) cavabdeh və iddiaçıların nümayəndəsi və vəkili Ruhiyə Kərimli tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, iş üzrə 300 manat qiymətləndirmə xərcinin iddiaçılardan tutularaq müstəqil qiymətləndirici “xxxx” MMC Qiymətləndirmə Şirkətinin hesabına ödənilməsi qət edilmişdir.

24. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsindən cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızı (vəkil X3) tərəfindən kassasiya şikayəti verilmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi “mərhum X4 tərəfindən Allahverdiyeva Mehriban Əsgər qızına bağışlanmış ünvan 3 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi hesabına iddiaçılar iddiaçı3, iddiaçı1, iddiaçı2 məcburi miras paylarının hər birinə 1.786 manat məbləğində müəyyən edilməklə tamamlanması, cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızıdan cəmi 5.358 (beş min üç yüz əlli səkkiz) manat məbləğində pulun alınıb, hər birinə 1.786 (bir min yeddi yüz səksən altı) manat olmaqla, iddiaçılar iddiaçı3, iddiaçı1 və iddiaçı2 verilməsi” hissəsində ləğv edilməsi və işə yenidən baxılması üçün işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025ci il tarixli, *(***)-****/**** nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr miras qoyan Xanbaba Abdullayev tərəfindən vərəsə Mehriban Allahverdiyevaya bağışlanmış 0,10 ha torpaq sahəsindən iddiaçıların hər birinin payını 1/14 hissədə müəyyən edərək, həmin şəxslərin qeyd olunan torpaq sahəsindən payının dəyərini 1.786 (25.000/14≈1.786) manat müəyyən etmiş, bununla da mübahisəli torpağa dair vərəsələrin tam həcmdə məcburi paylarını tanımışdır. Məcburi payın həcmi isə bütün mirasdan deyil, yalnız Mehriban Allahverdiyevaya bağışlanmış 0,10 ha torpaq sahəsinə münasibətdə müəyyənləşdirilmişdir.

27. Məhkəmə kollegiyası ilk olaraq cavabdeh tərəfindən olan maneənin aradan qaldırılması hissəsinə münasibətdə iddianın təmin edilməsinə qiymət verərək qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi ilə razılaşarkən, iddiaçılara qeyd edilən əmlakla bağlı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsinə əsaslanmışdır. Cavabdeh kassasiya şikayətində qətnaməni iddia tələbinin iddiaçılara cavabdeh tərəfindən olan maneənin aradan qaldırılması hissəsində təmin edilməsinə münasibətdə də mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə qarşı bu hissədə apellyasiya şikayətində qeyd olunanlardan fərqli konkret dəlillər irəli sürmədiyindən, habelə apellyasiya məhkəməsi tərəfindən həmin hissədə maddi və prosessual hüquq normalarının pozulmasının nədə ifadə olunduğunu əsaslandıra bilmədiyinə görə, kassasiya instansiyası məhkəməsi qətnaməni qeyd olunan hissədə qanuni, cavabdehin kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir.

28. Bununla belə kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsinin məcburi payın həcminin bütün mirasdan deyil, yalnız Mehriban Allahverdiyevaya bağışlanmış 0,10 ha torpaq sahəsinə münasibətdə müəyyənləşdirilməsi ilə bağlı mövqeyi ilə razılaşmamışdır.

29. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab etmişdir ki, məcburi payın həcminin yuxarıda göstərilən qaydada müəyyənləşdirilməsi maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun olmamışdır.

30. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

31. Məhkəmə kollegiyası əvvəlcə bu normada nəzərdə tutulan məcburi payın mahiyyətinə və məqsədinə, daha sonra isə onun həcminin müəyyənləşdirilməsi qaydasına nəzər salmağı vacib hesab edir.

32. Belə ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır (Mülki Məcəllənin 1200-cü maddəsi).

33. Həmçinin qeyd olunmalıdır ki, sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir (Mülki Məcəllənin 152.1, 152.4, 152.5-ci maddələri).

34. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər (Mülki Məcəllənin 152.5ci maddəsi).

35. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktiv, yəni məcburi paydır. Başqa sözlə, miras qoyanın öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır. Beləliklə, şəxs arzu etsə də ölümündən sonra qanunun müəyyənləşdirdiyi yaxınlarına çatmalı olan miras dəyərlərini başqa şəxslərə verə və ya qanunun nəzərdə tutduğundan fərqli nisbətlərdə paylaşdıra bilməz.

36. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir.

37. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulanmışdır ki, “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır”.

38. Bununla belə diqqətdən qaçırılmamalıdır ki, miras qoyanın vərəsələri üçün qanunda nəzərdə tutulan qoruma (məcburi pay hüququ) əhatə baxımından məhduddur. Belə ki, qanun üzrə vərəsələrin hamısı deyil, yalnız çox yaxın sayılan bəzi şəxslər (uşaqlar, valideynlər və arvad-ər) bu hüquqa malikdirlər. Onların da bütün vərəsəlik payı deyil, qanunla müəyyən edilmiş bir hissəsi qorunur. Bu hissə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısıdır (Mülki Məcəllənin 1193-cü maddəsi).

39. Başqa sözlə, qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəstdir. Belə ki, o, öz vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi (Mülki Məcəllənin 1176.1-ci maddəsi), əmlakını da istədiyi şəxsə verə bilər (Mülki Məcəllənin 152.4, 1166-cı maddələri). Istisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır (məcburi pay almaq hüququndan məhrumetmə isə ləyaqətsiz vərəsə ilə bağlı ümumiyyətlə vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda, özü də miras qoyanın sağlığında məhkəməyə müraciət edilməklə mümkündür (Mülki Məcəllənin 1203.1, 1203.2-ci maddələri).

40. Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanan) hər əmlakdan vərəsələrə məcburi pay vermək bu institutun mahiyyətinə və məqsədinə uyğun gəlmir.

41. Ona görə də, məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər.

42. Məhkəmə təcrübəsində əksər hallarda məcburi payın pozulub-pozulmadığı aydınlaşdırılmadan vəsiyyət edilən (bağışlanan) hər predmetdən vərəsələrə pay tanınır. Halbuki, qanunda bu məzmunda bir norma mövcud deyil.

43. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, məcburi payın həcmi ilə, bu həcmin müəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcmi Mülki Məcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı.

44. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Məcəllənin 1195-ci maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

45. Göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195-ci maddədə açıqlanmışdır. Bunun üçün meyar vəsiyyət (hədiyyə) edilən hər bir (ayrıca) əmlak deyil, bütün mirasdır. Başqa sözlə, məcburi payın pozulub-pozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı-ayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas alınmalıdır.

46. Bu baxımdan Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən pay nisbəti mirasla (məcburi payla) bağlı ixtilafların həlli üçün kifayət deyil. Həmin norma ilə yanaşı Məcəllənin 1151.1, 1195, 1196 və 1200-cü maddələri birlikdə nəzərə alınmalıdır.

47. Ona görə də, məcburi paya dair mübahisəyə baxan məhkəmələr əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edibetməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur.

48. Əgər məcburi paya müdaxilə aşkar edilirsə hüququ pozulan vərəsənin vəsiyyət (hədiyyə) edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır. Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci maddələrində açıqca göstərilmişdir. Həmin normalara görə, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər.

49. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edilən qərarında məcburi payın həcminin müəyyənləşdirilməsi və çatışmayan payın tamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: “Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur... Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.”

50. Əgər vərəsə mirasdan qanun üzrə vərəsəliklə almalı olduğunun yarısından artıq dəyərdə əmlak qazanmışsa, bu o deməkdir ki, onun məcburi payı pozulmamışdır. Vərəsə mirasda məcburi pay hüququ əsasında almalı olduğu minimum aktivi əldə etmişsə, miras qoyanın bu aktivin xaricində qalan əmlakına verdiyi sərəncam vərəsənin mənafeyinə xələl gətirmiş sayılmır. Belə olan halda miras qoyanın sərbəst şəkildə vəsiyyət etmək və ya bağışlamaq imkanı olan əmlakdan həmin vərəsəyə pay verilməsinin əxlaqi səbəbi və qanuni əsası olmur. Buna məhəl qoyulmadan vəsiyyət edilən (bağışlanan) əmlaka “məcburi pay” adı altında vərəsənin hüququnun tanınması bu münasibətləri tənzimləyən normaların məqsədlərinə zidd olmaqla yanaşı, ədalətsiz vəziyyətin yaranmasına da səbəb olur. Məsələn, qanun üzrə iki vərəsə olan və 1.000.000 manat dəyərindəki mirasda 20.000 manatlıq avtoxxxx kənar bir şəxsə vəsiyyət edilmişsə, vərəsələr məcburi payları olan 250.000 manatdan artıq (490.000 manat) dəyərdə əmlak aldıqları halda, onların həmin avtoxxxxə də şərik olmaları ədalətli olmadığı kimi, miras qoyanın son iradəsinə də ziddir.

51. Beləliklə, vərəsəyə məcburi pay verilməsi, bütün mirasdan qanun üzrə vərəsəliklə onlara çatası dəyərin yarısından az əmlak qaldıqda mümkündür.

52. Əks yanaşma miras qoyanın öz əmlakı barəsində sərbəst sərəncam vermək hüququnun əsasız məhdudlaşdırılmasına, vərəsənin miras qoyanın iradəsinə və qanuna zidd şəkildə varlanmasına, bununla məcburi pay institutunun məqsədinin aşılmasına, nəticə etibarilə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət və vərəsəlik (vəsiyyət etmə və vərəsə olma) hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur (Konstitusiyanın 13, 29-cu maddələri).

53. O da nəzərə alınmalıdır ki, məcburi pay, vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki, vəsiyyət edilən (bağışlanan) əmlak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə (bağışlama ilə) əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur. Konstitusiya Məhkəməsi də istinad olunan qərarında mirasda məcburi pay hüququnu birinci növbə vərəsələrin hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüquq kimi qiymətləndirmişdir.

54. Ona görə də vərəsəlik mübahisəsinə baxan məhkəmə, vəsiyyətnamə qoyulmuş (hədiyyə edilmiş) əmlaka öz hüququnu irəli sürən vərəsənin dəlillərini yoxlamaqla, onun məcburi payının pozulub-pozulmadığını aydınlaşdırmalı və nəticəsindən asılı olaraq iddia tələblərini həll etməlidir.

55. Hazırkı işdə isə miras qoyan Xanbaba Abdullayevun cavabdehə bağışladığı ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə iddiaçıların payı müəyyən edilərkən yuxarıda şərh olunan qaydalara riayət edilməmişdir. Belə olan halda, payların apellyasiya məhkəməsinin qətnaməsində əks olunan şəkildə müəyyən edilməsi (cavabdehə bağışlanmış əmlakdan tam həcmdə məcburi pay verilməsi) mülki qanunvericiliyə uyğun hesab edilə bilməz.

56. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “mərhum Xanbaba Abdullayev tərəfindən cavabdehə bağışlanmış ünvan 3 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi hesabına iddiaçıların məcburi miras paylarının hər birinə 1.786 manat məbləğində müəyyən edilməklə tamamlanması, cavabdehdən cəmi 5.358 manat məbləğində pulun alınıb, hər birinə 1.786 manat olmaqla, iddiaçılara verilməsi” hissəsində ləğv edilməli və mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Qeyd olunan hissədə işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilənlərə uyğun olaraq hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün, Xanbaba Abdullayevdən qalan miras kütləsi (bağışlanmış əmlak da daxil olmaqla bütün aktiv və passiv), habelə qanun üzrə bütün vərəsələr işdə iştirak etməyə cəlb olunmalı, pay bölgüsündə iştirak edən vərəsələrin dairəsi, bunlara müvafiq olaraq iddiaçıların miras kütləsindəki müəyyən edilmiş ümumi paylarının həcmi ilə yanaşı, bağışlanması ilə əlaqədar olaraq miras kütləsindən xaricində qalan əmlakdan onların qanun üzrə vərəsəlik qaydasında əldə etməli olduqları məcburi paylarının həcmi işdə iştirak edən şəxslərlə müzakirə edilməklə və işdə olan sübutlarla birlikdə qiymətləndirilməklə aydınlaşdırılmalı, bundan asılı olaraq iddiaçıların məcburi paylarının pozulub-pozulmadığı, əgər pozulmuşsa hansı həcmdə (tam yoxsa qismən) pozulduğu təsbit olunmalı, buna müvafiq olaraq həmin payın tamamlanması ilə bağlı iddia tələbi həll edilməlidir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

58. Cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsini əsassız və qanunsuz hesab edir. Məhkəmə iddia tələbinin 1-ci hissəsi üzrə işin icraatına xitam verilməli olduğu halda, qanunvericiliyin tələblərinə riayət etmədən qeyri-qanuni qətnamə qəbul etmişdir. Bundan başqa iddiaçılar miras paylarına dair hüquqların dövlət reyestrindən çıxarış almamışlar. Bundan sonra onlar mənzil sahəsindən istifadə ilə bağlı maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Həmçinin iddiaçılar ümumiyyətlə mübahisəli mənzilə gəlib istifadə etməmişlər. Heç kim onlara həmin yaşayış sahəsindən istifadələrinə maneçilik yaratmamışdır. Belə olan halda onların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmələri əsassızdır. Bundan başqa iddiaçılar vəkil xidməti və ödənilmiş dövlət rüsumunu tələb etsələr də, iddia tələbi əsassız olduğu üçün, həmin hissələr də təmin edilə bilməzdi. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi artıq yekunlaşmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəsini almış qərarını nəzərə almadan yenidən işə baxaraq məcburi miras payının tamamlanmasına dair qətnamə qəbul etmişdir.

59. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin 1-ci hissəsi üzrə icraata xitam verilməsi və iddia tələbinin qalan hissələrdə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

60. Apellyasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

61. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin olunmasını, Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin 1-ci hissəsi üzrə icraata xitam verilməsi və iddia tələbinin qalan hissələrdə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

62. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızının nümayəndəsi və vəkili X3 iddiaçıların vərəsəlik üzrə onlara çatmalı olan payı tam şəkildə aldıqlarını, lakin işə baxan birinci instansiya məhkəməsi bu halı nəzərə almadığını bildirmişdir. Həmçinin, verdikləri apellyasiya şikayətinin təmin olunmasını, Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin 1-ci hissəsi üzrə icraata xitam verilməsi və iddia tələbinin qalan hissələrdə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

63. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

64. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı iddiaçı1 nümayəndə və vəkili X2 cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

65. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 cavabdeh tərəfindən verilən apellyasiya şikayəti ilə razı olduğunu bildirərək, apellyasiya şikayətin təmin olunmasını xahiş etmişdir.

66. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçının nümayəndəsi və vəkili X2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və X6 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

67. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Maddə 29. Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Dövlət vərəsəlik hüququna təminat verir.

Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

68. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri

70. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 71.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

72. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

73. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, kassasiya instansiya məhkəməsi tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi “mərhum Xanbaba Abdullayev tərəfindən cavabdehə bağışlanmış ünvan 3 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi hesabına iddiaçıların məcburi miras paylarının hər birinə 1.786 manat məbləğində müəyyən edilməklə tamamlanması, cavabdehdən cəmi 5.358 manat məbləğində pulun alınıb, hər birinə 1.786 manat olmaqla, iddiaçılara verilməsi” hissəsində ləğv edərək mülki işi qeyd olunan hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarıldığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

75. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

76. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X4 ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Xanbaba Abdullayevin ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı Mehriban Allahverdiyeva və 6 nəfər uşağı: iddiaçı1, iddiaçı3, iddiaçı2, Nurlana Allahverdiyeva, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Aqşin Abdullayev daxil olmuşlar. X25 şəhəri, Cəmil Əliyev küçəsi, ev 21, mənzil 33 ünvanında yerləşən mənzil, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi və LF 7132E-330 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018 olan, göy-metallik rəngli avtoxxxx miras qalmışdır. X13 ölümündən 16 gün əvvəl, ##.##.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 0,10 ha yaşayış məntəqələrinə aid torpaq sahəsini, ##.##.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Allahverdiyeva Mehriban Əsgər qızına bağışlamışdır. Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qətnaməsi ilə X15 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzilə, Mingəçevir şəhəri, 9-cu Natəvan döngəsi, 22 ünvanında yerləşən 0,04 ha yaşayış məntəqələrinə aid torpaq sahəsinə, LF 7132E-330 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018, göy-metallik rəngli avtoxxxxə münasibətdə iddiaçı Mehriban Allahverdiyeva, Nurlana Allahverdiyeva, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Aqşin Abdullayev iddiaçı3, iddiaçı1 və iddiaçı2 hər birinin payları 1/7 hissədə müəyyən edilmiş, yuxarı instansiya məhkəmələri tərəfindən qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır.

77. Bundan başqa, kollegiyanın iclasında müəyyən mütəxəssis rəyləri ilə müəyyən olunmuşdur ki, X4 miras qalmış 2018-ci ilin istehsalı olan, motor gücü 1,3, göy-metallik, Ban nömrəsi LLV1C2A13J0380693, sedan LF 7132E-330 minik markalı minik avtoxxxxinin bazar satış qiyməti 3.500 manat dəyərindədir. - ünvan 1 ünvanında yerləşən, 5 mərtəbəli binanın 3cü mərtəbəsində 2 otaqlı, ümumi sahəsi 32,22 kv.m. mənzilin orta bazar satış dəyəri 38.000 manat qiymətləndirilir. - Mingəçevir şəhəri, QRES qəsəbəsi, 9-cu Natəvan döngəsi, 22-də olan 0,04 sot torpaq sahəsinin yerindən asılı olaraq 1 sotunun qiyməti 700 manat olmaqla, 4 sot torpağın bazar satış qiyməti 2.800 manat dəyərindədir. - ünvan 2 ünvanda yerləşən 10 sot torpaq sahəsinin yerindən asılı olaraq 1 sotun qiyməti 2.500 manat olmaqla, 10 sot torpağın bazar satış qiyməti 25.000 manat dəyərindədir.

78. Apellyasiya məhkəməsində birinci icraat zamanı mübahisəli 0,10 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə qərardad qəbul edilərək müvafiq rəy alınmışdır. “xxxx” MMC Qiymətləndirmə Şirkətinin ## ### 2025-ci il tarixli, MB **/**** saylı qiymətləndirmə rəyində (hesabatında) qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin ## ### 2025-ci il tarixə likvid dəyəri 27.000 (iyirmi yeddi min) manat təşkil edir.

79. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2025ci il tarixli, *(***)-****/**** nömrəli qərarında əks olunan göstərişləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini “mərhum X4 tərəfindən Allahverdiyeva Mehriban Əsgər qızına bağışlanmış ünvan 3 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi hesabına iddiaçılar iddiaçı3, iddiaçı1, iddiaçı2 məcburi miras paylarının hər birinə 1.786 manat məbləğində müəyyən edilməklə tamamlanması, cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızıdan cəmi 5.358 (beş min üç yüz əlli səkkiz) manat məbləğində pulun alınıb, hər birinə 1.786 (bir min yeddi yüz səksən altı) manat olmaqla, iddiaçılar iddiaçı3, iddiaçı1 və iddiaçı2 verilməsi” hissəsində təmin etməklə səhvə yol vermişdir.

80. Belə ki, mülki işdə olan sübutlarla müəyyən olunur ki, Xanbaba Abdullayevin qanun üzrə 7 vərəsəsi vardır və sonuncudan vərəsələrə qalan miras kütləsinin ümumi dəyəri 44300 dəyərində olmuşdur. Cavabdeh Mehriban Allahverdiyevaya bağışlanmış əmlak isə 25000 manat dəyərində olmuşdur.

81. Belə ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Mehriban Allahverdiyevaya ünvanlanmış ##.##.2023-cü il tarixli rəyindən görünür ki, işlək vəziyyətdə, 2018-ci ilin istehsalı olan, motor gücü 1,3, göy-metallik, Ban nömrəsi LLV1C2A13J0380693, sedan LF 7132E-330 minik markalı minik avtoxxxxinin hal-hazırda bazar satış qiyməti 3.500 manat dəyərindədir. - ünvan 1 ünvanında yerləşən, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 2 otaqlı, ümumi sahəsi 32,22 kv.m. mənzilin orta bazar satış dəyəri 38.000 manat qiymətləndirilir. - Mingəçevir şəhəri, QRES qəsəbəsi, 9-cu Natəvan döngəsi, 22-də olan 0,04 sot torpaq sahəsinin yerindən asılı olaraq 1 sotunun qiyməti 700 manat olmaqla, 4 sot torpağın bazar satış qiyməti 2.800 manat dəyərindədir. - ünvan 2 ünvanda yerləşən 10 sot torpaq sahəsinin yerindən asılı olaraq 1 sotun qiyməti 2.500 manat olmaqla, 10 sot torpağın bazar satış qiyməti 25.000 manat dəyərindədir.

82. Məhkəmə kollegiyası qeyd edir ki, Xanbaba Abdullayevdən miras qalmış əmlakdan vərəsələrin (iddiaçıların) 1/7 hissədə payları müəyyən olunduğundan iddiaçıların hər biri təxminən 6328 manat dəyərində ((3500+38000+2800):7=6328) əmlak əldə etmişlər. Cavabdehə bağışlanmış ünvan 2 ünvanda yerləşən 10 sot torpaq sahəsinin dəyəri isə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 25000 manat, xxxx” MMC Qiymətləndirmə Şirkətinin ## ### 2025-ci il tarixli, MB **/**** saylı qiymətləndirmə rəyi ilə 27.000 (iyirmi yeddi min) manat müəyyən olunmuşdur. 83.Kollegiya qeyd edir ki, sonuncu qiymətləndirmə rəyi ilə hesabat aparıldıqda belə müəyyən olunur ki, iddiaçılar qanun üzrə vərəsəliklə almalı olduqlarının yarısından artıq dəyərdə əmlak qazanmışlar.

84. Belə ki, Xanbaba Abdullayevin qalan miras kütləsinin ümumi dəyəri, bağışlanmış əmlak da daxil olmaqla 71300 manat (3500+38000+2800+27000=71300) təşkil etmişdir. Belə olduqda vərəsələrin mirasdan məcburi payı təxminən 5092 manat (71300:14=5092) təşkil edəcəkdir.

85. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsələr məcburi payları olan 5092 manatdan artıq dəyərdə əmlak aldıqları halda, onların Xanbaba Abdullayev tərəfindən cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızına bağışlanmış ünvan 2 ünvanda yerləşən 10 sot torpaq sahəsindən məcburi paylarının tamamlanmasını tələb etmələri qanunvericiliyin tələblərinə görə əsassız olmuşdur.

86. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1200-cü maddəsində qeyd olunmuşdur ki, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər.

87. Yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş “mərhum X4 tərəfindən Allahverdiyeva Mehriban Əsgər qızına bağışlanmış ünvan 3 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi hesabına iddiaçılar iddiaçı3, iddiaçı1, iddiaçı2 məcburi miras paylarının hər birinə 1.786 manat məbləğində müəyyən edilməklə tamamlanması, cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızıdan cəmi 5.358 (beş min üç yüz əlli səkkiz) manat məbləğində pulun alınıb, hər birinə 1.786 (bir min yeddi yüz səksən altı) manat olmaqla, iddiaçılar iddiaçı3, iddiaçı1 və iddiaçı2 verilməsi”hissəsində gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 mirasdan qanun üzrə vərəsəliklə almalı olduğunun yarısından artıq dəyərdə əmlak qazandıqlarından onların məcburi payı pozulmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmamışdır.

88. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli,Mingəçevir Şəhər Məhkəməsinin # ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi “mərhum X4 tərəfindən Allahverdiyeva Mehriban Əsgər qızına bağışlanmış ünvan 3 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi hesabına iddiaçılar iddiaçı3, iddiaçı1, iddiaçı2 məcburi miras paylarının hər birinə 1.786 manat məbləğində müəyyən edilməklə tamamlanması, cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızıdan cəmi 5.358 (beş min üç yüz əlli səkkiz) manat məbləğində pulun alınıb, hər birinə 1.786 (bir min yeddi yüz səksən altı) manat olmaqla, iddiaçılar iddiaçı3, iddiaçı1 və iddiaçı2 verilməsi” hissəsində ləğv edilərək, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddia tələbinin təmin edilmiş “mərhum X4 tərəfindən Allahverdiyeva Mehriban Əsgər qızına bağışlanmış ünvan 3 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi hesabına iddiaçılar iddiaçı3, iddiaçı1, iddiaçı2 məcburi miras paylarının hər birinə 1.786 manat məbləğində müəyyən edilməklə tamamlanması, cavabdeh Allahverdiyeva Mehriban Əsgər qızıdan cəmi 5.358 (beş min üç yüz əlli səkkiz) manat məbləğində pulun alınıb, hər birinə 1.786 (bir min yeddi yüz səksən altı) manat olmaqla, iddiaçılar iddiaçı3, iddiaçı1 və iddiaçı2 verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Iddia tələbi “mərhum X4 tərəfindən Allahverdiyeva Mehriban Əsgər qızına bağışlanmış ünvan 3 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi hesabına məcburi miras paylarının tamamlanaraq hər birinə 3000 (üç min) manat pulun Allahverdiyeva Mehriban Əsgər qızından alınıb iddiaçılara ödənilməsi” hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar