Məhkəmə qərarları › İş №2(3-10)-742/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-742/2026

05.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-742/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və X1 ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin geri qaytarılması barədə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Sözügedən qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və mülki iş ## ### 2026-cı il tarixdə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, 2(3-10)- ***/**** saylı qərardadı ilə Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli 2(037)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və mülki işin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Ismayıllı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bundan başqa, iddiaçı ##.##.2026-cı il tarixdə elektron qaydada apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpasına dair ərizə göndərmişdir. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə apellyasiya şikayətləri geri qaytarılmışdır. Iddiaçı İddiaçı həmin qərardaddan şikayət vermişdir. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) apellyasiya şikayətlərinin verilməsi üçün müəyyən edilmiş aşağıda qeyd olunan tələbləri pozulmuş və eyni zamanda, həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayət olunmamış və eyni zamanda şikayət natamam formada və məzmunda, yəni ümumiyyətlə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə və həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun tərtib edilmədən imzalanaraq verilmişdir. “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə elektron qaydada imzalanaraq təqdim edilmiş 3 səhifədən ibarət apellyasiya şikayəti yalnız “Apellyasiya şikayəti verən şəxs” adlanan 1-ci hissədən, “Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” adlanan 4-cü hissədən, “Işin halları” adlanan 5-ci hissədən və “Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər” adlanan 13-cü hissədən ibarət olmaqla tərtib edilərək imzalanmışdır. Lakin bu apellyasiya şikayətində “Əlavə 2”-nin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” adlanan 6-cı hissəsi, “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” adlanan 7-ci hissəsi, “Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər” adlanan 8-ci hissəsi, “Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər” adlanan 9-cu hissəsi, “Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər” adlanan 10-cu hissəsi, “Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər” adlanan 11-ci hissəsi və hətta, şikayətin ən əsas və vacib hissəsi kimi qeyd edilməli olan “Apellyasiya şikayəti verən şəxsin tələbi” adlanan 12-ci hissəsi də mövcud deyildir. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə “şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi”, “şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar” və “şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar” apellyasiya şikayətində müvafiq qaydada göstərilməlidir (MPM-in 361.1.4-cü, 361.1.5-ci və 361.1.6-cı maddələri; “Əlavə 2”-nin 5, 6, 7, 8, 9, 10, 11 və 12-ci bəndləri). Yəni, apellyasiya şikayətində “şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi”, “şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar” və “şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar” formal olaraq sadalanmamalı və həmin hallar dəqiq qeyd edilməklə, müvafiq qaydada əsaslandırılmalı və həmin halları təsdiq edən sübutlar şikayətə əlavə edilərək, şikayətlə birlikdə məhkəməyə təqdim olunmalıdır. Bundan əlavə, xüsusi olaraq qeyd olunmalıdır ki, apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən “Əlavə 2”-nin 12-ci bəndində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir (MPM-in 361.1.4-cü maddəsi və “Əlavə 2”-nin 12-ci bəndi). Qeyd etmək lazımdır ki, şikayətçi tərəfindən elektron qaydada imzalanaraq təqdim edilmiş həmin apellyasiya şikayətindən əlavə, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə digər bir apellyasiya şikayətinin mətni də adi qaydada tərtib edilərək, elektron qaydada imzalanmadan, adi sənəd kimi "PDF" formatında elektron kabinetə daxil edilmişdir. Halbuki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının ## #### 2021-ci il tarixli Qanunu ilə Mülki-Prosessual Məcəllədə bir sıra dəyişikliklər edilərək (## ####### 2021ci il tarixindən qüvvəyə minmişdir), yeni redaksiyada MPM-in 361-ci maddəsində apellyasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuşdur (həmin forma isə Məcəlləyə yuxarıda göstərilən Qanunla edilmiş “Əlavə 2”-də göstərilmişdir). Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri Azərbaycan Respublikasının MPM-nin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti olmadığından, sözügedən şikayət geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, ##.##.2026-cı il tarixdə iddiaçı tərəfindən elektron qaydada imzalanmadan və dövlət rüsumu ödənilmədən təqdim edilmiş həmin apellyasiya şikayətindən əlavə, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə ötürülmüş müddətin bərpasına dair ərizənin mətni də adi qaydada tərtib edilərək, elektron qaydada imzalanmadan, adi sənəd kimi "PDF" formatında elektron kabinetə daxil edilmişdir. Belə olan halda həmin ərizəyə baxıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Şikayətdə göstərilmişdir ki, iddiaçı Ismayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadı ilə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək işin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357–363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərardadda göstərilən çatışmazlıqlar tam şəkildə aradan qaldırılmış, apellyasiya şikayəti yenidən tərtib edilmiş, prosessual müddətin bərpasına dair vəsatət əlavə olunmuş və ## #### 2026-cı il tarixdə elektron qaydada Ismayıllı Rayon Məhkəməsinə təqdim edilmişdir. Buna baxmayaraq, Ismayıllı Rayon Məhkəməsi təqdim edilmiş yeni apellyasiya şikayətini mahiyyəti üzrə qiymətləndirmədən, onun əvvəlki şikayətdən fərqlərini araşdırmadan və aradan qaldırılmış çatışmazlıqlara hüquqi qiymət vermədən ## #### 2026-cı il tarixli 2 (037)- ****/**** saylı qərardadla apellyasiya şikayətini yenidən geri qaytarmışdır. Qərardadda göstərilən əsaslandırma formal xarakter daşıyır və təqdim olunmuş yeni apellyasiya şikayətinin məzmununun obyektiv araşdırılmasına əsaslanmır. Hesab edir ki, Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq əvvəlcə şikayətdəki nöqsanları konkret göstərməli və onların aradan qaldırılması üçün qanunla müəyyən edilmiş müddət verməli idi. Yalnız həmin müddətdə nöqsanlar aradan qaldırılmadıqda şikayətin geri qaytarılması məsələsi həll edilə bilər. Digər mühüm məqam isə budur ki, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadda yalnız ümumi şəkildə göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinin tələblərinə əməl edilməmişdir, Azərbaycan Respublikası MPM-ə əlavə edilmiş "Əlavə 2" formasına riayət olunmamışdır, şikayət natamam tərtib edilmişdir. Lakin hansı konkret rekvizitlərin çatışmadığı göstərilmir. Məsələn, hansı məlumat yazılmayıb, hansı tələb göstərilməyib, hansı sənəd əlavə edilməyib və hansı hissə Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinə uyğun olmayıb. Ona görə də belə ümumi istinadlar prosessual qərarın əsaslandırılması baxımından kifayət hesab edilmir. Bundan əlavə, ##.##.2026-cı ildə elektron qaydada yeni apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə təqdim etdiyi halda, məhkəmə həmin ərizənin mahiyyəti üzrə ayrıca hüquqi qiymət verməli idi. Qəbul olunmuş qərardaddan görünmür ki, müddətin bərpası barədə vəsatət ayrıca araşdırılmış və onun təmin edilməsindən imtina edilməsinin səbəbləri göstərilmiş olsun. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı apellyasiya şikayətinin geri qaytarılması barədə göstəriş verməmiş, yalnız Azərbaycan Respublikası MPM-nin 357–363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün işi geri göndərmişdir. Ismayıllı Rayon Məhkəməsi Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq şikayətdəki nöqsanları konkret göstərməmiş və onların aradan qaldırılması üçün qanunla nəzərdə tutulmuş imkan yaratmamışdır. Ismayıllı Rayon Məhkəməsində ##.##.2026-ci il tarixli *(***)-****/**** saylı qəbul olunmuş qərardad formal və ümumi ifadələrlə əsaslandırılmış, Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsinin hansı bəndlərinin pozulduğu göstərilməmişdir. Bundan başqa elektron qaydada təqdim edilmiş apellyasiya şikayətinə və prosessual müddətin bərpası barədə vəsatətə ayrıca hüquqi qiymət verilməmişdir. Bununla da məhkəməyə müraciət etmək və apellyasiya qaydasında məhkəmə müdafiəsi hüququ əsassız olaraq məhdudlaşdırılmışdır. Ismayıllı Rayon Məhkəməsinə təqdim olunmuş yeni apellyasiya şikayətini əvvəlki şikayətlə müqayisə etməmiş, aradan qaldırılmış nöqsanlara münasibət bildirməmiş, yalnız əvvəlki qərardadda göstərilən qeydləri təkrar etməklə kifayətlənmişdir. Bu isə məhkəmə aktının əsaslandırılmış olması tələbinə uyğun gəlmir. Ədalətli məhkəmə araşdırması hüququ yalnız birinci instansiya məhkəməsində deyil, həm də qanunla nəzərdə tutulmuş apellyasiya instansiyasına müraciət etmək imkanını əhatə edir. Formal və qeyri-proporsional prosessual maneələr yaradılması şəxsin məhkəməyə çıxış hüququnun pozulmasına səbəb olur. Ismayıllı Rayon Məhkəməsinin qəbul etdiyi qərardad nəticə etibarilə apellyasiya instansiyasında işə baxılması hüququnu əsassız məhdudlaşdırmışdır. Qərardadda göstərilən nəticələr iş materialları ilə təsdiq olunmur, təqdim edilmiş yeni apellyasiya şikayətinin məzmunu qiymətləndirilməmiş, prosessual qanunvericiliyin məqsədi və mahiyyəti düzgün tətbiq edilməmişdir. Belə olan halda hesab edir ki, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı qanunsuz və əsassızdır, ləğv edilməlidir. Kollegiya qeyd edir ki, iş materiallarında olan apellyasiya şikayətlərindən görünür ki, apellyasiya şikayətləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Həmçinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə ötürülmüş müddətin bərpasına dair ərizənin mətni də adi qaydada tərtib edilərək, elektron qaydada imzalanmadan, adi sənəd kimi "PDF" formatında elektron kabinetə daxil edilmişdir. Kollegiya həmçinin şikayətin “Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı apellyasiya şikayətinin geri qaytarılması barədə göstəriş verməmiş, yalnız Azərbaycan Respublikası MPM-nin 357–363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün işi geri göndərmişdir” hissəsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında qərardadında birinci instansiya məhkəməsinin apellyasiya şikayətlərini geri qaytarmalı olduğu halda səhvə yol verərək onları baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 361.1-ci maddəsinin tələblərinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən edilmiş formada (forma - həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmişdir) verilən apellyasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı (maddə 361.1.1), şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti (maddə 361.1.2), barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı (maddə 361.1.3), şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (maddə 361.1.4), şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (maddə 361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (maddə 361.1.6) və şikayətə əlavə edilən sənədlərin siyahısı (maddə 361.1.7) göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar