Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-813/2026 21.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (məruzəçi hakim), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin cavabdeh1 X2 və “xxxx” X2rşı “suya və kanalizasiyaya qoşulma tariflərinin hesablanması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin cavabdeh1 X2 və “xxxx” X2rşı “suya və kanalizasiyaya qoşulma tariflərinin hesablanması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə “icraata xitam verilməsi” barədə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən şikayət verilərək, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsində baxılmasının davam etdirilməsi xahuiş olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin iş üzrə qəbul edilmiş ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli məktubu ilə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardaddan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, *(***)-****/**** nömrəli mülki işin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin cavabdeh1 X2 və “xxxx” X2rşı “suya və kanalizasiyaya qoşulma tariflərinin hesablanması” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, ona məxsus sahəsi 36 kv.m olan obyektin suya və kanalizasiya qoşulma tariflərinin 2024-cü il tarifləri ilə hesablanması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin cavabdeh1 X2 və “xxxx” X2rşı “suya və kanalizasiyaya qoşulma tariflərinin hesablanması”na dair iddia ərizəsi üzrə mülki işin icraatına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələblərinə istinad olunmaqla xitam verilmiş və iddiaçıya bu tələblə bağlı müvafiq səlahiyyətli orqana (“ASAN Kommunal” Mərkəzlərinə) müraciət etmək hüququ izah edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadında birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbləri üzrə “işin icraatına xitam verilməsi” ilə əlaqədar mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı “obyektin suya və kanalizasiya qoşulma tariflərinin düzgün hesablanması” tələbinə dair iddia ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Lakin, iddiaçı məhkəməyə müraciət etməzdən öncə texniki şərtlərin verilməsi ilə bağlı aidiyyəti üzrə “xxxx” X2 müraciət etməli idi. Belə ki, “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən: 1.2.2. texniki şərtlər – tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması məqsədilə layihə sənədlərinin (bundan sonra – layihə sənədləri) hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd; 1.2.4. sifarişçi su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və digər əşya hüquqları əsasında sahiblik edən şəxs;1.2.6. xidmət nöqtələri - “ASAN Kommunal” mərkəzləri, “ASAN xidmət” mərkəzləri və sahibkarlıq subyektlərinə münasibətdə, həmçinin kiçik və orta biznes evləri (KOB evləri); 1.2.8. qoşulma xidmətinə görə ödəniş - bu Qaydanın 1.1.1-ci və 1.1.2-ci yarımbəndlərində nəzərdə tutulmuş tikinti obyektləri üçün layihələndirilmə, tikinti-quraşdırma işlərinə və mövcud şəbəkəyə STKM tərəfindən fiziki qoşulmaya görə (istifadə olunan malmateriallara çəkilmiş xərclər də daxil olmaqla), bu Qaydanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulmuş tikinti obyektləri üçün isə sifarişçinin seçimi ilə STKM tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilmə, tikinti-quraşdırma işləri və STKM tərəfindən su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulmaya görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğ; 1.9 Sifarişçi verilmiş texniki şərtlərin tələbləri ilə razı olmadıqda, inzibati və məhkəmə qaydasında şikayət verə bilər. 2.1. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin STTSAS-yə qoşulması məqsədilə texniki şərtlərin və layihə sənədlərinin hazırlanması üçün sifarişçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları real vaxt rejimində Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə xidmət nöqtələrində STKM-ə ərizə ilə müraciət edir. 2.2.2. bu Qaydanın 1.1.2-ci yarımbəndində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə: 1) sifarişçi hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və VÖEN-i, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs olduqda - adı, ünvanı və VÖEN-i; 2) sifarişçinin STTSAS-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və digər əşya hüquqlarına dair hüquqmüəyyənedici sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr və qeydiyyat nömrələri) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda); 3) suya olan tələbatı, axıdılacaq tullantı sularının miqdarı (həcmi); 4) sifarişçinin telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvan olduqda). 2.4. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq, STKM-in nümayəndəsi sifarişçinin xidmət nöqtələri vasitəsilə təqdim etdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul etdikdən sonra dərhal Sistemə daxil edir. Sifarişçi və STKM-in nümayəndəsi tərəfindən Sistemə daxil edilən məlumatlar həmin gün qeydiyyata alınmış hesab olunur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, iddiaçı texniki şərtin verilməsi üçün “ASAN Kommunal” mərkəzlərinə rəsmi ərizə ilə müraciət etməli olduğu halda həmin mərkəzə sadəcə şikayət xarakterli ərizələr yazmışdır. Halbuki, iddiaçı ərizəyə lazımı sənədlər əlavə edilməklə rəsmi müraciət etməli, sifarişçi verilmiş texniki şərtlərin tələbləri ilə razı olmadıqda, inzibati və məhkəmə qaydasında şikayət verməli idi. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddiaya məhkəmə qaydasında baxılmalı olmadığından - iş üzrə icraata xitam verilməli və iddiaçı İddiaçı səlahiyyətli orqana - “ASAN Kommunal” mərkəzlərinə müraciət etməsi izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (maddə 2.1) və mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (maddə 2.2). Göründüyü kimi, məhkəməyə müraciət hüququ və müraciətin məhkəmə qaydasında baxılması - qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə icraatı qaydasında baxılmalı olub-olmaması ilə bağlı məhdudiyyətlərə tabedir. Yəni, iddia ərizəsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə, onun mülki (kommersiya) icraatı qaydasında mahiyyəti üzrə baxılmaqla, məhkəmə icraatının davam etdirilməsi mümkündür. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsində "bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları" təsbit olunaraq, həmin Məcəllədə - məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan müraciətlər üzrə işin icraatına işə baxan hakim tərıfindən xitam verilməsi institutu da nəzərdə tutulmuşdur. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, hazırkı mübahisə üzrə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl “texniki şərtlərin verilməsi” ilə bağlı aidiyyəti üzrə müvafiq qaydada “xxxx” X2 (“ASAN Kommunal” Mərkəzə) müraciət etməli olduğuna görə - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mülki işin icraatına xitam verməkdə və eləcə də, həmin qərardaddan iddiaçı İddiaçı verdiyi hazırkı şikayəti təmin etməməkdə - birinci instanisya məhkəməsi haqlı olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadından verdiyi hazırkı şikayətin dəlilləri əsassızdır və Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qаnuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3), iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında (maddə 402.2.5) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263-264, 395-398, 400, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-10)-813/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-813/2026
21.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver