Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-934/2026 29.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (açar sözlər: Ailə münasibətləri üzrə mübahisələr - Aliment) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilmə və alimentin tutulması tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, ##.##.2014-cü il tarixdə anadan olmuş X2 Cavabdeh yanında saxlanılması, ##.##.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir.
2. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ***/**** saylı qətnaməsindən görünür ki, ##.##.2014-cü il tarixdə anadan olmuş X2 cavabdeh Cavabdeh iddiaçı İddiaçı himayəsinə verilmişdir.
3. İş materiallarında olan Göyçay rayon İcra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi üzrə ##.##.2014-cü il tarixdə anadan olmuş X2 üçün tutulan alimentə görə İddiaçı Cavabdeh 2025-ci ilin fevral ayından 2025-ci ilin sentyabr ayınadək ödənilməmiş 700 manat aliment borcu mövcuddur.
II. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ## ######## 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 100 manat sabit pul məbləğində aliment tutulması barədə Göyçay rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi üzrə 2025-ci ilin fevral ayından hesablanan borcun ödənilməsi öhdəliyindən azad edilməsi və ## ######## 2014-cü il təvəllüdlü X2 üçün, yetkinlik yaşlarına çatanadək, cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulması, ödənilmiş 50 manat dövlət rüsumunun, 60 manat mediasiya xərci cavabdeh Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə ## ####### 2013-cü il tarixdə nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan ## ######## 2014-cü il tarixdə X2 doğulmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan X4 ona qarşı nikahın pozulması, uşağın himayəsinə verilməsi və sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Goycay rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli qətnaməsi ilə nikahın pozulması tələbi təmin edilmiş, iddiaçı X4 ilə arasında ## ####### 2013-cü ildə bağlanmış, nikah pozulmuş, ## ######## 2014-cü il təvəllüdlü X3 anası X4 himayəsində qalması, oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 100 manat sabit pul məbləğində aliment ondan tutularaq X4 verilməsi, alimentin ## ######## 2016-cı il tarixdən başayaraq tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə uşaq ananın himayəsinə verilsə də, cavabdehin dözülməz hərəkətlərinə tab gətirməyib, 2019-cu ildən qaçıb onun yanına gəlmişdir. Həmin vaxtdan cavabdeh uşağı ilə maraqlanmamış, uşağın tərbiyyəsi ilə məşğul olmamış, bununla da analıq vəzifələrini yerinə yetirməmişdir. Oğlu yanında yaşasa da, cavabdehə məhkəmə qətnaməsi üzrə tutulan alimenti ödəmək məcburiyyətində qalmış, X2 * saylı tam orta məktəbin 6-cı sinifində təhsil alır. Hazırda da uşaq himayəsində olsa da məhkəmə qətnaməsi üzrə ona aliment hesablanır. Cavabdeh Cavabdeh qarşı uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göyçay rayon Məhkəməməsinin ##.##.2025ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh himayəsində olan ## ######## 2014-cü il təvəllüdlü X3 cavabdehdən alınaraq himayəsinə verilməsi qət edilmişdir. Cavabdeh birgə nikahdan doğulmuş uşağın yaşayış şəraiti ilə maraqlanmır, onun saxlanılmasına maddi yardım göstərməmişdir. Halbu ki, ananın da uşağın saxlanılması üçün maddi yardım göstərmək, aliment ödəmək borcudur. 2019-cu ildən X2 himayəsində olduğundan Göyçay rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi üzrə hesablanmış aliment borcunun ödənilməsi öhdəliyindən azad edilməli və ## ######## 2014-cü il təvəllüdlü X2 üçün, yetkinlik yaşlarına çatanadək, cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı izahatında bildirmişdir ki, borcun silinməsini və aliment tələb edir. Bir övladım var. Boşanan vaxtdan 7-8 ay sonra uşaq onun yanındadır. Həmin vaxt aliment də ödəmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir.
7. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ## ######## 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 100 manat sabit pul məbləğində aliment tutulması barədə Göyçay rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)***/**** saylı qətnaməsi üzrə yaranmış 700 manat aliment borcunun cavabdeh Cavabdeh ödəmək öhdəliyindən azad edilməsi, ##.##.2025-ci il tarixdən başlayaraq ## ######## 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində aliment tutularaq iddiaçı İddiaçı xeyrinə verilməsi, qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi, qətnamənin icrası iddiaçı İsmayılov Elvin Zabit oğlunun yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir.
8. Məhkəmə öz qənaətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 78.1, 112.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. İddiaçı İddiaçı Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, məhkəmə maddi hüquq normalarını pozmuşdur. O, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Məhkəmə, iddianı qismən təmin edərkən qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), iddia tələbini, uşağın yaş həddini, cavabdehin rəsmi qaydada işləməsini, mənim heç bir yerdə işləməməyimi və diqqətəlayiq olan digər halları nəzərə almamış və bu nəticə nə işin hallarına, nə də maddi normaların tələblərinə uyğun gəlmir. Bildiyinə görə cavabdeh Cavabdeh rəsmi iş yeri vardır. Məhkəmə qətnaməsinə əsasən cavabdehdən tutulan 0.25 misli həddində aliment ölkə üzrə müəyyən olunmuş 260 manat məbləğində alimentdən çox azdır. Hesab edir ki, cavabdehdə bir valideyn kimi uşağı saxlamaq vəzifəsi olduğundan 0,62 misli həddində aliment cavabdehdən tutulmalıdır. Tərəfindən bütün sübutlar məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən 2026-cı il üçün uşaqlar üçün minimum yaşayış həddinin 260 manat olmasına baxmayaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində aliment (100 manat) cavabdehdən tutmaqla kifayətlənmişdir. Qeyd edilən maddədə göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin hakim sadəcə maddələri sadalamaqla kifayətlənmiş, gəldiyi nəticəni yalnız iddiaçı tərəfin mənafeyinə uyğun əsaslandırmışdır. Qətnamədə iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədiyi, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadığı üçün qətnamə əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayətimin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilib iddianın tam təmin edilməsinə dair yeni qətnamə edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
13. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. İş üzrə iddiaçı tərəf qətnamənin iddianın təmin edilməyən (alimentin miqdarı) ) hissəsini mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
16. Maddə 34. Nikah hüququ (...) IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
İnsan hüquqlarına dair Ümumi Bəyannamə
17. Maddə 25, 2-ci bənd. Analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
19. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
20. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
21. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
22. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
23. Maddə 78.1. Aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
24. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
25. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
38. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
39. Müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, ##.##.2014-cü il tarixdə anadan olmuş X2 Cavabdeh yanında saxlanılması, ##.##.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini almış, icra edilməsi üçün Göyçay rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. ##.##.2014-cü il tarixdə anadan olmuş X2 tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra iddiaçı İddiaçı himayəsində qalmış, buna baxmayaq iddiaçı İddiaçı tərəfindən Cavabdeh hər ay 100 manat aliment ödənilmişdir. Daha sonra İddiaçı cavabdeh Cavabdeh qarşı ##.##.2014-cü il tarixdə anadan olmuş X2 himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən ##.##.2014-cü il tarixdə anadan olmuş X2 cavabdeh Cavabdeh iddiaçı İddiaçı himayəsinə verilmişdir.
40. Apellyasiya şikayətinin başlıca dəlilli aliment miqdarının az məbləğdə müəyyən edilməsi ilə bağlıdır.
41. Qeyd edildiyi kimi birinci instansiya məhkəməsi ## ###### 2025-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş ## ######## 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin tutulmasını qət etmişdir.
42. Ailə qanunvericiliiyinin tələbinə görə, alimentin sabit pul məbləğində, həm də qazancdan (gəlirdən) hissə ilə tutulmasına yol verilir.
43. Qeyd edilməlidir ki, iddiaçı apellyasiya şikayətində cavabdehdən tutulan alimentin minimum əmək haqqının 0.62 misli həddində müəyyən edilməsi barədə dəlilini uşağın minimum saxlanılmasını təmin etməməsi ilə əsaslandırmışdır.
44. Birinci instansiya məhkəməsi müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin tutulması ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı azyaşlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0.62 misli həddində alimentin cavabdehdən tutulmasın dair heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh Cavabdeh ##.##.2014-cü il tarixdə anadan olmuş X2 üçün sonrakı artımlar nəzərə alınmaqla tutulmalı olan aliment hər ay minimum aylıq əməkhaqqının 0.25 mislində müəyyən edilməsi məqsədə müvafiqdir.
45. İddiaçı apellyasiya şikayətində cavabdehin rəsmi qaydada işlədiyini bildirsə də, kollegiyanın iclasında verilmiş suallara cavab olaraq göstərdi ki, cavabdeh onunla bir yerdə yaşadığı vaxt işləməmiş, hazırda da harda işləməsi barədə məlumatı yoxdur. Onunla heç bir əlaqəsi olmadığından maddi vəziyyət nbarədədə heç nə deyə bilməz.
46. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər ay ölkə üzrə müəyyən olunmuş alimentin məbləğini minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində müəyyən edilməsi nəticəsinə gələrkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyi nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslıdır.
47. Ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: 1) könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); 2) məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.
48. Araşdırılan işin faktiki hallarından görünür ki, tərəflərin birgə nikahlarından 1 uşaq doğulmuşdur.
49. Qanunverici alimentin miqdarı müəyyən olunarkən bir sıra məsələlərin araşdırılmalı olmasını müəyyən etmişdir. Bu məqamlar: - uşağın əvvəlki təminatının səviyyəsi; - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar.
50. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
51. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.
52. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
53. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almış, qətnaməni iş üzrə müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmışdır.
54. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
55. Məhkəmə kollegiyası uşаğın sаxlаnmаsı üçün аlimentin miqdarına dаir məsələni müzakirə edərkən uşağın saxlanması ilə bağlı ona qulluq, sağlamlıq, təhsil, inkişaf, gündəlik məişət qayğılarının cavabdehin üzərinə düşməsini də diqqətəlayiq hal kimi nəzərə alır.
56. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
57. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
58. Kollegiya onu da nəzərə alır ki, uşaq cavabdehin yanında yaşayarkən iddiaçının ödədiyi aliment məbləği hər ay üçün 100 manat olmuşdur.
59. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
61. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
62. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
63. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə görə, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.
65. Hazırkı işdə tələb olunan alimentin bir illik məcmusu 2976 manat, mbahisələndirilən hissə isə 1776 manatdır.
66. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayıb. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov