Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1015/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: podrat müqaviləsi, mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 katibliyi, cavabdehin nümayəndəsi vəkil2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. İddiaçı və Cavabdeh tərəfindən imzalanmış, “Müqavilə” adlanan, “Tikinti və təmirdə istifadə olunacaq materialların növləri və qalınlıqları” başlıqlı sənəddə tikinti, sanitar qovşaqları (istilik, su, kanalizasiya), elektrik xətləri, döşəmə, tavan, divarlar, qapılar bölmələi üzrə istifadə olunacaq materialların markası, ölçüləri və digər materiallar qeyd olunmuşdur. Həmçinin, bu sənəddə “Avadaqlıqlar və qurğular təmirə aid deyildir! (unitaz, moydadır, suşilka, duş aksesuarları, istilik radmatoru, kombi və sairə)” qeydi aparılmış, tikinti və təmirin smeta dəyəri 45000 manat müəyyən olunmuş, sonradan qarşısında əl yazısı ilə “+1000 isti pol və plintus” yazılmış, ödəniş mərhələsi 5 dəfə, tikintinin başlama tarixi ## #### 2023-cü il, təmirin bitmə tarixi ## #### 2023-cü il razılaşdırılmışdır.
2. Əl yazma üsulu ilə icra edilmiş yazıdan görünür ki, ## #### 2023-cü ildə 9000 manat, ## ##### 2023-cü ildə 9000 manat, ## ### 2023-cü ildə 9000 manat, ## #### 2023-cü ildə 9000 manat, ## #### 2023-cü ildə 7000 manat, ümumilikdə 43000 manat məbləğində pulun verilməsi imzalarla təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31500 manat maddi və 15000 manat mənəvi ziyanın, ödənilmiş 230 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. ## ###### 2025-ci il tarixində iddiaçı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən 19937,24 manat real zərər (11921,28+8015,96), 13050 manat əldən çıxmış fayda məbləğinin, 15000 manat mənəvi zərər, 320 manat vəkil xidmət haqqının və 234 manat dövlət rüsumunun, ümumilikdə 48541,24 manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Novxanı ərazisində 1 mərtəbəli müasir bağ evi tikmək məqsədi ilə 5 sot torpaq sahəsi almış, inşa ediləcək fərdi yaşayış evinin layihəsini “Memarlıq-planlaşdırma” idarəsində çəkdirmişdir. Tikiləcək evin inşa olunması üçün iş yoldaşının məsləhəti ilə Cavabdeh adlı şəxslə tanış olmuş, Cavabdeh onun çəkdirdiyi evin layihəsi ilə razılaşmayaraq özünün bununla bağlı daha model tipli layihəsinin olduğunu bildirmişdir. Danışıq əsasında, cavabdeh ümumi tikinti və təmir paketi üçün 45000 manat məbləğində pul lazım olacağını, ödənişlərin cədvəldə göstərilən 5 növbəli qrafikə əsasən ödənilməsi danışılmışdır. Tikinti işləri ilə bağlı danışıqlar yekunlaşdıqdan sonra tərəflər arasında yazılı olaraq müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ## #### 2023-cü ildə tikinti işləri başlamalı, ## #### 2023-cü ildə isə bitməli idi. Cavabdehə ödənişlər edildikcə o, müqavilənin arxasına imza ataraq pulun alınmasını təsdiq etmişdir. Tikili başlasa da həmin fərdi yaşayış evinə yaxın olan qonşular iddiaçıya tikinti işlərinin keyfiyyətsiz aparıldığını və işlərin dayandırıldığını bildirmişlər. Iddiaçı isə ödənişləri beş dəfəyə tam olaraq ödədiyi üçün başqa usta və podratçı axtarmamışdır. Cavabdeh ümumilikdə Novxanıda olan evin layihə və dizayn işlərinin tamamlanması, topoqrafiya işlərinin həyata keçirilməsi, torpaqlanma işlərinin həyata keçirilməsi, quyunun çıxarılma işinin tamamlanmasına, daxili və fasad suvaq işlərini tamamlanıb təhvil verilməsindən sonra tam ödənişlərin olunmasına razılaşsa da, ##.##.2023cü ildə 9000 manat, ##.##.2023-cü ildə 9000 manat, ##.##.2023-cü ildə 9000 manat, ##.##.2023-cü il tarixdə 9.000 manat, 28.07.20213-cü ildə 7000 manat olmaqla almışdır. Iddiaçı tikiliyə gəldikdə təmir işlərinin yararsız və keyfiyyətsiz olduğunu görüb irad bildirdikdə, cavabdeh qazı, suyu, işığı bəhanə edərək tikilini yarımçıq qoyaraq getmişdir. Lakin Cavabdeh ilə müqaviləyə əsasən cərəyan qutuları, naqillər, şit və qoruyucular həmin pula daxil olmalı idi. Iddiaçı yarımçıq qalmış işlərin aparılması üçün məcbur olub ümumi olaraq əlavə 3500 manat qazın çəkilməsi, onları quraşdırma, kombiyə nasos quraşdırmaq, laminat və.s. həmçinin görülən işlər keyfiyyətsiz olaraq yerinə yetirildiyi üçün iddiaçı müqavilədən kənar əlavə xərclər çəkmişdir. Cavabdeh özünün tərtib etdiyi müqaviləyə bənzər sənəddə göstərilən şərtlərə belə əməl etməyərək, ən ucuz və keyfiyyətsiz tikinti materiallarından istifadə etmişdir. Bütün bu baş verənlərdən iddiaçı çox ağır psixoloji sarsıntılar keçirmişdir. Bu səbəbdən də vurulmuş maddi və mənəvi ziyan tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyindən görünür ki: - Iddiaçı İddiaçı sifarişi əsasında cavabdeh Cavabdeh tərəfindən tikinti-quraşdırma işləri aparılarkən tərəflər arasında bağlanmış podrat müqaviləsində nəzərdə tutulmuş inşaat materiallarından istifadə edildiyi müəyyən edilmişdir. Lakin həmin materialların markasını müəyyən etmək məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid olmadığından istifadə edilmiş materialların markasını, istehsalını və s. müəyyən edilməsinə dair tədqiqt aparılmamışdır; - Tədqiq olunan fərdi yaşayış evi üzrə aşkar edilmiş qüsurların aradan qadırılması üçün aparılmalı tikinti və təmir Işlərinə sərf olunmuş vəsaitin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 10995 manat məbləğində olduğu müəyyən olunmuşdur. Mövcud olan qüsurların səbəbini müəyyən etmək mümkün olmamışdır; - Tədqiq olunan fərdi yaşayış evi üzrə aparılmış tikinti və təmir işlərinə sərf olunmuş vəsaitin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 34138 manat məbləğində olduğu müəyyən olunmuşdur.
7. “Caspian valuation” qiymətləndirici təşkilatının ## ######## 2025-ci il tarixli, CVN/S**- ***/** nömrəli mütəxəssis rəyindən görünür ki: - Podratçı Cavabdeh ilə sifarişçi İddiaçı arasında bağlanmış müqavilə əsasında görülmüş işləri yoxlama zamanı aşağıdakı qüsurlar müəyyən edilmişdir:
1. divar işləri: 1.1. qüsur: divar kağızları rütubət (nəmlik) səbəbindən divardan ayrılır, qopur və tökülür. Divar səthində nəmlənmə və rütubət izləri aydın seçilir. Bu, binanın nəmə qarşı izolyasiyasının (hidroizolyasiya) olmaması ilə əlaqədardır; 1.2. səbəb: hidroizolyasiya işlərinin vaxtında və texniki normalara uyğun görülməməsi;
2. tavan işləri (alçıpan konstruksiyası): 2.1. qüsur: tavan səthində müxtəlif istiqamətlərdə çatlar və dalğavari formalar müşahidə edilir; 2.2. qüsur: tavanla divarın birləşmə hissəsindəki paduqalar qopmuş və tökülməkdədir; 2.3. səbəb: alçıpanın montajı zamanı atma taxtaların standarta uyğun seçilməməsi, profil sisteminin qeyri-düzgün quraşdırılması, derzbantın zəif işlənilməsidir;
3. döşəmə Işləri: 3.1 qüsur: laminat örtükdə dalğavari görünüş, bükülmə və panellər arasında aralıqlar müşahidə edilir; 3.2 səbəb: döşəmənin laminat döşənməzdən əvvəl lazımi hamarlayıcı (şap) ilə düzgün hazırlanmaması. Belə ki, şap tökərkən düzgün hündürlükdə və qeyri-bərabər hamarlanması səthi dalğalı, qeyri-bərabər və ya müxtəlif yüksəkliklərdə qalması ilə nəticələnib. Bu qeyrihamar səthin üzərinə birbaşa laminat döşənib, yumşaq və sabit olmayan səthə üzlənən laminat panelləri dalğavari olub, zaman keçdikcə aralanır və bərkidici kilidləri qırılır;
4. sanitar qovşağındakı işlər: 4.1 qüsur: kafel və metlaxların künc və kənar hissələrində çatlar var, alt səthində boşluqlar hiss edilir; 4.2 səbəb: kafellərin vurulması zamanı texnologiyanın pozulması, kafel və metlaxlardan düzgün istifadə edilməməsi;
5. dam və yağış suyu xətti: 5.1 qüsur: dam örtüyündə yağış suyu axın borularının quraşdırılmaması səbəbindən yağış zamanı su birbaşa binanın divarlarına tökülür; 5.2 nəticə: bu vəziyyət binanın divarlarının daim nəmli qalmasına, bu da öz növbəsində birbaşa yuxarıda qeyd edilən divar və daxili işlərdəki nəm qüsurlarına səbəb olur. Bu qüsurlar podratçı tərəfindən, başqa ifadə ilə işlərin natamam və keyfiyyətsiz görülməsi səbəbindən baş verə bilər. Iddiaçının sifarişi əsasında cavabdeh tərəfindən tikinti-quraşdırma işləri aparılarkən tərəflər arasında bağlanmış podrat müqaviləsində nəzərdə tutulmuş materialların bir qismi artıq tətbiq edildiyindən, digər hissədə isə müayinə üçün xüsusi şəraitin olmaması səbəbindən identifikasiyası mümkünsüz hesab edilmişdir. Podrat müqaviləsinə əsasən nəzərdə tutulan materiallardan istifadə etməklə icarçı tərəfindən çəkilən real xərclərin ümumi həcmi və dəyəri 31078,72 manat təşkil edir. Podrat müqaviləsində istifadə edilməyən materiallardan istifadə və qüsurlu təmirə görə Sifarişçiyə dəyən zərərin həcmi və məbləği 8015,96 manat təşkil edir. Hazırda mövcud olan natamam və qüsurlu işlərin tamamlanması üçün tələb olunan xərclərin həcmi və məbləği 8015,96 manat təşkil edir. “Caspian valuation” qiymətləndirici təşkilatının ## ######## 2025-ci il tarixli, CVN/S**- ***/** nömrəli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən, ümumi sahəsi 107,2 kv.m təşkil edən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin 2023-cü ildən hazırki tarixədək kirayə haqqı 13050 manat təşkil edir.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qismən qəbul edərək, bəzi usta səhvlərinin olduğunu, lakin müqavilə üzrə öhtəsinə düşən bütün işlərin müqavilə üzrə nəzərdə tutuluş işlərin tam görüldüyünü, iddiaçının qeyd etdiyi boruya məhkəmə iclasında baxış keçirilərək üzərində Italyan istehsalı olduğunun qeyd edildiyini, müqaviləyə uyğun materiallar istifadə etdiyini, dam örtüyü kimi 25-lik çerepiçanın müqavilədə göstərilən 42lik profnastildən daha baha olduğunu, müqavilədə göstəriləndən daha keyfiyyətli olan Promix yapışdırıcıdan, “xxxx” şirkətinə məxsus aradoldurucudan istifadə edildiyini, şit, qoruyucuların laminatı, divar kağızı (oboy) və daxili otaqların 5 ədəd qapılarını iddiaçının özü tərəfindən alındığını, beton döşəmə olunduğunu, alçipan altlığı üçün 75-lik profildən, 12- ik alçıpandan istifadə olunduğunu, paduqanın Rusiya istehsalı olduğunu, doldurmaq üçün Giper, üzlük üçün Akdeniz istifadə etdiyini, aradoldurucunun da Akdeniz firmasına məxsus olduğunu, emulsiya həm Türk, həm də Alman istehsalı olan materiallardan istifadə olunduğunu, evə giriş seyf qapının sex istehsalı olduğunu, istipol və plintus üçün əlavə 1000 manat müəyyən etmiş və bütün bunların hər biri tam olaraq yerinə yetirildiyini bildirmişdir.
9. Cavabdehin nümayəndəsi və vəkili vəkil2 iddia tələbini qismən qəbul etdiklərini, tərəflər arasında podrat müqaviləsi bağlandığını, podratçının həmin evi hansı məbləğə tikməsinin heç bir əhəmiyyətinin olmadığını, təbii ki podratçının da bu xidməti yerinə yetirməsi ilə bağlı gəlir əldə etməli olduğunu, müqavilə azadlığı prinsipinin olduğunu, tərəflər müqavilə üzrə öz hüquq və vəzifələrini müəyyən etməkdə azad olduqlarını, onlar iradə ifadəsini sərbəst surətdə müqavilədə bildirdiklərini, ilk ekspert rəyində ekspertin ünvana baxış keçirə bilmədiyini, işlərin istehsal mənşəyini müəyyənləşdirə bilmədiyini, konkret olaraq 46000 manat müqabilində razılıq əldə edildiyini, podrat müqaviləsi üzrə smeta tərtib edilmədiyini, bu səbəbdən də, iddiaçının tələbinin əsassız olduğunu, iş üzrə təqdim olunmuş mütəxəssis rəyinin heç bir bəndində müqavilədə qeyd edilənlərdən fərqli materialların işlədilməsinin qeyd edilmədiyini, cavabdehə 43000 manat pul verildiyini 3000 manatın isə daxili qapılar, oboy və cərəyan qutuları üçün iddiaçı tərəfindən saxlanıldığını, mütəxəsi rəyi məhkəməyə iddiaçı tərəfindən təqdim olunsa da, mütəxəssisdən soruşan zaman da bəlli oldu ki, tərəflər arasında bağlanmış podrat müqaviləsində nəzərdə tutulmuş işlərin tam görüldüyü, 8015,96 manat dəyərində işlərin qüsurlu görüldüyünü, dam işləri üzrə ümumi dəyəri 240 manat məbləğində (qazan, dirsək, su axıdan boru və boru həlqəsi) təşkil edən işlərin görülməsi tərəflər arasında bağlanmış podrat müqaviləsində nəzərdə tutulmadığını, mütəxəssis tərəfindən ümumi dəyəri 2124 manat təşkil edən malyar işlərinin yenidən görülməsi, divar kağızlarının rütubət səbəbindən qopması ilə əlaqələndirildiyini, eyni zamanda mütəxəssis rəyində divar kağızların qopması səbəbi kimi binanın nəmə qarşı izolyasiya (hidroizolyasiya) olunmadığını, tərəflər arasında imzalanmış podrat müqaviləsinin şərtlərində hidroizolyasiya işlərinin görülməsinin cavabdehin öhdəliyinə aid edilmədiyini, binanın hidroizolyasiyası üçün təxminən 4000-5000 manat (material və işçilik) civarında əlavə vəsait tələb edildiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə uyğun olaraq, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürdüyünü qeyd edərək, ümumi dəyəri 2113,91 manat təşkil edən guya qüsurlu tavan işlərinin yenidən görülməsi zərurəti ilə bağlı alçıpan vurulduğdan, üstü ağarıldıqdan və boya ilə rəngləndikdən sonra, yəni tavan işləri tamamlandığdan sonra, cavabdehin etirazlarına baxmayaraq, iddiaçı kənardan usta dəvət edərək milin (atma taxtalar) üzərində digər işlər görüldüyünü, ümumi dəyəri 1630 manat təşkil edən döşəmə işlərinin yenidən görülməsi ilə bağlı məhkəmə icraatı zamanı iddiaçının etiraf etdiyi kimi döşəməyə vurulmuş ikinci əl laminat örtüyü həqiqətən onun özü tərəfindən alındığını, iş materiallarına əlavə edilmiş laminatın şəkillərindən və iş üzrə ifadə vermiş şahidlərin izahatından görünür ki, tikintiquraşdırma işlərində istifadə edilmiş laminat kəsilmiş, doğranmış və keçmələri yararsız vəziyyətdə olduğunu, sözügedən laminatın tikinti-quraşdırma işlərində istifadəsi ilə bağlı cavabdehin etirazına baxmayaraq, iddiaçı həmin materialın istifadəsinə təkid etdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 767.1-ci bəndinə əsasən, əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıdığını, ümumi dəyəri 1137 manat təşkil edən sanitar qovşağında qüsurlu görülmüş işlər ilə bağlı həqiqətən də cavabdeh tərəfindən görülən işlərdə qüsurlar olduğu, lakin görülməsi nəzərdə tutulmuş 1137 manat dəyərində işlərin həcmindən 100 manat məbləğində (unitazın, moydadırın və s. aksessuarların demontajı və montajı) vəsait çıxılmaqla ümumi məbləğin 1037 manat təşkil etdiyini, tərəflər arasında bağlanmış müqavilədə aksessuarların və avadanlıqların montajı cavabdehin öhdəliyinə aid edilmədiyini, müqavilənin ümumi məbləğinin 46000 manat təşkil etməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə cəmi 43000 manat vəsait ödənildiyini, iş üzrə dindirilmiş şahidlərin izahatlarından müəyyən edildiyi kimi qalan 3000 manat vəsaitin tərəflər arasında vaxtı ilə razılaşdırılmış qaydada divar kağızlarının, daxili qapıların, laminatın və razetkaların üst qapılarının alınması üçün iddiaçıda saxlanıldığını və hazırda onun iddiaçıya 1030 manat borcu olduğunu bildirmişdir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, cavabdeh Cavabdeh görülmüş işin qüsurlarının aradan qaldırılması üçün 8015,96 manat, mənəvi zərərə görə 3000 manat, hüquqi yardıma görə ödənilmiş 320 manat, ödənilmiş 123,04 manat dövlət rüsumu olmaqla, cəmi 11459 manatın tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
11. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış, iddiaçı tərəfindən lahiyəyə uyğun evin tikilməsi cavabdehə tapşırılmışdır. Sadalanan normalardan görünür ki, podrat müqaviləsi üzrə podratçı tikinti işlərini qüsursuz və müqavilə şərtlərinə uyğun şəkildə yerinə yetirməyə borcludur. Ev tikilsə də müəyyən edilmişdir ki, işlərin natamam görülməsindən işin nəticəsində qüsurlar əmələ gəlmişdir. Belə olan halda qanunvericiliyə görə, sifarişçinin bir neçə tələb irəli sürmək hüququ yaranır: 1. qüsurların aradan qaldırılması üçün əlavə icra tələb etmək; 2. qüsurlar aradan qaldırılmadıqda, qüsurları öz hesabına düzəldib çəkdiyi xərclərin əvəzini tələb etmək; 3. qüsurlar aradan qaldırılmadıqda müqavilədən imtina etmək və çəkilmiş xərclərin əvəzini tələb etmək; 4. qüsurlar nəticəsində muzdun azaldılmasını tələb etmək. Işin hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş işlər tam icra olunmuş və iddiaçı tərfindən ev təhvil alınaraq qəbul edilmişdir. Bir müddət sonra görülmüş işlərin podratçı tərəfindən qüsurlu olaraq yerinə yetirilməsi aşkar edildiyindən, bu barədə cavabdehə etiraz bildirilsə də, həmin qüsurlar aradan qaldırılmamışdır. Ona görə də sifarişçinin Mülki Qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş işlər nəticəsində əmələ gələn qüsurların aradan qaldırılması üçün lazım olan xərcləri tələb etmək hüququ yaranmışdır. Iş materiallarından göründüyü kimi müqavilə üzrə bütün işlərin görülməsi və bu işlərin təhvil alınması işin mübahisəsiz halıdır. Hazırki halda tərəflər arasında mübahisə podratın nəticələrinin təhvil verilməməsi ilə bağlı deyil, qüsurlu təhvil verilməsi ilə bağlı olduğundan, iddia ərizəsində öhdəliyin podratçı tərəfindən lazımı qaydada icra edilməməsi (evin tavan hissəsində çatların olması, divar kağızlarının nəm çəkərək tökülməsi, sanitar qovşaqda kafel metlaxların arasının doldurulmaması) olmuşdur. Işdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 19937,24 manat tutulması iddia edilir. Iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş mütəxəsis rəyinə əsasən həmin qüsurların aradan qaldırılması üçün 8015,96 manat xərc tələb olunduğu göstərilmişdir. Iddiaçı tərfindən məhkəməyə təqdim olunmuş rəyi vermiş mütəxəsis məhkəmə iclasına dəvət olunaraq dindirilmiş ona verilmiş suallar əsasında bir daha müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulmuş bütün işlər podratçı tərfindən tam icra edilmişdir. Işin araşdırılan hallarından və cavabdehin qismən etirafından da göründüyü kimi görülən işlər tam yerinə yetirilsə də qüsurlarla yerinə yetirilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı podratçı tərəfindən görülən işləri təhvil almış, lakin bir müddət sonra qeyd olunan qüsurlar aşkar edildiyindən bu hallarla bağlı podratçıya etiraz etmiş və müqavilə üzrə iş materiallarına əlavə edilmiş tərəflərin imzaları ilə təstiq edilmiş qəbzdən də göründüyü kimi müqavilə üzrə nəzərdə tutulmuş işlər tam yekunlaşmamışdan öncə 5 dəfə olmaqla podratçıya müqavilə üzrə nəzərdə tutulmuş məbləğ sifarişçi tərəfindən tam ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən qüsurlu görülmüş işlərin aradan qaldırılması üçün 8015,96 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin 13050 manat əldən çıxmış faydanın tutulmasına münasibət bildirərək, əldən çıxmış fayda hüququ pozulmuş şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Göründüyü kimi, hazırkı işdə iddiaçı hüquqlarının pozulması nəticəsində hansı gəlirlərin və hansı məbləğdə əldə edə biləcəyini əsaslandırmamış, bununla bağlı müvafiq sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə iddia bu hissədə rədd edilməlidir. Məsuliyyətin yaranması üçün mülkihüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. Iş materiallarından göründüyü kimi cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi müəyyən edilir. Sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Hazırkı işdə iddiaçının həm maddi ziyan, həm də mənəvi sarsıntı keçirməsi mübahisəsiz haldır. Beləliklə, cavabdehin qanunazidd, təqsirli hərəkətləri nəticəsində ziyanın vurulduğu və pozuntu ilə nəticə arasında səbəbli əlaqənin olduğu öz təsdiqini tapdığından məhkəmə hesab etmişdir ki, ondan mənəvi ziyan tutulmalıdır. Lakin eyni zamanda məhkəmə tələb olunan 15000 manat pul tənasübsüz yüksək olduğundan cavabdehdən 3000 manat mənəvi zərərin tutulmasını yetərli və ədalətli hesab etmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 752.1, 762.1, 763.1, 767.1, 768.1, 773-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli, * nömrəli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Həmin qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin – “dam (ümumi dəyəri: 240 manat), malyar (ümumi dəyəri: 2124 manat), döşəmə (ümumi dəyəri: 1630 manat), aksessuarların demontajı və montajı (dəyəri: 100 manat) işlərinin yenidən görülməsi və mənəvi zərərə görə kompensasiyanın (ümumi dəyəri: 3000 manat) ödənilməsi” hissələrində ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış və məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Birinci instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, mülki iş üzrə məhkəməyə təqdim edilmiş “Caspian Valuation” Qiymətləndirici Təşkilatın CVN/S **-***/** saylı, ## ######## 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçıya məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin qüsurlu tikinti-təmir işlərinə çəkilməsi nəzərdə tutulmuş xərclərin (işçilik və material xərci daxil olmaqla) məbləği ümumilikdə 8015,96 manat məbləğində təşkiletmişdir. Məhkəmənin yuxarıda qeyd edilən dəlilinə münasibətdə bildirir ki, iş materiallarında mövcud olan mütəxəssis rəyindən görünür ki, tərəflər arasında razılaşdırılmış icra işləri cavabdeh tərəfindən iddiaçıya tam şəkildə təhvil verilmişdir. Belə ki, məhkəmə icraatı zamanı müvafiq rəy ilə bağlı aydın və tam olmayan işin hallarını dəqiqləşdirərkən, podrat müqaviləsi üzrə bütün işlərin görülüb-görülməməsi ilə bağlı mütəxəssisə sual verilərkən, o həqiqətən də həmin işlərin tam icra olunmasını məhkəmədə etiraf etmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində iddiaçıya məxsus fərdi yaşayış evində qüsurların yaranma səbəbləri göstərilmişdir. Mütəxəssis rəyində təsvir edilmiş qüsurlar ilə bağlı aşağıdakıları qeyd edir: Dam işləri üzrə ümumi dəyəri 240 manat məbləğində (qazan, dirsək, su axıdan boru və boru həlqəsi) təşkil edən işlərin görülməsi tərəflər arasında bağlanmış podrat müqaviləsində nəzərdə tutulmamışıdır. Odur ki, yuxarıda qeyd edilən ümumi məbləği 240 manat təşkil edən işlər qüsurlu işlərin dəyərindən (8015,96 manat) çıxılmalı idi. Mütəxəssis ümumi dəyəri 2124 manat təşkil edən malyar işlərinin yenidən görülməsini divar kağızlarının rütubət səbəbindən qopması ilə əlaqələndirmişdir. Eyni zamanda, mütəxəssis rəyində divar kağızların qopması səbəbi kimi binanın nəmə qarşı izolyasiya (hidroizolyasiya) olunmadığı göstərilmişdir. Mütəxəssis rəyində qeyd edilmiş dəlillərə münasibətdə bildirir ki, tərəflər arasında imzalanmış podrat müqaviləsinin şərtlərində hidroizolyasiya işlərinin görülməsi cavabdehin öhdəliyinə aid edilməmişdir. Belə ki, binanın hidroizolyasiyası üçün təxminən 4000- 5000 manat (material vəişçilik) civarında əlavə vəsait tələb edilirdi. Beləliklə, 2124 manat təşkil edən malyar işlərinin yerinə yetirilməsi xərcləri ümumi qüsurlu işlərin dəyərindən (8015,96 manat) çıxılmalı idi. Mütəxəssis rəyində döşəmə işlərinin yenidən görülməsi üçün 1630 manat məbləğində vəsaitin tələb edilməsi göstərilmişdir. Ümumi dəyəri 1630 manat təşkil edən döşəmə işlərinin yenidən görülməsi ilə bağlı bildirir ki, məhkəmə icraatı zamanı iddiaçının etiraf etdiyi kimi, döşəməyə vurulmuş ikinci əl laminat örtüyü həqiqətən onun özü tərəfindən alınmışdır. Həmçinin, bildirir ki, iş materiallarına əlavə edilmiş laminatın şəkillərindən və iş üzrə ifadə vermiş şahidlərin izahatından görünür ki, tikinti-quraşdırma işlərində istifadə edilmiş laminat kəsilmiş, doğranmış və keçmələri yararsız vəziyyətdə olmuşdur. Göründüyü kimi, sözügedən laminat iddiaçının özü tərəfindən alınmış və tikinti-quraşdırma işlərində istifadəyə yararsızlığı müəyyən edilmişdir. Beləliklə, 1630 manat təşkil edən laminat işlərinin yerinə yetirilməsi xərcləri ümumi qüsurlu işlərin dəyərindən (8015,96 manat) çıxılmalı idi. Həmçinin, ümumi dəyəri 1137 manat təşkiledən sanitar qovşağında qüsurlu görülmuş işlər ilə bağlı bildirir ki, həqiqətən də cavabdeh tərəfindən görülən işlərdə qüsurlar olub. Lakin, görülməsi nəzərdə tutulmuş 1137 manat dəyərində işlərin həcmindən 100 manat məbləğində (unitazın, moydadırın və s. aksessuarların demontajı və montajı) vəsait çıxılmalıdır və ümumi məbləğ 1037 manat təşkil etməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə aksessuarların və avadanlıqların montajı cavabdehin öhdəliyinə aid edilməmişdir. Beləliklə, sanitar qovşağında qüsurlu işlərin aradan qaldırılması ilə bağlı umumilikdə 1037 manat məbləğində vəsaitin tələb edilməsi göstərilməli idi. Bundan başqa, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” ## ### 1999-cu il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## ###### 2008-ci il tarixli Qərarlarına istinad edərək, mənəvi zərərə görə 3000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçını xeyrinə tutulması barədə nəticəyə gəlmişdir. Məhkəmənin qeyd edilən dəlilinə münasibətdə bildirir ki, yuxarıda sadalanan qərarların məzmunundan görünür ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Həmçinin, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Əfsüslar olsun ki, birinci instansiya məhkəməsi qəralarda nəzərdə tutulmuş xüsusatları araşdırmadan səhv nəticəyə gəlmişdir. Məhkəmə icraatı zamanı işin halları araşdırılarkən, iddiaçının şəxsiyyət hüquqlarına qarşı cavabdeh tərəfindən hər hansı hüquqazidd müdaxilə olunmadığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə səhvq olmuşdur. Beləliklə, mülki işə əlavə edilmiş mütəxəssis rəyində iddiaçıya məxsus fərdi yaşayış evində qüsurların yaranma səbəbləri kimi göstərilmiş damın quraşdırılması (qazan, dirsək, su axıdan boru və boru həlqəsi) və divar kağızların qopması səbəbi kimi binanın nəmə qarşı izolyasiya (hidroizolyasiya) işlərinin görülməsi tərəflər arasında mövcud olmuş podrat müqaviləsinin şərtlərində nəzərdə tutulmadığından, cavabdehin məsuliyyəti bu hissədə istisna olunmalıdır. Beləliklə, məhkəmə icraatı zamanı iddiaçının etirafetdiyi kimi, döşəməyə vurulmuş ikinci əl laminat örtüyü həqiqətən onun özü tərəfindən alınmışdır. Eyni zamanda, iş materiallarına əlavə edilmiş laminatın şəkillərindən və iş üzrə ifadə vermiş şahidlərin izahatından görünür ki, tikinti-quraşdırma işlərində istifadəedilmiş laminat kəsilmiş, doğranmış və keçmələri yararsız vəziyyətdə olmuşdur. Göründüyü kimi, sözügedən laminatın tikinti-quraşdırma işlərində istifadəsi ilə bağlı cavabdehin etirazına baxmayaraq, iddiaçı həmin materialın istifadəsinə təkid etmişdir. Ali Məhkəmənin Plenumunun Qərarında formalaşmış hüquqi mövqeyə görə, müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləilə nəticələnmiş olsun (məsələn: podrat və ya xidmət müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində yeganə nüsxədə fotoalbom, rəsməsəri və bu kimi mənəvi dəyəri olan əşyalara bərpaolunmaz ziyanın vurulması). Beləliklə, işin hallarından görünür ki, cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulması nəticəsində iddiaçıya məxsus hər hansı mənəvi dəyəri olan əşya bərpaolunmaz vəziyyətə düşməmişdir. Əfsuslar olsun ki, birinci instansiya məhkəməsi mülki iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Birinci instansiya məhkəməsi sübutların məcmusunu qiymətləndirərkən, iş materiallarında mövcud olmuş podrat müqaviləsinin şərtlərinə uyğun olaraq, görülməsi nəzərdə tutulmuş işlərin məsuliyyət dairəsini müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus fərdi yaşayış evində damın quraşdırılması (qazan, dirsək, su axıdan boru və boru həlqəsi) və nəmə qarşı izolyasiya (hidroizolyasiya) işlərinin görülməsini tərəflər arasında mövcud olmuş müqavilə şərtlərinə əsasən, cavabdehin öhdəliyinə aid olmasını sübut etməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Belə ki, mülki məhkəmə icraatı zamanı təqdiq edilmiş sübutların məcmusundan görünür ki, podrat müqaviləsi üzrə döşəmədə laminat işlərində aşkar edilmiş qüsurların başlıca səbəbi, iddiaçı tərəfindən alınmış laminat örtüyünün ikinci əl, kəsilmiş, doğranmış və keçmələri yararsız vəziyyətdə olmasıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin nümayəndəsi vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti ilə qətnamənin qismən – “dam (ümumi dəyəri: 240 manat), malyar (ümumi dəyəri: 2124 manat), döşəmə (ümumi dəyəri: 1630 manat), aksessuarların demontajı və montajı (dəyəri: 100 manat) işlərinin yenidən görülməsi və mənəvi zərərə görə kompensasiyanın (ümumi dəyəri: 3000 manat) ödənilməsi” hissələrində ləğv edilib, iddianın qeyd olunan hissələrində mübahisələndirildiyindən, iddiaçı isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın qeyd olunan hissələrində yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi aşağıdakı hissələrdə mübahisələndirilir: - dam (ümumi dəyəri: 240 manat), - malyar (ümumi dəyəri: 2124 manat), - döşəmə (ümumi dəyəri: 1630 manat), - aksessuarların demontajı və montajı (dəyəri: 100 manat) işlərinin yenidən görülməsi, - mənəvi zərərə görə kompensasiyanın (ümumi dəyəri: 3000 manat) ödənilməsi.
22. Mübahisələndirilən ilk 4 hissə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı və Cavabdeh tərəfindən imzalanmış sənəddə mübahisələndirilən hissələrdə görülməli olan işlərin cavabdeh tərəfindən görülməli olması təsdiqini tapır. Həmin işlərin qüsurlarla görülməsi və bu qusurların mövcud olması, aradan qaldırılması üçün nə qədər vəsaitin tələb olunması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılaraq ekspert və mütəxəssis rəyləri alınmış və düzgün nəticəyə gəlinmişdir. Məhkəmənin apardığı əsaslandırmada apellasiya şikayətinin dəlillərinə qiymət verildiyindən məhkəmə kollegiyası bu hissələrdə əlavə əsaslandırma aparmağa zərurət görmür.
23. Lakin məhkəmə kollegiyiası iddianın mənəvi zərərin ödənilməsi hissəsinin təmin olunması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi bu hissə üzrə əsaslandırma apararkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarına əsasən qüvvədən düşmüş “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” # ###### 2008-ci il tarixli qərara istinad etməkdə haqlı olmamışdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarının “Müqavilədən irəli gələn məsuliyyətin şərtləri” adlanan bölmənin 4.13-cü bəndində qeyd olunur ki, müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqı satqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqa zidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyrimaddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulub tutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır.
25. Hazırkı işin hallarından görünür ki, tələbdə müqavilə öhdəliklərinin pozulmasının eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqa zidd müdaxilə ilə nəticələnmiş olması ilə bağlı əsaslanırma aparılmamışdır və işin hallarından da bu xüsusat müəyyən olunmur.
26. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən məzmunda qismən ləğv və ləğv olunan hissədə iddia rədd edilməlidir.
27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi “Cavabdeh mənəvi zərərə görə 3000 manat pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.