Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-1021/2026 12.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, X3 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1639/2025 nömrəli xx.xx.2026-cı il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əmlakda payların naturada ayrılması, mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaitinin paylara uyğun bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, döngə 4, ev 18B yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33.60 kv.metr fərdi yaşayış evi və evin yerləşdiyi 0.45920 ha torpaq sahəsinə ½ hissədə payının naturada ayrılması, payların naturada ayrılması mümkün olmadıqda, mənzilin dəyərinin ½ hissəsi məbləğində pul kompensasiyası ödənilməklə payın satın alınması, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq, satışdan əldə edilmiş pulun paylara uyğun bölüşdürülərək ½ hissədə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1639/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, döngə 4, ev 18B (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.045920 ha olan torpaq sahəsi və ümumi sahəsi 33.60 kv.m olan fərdi yaşayış evi üzrə əvvəlcə qapalı, yəni yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan hərracın keçirilməsi, evin və torpağın sahəsi həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərrac keçirilərək satılması, əmlakın ilkin satış qiyməti bazar dəyərinə uyğun olaraq 44.500 manat məbləğində müəyyən olunması, satışdan əldə olunan pul vəsaitinin paylara mütənasib olaraq 50% hissəsi İddiaçı, 25% hissəsi Cavabdeh2, 25% hissəsi Cavabdeh1 ödənilməsi qət edilmişdir. Cavabdeh1 məhkəməyə xx.xx.2026-cı il tarixdə məhkəməyə apellyasiya şikayəti ünvanlayaraq, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)- 1639/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1639/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1639/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Daha sonra Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə xx.xx.2026cı il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1639/2025 saylı xx.xx.2026-cı il tarixli qərardadının ləğv edilməsini, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1639/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)- 1639/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2(008)- 1639/2025-021 saylı qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-1639/2025-017 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bildirir ki, qeyd edilən qərardadı qanunsuz və əsassız hesab edir. Belə ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1639/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi Cavabdeh1 rəsmi qaydada xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Məhkəmənin qərardadında qeyd edildiyi kimi, qətnamə tərəfə, yəni Cavabdeh1 göndərilsə də o qətnaməni əldə etməmişdir. Bunu qərardadda qeyd edilən “məlumat əksikliyi” qeydi də sübut edir. Yəni məhkəmə qətanaməni tərəfə göndərmiş, lakin qətnamənin cavabdehə rəsmi qaydada təqdim edilməsi mümkün olmamışdır. xx.xx.2025-ci il tarixində icra məmuru Cavabdeh1 ilə əlaqə saxlamış və icra hərəkətlərinin başlandığını bildirmişdir. Cavabdeh1 qeyd edilən qətnamənin ona indiyədək təqdim edilmədiyini bildirmişdir. Nəticə etibarilə Cavabdeh1 qətnamədən xəbərsiz olmuş, onu əldə etmək üçün məhkəməyə müraciət etmişdir. Məhz xx.xx.2025-ci il tarixində qətnamə Cavabdeh1 rəsmi qaydada təqdim edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1639/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsini aldıqdan sonra qətnamədən narazı qalan Cavabdeh1 prosessual müddətlər daxilində apellyasiya şikayəti vermişdir və prosessual müddəti ötürməmişdir. Belə ki xx.xx.2025-ci il tarixində məhkəmə tərəfindən göndərilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1639/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsini ilk dəfə almamışdır. Məhkəmə qətnaməsi rəsmi qaydada Cavabdeh1 xx.xx.2025-ci il tarixdə təqdim edilmiş, Cavabdeh1 xx.xx.2026-cı il tarixində apellyasiya şikayəti vermişdir. Beləliklə o, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətləri ötürməmişdir. Bildirir ki, qərardad əsassızdır və ləğv edilməlidir. Hesab edir ki, qeyd edilənlər nəzərə alınmalı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1639/2025 saylı xx.xx.2026-cı il tarixli qərardadı ləğv edilməli, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1639/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1639/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 361.1.5-ci maddəsinə əsasən şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar apellyasiya şikayətində göstərilməlidir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə apellyasiya şikayətinin verilməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Həmin müddətə ruiayət edilməməsi apellyasiya şikayətinin geri qaytarılması üçün əsasdır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1639/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti veriləsi üçün müddətin başlanğıcı 12 noyabr 2025-ci il saat 00:00 tarixindən hesablanır. Çünki qətnamə xx.xx.2025-ci il tarixdə elektron sistemə yerləşdirilmiş (İddiaçı elektron məhkəmə informasiya sistemində elektron kabineti mövcuddur), cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsində göstərilən ünvan 5 ünvanına xx.xx.2025-ci il tarixdə göndərilmişdir. İş materiallarına əlavə edilmiş poçt zərfindən görünür ki, məktub “məlumat əksikliyi” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə qəbzindən görünür ki, sözügedən qətnaməni Cavabdeh1 xx.xx.2025-ci il tarixdə təkrar təhvil almışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1639/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən xx.xx.2025-ci il tarixdə icraya yönəldilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdeh1 müvafiq qətnamədən məlumatlı olmuşdur. Lakin o, məhkəmə qəbzinə imza edərək təkrar təhvil aldığı tarixdən hesablamaqla məhz xx.xx.2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2025-ci il tarixədək apellyasiya şikayəti verməsi üçün müddəti olduğu halda, cavabdeh xx.xx.2026-cı il tarixdə apellyasiya şikayəti verməklə apellyasiya şikayətinin verilməsi üçün 1 ay müddəti ötürmüş, həmin qətnamədən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə də təqdim etməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1639/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətini apellyasiya şikayətinin verilməsi müddətinə riayət edilmədiyindən geri qaytarmışdır. Bu səbəbdən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1639/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1639/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-1021/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1021/2026
12.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver