Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1061/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundova Günay Təyar qızının sədrliyi ilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı “xxxx” MMC-nin nümayəndəsi nümayəndə2, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya X2 markalı avtomaşının bərpasına və təmirinə xərclədiyi 6990 manat pul məbləği, həmçinin ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək avtoqəza nəticəsində avtobusun işləməməsi səbəbindən iddiaçıya əldən çıxmış qazanc, fayda şəklində 28.920 manat, ödənilmiş dövlət rüsumü 228 manat, ümumilikdə isə 36.128 manatın cavabdeh Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh maddi ziyan kimi 3650 manat, əldən çıxmış fayda kimi isə 9870 manat və dövlət rüsumu kimi ödənilmiş 130 manat pul alınaraq iddiaçı “xxxx" MMC-yə verilməsi, qalan hissədə iddianın təmin edilməməsi, “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə xidmətinin dəyəri kimi 350 manat pulun cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-yə verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin əldən çıxmış fayda kimi 9870 manat və dövlət rüsumu kimi ödənilmiş 130 manat pulun alınması hissəsində ləğv edilməsini, həmin hissədə iddianın müvafiq vergi qurumunun cavabına uyğun hesablanmaqla təmin edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya icraatında olarkən məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” MMCnin nümayəndəsi nümayəndə2 ərizə təqdim edərək cavabdeh tərəfindən ziyan onlara ödənildiyindən hazırkı iş üzrə iddia tələbindən imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 ərizənin təmin edilməsinə etiraz etmədi, ziyanın cavabdeh tərəfindən ödənildiyini bildirdi. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçı tərəfin iddiadan imtinası qəbul olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. Iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün, onun imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Kollegiya hesab edir ki, “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə xidmətinin dəyəri kimi 350 pulun 175 manatı iddiaçı “xxxx" MMC-dən, 175 manatı isə cavabdeh Cavabdeh alınaraq “xxxx” MMC-nin hesabına köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı “xxxx" MMC-nin iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Iş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Iş üzrə “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə xidmətinin dəyəri kimi 350 pulun 175 manatı iddiaçı “xxxx" MMC-dən, 175 manatı isə cavabdeh Cavabdeh alınaraq “xxxx” MMC-nin hesabına köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(3-6)-1061/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1061/2026
04.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver