Məhkəmə qərarları › İş №2(3-6)-1086/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1086/2026

03.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1086/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və X3 qarşı mülki iş üzrə (Açar sözlər: ərazi və məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılması barədə mübahisə) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X1 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və X3 qarşı “pul” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:

1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı İddiaçı xeyrinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2713,Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən bağ evinin bərpa təmiri üçün 96403 (doxsan altı min dörd yüz üç) manat və iddia ərizəsini verilməsinə görə 380 (üç yüz səksən) manat məbləğində pul vəsaitlərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən məhkəməyə təqdim edildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmışdır.

3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114 və 152-ci maddələrinə istinadla əsaslandırmışdır.

ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:

5. İddiaçı İddiaçı nümayəndəsi-vəkili Qanuni nümayəndə həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir

6. Şikayət onunla əsaslandırılmışdır ki, “iddiaçı ilk olaraq iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edilmişdir. Əsas ondan ibarət idi ki, cavabdehlər Lerik Rayonunda qeydiyyatda idilər. Lakin Lerik Rayon Məhkəməsinin № e-*(*-***)-**/**** saylı, ##.##.2026-ci il tarixli qərardadına əsasən iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Əsas ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun ## #### 2021-ci il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağılabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin və ədalət mühakiməsinin səmərəliliyinin təmin edir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsinin (bundan sonra MPM) 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun“xxxx” İstehsalat Birliyinin ** saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə” ## ###### 2019-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. (MPM 45.1) Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbi onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2713(yeni qaydalarla: ünvan 2)ünvanında yerləşən bağ evinin tikintisi və təmiri zamanı cavabdehlər tərəfindən görülən işlər nəticəsində ona vurulmuş zərərin aradan qaldırılması ilə bağlıdır. Hazırki iş üzrə mübahisə predmeti olan bağ evi (Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2713 (yeni qaydalarla: Bakı şəhəri, Xəzər Rayonu,22-ci Mərdəkan küçəsi, 43 B)) isə Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisində yerləşir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə Lerik rayonu deyil, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etməlidir. Məhs buna əsasən tərəfindən Bakı şəhəri,Xəzər Rayon Məhkəməsinə müraciət edilmişdir. Beləliklə, iddiaçı tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, Lerik Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərardad əlavə edilmişdir. Lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən həmin qərardad nəzərə alınmamışdır. Bununla belə nəticəyə gəlmək olar ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsi tərəfindən iş materiallarla tanış olmadan qərardad çıxarılmışdır.”

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)- ***/**** saylı qərardadından iddiaçı İddiaçı nümayəndəsi-vəkili Qanuni nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlkidə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI və MƏHKƏMƏNİN MÖVQEYİ

8. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

-31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir; -35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; -39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. -149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); -149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; -398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

9. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, cavabdehlər cavabdeh2 və Xanməmmədov X2 rayonunda qeydiyyatdadırlar.

10. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərardadı ilə işə müstəsna aidiyyət üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı olması əsası ilə geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Lerik Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5- ***)-**/**** nömrəli qərardadının hazırki iddia ərizəsini geri qaytaran məhkəmə üçün heç bir preyudisial qüvvəsi yoxdur. Məhkəmə hazırki iddia tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər əsasında baxır. Hazırkı iş üzrə iddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2713 (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən bağ evinin təmiri ilə əlaqədar çəkilməli olan xərclərin ödənilməsini tələb edir. İddiaçının hüquqi marağı əmlakın qüsurlu təmiri ilə bağlı ona dəymiş zərərin kompensasiya edilməsidir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). MPM-nin 39-cu maddəsində müstəsna aidiyyətlə bağlı olan hallar konkret olaraq göstərilmişdir. Müvafiq tələb müstəsna aiddiyətlə bağlı müddəalara uyğun gəlmir. Yuxarıda qeyd olunan müddəalardan göründüyü kimi qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə müraciət edilərkən aidiyyət qaydalarının pozulmasına yol verilmiş, iddiaçı cavabdehlərin qeydiyyatda olduğu ünvan üzrə (Lerik Rayon Məhkəməsinə) məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd edilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz. 11.Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar