Məhkəmə qərarları › İş №2(3-6)-1130/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1130/2026

13.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1130/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdehika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № *(103)-1130/2026 (Açar sözlər: hərrac protokolunun etibarsız hesab edilməsi, ipoteka predmeti olmayan əmlakla bağlı hərracın keçirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdehika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində birinci icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdehika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən hərracın nəticələrinə dair ## #### 2025-ci il tarixli ****************** nömrəli protokola xitam verilməsi və hərrac etibarsız hesab edilməsi, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri * saylı Notariat Kontorunun 8İ15189 saylı ##.##.2022-ci il tarixli icra qeydinə əsasən tələbkar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 xeyrinə iddiaçıdan 20.000 dolların tutulması qərarı verilmişdir.Bu icra qeydi icra olunması üçün Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir.Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə mülkiyyətində olan **BH*** dövlət qeydiyyat nişanlı avtomobilə həbs qoyulmuşdur.Həmin avtomobil “xxxx” MMC tərəfindən 16700 manat dəyərində qiymətləndirildi.“xxxx” MMC tərəfindən keçirilən ## #### 2025-ci - ## #### 2025- ci il tarixləri aralığında keçirilən birinci təkrar hərracda avtomobilin satış qiyməti 10020 manat müəyyən olundu və satıldı.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia təmin edilməmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Cavabdehikası Mülki Məcəlləsinin 269.1, 269.2, 269.4, 269.5, 311.2, 317.1, 317.2, 319.1, 354.1, 354.2, 415.2, 416, 421.1, 421.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Cavabdehikasının Qanununun 41.2, 41.3, 41.5, 42.1, 43.5, 44, 46.1-ci naddələri, “İcra haqqında” Azərbaycan Cavabdehikası Qanununun 53.1, 53.2, 53.3-cü maddələri, Azərbaycan Cavabdehikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 5.2, 14.2, 76.1, 76.2, 77.1, 80, 106.1, 119.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətlərinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, iddia tələbinin hüquqi əsaslandırılması Azərbaycan Cavabdehikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə ## ###### 2021ci il tarixli qərardadı təşkil edirdi. Həmin qərardadda qeyd olunur ki, İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Cavabdehikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Cavabdehikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Qanunvericiliyin və qanunvericiliyin tətbiqi ilə bağlı Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının qərardadından görüldüyü kimi mülkiyyətində olan avtomobil birinci hərracda satılmadığı halda həmin hərrac baş tutmamış sayılmalı idi. Amma cavabdeh qurum hərracın mərhələsini birinci təkrar hərrac kimi qeyd edib. Qanunvericilikdə hərrac və təkrar hərrac terminləri mövcuddur. Birinci təkrar hərrac termininə rast gəlmək mümkün deyildir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, şikayətin dəlillərinə uyğun izahat vermişdir.

9. məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və digər üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmə iclasına gəlməmişlər. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəməyə teleqran ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini və işdəki sübutlarla mübahisəyə baxılaraq yekun aktın çıxarılmasını xahiş etmişdir.

11. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Cavabdehikası Mülki Məcəlləsi

12. Maddə 181. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

13. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

14. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

15. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.

16. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

17. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

18. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

19. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

20. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

Azərbaycan Cavabdehikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

24. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Kollegiya tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilməlidir.

29. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

30. Belə ki, işin hallarına əsasən müəyyən olunmuşdur ki, ## ###### 2022-ci il tarixli icra qeydindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 xeyrinə İddiaçı vaxtında ödənilməmiş 20000 ABŞ dolları və 25 manat dövlət rüsumunun tutulması qeyd edilmişdir. Həmin icra qeydi üzrə borcun ödənilməsini təmin etmək məqsədilə iddiaçıya məxsus avtomobilə yönəltmə edilməsi nəzərdə tutulmuşdur. ## #### 2025-ci il tarixli hərracın nəticələrinə dair protokolun surətindən görünür ki, Bakı şəhəri * saylı Notariat Kontorunun 8İ-15189 saylı ##.##.2022-ci il tarixli icra qeydinin icrası məqsədi ilə hərrac təşkil edilmiş və hərracın qalibi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Viladiyeviç olmuşdur.Hərrac predmeti olan “Hyundai Tucson” minik markalı,**-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 16700.00 AZN, minimum satış qiyməti 10020.00 AZN, son satış qiyməti 10020.00 AZN təyin edilmişdir.

31. Hal-hazırda iddiaçı həmin hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını tələb edir, cavabdeh və üçüncü şəxslər isə iddia tələbinə etiraz edir. Qeyd edilməlidir ki, iş materiallarına əsasən mübahisələndirilən son hərrac ##.##.2025-ci il tarixdə baş tutsa da, iddiaçı iddia tələbində ##.##.2025-ci il tarixli hərrac nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı izahat verən iddiaçı tələbdə hərracın tarixinin ##.##.2025-ci il kimi qeyd edilməsinin texniki səhvlik olduğunu bildirmiş və tələbinin ##.##.2025-ci il tarixli hərrac nəticələrinin ləğv edilməsi kimi qəbul edilməsini xahiş etmişdir.

32. İşin yuxarıda qeyd olunan hallarından da göründüyü kimi iddiaçı İddiaçı hazırki iş üzrə üçüncü şəxs olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 olan borcu ilə bağlı icra qeydi üzrə öhdəliyinin icra edilməsi üçün iddiaçıya məxsus olan avtonəqliyyat vasitəsinin satışı ilə bağlı hərrac təşkilatçısı olan “xxxx” MMC tərəfindən ##.##.2025, ##.##.2025 -##.##.2025-ci il tarixlərdə hərrac keçirilmiş, hərracın keçirilməsi “İpoteka haqqında” Azərbaycan Cavabdehikası Qanununun 42-43-cü maddələrinə və “İcra haqqında” Azərbaycan Cavabdehikası Qanununun yeni redaksiyada olan 62-ci maddəsinə uyğun olaraq aparılmış və həmin normaların tələblərinə əsasən təkrar hərracların keçirilməsi zamanı mübahisəli əmlakın dəyərində müvafiq olaraq 40 faiz azalmalar olmuş, nəticədə əmlakın son satış qiyməti 10020 manat müəyyən edilmişdir. Lakin kollegiya hesab edir ki, hərracın yuxarıda qeyd edilən formada aparılması qanunazidd olmuşdur.

33. Belə ki, ilk növbədə “İpoteka haqqında” Azərbaycan Cavabdehikası Qanununun 42- 43-cü maddələri isə ipoteka predmeti olmuş əmlakın ilkin və təkrar hərraclarının aparılması qaydaları və bu zaman əmlakın dəyərinin düşməsinin mümkünlüyünə dair müddəaları əks etdirir. Bu isə onu deməyə əsas verir ki, ipoteka predmeti olmayan əşyanın açıq hərracdan satılması zamanı adıçəkilən qanunla müəyyən olunan prosedur qaydalarının aparılması və dolayısı ilə əmlakın dəyərinin aşağı salınması yolu ilə təkrar hərracın aparılması yolverilməzdir.

34. Həmin mövqe öz əksini Azərbaycan Cavabdehikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il ## ###### tarixli **/**** nömrəli qərardadında da tapmışdır. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, icra sənədi üzrə tutmanın borclunun mülkiyyətindəki ipoteka predmeti olmayan əmlakına yönəldilməsi zamanı hərracın qanunun analogiyası üzrə “İpoteka haqqında” Qanunda müəyyən edilmiş qaydalara uyğun aparılmasının mümkünlüyü qənaətinə gəlinməsi üçün girov predmeti olan əmlakların bu statusa malik olmayan əmlaklara münasibətdə fərqləndirici xüsusiyyətlərinə diqqət yetirilməlidir. Hüququn ümumi prinsiplərinə əsasən statusları yüklülük baxımından eyni olmayan əmlaklarla bağlı münasibətlərə qanunverici ayrı-ayrı qaydalar tətbiq edir. Belə ki, ilk növbədə “İpoteka haqqında” Qanun xüsusi olaraq mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatını, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Bu baxımdan, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri, hərracın Mülki Məcəllənin 415-ci maddəsindən fərqlənən xüsusiyyətlərini özündə əks etdirməklə, yalnız ipoteka predmeti olan əmlakın hərracda satılmasının xüsusi qaydasını müəyyən edir. İpoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru isə Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. İpoteka predmeti olmayan əmlakın hərracının “İpoteka haqqında” Qanunun tələblərinə uyğun keçirilməsi həmin tələbkarın ipoteka saxlayanla eyniləşdirilməsi anlamına gəlir. Eyni yanaşma borclunun vergi ödəyicisi kimi siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına da aiddir. Belə ki, istinad edilən kateqoriyaya aid olmayan əmlaklara digər qanunlarda nəzərdə tutulmuş xüsusi normaların tətbiqi borclu şəxslərin qanunda xüsusi bir göstəriş olmadığı halda müəyyən məhrumiyyətlərə məruz qalmasına səbəb olur. Halbuki, hər kəsin hüquq və azadlıqları Azərbaycan Cavabdehikasının Konstitusiyasında (bundan sonra Konstitusiya) və qanunlarında müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır (Konstitusiyanın 71-ci maddəsinin II hissəsi).

36. Qeyd edilənlərin məcmusu olaraq kollegiya hesab edir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydalarının tətbiq edilməsi əsassız olduğundan, o cümlədən əmlakın mülkiyyətçisi və ya mülkiyyətçilərinin əsassız olaraq maliyyə itkilərinə məruz qalması ilə nəticələndiyindən həmin normaların tətbiqi ilə həyata keçirilmiş hərrac hüquqazidd hesab edilməlidir.

37. Kollegiyanın qiymət verməli olduğu növbəti məsələ isə “İcra haqqında” Qanunun yuxarıda qeyd edilən 62-ci maddəsi ilə bağlıdır. Belə ki, cavabdeh baş tutmuş hərracın “İcra haqqında” Qanununun yeni redaksiyasına uyğun aparıldığını əsas gətirmişlər və iş materialları ilə də təklif olunan məbləğin bu faiz nisbətlərinə uyğun olduğu görünür. Kollegiya bu mövqe ilə bağlı isə qeyd edir ki, “İcra haqqında” Qanununun 62-ci maddəsi ilə bağlı sözügedən dəyişikliyi nəzərdə tutan Qanun ##.##.2025-ci il tarixli olsa da, həmin Qanun ##.##.2025ci il tarixdə qüvvəyə minmişdir və hazırki iş üzrə hərraclar keçirildiyi vaxt (##.##.2025 – ##.##.2025) həmin dəyişiklik hələ qüvvədə olmamışdır. Odur ki, bu normanın tətbiqi də əsassız olmaqla iddiaçının qanunla qorunan mənafelərinin pozulması ilə nəticələnmişdir.

38. Kollegiya üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 vicdanlı əldə edən olması və hazırki iddianın təmini nəticəsində onun hüquqlarının pozulacağı ilə bağlı mövqe ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

39. Belə ki, daşınar əmlakın əldə edilməsi ilə bağlı vicdanlılığın əsaslarına dair Mülki Məcəllənin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

40. Göründüyü kimi mülki qanunvericilikdə daşınar əmlakın əldə edilməsi ilə bağlı vicdanlılığın əsasları dəqiq şəkildə təsvir olunmuş, vicdanlı alıcının bu cür hesab edilə bilməsi üçün hüquq münasibətinin qarşı tərəfinin həmin əmlakın mülkiyyətçisi olmasına prezumpsiyasının olması, həmçinin şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas gətirilmişdir. Hazırki işin halları isə bu normanın tətbiq dairəsindən uzaq olmaqla keçmiş mülkiyyətçi, hərrac təşkilatı və yeni mülkiyyətçi arasındakı münasibətlərin düzgün aydınlaşdırılmasından irəli gəlir.

41. Belə ki, alıcı, yəni hazırki halda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdeh hərrac təşkilatçısı tərəfindən təşkil olunmuş hərracda iştirak etmiş və əmlakın dəyərinin 10.020 manat müəyyənləşdirildiyi hərracın qalibi olmuşdur. Göründüyü kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 hazırki mübahisədə qarşılıqlı münasibətdə olduğu subyekt hərrac təşkilatı olmaqla sonuncu tərəfindən hərrac prosedurlarına əməl olunmaması bunun nəticəsində əldə etdiyi əmlak üzərindəki mülkiyyət hüquqlarını da istisna edir.

42. Həmçinin qeyd edilməlidir ki, vicdanlılıq institutunun ən önəmli ünsürü əldə edən şəxsin bu əldə edilmənin qanuni əsaslara söykənmədiyini bilməməsi və ya bilməli olmaması ilə əlaqədardır. Hazırki işdə də yuxarıda göstərildiyi kimi mübahisəli əmlak təkrar hərraca qanunvericiliyin tələblərinə zidd olaraq dəyəri azalmaqla çıxarılmış və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iştirak edərək 10.020 manat ödəməyə razı olduğu hərrac da qanunazidd olaraq əmlakın dəyərinə 40% azalma tətbiq edilməklə keçirilmişdir. Bu halda şəxsin qanunun tələblərini bilməməsi onun həm də bilməməli olması mənasına gəlməməlidir. Azərbaycan Cavabdehikası Konstitusiyasının 72.3-cü maddəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir.

43. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 vicdanlı əldə edən olması və hazırki iddianın təmini nəticəsində onun hüquqlarının pozulacağı ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsassız hesab edilməlidir.

44. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, Cavabdehika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Hyundai Tucson” minik markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə keçirilmiş ##.##.2025-ci il tarixli, ****************** nömrəli hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Cavabdehikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

46. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

48. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

49. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun dəyəri cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Cavabdehikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdehika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Hyundai Tucson” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə keçirilmiş ##.##.2025-ci il tarixli, ****************** nömrəli hərracın nəticələri və bu haqqında protokol etibarsız hesab edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun dəyəri cavabdeh Cavabdehika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Cavabdehikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar