Məhkəmə qərarları › İş №2(3-6)-1135/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1135/2026

13.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1135/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Sara qızının cavabdeh “Azəriqaz” IB-yə qarşı işi üzrə Açar sözlər: (“cavabdehə öhdəliyin icrasının həvalə edilməsi”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi,iddiaçı İddiaçı Sara qızının, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı Sara qızı cavabdeh “Azəriqaz” IB-yə qarşı “cavabdehə öhdəliyin icrasının həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh ”Azəriqaz” IB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. Iddiaçı İddiaçı Sara qızı cavabdeh “Azəriqaz” IB-yə qarşı “cavabdehə öhdəliyin icrasının həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” Istehsalat Birliyinin imtinasının əsassız hesab edilməsi, Sabunçu rayonu, Maştağa qəsəbəsi, *** nömrəli ərazidə 300 kv metr torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı faktiki istifasində olan Bakı şəhəri, Maştağa qəsəbəsi ümumi sahəsi *** nömrəli ərazidə yerləşən 300 kv metrdən ibarət torpaq sahəsində fərdi ev inşa etmişdir. Həmin torpaq sahəsi Sabunçu rayon icra hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının ##.##.1997-ci ıl tarixli ** saylı çıxarışı ilə yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Həmin torpaq sahəsində ev inşa etmişdir. Həmin torpaq sahəsinin üzərində 2021-ci ilin avqust ayında ailəsi ilə birlikdə köçərək yaşamağa başlamışdır. Həmin mənzilə elektrik xətti və su xətti çəkdirmiş, hər ikisinə aidiyyəti orqanlar tərəfindən sayğac qoyulmuşdur. Bundan sonra iddiaçı yenidən istifadəsində olan fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi barədə cavabdehə, yəni “Azəriqaz” Istehsalat Birliyinə qaz xəttinin çəkilməsi barədə ##.##.2025-ci il tarixində ərizə ilə müraciət etmiş, lakin cavabdeh təşkilat ##.##.2025-ci il tarixli cavab məktubuna əsasən bildirmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Qanununda ##.##.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (maddə 13. Bənd 10-1) görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə olan, lakin belə icazə alınmadan inşa edilmiş və tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan tikinti obyektlərinin qaz xətlərinin şəbəkəyə qoşulması qadağan olunmuşdur. Cavabdeh təşkilat **-*-*/*-Q-****-*/**** saylı ##.##.2025-ci il tarixli məktubla imtina vermişdir. Cavabdehin imtinası əsassızdır və iddiaçının istifadəsində olan yaşadığı Sabunçu rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinin təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Iddia ərizəsinə əlavə etdiyi mülkiyyət haqqında çıxarışdan da görünür ki, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Mülkiyyət isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi ilə qorunur. Iddiaçı inşa etdirdiyi fərdi yaşayış evini şəhərsalma qaydalarına uyğun inşa etdirmiş və çəkiləcək kommunal xətlər tam nəzərə alınıb, heç bir mühafizə zolağına düşmür. Bundan başqa cavabdehin imtina etdiyi əsaslardan biri də sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədi ilə qaz xətti ilə təmin etmə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilməsidir. Göründüyü kimi bu da əsassız imtinadır. Çünki həmin torpaq sahəsi zəbt olunmayıb. Cavabdehin əsaslandığı daşınmaz əmlak tərəfindən həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarış verilmişdir. Bundan başqa cavabdehin imtinasından biri də “Azəriqaz” Istehsalat Birliyinin Azərbaycan Respublikasının Qanununda ##.##.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklə bağlıdır. Bu da əsassız imtinadır. Çünki iddiaçı həmin qanuna dəyişiklikdən çox qabaq həmin fərdi yaşayış evini inşa etdirərək burada yaşamışdır. Bunu sübut edən evinə çəkilmiş su xəttidir. “Azəriqaz” Istehsalat Birliyinin imtinası qanunsuz və əsassızdır. Cavabdeh bu hərəkəti ilə iddiaçının AR-sı Konstitusiyasında təsbit edilmiş konstition hüquqlarını kobud surətdə pozur. Cavabdehin imtinası əsassızdır. Iddia təmin edilməli, məhkəmə cavabdehin imtinasının əsassız hesab edilməsi, 300 kv metr torpaq sahəsində inşa etdiyim fərdi yaşayış evinin qaz xəttinin çəkilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarmalıdır.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı Sara qızının cavabdeh “Azəriqaz” IB-yə qarşı “cavabdehə öhdəliyin icrasının həvalə edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı İddiaçı istifadəsində olan Bakı şəhəri, Maştağa qəsəbəsi, *** nömrəli ərazidə iddiaçının istifadəsində olan 300 kv.metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı cavabdeh “Azəriqaz” Istehsalat Birliyinin imtinasının əsassız hesab edilməsi və həmin sahəni qazlaşdırmaq öhdəliyinin cavabdeh “Azəriqaz” Istehsalat Birliyinə həvalə edilməsi, cavabdeh “Azəriqaz” Istehsalat Birliyindən 100 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 152, 180.3, 157.8, 238-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 89.1-ci maddələrinə; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 79.1, 79.1.1-79.1.11; 79.2; «Istehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3, 18.1, 18.2, 26; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1, 4.2, 13.1, 13.10-1, 80.4; “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikasmm Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2010-cü il tarixli qərarın Avropa Insan Hüquqları Məhkəməsini “X1rşı” işi, “Tre Traktörer AB Isveçə qarşı” iş; “Van Marle və b. Niderlanda qarşı” işi üzrə qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı İddiaçı istifadəsində olan Bakı şəhəri, Maştağa qəsəbəsi, *** nömrəli ərazidə yerləşən 300 kv.metr torpaq sahəsinin qanuni sahibidir və həmin sahəyə dair mülkiyyət hüququnu rəsmiləşdirmək hüququna malik olan şəxsdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, *** nömrəli ərazidə yerləşən sahəsi 1200 kv.m olan sahədə yaşayış evi tikmək hüququ barədə çıxarış Kərimova Gözəl Qasım qızına verilmişdir. Kərimova Gözəl Qasım qızı AR-III seriyalı ****** nömrəli etibarnamə ilə, sözügedən sahənin 300 kv.m olan hissəsi üzərində sərəncam və mülkiyyət hüququnu iddiaçı İddiaçı Sara qızına etibar etmişdir. Həmin torpaq sahəsi 2021-ci ildən mübahisəsiz olaraq onun faktiki sahibliyində və isifadəsindədir, həmin sahədə fərdi yaşayış evi inşa etdirmişdir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - AR-III seriyalı ****** nömrəli etibarnamənin surətinə əsasən, Kərimova Gözəl Qasım qızı Bakı şəhəri, Maştağa qəsəbəsi *** nömrəli ərazisində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsinin 300 kv.m-dən istifadə və sərəncam vermək hüququnu iddiaçı İddiaçı Sara qızına etibar etmişdir; - Bakı şəhəri Sabunçu rayonu Icra hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin aparatının ** nömrəli, ## ####### 1997-ci il tarixli qərarının surətinə əsasən, vətəndaş Kərimova Gözəl Qasım qızına Bakı şəhəri, Maştağa qəsəbəsi *** nömrəli ərazisində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi barədə çıxarış verilmişdir; - Məhkəməyə təqdim edilmiş “xxxx” ASC tərəfindən verilmiş qəbzə əsasən, ünvan 1 ünvanına ## ###### 2025-ci il tarixində 9.63 manat işıq borcu gəlmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh “ Azəriqaz” IB tərəfindən apellyasiya şikayəti verərək, Xətai rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarının ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosssual Məcəlləsinin 217.2; Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Qanununun 10-1; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il ## ###### 2023cü il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydalarının 1.11, 1.2-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Məhkəmənin nəzərinə çatdırırır ki, Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş ## ### 2023-cü il tarixli, ***-VIQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10-1-ci bəndə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Qeyd olunan normaların tələbindən də göründüyü kimi lazımı icazələr almadan, mülkiyyət sənədləri olmadan tikinti işləri aparıldığı halda qazla təmin olunmanı qanunvericilik qadağan edir, texniki şərtdə kordinat kodlarının olmaması qazlaşma ilə bağlı məsələni mümkünsüz edir. Qərardan da göründüyü kimi mənzilin qazlaşdırılması üçün ilkin növbədə qanunvericliyə uyğun olaraq texniki şərtdir. Lakin məhkəmə təhlükəsizlik və qanunvericiliyin tələbinə əməl etmədən bir başa mənzilin qazlaşdırılması üçün qərar çıxarır və qaz paylayıcını da məcbur edir ki, təhlükəsizliyə və qanunvericiliyin tələbinə əməl etmədən mənzili qazlaşdır. Bakı şəhərində bəzi binalar var ki 50 ildən çox yaşı vardır, lakin lahiyəsində qazın verilməsi ilə bağlı şərtlərə əməl edilmədiyi üçün onlara texniki şərt verilmir və mənzillər təhlükəsizlik səbəbindən qazlaşdırılmır. Çünki heç bir kommunal xidmət insan həyatından artıq ola bilməz. Bildiririr ki, 1-ci instansiya məhkəməsi qərar çıxararkən həmin zaman qüvvədə olan və dəyişikliklə əlavə edilmiş Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1 ci bəndinin tələbini nəzərə almamışdır. Şikayətin 5,6 və 7-ci bəndində (işin haları) qeyd etdikləri və məhkəmənin yuxarıda qeyd etdiyi maddi və prosessual hüquq normalarının tətbiqində yol verdiyi pozuntular, həmçinin iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, mübahisəli mənzilə dair Bələdiyyə tərəfindən verilmiş çıxarış olduğunu qeyd etmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Suallara cavab olaraq, qanunda dəyişikliyin olmasından öncə sifarişçinin tikilisinin qeydə alınıb-alınmasından asılı olmayaq qazla təmin edilməsində məhdudiyyətlər olmadan həyata keçirilsə də, qanunvericilikdə edilən dəyişikliklərdən sonra bunun mümkün olmadığını bildirmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

8. A z ə r b a y c a n Respublikası Konstitusiyasının tələblərinə ə s a s ə n : 4 3 . II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. 71. İ. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.VI. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. VIII. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. 149. İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı, 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; - Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 238. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən:79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. Hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. Xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. Hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. Hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. Tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndiskommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların; 79.1.11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. «Istehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-

11. cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18.1. Dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. 2. Istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. 26.Istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər.

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1. Istehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir. 4.2. Istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. 13.1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 13.10-1. (2023-cü il oktyabr ayının 1-dən qüvvədədir) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. 80.4-cü maddəsinə görə Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Iradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır

13. Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydasına görə: 1.2.1. qaz paylayıcısı – alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” Istehsalat Birliyi ; 1.2.2. sifarişçi – qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxs; 1.16. Sifarişçinin barəsində tikintiyə icazə icraatı tətbiq edilən inşa ediləcək tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması sifarişçi tərəfindən həmin tikinti obyektinin tikintisinə Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə alındıqdan sonra bu Qaydaya uyğun olaraq həyata keçirilir. 2.1. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması və ya əlavə qaz həcmi alması məqsədilə texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi üçün sifarişçi “HYPERLINK "http://e-qanun.az/framework/11254" \o "Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-IIQ nömrəli Qanunu"Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində qaz paylayıcısının nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. 2.2. Sistemə aşağıdakı məlumatlar daxil edilir: 2.2.1. sifarişçinin (məişət abonenti istisna olmaqla) VÖEN-i; 2.2.2. sifarişçinin şəxsiyyətini təsdiq edən sənədin FIN nömrəsi (VÖEN olmadıqda);2.2.3. sifarişçinin qazpaylayıcı şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda); 2.2.4. tələb olunan qazın ümumi saatlıq buraxılış həcmi; 2.2.5. sifarişçinin mobil telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda)

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir.

16. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, *** nömrəli ərazidə yerləşən sahəsi 1200 kv.m olan sahədə yaşayış evi tikmək hüququ barədə çıxarış Kərimova Gözəl Qasım qızına verilmişdir. Kərimova Gözəl Qasım qızı AR-III seriyalı ****** nömrəli etibarnamə ilə, sözügedən sahənin 300 kv.m olan hissəsi üzərində sərəncam və mülkiyyət hüququnu iddiaçı İddiaçı Sara qızına etibar etmişdir. Qaydalarla yalnız sifarişçi barəsində tikintiyə icazə icraatı tətbiq edilən inşa ediləcək tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması sifarişçi tərəfindən həmin tikinti obyektinin tikintisinə Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə alındıqdan sonra Qaydaya uyğun olaraq həyata keçirildiyi təsbit edilmişdir. Hazırki halda, mülkiyyət hüququ gözləntisi olan və qanuni əsaslarla iddiaçıya (etibar edənə) mənsub torpaq sahəsinə sahiblik edir və artıq onun üzərində tikili mövcud olmuşdur. Bu baxımdan, cavabdeh tərəfindən verilmiş imtina qaydalarla təsbit edilmiş əsasları müəyyən etməmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, mülkiyyət hüquqları üzrə gözləntini müəyyən sənədlər münasibətləri tənzimləyən qanunvericilikdə edilən dəyişikliklərdən öncə artıq iddiaçıda mövcud olduğundan geriyə hüququn tətbiqi yolveriləndir. Məhkəmə icraatını müəyyən qanunvericiliyə əsasən isə, Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazıırda hüquq münasibətlərin yaranmasına əsas ümumiyyətlə iddiaçının mülkiyyət gözləntisi hüququn yarandığı zamandır ki, bu hüquq da qanunvericilikdə edilən dəyişiklikdən uzun müddət öncə yaranmışdır. Ona görə hazrda iddiaçının tələbini məhdudlaşdıran qanunun hazırki zamana görə tətbiqi deyil münasibətlərin yaranmasına əsas olmuş hüququn yarandığı zaman qanunvericilyin tətbiqi əsas götürələrək, ona (təmsil etdiyi şəxsə) münasibətdə məhdudiyyətlərin tətbiqi yolverilməzdir.

17. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.

18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Cavabdeh “Azəriqaz” IB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar