Məhkəmə qərarları › İş №2(3-6)-1139/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1139/2026

29.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1139/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Mahmudov Könül Pirhəsən qızı və cavabdeh1 qarşı ümumi əmlakın bölünməsi və payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ümumi əmlakın bölünməsi və payın müəyyən edilməsi) Hakimlər Azad Nizam oğlu Imanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Rəşid Əfraim oğlu Səmədovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1, Cavabdeh Mahmudov Könül Pirhəsən qızının nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Işin halları

1. Ağcabədi rayon Qeydiyyat şöbəsinin ##.##.2014-cü il tarixli çıxarışından görünür ki, cavabdeh1 və Mahmudov Könül Pirhəsən qızı arasında ##.##.2000-ci il tarixdə nikah bağlanmışdır.

2. Bakı şəhəri Icra Hakimiyyəti Texniki Invertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsinin ##.##.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsindən görünür ki, cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 37A ünvanında yerləşən ** saylı mənzili xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirmişdir.

3. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, cavabdeh1 ilkin iddia üzrə cavabdeh İddiaçı və Yaman Sametə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, cavabdeh1 ## ######## 2018-ci il tarixli kredit müqaviləsi üzrə ümumi olaraq 362100 (üç yüz altmış iki min yüz) manat məbləğində pul vəsaitinin (213000 ABŞ dolları ekvivalentində) 181050 (bir yüz səksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsi qarşılıqlı iddia üzrə İddiaçı və 181050 (bir yüz səksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Yaman Sametin xeyrinə; ##.##.2018-ci il tarixli kredit müqaviləsi üzrə isə 61560,40 manat (altmış bir min beş yüz altmış manat 40 qəpik) məbləğində pul vəsaiti (36212 ABŞ dolları ekvivalentində) qarşılıqlı iddia üzrə İddiaçı xeyrinə tutulması qərara alınmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, 2(103)- ****/**** saylı qətnaməsindən görünür ki, cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2020- ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/** saylı qərarından görünür ki, cavabdeh cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *****)-****/**** saylı,## ##### 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)- ***/**** saylı hökmündən görünür ki, Apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair ## #### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli hökmün ləğv edilməsi qərara alınmışdır.

7. Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinin qərarından görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə borclu cavabdeh1 nikahda olduğu cavabdeh2 adına qeydə alınan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 37A ünvanında yerləşən ** saylı mənzilin birgə nikah dövründə əldə olunan əmlak kimi ½ hissəsinin üzərinə həbs qoyulması qərara alımışdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Asəm Əhmədovun “borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə” ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə borclu cavabdeh1 şikayəti təmin edilmiş, borclu cavabdeh1 həyat yoldaşı cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 37A ünvanında yerləşən ** saylı mənzilin birgə nikah dövründə əldə olunmuş əmlak kimi ½ hissəsinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinin icra məmuru X1 ##.##.2025-ci il tarixli qərarı ləğv edilmişdir.

9. Ərizəçi İddiaçı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdeh2 məxsus mənzilin üzərinə həbs qoyulması və mənzil üzərində hüquqların qeydiyyatının qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə qismən edilərək, hazırki iş üzrə məhkəmənin mülki iş üzrə qəbul olunacaq yekun qərarın qanuni qüvvəsini alanadək mənzilin özgəninkiləşdirilməsi qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh2 şikayət verərək ərizənin təmin edilən hissəsində ləğv edilərək, ərizənin tam rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının **(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad ərizənin təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Bakı * saylı Mediasiya Təşkilatının ##.##.2025-ci il tarixli, MŞB/*-*****/**** saylı Barışıq sazişindən görünür ki, Tərəflər cavabdeh1 və cavabdeh2 arasında birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlaklarla bağlı aşağıdakı qaydada razılığa gəldilər.##.##.2000-ci il tarixli, ** nömrəli akta əsasən Ağcabədi ray, Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulmasına tərəflər etiraz etmir və bu səbəbdəın nikahın pozulması ilə bağlı tərəflər adiyyəti rayon Məhkəməsinə müraciət edə bilərlər. cavabdeh1 etiraf edir ki, cavabdeh2 ilə ##.##.2000-ci il tarixdə nikaha daxil olduqdan sonra cavabdeh2 və onun atası Mahmudov Pirhəsən Mərdan oğlunun şəxsi vəsaiti hesabına ##.##.2001 -ci il tarixdə Nərimanov rayonu, Atatürk prospektində yelşən 3 (üç) otaqlı, yaşayış sahəsi 56.1 kv, m-olan, ümumi sahəsi 62.2 kv, m-olan ev 37 “a”, ünvanında yerləşən, 37-ci mənzilin dəyəri və təmir xərci tam şəkildə ödənilmiş və daşınmaz əmlak cavabdeh2 adma rəsmiləşdirilmişdir. cavabdeh1 adı çəkilən daşınmaz əmlakın alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləməmişdir. Bu səbəbdən cavabdeh1 yuxarda adı çəkilən daşınmaz əmlakda heçbir paya sahib deyil və həmin əmlakla bağlı gələcəkdə Məhkəmədə iddia qaldırmayacağına da öhdəlik götürür və eyni zamanda həmin əmlakın cavabdeh2 tərəfindən satılması üçündə ##.##.2021ci il tarixdə ** saylı Notarial kontorda öz razılığını vermişdir. Tərəflər arasında nikah dövründə 2 (iki) övladları ##.##.1994-cü il doğum təvəllüdlü Imanova (Hacıyeva) Nilufər Telman qızı və ##.##.1996- cı il doğum təvəllüdlü X2 dünaya və övladları artıq yetkinlik yaşma çatdıqları üçün tərəflər arasında övladlarının hansı valideynin yanında qalması həmçinin onların saxlanılması ilə bağlı yaranmış xərclərin ödənilməsi ilə bağlı heçbir mübahisə yoxdur. Tərəflər Barışıq sazişində qeyd olunan bəndlərin doğruluğunu öz imzaları ilə təsdiq edirlər.

11. ##.##.2025-ci il tarixli Nikah Müqaviləsindən görünür ki, tərəflər razılaşır ki, cavabdeh2 ilə ##.##.2000-ci il tarixdə nikaha daxil olduqdan sonra cavabdeh2 və onun atası Mahmudov Pirhəsən Mərdan oğlunun şəxsi vəsaiti hesabına ##.##.2001-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yelşən 3 (üç) otaqlı, yaşayış sahəsi 56.1 kv, m-olan, ümumi sahəsi 62.2 kv kv, m-olan ev 37 "a", ünvanında yerləşən, 37-ci mənzilin dəyəri və təmir xərci tam şəkildə ödənilmiş və daşınmaz əmlak cavabdeh2 adına rəsmiləşdirilmişdir. cavabdeh1 adı çəkilən daşınmaz əmlakın alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləməmişdir. Adıçəkilən əmlak birgə nikah dövründə ümumi gəlir hesabına əldə olunmadığı üçün cavabdeh1 yuxarıda adı çəkilən daşınmaz əmlakda heçbir paya sahib deyil və həmin əmlakla bağlı gələcəkdə məhkəmədə iddia qaldırmayacağına dair öhdəlik götürmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı İddiaçı cavabdehlər Mahmudov Könül Pirhəsən qızı və cavabdeh1 qarşı ümumi əmlakın bölünməsi və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri * saylı Mediasiya təşkilatında cavabdeh2 və cavabdeh1 arasında bağlanmış, ##.##.2025-ci il tarixli. MSB/*-*****/**** saylı barışıq sazişinin Bakı şəhəri, Atatürk prospekti, **A saylı evin ** saylı, yaşayış sahəsi 56.1 kv. metr, ümumi sahəsi 62.2 kv. metr mənzilin dəyərinin və təmir xərclərinin cavabdeh2 tərəfindən ödənildiyi, cavabdeh1 həmin mənzilin alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləmədiyi, bu səbəbdən də cavabdeh1 həmin mənzildə heç bir payı olmadığı hissəsində, həmçinin Bakı şəhəri ** saylı notariat ofisində cavabdeh2 və cavabdeh1 arasında bağlanmış ##.##.2025-ci il tarixli. *M-**** saylı nikah müqaviləsinin, Bakı şəhəri, Atatürk prospekti, **A saylı evin ** saylı, yaşayış sahəsi 56.1 kv. metr, ümumi sahəsi 62.2 kv. metr mənzilin dəyərinin və təmir xərclərinin cavabdeh2 tərəfindən ödənildiyi, cavabdeh1 həmin mənzilin alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləmədiyi, bu səbəbdən də cavabdeh1 həmin mənzildə heç bir payı olmadığı hissəsində etibarsız hesab edilməsi, cavabdeh2 adına qeydiyyata alınmış Bakı şəhəri, Atatürk prospekti, **A saylı evin ** saylı mənzilin bölünərək, həmin əmlakda cavabdeh1 1⁄2 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia ərizəsinə əlavə)

13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı cavabdeh1 ilkin iddia üzrə cavabdeh İddiaçı və Yaman Sametə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh cavabdeh1 ## ######## 2018-ci il tarixli kredit müqaviləsi üzrə ümumi olaraq 362100 (üç yüz altmış iki min yüz) manat məbləğində pul vəsaitinin (213000 ABŞ dolları ekvivalentində) 181050 (bir yüz səksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsinin qarşılıqlı iddia üzrə iddiaçı İddiaçı və 181050 (bir yüz səksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsinin qarşılıqlı iddia üzrə iddiaçı Yaman Sametin xeyrinə; ##.##.2018-ci il tarixli kredit müqaviləsi üzrə isə 61560,40 manat (altmış bir min beş yüz altmış manat 40 qəpik) məbləğində pul vəsaitinin (36212 ABŞ dolları ekvivalentində) qarşılıqlı iddia üzrə iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə, həmin qətnamədən cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamədən cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin icrası ilə bağlı həmin məhkəmə tərəfindən verilmiş ##.##.2021-ci il tarixli icra vərəqəsi hazırda Nərimanov rayon icra şöbəsinin icraatındadır. Lakin, icra sənədi üzrə borclu cavabdeh1 tərəfindən icra edilməmişdir. Borclunun adına rəsmiləşdirilmiş əmlak müəyyən edilmədiyi üçün, borcun onun digər cavabdeh cavabdeh2 ilə birgə nikah dövründə əldə etdiyi daşınmaz əmlakdakı payına yönəldilməsi qərara alınmış, Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X1 ##.##.2025-ci il tarixli qərarı ilə, cavabdeh2 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti **A saylı evin ** saylı mənzilinin 1⁄2 hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Lakin, birgə mülkiyyətdə olan əmlakda borclunun payı müəyyən edilmədiyi üçün, həmin əmlak barəsində sonrakı icra hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən, iddiaçı İddiaçı, hazırki mülki iş üzrə cavabdeh, icra işi üzrə borclu cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti **A saylı evin ** saylı mənzildə payının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmağı zəruri hesab edir. Ağcabədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.082014-cü il tarixli arayışdan görünür ki, cavabdeh1, cavabdeh2 ilə ##.##.2000-ci il tarixdə nikaha daxil olmuşlar. Bakı Şəhər Icra Hakimiyyətinin Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2004-cü il tarixli ÖM seriyalı ****** saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Atatürk prospekti, **A saylı evin ** saylı mənzili üzərində cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınmışdır.

14. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi ilə müraciət etmişdir.

15. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı vəkili vəkil1 tərəfindən ərizədə qeyd olunanlar tamamilə əsassızdır, cəfəngiyatdır, uydurmadır və şəxsi mülahizələrinə əsaslanan yazılmışdır. Belə ki, daha öncə də qeyd edildiyi kimi, evin alqı-satqı müqaviləsi cavabdeh2 ilə satıcı arasında bağlanmış və evin pulu tam şəkildə onun tərəfindən satıcıya ödənilmişdir. Bu müqavilədə də öz əksini tapmışdır, həmçinin evin satıcısı sağdır, yaşıyır. Bu barədə ətraflı məlumatı məhkəyə təqdim etmişdir. Bundan əlavə olaraq Ailə məcəlləsinə əsasən tərəflər Nikah Müqaviləsi imzalamış və müqavilədə bu mənzildə cavabdeh1 heçbir payı olmadığı öz əksini tapmışdır. Məlum olduğu kimi, Ailə Məcəlləsinin 38-ci maddəsinə əsasən “Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.Nikah müqaviləsi ərarvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.” Göründüyü kimi, müqavilənin bağlanmasında qanunvericilik məhdudiyyət qoymamış, istənilən vaxt bu müqavilənin bağlanmasını qanuni saymışdır. Bu səbəbdən vəkilin şəxsi mülahizələrinə əsasən müqavilənin etibarsız sayılması iddiası heç bir qanuni maddi hüquq normasına əsaslanmır. Həmçinin tərəflər arasında boşanma prosesi başlandığı üçün tərəflər ilk öncə mediasiyaya müraciət etmiş və mediasiyada barışıq sazişi imzalamışlar. X5 də qeyd olunan mənzilin cavabdeh2 məxsus olduğu və cavabdeh1 həmin mənzildə heçbir bir payının olmadığı öz əksini tapmışdır. Məlum olduğu kimi, Mülki Məcəlləyə, Mediasiya haqqında qanuna əsasən tərəflər boşandığı zaman Mediasiya prosesində Barışıq Sazişi imzalamaqla aliment, uşaqların kimdə qalması, əmlaklarla bağlı şərtləri müəyyən edə bilər. Yalnız rəsmi olaraq boşanmanı Məhkəmə həyata keçirir. Barışıq Sazişinə əməl edilməməsi tərəflər üçün məsuliyyət yaradır. Bu baxımdan Barışıq Sazişinin etibarsız sayılması üçün heç bir hüquqi əsas yoxdur. Bu səbəbdən işə heç bir əsası olmayan şəxsi mülahizələrə görə deyil.maddi hüquq normalarına əsasən, təqdim edilən sübutlara əsasən baxılmalıdır. Eyni zamanda həmin mənzil alınarkən cavabdeh1 ölkə ərazisində olmadığı ilə bağlı da məhkəməyə sübut təqdim edilmişdir. cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və həmin mənzildə hüquqi cəhətdən paya sahib ola bilər və həmin mənzildə payı müəyyən edilə bilər. Halhazırda cavabdeh2 uşaqları ilə birgə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə cavabdeh1 heç bir payı yoxdur, o mənzilin alışı, təmiri və mebellərin alışı tamamilə cavabdeh2 və atasın şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Bununla bağlı müzakirələr iddia ərizəsində qeyd olunan borcla bağlı əvvəlki məhkəmələrdə də olmuşdur və fakt öz təsdiqini tapdığına görə bu məsələ bağlanmışdır. Iddiaçı iddianın əsası kimi bu mənzilin birgə nigah dövründə alındığını qeyd edərək sanki birgə nigah dövründə alınıbsa cavabdeh1 orda payı varmış kimi qənaətə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.5-ci maddəsinə əsasən Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Həmçinin məhkəməyə iddia ərizəsi təqdim edərkən iddiaçının əsas kimi təqdim etdikləri Binəqədi icra məmurunun qərarı qanunsuz hesab edilərək Binəqədi rayon məhkəməsi tərəfindən ləğv edilmişdir və sənəd qanuni qüvvəsini almışdır. Həmçinin iddiaçı tərəfin guya ki, cavabdeh1 onlara ödəniş etmədiyi yazılsa da məhkəmə gedişatında bu öz təsdiqini tapmamış və aylıq olaraq cavabdeh1 stabil şəkildə ödəniş etdiyi sübuta yetirilmişdir . Bundan əlavə Iddiaçı cavabdeh1 bu mənzildə payının olması ilə bağlı hər hansı əsaslı sübut təqdim etməmiş, iddiasını əsaslandırmamışdır. Iddianın əsasları və məhkəmə qətnaməsinin zəruriliyi kimi təqdim edilən əsaslar məhkəmə gedişatında öz təsdiqini tapmadığı üçün iddia rədd edilməlidir. Iddiaçının təqdim etdiyi sənədlər, ərizə və sübutlar əsassız hesab edilməsi, məhkəməni çaşdırmaq məqsədi güddüyü üçün və yalnız şəxsi mülahizələrə əsaslandığı üçün sübut kimi qəbul edilməsin və Bakı şəhər Nərimanov rayon Məhkəməsində qaldırdıqları iddia rədd edilməsini xahiş etmişdir.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddiaçı İddiaçı cavabdehlər Mahmudov Könül Pirhəsən qızı və cavabdeh1 qarşı ümumi əmlakın bölünməsi və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.5, 152.1, 225.1, 225.2, 225.3, 225.4, 225.5, 225.6-cı maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1, 38.2, 38.3, 38.4, 40.2, 40.3, 40.4, 40.5, 40.6-cı maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6.4, 6.5, 6.36-cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə, ilkin iddia üzrə iddiaçı cavabdeh1 ilkin iddia üzrə cavabdeh İddiaçı və Yaman Sametə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh cavabdeh1 ## ######## 2018-ci il tarixli kredit müqaviləsi üzrə ümumi olaraq 362100 (üç yüz altmış iki min yüz) manat məbləğində pul vəsaitinin (213000 ABŞ dollarıekvivalentində) 181050 (bir yüzsəksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsinin qarşılıqlı iddia üzrəiddiaçı İddiaçı və 181050 (bir yüzsəksən bir minmanatəlli qəpik) manat məbləğində pul hissəsinin qarşılıqlı iddia üzrə iddiaçı Yaman Sametin xeyrinə; ##.##.2018-ci il tarixli kredit müqaviləsi üzrəisə 61560,40 manat (altmış bir min beş yüzaltmış manat 40 qəpik) məbləğində pul vəsaitinin (36212 ABŞ dolları ekvivalentində) qarşılıqlı iddia üzrə iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə, həmin qətnamədən cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamədən cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin icrası ilə bağlı həmin məhkəmə tərəfindən verilmiş ##.##.2021-ci il tarixli icra vərəqəsi hazırda Nərimanov rayon icra şöbəsinin icraatındadır. Lakin, icra sənədi üzrə borclu cavabdeh1 tərəfindən icra edilməmişdir. Borclunun adına rəsmiləşdirilmiş əmlak müəyyən edilmədiyi üçün, borcun onun digər cavabdeh cavabdeh2 ilə birgə nikah dövründə əldə etdiyi daşınmaz əmlakdakı payına yönəldilməsi qərara alınmış, Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X1 ##.##.2025-ci il tarixli qərarı ilə, cavabdeh2 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti **A saylı evin ** saylı mənzilinin ½ hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Lakin, birgə mülkiyyətdə olan əmlakda borclunun payı müəyyən edilmədiyi üçün, həmin əmlak barəsində sonrakı icra hərəkətlərinin həyata keçirilməısi mümkün olmamış, bu səbəbdən, iddiaçı İddiaçı, hazırki mülki iş üzrə cavabdeh, icra işi üzrə borclu cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti **A saylı evin ** saylı mənzildə payının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmağı zəruri hesab etmişdir. Ağcabədi rayon qeydyyat şöbəsi tərəfindən verilmiş ##.##.2014-cü il tarixli arayışdan görünür ki, cavabdeh1, cavabdeh2 ilə##.##.2000-ci il tarixdə nikaha daxil olmuşlar. Bakı şəhər Icra Hakimiyyətinin Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ##.##.2004-cü il tarixli ÖM seriyalı ****** saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Atatürk prospekti, **A saylı evin ** saylı mənziliüzərində cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Iddia qaldırıldıqdan sonra, cavabdehlər tərəfindən ##.##.2025-ci il tarixdə Bakı şəhəri * saylı Mediasiya təşkilatında barışıq sazişi bağlayaraq, Bakı şəhəri, Atatürk prospekti, **A saylı evin ** saylı, yaşayış sahəsi 56.1 kv. metr, ümumisahəsi 62.2 kv. metr mənzilin dəyərinin və təmir xərclərinin cavabdeh2 tərəfindən ödənildiyi, cavabdeh1 həmin mənzilin alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləmədiyi, bu səbəbdən də cavabdeh1 heç bir payı olmadığı barədə razılığa gəlmişlər. Eyni zamanda,cavabdehlər ##.##.2025-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində nikah müqaviləsi bağlayaraq, Bakı şəhəri, Atatürk prospekti, **A saylı evin** saylı, yaşayış sahəsi 56.1 kv. metr, ümumisahəsi 62.2 kv. metr mənzilin dəyərinin və təmir xərclərinin cavabdeh2 tərəfindən ödənildiyi, cavabdeh1 həmin mənzilin alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləmədiyi, bu səbəbdən də cavabdeh1 heç bir payı olmadığı barədə razılığa gəlmişlər. Iddiaçı iddia tələbini artıraraq, Bakı şəhəri * saylı Mediasiya təşkilatında cavabdeh2 və cavabdeh1 arasında bağlanmış ##.##.2025-ci il tarixli. MSB/*-*****/**** saylı barışıq sazişinin, Bakı şəhəri, Atatürk prospekti, **A saylıevin ** saylı, yaşayış sahəsi 56.1 kv. metr, ümumi sahəsi 62.2 kv. metr mənzilin dəyərinin və təmir xərclərinin cavabdeh2 tərəfindən ödənildiyi, X3 həmin mənzilin alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləmədiyi, bu səbəbdən də cavabdeh1 heç bir payı olmadığı hissəsində, həmçinin Bakı şəhəri ** saylı notariat ofisində cavabdeh2və cavabdeh1 arasında bağlanmış ##.##.2025-ci il tarixli. *M-**** saylı nikah müqaviləsinin, Bakı şəhəri, Atatürk prospekti, **A saylıevin ** saylı, yaşayış sahəsi 56.1 kv. metr, ümumi sahəsi 62.2 kv. metr mənzilin dəyərinin və təmir xərclərinin cavabdeh2 tərəfindən ödənildiyi, cavabdeh1 həmin mənzilin alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləmədiyi, bu səbəbdən də cavabdeh1 heç bir payı olmadığı hissəsində etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarmışdır. AR Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Yuxarıdakı normadan, habelə nikah və daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərdən görünür ki, Bakı şəhəri, Atatürk prospekti, **A saylı evin ** saylı mənzil cavabdehlərin birgə mülkiyyətindədir. Mübahisə predmetini təşkil edən daşınmaz əmlakın, cavabdeh cavabdeh1la cavabdeh cavabdeh2 birgə nikahları dövründə əldə edildiyi işin mübahisəsiz halıdır. Ailə qanunvericiliyinin tələblərinə görə, birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak, tərəflərin birgə mülkiyyətidir. AR Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarının nəticə hissəsinin 2-ci bəndinə əsasən, şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, cavabdeh cavabdeh1 iddiaçı İddiaçı qarşısında 242610.40 (181050 + 61560.40) manat öhdəliyi vardır. cavabdeh1 cavabdeh2 ilə birgə nikah dövründə əldə etdiyi ümumi əmlakda cavabdeh1 payı müəyyən edilmədiyi üçün, Bakı şəhəri, Atatürk prospekti, **A saylı evin ** saylı mənzil bölünərək, həmin əmlakda cavabdeh1 payı müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı qeyd etmişdir ki, еtibarsız əqdlər etibarsızlıq halını yaradan səbəblərin müxtəlifliyindən asılı olaraq, əhəmiyyətsiz əqdlər; mübahisə edilən əqdlər; müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər növə ayrılır. Məhkəmə baxılan iş üzrə etibarsızlığı tələb edilən alqı-satqı müqaviləsinin, müvafiq razılığın olmamasına görə (mülkiyyətçinin iradə ifadəsinə zidd) etibarsız olan əqdlər kateqoriyasına daxil olduğunu hesab etmişdir. Barışıq sazişinin və nikah müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələblərini əsassız hesab etməsi ilə bağlı məhkəmə qeyd etmişdir: “Ididaçı barışıq sazişinin və nikah müqaviləsinin etibarsızlığı barədə iddia irəli sürsə də, iddiasının əsaslılığını təsdiq edən sübutları təqdim edə bilməmişdir. Digər tərəfdən, müqavilənin mülki işin icraatı zamanı bağlanması özü-özlüyündə onun etibarsız hesab edilməsi üçün kifayət edən əsas deyil.” Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iş materiallarında olan, Nərimanov Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi, ##.##.2021-ci il tarixdə, Ali Məhkəmənin eyni tarixli qərarı ilə qüvvəyə minmiş, həmin tarixdən etibarən İddiaçı cavabdeh1 qarşı pul tələbinin mövcudluğu barədə hüquqi nəticə formalaşmışdır. Cavabdehlər cavabdeh2 və cavabdeh1, ##.##.2000-ci il tarixdə nikaha daxil olmuşlar, ##.##.2004-cü il tarixdə mübahisə predmetinə aid mənzili əldə etmişlər. Yalnız məhkəmədə hazırki iddia qaldırılandan sonra, iddia tələbindən müdafiə olunmaq məqsədilə, 21 il ərzində birgə mülkiyyətlərində olmuş əmlak cavabdeh cavabdeh2 mülkiyyətinə aid olması barədə formal və əsl niyyəti pərdələyən əqdlər rəsmiləşdirmişlər. Qeyd etmək zəruridir ki, AR Ailə Məcəlləsinin 36-cı maddəsi, həmçinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarı, məhz nikah tərəflərinin birgə nikah dövründə əldə edilmiş əmlakın, nikah tərəfinin borcluya aid hissəsinə, tərəflərdən birinin (borclunun) kreditora olan borcuna görə tələbin yönəldilməsinin hüquqi imkanını özündə ehtiva edir. Nikah müqaviləsi bağlanması əsası ilə həmin normalardan irəli gələn kreditorun tələb hüqunun tanınmaması (kreditorun tələbinin rədd edilməsi), AR Ailə Məcəlləsinin 36-cı maddəsinin əhəmiyyətini tamamilə itirir. Iş materiallarında, Nərimanov Rayon Məhkəməsinin qüvvəyə minmiş ##.##.2020-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi mövcuddur. Iş materiallarından görünür ki, həmin qətnamə icraya yönəldilsə də, cavabdehin hərəkətsizliyindən icrası mümkün olmamışdır. Həmin qətnamənin icrasının mümkünlüyünün hüquqi imkanı, AR Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə, mübahisəni yuxarıda göstərilən qaydada həll etməklə, sübutları obyektiv və qərəzsiz qiymətləndirməmişdir. Məhkəmə cavabdehlərin mübahisə predmetinə aid əmlakı əldə etdikdən yalnız 21 il sonra, mübahisələndirilmiş əqdlərin (mediasiya sessiyasında barışıq sazişi və nikah müqaviləsi) rəsmiləşdirilməsinin zərurətini cavabdehlərdən aydınlaşdırmamışdır. Mübahisə predmetinə aid əmlakın cavabdehlərin birgə əmlakı hesab edilməməsi məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Mübahisələndirilən əqdlərin məhkəmə baxışının gedişində rəsmiləşdirilməsinin, həmin əqdlərin etibarsız sayılması üçün əsas sayılmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi, işin həqiqi hallarına uyğun gəlmir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh Mahmudov Könül Pirhəsən qızının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq etirazı onunla əsaslandırmışdır ki, İddiaçı vəkili vəkil1 tərəfindən ərizədə qeyd olunanlar tamamilə əsassızdır, cəfəngiyyatdır, uydurmadır və şəxsi mülahizələrinə əsaslanan yazılmışdır. Belə ki, daha öncə də qeyd edildiyi kimi, evin alqı-satqı müqaviləsi cavabdeh2 ilə satıcı arasında bağlanmış və evin pulu tam şəkildə onun tərəfindən satıcıya ödənilmişdir. Bu, müqavilədə də öz əksini tapmışdır, həmçinin evin satıcısı sağdır, yaşayır. Bundan əlavə olaraq Ailə məcəlləsinə əsasən tərəflər Nikah Müqaviləsi imzalamış və müqavilədə bu mənzildə cavabdeh1 heç bir payı olmadığı öz əksini tapmışdır. Məlum olduğu kimi, Ailə Məcəlləsinin 38-ci maddəsinə əsasən “Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.” Göründüyü kimi, müqavilənin bağlanmasında qanunvericilik məhdudiyyət qoymamış, istənilən vaxt bu müqavilənin bağlanmasını qanuni saymışdır. Bu səbəbdən vəkilin şəxsi mülahizələrinə əsasən müqavilənin etibarsız sayılması iddiası heç bir qanuni maddi hüquq normasına əsaslanmır. Həmçinin tərəflər arasında boşanma prosesi başlandığı üçün tərəflər ilk öncə mediasiyaya müraciət etmiş və mediasiyada barışıq sazişi imzalamışlar. X5 də qeyd olunan mənzilin cavabdeh2 məxsus olduğu və cavabdeh1 həmin mənzildə heçbir bir payının olmadığı öz əksini tapmışdır. Məlum olduğu kimi, Mülki Məcəlləyə, Mediasiya haqqında qanuna əsasən tərəflər boşandığı zaman Mediasiya prosesində Barışıq Sazişi imzalamaqla aliment, uşaqların kimdə qalması, əmlaklarla bağlı şərtləri müəyyən edə bilər. Yalnız rəsmi olaraq boşanmanı Məhkəmə həyata keçirir. Barışıq Sazişinə əməl edilməməsi tərəflər üçün məsuliyyət yaradır. Bu baxımdan Barışıq Sazişinin etibarsız sayılması üçün heç bir hüquqi əsas yoxdur. Bu səbəbdən işə heç bir əsası olmayan şəxsi mülahizələrə görə deyil, maddi hüquq normalarına əsasən, təqdim edilən sübutlara əsasən baxılmalıdır. Eyni zamanda həmin mənzil alınarkən cavabdeh1 ölkə ərazisində olmadığı ilə bağlı da məhkəməyə sübut təqdim edilmişdir. cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və həmin mənzildə hüquqi cəhətdən paya sahib ola bilər və həmin mənzildə payı müəyyən edilə bilər. Hal-hazırda cavabdeh2 uşaqları ilə birgə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə cavabdeh1 heç bir payı yoxdur, o mənzilin alışı, təmiri və mebellərin alışı tamamilə cavabdeh2 və atasın şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Bununla bağlı müzakirələr iddia ərizəsində qeyd olunan borcla bağlı əvvəlki məhkəmələrdə də olmuşdur və fakt öz təsdiqini tapdığına görə bu məsələ bağlanmışdır. Iddiaçı şikayətin əsası kimi bu mənzilin birgə nikah dövründə alındığını qeyd edərək sanki birgə nikah dövründə alınıbsa cavabdeh1 orada payı varmış kimi qənaətə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.5-ci maddəsinə əsasən Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Mülki və ailə qanunvericiliyinin imperativ tələblərindən, eləcə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən də göründüyü kimi, əmlakın birgə nikah dövründə alınması hələ həmin əmlakın birgə əmlak hesab edilməsi üçün əsas deyildir. Belə ki, Mülki Məcəllənin 225.1, həm də Ailə Məcəlləsinin 32.2-ci maddələrində əmlakın ər-arvadın ümumi birgə əmlakı hesab olunması üçün 3 (üç) şərt müəyyən etmişdir. 1) tərəflərin birgə nikahda olmaları; 2) əmlakın nikah müddətində əldə olunması; 3) əmlakın ərarvadın birgə qazancları hesabına əldə olunması. Qeyd edilən şərtlərdən birinin mövcud olmaması əmlakın birgə mülkiyyət hesab olunması hüquqi əsasını aradan qaldırmış olur. Həmçinin məhkəməyə iddia ərizəsi təqdim edərkən iddiaçının əsas kimi təqdim etdikləri Binəqədi icra məmurunun qərarı qanunsuz hesab edilərək Binəqədi rayon məhkəməsi tərəfindən ləğv edilmişdir və sənəd qanuni qüvvəsini almışdır. Həmçinin iddiaçı tərəfin guya ki, cavabdeh1 onlara ödəniş etmədiyi yazılsa da məhkəmə gedişatında bu öz təsdiqini tapmamış və aylıq olaraq cavabdeh1 stabil şəkildə ödəniş etdiyi sübuta yetirilmişdir . Bundan əlavə iddiaçı, cavabdeh1 bu mənzildə payının olması ilə bağlı hər hansı əsaslı sübut təqdim etməmiş, iddiasını əsaslandırmamışdır. Iddianın əsasları və məhkəmə qətnaməsinin zəruriliyi kimi təqdim edilən əsaslar məhkəmə gedişatında öz təsdiqini tapmadığı üçün iddia rədd edilmişdir. Həmçinin sonrada iddia tələbinin genişləndirilməsi məqsədilə məhkəməyə təqdim edilmiş ərizə də heç bir hüquqi əsasa söykənmədiyi, sadəcə uydurma şəxsi mülahizələrə əsaslandığı üçün təmin edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı tərəfindən təqdim edilən apellyasiya şikayətini tamamilə əsassız hesab edir və etiraz edir. Bu səbəblə Mülki Prosessual Məcəllənin 47.2-ci və 367-ci maddələrini rəhbər tutaraq, məhkəmədən iddiaçının təqdim etdiyi sənədlərin, ərizənin və sübutların əsassız hesab edilməsini, məhkəməni çaşdırmaq məqsədi güddüyü üçün və yalnız şəxsi mülahizələrə əsaslandığı üçün sübut kimi qəbul edilməməsini və Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Mahmudov Könül Pirhəsən qızının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

25. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

26. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

27. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

28. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

29. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

30. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

31. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

37. ## #### 2024-cü il tarixli Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən “üç ulduz” nişanı ilə fərqləndirilən ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı Qərarı

39. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair ## #### 2021ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Hazırki halda iddia tələbi rədd edildiyindən və qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

45. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

46. Iddiaçı iddia edir ki, cavabdehin iddiaçıya borclu olduğunu təsdiq edən Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2021-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Həmin borc məbləği cavabdeh tərəfindən ödənməmişdir. Borc cavabdehin digər cavabdeh cavabdeh2 ilə birgə nikah dövründə əldə etdiyi əmlaka yönəldilməlidir. cavabdeh1 cavabdeh2 ilə birgə nikah dövründə əldə etdiyi ümumi əmlakda cavabdeh1 payı müəyyən edilmədiyi üçün, Bakı şəhəri, Atatürk prospekti, **A saylı evin ** saylı mənzil bölünərək, həmin əmlakda cavabdeh1 payı müəyyən edilməlidir. Cavabdehlər cavabdeh2 və cavabdeh1, ##.##.2000-ci il tarixdə nikaha daxil olmuşlar, ##.##.2004-cü il tarixdə mübahisə predmetinə aid mənzili əldə etmişlər. Yalnız məhkəmədə hazırki iddia qaldırılandan sonra, iddia tələbindən müdafiə olunmaq məqsədilə, 21 il ərzində birgə mülkiyyətlərində olmuş əmlakın cavabdeh cavabdeh2 mülkiyyətinə aid olması barədə formal və əsl niyyəti pərdələyən əqdlər rəsmiləşdirmişlər. Bu səbəbdən barışıq sazişi və nikah müqaviləsi etibarsız hesab edilməlidir.

47. Iddianı rədd edən məhkəmə qeyd etmişdir ki, iddiaçı barışıq sazişinin və nikah müqaviləsinin etibarsızlığı barədə iddia irəli sürsə də, iddiasının əsaslılığını təsdiq edən sübutları təqdim edə bilməmişdir. Digər tərəfdən, müqavilənin mülki işin icraatı zamanı bağlanması özü-özlüyündə onun etibarsız hsab edilməsi üçün kifayət edən əsas deyil. Digər tərəfdən cavabdehlərin mülkiyyərində başqa əmlaklarının olması, hazırki mənzilin yeganə yaşayış olduğunu təkzib edən hər hansı sübut da mövcud deyil.

48. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir:

49. Iş materiallarından görünür ki, cavabdeh1 və Mahmudov Könül Pirhəsən qızı arasında ##.##.2000-ci il tarixdə nikah bağlanmışdır. Mübahisəli mənzil ##.##.2004-cü il tarixdə cavabdeh2 xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.

50. Iş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, cavabdeh1 ilkin iddia üzrə cavabdeh İddiaçı və Yaman Sametə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, cavabdeh1 ## ######## 2018-ci il tarixli kredit müqaviləsi üzrə ümumi olaraq 362100 (üç yüz altmış iki min yüz) manat məbləğində pul vəsaitinin (213000 ABŞ dolları ekvivalentində) 181050 (bir yüz səksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsi qarşılıqlı iddia üzrə İddiaçı və 181050 (bir yüz səksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Yaman Sametin xeyrinə; ##.##.2018-ci il tarixli kredit müqaviləsi üzrə isə 61560,40 manat (altmış bir min beş yüz altmış manat 40 qəpik) məbləğində pul vəsaiti (36212 ABŞ dolları ekvivalentində) qarşılıqlı iddia üzrə İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Daha sonra hazırki iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2020-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra cavabdeh tərəfindən kasssasiya şikayəti verilmiş, şikayət təmin edilməmişdir.

51. Daha sonra qətnamə icra olunması üçün Bakı Şəhəri Nərimanov Rayon Icra Şöbəsinə göndərilmiş və həmin icra sənədi cavabdeh cavabdeh1 tərəfindən icra edilməmişdir.

52. Binəqədi rayon icra şöbəsinin icra məmurunun ##.##.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 37 A saylı evin ** saylı mənzilin ½ hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. 53.

54. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi İddiaçı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdeh2 məxsus mənzilin üzərinə həbs qoyulması və mənzil üzərində hüquqların qeydiyyatının qadağan edilməsini xahiş etmişdir.

55. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə qismən edilərək, hazırki iş üzrə məhkəmənin mülki iş üzrə qəbul olunacaq yekun qərarın qanuni qüvvəsini alanadək mənzilin özgəninkiləşdirilməsi qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir.

56. Həmin qərardaddan cavabdeh2 şikayət verərək ərizənin təmin edilən hissəsində ləğv edilərək, ərizənin tam rədd edilməsini xahiş etmişdir.

57. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının **(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad ərizənin təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

58. Iş materiallarında olan Bakı * saylı Mediasiya Təşkilatının ##.##.2025-ci il tarixli, MŞB/*-*****/**** saylı Barışıq sazişindən görünür ki, cavabdeh1 cavabdeh2 ilə ##.##.2000-ci il tarixdə nikaha daxil olduqdan sonra cavabdeh2 və onun atası Mahmudov Pirhəsən Mərdan oğlunun şəxsi vəsaiti hesabına ##.##.2001 -ci il tarixdə Nərimanov rayonu, Atatürk prospektində yelşən 3 (üç) otaqlı, yaşayış sahəsi 56.1 kv, m-olan, ümumi sahəsi 62.2 kv, molan ev 37 “a”, ünvanında yerləşən, 37-ci mənzilin dəyəri və təmir xərci tam şəkildə ödənilmiş və daşınmaz əmlak cavabdeh2 adına rəsmiləşdirilməsini, cavabdeh1 adı çəkilən daşınmaz əmlakın alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləməmişdir. Bu səbəbdən cavabdeh1 yuxarda adı çəkilən daşınmaz əmlakda heç bir paya sahib deyil və həmin əmlakla bağlı gələcəkdə Məhkəmədə iddia qaldırmayacağına da öhdəlik götürür və eyni zamanda həmin əmlakın cavabdeh2 tərəfindən satılması üçündə ##.##.2021-ci il tarixdə ** saylı Notarial kontorda öz razılığını vermişdir.

59. Həmçinin, iş materiallarında olan ##.##.2025-ci il tarixli Nikah Müqaviləsindən görünür ki, tərəflər cavabdeh2 ilə ##.##.2000-ci il tarixdə nikaha daxil olduqdan sonra cavabdeh2 və onun atası Mahmudov Pirhəsən Mərdan oğlunun şəxsi vəsaiti hesabına ##.##.2001-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yelşən 3 (üç) otaqlı, yaşayış sahəsi 56.1 kv, m-olan, ümumi sahəsi 62.2 kv kv, m-olan ev 37 "a", ünvanında yerləşən, 37-ci mənzilin dəyəri və təmir xərci tam şəkildə ödənilmiş və daşınmaz əmlak cavabdeh2 adına rəsmiləşdirilmişdir. cavabdeh1 adı çəkilən daşınmaz əmlakın alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləməmişdir. Adıçəkilən əmlak birgə nikah dövründə ümumi gəlir hesabına əldə olunmadığı üçün cavabdeh1 yuxarıda adı çəkilən daşınmaz əmlakda heçbir paya sahib deyil və həmin əmlakla bağlı gələcəkdə məhkəmədə iddia qaldırmayacağına dair öhdəlik götürmüşdür.

60. O da qeyd edilməlidir ki, İddiaçı ##.##.2025-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmiş, bundan 26 gün sonra cavabdehlər ##.##.2025-ci il tarixli nikah müqaviləsi və barışıq sazişi bağlamışlar.

61. Qeyd olunanlara əsasən müəyyən edilir ki, cavabdehlər 2000-ci il tarixdə nikaha daxil olaraq, daha sonra 2004-cü ildə yəni birgə nikah dövründə sözügedən əmlakı əldə etmiş, əmlak cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. 2020-ci ildə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə cavabdeh1 iddiaçının xeyrinə pulun tutulması müəyyən edilmiş, qətnamə icra edilməmişdir. Iddiaçı digər mülki iş üzrə cavabdehdən tutulması müəyyən edilmiş pul vəsaitinin cavabdeh cavabdeh2 ilə birgə nikah dövründə əldə etdiyi əmlaka yönəldilməsi məqsədilə hazırki iş üzrə məhkəməyə ümumi əmlakın bölünməsi və payın müəyyən edilməsi tələbi ilə müraciət etdikdən sonra cavabdehlər mübahisəli mənzilin birgə nikah dövründə ümumi gəlir hesabına əldə olunmaması, cavabdeh1 həmin əmlakda heç bir paya sahib olmamasına dair nikah müqaviləsi və eyni tarixli barışıq sazişi bağlamışlar.

62. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu əqdlər forma və məzmun tələblərinə riayət olunmadan bağlanmış, uydurma və yalan əqdlər hesab olunurlar (düzələ bilməyən etibarsızlıq).

63. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

64. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

65. Həmin Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir.

66. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.

67. Uydurma əqd zamanı tərəflərin real hüquq münasibətlərinə girmək və həqiqi hüquqi nəticə yaratmaq məqsədləri olmur. Əqd yalnız görunuş yaratmaq məqsədilə bağlanır.

68. Uydurma əqdin tərəfləri başqalarının gözündə bağladıqları əqdin «qanuni» olması görüntüsünü yaratmaq üçün onun bütün formal tərəflərinə əməl edirlər. Adətən uydurma əqdin məqsədi – kreditorlardan əmlakı gizlətmək və ya digər şəkildə aktivlərin itirilməsinə yol verməmək olur. Məsələn, əmlakından məhrum olmaq istəməyən borclu onu bağışlama, alqı-satqı və s. əqd üzrə qohumunun və ya başqa şəxsin adına rəsmiləşdirir. Başqa sözlə, uydurma əqd zamanı hər iki tərəf eyni mənafedən çıxış edir və vahid məqsəd güdür.

69. Uydurma əqd başqa əqdi pərdələyə və yalan əqdin elementlərini özündə əks etdirə bilər.

70. Göründüyü kimi, əqdin uydurma olması üçün hər iki tərəfin də bunun üçün birbaşa niyyəti olmalı, onların hər ikisi də eyni mənafedən çıxış etməli və real (hüquqi) nəticə gözlənilməməlidir. Yəni, əqd ancaq kağız üzərində rəsmiləşdirilmiş vəziyyətdə qalmaqla icra olunmur.Uydurma əqd, bir qayda olaraq, onda iştirak edən tərəflərdən birinin mənafeyi baxımından (əmlakı mümkün gələcək bölgüdən yayındırmaq, borc öhdəliyi üzrə tutmanın gələcəkdə əmlaka yönəldilməsinin qarşısını almaq məqsədilə) bağlanır.

71. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən “üç ulduz” nişanı ilə fərqləndirilən ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 340.1ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Məhkəmə tərkibi qeyd edir ki, uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir..... Göstərilənlərə əsasən kassasiya məhkəməsi bu qənaətə gəlir ki, kreditorun (tələbkarın) borclunun öz əmlakını icradan yayındırmaq məqsədilə bağladığı əqdlərin etibarsız sayılması barədə tələb irəli sürməyə subyektiv hüququ vardır və belə iddia uydurma əqdə dair maddi hüquq normasının dispozisiya şərtləri əsasında həll edilməlidir. Bu zaman məhkəmə məsələyə formal yanaşmamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları, o cümlədən mübahisə olunan əqdlərin rəsmiləşdirilməsi ilə hədəflənən hüquqi nəticənin nədən ibarət olmasını, başqa sözlə əqdin tərəflərinin müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək istədiklərini, yoxsa belə nəticə arzulamadan müqavilələrin sadəcə üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq məqsədilə bağlanmasını, bu konteksdə müqavilələrin rəsmiləşdirildiyi dövrü, alıcının kimliyini və satıcı ilə münasibətlərinin nədən ibarət olmasını, əqdin tərəflərinin müqavilədən əvvəlki və sonrakı davranışlarını, əşyaların alıcının sahibliyinə verilib-verilməməsini, müqavilə bağlandıqdan sonra satıcının bu əşyalar üzərindəki faktiki sahiblik və idarəçiliyinin davam edibetməməsini və digər xüsusatları aydınlaşdırılmaqla MM-in 340.1-ci şərtləri ilə işin müəyyən olunmuş halları arasında uyğunluğun olub-olmamasına hüquqi qiymət verilməlidir.

72. Göstərilənlərə əsasən cavabdehlər arasında bağlanmış nikah müqaviləsinin və barışıq sazişinin uydurma əqdlər olması qənaətinə gəlmək mümkündür. Tərəflərin bağlanmış əqdlər ilə başqalarının gözündə əqdlərin qanuni olması görüntüsünü yaratmaq kimi niyyətlərinin olması, eyni məqsəd güdməsi və eyni mənafedən çıxış etməsi müəyyən edilir. Cavabdehlər borcun birgə nikah dövründə əldə edilmiş əmlaka yönəldilməsinin qarşısını almaq məqsədilə cavabdeh2 məxsus olan həmin əmlak barəsində cavabdeh1 heç bir payının olmamasını müəyyən edən nikah müqaviləsi və barışıq sazişi bağlamaqla əslində uydurma əqdlər bağlamışlar.

73. Belə olan halda, tələbkarın borclunun öz əmlakını icradan yayındırmaq məqsədilə bağladığı əqdlərin etibarsız sayılması barədə tələb irəli sürməyə subyektiv hüququnun olmasını nəzərə almaqla həmçinin, həmin əqdlərin etibarsızlığı aşkar göründüyündən iddiaçı mübahisə predmeti olan əmlakın bölünməsi və cavabdehlərin paylarının müəyyən edilməsini tələb etməkdə də haqlı olmuşdur.

74. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

75. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

76. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair ## #### 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər.

77. ## #### 2024-cü il tarixli Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6.18-ci bəndinə əsasən məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri)

78. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, iddiaçının sözügedən əmlakın cavabdehlərin ümumi birgə mülkiyyəti olması dəlilinə münasibətdə qeyd etmişdir ki, mənzilin alışı, təmiri və mebellərin alışı onun və atasının şəxsi vəsaiti hesabına keçirilmişdir. Etirazın bu dəlilini Mülki Məcəllənin 225.5-ci və Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən əsaslandırmağa çalışmışdır.

79. ## #### 2024-cü il tarixli Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən:

80. Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır.

81. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəlləsinin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

82. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.

83. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.

84. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir.

85. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.

86. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır.

87. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.

88. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə nikaha daxil olanadək ərarvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür.

89. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir.

90. Kollegiya qeyd edir ki, mübahisə predmeti olan mənzilin cavabdeh tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak olması işin mübahisələndirilməyən halıdır. Yuxarıda qeyd olunan Plenum Qərarından göründüyü kimi, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Hazırki işdən görünür ki, cavabdeh cavabdeh2 bu halın əksini sübut edə bilməmişdir.

91. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. Işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

93. Beləliklə, qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Bakı * saylı Mediasiya Təşkilatında cavabdeh1 və cavabdeh2 arasında bağlanmış ##.##.2025-ci il tarixli, MSB/*-*****/**** saylı Barışıq sazişi “cavabdeh2 şəxsi vəsaiti hesabına Nərimanov rayonu, Atatürk prospektində yerləşən 3 (üç) otaqlı, yaşayış sahəsi 56.1 kv, m-olan, ümumi sahəsi 62.2 kv, m-olan ev 37 “a”, ünvanında yerləşən, 37-ci mənzilin dəyəri və təmir xərci tam şəkildə ödənilmişdir. cavabdeh1 adı çəkilən daşınmaz əmlakın alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləməmişdir. Bu səbəbdən cavabdeh1 yuxarıda adı çəkilən daşınmaz əmlakda heçbir paya sahib deyil” hissəsində etibarsız hesab edilməli, cavabdeh1 və cavabdeh2 arasında bağlanmış ##.##.2025-ci il tarixli Nikah Müqaviləsi “cavabdeh2 şəxsi vəsaiti hesabına Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən 3 (üç) otaqlı, yaşayış sahəsi 56.1 kv, m-olan, ümumi sahəsi 62.2 kv kv, m-olan ev 37 "a", ünvanında yerləşən, 37-ci mənzilin dəyəri və təmir xərci tam şəkildə ödənilmişdir. cavabdeh1 adı çəkilən daşınmaz əmlakın alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləməmişdir. Adıçəkilən əmlak birgə nikah dövründə ümumi gəlir hesabına əldə olunmadığı üçün cavabdeh1 yuxarıda adı çəkilən daşınmaz əmlakda heçbir paya sahib deyil” hissəsində etibarsız hesab edilməli, cavabdeh1 və cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 37A, ** saylı mənzilə ½ hissədə payları müəyyən edilməlidir.

94. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

95. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

96. Kollegiya məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti təmin edildiyindən ödənilmiş dövlət rüsumları müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

97. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilsin. Bakı * saylı Mediasiya Təşkilatında cavabdeh1 və cavabdeh2 arasında bağlanmış ##.##.2025-ci il tarixli, MSB/*-*****/**** saylı Barışıq sazişi “cavabdeh2 şəxsi vəsaiti hesabına Nərimanov rayonu, Atatürk prospektində yerləşən 3 (üç) otaqlı, yaşayış sahəsi 56.1 kv, molan, ümumi sahəsi 62.2 kv, m-olan ev 37 “a”, ünvanında yerləşən, 37-ci mənzilin dəyəri və təmir xərci tam şəkildə ödənilmişdir. cavabdeh1 adı çəkilən daşınmaz əmlakın alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləməmişdir. Bu səbəbdən cavabdeh1 yuxarıda adı çəkilən daşınmaz əmlakda heçbir paya sahib deyil” hissəsində etibarsız hesab edilsin. cavabdeh1 və cavabdeh2 arasında bağlanmış ##.##.2025-ci il tarixli Nikah Müqaviləsi “cavabdeh2 şəxsi vəsaiti hesabına Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən 3 (üç) otaqlı, yaşayış sahəsi 56.1 kv, m-olan, ümumi sahəsi 62.2 kv kv, m-olan ev 37 "a", ünvanında yerləşən, 37-ci mənzilin dəyəri və təmir xərci tam şəkildə ödənilmişdir. cavabdeh1 adı çəkilən daşınmaz əmlakın alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləməmişdir. Adıçəkilən əmlak birgə nikah dövründə ümumi gəlir hesabına əldə olunmadığı üçün cavabdeh1 yuxarıda adı çəkilən daşınmaz əmlakda heçbir paya sahib deyil” hissəsində etibarsız hesab edilsin. cavabdeh1 və cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 37A, ** saylı mənzilə ½ hissədə payları müəyyən edilsin. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar