Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-115/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 oğlu, cavabdeh3 və X9 qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlakın təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil2, Cavabdeh cavabdeh1 və onun nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3, X9 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) "daşınmaz əmlakın təhvil verilməsi və maddi ziyan" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən köhnə tikilidən təmir etmək şərti ilə məişət avadanlıqları təmiri emalatxanası kimi istifadə edilməsi İddiaçı icazə verilmişdir.
2. ##.##.2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamə ilə, İddiaçı Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Başçısının ## #### 1998-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən köhnə tikilidən istifadə etməyi, müvafiq sənədlər topladıqdan sonra tikinti işləri aparmağı, həmin tikilini özəlləşdirmək üçün bütün dövlət orqanlarında, kooperativ və ictimai təşkilatlarda nümayəndəsi olmağı, sənədləri toplamağı, özəlləşdirməyi, adından imza etməyi, sənədləri aidiyyatı üzrə dövlət orqanlarına verməyi, ona çatası reyestrdən çıxarışı və digər sənədləri almağı, aldığına dair imza etməyi, alqı-satqı üçün lazım olan sənədləri topladıqdan sonra üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, lazım olarsa həmin tikili ilə əlaqədar olaraq bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, ona aid olan mülki işləri aparmağı, iddia ərizəsini verməyi, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan olan bütün hərəkətləri etməyi cavabdeh1 ##.##.2023-cü il tarixədək etibar etmişdir.
3. ##.##.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən, İddiaçı tərəfindən Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Başçısının ## #### 1998-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən köhnə tikilidən istifadə etməyi, müvafiq sənədlər topladıqdan sonra tikinti işləri aparmağı, həmin tikilini özəlləşdirmək üçün bütün dövlət orqanlarında, kooperativ və ictimai təşkilatlarda nümayəndəsi olmağı, sənədləri toplamağı, özəlləşdirməyi, adından imza etməyi, sənədləri aidiyyatı üzrə dövlət orqanlarına verməyi, ona çatası reyestrdan çıxarışı və digər sənədləri almağı, aldığına dair imza etməyi, alqı-satqı üçün lazım olan sənədləri topladıqdan sonra üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, lazım olarsa həmin tikili ilə əlaqədar olaraq bələdiyyə və digər dövlət orqanlarında onun nümayəndəsi olmağı, ona aid olan mülki işləri aparmağı, iddia ərizəsini verməyi, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan olan bütün hərəkətləri etməyi etibar etdiyi cavabdeh1 X9 ##.##.2023-cü il tarixədək etibar etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3, X9 (Bakı şəhər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamına əsasən onun istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən daşınmaz əmlakın cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi və istifadə olunmuş müddət ərzində dəymiş ziyana görə 19.300 manat pulun, dövlət rüsumuna görə ödənilmiş 147,9 manat pulun cavabdehlər cavabdeh1, cavabdeh3 və X9 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddiaçı tələblərini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamına əsasən onun istifadəsinə verilmişdir. Həmin tarixdən 2005-ci ilə qədər həmin obyekti iddiaçı və övladları istifadə etmiş, 2005-ci ildə obyekti adını xatırlamadığı Tovuz rayon sakini olan bir vətəndaşa icarəyə vermişdir. Həmin vaxt cavabdehlərdən cavabdeh3 orada saç ustası kimi işləmişdir. 2013-cü ildə Eldəniz dövlət qulluğuna qəbul olunduğunu bildirərək obyekti artıq işlətməyəcəyini, buna görə qardaşı cavabdeh1 faktiki işlədəcəyini bildirmişdir. Cavabdehlər 2013-cü ilədək həmin daşınmaz əmlaka görə müəyyən edilmiş icarə haqqını tam şəkildə ödəmişlər. Daha sonra iddiaçı maddi vəziyyəti ilə əlaqədar 2013-cü ildə həmin daşınmaz əmlakı dövlət reyestrində öz şəxsi mülkiyyəti kimi qeydiyyata saldıraraq satmaq qərarına gəlmişdir. Bunu eşidən cavabdehlər iddiaçıya bildirmişlər ki, həmin obyekti satmasın və cavabdeh cavabdeh1 etibarnamə versin. Həmin etibarnamə əsasında cavabdeh cavabdeh1 həmin daşınmaz əmlaka dair sənədləşdirmə işlərini aparmaqda iddiaçıya köməklik etsin və bu müddət ərzində iddiaçıya yenə də icarə haqqı ödəsinlər. Həqiqətən də 2020-ci ilə qədər iddiaçıya icarə haqqı ödənilmişdir. Lakin 2020-ci ildən etibarən iddiaçı cavabdehlərdən heç bir icarə haqqı ala bilməmiş, cavabdehlər həmin obyekti aldıqlarını iddia etmişlər. Bu barədə tərəflər arasında dəfələrlə danışıqlar aparılmış, lakin heç bir nəticəyə gəlinə bilməmişlər. 2024-cü ildə iddiaçıya məlum olmuşdur ki, onun 2013-cü ildə cavabdeh cavabdeh1 verdiyi etibarnamə əsasında Asif iddiaçını etibarından sui-istifadə edərək 2020-ci ildə öz səlahiyyətlərini etibarnamə əsasında atası X9 ötürmüşdür. Icarə haqqı kimi ödənilmiş son məbləğdən sonra cavabdehlər həmin obyektdən tam qanunsuz istifadə etməyə və bununla da iddiaçıya maddi cəhətdən ziyan vurmağa davam edirlər. Nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər iddianı qəbul etməyərək göstərmişdir ki, uzun müddət obyektdə yaxşılaşdırma işlərini aparmış, obyektin dəyəri kifayət qədər artmışdır. Iddiaçı həmin yaxşılaşdarmaların dəyərinin ödəmədən hazırkı iddianı qaldırmaqda məqsədi hüquqdan suiistifadədir.
6. Iddianın rədd olunmasını xahiş edirlər.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, obyekt İddiaçıdur. Cavabdeh obyekti icarəyə götürmüşdür. Iddiaçı obyekti satmaq istəyirdi. Cavabdeh Asif Ocaqquliyev isə pulunu hissə-hissə ödəmək şərti ilə obyekti almaq istəmiş, iddiaçının 4.500 manat lazım olduğundan razılaşmışlar.
8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim R.Mirzəliyev) iddianın qismən təmin edilmiş, Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Başçısının ## #### 1998-ci il tarixli, *** nömrəli sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən daşınmaz əmlakın cavabdehlər cavabdeh1, cavabdeh3, X9 tərəfindən boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi, 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər cavabdeh1, cavabdeh3, X9 müştərək qaydada tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh tərəf qeyd olunan sahəni almasını iddia etsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş, bu barədə gətirdiyi yeganə əsas İddiaçı Sirac oğlu tərəfindən onlara verilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən köhnə tikilidən istifadə etməyi, həmin sahə ilə bağlı sənədləşdirmə işləri aparmağı və adından imza etməsi ilə bağlı bütün səlahiyyətlərlərin ötürülməsi barədə 2013-cü il tarixli etibarnamədir ki, bu etibarnamə də alqı-satqı müqaviləsi demək deyildir. Həmçinin cavabdehlər etibarnamə ilə verilmiş səlahiyyətlərdən 10 il ərzində istifadə etməmişlər. Məhkəmə iddiaçının hal-hazırda irəli sürdüyü ödənilməmiş 19300 manat icarə haqqı və vurulmuş zərərin əvəzi tələbini də əsassız hesab etmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi, 29-cu maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.8, 362.1, 362.2, 363.1, 364.1, 364.2, 365.1, 365.2, 366.1, 366.2, 366.3, 366.4, 685.2, 686, 700 və 705-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
11. Iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam olaraq təmin edilməsini xahiş etmişdir.
12. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qətnamədə konkret olaraq öz əksini tapmasa da, məhkəmə iclasları zamanı cavabdehlər və şahid etiraf etmişdir ki, cavabdehlərlə iddiaçı arasında mübahisə predmeti olan daşınmaz əşyaya görə icarə münasibətləri olmuş, tərəflər icarə haqqını şifahi qaydada razılaşdırmış və cavabdeh tərəfindən iddiaçıya bir müddət icarə haqqı ödənilmişdir. MM-nin 406.1-ci maddəsində göstərilir ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu maddədən göründüyü kimi, icarə müqaviləsi şifahi formada da bağlana bilər, belə ki, icarə müqaviləsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən bir forma təyin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, cavabdehlər iddiaçıya müəyyən bir pul məbləği verdiklərini və həmin daşınmaz əşyanı aldıqlarını bildirmişlər, lakin həmin daşınmaz əşyanı alma faktlarını sübut edə bilməmişlərdir. Göründüyü kimi, cavabdehlərin iddiaçıya hansısa bir müəyyən bir pul məbləğini verməsi və hal-hazırda da mübahisə predmeti olan daşınmaz əşyadan istifadə etmələri mülki işin mübahisələndirilməyən halıdır.
13. Həmçinin cavabdeh cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın tam olaraq rədd edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında sahəsi 20-25 kv metr olan tikili istifadəsinə Bakı şəhəri Sabunçu rayon IHB-nin ##.##.1998-ci il tarixli, *** saylı sərəncamı əsasında verildiyini, Bakı şəhəri Aydınbəyov küçəsinin sonunda yerləşən həmin tikilidən o, bərbərxana kimi 2005-ci ilədək özü istifadə etdiyini, 2005-ci ildə obyekti Tovuz rayon sakininə icarəyə verdiyini, həmin vaxt cavabdehlərdən Eldəniz Ocaquliyev orda saç ustası olaraq işlədiyini, daha sonra Eldəniz Ocaquliyev 2013-cü ilədək, 2013-cü ildən isə axırıncının qardaşı cavabdeh1 obyekti icarə haqqı ödəyərək işlətdiyini, bu müddət ərzində Asif Ocaqquliyev ona obyekti özəlləşdirməyə köməklik edə biləcəyini vəd etdiyindən, o, axırıncıya 10 il müddətinə bununla əlaqədar etibarnamə verdiyini, cavabdeh1 2020-ci ilədək ona icarə haqqı ödədiyini, o vaxtdan bu günədək isə icarə haqqı ödəmədiyini göstərmiş, lakin iddianın əsasını təşkil edən sübutları və dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehlər isə məhkəmə iclasında verdikləri izahatlarında iddiaya etiraz edərək bildirmişlər ki, iddiaçı onlara sahəsi 14 kv metr olan Bakı şəhəri Aydınbəyov küçəsinin sonunda yerləşən mağaza tikilisinin arxasında yerləşən tikilini məişət avadanlıqların təmiri emalatxanası kimi işlətmək üçün Bakı şəhəri Sabunçu rayon IHBnın ##.##.1998-ci il tarixli, *** saylı sərəncamı əsasında verildiyini, iddiaçı həmin əvvəllər tikilidən bərbərxana kimi istifadə etdiyini, onlardan əvvəl tikilini Tovuz rayon sakininə icarəyə verdiyini, cavabdehlərdən cavabdeh3 həmin tikilidə saç ustası olaraq işlədiyini,##.##.2013-cü ildə də iddiaçı həmin tikilini 17000 manat cavabdeh cavabdeh1 satdığını, iddiaçının tikiliyə dair mülkiyyət hüququ verən sənədi olmadığından aralarında rəsmi alqı-satqı müqaviləsi bağlanılmadığını, bu səbəbdən də həmin tarixdə iddiaçı cavabdeh cavabdeh1 sərəncamın əslini təqdim etmiş və Bakı şəhəri ** saylı notariat kontorunda cavabdeh1 Bakı şəhəri Sabunçu rayon IHB-nin ##.##.1998-ci il tarixli, *** saylı sərəncamına əsasən Bakı şəhəri Sabunçu rayonu Aydınbəyov küçəsinin sonunda yerləşən mağazanın arxa tərəfində yerləşən tikilidən istifadə etməyi, müvafiuq sənədlər topladıqdan sonra tikinti işləri aparmağı, onun adından həmin tikilini özəlləşdirmək üçün bütün dövlət orqanlarına müraciətlər etməyi, ona çatası reyestrdən çıxarışı və digər sənədləri almağı, əmlakı özgəninkiləşdirmək məqsədi ilə onun adından alqı-satqı müqavilələri bağlamağı, pulu almağı və sairə hərəkətləri etməyə etibarnamə vermişdir. Iddiaçının ona satdığı tikilinin əvvəllər olduğu kimi hazırda da ayrı giriş-çıxışı, mağaza tikilisinin isə ayrı giriş-çıxışı vardır. Məlum məsələdir ki, cavabdeh cavabdeh1 iddiaçının ona satdığı qeyri-yaşayış sahəsini sərəncamın verilməsinə əsas olmuş sənədlər aşkarlanmadığından, həmin tikilini özəlləşdirə və öz adına rəsmiləşdirə bilməmişlər. Lakin bu müddət ərzində o, həmin ünvanda yerləşən iddiaçının ona satdığı qeyri-yaşayış sahəsinin qarşısından yerləşən mağaza tikilisini kənar şəxsdən aldıqdan sonra hər iki tikilinin arasında mövcud olan mağaza tikilisinin arxa divarını söküb tikilinin sahəsini genişləndirdiyini, su, qaz, enerji idarələrində və Bələdiyyə orqanlarına həmin obyektin istifadəçi olaraq qeydiyyata alınaraq bu günəcən qanunla nəzərdə tutulmuş ödənişlər etdiyini, iddiaçıya heç bir zaman icarə haqqı ödəmədiyini göstərmişdir. Hətta mağazanın arxasından əlavə olaraq 4 kv mетр sahəni də qonşudan alıb bərbərxananın tikilisinə əlavə edib istifadə etdiyini bildirmişdir. Çox təəsüf ki, məhkəmə belə bir nəticəyə gələrkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün halları tam və obyektiv araşdırmamış, iddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi daşınmaz əmlakın Bakı şəhəri Sabunçu rayon IHB-nin ##.##.1998-cil tarixli, *** saylı sərəncamı əsasında istifadəsinə verilmiş əmlak olub-olmamasını, əgər olmuşdursa, həmin əmlakın hansı hissəsinin sərəncamla ona verilmiş hissəsi olmasını müəyyən etməmiş, məhkəmə iclasında iddiaçının sərəncamla istifadəsinə verilmiş həmin ünvanda mağaza tikilinin arxasında yerləşən tikilinin sahəsi 2025 km metr olmasını, cavabdehlər iddiaçının onlara satdığı tikilinin sərəncamda istinad edilmiş ona aid olmayan mağaza tikilisinin arxasında yerləşdiyini və həmin tikilinin sahəsi 14 kv metr olmasını, hazırda isə məhkəməyə cavabdehlər təqdim edilmiş “xxxx” MMC tərəfindən 2023-cü ildə tərtib edilmiş həmin tikilinin ümümi sahəsi 48,1 kv metr olmasına, tikilinin hansı hissəsinin iddiaçıya aid olması, hansı hissəsinin isə sərəncamda göstərilmiş iddiaçının istifadəsinə verilmiş tikilinin qarşısında mövcud olmuş mağaza tikilisinin sahəsinə aid olmasını müəyyən etmək üçün müvafiq mütəxəssis və ekspert rəylərini almadan cavabdehlərin hazırda istifadəsində olan ümumi sahəsi 48,1 kv metr olan daşınmaz əmlakdan çıxarılmasına dair səhv nəticəyə gəlmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyinə görə tikilinin konkret olaraq texniki göstəriciləri, ölçüləri, sahəsi, planlı yerləşməsi, yerləşmə koordinatları və digər texniki parametrləri olmadığındın emalatxana kimi istifadəsinə icazə verilmiş tikilinin sahəsini və harada yerləşməsini, müəyyən etmək mümkün olmamış, bu səbəbdən də həmin tikilinin qarşısında hər hansı bir mağaza tikilisinin mövcud olubolmamasını və sahəsini müəyyən etimək mümkün olmamışdır. Lakin ekspert rəyi ilə cavabdehlərin faktiki istifadəsində olan tikilinin ümumi sahəsinin 42,2 kv metr olması müəyyən edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə (sədrlik edən F.Babayev, hakimlər C.Musayeva və F.Qasımov) iddiaçı və cavabdeh cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamına əsasən iddiaçıya verilmiş və onun qanuni gözləntisinə çevrilmişdir. Cavabdeh isə həmin əmlakı ##.##.2013-cü ildən ##.##.2023-cü ilədək iddiaçı tərəfindən verilən etibarnamə əsasında idarə etmiş, yəni əmlakdan istifadəsi iddiaçının razılığı əsasında məhz həmin etibarnaməyə söykənərək baş tutmuşdur. Lakin ##.##.2023 cü il tarixdə etibarnamənin müddətinin bitməsinə və yeni etibarnamə verilməməsinə baxmayaraq cavabdeh həmin əmlakdan iddiaçının razılığı olmadan istifadə etmiş və nəticədə əmlak onun tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdeh buna əsas kimi qeyd olunan əmlakın iddiaçı ilə aralarında olan alqısatqıya18.əsasən dəyəri bir neçə hissədə ödənilməklə alındığını bildirsə də, nə müqavilənin, nə də, ümumiyyətlə, alqı-satqı münasibətlərinin mövcudluğuna dair heç bir mötəbər dəlil təqdim edə bilməmiş, iddiaçının öz əmlakına sahiblik etməsinə mane törətməsinin faktiki və hüquqi əsaslarını sübut edə bilməmişdir.
19. Həmçinin cavabdeh apellyasiya baxışı daha fərqli mülahizə ilə çıxış edərək tikilinin ön hissəsinin başqa şəxsdən, arxasının isə iddiaçıdan alındığını bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, sözügedən dəlil cavabdeh tərəfindən birinci instansiya məhkəməsində bildirilmədiyindən həmin məhkəmə icraatı zamanı araşdırma predmeti olmamışdır. Apellyasiya baxışı zamanı isə mübahisəli tikiliyə yerinə müayinə aparılmış, iddiaçı sərəncamla ona ayrılmış və cavabdehin hazırda istifadəsində olan kafe kimi işlədilən hissəni əhatə etdiyini, cavabdeh isə sərəncamla iddaçıya ayrılmış sahənin iddiaçıdan aldığını və onun önünda olmuş hissənin başqa şəxsdən alındığını və bütövlükdə kafe kimi işlədilən sahənin ona məxsusluğunu bildirmiş, lakin bununla bağlı da hər hansı mötəbər dəlil təqdim etməmişdir.
20. Bundan əlavə iddiaçının da apellyasiya baxışı zamanı təqdim etdiyi xəritə görüntülərindən müəyyən olunur ki, mübahisəli tikili tərəfin iddia etdiyi vaxtdan da bütöv və vahid formada mövcud olmuşdur.
21. Beləliklə, yuxarıda qeyd edilən hallardan da göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya ona məxsus əmlakdan mülkiyyətdən irəli gələn hüquqların həyata keçirilməsinə maneə törədilmiş və bunun üçün heç bir qanuni və hüquqi əsası mövcud olmamışdır. Bu isə iddiaçının qanunla qorunan mənafelərinə toxunmaqla onu hazırki iddia ilə məhkəməyə müraciət etməyə sövq etmişdir.
22. Qeyd olunanlara əsasən iddiaçı ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
23. Apellyasiya məhkəməsi icarə haqqının ödənilməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etsmişdir iddiaçı öz mövqeyini tərəflər arasında icarə münasibətlərinin olması və cavabdehin də məhz həmin münasibətlər çərçivəsində icarə haqqını ödəməməsi ilə bağlı əsaslandırmış, tərəflər arasında icarə münasibətlərinin olmasını təsdiq edəcək hər hansı mötəbər dəlil təqdim etməmiş, öz mövqeyini yalnız etibarnamənin mövcudluğu ilə əsaslandırmağa çalışmışdır. Lakin etibarnamənin mövcudluğu hələ tərəflər arasında məhz icarə müqaviləsinin olmasını demək üçün kifayət deyildir. Cavabdeh tərəf də bu münasibətləri olduğunu etiraf etməmiş, əkçinə obyekti alqı-satqı əsasında əldə etdiyini bildirmişdir.
24. Bu halda iddiaçının məhz ödənilməyən icarə haqqının tələb edilməsi ilə bağlı iddiası əsassız. Lakin hər bir halda kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini ayrıca icraat qaydasında məhz həmin hüquqi əsasa söykənərək tələb edə bilər.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 164.1, 164.2, 165.1, 362.1, 363.1, 365.1, 365.1.1, 675, 700.1 və 700.3, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
26. Cavabdeh cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (məruzəçi), A.Abbasov və R.Həsənovdan ibarət tərkibdə) cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş iş yeni apellyasiya baxışına göndərilmişdir.
28. Işi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir.
29. Belə ki, iddianın qismən təmin olunması barədə rayon məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisənin predmeti olan qeyri-yaşayış sahəsi müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə ## #### 1998-ci il tarixdə iddiaçının sahibliyinə və istifadəsinə verilmişdir, həmin əmlak ##.##.2013-cü ildən ##.##.2023-cü ilədək etibarnamə əsasında cavabdehlərin qanuni idarəçiliyində olsa da, göstərilən tarixdən sonra cavabdehlərin əmlaka sahiblənməsi qanunsuz və əsassız olmuş, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətdən irəli gələn əmlak hüquqların həyata keçirilməsinə maneə törədilmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış və sübutlara düzgün hüquqi qiymət verməmişdir ki, bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.
31. Belə ki, iddiaçı İddiaçı Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Başçısının ## #### 1998-ci il tarixli, *** nömrəli sərəncamı ilə onun istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb edir.
32. Həmin sərəncama görə Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda, mağazanın arxa tərəfində yerləşən köhnə tikilidən təmir etmək şərti ilə məişət avadanlıqları təmiri emalatxanası kimi istifadə edilməsi İddiaçı icazə verilmişdir.
33. Lakin sərəncamda iddiaçı İddiaçı istifadəsinə verilmiş tikilinin texniki göstəriciləri, ölçüləri, sahəsi, planlı yerləşməsi, dəqiq harada yerlşəməsi və sair zəruri parametrləri göstərilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizasının ##.##.2025-ci il tarixli rəyinə görə tikilinin konkret olaraq texniki göstəriciləri, ölçüləri, sahəsi, planlı yerləşməsi, yerləşmə koordinatları və digər texniki parametrləri olmadığındın emalatxana kimi istifadəsinə icazə verilmiş tikilinin sahəsini və harada yerləşməsini, müəyyən etmək mümkün olmamış, bu səbəbdən də həmin tikilinin qarşısında hər hansı bir mağaza tikilisinin mövcud olub-olmamasını və sahəsini müəyyən etimək mümkün olmamışdır. Lakin ekspert rəyi ilə cavabdehlərin faktiki istifadəsində olan tikilinin ümumi sahəsinin 42,2 kv metr olması müəyyən edilmişdir.
34. Iddiaçı İddiaçı rayon icra hakimiyyəti tərəfindən məişət avadanlıqları təmiri emalatxanası kimi onun istifadəsinə verilmiş tikilinin ümumi sahəsinin 20-25 kv metr olduğunu, cavabdehlər isə iddiaçının istifadəsiinə verilmiş sahənin 14 kv metr, qalan sahənin, mağaza binası kimi olan sahənin digər şəxslərdən satın alaraq bütün sahələri birldəşdiklərini, sahədə yenidiənqurma və təmir işləri apardıqlarını göstərmişlər.
35. Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Başçısının ## #### 1998-ci il tarixli, *** nömrəli sərəncamın özündə də məişət avadanlıqları təmiri emalatxanası kimi iddiaçının istifadəsinə verilmiş tikilinin mağazanın arxa tərəfində yerləşməsi qeyd edilmişdir, yəni həmin sahədə iddiaçının istifadəsinə verilmiş tikilidən başqa digər tikililərin, o cümlədən mağaza binasının olması öz əksini tapmışdır.
36. Belə olan halda Rayon Icra Hakimiyyəti Başçısının ## #### 1998-ci il tarixli sərəncamı ilə onun istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinin Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonundakı tikilinin bütövlükdə onun istifadəsinə verilməsi, məişət avadanlıqları təmiri emalatxanası kimi verilən tikilinin sahəsinin 42,2 kv metr olması, yaxud verilən sahənin sonradan onun tərəfindən aparılmış yenidənqurma, artırma, təmir işləri ilə 42,2 kv metrə çatdırılması kimi işini nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür.
37. Lakin iddiaçı göstərilən halları, yəni Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonundakı tikilinin bütövlükdə ona aid olmasına təsdiq edən sübutları, tikilinin texniki göstəriciləri, ölçüləri, sahəsi, planlı yerləşməsi, yerləşmə koordinatları və digər texniki parametrləri əks etdirən sənədləri təqdim etməmiş, işə baxan məhkəmələr isə həmin sübutların işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətdən qaçıraraq təqdim etməyi iddiaçya təklif etməmişdir.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
Proses iştirakçılarının izahatları
38. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh cavabdeh1 və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili həmçinin bildirdi ki, obyektə baxanda müəyyən olunur ki, orada həqiqətən 2 tikili olub, 2 giriş-çıxışı olub, əvvəllər bir dam altında olub. Həmkarı qeyd etdi ki, peyk görüntüsündə bir dam altındadır, amma o, məhkəməyə “xxxx” MMC-nin rəsmi peyk məlumatlarını təqdim etmişdir ki, 2001-ci ildə orada iki dam altında olan tikili olub, sonradan arxasını söküb, birləşdirib. Bu mübahisə ilə bağlı apellyasiya şikayəti verməmişdən əvvəl birinci olaraq yerli icra hakimiyyətinə müraciət etmişdir. Orada dedilər ki, “bizdə 5 ildən artıq heç bir sərəncam və əsası olan sənədlər saxlanılmır”. Iş materiallarında Arxiv Idarəsindən də gələn rəsmi sənəd mövcuddur, orada da sərəncamdan başqa heç bir sənəd vermirlər.
39. Cavabdeh cavabdeh1 əlavə olaraq bildirdi ki, kimsə obyekti icarəyə verəndə işığı, qazı ada keçirtmir, onlar hamısı onun öz adınadır. Əsas sənəd də özündədir. Obyekt əvvəl iddiaçının adına olub, sonra ondan almışdır. O, arxa yeri almışdır. Ön hissəni 2 il qabaq almışdır.
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, o, məhkəmədə obyektin konkret olaraq 20-25 kv.metr olduğunu deməmişdir. Birinci instansiya məhkəməsində də hakim soruşdu ki, “sizə nə qədər verilib”, cavab olaraq deyilib ki, “olsun 20- 25 kv.metr, yəni onun dəqiq sahəsini bilmir.” Ali Məhkəmə texniki göstəricilərlə bağlı mövqe bildirib, ona münasibət olaraq bildirmək istəyir ki, 1998-ci il sərəncamıdır, bu dəqiqə də ölkədə geniş vüsət alan bir şeydir ki, sərəncamlarda texniki göstərici olmur. 2012-ci ilin də peyk görüntüsünü apellyasiya instansiya məhkəməsində təqdim etmişdir ki, ora vahid bir əmlak olubdur. Ali Məhkəmə deyir ki, oranın dəqiq harada yerləşməsi və sair göstərilmir, ancaq şəxs özü birinci instansiya məhkəməsində deyir ki, “ümumiyyətlə almışam”, daha sonra apellyasiya instansiya məhkəməsində mövqeyini dəyişib deyir ki, “arxanı iddiaçıdan alıb, qabağı başqasından alıb.” Obyektin ölçüsünü nə cavabdeh tərəf, nə də iddiaçı tərəf sübut edə bilmir. Arxiv Idarəsində sırf sərəncamdır. Mağazanın da, emalatxananın da faktiki sahibliyini iddiaçı edib. Faktiki sahiblik sərəncamın əsasında olub. Qabaq hissə də sərəncamdakı mağazadır. Sadəcə olaraq o dövrdə qeyri-rəsmi olaraq iddiaçıya icazə verilib və o da sahələri birləşdirmişdir.
41. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
46. Hazırda apellyasiya baxışının predmetini Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarına əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə əsasən iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47.
48. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.
49. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərarındakı göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir.
50. Işdən müəyyən edilir ki, Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamına görə Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda, mağazanın arxa tərəfində yerləşən köhnə tikilidən təmir etmək şərti ilə məişət avadanlıqları təmiri emalatxanası kimi istifadə edilməsi üçün İddiaçı icazə verilmişdir.
51. Həmin əmlakın ##.##.2013-cü il tarixdən ##.##.2023-cü il tarixədək cavabdehlərin qanuni istifadəsində olması məhz iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında baş tutmuş, etibarnamənin müddəti bitdikdən sonra cavabdehlər əmlakdan istifadəyə davam etmiş və əmlakın dəyərinin bir neçə hissədə ödənilməklə satın alındığını bildirsələr də, iddiaçı ilə aralarında alqı-satqı münasibətlərinin mövcudluğuna dair heç bir mötəbər sübut təqdim edə bilməmişlər.
52. Əvvəlki apellyasiya baxışı zamanı əldə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, *-**-**/*-**/***/**** nömrəli ekspert rəyi ilə cavabdehlərin istifadəsində olan tikilinin ümumi sahəsinin 42,2 kv metr təşkil etməsi müəyyən edilmişdir.
53. Qeyd edilməlidir ki, iddiaçı yuxarıda qeyd olunan sərəncam əsasında ona ayrılmış sahənin texniki göstəriciləri, ölçüləri, sahəsi, planlı yerləşməsi və sair zəruri parametrləri barədə məhkəməyə sübut təqdim edə bilməmiş, apellyasiya araşdırması zamanı Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs edilmiş sorğu əsasında bunu müəyyən etmək mümkün olmamışdır.
54. Belə ki, Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2026-cı il tarixli məktubu ilə Icra Hakimiyyəti başçısının aparatında olan sənədlərin beş illik müddət başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə (onun yerli şöbə və ya filialına) təhvil verildiyi bildirilmişdir. Işdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş ##.##.2023-cü il tarixli məktubundan isə arxivdə yalnız sərəncamın mövcud olduğu müəyyən edilir.
55. Cavabdeh iddiaçı tərəfindən onun istifadəsinə verilmiş sahənin 14 kv metr olduğunu, qalan sahənin digər şəxslərdən satın alaraq bütün sahələri birləşdirdiklərini, sahədə yenidənqurma və təmir işləri apardıqlarını göstərmişlər.
56. Beləliklə, iddiaçı tərəfindən ona sərəncam əsasında verilmiş tikilinin sahəsinin 42,2 kv metr olması, yaxud verilən sahənin sonradan onun tərəfindən aparılmış yenidənqurma, artırma, təmir işləri ilə 42,2 kv metrə çatdırılması barədə, cavabdeh tərəfindən isə mübahisəli tikilinin 42,2 kv.metr olan bütün sahəsinin ona məxsus olması barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
57. Təkrar apellyasiya araşdırması zamanı məhkəmə kollegiyası tərəfindən mübahisəli sahəyə iddiaçının və cavabdehin vəkilləri (nümayəndələri), habelə cavabdehin özünün iştirakı ilə yerində müayinə keçirilmiş və sahəyə əsas giriş hissənin küçədən olduğu, əsas giriş ilə üzbəüz divardan sol tərəfdə daha bir giriş-çıxışın olduğu (sərəncamda qeyd olunduğu kimi “küçəsinin sonunda” yerləşməyən), həmçinin həmin divardan sonra (sahənin arxa hissəsi) yaşayış evlərinin olduğu müəyyən edilmişdir. Yerində müayinə zamanı cavabdeh bildirdiyi 14 kv metr sahənin və onun giriş-çıxış yerini izah etmişdir (yerində müayinənin videoçəkilişi iş materiallarına əlavə edilmişdir).
58. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamında iddiaçıya ayrılan sahənin küçəsinin sonunda mağazanın arxa tərəfində yerləşdiyi göstərilmişdir. Göründüyü kimi, həmin sahənin önündə başqa tikili – mağaza mövcud olmuşdur. Belə olan halda, iddiaçıya ayrılmış sahəyə giriş-çıxış hazırda cavabdehin faktiki istifadəsində olan 42,2 kv metr sahənin küçədən olan əsas girişindən ola bilməz. Yerində müayinə zamanı müəyyən edildiyi kimi, 14 kv.m sahəyə ayrıca giriş-çıxış nəzərdə tutulmuş və həmin yer sərəncamda qeyd olunan “küçənin sonunda” yerləşmir.
59. Həmçinin, təkrar apellyasiya baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli **/**** nömrəli rəyinə əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda, cavabdehlərin faktiki istifadəsində olan ümumi sahəsi 42,2 kv metr olan tikilidən 14,0 kv metr sahənin (əsas giriş ilə üzbəüz divar hissəsindən) naturada ayrılmasının təcrid qeyri-yaşayış şəklində bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan qeyri-yaşayış sahəsinin satış zalının (əsas giriş ilə üzbəüz divar hissəsindən) 2,80 m enində 3,60 m uzunluqda hissə ayrılaraq arakəsmə divarı hörülməli 10,1 m2 (3,60x2,80) və sahəsi 3,9 m2 olan köşk tikilisinin ayrılmalıdır (rəyə ümumi sahəsi 42,2 kv metr olan tikilidən 14 kv metr sahənin ayrılmasına dair bölgü sxem planı əlavə edilmişdir).
60. Kollegiya yuxarıda göstərilənlərə və ekspert rəyinə əsasən həmin 14,0 kv.metr sahənin əsas girişlə üzbəüz hissədən ayrılmasının texniki cəhətdən mümkün olduğunu və bunun üçün bölgü sxeminin tərtib edildiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində dəyişdirilməli və cavabdehlərin məhz 14,0 kv.metr sahəni boşaldaraq iddiaçıya təhvil vermələri müəyyən edilməlidir.
61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh cavabdeh1 apellyasiya şikyəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilsin. Bakı şəhəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli sərəncamına əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsinin sonunda yerləşən daşınmaz əmlakın 14,0 kv metr sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli **/**** nömrəli rəyi ilə müəyyən edilmiş qaydada cavabdehlər cavabdeh1, cavabdeh3, X9 tərəfindən boşaldılaraq iddiaçı İddiaçı təhvil verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdeh cavabdeh1 özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 250 manat məbləğində vəsait cavabdeh cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.