Məhkəmə qərarları › İş №2(3-6)-1168/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1168/2026

05.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1168/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Özçelebi-İsmayılova Yeganə Nəriman qızının cavabdehlər cavabdeh2 MMC-yə və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçı Özçelebi-İsmayılova Yeganə Nəriman qızının vəkili vəkil2 Rəşid qızının, cavabdeh cavabdeh1 nümayəndəsi-vəkili Mehtiyev İlham Rəşid oğlunun iştirakı ilə, iddiaçı Özçelebi-İsmayılova Yeganə Nəriman qızının cavabdehlər cavabdeh2 MMC-yə və cavabdeh1 qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 308013016083-***** reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 206,9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə dövlət reyestr xidmətində 1619010609 qeydiyyat nömrəsi ilə ##.##.2019-cu il tarixdə 3/5 hissədə X4 adına, 2/5 hissədə Maraqlı şəxs adına dövlət qeydiyyatına alınmışdır.

2. Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia ərizəsinin təmin edilməsi, Abşeron rayonu, Masazır kəndi, X.R.Ulutürk küçəsində yerləşən, 0.06 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 206.9 kv.m olan ** saylı fərdi yaşayış evinin bazar dəyərinin 395.000 (üç yüz doxsan beş) manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin Maraqlı şəxs 2/5 hissədə, X4 3/5 hissədə paylarına mütənasib surətdə bölünməsi, X4 ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaitinin tutularaq Maraqlı şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə ## ###### 2025-ci il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icra vərəqəsi icra edilməsi icra şöbəsinə göndərilmişdir.

3. Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən İxtisaslaşdırılmış müəssisəyəhərrac təşkilatına ünvanlanmış ## ### 2025-ci il tarixli, 17/75 *****-*V nömrəli icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması ilə bağlı sifarişin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025- ci il tarixli icra sənədinin icrası məqsədilə “İcra haqqında” Qanunun 61-ci və “İpoteka haqqında” Qanunun 41.2-ci, eyni zamanda AR ƏN Kollegiyasının ##.##.2024-cü il tarixli, * nömrəli qərarı ilə təsdiq edilmiş “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracdan satılması Qaydası”nın müddəaları nəzərə alınmaqla Abşeron rayonu, Masazır kəndi, X.R.Ulutürk küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 206,9 kv.m olan ** saylı fərdi yaşayış evinin elektron hərracda satılması ilə bağlı sifariş hazırlanmış, sözügedən əmlakın ilkin qiyməti 395000 manat, minimum satış qiyməti isə 276500 manat məbləğində müəyyən edilmişdir.

4. AR İxtisaslaşdırılmış Əmtəə Birjası xxxx tərəfindən ünvanlanmış ## ### 2025-ci il tarixli, **/** nömrəli bildirişin surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, X.R.Ulutürk küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 206,9 kv.m olan ** saylı fərdi yaşayış evi barədə ilkin hərracın elektron qaydada ## #### 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş, əmlakın bazar qiyməti 395000 manat olmaqla minimum satış qiymətinin 276500 manat olması qeyd edilmişdir.

5. AR İxtisaslaşdırılmış Əmtəə Birjası xxxx tərəfindən ünvanlanmış ## #### 2025-ci il tarixli, **/** nömrəli bildirişin surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, X.R.Ulutürk küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 206,9 kv.m olan ** saylı fərdi yaşayış evi barədə təkrar olaraq hərracın elektron qaydada ## #### 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş, əmlakın bazar qiyməti 395000 manat olmaqla minimum satış qiymətinin 237000 manat olması qeyd edilmişdir.

6. AR İxtisaslaşdırılmış Əmtəə Birjası xxxx tərəfindən ünvanlanmış ## #### 2025-ci il tarixli, **/** nömrəli bildirişin surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, X.R.Ulutürk küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 206,9 kv.m olan ** saylı fərdi yaşayış evi barədə ikinci dəfə təkrar olaraq hərracın elektron qaydada ## #### 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş, əmlakın bazar qiyməti 395000 manat olmaqla minimum satış qiymətinin 197.500 manat olması qeyd edilmişdir.

7. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş ## #### 2025-ci il tarixli ****************** nömrəli “hərracın nəticələrinə dair” protokoldan görünür ki, Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025 tarixli icra sənədinə əsasən 3/5 hissədə X5, 2/5 hissədə Maraqlı şəxs məxsus Abşeron rayonu, Masazır kəndi, X1 küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ev 42 ünvanında yerləşən fərdi yaşayış evinin Abşeron rayon icra və probasiya şöbəsi icra məmuru X2, rəisi Ayaz Nuqaylının sifarişi əsasında elektron hərracda satılması ilə bağlı açıq auksion formasında elektron hərrac keçirilmişdir. Hərrac ## #### 2025-ci il tarixdə başlamış, ## #### 2025-ci il tarixdə başa çatmışdır. Əmlakın ilkin satış qiyməti 395.000.00 (üç yüz doxsan beş min) manat, minimum satış qiyməti 197.500 (bir yüz doxsan yeddi min beş yüz) manat, son satış qiyməti 197.500 (bir yüz doxsan yeddi min beş yüz) manat müəyyən edilmişdir. Hərrac, ikinci təkrar hərrac mərhələsində baş tutmuşdur və əmlakı əldə edən qalib cavabdeh1 olmuşdur. Bu Protokol Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2024-cü il tarixli *-N nömrəli Qərarı ilə təsdiq edilmiş “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nın 4.17-ci bəndinə uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.5ci maddəsinə əsasən bu Protokol müqavilə qüvvəsinə malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun Protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Özçelebi-İsmayılova Yeganə Nəriman qızı cavabdehlər cavabdeh2 MMC-yə və cavabdeh1 qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi əsas götürülməklə verilmiş sifariş məktubu əsasında Maraqlı şəxs (2/5 hissə) və onun (3/5 hissə) paylı mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 206,9 kv.m, olan Abşeron rayonu, Mazazır kəndi, X1 küçəsi ** saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin AR İxtisaslandırılmış Əmtəə Birjası xxxxnin elektron açıq hərracından satılmasına dair nəticələrinin, o cümlətən hərracın başlanması haqda ##.##.2025-ci il tarixli və hərracın nəticələrinə dair ##.##.2025-ci il tarixli ****************** nömrəli Protokolların etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumun cavabdehlərdən alınaraq ona ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin (icra məmuru Vadim Əliyev) ##.##.2025-ci il tarixli, 17/75 *****-*V saylı sifariş məktubu ilə icra sənədi üzrə tərəflərə və İxtisaslaşdırılmış hərrac təşkilatına ünvanlanmış sifariş məktubu ilə bildirilmişdir ki, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən onun və Nadir Özçələbinin paylı mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, sahəsi 206,9 kv.m olan Abşeron rayonu, Mazazır kəndi, X1 küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evinin bazar dəyəri 395.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin tərəflərə paylara münasib surətdə bölünməsinə dair sifariş verilmişdir. İcra məmuru sifariş məktubunda mübahisənin predmeti olan əmlakın açıq hərracdan “İcra Haqqında” Qanunun 61-ci və “İpoteka haqqında” Qanunun 41.2-ci,eyni zamanda AR ƏN Kollegiyasının ##.##.2024-cü il tarixli * nömrəli qərarı ilə təstiq edilmiş” İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracdan satılması Qaydaları”na uyğun olaraq keçirilməsini sifariş etmişdir. AR İxtisaslandırılmış Əmtəə Birjası xxxxn icra sənədi üzrə tərəflərə göndərdiyi ##.##.2025-ci il tarixli, **/** saylı bildirişdən məlum olmuşdur ki, Hərrac Mərkəzi Abşeron rayon İcra və Probasiya Şöbəsinin (icra məmuru Vadim Əliyev) ##.##.2025ci il tarixli, 17/75 *****-*V saylı sifariş məktubuna uyğun olaraq mübahisənin predmeti olan əmlakın elektron formada keçirilən açıq hərracdan satılması, hərracın ilkin vaxtının ##.##.2025ci il tarixinə təyin edilməsi, evin bazar qiymətinin 395.000 manat müəyyən olunduğu halda, əmlakın ilkin satış qiymətinin 276.500 manat müəyyən etməklə açıq hərraca çıxartmış, ilkin hərracda əmlak həmin qiymətə satılmamış, ##.##.2025-ci il tarixdə əmlakın dəyəri aşağı salınmaqla 237.000 manata ikinci hərraca çıxarılmış, əmlak həmin qiymətə də hərracdan satılmamış, 24.06.20225-ci il tarixdə isə əmlakın dəyəri 197.000 manata aşağı salınmaqla hərraca çıxarılmış, ##.##.2025-ci il tarixinə elektron qaydada keçirilən açıq hərracda əmlakın həmin qiyməyə satıldığına dair elan dərc edilmiş, hərracın nəticələrinə dair Protokol ona göndərilməmiş, hərracdan həmin Protokolu icra məmurundan ala biləcəyi barədə ona məlumat verilmiş və nəhayət ##.##.2025-ci il tarixdə icra məmuru tərəfindən istifadəsində olan telefon nömrəsinin vvatsApına həmin Protokol göndərilmişdir. Qeyd edilmiş Protokolla tanış olarkən ona məlum olmuşdur ki, ##.##.2025-ci il tarixdə açıq hərracdan paylı mülkiyyətində olan əmlakı 197.000 manata (2023-cü ildə müəyyən edilmiş bazar qiymətinin 50 faizinə) cavabdeh cavabdeh1 almışdır. Bu müddət ərzində əmlakının qeyd edilmiş şərtlər əsasında açıq hərracdan satışa çıxarılmasına ##.##.2025-ci il tarixdən başlayaraq əmlak satılan günədək cavabdehin herrac.gov.az saytina elektron portalı vasitəsi ilə etiraz etməsinə əhəmiyyət verilməmiş, hər dəfə əmlak icra məmurun sifariş məktubuna uyğun olaraq “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinin və AR ƏN Kollegiyasının ##.##.2024-cü il tarixli * nömrəli qərarı ilə təstiq edilmiş” İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracdan satılması Qaydaları”na uyğun olaraq satılacağı və satılanadək əmlakın dəyərinin 50 faizədək aşağı salınacağı, buna etiraz etmək hüququnun olmadığı bildirilmişdir. Məlum məsələdir ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin qeyd edilmiş qanunsuz hərəkətlərindən ##.##.2025-ci il tarixdə Abşeron rayon məhkəməsinə şikayət vermək və dərhal əmlakının acıq hərracdan satışının dayandırılmasına dair müraciət etmək məcburiyyətində qaldı və nəhayət Abşeron rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə şikayəti qismən təmin edilmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin “İcra Haqqında” Qanunun 61-ci və “İpoteka haqqında” Qanunun 41.2-ci, eyni zamanda AR ƏN Kollegiyasının ##.##.2024-cü il tarixli * nömrəli qərarı ilə təstiq edilmiş “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracdan satılması Qaydaları” əsas götürülməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin tərəflər arasında paylara uyğun bölünməsinə dair AR və İxtisaslaşdırılmış hərrac təşkilatına ünvanlanmış sifariş məktubun göndərilməsi barədə hərəkətləri qanunsuz hesab edilmiş, şikayət qalan hissədə, yəni əmlakın acıq hərracdan satışının dayandırılması hissəsində, (əmlak artıq ##.##.2027-ci il tarixdə açıq hərracdan satıldığına görə), o hissədə təmin edilməmişdir. Hesab edir ki, məhkəmə məlum nəticəyə gələrkən tamamilə haqlı olaraq icra məmuru ona məxsus əmlakın açıq hərracdan “İcra Haqqında” Qanunun 61-ci və “İpoteka haqqında” Qanunun 41.2-ci, eyni zamanda AR ƏN Kollegiyasının ##.##.2024-cü il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş” İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracdan satılması Qaydaları”na uyğun olaraq yox, AR MM-nin 414-415-ci mad. və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələrinin tələblərinə uyğun və AR Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” ## ###### 2021ci il, **/**** saylı qərardadında şərh edilmiş göstərişləri əsas götürülməklə açıq hərraca çıxarılması və satışın həyata keçirilməsi ilə bağlı cavabdehə sifariş məktubu göndərməli olduğunu əsas olaraq göstərmişdir. AR Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” ## ###### 2021-ci il, **/**** saylı qərardadına görə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Məhkəməyə təqdim edilmiş rəsmi sənədlərdən görünür ki, cavabdeh paylı mülkiyyətində olan əmlakını “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələrinə əsasən ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, daha sonra isə artıq üçüncü dəfə şəxsi əmlakını bazar dəyərindən 50% aşağı qiymətə hərraca çıxartmaqla satışını həyata keçirməsi qanunla qorunan mülkiyyət hüquqlarını, AR MM-nin 414-415-ci mad. və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələrinin tələblərini və AR Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” ## ###### 2021-ci il, **/**** saylı qərardadında şərh edilmiş göstərişləri pozmuşdur.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Özçelebi-İsmayılova Yeganə Nəriman qızı ilə Maraqlı şəxs paylı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, X1 küçəsi, ev 42 ünvanında yerləşən, 0,06 ha torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 206,9 kv.m olan fərdi yaşayış evinin elektron hərracdan satılmasına dair cavabdeh2 MMC-nin keçirdiyi hərrac prosedurunun (## #### 2025-ci il tarixdə başlayan və ## #### 2025-ci il tarixdə başa çatan hərracın nəticələri) və “Hərracın nəticələrinə dair” ## #### 2025-ci il tarixli, ****************** saylı protokolun etibarsız hesab edilməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlak (fərdi yaşayış evi) bank və ya digər kredit öhdəliyi üzrə ipotekaya və ya girova qoyulmuş əmlak deyil. Paylı mülkiyyətin satışında məqsəd borcun ödənilməsi deyil, mülkiyyətçilərin əmlakının real bazar dəyəri müqabilində pula çevrilməsidir. "İpoteka haqqında" Qanunun 41.2-ci maddəsi yalnız ipoteka yüklü əmlakların satış qiymətinin aşağı salınması mexanizmini tənzimləyir. İpoteka predmeti olmayan əmlaka münasibətdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-415-ci və "İcra haqqında" Qanunun 61-ci maddələri rəhbər tutulmalıdır. İpoteka predmetinə aid olmayan əmlakların hərraca çıxarılan ilkin satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Məhkəmə qətnaməsi ilə əmlakın bazar dəyəri 395.000 manat müəyyən edildiyi halda, hərrac təşkilatçısı tərəfindən qiymətin qısa müddət ərzində 197.500 manata (50% endirimlə) endirilməsi əmlakın bazar qiyməti ilə satılması barədə məhkəmə qətnaməsinin mahiyyətinə ziddir. Bu, iddiaçının mülkiyyət hüququna qeyri-mütənasib müdaxilədir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, Hərrac Mərkəzinin "likvid dəyər" anlayışını tətbiq etməsi nəticəsində bazar dəyəri 395.000 manat olan əmlakın ilkin satışının 276.500 manata (70%), son satışının isə 197.500 manata (50%) təyin edilməsi mülkiyyətçinin əmlakından əldə edəcəyi real gəliri süni şəkildə azaltmışdır. Hərracın keçirilməsi üçün əsas əmlakın hüquqi təbiətinə uyğun olmayan qanunvericilik normalarına ("İpoteka haqqında" Qanun) əsaslandığı üçün, hərracın qiymət endirimi mexanizmi qanunsuz tətbiq edilmişdir. Bazar dəyəri ilə satış qiyməti arasındakı 50%-lik kəskin fərq iddiaçının mülkiyyət hüququnun mahiyyətini sarsıtdığından, iddia əsaslıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 415.4, 415.5, 416.1 və 416.2-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” **/**** nömrəli ## ###### 2021-ci il tarixli Qərardadına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” **/**** nömrəli ## ###### 2024-cü il tarixli Qərardadının 59-cu bəndinə; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2024-cü il tarixli, *-N nömrəli Qərarı ilə təsdiq edilmiş İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydalarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

14. Cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hüququn tətbiqində mülahizəyə yol vermişdir belə ki, hərracın keçirilməsi qanunla tənzimlənir, belə olan halda satılmayan əmlakın növbəti hərracda qiymətinin aşağı düşməsi mümkündür, bunu “mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə” kimi qələmə vermək yolverilməzdir. Göründüyü kimi məhkəmə iki fakta əsaslanır: 1. Qiymətin qısa müddət ərizndə aşağı düşməsi. 2. Qiymətin 197.500 manata (50% endirimlə) satılması. İşin hallarından göründüyü kimi qiymət ilk öncə 276.500 manat təşkil etmiş, daha sonra satılmadığından edirilərək 237.000 manat təşkil etmiş, satılmadığından sonra isə 197.500 manat məbləğində hərraca çıxarılmışdır. İşin faktiki halları məhkəmənin subyektiv yanaşması ilə üst-üstə gəlmir, belə ki, əgər qiymət doğrudandan kəskin azalmışdır o zaman niyə əmlak nə 276.500 manata, nə də ki 237.000 manat satılmamışdır? Görünüən isə odur ki, əmlakın qiyməti real deyil, real qiymət isə onun faktiki satılan qiyməti olmuşdur. Məhkəmə mübahisə predemti olan fərdi yaşayış evinin əvvəlki daha baha qiymətə hərraca çıxarılmış və satılmayaraq sonradan azalmış qiymətlərinə münasibət bildirməmişdir, hərçənd evin sonuncu satış qiymətinin aşağı olaması əsası ilə iddianı təmin etmişdir. Qeyd edilənlər işin nəticəsi üçün mühüm əhəmiyyəti olan faktiki hallardır, lakin bunlar Məhkəmə tərəfindən aydınlaşdırılmamış və onlara qiymət verilməmişdir. Məhkəmə sübut qismində təqdim edilmiş hərrac addımalrına heç bir qiymət verməmiş, onalrın mövcudluğuna belə əhəmiyyət verməmişdir, sanki belə bir sübut təqdim edilməmişdir. Məhkəmə həmin sübutlıara qiymət verdiyi halda bəllidir ki, belə nəticəyə gələ bilməzdir.

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsivəkili 17.Mehtiyev İlham Rəşid oğlu apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Özçelebi-İsmayılova Yeganə Nəriman qızının vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24.16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 25.337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 26.372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 27.415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 28.415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

29. 415.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 30.415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

31. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

32. 416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

Azərbaycan Respublikası “İcra haqqında” Qanununun (hərrac keçirilən zaman qüvvədə olmuş redaksiyada)

33.43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 34.44.1.1, 44.1.2 və 44.1.3-cü maddələrinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. 35.44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 36.44.3-cü maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 37.45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir 38.45.6 və 45.7-ci maddələrinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 39.53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 40.53.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 41.53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 42.61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 43.61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 44.61.3-cü maddəsinə əsasən, sifarişə icra sənədinin surəti; əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti; daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər və ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti əlavə edilir. 45.62.1-ci maddəsinə əsasən, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 46.62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2024-cü il tarixli, *-N nömrəli Qərarı ilə təsdiq edilmiş “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nın 47.1.1-ci bəndinə əsasən “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası” (bundan sonra – Qayda) “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 61-ci və 62-ci maddələrinin tələblərinə əsasən hazırlanmışdır və icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının icra məmuru (bundan sonra – sifarişçi) tərəfindən elektron hərracda (bundan sonra – hərrac) satılması ilə bağlı ixtisaslaşdırılmış müəssisələrə (bundan sonra – təşkilatçı) sifarişin verilməsi və hərracda satılması ilə bağlı qaydaları tənzimləyir. 48.1.2-ci bəndinə əsasən bu Qayda ipoteka ilə yüklü edilmiş əmlaka münasibətdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməyən məsələlər üzrə tətbiq edilir. 49.3.9-cu bəndinə əsasən hərrac baş tutmadıqda, yaxud nəticələri ləğv edildikdə növbəti (təkrar) hərracın keçirilməsi üçün avtomatik elan verilir. Həmin elanda əvvəlki hərracın baş tutmadığı, yaxud nəticələrinin ləğv olunduğu və bunun səbəbi barədə məlumat öz əksini tapmalıdır. 50.3.10-cu bəndinə əsasən təkrar hərracların sayı 2-dən artıq ola bilməz. 51.4.8-ci bəndinə əsasən ilk hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın ilkin qiymətinin ən azı 70 faizini (minimum satış qiyməti), ikinci hərracda ilkin qiymətinin ən azı 60 faizini (minimum satış qiyməti), üçüncü hərracda isə ən azı 50 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə hərrac baş tutmuş hesab edilir. 52.4.9-cu bəndinə əsasən hərraca çıxarılan əmlakı minimum satış qiyməti ilə almağa razılıq verən yalnız 1 iştirakçı olduqda həmin iştirakçı, iki və ya daha çox iştirakçı olduqda isə ən yüksək məbləği təklif edən iştirakçı hərracın qalibi hesab edilir

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

53.14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 54.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 55.217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

56.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 57.Mülki işin hallarından göründüyü kimi, icra məmuru tərəfindən paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması barədə icra sənədinin icrası məqsədilə hərrac təşkilatına sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatı həmin sifariş əsasında hərracı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2024-cü il tarixli, *-N nömrəli Qərarı ilə təsdiq edilmiş “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”na uyğun keçirmişdir. Belə ki, ilkin hərrac baş tutmadığından əmlak ilkin satış qiymətinə 70 faiz əlavə edilməklə təkrar hərraca çıxarılmış, təkrar hərrac baş tutmadığından isə ilkin satış qiymətinə 60 faiz endirim tətbiq edilmiş, üçüncü hərracda isə 50 faiz endirimlə əmlak cavabdehə təklif edilmiş və nəticədə həmin qiymətlə cavabdeh tərəfindən əldə edilmişdir.

58. Göründüyü kimi, verilmiş sifarişə əsasən cavabdeh cavabdeh2 MMC tərəfindən hərrac keçirilmiş və nəticədə əmlak ilkin satış qiymətinə 50 faiz endirim tətbiq edilməklə cavabdeh cavabdeh1 satılmışdır. İddiaçı məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılmasına dair icra sənədi üzrə keçirilmiş hərracın qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığını, xüsusilə də qanunvericilikdə nəzərdə tutulmadığı halda növbəti hərraclar zamanı ilkin satış qiymətinə əlavə faiz endirimlərin tətbiq edildiyini göstərmiş, bu səbəbdən hərracın nəticələrinin qanunsuz hesab edilməsini xahiş etmişdir.

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmış, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyən etmişdir. Belə ki, məhkəmə haqlı olaraq nəzərə almışdır ki, paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması proseduru “İcra haqqında” Qanunun (hərrac keçirilən zaman qüvvədə olmuş redaksiyada) müvafiq müddəaları ilə tənzimlənir və həmin prosedur Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il ## ###### tarixli **/**** nömrəli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 2024-cü il # ###### tarixli **/**** nömrəli Qərardadlarında formalaşdırılmış hüquqi mövqelərə uyğun həyata keçirilməlidir.

60. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 2024-cü il # ###### tarixli **/**** nömrəli Qərardadında da qeyd edilmişdir ki, Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması proseduru isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-43-cü maddələrinin tələbləri nəzərə alınmadan Mülki Məcəllənin 415-ci maddəsinə, “İcra haqqında” Qanunun müvafiq müddəalarına, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il ## ###### tarixli **/**** nömrəli qərardadında qeyd olunmuş hüquqi mövqelərə uyğun həyata keçirilməlidir.

61. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ###### 2021-ci il tarixli qərardadında da izah olunmuşdur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir.

62. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, üzərinə qanunvericiliyə uyğun olaraq hərrac təşkil etmək vəzifəsi düşən cavabdeh tərəfindən hərracın keçirilməsi zamanı müəyyən edilmiş qaydalara (o cümlədən, hər növbəti hərrac keçirilərkən satışa çıxarılan əmlakın ilkin satış qiymətinə əlavə faiz endirimlərin tətbiq edilməli olmamasına) riayət edilməmişdir. Halbuki, göstərilən tələblərə əməl olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-416-cı maddələrinin və “İcra haqqında” Qanunun (hərrac keçirilən zaman qüvvədə olmuş redaksiyada) məqsəd və məzmunundan irəli gələn imperativ şərt hesab olunur.

63. Bundan əlavə kollegiya qeyd etməyi zəruri sayır ki, icra icraatı çərçivəsində paylı mülkiyyətdə olan əmlakın hərrac yolu ilə satılması yalnız formal prosedur deyil, həm də tərəflərin (hazırkı halda ər-arvadın) əmlak hüquqlarının qorunmasına xidmət edən təminat mexanizmidir. Bu səbəbdən hərracın keçirilməsi zamanı əmlakın satış proseduru qanunvericiliyin imperativ normalarına uyğun həyata keçirilməlidir. Həmin qaydalardan kənara çıxılması isə hərrac iştirakçılarının hüquqlarına birbaşa təsir göstərən pozuntudur.

64. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydalar pozulmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası əsasında məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız hesab edilməsi isə hərracı udmuş şəxslə bağlanmış müqavilənin etibarsızlığına səbəb olur. Bu baxımdan, kollegiya hesab edir ki, hərracın qanunvericiliyin tələblərinə uyğun keçirilməməsi barədə iddia əsaslı olduğundan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.

65. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

66. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə # ###### 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

67. Qeyd edilənlərə əsasən, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 68.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 69.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 70.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar