Məhkəmə qərarları › İş №2(3-6)-1186/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1186/2026

19.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1186/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi X1, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Işin faktiki halları: 1.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin ##.##.2008-ci il tarixli qərarı ilə vətəndaş X3 adına fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə 300,0 kv.metr torpaq sahəsi sənədləşdirilmişdir. Sonradan S.Şamilov Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə ərizə ilə müraciət edərək onun adına sənədləşdirilmiş 300,0 kv.metr torpaq sahəsinin 150 kv.metr torpaq sahəsinin notarial qaydada razılaşmaya görə iddiaçının adına keçirilməsini xahiş etmişdir. Biləcəri Bələdiyyəsinin ##.##.2010-cu il tarixli qərarı ilə vətəndaş S.Şamilovun adına fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə sənədləşdirilmiş 300,0 kv.metr torpaq sahəsinin 150 kv.metri öz adına qalmaqla 150,0 kv.metr notarial qaydada razılaşmaya görə iddiaçının adına keçirilməsi qərara alınmışdır. Torpaq sahəsini aldıqdan bir müddət sonra cavabdehin həmin həyətyanı torpaq sahəsində əvvəldən mövcud olan yarımtikilidə qanunsuz olaraq məskunlaşdığından xəbər tutmuşlar. Bunun qarşısını almaq istədikdə cavabdeh onlara yalvar-yaxar edərək ev tikmək istədikləri vaxt torpaq sahəsindən çıxacağını, evsiz-eşiksiz olduğu üçün ona bir müddət orada yaşamağa imkan vermələrini xahiş etmişdi. Həmin dövrlərdə yaşayış evi tikmək üçün imkanı olmadığına görə cavabdehə rəhm edib, orada qalmasına icazə verib. Sonradan cavabdeh torpaq sahəsindən çıxmayaraq mübahisə yaratmağa başlayıb. Dəfələrlə hüquq-mühafizə orqanlarına, müxtəlif dövlət strukturlarına müraciət etsə də, nəticəsi olmamışdır. Dəfələrlə iddiaçı və yaxınları cavabdehlə söhbət edərək belə mübahisələrin əsassız olduğunu, iddiaçıya məxsus olan torpaq sahəsindən maneəsiz istifadə hüququnun olduğunu və cavabdehin buna maneə yaratmasının qanunazidd əməl olduğunu bildirsə də, bütün bu danışıqların heç bir xeyri olmamışdır.

3. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Səidə Məmmədova) ilə iddia təmin edilməmişdir.

4. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

5. Apellyasiya icraatı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının əvvəlki iclasında iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi Q.Həşimov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 8.

9. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının əvvəlki iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, mübahisəli ərazi şirkətin sahibliyindədir və cavabdehin həmin ərazidən çıxarılması ilə bağlı 2022-ci ildə məhkəmədə iddia qaldırıblar, onların iddia tələbləri təmin edilməsi barədə qətnamə çıxarılıb,həmin qətnamə qanuni qüvvəsini almış, lakin qətnamə hələ icra edilməyib.

11. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə Məhkəməyə təqdim etdiyi Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsindən müəyyən olur ki, iddiaçı X2 Şirkəti cavabdeh Cavabdeh qarşı şirkətin ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin təmin edilməsi, Cavabdeh X2 Şirkətinin istifadəsində olan torpaq sahəsində, yəni * saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları (1. 397615.164 4478531.282; 2. 397625.673 4478519.197; 3. 397612.274 4478509.739; 397601.240 4478519.722 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, X2 Şirkətinin istifadəsində olan torpaq sahəsində, yəni * saylı mədənin 5-ci sahəsində və ə şirkətin saziş ərazisi hüdudları (1. 397615.164 4478531.282; 2. 397625.673 4478519.197; 3. 397612.274 4478509.739; 397601.240 4478519.722 koordinatlar) daxilində yerləşən özbaşına tikilinin Cavabdeh hesabına sökülməklə torpaq sahəsi boşaldılaraq X2 Şirkətinin istifadəsinə qaytarılması qət edilmişdir.

12. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil ##.##.2026-cı il tarixdə “AZEMIS” elektron məhkəmə sistemi vasitəsilə ərizə yükləyərək, Cavabdeh qeyri qanuni zəbt etmiş olduğu torpaq sahəsinin boşaldılması barədə qüvvəyə minmiş qətnamə olduğundan hazırkı iddiadan imtina etdiklərini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Məhkəmə iddiadan imtinaya dair ərizəni müzakirə edərək hesab edir ki, iddiaçının iddiasından imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

16. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. Iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

17. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

18. Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq sürətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər.

19. Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

20. Qeyd olunan Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir.

21. Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

22. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Nəticə:

23. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması və torpaq sahəsindən çıxarma” tələbinə dair iddia ərizəsindən imtinası məhkəmə tərəfindən qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir.

24. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

25. Bununla bağlı Məhkəmə qeyd edir ki, həmin normada (402.2.4-cü maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin öz qulluq mövqeyinə əsasən gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə, yəni icraatı başlamış tərəflərin vəsatətinin (xahişinin) təmin olunmasının rəsmiləşdirilməsi ilə bağlıdır. Məlum məsələdir ki, vəsatəti (xahişi) təmin olunan tərəfin, xahişinin təmininə dair məhkəmə aktını (qərardadını) mübahisələndirməsi öz-özlüyündə məntiqsiz və anlaşılmaz olardı. Bu baxımdan da, müəyyən olunur ki, iddiaçının iddiasından imtina etməsi əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması və torpaq sahəsindən çıxarma” tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələblərindən imtinası qəbul edilsin. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Iddiaçı İddiaçı eyni cavabdehə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar