Məhkəmə qərarları › İş №2(3-6)-1193/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1193/2026

27.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1193/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı (Bakı şəhəri Xətai rayon Bələdiyyəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş (Açar sözlər: «kommunal borcun qanunsuz hesab edilməsi üçün əsasın müəyyən edilməməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMMC-nin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh “X8” MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: “xxxx” MTK-nın ** saylı, ##.##.2011-ci il tarixli maliyyə arayışına əsasən “xxxx” MTK-nın ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 7-ci giriş, 18-ci mərtəbəsində ümumi sahəsi 202,5 kv.m. olan 4 otaqlı, *** saylı mənzil İddiaçı məxsusdur və dəyəri tam ödənilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Həşimova İlahə Tahir qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, e- 2(004)- ****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilmiş, “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, bina 2) ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsinə dair fəaliyyəti qanunsuz hesab edilərək Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin binanın idarəetməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlər, açarlar və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, bina 2) ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1B blokundakı liftə quraşdırılmış kart sistemi qurğusunun sökülməsi öhdəliyinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qət edilmişdir.

3. İddiaçı, X4, nümayəndə1 və X1 tərəfindən tərtib olunmuş ## ####### 2025-ci il tarixli akta əsasən binalarında fəaliyyət göstərən Cavabdeh MMC (VÖEN: **********) tərəfindən ünvan 2 ünvanında yerləşən 7-ci blokdakı liftə kartla giriş sistemi quraşdırılmışdır. Bu sistem çərçivəsində İddiaçı lift kartına blok qoyulmuş, nəticədə o, bu liftdən istifadə etmək hüququndan məhrum edilmişdir. İddiaçı 7-ci blokun 18-ci mərtəbəsində yaşayır, X4, X1 və nümayəndə1 bu halı şəxsən təsdiqləyib, yəni İddiaçı kartının bloklandığını və hər iki liftdən istifadə edə bilmədiyini bilavasitə müşahidə etmişlər. 7-ci blokda cəmi 2 ədəd lift mövcuddur və bu liftlərin 2-giriş və çıxışı mövcuddur. Bu liftlər 7-ci blokda yerləşdiyi üçün, 7-ci blokun sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. Hər iki liftlərin digər çıxışı binanın ümumi istifadə dəhlizinə daxil olmaq üçün nəzərdə tutulmuşdur. Cavabdeh MMC həmin sahəni (ümumi istifadədə olan sahəni) liftlərin hər ikisi ilə bağlı vəziyyətdə Araz marketə icarəyə vermişdir; nəticədə sakinlərin ümumi istifadə yeri bağlanmış və sakinlərin lilftlərə giriş-çıxışı məhdudlaşdırılmışdır. Hal-hazırda liftlərin digər çıxışlarından ümumiyyətlə heç bir sakin istifadə edilə bilmir. Yekun olaraq blokda olan hər iki liftdən İddiaçı istifadə edə bilmir. Namaz, Ömər və Davud bu faktı və bu halları təsdiqləyir.

4. Cavabdehin “Azure Residence” yaşayış kompleksinin sakinlərinə ünvanladığı elana əsasən, Cavabdeh MMC (GSM MMC) rəsmi (** saylı mənzil sakinin məhkəmə qərarı əldə etməyi (digər sakinlərin hüquqları nəzərə alınmadan) nəticəsində qərarla kompleksin İdarəetməsindən kənarlaşdırılmışdır. Lakin bütün bu müddət ərzində 70-80% sakinlər onlara müraciət edərək, xidmətin məhz GSM MMC tərəfindən davam etdirilməsini (MMMC yaradaraq və ƏDV-dən azad olaraq) və gələcəkdə kommunal xidmətlərə görə qiymətin artırılmasını anlayışla qarşıladıqlarını onlara bildirmişlər. Son 10 ildə yaşayış kompleksində qiymət artımı olmamışdır. Xidmətin fasiləsiz davam etdirilməsi üçün MMMC-nin yaradılması, xidmət sahəsində iş təcrübəsi olmayan sakinlər tərəfindən idarə olunması, yaxud kompleksin bələdiyyəyə təhvil verilməsində maraqlarının olmadığını qətiyyətlə vurğulayırlar. Onların əsas məqsədi hər zaman sakinlərinin rahatlığı, təhlükəsizliyi və yaşayış mühitinin keyfiyyətli şəkildə qorunması olmuşdur. Son dövrlərdə yaranmış vəziyyət, təəssüf ki, binanın idarə edilməsini çətinləşdirmiş, xidmətlərin göstərilməsində ədalətsizliklərə gətirib çıxarmışdır. Belə ki, kommunal xidmətlərə görə ödəniş etmiş sakinlərin hesabına digər ödəməyən borclu sakinlər təqdim etdikləri bütün xidmətlərdən istifadə etmiş, maksimum yararlanmış, bu da şirkət ücün ədalətsiz maliyyə yükü yaratmışdır. Mövcud tarifin (1 manat 30 qəpik) real xərcləri qarşılamaq imkanının olmaması, enerji, texniki xidmət, avadanlıqların saxlanılması, mühafizə və digər zəruri xərclərin artması səbəbilə xidmətlərdə maliyyə çatışmazlığı yaranmışdır. Bu da xidmət keyfiyyətinin yüksəldilməsini qeyri-mümkün etmişdir. Bu səbəbdən ##.##.2025-ci il tarixindən etibarən tarif qiymətinin 20 qəpik artırılaraq - 1 manat 50 qəpik müəyyən olunması zəruri addım kimi qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. Iddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Xətai rayon Bələdiyyəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMMC cəlb edilməklə cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kommunal borcun qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh MMC tərəfindən ona qarşı əsassız olaraq hesablanmış 8470 (səkkiz min dörd yüz yetmiş) manat borcun qanunsuz hesab edilməsi, ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

6. İddiada göstərilib ki, o, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 18-ci mərtəbəsində *** nömrəli mənzilin mülkiyyətçisidir. Onun mənzilinin yerləşdiyi çoxmənzilli yaşayış binası heç bir qanuni əsas olmadan “xxxx” MMC tərəfindən idarə olunur və həmin MMCnin rəhbərliyinin mülahizəsinə görə sakinlərdən yaşayış sahəsinin hər kv.metrinə 1.30 manat məbləğində pul tələb olunur. MMC ilə müqavilə bağlamayan və kommunal ödəniş adı altında tələb edilən vəsaiti ödəməyən mülkiyyətçilərin və onların ailə üzvlərinin binanın liftindən istifadələrinə məhdudiyyət yaradılaraq lift kartları bloklanır. Bu halda həmin sakinlər yuxarı mərtəbələrə piyada qalxmaq məcburiyyətində qalır. “xxxx Managemet” MMC bütün bu məhdudiyyətlərlə bina sakinlərinin öz mənzillərindən, eləcə də yaşadıqları binanın ümumi sahəsindən istifadə etmələrinə süni maneələr yaradır ki, bunlar qanunazidd və yolverilməzdir. Cavabdeh “xxxx Managemet” MMC heç bir hüquqi əsas olmadan onun hüquqlarını pozaraq onun 7-ci blokda olan lift kartına blok qoymuşdur. Nəticədə o və ailə üzvləri yaşadığı binada yerləşən hər iki liftdən istifadə etmək hüququndan məhrum edilmişdir. Bu hal qonşuları - X2, X4 və nümayəndə1 tərəfindən rəsmi aktla təsdiqlənmişdir. Bundan əlavə, “xxxx Managemet” MMC ilə onun arasında heç bir xidməti müqavilə yoxdur. Lakin buna baxmayaraq şirkət tərəfindən əsassız olaraq 8470 manat kommunal ödənişə görə ona “borc” hesablanmışdır. “xxxx Managemet” MMC bu əsassız borcu əsas götürərək lift kartını bloklamış və onun faktiki yaşayış hüququnu məhdudlaşdırmışdır. Bundan əlavə, 7-ci blokda cəmi 2 ədəd lift mövcuddur və bu liftlərin iki giriş və çıxışı mövcuddur. Bu liftlər 7-ci blokda yerləşdiyi üçün, 7-ci blokun sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. Hər iki liftlərin digər çıxışları binanın ümumi istifadə dəhlizinə daxil olmaq üçün nəzərdə tutulmuşdur. “xxxx Managemet” MMC həmin sahəni (ümumi istifadədə olan sahəni-dəhlizi) liftlərin hər ikisi ilə bağlı vəziyyətdə qanunsuz olaraq “Araz market”ə icarəyə vermişdir. Nəticədə, sakinlərin və onun liftlərə giriş çıxışı məhdudlaşdırılmışdır. Hal-hazırda liftlərin digər çıxışlarından ümumiyyətlə o və heç bir sakin istifadə edə bilmir. Bu faktları qonşuları X1, X4 və nümayəndə1 təsdiqləyə bilərlər. Əslində “xxxx Managemet” MMC çoxmənzilli yaşayış binasına hər hansı aidiyyəti olmayan bir hüquqi şəxsdir və həmin binanın idarə edilməsi ilə bağlı apardığı fəaliyyət özü qanunsuzdur. Çünki çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti ancaq binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (ixtisaslaşmış istehlak kooperativi) vasitəsilə və ya idarəedici təşkilat tərəfindən həyata keçirilə bilər. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və bianın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. “xxxx Managemet” MMC isə bina mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında idarəedici təşkilat kimi təyin edilməmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Gülnar Bababzadə) iddia tələbi təmin edilərək cavabdeh “X7” MMC tərəfindən iddiaçı İddiaçı dair kommunal xidmətə görə hesablanmış 8470 (səkkiz min dörd yüz yetmiş) manat məbləğində borc qanunsuz hesab edilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi - 104,70 (yüz dörd manat yetmiş qəpik) manat cavabdeh “X7” MMC-dən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 18-ci mərtəbəsində *** nömrəli mənzilin mülkiyyətçisidir. Onun mənzilinin yerləşdiyi çoxmənzilli yaşayış binası “xxxx” MMC tərəfindən idarə olunur və həmin MMC-nin rəhbərliyinin mülahizəsinə görə sakinlərdən yaşayış sahəsinin hər kvadratmetrinə 1.30 manat məbləğində pul tələb olunur. İddiaçı ilə cavabdeh “xxxx Managemet” MMC arasında xidməti müqavilə yoxdur. Cavabdeh tərəfindən iddiaçıya 8470 manat kommunal ödənişə görə borc hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2(103)- ****/**** saylı qətnaməsi ilə “xxxx” MMC-nin ünvan 5 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının idarə edilməsində fəaliyyəti qanunsuz hesab edilərək dayandırılmışdır. İddiaçı hal-hazırda Cavabdeh MMC tərəfindən ona qarşı əsassız olaraq hesablanmış 8470 (səkkiz min dörd yüz yetmiş) manat borcun qanunsuz hesab edilməsini, ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Hazırkı iş üzrə “xxxx” MMC ümumi yığıncağın qərarı ilə seçilməmişdir, iddiaçı ilə MMC arasında heç bir müqavilə bağlanmamışdır və binanın faktiki idarəçiliyi məhkəmədə üçüncü şəxs qismində iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMMC tərəfindən həyata keçirilir. Belə olan halda cavabdeh “xxxx” MMC nə xidmət göstərən subyekt, nə də borc tələb edən kreditor statusuna malikdir. Hazırki işin halları ondan ibarətdir ki, öhdəlik yalnız qanuni əsas olduqda yaranır, hüquqi əsas aradan qalxdıqda öhdəlik də xitam olunur. Göründüyü kimi, cavabdeh Cavabdeh MMC-nin idarəçilik hüququ aradan qalxdıqdan sonra kommunal xidmət göstərməsi hüquqi baxımdan mövcud olmamış sayılır və hesablanmış borc əsassızdır. Bu səbəbdən 8470 manat məbləğində borcun iddiaçıdan tələb edilməsi qanunsuz hesab edilməlidir. Bu baxımdan, yuxarıda şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh “X7” MMC tərəfindən iddiaçı İddiaçı dair kommunal xidmətə görə hesablanmış 8470 (səkkiz min dörd yüz yetmiş) manat məbləğində borc qanunsuz hesab edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Cavabdeh MMC (nümayəndəsi və vəkili nümayəndə2) apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsini xahiş edib göstərir ki, *(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qərarında qeyd edilmişdir: "Həmçinin Mənzil Məcəlləsinin 135.1- ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.3 və 135.2.4-cü maddələrinə görə isə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənziltikinti kooperativi üzvləri üçün - mənzi ltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi, yaşayış sahəsinin mülkiyyətçisi üçün isə - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir." Həmin qərarda apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə aşağıdakı kimi olmuşdur: "Apellyasiya instansiya məhkəməsi MMC-nin qarşılıqlı iddia tələbi ilə bağlı isə qeyd etmişdir ki, MMC ilə “İstifadəçi” olaraq mülkiyyətçi İddiaçı1 arasında çoxmənzilli binaya xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsi isə belə münasibətlərin yaranması üçün müqavilənin mütləq bağlanmasını tələb etmir, bunun üçün hər bir mülkiyyətçinin çoxmənzilli yaşayış evində yaşaması və mənzilə mülkiyyət hüququ əldə etməsi onu kommunal xidmətlərlə bağlı münasibətlərin subyektinə çevirir." Bu baxımdan cavabdeh hesab edir ki, mülkiyyətçi olaraq iddiaçı müqavilənin olubolmamasından asılı olmayaraq kommunal xidmətlərlə bağlı münasibətlərin subyektinə çevrilmişdir və cavabdeh tərəfindən mütəmadi olaraq xidmət göstərilmiş və işlək vəziyyətdə saxlanılmış liftlərdən və digər xidmətlərdən istifadə etdiyinə görə də xidmət haqqını ödəməlidir. İddiaçı özü iddia ərizəsində həmin binada yaşadığını qeyd etmişdir və yaşadığına görə də binaya göstərilmiş xidmətlərdən istifadə etmişdir. Cavabdeh təşkilatın iddiaçıya əvəzsiz xidmət göstərməsi onun mənafeyinə uyğun deyil. Məhkəmə isə sadəcə cavabdeh təşkilatın idarəçilikdən kənarlaşdırılmasına istinad etmiş, ancaq faktiki olaraq göstərdiyi xidməti nəzərə almamışdır. İddiaçı binada yaşayaraq cavabdehin göstərdiyi xidmətlərdən yararlanmış lakin yalnız müqavilə bağlamadığına istinad edərək borcunu ödəməkdən yayınır. Eyni zamanda iddiaçı məhkəmə iclasında cavabdehlə arasında olan digər mülki mübahisə xarakterli məsələyə istinad edərək hazırki borcun məhkəmə qaydasında qanunsuz hesab edilməsinə nail olmaqla hazırki borcu əslində guya iddiaçı təşkilatın ona olan borcu ilə əvəzləşdirməyə çalışır. Yəni iddiaçı faktiki yaranmış borcunu qəbul edir, lakin guya cavabdehlə arasında olan digər borc məsələsini hazırki borcu ilə əvəzləşdirməyə çalışır. Məhkəmə bu nüansları nəzərə almayaraq düzgün olmayan qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMMCnin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi.

11. Işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı İddiaçı və cavabdeh “X7” MMC-nin nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 122.1.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2, 135.2.3 və 135.2.4. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi: mənzil-tikinti kooperativi üzvləri üçün -mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Maddə 136.2, 136.2.1 və 136.2.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Maddə 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 138.1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsasdır.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Əvvəla, idda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

22. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

24. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu, tərəflərdən hansının hüquqdan sui-istifadə etdiyini düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq etdiyi normaları səhv təfsir edib, eləcə də qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

25. Əvvəla, iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatından da bəlli oldu ki, cavabdeh 2022-2023-cü ildən məhkəmə qərarı əsasında idarəetmədən faktiki kənarlaşdırılanadək mübahisəli binanın idarəetməsini həyata keçirib. Başqa sözlə, kommunal xidmətlər cavabdeh tərəfindən həyata keçirilib, lakin iddiaçı bu xidmətlərə görə ona hər hansı bir məbləğdə kommunal haqq ödəməyib. Bu cür vəziyyətdə cavabdeh tərəfindən 8470 (səkkiz min dörd yüz yetmiş) manat kommunal borc hesablanmasının, hətta tələb edilmədiyi halda qanunsuz hesab edilməsinin tələb edilməsi anlaşılan olmayıb.

26. Bundan başqa, cavabdehin ümumi yığıncağın qərarı ilə seçilməməsi həqiqi olsa belə, iddianın əsaslı olmasına dəlalət etmir. Çünki mübahisəli binaya kommunal xidmətin faktiki göstərilməsi özü-özlüyündə iddianın əsassızlığını ortaya çıxarır. Başqa sözlə, kommunal xidmətlər göstərildiyi halda, kommunal borcunun hesablanması heç bir halda qanunsuz hesab edilə bilməz. Burada tərəflər arasında kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilə bağlanmaması da heç nəyi dəyişmir. 27.Bundan əlavə, cavabdehin binanın idarəetməsindən faktiki kənarlaşdırılmasından sonra faktiki idarəçiliyi məhkəmədə üçüncü şəxs qismində iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMMC tərəfindən həyata keçirilməsi də iddianın əsaslı olduğu demək deyil. Çünki mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMMC ##.##.2025-ci ildən qeydiyyatdan keçib və hazırkı qanuni təmsilçisi də elə iddiaçı özü olsa da(i.v.104-105), cavabdehin qanunsuz hesabladığını iddia etdiyi kommunal borc həmin tarixə qədər olan dövrə aiddir. Ona görə də cavabdeh “xxxx” MMCnin sonradan nə xidmət göstərən subyekt, nə də borc tələb edən kreditor statusuna malik olmaması iddiaçını bu dövrədək yaranmış öhdəlikdən azad edə bilməzdi.

28. Birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi öhdəlik yalnız qanuni əsas olduqda yaransa da, hüquqi əsas aradan qalxdıqda o zaman xitam oluna bilir ki, bu cür hüquqi əsas öhdəliyin xitam verilməsinə əsas olan hallardan olsun. Başqa sözlə, öhdəliyə xitam verilməsinin əsasları mülki qanunvericilikdə konkret göstərilmişdir. Bu mənada cavabdehin məhkəmə qərarı ilə binanın idarəedilməsindən faktiki kənarlaşdırılanadək göstərdiyi kommunal xidmətə görə, iddiaçı kommunal xidmət haqqı ödəmək öhdəliyindən azad oluna bilməz və bu fakt(kənarlaşdırılma) heç bir halda iddiaçının öhdəliyinin xitam olunması üçün hüquqi əsas kimi də çıxış edə bilməz. Demək, məhkəməyə də cavabdehin binanın idarəedilməsindən məhkəmə qərarı ilə kənarlaşdırılandan sonra kommunal borc hesablamadığı işin hallarına görə bəlli olmalı idi ki, borc hesablanmasını qanunsuz hesab etməzdən əvvəl səhv etməyəcəyinə tam əmin olsun.

29. Beləliklə, cavabdehin məhkəmə qərarına əsasən binanın idarəçiliyindən faktiki kənarlaşdırılanadək çoxmənzilli yaşayış binasının idarəçiliyini həyata keçirməsi, sahə mülkiyyətçilərinə, o cümlədən iddiaçıya kommunal xidmətləri göstərməsi işin mübahisəsiz halına çevrilib. Buna görə də kommunal xidmət haqlarının tutulması üçün əsasların olması Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan və digər normalarında dəqiq və konkret göstərilmişdir. Belə ki, cavabdehin həmin dövrdə hətta faktiki idarəedici təşkilatı kimi də(MM.m.137.6) fəaliyyət göstərməsi də iddiaçıya hazırki iddia ilə məhkəməyə müraciət etməyət haqq vermirdi.

30. Tərəflər arasında müqavilənin bağlanmaması da iddianın təmin edilməsi üçün əsas ola bilməzdi. Eyni zamanda, iddiaçı da hüquqdan sui-istifadə edərək müqavilə bağlamaqdan imtina etməməli idi. Belə ki, iddiaçı hansı səbəbdən cavabdehin xidmət göstərdiyi dövrdə onunla müqavilə bağlamaq istəmədiyini kifayət qədər aydın şəkildə məhkəmənin diqqətinə çatdırmaq istəmədi yaxud çatdırdıqları və ya digər hansısa səbəblər də onu heç bir halda kommunal xərcləri ödəmək vəzifəsindən azad etmir. Çünki yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi artıq yaşayış sahəsi ona verildiyi vaxtdan yaranmışdır.

31. Bir daha qeyd olunur ki, iddiaçının kommunal xidmətlərə görə haqqın ödənilməməsinə görə məsuliyyəti müqaviləyə görə deyil, Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən tələblərini yerinə yetirməməsinə görə yarana bilir. Başqa sözlə, bu öhdəlik cavabdehin iddiaçı ilə bağladığı əqdlər üzrə deyil, Mənzil Məcəlləsinin tələblərinə əsasən yaranır. Buna görə də iddia tələbinin kommunal xidmət haqlarının hesablanmasının qanunsuz hesab edilməsi üçün hər hansı bir əsas mövcud deyildi.

32. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, mübahisəli çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçisi olan iddiaçının hazırkı iddianı irəli sürmək üçün ona hüquqi imkan verən Mənzil Məcəlləsinin müvafiq normalarından sui-istifadə etməsi də yolverilməzdir. Belə ki, sirr deyil ki, mənzil münasibətlərinin subyekti qismində fiziki və hüquqi şəxslərlə yanaşı dövlət və bələdiyyələr də çıxış edir. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələri mövcuddur(MM. m.10.) Bu münasibətlər sahəsində dövlətin vəzifələrinə həm də çoxmənzilli binanın idarə edilməsi qaydasını müəyyən etmək; çoxmənzilli binanın idarə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək; mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin təşkili və fəaliyyət qaydasını müəyyən etmək; mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin üzvlərinin hüquqi vəziyyətini müəyyən etmək; mənzil münasibətləri sahəsində bələdiyyələrin və yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin səlahiyyətlərinə aid edilməmiş digər məsələlər aiddir(MM. m.10.0.8-1; 10.0.8-2; 10.0.9; 10.0.19). Göründüyü kimi, mənzil münasibətləri sahəsində dövlət üzərinə hələlik çoxmənzilli binanın idarə edilməsi üzrə ciddi vəzifələr götürməyib yaxud məqsədəuyğun hesab etməyib. Bunun səbəbi də başadüşüləndir. Belə ki, dövlət bu sahədə hələlik qanunvericilik səviyyəsində çoxmənzilli binanın idarə edilməsi qaydalarını müəyyən etməklə, bir növ stimul verib ki, bu cür binaların sahə mülkiyyətçiləri binanın idarə edilməsini özləri təşkil etsin, o cümlədən bunun üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratsın. Ancaq məhkəmə təcrübəsi göstərir ki, bəzi hallarda, o cümlədən hazırkı işdə də sahə mülkiyyətçiləri binanın idarə edilməsini sivil qaydada, müasir tələblərə, üstəlik qabaqcıl inkişaf etmiş dövlətlərin təcrübəsinə uyğun həyata keçirə bilmir. Əksər hallarda bunun səbəbləri sahə mülkiyyətçilərinin Mülki və Mənzil qanunvericiliyində nəzərdə tutulan hüquqlarından sui-istifadə ilə bağlıdır. Hazırkı işdə də iddianın məzmunu bu cür xarakter daşıyır. Bir daha qeyd olunur ki, qeyd olunan dövrdə cavabdeh MMC-nin sözügedən binanın idarə edilməsində fəaliyyəti qənaətbəxş olmaya, hətta ciddi hüquq pozuntuları ilə müşahidə oluna bilərdi. Lakin bu o demək deyil ki, sahə mülkiyyətçilərin bir qismi bu cür pozuntulara görə binanın idarə edilməsində xaos yarada biləcək hallara yol verməli, əsas və zərurət olduolmadı yeni idarəedici yaratmaq həvəsinə düşməlidir. Bir daha vurğulanır ki, sahə mülkiyyətçiləri binanın idarəedilməsindən narazı olduqları hallara uyğun iddia üzrə məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Bu onlara qadağan edilmir.

33. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

34. Beləliklə məhkəmə tərkibi hesab edir ki: cavabdeh “X8” MMC-nin apellyasiya şikayəti təmin edilməli; Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli; Iddiaçı İddiaçı cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kommunal borcun qanunsuz hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393, 420 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kommunal borcun qanunsuz hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar