Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1203/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər cavabdeh9, cavabdeh1, cavabdeh8, cavabdeh5, cavabdeh3 Dmitrevna, cavabdeh10, cavabdeh7, cavabdeh2, cavabdeh4 və cavabdeh6 qarşı ilkin, iddiaçı cavabdeh9 cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: mənzilin sökülməsi, mənzilin boşaldılaraq təhvil verilməsi, kirayə haqqı) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi X4, X5, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh cavabdeh8 nümayəndəsi və vəkili vəkil4, Cavabdehlər cavabdeh5, cavabdeh3 Dmitrevnanın, cavabdeh7 nümayəndəsi və vəkili vəkil2, cavabdeh3 Dmitrevnanın nümayəndəsi X2, Cavabdehlər cavabdeh10, cavabdeh2, cavabdeh6, cavabdeh1 nümayəndəsi və vəkili vəkil1, cavabdeh1 nümayəndəsi Əhmədov Asəf Şamxəlil oğlunun, cavabdeh cavabdeh6, cavabdeh10 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdehlər cavabdeh9, cavabdeh1, cavabdeh8, cavabdeh5, cavabdeh3 Dmitrevna, cavabdeh10, cavabdeh7, cavabdeh2 və cavabdeh6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:
1. Iddiaçı İddiaçı MTK cavabdehlər cavabdeh9, cavabdeh1, cavabdeh8, cavabdeh5, cavabdeh3 Dmitrevna, cavabdeh10, cavabdeh7, cavabdeh2, cavabdeh4 və cavabdeh6 qarşı “yeni təmirli mənzil verilənədək kirayə haqqı ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və Mülki-prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK tərəfindən cavabdeh9 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 42,60 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə inşa edəcəyi 2* saylı binanın 2- ci girişi 2-ci mərtəbəsindəki sahəsi 69,2 kv.metrdən ibarət ikiotaqlı * saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə, 32,78 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə hər kvadrat metrinə 500 manat olmaqla, cəmi 16 390 (altı min üç yüz doxsan) manat və yeni mənzil təhvil verilənədək hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə cavabdeh cavabdeh9 söküləcək həmin mənzildən çıxarılması; İddiaçı MTK tərəfindən cavabdeh1 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 42,6 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə inşa edəcəyi 2* saylı binanın 1-ci girişi 2-ci mərtəbəsindəki sahəsi 69,2 kv.metrdən ibarət ikiotaqlı * saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə, 8,8 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə hər kvadrat metrinə 500 manat olmaqla, cəmi 4 400 (dörd min dörd yüz) manat və yeni mənzil təhvil verilənədək hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə cavabdeh cavabdeh1 söküləcək həmin mənzildən çıxarılması; İddiaçı MTK tərəfindən cavabdeh8 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 44,2 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə inşa edəcəyi 2* saylı binanın 2-ci girişi 12-ci mərtəbəsindəki sahəsi 69,2 kv.metrdən ibarət ikiotaqlı ** saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə cavabdeh cavabdeh8 söküləcək həmin mənzildən çıxarılması; İddiaçı MTK tərəfindən cavabdeh5, cavabdeh3 1/2 pay hissə ilə mülkiyyətlərindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 43,50 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və i.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə inşa edəcəyi 2* saylı binanın 2-ci girişi 11-ci mərtəbəsindəki sahəsi 69,2 kv.metrdən ibarət ikiotaqlı ** saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə cavabdehlər cavabdeh5, cavabdeh3 Dmitrevnanın söküləcək həmin mənzildən çıxarılmaları; İddiaçı MTK tərəfindən cavabdeh10 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 59,4 kv.m sahəsi olan üçotaqlı * saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və i.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə 2* saylı binanın 2-ci girişi 12-ci mərtəbəsindəki sahəsi 94,8 kv.metrdən ibarət üçotaqlı ** saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə, 12,56 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə hər kvadrat metrinə 500 manat olmaqla, cəmi 6 280 (altı min iki yüz səksən) manat və yeni mənzil təhvil verilənədək hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə cavabdeh cavabdeh10 söküləcək həmin mənzildən çıxarılması; İddiaçı MTK tərəfindən cavabdeh7 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 46,5 kv.m sahəsi olan ikiotaqlı ** saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə inşa edəcəyi 2* saylı binanın 1-ci girişi 12-ci mərtəbəsindəki sahəsi 69,2 kv.metrdən ibarət ikiotaqlı ** saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə cavabdeh cavabdeh7 söküləcək həmin mənzildən çıxarılması; İddiaçı MTK tərəfindən cavabdeh2yevnaya mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 44,2 kv.m sahəsi olan ikiotaqlı ** saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə 2* saylı binanın 1-ci girişi 10-cu mərtəbəsindəki sahəsi 69,2 kv.metrdən ibarət ikiotaqlı ** saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə, 7,4 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə hər kvadrat metrinə 500 manat olmaqla, cəmi 3 700 (üç min yeddi yüz) manat və yeni mənzil təhvil verilənədək hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə cavabdeh cavabdeh2yevnanın söküləcək həmin mənzildən çıxarılması; İddiaçı MTK tərəfindən cavabdeh4 mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 42,1 kv.m sahəsi olan ikiotaqlı ** saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və i.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə 2* saylı binanın 2- ci girişi 10-cu mərtəbəsindəki sahəsi 69,2 kv.metrdən ibarət ikiotaqlı ** saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə, 7,6 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə hər kvadrat metrinə 500 manat olmaqla, cəmi 3 800 (üç min səkkiz yüz) manat və yeni mənzil təhvil verilənədək hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə cavabdeh cavabdeh4 söküləcək həmin mənzildən çıxarılması; İddiaçı MTK tərəfindən cavabdeh6 mülkiyyətindəki, ünvan 2 ünvanda yerləşən köhnə yaşayış binasında 48,8 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və i.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə inşa edəcəyi 2* saylı binanın 1-ci girişi 11-ci mərtəbəsindəki sahəsi 69,2 kv.metrdən ibarət ikiotaqlı ** saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə cavabdeh cavabdeh6 söküləcək həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Buna görə də Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## ##### 2014-cü il tarixli *** saylı sərəncamı ilə Bakı şəhər Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. ünvan 5 ünvandakı 14 mənzilli ikimərtəbəli və Məhsəti Gəncəvi küçəsi 6 ünvandakı 12 mənzilli ikimərtəbəli binalar Bakı Şəhər Icra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə iddiaçı MTK-a ayrılmış torpaq sahəsində yerləşir. Həmin yaşayış binaları 20-ci əsrin 50-ci illərində tikilib, köhnə və istifadəyə yararsızdır, müasir yaşayış tələblərinə cavab vermir. Binaların istismar müddəti bitmişdir. MTK-nın qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. */** saylı 14 mənzilli və * saylı 12 mənzilli köhnə yararsız binaların əksər sakinləri ilə razılıq əldə olunsa da, yalnız cavabdeh9, cavabdeh1, cavabdeh8, cavabdeh5, cavabdeh3 Dmitrevna, X20, X16, cavabdeh7, cavabdeh2yevna, cavabdeh4 və cavabdeh6 ilə razılıq əldə etmək mümkün olmamışdır. Iddiaçı cavabdehlərə onların mənzillərinin sahəsinə uyğun olaraq mövcud mənzilərinin əvəzinə həmin ünvanda yeni tikilən binalardan 20 faizdən də artıq sahəsi olan, yəni ikiotaqlı mənzillərin əvəzinə 69,2 kv.m ikiotaqlı, üçotaqlı mənzillər əvəzinə isə 94,8 kv.m sahəsi olan üçotaqlı yeni mənzillər tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif etmişdir. Eyni zamanda iddiaçı bəzi cavabdehlərə mənzilləri üzrə inşa etdikləri xxxxlərə görə də onların hər kvadrat metrinə 500 (beş yüz) manat kompensasiya ödənilməsini də təklif etmişdir. Lakin cavabdehlər əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək bir mənzilin əvəzinə iki mənzil tələb ediblər. Bu səbəbdən də söküntü və tikinti işlərinə başlamaq mümkün olmamışdır. Nəticədə isə Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## ##### 2014-cü il tarixli *** saylı sərəncamın icrası mümkün olmamışdır. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün MTK ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olmuşdur. 3.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, təxminən 20 ilə yaxın bir vaxtdır ki, həmin evdə öz ailə üzvləri ilə birlikdə yaşayır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin sahəsi 42,60 kv.m göstərilsə də, faktiki sahə təxminən 100 kv.m-dir. MTK iddia ərizəsində 32.78 kv.m xxxxnin hər kvadrat metrinə 500 manat olmaqla, cəmi 16 390 (altı min üç yüz doxsan) manat pul vəsaitinin verilməsini göstərsə də, o, bununla razı deyil. Belə ki, əvvəla həmin sahənin ölçmə işləri aparılan zaman cəmi kvadrat dəqiq hesablanmamış, faktiki olduğundan az hesablanmışdır. Evin zirzəmisi onun faktiki istifadəsində olsa da, həmin sahə ümumiyyətlə hesablanmamışdır. Bundan əlavə, o, həmin yeri də yaşayış sahəsi kimi istifadə etmişdir. Orada özündən başqa arvadı X12, oğlu X9 və X10, nəvələri X1, X3, X6, X7 yaşayırlar. Göründüyü kimi evdə və xxxxdə iki ailə yaşayır. Lakin MTK böyük bir ailəni öz yaşadığı yerdən çıxartmaqla onlara çox az bir sahə təklif edir. Bundan əlavə, mənzil verilənədək təklif edilən hər ay 500 (beş yüz) manat kirayə haqqını da aşağı məbləğ hesab edir. Belə ki, həmin ərazidə 2-3 otaqlı evin aylıq kirayə haqqısı 600 (altı yüz)- 700 (yeddi yüz) manatdan başlayır, ona həmin müddətdə normal bir şəraitdə yaşamaq üçün 4 otaqlı ev lazımdır. Buna görə də, kirayə haqqı aylıq 1000 (min) manat müəyyən edilməlidir.
5. Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Rauf Əhmədov) ilə iddiaçı İddiaçı MTK-nın iddia tələbinin təmin edilməsi, cavabdeh cavabdeh9 tərəfindən ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 42.60 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzilin boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilməsi, ünvan 4 ünvanında yerləşən * saylı mənzilinin əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək * saylı binanın 2-ci girişi 2-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan 2 otaqlı * saylı təmirli mənzilin cavabdeh9 mülkiyyətinə verilməsi, 32.78 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə isə hər kvadrat metr üçün 500 manat olmaqla, cəmi 16390 (on altı min üç yüz doxsan) manat pul cavabdeh9 ödənilməsi, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh9 hər ay 500 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən * saylı mənzildən çıxarılması, cavabdeh cavabdeh1 tərəfindən ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 42.60 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzilin boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilməsi, ünvan 4 ünvanında yerləşən * saylı mənzilinin əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 1-ci girişi 2-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan 2 otaqlı * saylı təmirli mənzil cavabdeh1 mülkiyyətinə verilməsi, 8,8 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə isə hər kvadrat metr üçün 500 manat olmaqla, cəmi 4400 (dörd min dörd yüz) manat pul cavabdeh1 ödənilməsi, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh1 hər ay 500 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən * saylı mənzildən çıxarılması, cavabdeh cavabdeh8 tərəfindən ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 44.2 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzilin boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilməsi, ünvan 4 ünvanında yerləşən * saylı mənzilinin əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 2-ci girişi 12-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan 2 otaqlı ** saylı təmirli mənzilin cavabdeh8 mülkiyyətinə verilməsi, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh8 hər ay 500 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən * saylı mənzildən çıxarılması, cavabdehlər cavabdeh5, cavabdeh3 Dmitrevna tərəfindən ½ pay hissə ilə mülkiyyətlərində olan ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 43.50 kv.m sahəsi olan ikiotaqlı, * saylı mənzilin boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilməsi, ünvan 4 ünvanında yerləşən * saylı mənzilinin əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 2-ci girişi 11-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan 2 otaqlı ** saylı təmirli mənzilin cavabdeh5 və cavabdeh3 Dmitrevnanın mülkiyyətinə verilməsi, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacaqları mənzilə görəcavabdeh5 və cavabdeh3 hər ay 500 manat kirayə haqqı ödənilməklə, onlar əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən * saylı mənzildən çıxarılması, cavabdeh cavabdeh10 tərəfindən ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 59.4 kv.m sahəsi olan üçotaqlı * saylı mənzilin boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilməsi, ünvan 4 ünvanında yerləşən * saylı mənzilinin əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 2-ci girişi 12-ci mərtəbəsində 94.8 kv.m-dən ibarət olan 3 otaqlı ** saylı təmirli mənzilin cavabdeh10 mülkiyyətinə verilməsi, 12,56 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə isə hər kvadrat metr üçün 500 manat olmaqla, cəmi 6280 (altı min iki yüz səksən) manat pul cavabdeh10 ödənilməsi, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh10 hər ay 500 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən * saylı mənzildən çıxarılması, cavabdeh cavabdeh7 tərəfindən ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 46.5 kv.m sahəsi olan 2 otaqlı ** saylı mənzilin boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilməsi, ünvan 4 ünvanında yerləşən ** saylı mənzilinin əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 1-ci girişi 12-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan 2 otaqlı ** saylı təmirli mənzilin cavabdeh7 mülkiyyətinə verilməsi, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh7 hər ay 500 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən ** saylı mənzildən çıxarılması, cavabdeh cavabdeh2yevna tərəfindən ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 44.2 kv.m sahəsi olan 2 otaqlı ** saylı mənzil boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilməsi, ünvan 4 ünvanında yerləşən ** saylı mənzilinin əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 1-ci girişi 10-cu mərtəbəsində 69.2 kv.m-dən ibarət olan 2 otaqlı ** saylı təmirli mənzilin cavabdeh2yevnanın mülkiyyətinə verilməsi, 7.4 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə isə hər kvadrat metr üçün 500 manat olmaqla, cəmi 3700 (üç min yeddi yüz) manat pul cavabdeh2yevnaya ödənilməsi, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh2yevnaya hər ay 500 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən ** saylı mənzildən çıxarılması, cavabdeh cavabdeh4 tərəfindən ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 42.1 kv.m sahəsi olan 2 otaqlı ** saylı mənzilin boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilməsi, ünvan 4 ünvanında yerləşən ** saylı mənzilinin əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 2-ci girişi 10-cu mərtəbəsində 69.2 kv.m-dən ibarət olan 2 otaqlı ** saylı təmirli mənzilin cavabdeh4 mülkiyyətinə verilməsi, 7.6 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə isə hər kvadrat metr üçün 500 manat olmaqla, cəmi 3800 (üç min səkkiz yüz) manat pul cavabdeh4 ödənilməsi, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh4 hər ay 500 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən ** saylı mənzildən çıxarılması, cavabdeh cavabdeh6 tərəfindən ünvan 3 ünvanda yerləşən köhnə yaşayış binasındakı 48.8 kv.m sahəsi olan 2 otaqlı * saylı mənzilin boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilməsi, ünvan 3 ünvanında yerləşən * saylı mənzilinin əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 1-ci girişi 11-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan 2 otaqlı ** saylı təmirli mənzilin cavabdeh6 mülkiyyətinə verilməsi, yeni mənzilin tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh6 hər ay 500 manat kirayə haqqı ödənilməklə, o əşyaları ilə birlikdə ünvan 3 ünvanda yerləşən * saylı mənzildən çıxarılması, cavabdehlərin mənzildən çıxarılması ilə əlaqədar daşıma xərcləri İddiaçı Mənzil Tikinti Kooperativinin hesabına həyata keçirilməsi, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh9, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı “təmirli mənzil və kirayə haqqı verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərə aid edilməsi qət edilmişdir.
6. Cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh7 birgə, cavabdeh10, cavabdeh2, cavabdeh6, cavabdeh1 birgə, cavabdeh9, cavabdeh8 ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayəti və onun dəlilləri:
7. Cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh7 birgə verdikləri apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, onların mülkiyyətində olan mənzil istifadəyə yararlıdır, qəza vəziyyətində deyil və faktiki yaşayış üçün tam yararlıdır. Rayon məhkəməsi tərəfindən aylıq 500 manat kirayə haqqının cavabdehlərin real yaşayış xərclərini kompensasiya edib-etmədiyi araşdırılmamış, bazar qiymətləri və ailə tərkibi nəzərə alınmamışdır. Hazırkı iş üzrə cavabdehlərə məxsus mənzillərin qəza vəziyyətində olması, istismar müddətini başa vurması, yaşayış üçün yararsız olması iddiaçı tərəfindən əsaslı sübutlarla təsdiq edilməmişdir. Əksinə, cavabdeh tərəfindən məhkəməyə bildirildiyi kimi, mənzillər faktiki yaşayış üçün yararlıdır və hazırda istifadə olunur. Cavabdehlər mülkiyyətlərindən məhrum olmaq istəmirlər, odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.
8. Cavabdehlər cavabdeh10, cavabdeh2, cavabdeh6, cavabdeh1 birgə verdikləri apellyasiya şikayətini belə əsaslandırmışlar ki, cavabdehlər iddiaçı MTK-nın təklif etdiyi şərtlərlə razı deyillər. Qətnamə ilə cavabdehlər faktiki olaraq istəmədiyi bir subyektlə (MTK) müqavilə münasibətlərinə daxil olmağa məcbur edilir ki, bu da mülki qanunvericiliyin prinsiplərinə ziddir. Rayon məhkəməsi qətnamə çıxararkən cavabdehlərin mülkiyyətlərində olan daşınmaz əmlakın faktiki ölçülərini və bazar dəyərini nəzərə almamış, yalnız iddiaçı İddiaçı MTK-nın təqdim etdiyi subyektiv rəqəmlərə əsaslanmışdır. Belə ki, cavabdeh cavabdeh6 münasibətdə mövcud mənzilin real sahəsi: Mənzilin daxili sahəsi (içdən-içə) 56.2 kv.m, eyvanı 6 kv.m, kənar divar və artırmalarla birlikdə 11.2 kv.m (çöldənçölə), ümumi sahəsi 74 kv.m təşkil edir. Məhkəmə qətnaməsində isə əvəzedici mənzil kimi cəmi 69.2 kv.m sahə ayrılması müəyyən edilmişdir. Aradakı 4.8 kv.m-lik fərq mülkiyyət hüququnun aşkar şəkildə pozulmasıdır. Mülki Məcəllənin və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun prinsiplərinə görə, köçürülmə zamanı mülkiyyətçiyə verilən yeni sahə onun mövcud sahəsindən az ola bilməz. MTK-nın 69.2 kv.m-lik təklifi cavabdeh cavabdeh6 mənzilinin daxili arakəsmələrini (11.6 kv.m divar sahəsini) "yoxa çıxarır". Yeni binada da divarlar sahə tutacağı üçün faktiki olaraq daha dar bir mənzilə köçməyə məcbur edilmişdir. Rayon məhkəməsi tərəfindən müstəqil qiymətləndirmə aparılmamış, yalnız MTK-nın birtərəfli təklifi əsas götürülmüşdür ki, bu da nəticə etibarı ilə ədalətli kompensasiya prinsipinin pozulmasıdır. Cavabdehlərin mənzillərindəki artırmalar üçün MTK tərəfindən cəmi 500 AZN kv.m təklif olunmuş və məhkəmə qətnaməsi ilə həmin mənzillərin bir hissəsi olan artırmalar “xxxx” kimi qiymətləndirilmiş və onun üçün cəmi 500 AZN kv.m kompensasiya müəyyən edilmişdir. Lakin həmin sahə uzun illərdir mənzillərin tərkib hissəsi kimi istifadə olunur və bütün kommunal ödənişləri tərəfimizdən həyata keçirilir. Həmin sahənin bazar dəyərindən dəfələrlə aşağı qiymətləndirilməsi mülkiyyətçi cavabdehlərin əmlak vəziyyətinin pisləşməsinə gətirib çıxarmışdır. Əgər MTK həmin sahəni söküb yerində yeni bina tikirsə o, həmin sahəni artıq "xxxx" kimi deyil, özünün gələcək satış sahəsi kimi istifadə edir. MTK həmin kv.m cavabdehlərdən 500 AZN-ə alıb, sabah yerində tikdiyi mənzili 2500 AZN-ə satırsa, bu halda mülkiyyətçinin hesabına əsassız varlanmanı həyata keçirir. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. Cavabdeh cavabdeh9 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, təxminən 20 ilə yaxın bir vaxtdır ki, həmin evdə öz ailə üzvləri ilə birlikdə yaşayır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin sahəsi 42,60 kv.m göstərilsə də, faktiki sahə təxminən 100 kv.m-dir. MTK iddia ərizəsində 32.78 kv.m xxxxnin hər kvadrat metrinə 500 manat olmaqla, cəmi 16 390 (altı min üç yüz doxsan) manat pul vəsaitinin verilməsini göstərsə də, o, bununla razı deyil. Belə ki, əvvəla həmin sahənin ölçmə işləri aparılan zaman cəmi kvadrat dəqiq hesablanmamış, faktiki olduğundan az hesablanmışdır. Evin zirzəmisi onun faktiki istifadəsində olsa da, həmin sahə ümumiyyətlə hesablanmamışdır. Bundan əlavə, o, həmin yeri də yaşayış sahəsi kimi istifadə etmişdir. Orada özündən başqa arvadı X12, oğlu X9 və X10, nəvələri SadıqlıƏli Ilham oğlu, X3, X6, X7 yaşayırlar. Göründüyü kimi evdə və xxxxdə iki ailə yaşayır. Lakin MTK böyük bir ailəni öz yaşadığı yerdən çıxartmaqla onlara çox az bir sahə təklif edir. Qeyd edilənlərə əsasən, qətnamənin ona aid hissədə ləğv edilməsini, həmin hissədə ilkin iddia tələblərinin təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
10. Cavabdeh cavabdeh8 apellyasiya şikayəti verərək qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, həmin mənzillər dövlət ehtiyacları üçün sökülmür, qəza vəziyyətində deyil və istismar müddətini bitməmişdir. Yaşayış binalarının layihələndirilməsi haqqında BakıŞəhər Icra Hakimiyyəti Başçısının ## ##### 2014cü il tarixli *** saylıSərəncamında da İddiaçı MTK-nın ərizəsi əsas alınmış və hansı səbəbdən binaların sökülməsi ümumiyyətlə qeyd olunmamışdır. Həmin Sərəncamda evləri söküb yerində yeni çoxmənzilli binalar tikiləcəyi müəyyən olunmuşdur. Bu hallar isə öz növbəsində hazırkı söküntü işlərinin iddiaçı MTK-nın kommersiya fəaliyyətinə xidmət etdiyini sübut edir. Rayon məhkəməsi tərəfindən hansı səbəbdən binanın sökülməli olduğu, Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## ##### 2014-cü il tarixli *** saylı Sərəncamının bütün tələblərinin iddiaçı tərəfindən icra olunub-olunmadığı, mənzillərin faktiki sahələrinin nə qədər olduğu, 14 mənzilin olduğu ünvanda sadəcə iki mənzil (mənzil 3 və 9) sahibinin razılığının olması və digərlərinin razılıqlarının olmaması kimi halları aydınlaşdırılmamışdır Həmçinin rayon məhkəməsi ilkin iddianı təmin edərkən sübutlara tam, hərtərəfli və obyektiv baxmamış, cavabdeh cavabdeh8 məxsus əmlakın təyinatını, əmlakdan məhrum olmasının onun maddi vəziyyətinə nə dərəcədə təsir edə biləcəyini nəzərə almamış, habelə cavabdehin faktiki istifadəsində olan sahənin də müəyyən edilməli olmasını nəzərə almamışdır. Qeyd edilənlərə əsasən, qətnamənin cavabdeh cavabdeh8 aid hissədə ləğv edilməsini, həmin hissədə iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehlər cavabdeh1, cavabdeh10, cavabdeh2 və cavabdeh6 tərəfindən verilmiş vəsatət təmin edilmiş və mülki iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Tərəflərin izahatı:
12. Məhkəmə kollegiyasının iclasında cavabdehlər cavabdeh1, cavabdeh10, cavabdeh2 və cavabdeh6 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi, şikayətin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh7 nümayəndəsi və vəkili vəkil2 cavabdehlərin birgə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh8 nümayəndəsi və vəkili vəkil4 cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, nümayəndələri P.Rzayev, F.Bağıyev apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Nümayəndə P.Rzayev bildirdi ki, tikinti nəzərdə tutulan ərazidə ümumi 212 ailə yaşayırdı, onlardan 106 ailə köçürülmüşdür, cavabdehlərlə müqavilə bağlanan zaman binanın tikilmə müddəti qeyd ediləcək. Vəkil Nümayəndə cavabdehlərin ekspertizanın keçirilməsinə dair vəsatətinə münasibətdə isə onu qeyd edi ki, vəsatət əsassızdır. Belə ki, tərəflərin hər birinin çıxarışları mövcuddur və ekspertizanın keçirilməsinə zərurət yoxdur.
16. Iddiaçının nümayəndələri ##.##.2026-cı il tarixdə kompensasiya təklifinin artırılması barədə ərizə ilə Məhkəməyə müraciət edərək, apellyatorların əlavə tikililərinin hər kv.m-i üçün 500 manat, yeni mənzillər təhvil verilənədək apellyasiya şikayəti verən cavabdehlərin hər birinə hər ay 600 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
17. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh cavabdeh4 və cavabdeh9 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
18. Belə olan halda Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
19. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 42.60 kv.m olan mənzil cavabdeh9 xüsusi mülkiyyəti kimi ##.##.2024-cü il tarixdə qeydə alınmışdır.
20. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 44.20 kv.m olan mənzil cavabdeh8 xüsusi mülkiyyəti kimi ##.##.2024-cü il tarixdə qeydə alınmışdır.
21. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 43.50 kv.m olan mənzil cavabdeh5 ilə cavabdeh3 Dmitriyevnanın hər birinin ½ hissə payı olmaqla, xüsusi mülkiyyətindədir.
22. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 59.40 kv.m olan mənzil cavabdeh10 xüsusi mülkiyyəti kimi ##.##.2019-cu il tarixdə qeydə alınmışdır.
23. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 42.1 kv.m olan mənzil cavabdeh4 xüsusi mülkiyyəti kimi ##.##.2010-cu il tarixdə qeydə alınmışdır.
24. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı, ****** saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 8 ünvanında yerləşən mənzil cavabdeh2yevnanın xüsusi mülkiyyətindədir.
25. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 42.6 kv.m olan mənzil cavabdeh1 xüsusi mülkiyyəti kimi ##.##.2024-cü il tarixdə qeydə alınmışdır.
26. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 46.50 kv.m olan mənzil cavabdeh7 xüsusi mülkiyyəti kimi ##.##.2025-ci il tarixdə qeydə alınmışdır.
27. Rayon məhkəməsinin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Bakı Ərazi Idarəsindən əldə edilmiş, ****** saylı, ##.##.2000-ci il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh6 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 42.8 kv.m. olan ikiotaqlı mənzili 47.000.000 manata almışdır.
28. Bakı Şəhər Icra Hakimiyyəti Başçısı *** saylı, ##.##.2014-cü il tarixli yaşayış binalarının layihələndirilməsi haqqında Sərəncamından görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin ##.##.2014-cü il tarixli, ** saylı müraciətini nəzərə alaraq, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə mövcud yaşayış və qeyriyaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmişdir. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi ,sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən, İddiaçı MTK-ya həvalə edilmişdir.
29. “Istifadəyə (icraəyə) verilən torpaq sahəsinin” **/** nömrəli, ##.##.2014-cü il tarixli ayrıc aktına əsasən, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə 3.3715 hektar yaşayış binalarının tikintisi üçün İddiaçı MTK-ya verilib.
30. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, xxxx” MTK-nın nümayəndəsi tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir.
31. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, qarşılıqlı iddianın verilməsi üçün cavabdeh9 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.
32. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, *** nömrəli rəyindən aşağıdakılar müəyyən edilmişdir: cavabdeh10 * saylı mənzili üzrə: Çıxarışa əsasən, mənzilin ümumi sahəsi 59.40 kv.m-dir və cavabdeh10 xüsusi mülkiyyətindədir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, tədqiq olunan obyekt "Alman" layihəli, iki mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində verləşir. Mənzilə giriş-çıxış yolu binanın pilləkən qəfəsəsindən metal qapı vasitəsilədir. Mənzil orta təmirli vəziyyətdədir. Mənzilin tərkibinə, qonaq otağı, 2 yataq otağı, dəhliz, hamam, ayaqyolu, mətbəx, bağlı eyvan və otaq daxildir. Baxış zamanı müəyyən olunmuşdur ki, mənzil üzrə əlavə tikililər (artırma) inşa olunmuşdur. Mənzilin ümumi sahəsi 62,16 kv.m., əlavə tikililərin sahəsi 12,12 kv.m-dir. cavabdeh4 ** saylı mənzili üzrə: Çıxarışa əsasən, mənzilin Ümumi sahəsi 42.10 kv.m-dir və cavabdeh4 xüsusi mülkiyyətindədir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, tədqiq olunan obyekt "Alman" layihəli, iki mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşir. Mənzilə giriş-çıxış yolu binanın pilləkən qəfəsəsindən metal qapı vasitəsilədir. Mənzil orta təmirli vəziyyətdədir. Mənzilin tərkibinə, dəhliz, mətbəx, yataq otağı, qonaq otağı və birgə sanitariya qovşağı (hamam-tualet) daxildir. Baxış zamanı müəyyən olunmuşdur ki, mənzil üzrə əlavə tikili (artırma) inşa olunmuşdur. Mənzilin ümumi sahəsi 44,49 kv.m., əlavə tikililərin sahəsi 7,80 kv.m-dir. cavabdeh2yevnanın ** saylı mənzili üzrə: Ekspertiza tədqiqatına təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi, ev 9/10 ünvanda yerləşən ** saylı mənzilə dair Azərbaycan Respublikası Bak Bakı şəhəri Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən MH seriyalı, ****** nömrəli, ##.##.1998-ci il tarixli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi, ev 9/10 ünvanda yeriəşən 2 otaqiı 12 sayiı mənzii X25 adına qeydə alınmışdır. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, tədqiq olunan obyekt "Alman" layihəli, iki mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Mənzilə giriş-çıxış yolu binanın pilləkən qəfəsəsindən metal qapı vasitəsilədir. Mənzil orta təmirli vəziyyətdədir. Mənzilin tərkibinə, dəhliz, mətbəx, iki yataq otağı, qonaq otağı və birgə sanitariya qovşağı (hamam-tualet) daxildir. Baxış zamanı müəyyən olunmuşdur ki, mənzil üzrə əlavə tikililər (artırma) inşa olunmuşdur. Mənzilin sahəsi 50,39 kv.metrdir. Həmçinin baxış keçirilən zaman müəyyən olunmuşdur ki, tədqiq olunan mənzilin tərkibinə, sahəsi 13,91 kv.m (3,05x4,56) olan, hündürlüyü isə 2,60 metr olan zirzəmi daxildir. Tədqiq olunan ** saylı mənzilin tərkibinə daxil olan əlavə (artırma) tikili təyinatı üzrə mətbəx kimi istifadə olunur. Mətbəx tikilisinin sahəsi 7,13 kv.m (1,90x3,75), hündürlüyü 2,80 metrdir. cavabdeh9 * saylı mənzili üzrə: Çıxarışa əsasən, mənzilin ümumi sahəsi 42,60 kv.m-dir və cavabdeh9 xüsusi mülkiyyətindədir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, tədqiq olunan obyekt "Alman" layihəli, iki mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Mənzilə giriş-çıxış yolu faktiki olaraq küçə tərəfdən metal qapı vasitəsilədir. Mənzilə layihə üzrə binanın pilləkən qəfəsəsindən nəzərdə tutulmuş giriş-çıxış yolu (dapı yeri) bağlanmışdır. Mənzil orta təmirli vəziyyətdədir. Mənzilin tərkibinə, daxili koridor, mətbəx, iki yataq otağı, qonaq otağı və birgə sanitariya qovşağı daxildir. Baxış zamanı müəyyən olunmuşdur ki, mənzil üzrə əlavə tikililər (artırma) inşa olunmuşdur. Mənzilin sahəsi 43,38 kv.m., əlavə tikililərin sahəsi 31,21 kv.metrdir. Həmçinin baxış keçirilən zaman müəyyən olunmuşdur ki, tədqiq olunan mənzilin tərkibinə, sahəsi 16,63 kv.m olan zirzəmi də daxildir. X8 * saylı mənzili üzrə: Çıxarışa əsasən, mənzilin ümumi sahəsi 44,20 kv.m-dir ve Orucov Əli Məmmədəli oğlunun xüsusi mülkiyyətindədir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, tədqiq olunan obyekt "Alman" layihəli, iki mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Mənzilə giriş-çıxış yolu pilləkən qəfəsəsindən metal qapı vasitəsilədir. Mənzil təmirsiz vəziyyətdədir. Mənzilin tərkibinə, dəhliz, mətbəx, yataq otağı, qonaq otağı, bağlı eyvan, iki divariçi oyuq və birgə sanitariya qovşağı daxildir. Mövcud istifadə vəziyyətinə uyğun olaraq, mənzilin sahəsi 51,0 kv.m. müəyyən edilmişdir. cavabdeh6 * saylı mənzili üzrə: Texniki pasportdan görünür ki, mənzilin ümumi sahəsi 48.8 kv.m-dir və cavabdeh6 xüsusi mülkiyyətindədir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, tədqiq olunan obyekt "Aiman" layihəli, iki mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşir. Mənzilə giriş-çıxış yolu binanın pilləkən qəfəsəsindən metal qapı vasitəsilədir. Mənzil orta təmirli vəziyyətdədir. Mənzilin tərkibinə, dəhliz, mətbəx, yataq otağı, qonaq otağı, bağlı eyvan və birgə sanitariya qovşağı (hamam-tualet) daxildir. Baxış zamanı müəyyən olunmuşdur ki, mənzil üzrə əlavə tikililər (artırma) inşa olunmuşdur. Mənzil sahəsi 50,68 kv.metrdir. Mənzilin tərkibinə daxil olan əlavə (artırma) tikili təyinatı üzrə bağlı eyvan kimi istifadə olunur. Bağlı eyvanın sahəsi 5,15 kv.m (1,45x3.55), hündürlüyü 2,60 m-dir. cavabdeh5 və cavabdeh3 Dmitriyevnanın paylı mülkiyyətində olan * saylı mənzil üzrə: Çıxarışa əsasən, mənzilin ümumi sahəsi 43,50 kv.m-dir və 1½ hissədə cavabdeh5, ½ hissədə isə cavabdeh3 Dmitriyevnanın paylı mülkiyyətindədir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, tədqiq olunan obyekt "Alman" layihəli, iki mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Mənzilə ayrı-ayrılıqda iki giriş-çıxış yolu vardır. Bunlardan biri binanın pilləkən qəfəsəsindən, digəri isə küçə tərəfdən metal qapı vasitəsilədir. Mənzil orta təmirli vəziyyətdədir. Mənzilin tərkibinə giriş, daxili koridor, mətbəx, yataq otağı, qonaq otağı, hamam və ayaqyolu daxildir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, tədqiq olunan mənzlin mətbəxinin altında, mətbəxin ölçüləri daxilində zirzəmi vardır. Zirzəminin sahəsi 7,19 kv.m, hündürlüyü 2,30 metrdir. Zirzəmi mənzilin müvafiq sənədində öz əksini tapmamışdır. * saylı mənzilin, mövcud istifadə vəziyyətinə uyğun olaraq, ümumi sahəsinin 55,47 kv.m (48,28+7,19) olduğu müəyyən edilir. cavabdeh7 Günduz qızının ** saylı mənzili üzrə: Ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarının tərkibində, cavabdeh7 mülkiyyətində olan mənzilə dair hüquq müəyyənedici və texniki sənədlər mövcud deyildir. Lakin qərardadın təsviri hissəsində (5-ci vərəq), hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarıa görə, Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi, ev 9/10 ünvanda yerləşən ** saylı mənzilin ümumi sahəsinin 46,50 kv.m olduğu qeyd olunmuşdur. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, tədqiq olunan obyekt "Alman" layihəli, iki mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşir. Mənzilə giriş-çıxış yolu binanın pilləkən qəfəsəsindən metal qapı vasitəsilədir. Mənzil təmirsiz vəziyyətdədir. Mənzilin tərkibinə giriş, mətbəx, yataq otağı, qonaq otağı, eyvan, təsərrüfat anbarı və birgə sanitariya qovşağı (hamam-tualet) daxildir. Mənzilin ümumi sahəsi 45,37 kv.metr müəyyən edilmişdir. Cavabdeh cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi, ev 9/10 ünvanda yerləşən ** saylı mənzilə baxış keçirilməsi üçün, cavabdehin mobil telefon nömrəsinə (*** *** ** **) dəfələrlə zəng vurulmasına baxmayaraq, zənglərə cavab verməmiş və mülkiyyətində olan mənzilə baxış keçirməsinə zəruri şərait yaratmamışdır. Bu səbəbdən də, sözügedən mənzil üzrə tədqiqat aparılmamışdır. Ikinci sual üzrə aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən köhnə tikili binalardakı ("Qara Qarayev" və "Neftçilər" metrostansiyaları, "Planet" şadlıq sarayı və s.) bir otaqlı mənzillər üzrə hazırki tarixə orta aylıq kirayə haqqı 400- 450 manat, iki və üç otaqlı mənzillər üzrə 500-600 manat təşkil edir. Qərardadın üçüncü sualı üzrə: Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsində sökülməsi nəzərdə tutulan mənzillərin, o cümlədən həmin mənzillərdə mövcud olan əlavə tikililərin (əlavə tikililər sənədlə müəyyən edilmiş sahələrə eyni mərtəbədə artırılmış olduqda) hazırkı dövrə olan təqribi bazar dəyəri 2450,0 (iki min dörd yüz əlli) manat məbləğində müəyyən olunur. "Kompensasiya məbləği" tərəflər arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilən hüquqi və maliyyə xarakterli göstərici olduğundan, onun qiymətləndirici tərəfindən müstəqil qaydada hesablanması və ya müəyyən edilməsi mümkün hesab edilmir. Bu səbəbdən də, sualın həmin hissəsinə cavab verilməsi, qiymətləndirmə predmetinə aid olmadığından, mümkün deyildir. Qərardadın dördüncü sualı üzrə: Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsinə yaxın və ətraf olan ərazi üzrə inşa edilmiş yeni tikili binalarda təmirli mənzilin 1(bir) kvadrat metrinin hazırkı dövrə olan təqribi bazar dəyəri 3000,0 (üç min) manat, təmirsiz mənzilin 1(bir) kvadrat metrinin hazırkı dövrə olan təqribi bazar dəyəri 2700,0 (iki min yeddi yüz) manat məbləğində müəyyən olunur. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli məktubundan müəyyən olur ki, aparılmış ekspertiza tədqiqatının xərci hər tədqiqat obyekti üzrə 300 manat olmaqla, 8 tədqiqat obyekti üzrə 2400 (iki min dörd yüz) manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 12.1. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariyagigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən * saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. Ikinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. “xxxx” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ### 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli 392- IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il ## ###### tarixli Qərarı) Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
37. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
38. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
39. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
42. 384.0.3. qətnaməni dəyişdirə bilər.
43. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə vədəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Hazırkı halda Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərin birgə apellyasiya şikayətinə əsasən ona tam yoxlanılır. Apellyasiya Məhkəməsinin mövqeyi:
46. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə qismən dəyişdirilməli, onların apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Mülki işin faktiki halları ondan ibarətdir ki, Bakı Şəhər Icra Hakimiyyəti Başçısı *** saylı, ##.##.2014-cü il tarixli yaşayış binalarının layihələndirilməsi haqqında Sərəncamı ilə İddiaçı MTK-nın ##.##.2014-cü il tarixli, ** saylı müraciəti nəzərə alınaraq, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmişdir. Həmin ünvanda yerləşən mənzillər hazırki iş üzrə cavabdehlərin adına qeydə alınmışdır və onların xüsusi mülkiyyətidir. Iddiaçı həmin sərəncama əsasən binanın bəzi mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etsə də, cavabdehlər ilə razılığa gələ bilməmişdir.
48. Apellyatorlar onlara verilməsi nəzərdə tutulan mənzillərin sahələri və kirayə haqqının məbləği ilə razılaşmayaraq qətnaməni mübahisələndirirlər. Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdehlər öz evlərinə münasibətdə qeyrimütənasib
49. kompensasiya tələb etmiş, nəticədə iddiaçı ilə razılığa gəlinməmiş, bu zəmində tərəflər arasında mübahisə yaranmışdır. Nəzərdən qaçırmaq olmaz ki, son dövrlər şəhərin müxtəlif ərazilərində istismar müddəti keçmiş və qəzalı vəziyyətdə olan binaların sökülməsi ilə bağlı həyata keçirilən layihələrdə güdülən əsas məqsəd heç də sakinlərin (mülkiyyətçilərin) qeyri-mütənasib kompensasiya tələb edərək əsassız varlanmasına yox, məhz onların mənzilkommunal şəraitinin yaxşılaşması, müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edilməsi, eləcə də, ümumilikdə paytaxt Bakı şəhərinin Baş planına uyğun şəkildə şəhərin görkəminin günün tələblərinə cavab verən şəkildə yenidən qurulması, gözəlləşdirilməsi və abadlaşdırılmasına xidmət etməkdir.
50. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, AR-da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin AR Mülki Məcəlləsinin 6.3-cü maddəsinə görə, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. “xxxx” MTKnın şikayəti üzrə Konstitusiya Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarında qeyd olunub: “... konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun mədudlaşdırılması üçün əsas kimi çıxış edə bilər”.
51. Hazırkı işin halları baxımından müəyyən olunmuşdur ki, MTK qeyd edilən ərazidə istismar müddəti keçmiş, müasir yaşayış tələblərinə cavab verməyən, köhnə mənzillərin sökülüb yerində yeni, müasir tələblərə cavab verən, həm sakinlərin mənzil şəraitinin yaxşılaşmasına, həm də paytaxt Bakı şəhərinin təsdiq olunmuş baş planına uyğun qurulmasına və yenilənməsinə xidmət edən layihələrə əsasən həyata keçirirdiyi işlər əsasında sakinlərin böyük əksəriyyəti ilə razılaşaraq onları köçürmüş, lakin hazırkı iş üzrə cavabdehlər digər sakinlərlə əldə olunmuş razılaşmalardan tam fərqli, mütənasib olmayan tələblər irəli sürmüş, bu səbəbdən də onlarla razılıq əldə olunmamış, iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmiş və məhkəmə qaydasında cavabdehlərlə mübahisənin həllini istəmişdir. Rayon məhkəməsi zəruri araşdırmalar apararaq hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir.
52. Məhkəmə qeyd edir ki, müvafiq hallarda əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əlverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır.
53. Avropa Insan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
54. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.
55. Məhkəmə kollegiyası xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot Isveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb- yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).
56. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MTK-ya həvalə olunmuşdur. Mübahisəli yaşayış sahəsinin yerləşdiyi ərazidə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır.
57. Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ### 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il ## ###### tarixli Qərarı).
58. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin III hissəsi, 29-cu maddəsinin II hissəsi və 71-ci maddəsinin II hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.
59. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
60. Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012ci il # ######## tarixli *** nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur.
61. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırkı tələblərlə çıxış etməsi heç vəclə cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehlərə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur, başqa sözlə desək, cavabdehlər də istismar müddəti ötmüş evlərinin sökülməsi və müqabilində yeni inşa ediləcək, müasir tələblərə və standartlara cavab verən çoxmənzilli binada mənzillə təmin edilməyi arzu edirlər. Bununla belə, tərəflər arasında ixtilaf mövcuddur, lakin bu ixtilaf mənzilin sökülməsi ilə bağlı olmayıb, yalnız və yalnız, həm də bariz şəkildə cavabdehlərin sökülməli olan mənzilinin müqabilində onlara veriləcək əvəzin (istər naturada, istərsə də pul ekvivalenti olaraq) həcmi ilə bağlıdır. Belə olan halda isə hazırkı mübahisədə cavabdehlərə məxsus mülkiyyət hüququna müdaxilənin olub-olmaması, eləcə də onun qanuni əsaslarının yoxlanılmasına zərurət aradan qalxır. Çünki cavabdehlər özləri də mənzillərinin sökülməsini arzu edir - istəyir, lakin bunun müqabilində əvəz olaraq tələb etdikləri kompensasiyanın həcmi ilə bağlı tərəflər arasında ixtilaf mövcuddur. Demək ki, belə olan halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır.
62. Apellyasiya icraatı zamanı cavabdehlərin vəsatəti əsasında kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, *** nömrəli rəyindən müəyyən edilmişdir ki, 1) cavabdeh9 mülkiyyətində olan * saylı mənzilin ümumi sahəsi 91,22 kv.m, o cümlədən sənəd üzrə sahəsi 43,38 kv.m, sənəddə öz əksini tapmayan zirzəminin sahəsi 16,63 kv.m, əlavə tikililərin (artırma) sahəsi 31,21 kv.m təşkil edir; 2) cavabdeh8 mülkiyyətində olan * saylı mənzilin ümumi sahəsi 51,0 kv.m təşkil edir; 3) cavabdeh5 və cavabdeh3 paylı mülkiyyətində olan olan * saylı ümumi sahəsi 55,47 kv.m, o cümlədən sənəddə öz əksini tapmayan zirzəminin sahəsi 16.63 kv.m təşkil edir; 4) cavabdeh10 mülkiyyətində olan * saylı mənzilin ümumi sahəsi 74,28 kv.m. o cümlədən sənəd üzrə sahəsi 62,12 kv.m. sənəddə öz əksini tapmayan əlavə tikililərin (artırma) sahəsi 12, 12 kv.m təşkil edir; 5) cavabdeh4 mülkiyyətində olan ** saylı mənzilin ümumi sahəsi 52,29 kv.m, o cümlədən sənəd üzrə sahəsi 44,49 kv.m, sənəddə öz əksini tapmayan əlavə tikilinin (artırma) sahəsi 7,80 kv.m təşkil edir; 6) cavabdeh2 mülkiyyətində olan ** saylı mənzilin ümumi sahəsi 71,43 kv.m, o cümlədən sənəd üzrə sahəsi 50,39 kv.m, sənəddə öz əksini tapmayan zirzəminin sahəsi 13.91 kv.m, əlavə tikililənin (artırma) sahəsi 7,13 kv.m təşkil edir; 7) cavabdeh7 mülkiyyətində olan olan ** saylı mənzilin ümumi sahesi 45,37 kv. m təşkil edir; 8) cavabdeh6 mülkiyyətində olan * saylı mənzilin ümumi sahəsi 55,83 kv.m, o cümlədən sənəd üzrə sahəsi 50,68 kv.m, sənəddə öz əksini tapmayan əlavə tikilinin (artırma) sahəsi 5,15 kv.m təşkil edir. Cavabdeh cavabdeh1 tərəfindən mənzilinə baxış keçirilməsi üçün zəruri şərait yaradılmadığı səbəbindən həmin mənzil üzrə tədqiqat aparılması mümkün olmamışdır. Həmçinin ekspert rəyi ilə Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsinə yaxın və ətraf olan ərazilərdə yerləşən köhnə tikili binalardakı bir otaqlı mənzillər üzrə hazırkı tarixə orta aylıq kirayə haqqının 400-450 manat, iki və üç otaqlı mənzillər üzrə 500-600 manat təşkil etdiyi müəyyən edilmişdir.
63. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hazırkı işin halları baxımından tərəflər arasında fikir ayrılığı söküləcək mənzillərin yerinə veriləcək kompensasiyanın məbləği ilə bağlıdır. Mülki iş üzrə ekspert rəyi əldə edildikdən sonra iddiaçı tərəfindən ##.##.2026-cı il tarixli kompensasiya məbləğinin artırılmasına dair ərizə təqdim edilmişdir. Həmin ərizəyə əsasən müəyyən olur ki, MTK ekspert rəyini nəzərə alaraq, apellyatorların əlavə tikililərinin hər kv.m-i üçün 500 manat, yeni mənzillər təhvil verilənədək apellyasiya şikayəti verən cavabdehlərin hər birinə hər ay 600 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
64. Məhkəmə nəzərə çatdırır ki, son illərin oturuşmuş təcrübəsi ondan ibarətdir ki, istismar müddəti bitmiş və yaşayış üçün yararlı olmayan, eləcə də sürətlə inkişaf edən paytaxtın görünüşünə xələl gətirən, sakinlərin daha geniş, rahat və müasir tələblərə cavab verən mənzillərlə təmin edilməsi sahəsində həyata keçirilən layihələr (o cümlədən pilot layihələr) üzrə binaların sökülməsi zamanı sakinlərə mülkiyyətində olan mənzillərin sahələrinə əsasən 20 faiz əlavə etməklə yeni mənzil sahəsi ilə təmin edilməsi və mənzillərdən müvəqqəti kirayə mənzillərə köçürülməsi ilə bağlı konkret təkliflər cavabdehlərə təqdim olunur. Bu işdə də iddiaçı MTK-nın cavabdehlərə məxsus mənzillərin sökülməsi müqabilində təklif etdiyi sonuncu kompensasiya oxşar işlərdə təklif edilən kompensasiyalara uyğun olmaqla yanaşı, həm mütənasibliklə bağlı tələblərə cavab verir, həm də ədalətlidir.
65. Bu baxımdan cavabdeh cavabdeh9 qarşılıqlı iddiasına münasibətdə də qeyd edilməlidir ki, həmin iddianın verilməsi də tərəflər arasındakı ixtilafın ancaq mənzillərin sökülməsi müqabilində veriləcək əvəzin (kompensasiyanın) məbləği - həcmi ilə bağlı olduğunu bir daha təsdiq edir. Buna görə də hesab edilir ki, qarşılıqlı iddia əslində iddiaya etiraz xarakterli olmaqla, öz-özlüyündə müstəqil tələb olaraq təmin edilə bilməz, ona görə də rayon məhkəməsi qarşılıqlı iddianın təminindən imtina edərkən düzgün qənaətə gəlmişdir.
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ##### 2023-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair # #### 2023-cü il tarixli qərarında qeyd edilir ki, qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.
68. Məhkəmə belə hesab edir ki, iddiaçı MTK-nın apellyasiya icraatı zamanı cavabdehlərə son olaraq etdiyi təklifin sonuncular tərəfindən qəbulundan imtina edilməsi ilə bağlı davranışları, mahiyyət etibarı ilə Konstitusiya Məhkəməsinin istinad olunan qərarlarında şərh olunmuş hüquqi mövqeyin təsiri altına düşür.
69. Məhkəmə cavabdeh cavabdeh8 nümayəndəsi və vəkili vəkil4 ##.##.2026-cı il tarixli apellyasiya şikayətinə əlavəsinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən ##.##.2014cü il tarixli yaşayış binalarının layihələndirilməsi haqqında Bakı Şəhər Icra Hakimiyyəti Başçısının Sərəncamı ilə mübahisəli ərazidə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 3.3715 torpaq sahəsi icarə əsasında MTK-nın istifadəsinə verilmiş, MTK həmin Sərəncamın icrasının bir hissəsini həyata keçirmiş, ərazidə olan mənzillərin və sair tikililərin sakinlərlə qarşılıqlı razılıqlara əsasən sökülməsini təmin etmiş və Sərəncama əsasən işlərin başa çatdırılması məqsədi ilə bu tələblə məhkəməyə müraciət etmişdir. Demək ki, MTK hazırkı halda subyektiv hüquqa sahibdir.
70. Məhkəmə onu da qeyd edir ki, iddiaçı İddiaçı MTK-nın daha əvvəl də başqa cavabdehlərə qarşı oxşar tələbi üzrə Məhkəmənin icraatında *(***)-****/**** nömrəli mülki iş olmuş və Ali Məhkəmənin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
71. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
72. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh7 birgə, cavabdeh10, cavabdeh2, cavabdeh6, cavabdeh1 birgə, cavabdeh9, cavabdeh8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə qismən dəyişdirilməli, cavabdeh cavabdeh9 ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 42,60 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzili boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilməli, ünvan 4 ünvanında yerləşən * saylı mənzilinin əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək * saylı binanın 2-ci girişi 2-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan ikiotaqlı * saylı təmirli mənzili təhvil verməklə, 31.21 kv.m özbaşına və sənədsiz tikilinin əvəzinə hər kvadrat metr üçün 500 manat olmaqla 15 605 manat, o cümlədən 16,63 kv.m zirzəmi sahəsinə əvəzinə isə hər kvadrat metr üçün 500 manat 8315 manat kompensasiya, cəmi 23920 (iyirmi üç min doqquz yüz iyirmi) manat pul cavabdeh9 ödənilməli, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh9 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən söküləcək * saylı mənzildən çıxarılmalı; cavabdeh cavabdeh1 ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 42.60 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzili boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilməli, ünvan 4 ünvanında yerləşən * saylı mənzilinin əvəzinə “xxxx" MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və ( Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 1-ci girişi 2-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan ikiotaqlı * saylı təmirli mənzili təhvil verməklə, 8,8 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə isə hər kvadrat metr üçün 500 manat olmaqla, cəmi 4400 (dörd min dörd yüz) manat pul cavabdeh1 ödənilməli, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh1 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən söküləcək * saylı mənzildən çıxarılmalı, cavabdeh cavabdeh8 ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 44,2 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzili boşaldılaraq iddiaçı “xxxx" MTK-ya təhvil verilməli, ünvan 4 ünvanında yerləşən * saylı mənzilinin əvəzinə 'xxxx" MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 2-ci girişi 12-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan ikiotaqlı ** saylı təmirli mənzili təhvil verməklə, 6,8 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə isə hər kvadrat metr üçün 500 manat olmaqla, cəmi 3400 (üç min dörd yüz) manat pul cavabdeh8 ödənilməli, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh8 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən söküləcək * saylı mənzildən çıxarılmalı; cavabdehlər cavabdeh5 və cavabdeh3 Dmitrevna tərəfindən hər birinin 1/2 payla mülkiyyətlərində olan ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 43.50 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzil boşaldılaraq iddiaçı "xxxx” MTK-ya təhvil verilməli, ünvan 4 ünvanında yerləşən * saylı mənzilinin əvəzinə “xxxx MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 2-ci girişi 11-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan ikiotaqlı ** saylı təmirli mənzili təhvil verməklə, 11.97 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə hər kvadrat metr üçün 500 manat olmaqla 5 985 manat, o cümlədən 16,63 kv.m zirzəmi sahəsinə əvəzinə isə hər kvadrat metr üçün 500 manat 8 315 (səkkiz min üç yüz on beş) manat kompensasiya, cəmi 14 300 (on dörd min üç yüz) manat pul cavabdeh5 və cavabdeh3 ödənilməli, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacaqları mənzilə görə cavabdeh5 və cavabdeh3 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, onlar əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən söküləcək * saylı mənzildən çıxarılmalı; cavabdeh cavabdeh10 ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 59,40 kv.m sahəsi olan üçotaqlı * saylı mənzili boşaldılaraq iddiaçı “xxxx" MTK-ya təhvil verilməli, ünvan 4 ünvanında yerləşən * saylı mənzilinin əvəzinə “xxxx" MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və i.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 2-ci girişi 12-ci mərtəbəsində 94.8 kvm-dən ibarət olan üçotaqlı ** saylı təmirli mənzili təhvil verməklə, 14,88 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə isə hər kvadrat metr üçün 500 manat olmaqla, cəmi 7440 (yeddi min dörd yüz qırx) manat pul cavabdeh10 ödənilməli, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh10 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə ünvan 1 ünvanda yerləşən söküləcək * saylı mənzildən çıxarılmalı; cavabdeh cavabdeh7 ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 46.5 kv.m sahəsi olan 2 otaqlı ** saylı mənzili boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilməli, ünvan 4 ünvanında yerləşən ** saylı mənzilinin əvəzinə "xxxx” MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və | Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 1-ci girişi 12-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan ikiotaqlı ** saylı təmirli mənzili təhvil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh7 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən söküləcək ** saylı mənzildən çıxarılmalı, cavabdeh cavabdeh2yevnanın ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 50,39 kv.m sahəsi olan 2 otaqlı ** saylı mənzili boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilməli, ünvan 4 ünvanında yerləşən ** saylı mənzilinin əvəzinə “xxxx" MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və j.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 1-ci girişi 10-cu mərtəbəsində 69.2 kv.m-dən ibarət olan ikiotaqlı ** saylı təmirli mənzili təhvil verməklə, 7,13 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə isə hər kvadrat metr üçün 500 manat olmaqla 3 565 manat pulun, o cümlədən 13,91 kv.m zirzəmi sahəsinə əvəzinə isə hər kvadrat metr üçün 500 manat 6 955 manat kompensasiya, cəmi 10550 (on min beş yüz əlli) manat pul cavabdeh2yevnaya ödənilməli, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh2yevnaya hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən söküləcək ** saylı mənzildən çıxarılmalı, cavabdeh cavabdeh4 ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 42,1 kv.m sahəsi olan ikiotaqlı ** saylı mənzili boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilməli, əvəzində İddiaçı MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə 2* saylı binanın 2-ci girişi 10-cu mərtəbəsindəki sahəsi 69,2 kv.metrdən ibarət ikiotaqlı ** saylı mənzili təmirli mənzili təhvil verməklə, 10,19 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə hər kvadrat metrinə 500 manat olmaqla, cəmi 5095 (beş min doxsan beş) manat pul cavabdeh4 ödənilməli, yeni mənzil təhvil verilənədək hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə ünvan 3 ünvanda yerləşən söküləcək ** saylı mənzildən çıxarılmalı, cavabdeh cavabdeh6 ünvan 3 ünvanda yerləşən köhnə yaşayış binasındakı 50,68 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzili boşaldılaraq iddiaçı “xxxx" MTK-ya təhvil verilməli, əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və i.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 1-ci girişi 11-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan ikiotaqlı ** saylı təmirli mənzili təhvil verməklə, 5,15 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə isə hər kvadrat metr üçün 500 manat olmaqla cəmi 2575 (iki min beş yüz yetmiş beş) manat pul cavabdeh6 ödənilməli, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh6 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, onun əşyaları ilə birlikdə ünvan 3 ünvanda yerləşən söküləcək * saylı mənzildən çıxarılmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
74. Məhkəmə hesab edir ki, şikayətlər qismən təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçıdan cavabdehlərin xeyrinə tutularaq ödənilməli, ekspertiza tədqiqatının dəyəri 8x300=2400 (iki min dörd yüz) manat da iddiaçıdan tutulmalıdır.
75. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Cavabdehlər cavabdeh9, cavabdeh1, cavabdeh8, cavabdeh5, cavabdeh3 Dmitrevna, cavabdeh10, cavabdeh7, cavabdeh2 və cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi qismən dəyişdirilsin.
Cavabdeh cavabdeh1 ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 42.60 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzili boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilsin, ünvan 4 ünvanında yerləşən * saylı mənzilinin əvəzinə “xxxx" MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və ( Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 1-ci girişi 2-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan ikiotaqlı * saylı təmirli mənzili təhvil verməklə, 8,8 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə isə hər kvadrat metr üçün 500 manat olmaqla, cəmi 4400 (dörd min dörd yüz) manat pul cavabdeh1 ödənilsin, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh1 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən söküləcək * saylı mənzildən çıxarılsın. Cavabdeh cavabdeh8 ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 44,2 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzili boşaldılaraq iddiaçı “xxxx" MTK-ya təhvil verilsin, ünvan 4 ünvanında yerləşən * saylı mənzilinin əvəzinə 'xxxx" MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 2-ci girişi 12-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan ikiotaqlı ** saylı təmirli mənzili təhvil verməklə, 6,8 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə isə hər kvadrat metr üçün 500 manat olmaqla, cəmi 3400 (üç min dörd yüz) manat pul cavabdeh8 ödənilsin, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh8 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən söküləcək * saylı mənzildən çıxarılsın. Cavabdehlər cavabdeh5 və cavabdeh3 Dmitrevna tərəfindən hər birinin 1/2 payla mülkiyyətlərində olan ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 43.50 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzil boşaldılaraq iddiaçı "xxxx” MTK-ya təhvil verilsin, ünvan 4 ünvanında yerləşən * saylı mənzilinin əvəzinə “xxxx MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 2-ci girişi 11-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan ikiotaqlı ** saylı təmirli mənzili təhvil verməklə, 11.97 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə hər kvadrat metr üçün 500 manat olmaqla 5 985 manat, o cümlədən 16,63 kv.m zirzəmi sahəsinə əvəzinə isə hər kvadrat metr üçün 500 manat 8 315 (səkkiz min üç yüz on beş) manat kompensasiya, cəmi 14 300 (on dörd min üç yüz) manat pul cavabdeh5 və cavabdeh3 ödənilsin, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacaqları mənzilə görə cavabdeh5 və cavabdeh3 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, onlar əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən söküləcək * saylı mənzildən çıxarılsın. Cavabdeh cavabdeh10 ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 59,40 kv.m sahəsi olan üçotaqlı * saylı mənzili boşaldılaraq iddiaçı “xxxx" MTK-ya təhvil verilsin, ünvan 4 ünvanında yerləşən * saylı mənzilinin əvəzinə “xxxx" MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və i.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 2-ci girişi 12-ci mərtəbəsində 94.8 kvm-dən ibarət olan üçotaqlı ** saylı təmirli mənzili təhvil verməklə, 14,88 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə isə hər kvadrat metr üçün 500 manat olmaqla, cəmi 7440 (yeddi min dörd yüz qırx) manat pul cavabdeh10 ödənilsin, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh10 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə ünvan 1 ünvanda yerləşən söküləcək * saylı mənzildən çıxarılsın. Cavabdeh cavabdeh7 ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 46.5 kv.m sahəsi olan 2 otaqlı ** saylı mənzili boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilsin, ünvan 4 ünvanında yerləşən ** saylı mənzilinin əvəzinə "xxxx” MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və | Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 1-ci girişi 12-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan ikiotaqlı ** saylı təmirli mənzili təhvil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh7 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən söküləcək ** saylı mənzildən çıxarılsın. Cavabdeh cavabdeh2yevnanın ünvan 4 ünvanda yerləşən köhnə yaşayış binasındakı 50,39 kv.m sahəsi olan 2 otaqlı ** saylı mənzili boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilsin, ünvan 4 ünvanında yerləşən ** saylı mənzilinin əvəzinə “xxxx" MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və j.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 1-ci girişi 10-cu mərtəbəsində 69.2 kv.m-dən ibarət olan ikiotaqlı ** saylı təmirli mənzili təhvil verməklə, 7,13 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə isə hər kvadrat metr üçün 500 manat olmaqla 3 565 manat pulun, o cümlədən 13,91 kv.m zirzəmi sahəsinə əvəzinə isə hər kvadrat metr üçün 500 manat 6 955 manat kompensasiya, cəmi 10550 (on min beş yüz əlli) manat pul cavabdeh2yevnaya ödənilsin, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh2yevnaya hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən söküləcək ** saylı mənzildən çıxarılsın. Cavabdeh cavabdeh4 ünvan 1 ünvanda yerləşən köhnə yaşayış binasında 42,1 kv.m sahəsi olan ikiotaqlı ** saylı mənzili boşaldılaraq iddiaçı İddiaçı MTK-ya təhvil verilsin, əvəzində İddiaçı MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə 2* saylı binanın 2-ci girişi 10-cu mərtəbəsindəki sahəsi 69,2 kv.metrdən ibarət ikiotaqlı ** saylı mənzili təmirli mənzili təhvil verməklə, 10,19 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə hər kvadrat metrinə 500 manat olmaqla, cəmi 5095 (beş min doxsan beş) manat pul cavabdeh4 ödənilsin, yeni mənzil təhvil verilənədək hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə ünvan 3 ünvanda yerləşən söküləcək ** saylı mənzildən çıxarılsın. Cavabdeh cavabdeh6 ünvan 3 ünvanda yerləşən köhnə yaşayış binasındakı 50,68 kv.m sahəsi olan ikiotaqlı * saylı mənzili boşaldılaraq iddiaçı “xxxx" MTK-ya təhvil verilsin, əvəzinə İddiaçı MTK tərəfindən həmin ərazidə, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və i.Nəsimi küçələrinin kəsişməsindəki **** saylı məhəllədə yeni tikiləcək 2* saylı binanın 1-ci girişi 11-ci mərtəbəsində 69.2 kv.m-dən ibarət olan ikiotaqlı ** saylı təmirli mənzili təhvil verməklə, 5,15 kv.m özbaşına və qanunsuz tikilinin əvəzinə isə hər kvadrat metr üçün 500 manat olmaqla cəmi 2575 (iki min beş yüz yetmiş beş) manat pul cavabdeh6 ödənilsin, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdeh6 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, onun əşyaları ilə birlikdə ünvan 3 ünvanda yerləşən söküləcək * saylı mənzildən çıxarılsın. Qətnamə apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları - cavabdeh9 50 (əlli) manat, cavabdeh8 50 (əlli) manat, cavabdeh5, cavabdeh3 Dmitrevna və cavabdeh7 birgə ödədikləri dövlət rüsumu 50 (əlli) manat, cavabdeh1, cavabdeh10, cavabdeh2 və cavabdeh6 birgə ödədikləri dövlət rüsumu 50 (əlli) manat iddiaçı İddiaçı MTK-dan tutularaq cavabdehlərə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 2400 (iki min dörd yüz manat) iddiaçı İddiaçı MTK-dan tutularaq, “xxxx” MMC-nin hesabına (Alternativ Ekspertiza Markazi MMC, VÖEN: **********, IBAN: AZ94BRES00380394402474602201, bank: “xxxx” ASC, VÖEN: **********, Müxbir hesab: AZ80NABZ013501*****000014944, Kod: 513489, SWIFT: BRESAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.