Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-1224/2026 18.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasım qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3415/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasından kənar qaydada baxaraq m ü ə y y ə n e t d i: Cavabdeh1 tərəfindən elektron məhkəmə sisteminə yerləşdirilmiş apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Mülki Prosessual Məcəlləsinin Əlavə 2-də göstərilmiş Formasına (məzmunun tamlığına, məğzinə və ardıcıllığına) riayət edilməmişdir. Belə ki, apellyasiya şikayətində yalnız şikayət verən şəxs, şikayət olunan məhkəmə qərardadı haqqında məlumat, işin halları, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, apellyasiya şikayəti verən şəxsin tələbi, apellyasiya şikayətinə əlavə edilmiş sənədlər, imza və tarix başlıqlı qrafalar qeyd edilmiş, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər başlıqlı qrafalar öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə: Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3415/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə bərpa olunsa da, qanunvericilik qanuni qüvvəsini almamış qətnamə və qərardadlardan şikayət verilməsini nəzərdə tutur və apellyasiyanın mümkünlüyü prosessual əsasların mövcudluğunu müəyyən edir. Prosessual əsasların mövcudluğu isə (şikayətin olub-olmamasından asılı olmayaraq) ediləsi prosesual hərəkətlərə yönəlik mülki prosessual qanunvericiliyinin düzgün tətbiq edilməsini ehtiva edir. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3415/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi Cavabdeh1 xx.xx.2025-ci il tarixində poçt vasitəsilə göndərilmiş, lakin məktubun çatıb-çatmaması barədə məlumat iş materiallarında öz əksini tapmır(iş səh.125). xx.xx.2025-ci il tarixində isə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3415/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmiş, xx.xx.2025-ci il tarixində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir (iş səh.130). Cavabdeh1 isə xx.xx.2025-ci il tarixində qətnaməni qəbzə imza etməklə (yenidən) əldə etmiş və xx.xx.2026-cı il tarixində apellyasiya şikayəti vermişdir (iş səh. 131-132). Birinci instansiya məhkəməsi isə qeyd edilən hallara, yəni ilk dəfə məhkəmə aktının çatıb-çatmamasına və müddətin ötürülməsinin üzrlülük meyarlarına müvafiq qiymət vermədən prosessual müddəti bərpa etmiş və bundan sonra da prosessual pozuntulara şərait yaradaraq müddətin bərpası barədə məhkəmə aktından şikayət vermək hüquqların təmin etmədən (gözləmədən) işi baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3415/2025 saylı işi üzrə xx.xx.2026-ci il tarixli qərardadın tərəflərə göndərilməsi barədə məktubların siyahısı iş materiallarına əlavə edilsə də, onların çatmasını təsdiq edən poçt sənədləri və ya elektron məhkəmə sistemindən çıxarışlar əlavə edilməmişdir (iş səh. 146-147). Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Qeyd edilənlər məhkəmə aktının qanuniliyinin hansı əsasla (dəlillərə əsasən) mübahisələndirilməsinin, habelə şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasların əks edilməməsi baxımından kollegiya hesab edir ki, hazırki prosessual zamanda apellyasiyanın mümkünlüyü üçün əsaslar müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş dayanıqlı əsaslara uyğun həyata keçirilməli, hüquqdan sui-istifadəyə şərait və bununla da digər şəxslərin hüquqlarının əsassız məhdudlaşması ehtimalını yaratmamalıdır. Şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 360-366, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3415/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-1224/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1224/2026
18.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver