Məhkəmə qərarları › İş №2(3-6)-1231/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1231/2026

14.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1231/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı 1 cavabdehlər cavabdeh4cavabdeh2 və cavabdeh5 qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və sair tələbinə dair mülki iş üzrə (açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi İddiaçı 2 katibliyi, iddiaçı İddiaçı 1, cavabdeh cavabdeh6 cavabdeh cavabdeh2 və onun nümayəndəsi vəkil1 iştirakı ilə, iddiaçı İddiaçı 1 cavabdehlər cavabdeh4cavabdeh2 və cavabdeh5 qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və sair tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh7 və cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 01,07.2002-ci il tarixli, ****** qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, cavabdeh2 ünvan 1 ünvanında yerləşən doqquzmərtəbəli binanın yarızirzəmisindəki 34.7 kv.m qeyri-yaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır.

2. Əmlakın inventarlaşdırılması bürosu tərəfindən verilmiş ## ### 2002-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanından yerləşən ümumi sahəsi 34.7 kv.m (19.6 əsas sahə, 15.1 kv.m köməkçi sahə) olan qeyri-yaşayış sahəsi cavabdeh2 mülkiyyətindədir.

3. Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Əmlakın Inventarlaşdırılması Bürosu tərəfindən verilmiş obyektin sahələr üzrə təsnifatı cədvəlindən görünür ki, ünvan 1 ünvanında yerləşən 34.7 kv.m olan qeyri-yaşayış sahəsinin əsas sahəsi 19.6 kv.m, köməkçi sahəsi isə 15.1 kv.m-dən (anbar 11.5 kv.m; dəhliz 3.6 kv.m) ibarətdir.

4. Bakı şəhəri Xətai Rayon Icra Hakimiyyəti MKTB tərəfindən İddiaçı 1 ünvanlanmış ## ######## 2022-ci il tarixli cavab məktubundan görünür ki, Məhəmməd Hadi küçəsi ** saylı yaşayış binasının 1-ci girişinin arxasında istifadənizdə olan qeyri-yaşayış sahəsinə həmin binanın çöl tərəfindən bitişik pilləkən meydançası və marşları, o cümlədən pilləkənin altında olan 20,5 kv.m sahə dövlət tərəfindən layihə əsasında inşa olunan Məhəmməd Hadi ** saylı ünvanda olan yaşayış binasının tikinti sahəsinə aid deyildir və dövlət vəsaiti hesabına tikilməmişdir. Məhəmməd Hadi ** saylı binaya aid olmayan pilləkənlər və onun altında olan 20,5 kv.m qeyri-yaşayış sahəsi 2000- ci ildə özbaşına tikilmiş və hal- hazırda həmin qeyriyaşayış sahəsində dərzi fəaliyyəti göstərilir.

5. Bakı şəhəri Xətai Rayon Icra Hakimiyyəti MKTB tərəfindən İddiaçı 1 ünvanlanmış ## ###### 2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 7 ünvanda yerləşən binanın 1ci mərtəbəsindəki (pilləkənlərin altında) dərzi sexi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi dövlət vəsaiti hesabına tikilmədiyi üçün Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında deyildir.

6. Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” ##.##.2002-ci il tarixli, ****** qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, İddiaçı 1 ünvan 1 ünvanında yerləşən doqquzmərtəbəli binanın birinci mərtəbəsindəki 69.8 kv.m qeyri-yaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır.

7. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı 1 ünvanlanmış ## ####### 2022-ci il tarixli cavab məktubundan görünür ki, Xidmətin əməkdaşları tərəfindən müraciətdə qeyd olunan ünvana baxış keçirilmiş, baxış zamanı X4 tərəfindən özəlləşdirilmiş 11.5 kv.m qeyri-yaşayış sahəsinin cizgidə göstərilmiş daxili ölçüləri Ilə faktiki ölçülər arasında uyğunsuzluğun olduğu, həmçinin həmin sahəyə cizgidə göstərilmiş giriş qapısının mövcud olmadığı və giriş qapısının isə pəncərə boşluğu kimi göstərildiyi məlum olmuşdur. Eyni zamanda Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ##.##.2021-ci il tarixli, A-36 və ##.##.2022-ci il tarixli, A-** nömrəli məktublan ilə həmin sahənin dövlet tərəfindən layihə əsasında inşa olunan ünvan 8 ünvanında yerləşən yaşayış binasının tikinti layihəsinə aid olmadığını və dövlət vəsaiti hesabına inşa edilmədiyini bildirmişdir.

8. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı 1 ## ####### 2020-ci il tarixdə ünvanlanmış cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətinə aid deyil.

9. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında ##.##.2001- ci il tarixli, *** nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən (Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti) ##.##.2001-ci il tarixli, *** saylı sərəncama əsasən ünvan 2 (registr NQ 010-00007841-002) ünvanında yerləşən ümumi sahəsi 19,5 kv.m təşkil edən Xətai rayon MKTB-nin balansında olan qeyriyaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin (cavabdeh2) müddətli istifadəsinə vermişdir.

10. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında ##.##.2002ci il tarixli, **** nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən (Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti) ##.##.2002-ci il tarixli, *** saylı sərəncama əsasən ünvan 2 (registr N° 010-00007841-013) ünvanında yerləşən ümumi sahəsi 15.1 kv.m təşkil edən Xətai rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin (cavabdeh2) müddətli istifadəsinə vermişdir.

11. ##.##.2002-ci il tarixli *** saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ## ##.2001-ci il tarixli, *** nömrəli və ##.##.2002-ci il tarixli, **** nömrəli icarə müqavilələri əsasında cavabdeh2 icarəsinə verilmiş ünvan 2 ünvanında yerləşən 34.7 kv.m qeyri yaşayış sahəsini cavabdeh2 satmışdır.

12. X5 (icarəyə verən) ilə X1 (icarəçi) arasında bağlanmış ##.##.2008-ci il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən 20 kv.m qeyri-yaşayış sahəsi icarəyə verilmişdir.

13. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında ##.##.2001ci il tarixli, *** nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən (Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti) ##.##.2001-ci il tarixli *** saylı sərəncama əsasən ünvan 2 (registr NQ 010-00007841-002) ünvanında yerləşən ümumi sahəsi 19,5 kv.m təşkil edən Xətai rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin (cavabdeh2) müddətli istifadəsinə vermişdir.

14. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı 1 ## ####### 2020-ci il tarixdə ünvanlanmış cavab məktubundan görünür ki, cavabdeh2 mülkiyyətində olan, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 97,9 kv m təşkil edən qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və texniki pasportun 15.1 kv.m hissəsində ləğvi ilə bağlı məsələ Bakı Inzibati Məhkəməsinin 05,02.2024-cü il tarixli 2- *(***)-****/**** nömrəli qərarına əsasən "xxxx” publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən qanunamüvafiq qaydada icra olunmuşdur.

15. Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2025ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh2 iddiası qismən təmin edilərək, cavabdehin iddiaçıya məxsus olan ünvan 2 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyriyaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələrində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır.

16. Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2025ci il tarixli qərarından görünür ki, iddiaçı İddiaçı 1 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs cavabdeh2) qarşı “sərəncamın ləğv edilməsi və sair” tələbinə dair Bakı Inzibati məhkəməsinə müaciət etmiş və iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15,1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi barəsində ünvan 5 ünvanında yerləşən və Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın yarımzirzəmisi kimi daşınmaz dövlət əmlakı haqqında registrdə 010-00007841-013 nömrə ilə aparılmış qeydin, Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin ##.##.2002-ci il tarixli *** saylı sərəncamının, Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsi ilə cavabdeh2 arasında bağlanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında **** nömrəli ##.##.2002-ci il tarixli icarə müqaviləsinin, Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” ##.##.2002-ci il tarixli *** nömrəli sərəncamının, Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə cavabdeh2 arasında bağlanmış ##.##.2002-ci il tarixli *** nömrəli icarəyə verilmiş əmlakın alqısatqısı müqaviləsinin ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında ##.##.2002-ci il tarixli, ****** qeydiyyat nömrəli Şəhadətnamənin ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Əmlakın Inventarlaşdırılması Bürosu tərəfindən verilmiş ##.##.2002-ci il tarixli Texniki pasportun ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş 01001- 1000178-05101-****** reyestr nömrəli texniki pasportun ona aid olan hissəsinin (15.1 kv.m hissədə) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2019-cu il tarixli Çıxarışın ona aid (15.1 kv.m olan hissədə) olan hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2025ci il tarixli qərarından görünür ki, Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilmiş, ünvan 5 ünvanında yerləşən 15,1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi barəsində “Xətai rayon MKTBnin balansında olan 9 mərtəbəli binanın yarımzirzəmisi” kimi dövlət əmlakının Registrində 010- 00007841-013 nömrə ilə aparılmış qeyd, Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin ##.##.2002-ci il tarixli *** saylı sərəncamı, Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyriyaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” ##.##.2002-ci il tarixli *** nömrəli sərəncamı 010-00007841-013 registr nömrəli ünvan 5 ünvanında yerləşən Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın 15.1 kv.metrdən ibarət yarımzirzəmisinə aid hissədə, Əmlakın Inventarlaşdırılması Bürosu tərəfindən verilmiş ##.##.2002-ci il tarixli Texniki pasport 010-00007841-013 registr nömrəli ünvan 5 ünvanında yerləşən Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın 15.1 kv.m-dən ibarət yarımzirzəmisinə aid hissədə, Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında ##.##.2002-ci il tarixli, ****** qeydiyyat nömrəli Şəhadətnamə 010-00007841-013 registr nömrəli ünvan 5 ünvanında yerləşən Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın 15.1 kv.metrdən ibarət yarımzirzəmisinə aid hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi faktiki olaraq 20 ildən artıq iddiaçının istifadəsində olmuş, hətta həmin qeyri-yaşayış sahəsinin sahibi kimi digər şəxsə icarəyə vermişdir. Buna görə də, iddiaçının sahibliyində olmuş əmlakın başqasının adına özəlləşdirilməsi ilə bağlı hazırkı məzmunda iddianı qaldırmaq üçün subyektiv hüququ vardır. Mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı inzibati aktın iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Eyni zamanda həmin sahənin 20 ildən artıq iddiaçının istifadəsində olması və başqa şəxsə icarəyə verərək gəlir əldə etməsi iddiaçının həmin sahənin üçüncü şəxsin adına özəlləşdirilməsindən xəbərsiz olmasını ağlabatan edir. Məhkəmə iclasında iddiaçı mübahisəli sahənin onun tərəfindən inşa edildiyini, həmişə istifadəsində olduğunu bildirmiş, yalnız üçüncü şəxs mülki mühakimə icraatı qaydasında iddia qaldırdıqda həmin sahənin özəlləşdirilməsindən məlumatlı olduğunu qeyd etmişdir. Məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı hazırkı iddianı qaldırma üçün prosessual müddəti də ötürməmişdir. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

18. Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2025ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2024-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Yusifov və K.Əkbərov) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın qeyrimümkün hesab edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2025ci il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2- 1(103)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2025ci il tarixli qərarında qeyd edilmiş sübutlardan görünür ki, Bakı şəhəri Xətai Rayon icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin ** saylı Mənzil Kommunal Istismar Sahəsinin ##.##.2020- ci il tarixli *** saylı arayışından görünür ki, ünvan 7 saylı ünvanda yerləşən “xxxx” ASC-nin 30 kv.m-lik pilləkən altı qəfəslik sahəsi İddiaçı 1 məxsusdur.

21. Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-***/**** saylı, ## #### 2025ci il tarixli qərarında məhkəmənin mövqeyindən görünür ki, pilləkənaltı sahənin iddiaçının (onun dərzi fəaliyyəti üçün icarəyə verdiyi digər şəxsin) istifadəsində olması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli qətnaməsi (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ####### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2022-ci il tarixli qərarı) ilə müəyyən edilmiş işin halları ilə də öz təsdiqini tapır.

Birinci instansiya məhkəməsində icraat

22. Iddiaçı İddiaçı 1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2, Bairamova Natelanın və cavabdeh3 ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin İddiaçı 1 məxsus 15.1 kv.m lik hissəsindən çıxarılmasi, həmin sahənin cavabdehlərin hesabına boşaldılaraq iddiaçı İddiaçı 1 təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1 Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və üçüncü şəxs cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, 15,1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi barəsində ünvan 5 ünvanında yerləşən və Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın yarımzirzəmisi kimi daşınmaz dövlət əmlakı haqqında registrdə 010- 00007841- 013 nömrə ilə aparılmış qeydin, Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin ##.##.2002-ci il tarixli *** saylı sərəncamının, Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsi ilə cavabdeh2 arasında bağlanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında **** nömrəli ##.##.2002-ci il tarixli icarə müqaviləsinin, Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” ##.##.2002-ci il tarixli *** nömrəli sərəncamının, Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə cavabdeh2 arasında bağlanmış ##.##.2002-ci il tarixli *** nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında ##.##.2002-ci il tarixli, ****** qeydiyyat nömrəli Şəhadətnamənin ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Əmlakın Inventarlaşdırılması Bürosu tərəfindən verilmiş ##.##.2002-ci il tarixli Texniki pasportun ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş 01001 1000178-05101- ****** reyestr nömrəli texniki pasportun ona aid olan hissəsinin (15.1 kv.m hissədə) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli ##.##.2019-cu il tarixli Çıxarışın ona aid (15.1 kv.m olan hissədə) olan hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinə təqdim edilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında, doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində 69.8 kv.m qeyri-yaşayış sahəsini 2000-ci ildə almışdır. Həmin obyekt hal-hazırda “xxxx”ın filialı kimi fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi yer səthindən hündürdə olduğu üçün obyektə giriş-çıxış üçün Xətai Rayon Icra Hakimiyyəti başçısının razılığı ilə öz hesabına pilləkən tikmişdir. Pilləkəni tikəndən sonra pilləkənaltı sahəni 20.5 kv.m sahəni təmir edib, istifadə üçün yararlı vəziyyətə gətirmişdir. 22 ildən artıqdır ki, həmin sahədən sahibkarlıq fəaliyyəti üçün istifadə edir, bələdiyyəyə əmlak vergisini ödəyir. Qeyd etdiyi tikili M.Hadi küçəsi, ** nömrəli binanın ilkin layihəsindən kənar tikilmişdir. Xətai Rayon Icra Hakimiyyəti, ** nömrəli MKIS, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və digər orqanlar “xxxx” kimi fəaliyyət göstərən obyektin qarşısındakı pilləkənlərin altındakı sahənin iddiaçının istifadəsində olmasını təsdiq edirlər. Qonşu obyektin sahibi cavabdeh2 M.Hadi küçəsi, ** nömrəli binanın yarım zirzəmisində olan 34.7 kv.m qeyri-yaşayış sahəsini ## #### 2002-ci il tarixdə özəlləşdirmişdir. Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin ##.##.2002-ci il tarixli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnaməsini almışdır. Həmin qeyri-yaşayış sahəsi doqquzmərtəbəli binanın yarımzirzəmisində yerləşir və dövlət hesabına tikilmişdir. cavabdeh2 özünə məxsus qeyriyaşayış sahəsinə texniki pasport alarkən qanunsuz olaraq onun istifadəsində olan 20.5 kv.m qeyri yaşayış sahəsinin 11.5 kv.metr hissəsini öz ərazisinə aid etmiş və texniki pasportda qeyd edilmişdir. cavabdeh2 özünə məxsus sahəyə çıxarış alarkən qanunsuz və əsassız olaraq iddiaçıya məxsus sahənin 11.5 kv.m hissəsini də texniki pasportda öz sahəsi kimi göstərmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi 20 ildən artıqdır ki, iddiaçının istifadəsindədir. Ona görə də qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hazırkı iddia üzrə subyektiv hüququ vardır. Iddiaçı yuxarıda qeyd etdiyi tələblə əlaqədar Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə dəfələrlə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin yazılı cavabında göstərilir ki, Xidmətin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilmiş, baxış zamanı cavabdeh2 tərəfindən özəlləşdirilmiş 11,5 kv.m qeyriyaşayış sahəsinin cizgidə göstərilmiş daxili ölçüləri ilə faktiki ölçülər arasında uyğunsuzluq olduğu, həmçinin həmin sahəyə cizgidə giriş qapısının mövcud olmadığı və giriş qapısının isə pəncərə boşluğu kimi göstərildiyi məlum olmuşdur. Eyni zamanda Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ##.##.2021-ci il və ##.##.2022-ci il tarixli məktubları ilə həmin sahənin dövlət tərəfindən layihə əsasında inşa olunan Xətai rayonu, M.Hadi küçəsi, ev 73 ünvanında yerləşən yaşayış binasının tikinti layihəsinə aid olmadığını və dövlət vəsaiti hesabına inşa edilmədiyini bildirmişdir. Həmçinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 5 ünvanında yerləşən 9 mərtəbəli binanın pilləkənaltı sahəsinin özəlləşdirilməsi ilə bağlı bildirilir ki, pilləkənlər və pilləkənaltı sahələr ümumi istifadə təyinatlı olduğu üçün onların özəlləşdirilməsinə yol verilmir. Yaranmış mübahisə inzibati orqan tərəfindən həll olunmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilmiş, ünvan 5 ünvanında yerləşən 15,1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi barəsində “Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın yarımzirzəmisi” kimi dövlət əmlakının Registrində 010-00007841-013 nömrə ilə aparılmış qeyd, Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin ##.##.2002-ci il tarixli *** saylı sərəncamı, Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” ##.##.2002-ci il tarixli *** nömrəli sərəncamı 010- 00007841-013 registr nömrəli ünvan 5 ünvanında yerləşən Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın 15.1 kv.metrdən ibarət yarımzirzəmisinə aid hissədə, Əmlakın Inventarlaşdırılması Bürosu tərəfindən verilmiş ##.##.2002-ci il tarixli Texniki pasport 010- 00007841-013 registr nömrəli ünvan 5 ünvanında yerləşən Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın 15.1 kv.mdən ibarət yarımzirzəmisinə aid hissədə, Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında ##.##.2002ci il tarixli, ****** qeydiyyat nömrəli Şəhadətnamə 010-00007841-013 registr nömrəli ünvan 5 ünvanında yerləşən Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın 15.1 kv.metrdən ibarət yarımzirzəmisinə aid hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Inzibati Məhkəməsi gəldiyi nəticəsi onunla əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi faktiki olaraq 20 ildən artıq iddiaçının istifadəsində olmuş, hətta həmin qeyri-yaşayış sahəsinin sahibi kimi digər şəxsə icarəyə vermişdir. Buna görə də, iddiaçının sahibliyində olmuş əmlakın başqasının adına özəlləşdirilməsi ilə bağlı hazırkı məzmunda iddianı qaldırmaq üçün subyektiv hüququ vardır. Mübahisəli qeyri yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı inzibati aktın iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Eyni zamanda həmin sahənin 20 ildən artıq iddiaçının istifadəsində olması və başqa şəxsə icarəyə verərək gəlir əldə etməsi iddiaçının həmin sahənin üçüncü şəxsin adına özəlləşdirilməsindən xəbərsiz olmasını ağlabatan edir. Məhkəmə iclasında iddiaçı mübahisəli sahənin onun tərəfindən inşa edildiyini, həmişə istifadəsində olduğunu bildirmiş, yalnız üçüncü şəxs mülki mühakimə icraatı qaydasında iddia qaldırdıqda həmin sahənin özəlləşdirilməsindən məlumatlı olduğunu qeyd etmişdir. Məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı hazırkı iddianı qaldırma üçün prosessual müddəti də ötürməmişdir. cavabdeh2 Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarından apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2024-cü il tarixli 2- *(***)-****/**** nömrəli qərarından kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(102)- ***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli 2 *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı iş üzrə cavabdehlərdən ona məxsus olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, ona təhvil verilməsini tələb etsə də, cavabdehlər yuxarıda sadalanan iş üzrə qəbul edilmiş məhkəmə qərarlarında yalnız hüquq müəyyənedici sənədlərin ləğv edildiyini, qeyri-yaşayış sahəsinin boşaldılaraq, ona təhvil verilməsinin qərarda əks edilmədiyini əsas gətirərək, tələbi icra etməkdən imtina etmişlər. cavabdeh2 qanunsuz olaraq həmin ərazini zəbt etməklə yanaşı hazırkı iş üzrə iddiaçının sahibliyində olan hissəni Bairamova Natela və cavabdeh3 icarəyə verməklə əsassız olaraq fayda əldə etməkdədir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Işin yuxarıda sadalanan hallardan görünür ki, cavabdehlər qeyd edilən məhkəmə qərarlarının qəbul edilməsinə baxmayaraq, qanunsuz və əsassız olaraq iddiaçıya məxsus qeyriyaşayış sahəsini zəbt edərək istifadə etməkdədirlər. Yuxarıda qeyd edilən hallardan aydın olur ki, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi hazırda cavabdehlərin qanunsuz istifadəsindədir.

24. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdehlər Abbasova Fərman Nəriman oğlu, cavabdeh3 və Bairamova Natellanın ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 11.5 kv.m olan hissəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçı İddiaçı 1 təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul vəsaitinin cavabdehlər Abbasova Fərman Nəriman oğlu, cavabdeh3 və Bairamova Natelladan müştərək qaydada tutularaq, iddiaçı İddiaçı 1 ödənilməsi qət edilmişdir.

25. Qətnamə onunla əsaslandırılmışdır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən daşınmaz əmlakla bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından, analoji mübahisələrlə bağlı Avropa Məhkəməsinin presedentlərində nümayiş etdidiyi mövqe nəzərə alınmaqla, mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, bir sıra qərarlarında Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirmişdir. Mülki işdə olan sübutlarla müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 34.7 kv.m olan qeyri-yaşayış sahəsinin 15.1 kv.m-lik sahəsi köməkçi sahədir. Həmin qeyri-yaşayış sahəsinin tərkibində olan köməkçi sahənin 11.5 kv.m-lik sahəsi anbar, digər 3.6 kv.m olan sahəsi isə dəhliz kimi sənədlərdə qeyd olunmuşdur. Bakı şəhəri Xətai Rayon Icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin ** saylı Mənzil Kommunal Istismar Sahəsinin ##.##.2020-ci il tarixli, *** saylı arayışından görünür ki, ünvan 7 saylı ünvanda yerləşən “xxxx” ASC-nin 30 kv.m-lik pilləkən altı qəfəslik sahəsi İddiaçı 1 məxsusdur. Mübahisənin predmeti olan pilləkənaltı sahənin iddiaçı tərəfindən tikilməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli qətnaməsi (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ####### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarı) ilə müəyyən edilmiş işin halları ilə də öz təsdiqini tapır. Belə ki, həmin qərarda hazırkı mübahisenin predmeti olan pilləkənaltı sahə ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh cavabdeh2 həmin pilləkənaltı sahənin özü tərəfindən tikildiyinə dair hər hansı bir iddia irəli sürməmiş, ümumiyyətlə, bununla bağlı hər hansı bir xüsusat məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Cavabdehin yeganə və başlıca dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən mübahisələndirilən pilləkənaltı sahə dövlət əmlakının registrində qeydə alınmış dövlət əmlakı olmuş və müvafiq qanunvericiliyə əsasən onun tərəfindən özəlləşdirilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan pilləkənaltı sahənin dövlət tərəfindən layihə əsasında inşa olunan Məhəmməd Hadi ** saylı ünvanda olan yaşayış binasının tikinti sahəsinə aid olmaması və dövlət vəsaiti hesabına tikilməməsi həmin sahənin dövlət əmlakı hesab edilməsini və bu əsasla dövlət əmlakının reyestrində qeydiyyata alınmasını tamamilə əsassız edir. Hazırkı halda, iddiaçının subyektiv hüququnun olması ilə bağlı məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən pilləkənaltı sahə məhz iddiaçı tərəfindən tikilmiş və istifadə edilməkdədir. Belə ki, həmin pilləkənaltı sahənin yerləşdiyi pilləkən sahəsi məhz Məhəmməd Hadi ** saylı ünvanda olan yaşayış binasının birinci mərtəbəsində yerləşən və iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə (hazırda “xxxx”ın filialı kimi fəaliyyət göstərir) giriş məqsədilə sonradan yaşayış binasına əlavə olaraq tikilmişdir və yaşayış binasının ilkin tikinti layihəsinə aid olmamışdır. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən tikilinin 11.5 kv.m olan hissəsinin tikilməsi qüvvədə olan məhkəmə qərarı ilə təsdiqini tapdığından, cavabdehlər mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinden heç bir qanuni əsas və hüquq olmadan istifadə etdiyinden iddia qismən təmin edilməli, cavabdehlər ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 11.5 kv.m olan hissəsindən çıxarılmalı, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçı İddiaçı 1 təhvil verilməlidir.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 152, 157.2, 157.8ci maddələrinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına * saylı Protokolun 1-ci maddəsinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Öneryıldız Türkiyəyə qarşı” işi üzrə Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazin dəlilləri, məhkəmə icraati iştirakçilarinin izahatlari

a) Apellyasiya şikayətinin dəlilləri

27. Cavabdeh cavabdeh7 həmin qətnamədən apellyasiya şikayəti verərək, qismən ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilərək, həmin hissədə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Cavabdeh cavabdeh7nun apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə qeyri-obyektiv olmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə məhkəmə qərarında göstərilmiş nəticə işin faktiki hallarına uyğun deyildir, işə baxılarkən Azərbaycan Respublikasının mülki və mülki prosessual qanunvericiliyindən irəli gələn maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Işin faktiki halları ondan ibarətdir ki, iddiaçı İddiaçı 1 mübahisəli 15.1 kv.m-lik sahəyə dair heç bir mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədi yoxdur. Məhkəmə prosesində müəyyən edilmişdir ki, həmin pilləkənaltı sahə 2000ci ildə özbaşına tikilmişdir və dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmamışdır. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən bu əsas mövqe olmamışdır. Mübahisəli ünvan 1 ünvanında yerləşən 15.1 kv.m-lik sahənin İddiaçı 1 məxsus olmasını təsdiq edən mülkiyyət hüququ sənədi (çıxarış) yoxdur. Xətai Rayon Məhkəməsinin özünün ##.##.2025-ci il tarixli qərardadında da qeyd olunub ki, bu sahəyə dair mülkiyyət sənədi mövcud deyil. Mülkiyyətçisi olmadığı bir sahədən şəxsin çıxarılmasını tələb etmək hüquqi əsasdan məhrumdur. Birinci instansiya məhkəməsində də bildirmişdir ki, o, 2019-cu ildən həmin ünvanda fasiləsiz olaraq foto və çap xidmətləri ilə məşğul olur. Məhkəmə tərəfindən çıxarılma qərarının verilməsi onun yeganə dolanışıq mənbəyini itirməyinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə qorunan hüquqlarının pozulmasına səbəb olur. Birinci instansiya cavabdeh İddiaçı 1 tərəfindən irəli sürülən sübut və detallara heç bir əsas verməmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən maddi və prosessual qanunvericiliyinin tələblərini pozmuş, işin hallarını hərtərəfli tam və obyektiv araşdırılması üçün tədbirlər görməmiş, mənim tərəfimdən təqdim edilmiş sübutlar müzakirə belə edilməmiş, təqdim olunan şahidlər dindirilməmiş, ekspert rəyinə tənqidi yanaşılmamış və ekspert rəyinin məcburi olmaması və Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmə tərəfindən qiymətləndirilməli olması barədə MPM-nin 103-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi cavabdehi məhkəməyə təqdim etdiyi sübutlara, yəni, sözügedən məlumatları təsdiq edən sənədlərə, yəni ərizə, məlumat, izahat və digər sənədlərə əhəmiyyət verməmiş, həmin sənədləri məhkəmə iclasında araşdırmamış, təqdim olunan şahidləri dindirməmiş, tələm-tələsik iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirini ləğv edərək, onun çıxarılmağının sahibkarlıq fəaliyyətinə maneə yaratdığını və iddiaçının sənədlərinin kifayət qədər əsaslı olmadığını artıq bir dəfə təsdiq etmişdir. Lakin yekun qətnamədə bu mühüm faktlar əsassız olaraq diqqətdən kənarda qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-**/**** saylı qərardadı ilə iddiaçının şikayətini rədd etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadını dəyişdirilmədən saxlamışdır. Bu o deməkdir ki, yuxarı instansiya məhkəməsi artıq onun həmin sahədən çıxarılmağının və fəaliyyətinin qadağan edilməsinin əleyhinə mövqe bildirmişdir. Mülki Prosessual Məcəllənin və Mülki Məcəllənin tələblərinə görə, əmlakdan çıxarılma tələbi yalnız həmin əmlakın qanuni mülkiyyətçisi və ya qanuni sahibliyi olan şəxs tərəfindən irəli sürülə bilər. Iddiaçı İddiaçı 1 mübahisəli 15.1 kv.m-lik sahəyə dair heç bir mülkiyyət sənədi (çıxarış) yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin sahə 2000-ci ildə özbaşına tikilmişdir və dövlət reyestrində qeydiyyata alınmamışdır. Mülkiyyət hüququ olmayan şəxsin “çıxarılma” tələbi hüquqi əsasdan məhrumdur. Cavabdeh İddiaçı 1 həmin sahədə özbaşına deyil, ## ###### 2024-cü il tarixli qanuni “Icarə müqaviləsi” əsasında fəaliyyət göstərir. Rəsmi qeydiyyat: Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli arayışı (VÖEN: 1505704222) təsdiq edir ki, “FOTO” adlı sahibkarlıq subyekti məhz bu ünvanda uçota alınmışdır. Məhkəmənin çıxarılma qərarı dövlət tərəfindən tanınan və vergi uçotuna alınan qanuni sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilədir. Bakı Apellyasiya Məhkəməsi artıq bu mübahisə ilə bağlı ##.##.2026-cı il tarixli, 16(3- *)-**/**** saylı qərardadı ilə öz hüquqi mövqeyini bildirmişdir. Məhkəmə həmin qərardadda qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Cavabdehin çıxarılmağı sahibkarlıq fəaliyyətinə əsassız maneə yaradır. Birinci instansiya məhkəməsinin yuxarı instansiyanın bu qəti mövqeyini və hüquqi qiymətləndirməsini nəzərə almaması prosessual qanunvericiliyin pozulmasıdır. Cavabdeh İddiaçı 1 sözügedən həmin obyektdən ## ###### 2024-cü il tarixli icarə müqaviləsi əsasında istifadə edir. O, həmin obyektdə qanunsuz yox, müqavilə əsasında fəaliyyət göstərən sahibkardır və obyektdə ona məxsus çoxsaylı texniki avadanlıqlar və inventarlar mövcuddur. Iddiaçı İddiaçı 1 heç bir mülkiyyət hüququ olmadan hansı əsasla cavabdeh İddiaçı 1 notarial qaydada təsdiq olunmuş qanuni icarəyə götürdüyü obyektdən, onu gəlirindən məhrum edə bilər?! Belə ki, Bakı Inzibati Məhkəməsinin qərarı ilə yalnız cavabdeh2 məxsus sənədlər ləğv edilmişdir. Lakin bu, avtomatik olaraq həmin sahənin İddiaçı 1 məxsus olması demək deyil. Sənədlərin ləğvi iddiaçı üçün mülkiyyət hüququ yaratmır və ona başqasını sahədən çıxarmaq səlahiyyəti vermir. Məhkəmə iclasında araşdırılmış çoxsaylı sübutlarla iddia tələbinin əsassız olduğu təsdiq edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iş üzrə obyektiv nəticəyə gəlinməsini təmin etməmişdir. Birinci instansiya məhkəməsi MPM-nin 14.2-ci maddəsinin tələblərini pozmuş, iş üzrə araşdırılmış sübutlara birtərəfli, yəni iddiaçının mövqeyindən yanaşmış, cavabdehin təqdim edtiyi sübutları araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi sübutlara qiymət verərkən MPM-nin 88-ci madddəsinin tələblərini də pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. Iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, iddianın əsassızlığı məhkəmə iclasında araşdırılmış sübutlarla tam təsdiq edilməsinə baxmayaraq iddia qismən təmin edilmişdir. Cavabdehin təqdim etdiyi sübutlar araşdırılmamış və şahidlər dindirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mülkiyyət hüququnun əsasları aydınlaşdırılmamışdır. Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, belə ki, cavabdehin təqdim etdiyi sübutlar iddianın əsassız olmasını təsdiq edir.

30. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə görə, iddia tələbi tərəflər arasında olan digər məhkəmə aktlarına əsaslanmışdır. Belə ki, bundan öncə 2023-cü ildə iddiaçı İddiaçı 1 inzibati məhkəməyə müraciət edərək özünə məxsus olmasını iddia etdiyi və hazırki iş üzrə mübahisə predmeti olan 15.1 kv.m qeyri-yaşayış sahəsinə dair cavabdeh2 2002ci ildə qeydə alınmış mülkiyyət hüquqlarının və çıxarışın ləğv edilməsini tələb etmişdir. Bakı Inzibati Məhkəməsinin 05 fevral2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. BakıApellyasiya MəhkəməsininInzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə üçüncü şəxs cavabdeh2 apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025ci il tarixli, *-*(***)-**** saylı qərarı ilə kassasiya şikayəti də təmin edilməmişdir. Iddiaçı yuxarıda qeyd edilən məhkəmə aktlarına istinad edərək, mübahisəli 15.1 kv. qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi davranaraq, cavabdeh cavabdeh2 və digərlərinin həmin sahədən çıxarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında olan daha əvvəlki mülki işdə olan məhkəmə aktlarına, daha dəqiq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli qətnaməsinə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarına söykənərək, həmin məhkəmə aktları ilə müəyyən edilmiş işin hallarına əsaslanmışdır. Lakin bu məhkəmə aktlarında qeyd edilən halların heç biri müəyyən edilməmişdir. Yəni, məhkəmənin əsaslandırması səhvdir. Məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**** saylı qərarında qeyd edilir ki, mübahisələndirilən sahə, pilləkənaltı sahə olduğu üçün ümumi istifadədə olan ərazi hesab olunur və belə sahələrin özəlləşdirilməsinə yol verilmir. Bu o deməkdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə münasibətdə hazırda heç kimin, o cümlədən iddiaçı İddiaçı 1 mülkiyyət və ya digər dövlət qeydiyyatına alınmış hüquqları mövcud deyil, və onun həmin qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmək hüququ yoxdur. Bakı Inzibati Məhkəməsinin qərarı ilə yalnız cavabdeh2 məxsus sənədlər ləğv edilmişdir. Lakin bu, avtomatik olaraq həmin sahənin İddiaçı 1 məxsus olması demək deyil. Sənədlərin ləğvi iddiaçı üçün mülkiyyət hüququ yaratmır və ona başqasını sahədən çıxarmaq səlahiyyəti vermir. Məhkəmə qətnaməsinin 12-ci səhifəsinin 3-cü abzasında qeyd olunub: “Mübahisənin predmeti olan pilləkənaltı sahənin iddiaçı tərəfindən tikilməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli qətnaməsi (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ####### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- ****/**** saylı, ##.##.2022-ci il tarixli qərarı) ilə müəyyən edilmiş işin halları ilə də öz təsdiqini tapır.” Halbuki, qeyd edilən məhkəmə aktlarına əsasən, əksinə, həmin işdə iddiaçı olan cavabdeh2 mübahisəli qeyri-yaşayış sahəsinə olan hüquqları üstün hesab edilmişdir. Daha sonra növbəti abzasda qeyd edilib: “Bələ ki, həmin qərarda hazırkı mübahisənin predmeti olan pilləkənaltı sahə ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh cavabdeh2 həmin pilləkənaltı sahənin özü tərəfindən tikildiyinə dair hər hansı bir iddia irəli sürməmiş, ümumiyyətlə, bununla bağlı hər hansı bir xüsusat məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Cavabdehin yeganə və başlıca dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən mübahisələndirilən pilləkənaltı sahə dövlət əmlakının reyestrində qeydə alınmış dövlət əmlakı olmuş və müvafiq qanunvericiliyə əsasən onun tərəfindən özəlləşdirilmişdir.” Məhkəmənin istinad etdiyi məhkəmə aktlarında bu müddəaların heç biri yoxdur və məhkəmə belə bir qənaətə gəlməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərini pozmuş, iş üzrə araşdırılmış sübutlara birtərəfli, yəni iddiaçının mövqeyindən yanaşmış, cavabdehin təqdim edtiyi sübutları araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, iddianın əsassızlığı məhkəmə iclasında araşdırılmış sübutlarla tam təsdiq edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iş üzrə obyektiv nəticəyə gəlinməsini təmin etməmiş və iddia qismən təmin edilmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətlərinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Iddiaçı İddiaçı 1 apellyasiya şikayətlərinin dəlilləri ilə razı olmadığını bildirirək, apellyasiya şikayətlərinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

33. Cavabdeh cavabdeh2 və onun nümayəndəsi vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişlər.

34. Cavabdeh cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.

35. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Bairamova Natella (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxişinin hədləri

38. Cavabdehlər cavabdeh7 və cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri ilə qətnamənin qismən – iddianın təmin olunduğu hissədə ləğv edilərək, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə həmin hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

39. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Şikayət cavabdehlərin birinci instansiya məhkəməsində irəli sürdükləri dəlillərlə əsaslandırılmış, həmin dəlillər əsasında isə məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.

41. Cavabdehlər apellyasiya şikayətinin dəlillərində iddiaçının mübahisə predmeti olan daşınmaz əmlak üzərində heç bir hüququnun olmamasına istinad etsə də, məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ####### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, mübahisələndirilən pilləkənaltı sahə məhz iddiaçı tərəfindən tikilmiş və istifadə edilməkdədir, belə ki, həmin pilləkənaltı sahənin yerləşdiyi pilləkən sahəsi məhz Məhəmməd Hadi ** saylı ünvanda olan yaşayış binasının birinci mərtəbəsində yerləşən və iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə (hazırda “xxxx”ın filialı kimi fəaliyyət göstərir) giriş məqsədilə sonradan yaşayış binasına əlavə olaraq tikilmişdir və yaşayış binasının ilkin tikinti layihəsinə aid olmamışdır. Mübahisələndirilən sahə, pilləkənaltı sahə olduğu üçün ümumi istifadədə olan ərazi hesab olunduğu halda belə cavabdehin həmin sahədən öz məqsədləri üçün istifadə etmək, icarəyə verib gəlir əldə etmək və digər şəkildə faydalanmasının heç bir əsası yoxdur, iddiaçıya məxsus qeyri – yaşayış sahəsinə giriş məqsədi ilə inşa olunduğundan hazırkı tələbin məhz onun iddiası əsasında təmin olunması üçün əsaslar mövcuddur.

42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının subyektiv hüququnun olması məsələsinə də həmin qərarlara əsasən qiymət verilmiş, məhz onun iddiası əsasında cavabdehin adına verilmiş sənədlər ləğv edilmişdir.

43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı 1 tərəfindən mübahisələndirilən tikilinin 11,5 m2 olan hissəsinin tikilməsi qüvvədə olan məhkəmə qərarı ilə öz təsdiqini tapdığından, cavabdehlər mübahisə predmeti olan qeyri-yaşayış sahəsindən heç bir qanuni əsas və hüquq olmadan istifadə etdiyindən birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı mövqedə olmuşdur.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

45. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh7 və cavabdeh2 tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar