Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1237/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X2 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Manafov İlqar Murad oğluna qarşı “paylı mülkiyyətdə olan əmlakın üçüncü şəxsin razılığı olmadan başqa şəxsə bağışlanma müqaviləsinin təsdiq edilməsi” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Manafov İlqar Murad oğluna qarşı “Paylı mülkiyyətdə olan əmlakın üçüncü şəxsin razılığı olmadan başqa şəxsə bağışlanma müqaviləsinin təsdiq edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, Paylı mülkiyyətində olan, yəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədli Şəfai küçəsi, ev 2 (Yeni qaydalarla: ünvan 1 ) ünvanındakı 14/24 pay hissə əmlakının qızı X1 bağışlamaq üçün cavabdeh Manafov İlqar Murad oğlunun razılığı olmadan Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən bağışlama müqaviləsinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Manafov İlqar Murad oğlu ##.##.2026-cı il tarixində vəsatət verərək, İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı "vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi, payların müəyyən edilməsi və s." tələbi ilə iddia qaldırmış və həmin iddia üzrə e-*(*-***)-***/**** nömrəli mülki iş hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olduğunu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4cü maddəsinə istinad edərək, göstərilən mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı *(***)-****/**** nömrəli mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərardadına əsasən, Bakı Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)- ****/**** nömrəli mülki iş üzrə icraat iddiaçı Manafov İlqar Murad oğlunun cavabdeh İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı qaldırılmış "vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi, payların müəyyən edilməsi və s." iddia tələbinə dair e-*(*-***)-***/**** nömrəli iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır. İddiaçı İddiaçı ##.##.2026-cı il tarixində *(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardaddan görünür ki iddiaçı Manafov İlqar Murad oğlunun cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, İddiaçı qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Nəzərə alınmalıdır ki, həmin işlə hazırki iş arasında tələb və tərəf baxımından bağlılıq aşkardır. Belə ki, iddiaçı “Paylı mülkiyyətdə olan əmlakın üçüncü şəxsin razılığı olmadan başqa şəxsə bağışlanma müqaviləsinin təsdiq edilməsi”ni tələb edir. Cavabdeh isə İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı iddia qaldıraraq "vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi, payların müəyyən edilməsi və s." tələb edir. Hər iki mülki iş üzrə mübahisə predmeti paylı mülkiyyət və eyni daşınmaz əmlak – Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədli Şəfai küçəsi, ev 2 olmaqla, həmin əmlak üzərində hüquqların həcmi və məzmunu digər iş üzrə qəbul ediləcək məhkəmə aktından birbaşa asılıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı Sabunçu Rayon Məhkəməsindəki digər mübahisə tam həll edilməyənədək hazırki işə baxıla bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 254.1.4-cü və 256.0.3cü maddələrini nəzərə alaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər : Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(3-6)-1237/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1237/2026
03.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver