Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1238/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ İş № *(3-6)-1238/2026 (Açar sözlər: şikayətdən imtina edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ## ###### 2026 -cı il tarixli qərardadından cavabdeh Cavabdeh (nümayəndəsi və vəkili vəkil2) tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 82C, ** saylı mənzilə mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyana görə 8568,40 manat, mənzildən istifadənin məhdudlaşdırılması ilə bağlı 12000 manat (##.##.2023-cü il tarixindən ##.##.2025-ci il tarixinədək olan dövr üçün), mənəvi zərərə görə 500 manat, vəkilin göstərdiyi yardıma görə 500 manat, çəkilmiş xərcə görə 145 manat, ödənilmiş dövlət rüsumuna görə 154 manat olmaqla, cəmi 21867,4 (iyirmi bir min səkkiz yüz altmış yeddi manat, qırx qəpik) manat məbləğində pulun, ##.##.2025-ci il tarixindən qətnamə icra olunduğu günədək hər ay 400 (dörd yüz) manat pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 82C, ** saylı mənzilin müxtəlif yerlərindən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 82C, ** saylı mənzilin sahələrinə su sızmalarının qarşısının alınması öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 ##.##.2026-cı il tarixində apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə verərək, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ## ###### 2026cı il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş ərizənin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ****/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması mümkün hesab edilmiş və işə yazılı icraat qaydasında baxılması ## ##### 2026cı il tarixə təyin edilmişdir. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 ##.##.2026-cı il tarixdə Elektron kabinet vasitəsilə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından verdikləri şikayətdən imtina etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 398.0.4-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadından verdikləri şikayətdən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.3, 398.0.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından verdikləri şikayətdən imtinası qəbul edilsin və iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Sabit Bəhramzadə
Məhkəmə qərarları › İş №2(3-6)-1238/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1238/2026
06.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver