Məhkəmə qərarları › İş №2(3-6)-1272/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1272/2026

20.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1272/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “qeyriyaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının və maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının və maddi ziyanın əvəzinin ödənilməsi) Hakimlər: X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili vəkil1, Cavabdeh cavabdeh2, Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “qeyriyaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının və maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı «əmlakdan çıxarılma və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən 200.8 kv.metr qeyri-yaşayış sahəsinin cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən iddiaçıya təhvil verilməsi, ##.##.2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli olan icarə haqqı (dəymiş ziyanın) 128151 manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 420 manatın cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməsi və Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən 200.8 kv.metr qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilənədək ##.##.2025-ci il tarixdən hesablanmaqla aylıq 3923,64 manat məbləğində dəymiş maddi ziyanın cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən 200.8 kv.metr qeyri-yaşayış sahəsini iddiaçı iş üzrə cavabdeh cavabdeh1 ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır. Qeyri-yaşayış sahəsinin faktiki mülkiyyətçisi iş üzrə cavabdeh cavabdeh2 olmuşdur. İş üzrə cavabdeh olan cavabdeh3 cavabdeh2 tərəfindən ona verilmiş ümumi sərəncamverici etibarnamədən istifadə edərək həmin əmlakı satışa çıxardığını bildirmişdir. İddiaçı həmin əmlakla maraqlanıb almaq qərarına gəlmişdir. Həmin vaxt cavabdehlər öz aralarındakı razılaşmaya uyğun olaraq ilk öncə əmlakı cavabdeh1 adına rəsmiləşdirmiş, iddiaçı həmin əmlakı cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında dəyərini tam ödəməklə (338.000 manat) almışdır. Bundan sonra cavabdehlər iddiaçıya təklif etmişlər ki, qeyri-yaşayış sahəsində fəaliyyət göstərilməsinə iddiaçı tərəfindən icazə verilsin və bunun müqabilində cavabdehlər iddiaçıya aylıq icarə haqqı ödəsin. İddiaçı bununla razılaşmış və həqiqətən cavabdehlər orada fəaliyyət göstərmiş və iddiaçıya aylıq icarə haqqı ödəmişlər. Hətta bu müddət ərzində iddiaçı həmin qeyri-yaşayış sahəsinin təmirinə xərc sərf etmişdir. Lakin 2021-ci ilin avqust ayının sonunda 3-cü cavabdeh cavabdeh2 iddiaçı ilə əlaqə saxlayaraq əmlakı satmadığını, digər cavabdehlərin onu aldatmasını bildirmişdir. Həmin vaxtdan etibarən iddiaçı həmin qeyri-yaşayış sahəsinə buraxılmamış və ona aylıq icarə haqqı ödənilməmişdir. İddiaçı səbrlə gözləmişdir ki, 3-cü cavabdeh cavabdeh2 bu məsələni həll etsin. Lakin 2022-ci ilin mart ayında cavabdeh2 alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirərək mübahisəli əmlak üzərində müvəqqəti təminat tədbiri qismində qadağa tətbiq edilməsinə nail olmuş və ##.##.2022-ci ildə isə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Uzun sürən məhkəmə mübahisələrindən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə məhkəmə mübahisəsi İddiaçı xeyrinə yekunlaşmış və o vicdanlı alıcı olması səbəbindən iddia tələbi ona aid hissədə təmin edilməmişdir. Yəni, mübahisəli əmlak hazırda da iddiaçının mülkiyyətindədir. Buna baxmayaraq, hazırda orada 3-cü cavabdeh cavabdeh2 qanunsuz olaraq fəaliyyət göstərir və əmlakı iddiaçıya təhvil verməkdən imtina edir. Bununla da iddiaçıya maddi ziyan vurmağa davam edir. Belə ki, yuxarıda qeyd edilən iddia tələbinə baxılan zaman cavabdeh2 məhkəməyə icarə müqavilələri təqdim edərək özünü oranın sahibi kimi təqdim etməyə çalışmış və icarə haqqını özü almasını qeyd etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, 125.100 manat məbləğində pul vəsaitinin cavabdeh3 və cavabdeh2 İddiaçı xeyrinə tutulması, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilənədək ##.##.2025-ci il tarixdən başlayaraq aylıq 3.300 manat icarə haqqı hesablanmaqla maddi ziyanın əvəzinin cavabdehlər cavabdeh3 və cavabdeh2 İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 210 manat hissəsinin cavabdehlər cavabdeh3 və cavabdeh2 İddiaçı xeyrinə tutulması, “AECS Azərbaycan” Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 330 manat vəsaitin 165 manat hissəsinin İddiaçı, 165 manat hissəsinin cavabdeh3 və cavabdeh2 tutulub “AECS Azərbaycan” Qiymətləndirmə və Konsaltinq Xidmətinin hesabına (hesab: Hesab № AZN AZ74AIIB400600F9443401807112, Bank “xxxx” ASC 28 Mərkəz Filialı,KOD200026;VÖEN1401555071;MüxbirhesAZ37NABZ013501**********1944 S.W.İ.F.T. AIIBAZ2XXXX) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə (hakim İ.Rüstəmli) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə düzəliş edilməsi və qətnamənin nəticə hissəsində “Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin. 125.100 manat məbləğində pul vəsaiti cavabdeh3 və cavabdeh2 İddiaçı xeyrinə tutulsun. Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilənədək ##.##.2025-ci il tarixdən başlayaraq aylıq 3.300 manat icarə haqqı hesablanmaqla maddi ziyanın əvəzi cavabdehlər cavabdeh3 və cavabdeh2 İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 210 manat hissəsi cavabdehlər cavabdeh3 və cavabdeh2 İddiaçı xeyrinə tutulsun tutulsun. “AECS Azərbaycan” Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 330 manat vəsaitin 165 manat hissəsi İddiaçı, 165 manat hissəsi cavabdeh3 və cavabdeh2 tutulub “AECS Azərbaycan” Qiymətləndirmə və Konsaltinq Xidmətinin hesabına (hesab: Hesab № AZN AZ74AIIB400600F9443401807112, Bank “xxxx” ASC 28 Mərkəz Filialı,KOD200026;VÖEN1401555071;MüxbirhesAZ37NABZ013501**********1944 S.W.İ.F.T. AIIBAZ2XXXX) köçürülsün” sözlərinin “Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin. 125.100 manat məbləğində pul vəsaiti cavabdeh1 və cavabdeh2 İddiaçı xeyrinə tutulsun. Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilənədək ##.##.2025-ci il tarixdən başlayaraq aylıq 3.300 manat icarə haqqı hesablanmaqla maddi ziyanın əvəzi cavabdehlər cavabdeh1 və cavabdeh2 İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 210 manat hissəsi cavabdehlər cavabdeh1 və cavabdeh2 İddiaçı xeyrinə tutulsun. “AECS Azərbaycan” Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 330 manat vəsaitin 165 manat hissəsi İddiaçı, 165 manat hissəsi cavabdeh1 və cavabdeh2 tutulub “AECS Azərbaycan” Qiymətləndirmə və Konsaltinq Xidmətinin hesabına (hesab: Hesab № AZN AZ74AIIB400600F9443401807112, Bank “xxxx” ASC 28 Mərkəz Filialı,KOD200026;VÖEN1401555071;MüxbirhesAZ37NABZ013501**********1944 S.W.İ.F.T. AIIBAZ2XXXX) köçürülsün” kimi oxunması qərara alınmışdır.

5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli əmlak xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı cavabdehin ona məxsus əmlakın boşaldılmasını tələb etməkdə haqlıdır. Bu səbəbdən Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv.metr olan qeyri-yaşayış sahəsi cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən iddiaçıya təhvil verilməlidir. Mütəxəssis rəyinin mötəbərliyini əsas götürərək məhkəmə qeyd etmişdir ki, cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən ##.##.2021-##.##.2025-ci il tarixləri aralığında iddiaçıya ödənilməli olan, lakin ödənilməyən icarə haqqı kimi 125.100 manat məbləğində pul vəsaiti cavabdehlər cavabdeh1 və cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. İşdən göründüyü kimi mübahisəli əmlak iddiaçıya məxsus olmasına baxmayaraq, hazırki vaxta kimi iddiaçının iradəsinə zidd olmaqla onun istifadəsi və sahibliyi xaricindədir. Əmlakın satıcısı cavabdeh1 iddiaçı ilə münasibətləri korlandıqdan sonra müqavilənin şərtinə əməl etməyərək əmlakı iddiaçıya qaytarmaqdan imtina etmiş, əmlakdan istifadə edib qazanc götürən cavabdeh2 isə öz növbəsində əmlakı öz sahibliyində saxlamaqla iddiaçını ona məxsus əmlaka sahiblik və istifadə etmək hüququndan məhrum etmişdir. İşdə olan “AECS Qiymətləndirmə və Konsaltinq” Xidmətinin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, sözügedən əmlakın 2025-ci ilin üçün aylıq icarə haqqı 3.300 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ##.##.2025-ci il tarixdən başlayaraq Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən 200.8 kv.metr qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilənədək aylıq 3.300 manat icarə haqqı hesablanmaqla maddi ziyanın əvəzi cavabdehlər cavabdeh3 və cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

6. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsini ləğv edib, ona aid hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasın vaxtını onlarla razılaşdırmadan təyin etdiyinə və nümayəndənin həmin gün eyni vaxtda Ali Məhkəmədə cinayət işinin baxılmasında iştirak etməli olduğuna görə elektron kabinet vasitəsi ilə məktub göndərərək işin baxılmasını başqa vaxta təxirə salınmasını xahiş etsə də, məhkəmə bunu nəzərə almamış və onlara məhkəmədə mövqeyini əsaslandırmağa şərait yaratmadan əsassız və qanunsuz qətnamə qəbul etməklə hüquqlarını kobud surətdə pozmuşdur ki, bu da MPM-nin 385.1.1-ci maddəsinə əsasən qətnamənin ləğv olunması üçün əsasdır. Bundan başqa qətnamədə xeyli yanlışlığa, səhvə yol verilmişdir. Belə ki, qətnamadə göstərilir ki, guya o, mülkiyyətində olmuş əmlaka dair cavabdeh1la birlikdə onun yeni mülkiyyətçisi ilə icarə müqaviləsi bağlayıb bir neçə ay icarə haqqı ödəyib, sonradan icarə haqqını ödəməyi dayandırıb. Bütün bunlar işin faktiki hallarına ziddir. Belə ki, işin təkzibedilməz halı budur ki, qeyd olunan əmlak onun razılığı və xəbəri olmadan, onun tərəfindən Vüsala verilmiş etibarnamənin saxtalaşdırılması yolu ilə İddiaçı Vüsal və Samirin ayda 12.000 manat faiz ödəməklə sələmə götürdükləri 340.000 manat pulun təminatı olaraq formal alqı-satqı müqaviləsi bağlanmaqla cavabdeh1 tərəfindən İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmənin gəldiyi “Bundan sonra 2021-ci ilin avqust ayına kimi cavabdehlər həmin əmlakdan istifadə etmiş və iddiaçıya icarə haqqını ödəmişdirlər. Lakin 2021-ci ilin avqust ayından sonra cavabdehlər iddiaçı ilə razılığa əməl etməmiş və iddiaçıya icarə haqqını ödəməyi dayandırmış, eyni zamanda əmlakı da iddiaçıya təhvil verməkdən imtina etmişdirlər” nəticəsi də səhvdir. Cavabdeh cavabdeh3 barəsində olan ona məxsus bu qeyd olunan əmlakın dələduzluq yolu ilə ələ keçirilməsi barədə olan cinayət işində sübuta yetirilmişdir ki, cavabdeh3 İddiaçı qeyd olunan müddətdə icarə haqqı kimi yox, aylıq faiz olaraq 12.000 manat olmaqla 80.000 manat pulu faiz kimi vermiş, lakin maddi imksansızlıqdan faiz pulunun ardını ödəyə bilməmişdir. “AECS Qiymətləndirmə və Konsaltinq” Xidmətinin ##.##.2025-ci il tarixli rəyində qeyd edilir ki, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv.metr təşkil edən qeyriyaşayış sahəsinin ##.##.2021-##.##.2025-ci il tarixləri aralığında icarə dəyəri ümumilikdə 125.100 manat təşkil etmişdir ki, bu da aylıq 12.000 manat deyil, 3.125 manat təşkil edir. Bu fakt sübut edir ki, ona məxsus əmlak faktiki olaraq nə satılmamış, nə də icarəyə götürülməmişdir, sələmə verilmiş 340.000 manat borcun qaytarılmasının təminatı kimi girov müqaviləsi əvəzinə alqı-satqı müqaviləsi bağlanmaqla tələbkarın mülkiyyətinə verilmişdir. ##.##.2021-##.##.2025-ci illər üçün icarə haqqının aylıq 3125 manat təşkil etməsi barədə ekspert rəyi də ona görə şübhəlidir ki, həmin dövrün əsas hissəsi pandemiya dövrünə düşdüyünə görə, əmlakları daha ucuz qiymətə icarəyə götürürdülər. Ona görə həmin ekspert rəyi əsas götürülə bilməz. Bundan başqa, ona məxsus əmlakın qanunsuz olaraq tələbkar İddiaçı satılması ilə bağlı onun tərəfindən qaldırılan iddia üzrə məhkəmə prosesləri 2024-cü ildə yekunlaşdığına görə ##.##.2021-##.##.2025-ci illər üçün ondan həmin dövr üçün icarə haqqının tələb edilməsi qanunsuzdur. Bundan başqa, məhkəmənin “AECS Qiymətləndirmə və Konsaltinq” Xidmətinin ##.##.2025-ci il tarixli rəyinə əsasən sözügedən əmlakın 2025-ci il üçün aylıq icarə haqqı 3.300 manat məbləğində müəyyən etməsinə əsasən məhkəmənin ##.##.2025-ci il tarixdən başlayaraq Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən 200.8 kv.metr qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilənədək aylıq 3.300 manat icarə haqqı hesablanmaqla maddi ziyanın əvəzi cavabdehlər cavabdeh3 və cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməsi nəticəsinə gəlməsi də əsassızdır. Yuxarıda qeyd etdiyi kimi, məhkəmə nümayəndənin üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməməsi səbəbindən məhkəmə baxışını başqa vaxta təxirə salınması barədə ərizəsi olmasına baxmayaraq, işə baxıb qətnamə çıxarması səbəbindən onlar məhkəmədə ekspert rəyinin mötəbər olmaması və təkrar ekspertiza təyin edilməsi, habelə işin daha ətraflı araşdırılması barədə vəsatətlər vermək hüququndan məhrum olublar ki, bu da son nəticədə ədalətsiz qətnamənin qəbul olunması ilə nəticələnmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Cavabdeh cavabdeh2 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

10. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. İddiaçının nümayəndəsi və vəkili vəkil1 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 152.8-1. Üzərinə həbs qoyulmuş əmlakın qanunla müəyyən edilmiş hallarda və qaydada idarə edilməsi ilə əlaqədar tədbirlər görülə bilər. Maddə 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Maddə 152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. Maddə 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

-Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; -Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh cavabdeh2 tərəfindən ona aid hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddia tələbinin təmin edilən hissəsində cavabdeh cavabdeh2 münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə cavabdeh cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

19. İşin halları ilə müəyyən edilir ki, cavabdeh1 (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış ## ##### 2021-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv.metr qeyri-yaşayış sahəsini Satıcı 338.000 manat qiymətə Alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

20. İşin halları ilə həmçinin müəyyən edilir ki, ## ##### 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Rzayev Tahir Elçin oğlu Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv.metr olan qeyri-yaşayış sahəsini cavabdeh1 dəyərini ödəməklə almışdır. Sonra iddiaçı ilə cavabdeh cavabdeh2 arasında razılıq əldə edilmişdir ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 həmin qeyri-yaşayış sahəsində fəaliyyət göstərəcək və iddiaçıya aylıq icarə haqqı ödəyəcəklər. Tərəflər bununla bağlı razılığa gəldikdən sonra cavabdehlər həmin qeyri-yaşayış sahəsində fəaliyyətlərini davam etdirmiş və iddiaçıya aylıq icarə haqqı ödəmişlər. Lakin 2021-ci ilin avqust ayının sonundan etibarən cavabdeh cavabdeh2 iddiaçıya icarə haqqını ödəməyi dayandırmış və eyni zamanda əmlakı iddiaçıya təhvil verməkdən imtina etmişdir.

21. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan əmlakın boşaldılması, razılaşdırılmış icarə haqqının və qeyri-yaşayış sahəsi cavabdehlərin sahibliyində qaldığı dövr üçün dəymiş ziyanın cavabdehlərdən tutulmasını xahiş etmişdir.

22. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək qətnaməni ona aid hissədə mübahisələndirmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv.metr qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə verilmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı qeyri-yaşayış sahəsi ilə bağlı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bununla da onun mübahisə predmeti olan əmlakla bağlı sahiblik, istifadə və sərəncam hüququ yaranmışdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

26. Göründüyü kimi, iddiaçı İddiaçı qanunvericiliyin tələbinə əsasən mülkiyyətinə verilmiş əmlakı özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək hüququ vardır.

27. İşin halları ilə həmçinin o da müəyyən edilir ki, X5 tərəfindən Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh3 tərəfindən cavabdeh1 70.000 manat pula satılması barədə Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən təsdiq olunmuş ##.##.2021-ci il tarixdə reyestrdə 4Ə-399 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi, həmçinin qeyri-yaşayış sahəsinin cavabdeh1 tərəfindən İddiaçı 338.000 manata satılması barədə Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən təsdiq olunmuş ##.##.2021-ci il tarixdə reyestrdə 4Ə-194 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeyd mübahisələndirilmişdir.

28. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeyri-yaşayış sahəsinin cavabdeh1 tərəfindən İddiaçı 338.000 manata satılması barədə Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən təsdiq olunmuş ##.##.2021-ci il tarixdə reyestrdə 4Ə-194 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin etibarsızlığı ilə bağlı hissədə iddia tələbi təmin edilməmiş, İddiaçı vicdanlı alıcı olması tanınmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarına əsasən iddiaçı X5 cavabdeh Rzayev Tahir Elçin oğlu və qeyrilərinə qarşı “## ##### 2021-ci il tarixli müqavilənin etibarsızlığı və s.” tələbinə dair iddiası təmin edilməmişdir.

29. Göründüyü kimi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən 200.8 kv.metr qeyri-yaşayış sahəsinin cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən iddiaçıya təhvil verilməsi barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdur.

30. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına * saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz».

31. Məhkəmə kollegiyası iddia tələbinin “##.##.2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək dövrü əhatə edən müddət ərzində ödənilməli olan icarə haqqı (dəymiş ziyanın) 128.151 manat pulun cavabdehlərdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına tərəflər arasında yaranmış icarə münasibətləri ilə bağlı müqavilələr təqdim edilmişdir. Bu səbəbdən qeyd edilməlidir ki, iddiaçı ##.##.2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək dövr üzrə ödənilməyən icarə haqqının tutulması tələbi ilə müraciət etməkdə haqlı olmuşdur.

32. İş materiallarına əlavə edilmiş “AECS Qiymətləndirmə və Konsaltinq” Xidmətinin ##.##.2025-ci il tarixli rəyində qeyd edilir ki, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin ##.##.2021-##.##.2025-ci il tarixləri aralığında icarə dəyəri ümumilikdə 125.100 manat təşkil etmişdir.

33. “Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən 200.8 kv.metr qeyriyaşayış sahəsi iddiaçıya təhvil verilənədək ##.##.2025-ci il tarixdən hesablanmaqla aylıq 3923,64 manat məbləğində dəymiş maddi ziyanın cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməsi” hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı cavabdeh cavabdeh2 izahatında bildirmişdir ki, mübahisə predmeti olan əmlak hal-hazırda onun istifadəsindədir. Belə olan halda qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının mülkiyyətinə verilmiş əmlakı qanunsuz olaraq sahibliyində saxlanmaqla iddiaçıya zərər vurulur. Bu səbəbdən birinci instansiya məhkəməsi dəymiş ziyanın digər cavabdehlərlə yanaşı cavabdeh cavabdeh2 tutulması ilə bağlı da düzgün qənaətə gəlmişdir.

34. “AECS Qiymətləndirmə və Konsaltinq” Xidmətinin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, sözügedən əmlakın 2025-ci ilin üçün aylıq icarə haqqı 3.300 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ##.##.2025-ci il tarixdən başlayaraq Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi 6 ünvanında yerləşən 200.8 kv.metr qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilənədək aylıq 3.300 manat icarə haqqı hesablanmaqla maddi ziyanın əvəzi cavabdehlər cavabdeh3 və cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməli olması ilə bağlı düzgün qənaətə gəlmişdir.

35. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri odur ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı onun iştirakı təmin edilməmiş, məhkəmənin qətnaməsi onun iştirakı olmadan qəbul edilmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, məhkəmə bildirişləri cavabdeh cavabdeh2 çatdırılmaq üçün ünvan 1 ünvanına göndərilmiş, həmçinin cavabdehə sms bildiriş göndərilərək məhkəmə iclası barədə məlumatlandırılmışdır.

37. Cavabdehin digər dəlili odur ki, iddiaçının vicdanlı alıcı kimi tanınması düzgün deyil, cavabdeh3 və cavabdeh1 ilə bağlı cinayət işi üzrə o zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi zamanı cavabdeh2 tərəfindən verilmiş etibarnamənin saxtalaşdırılaraq ona məxsus qeyri-yaşayış sahəsinin satılması müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vicdanlı alıcı olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh3 və cavabdeh1 cinayət yolu – etibarnamənin saxtalaşdırılması yolu ilə qeyri-yaşayış sahəsini satması iddiaçının vicdanlı alıcı olmasını, həmçinin əmlakı cavabdeh2 qanunsuz sahibliyindən tələb etmək hüququnu istisna etmir.

40. Cavabdehin digər dəlili odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə icarə haqqı Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ****/**** saylı qərarının qəbul edildiyi tarixdən hesablanmalı olduğu halda ##.##.2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək dövrü üçün hesablanmışdır.

41. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan icarə haqqı icarə müqaviləsi qüvvədə olduğu və cavabdehlər tərəfindən icra edilmədiyi dövr üçün hesablanmış və tutulması qət edilmişdir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər formal mülahizələrə əsaslandığından qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi cavabdeh cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar