Məhkəmə qərarları › İş №2(3-6)-1282/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1282/2026

21.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1282/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “zərərin ödənilməsi” barəsində iddiasına dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “maddi və mənəvi zərərin ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 10.000 manat maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, X1 Məhkəməsinə (AIHM) təqdim etdiyi bir neçə fərdi şikayətlə bağlı Cavabdeh MMC vasitəsilə məktub göndərişləri etmişdir. Lakin həmin göndərişlərin bir çoxu dəfələrlə Cavabdeh MMC tərəfindən itirilmiş və ya ünvanına çatdırılmamışdır. Bu səbəbdən o, həm hüquqlarının pozulması, həm də mənəvi iztirablar yaşamışdır. Hər məktubun itməsinə görə 70 AZN və əlavə çəkilmiş maddi xərclər ödənilsə də, bu ödənişlər məsuliyyətin üzərindən formaca atılması xarakteri daşıyır. Şikayətlərin məqsədinə çatmaması, vətəndaş olaraq beynəlxalq hüquqi müdafiə imkanlarından məhrum edilməyi, ona həm mənəvi, həm də hüquqi zərbə vurmuşdur.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində göstərilən məbləğin dəyişdirilərək 39000 (otuz doqquz min) manat təzminat tələbi ilə baxılmasını xahiş etmişdir.

4. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh MMCdən onun xeyrinə 39000 (otuz doqquz min) manat məbləğində təzminatın tam həcmdə tutulması barədə qərar qəbul edilməsi, beynəlxalq poçt qaydaları ilə ödənilmiş 70 manatlıq kompensasiyanın ümumi mülki-hüquqi məsuliyyəti istisna edən hal kimi qiymətləndirilməməsini xahiş etmişdir.

5. Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Rəna Qafarova) ilə iddia tələbi təmin edilməmişdir.

6. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

7. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, qeyd etmişdir ki, cavabdeh onun AIHM-nə Azərbaycan dövlətinə qarşı etdiyi şikayət məktubunu dəfələrlə itirərək, pozulmuş hüququnun bərpasını AIHMdə bilə-bilə qəsdlə təmin olunmamasına şərait yaratmışdır. Baxmayaraq ki, hər dəfə itirilən poçt göndərişləri ilə bağlı özlərinin etiraf edici ərizələri olmuşdur. Bu barədə beynəlxalq poçt qanununa görə ona kompensasiya olaraq, 70 manat və ödənilmiş rüsum geri ödənilmişdir. Bu bir daha sübut edir ki, Cavabdeh MMC onun hüquqlarının pozulması naminə AIHM-nə qəsdən bilə-bilə göndərməmişdir. Cavabdehin itirməni etiraf edən rəsmi cavab məktubları, rüsum qəbzləri və beynəlxalq göndəriş sənədləri işə əlavə edilsə də, məhkəmə həmin sübutlara obyektiv qiymət verməmişdir. Eləcə də, məhkəmə prosesi zamanı o, məhkəmə proseslərində iştirak edib, öz iddia tələbini müdafiə etsə də, məhkəmə onu dindirmədən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz edərək, etirazını belə əsaslandırmışdır ki, işin faktiki hallarına nəzər yetirdikdə həqiqətən də iddiaçının poçt vasitəsilə Avropa Insan Hüquqları Məhkəməsinə göndərdiyi şikayət məktubunun, təəssüf ki, ünvana çatdırıla bilmədiyi, yəni poçt göndərişinin itirildiyi məlum olur. Bu hal ortaya çıxan kimi, Cavabdeh MMC iddiaçı tərəfindən daxil olan şikayət əsasında dərhal xidməti araşdırmaya başlanılmışdır. Bu barədə ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərində müraciətə baxılmasının nəticələri barədə cavab məktubları tərəfimizdən göndərilmişdir. Iddiaçı poçt göndərişlərinin itməsini Cavabdeh MMC-nin əməkdaşlarının qəsden edildiyi hərəkəti kimi qələmə verir. Lakin, bu ittihamlar əsassızdır və sübutlarla əhatə olunmur. Ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hal-hazırda isə cavabdeh tərəfin qəsdən və ya hüquqazidd hərəkətini göstərən hər hansı bir sənəd və ya digər maddi sübut mövcud deyil, əksine yuxarıda göstərildiyi kimi Cavabdeh MMC hadisəni xidməti qaydada araşdırmış, heç bir əməkdaşın qərəzli hərəkətinin aşkar edilmədiyini rəsmi məktubda qeyd etmişdir. Qeyd etmək lazımdır ki, poçt göndərişinin çatdırılmamasının qəsd niyyəti olduğunu hüquqi cəhətdən iddia etmək üçün etibarlı əsas yoxdur. Iddiaçının fərziyyələri və ya başqalarının ehtimalları məhkəmə üçün hüquqi sübut təşkil etməməlidir. Belə ağır ittiham - yəni qəsdən insan hüquqlarına mane olma iddiası - ancaq dəqiq, inandırıcı və aydın sübutlarla təsdiqləndiyi təqdirdə qəbul edilə bilər. Hazırkı işdə isə belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı iddiaçı mənəvi zərərə görə ona kompensasiya ödənilməsini istəyir. Lakin bu tələb nə milli qanunvericilik, nə də hüquqi doktrina baxımından doğru əsaslandırılmamışdır. Ilk növbədə, "Poçt haqqında" Qanunun 17.4.3-cü maddəsi birbaşa göstərir ki, poçt göndərişinin itirilməsi və ya gecikdirilməsi hallarında poçt rabitəsi operatoru əldə olunmamış gəlirə, dolayı ziyana və mənəvi zərərə görə məsuliyyət daşımır. Bu norma qanunvericinin iradəsidir və poçt xidmətinin xüsusiyyətlərindən irəli gəlir. Yəni qanun özü bu kimi hallarda mənəvi təzminat ödənilməsini istisna etmişdir. Əlavə olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi və bu maddənin Konstitusiya Məhkəməsi tərəfindən şərhinə dair qərarlar nəzərə alınarsa, mənəvi ziyanın ödənilməsi üçün müəyyən şərtlər mövcuddur. Xüsusilə, Ali Məhkəmə Plenumunun ## #### 2011-ci il tarixli Qərarında izah edilmişdir ki, mənəvi zərər anlayışı şəxsin qeyri-əmlak hüquq və azadlıqların pozulması nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməsi deməkdir. Zərərçəkmişin ciddi mənəvi iztirab keçirməsi, onun şərəf və ləyaqətinin ləkələnməsi, şəxsi ailə sirrlərinin açılması, sağlamlığına xəsarət yetirilməsi kimi hallara olduqda məhkəmə mənəvi zərərin ödənilməsinə dair tələbə baxır. Halbuki, hazırki işdə iddiaçı belə xarakterli mənəvi sarsıntını sübut etməmişdir. Poçt göndərişinin ünvana çatmaması və itirilməsi şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə, sağlamlığına birbaşa təsir göstərən hal deyil. Iddiaçı bu vəziyyətdən dolayı mənəvi iztirab keçirdiyini iddia etsə də, bu iztirabın səviyyəsi və xarakteri hüquqi meyarlara görə kompensasiyanı zəruri edən səviyyədə əsaslandırılmayıb. Məhkəmə təcrübəsində mənəvi zərərə görə iddialar adətən şəxsin konstitusion hüquqlarının kobud pozuntusu, ciddi qeyri-qanuni hərəkətlər nəticəsində dərin mənəvi sarsıntı keçirməsi hallarında təmin edilir. Bu işdə ise cavabdehin hərəkətində qəsd və ya kobud qanun pozuntusu sübut olunmadığından bizə qarşı qaldırılmış iddia tamamilə əsassızdır. Əlavə olaraq, iddiaçı tərəfindən maddi ziyanın ödənilməsi ilə bağlı iddiasına münasibətdə bildirmək lazımdır ki, iddiaçıya dəymiş və ödənilməmiş hər hansı bir maddi ziyan mövcud deyildir. Belə ki, işə əlavə olunmuş materiallardan göründüyü kimi Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərindəki məktublarda iddiaçıya müvafiq olaraq 81.72 manat, 163.45 manat və 163.45 manat məbləğlərində kompensasiya ödənilmişdir. "Poçt haqqında" Azərbaycan Respublikasının Qanunun 17.1.6-cı maddəsinə görə, poçt rabitəsi operatorları istifadəçilər qarşısında beynəlxalq sifarişli poçt göndərişinin, adi bağlamanın və ya onların içərisindəkilərin bir hissəsinin itirilməsinə, oğurlanmasına, zədələnməsine və xarab olmasına görə X4 aktlarında, qərarlarında və tövsiyələrində nəzərdə tutulan miqdardan az olmamaqla maddi məsuliyyət daşıyırlar. X6 Reqlamentinin "Təyin olunmuş operatorların məsuliyyəti. Təzminatlar" adlı 22-ci maddəsinin 2.1.1ci bəndinə əsasən qeydiyyatdan keçmiş göndərişin itirilməsi, tam oğurlanması və ya tam zədələnməsi üçün Konvensiyanın 22.2.1-ci maddəsində göstərilən kompensasiyanın məbləği 30 SDR (X2) təşkil edir və göndəricinin göndərişi göndərməsi üçün ödədiyi ödənişlər və rüsumlar, qeydiyyat haqqı istisna olmaqla, ödəniləcək ümumi kompensasiyanı müəyyən etmək üçün bu dəyərlərə əlavə olunur. Göründüyü kimi cavabdeh Cavabdeh MMC poçt qanunvericiliyi ilə öz üzərinə düşən vəzifəni icra edərək itirilmiş göndərişə görə maddi ziyanın əvəzini tam həcmdə ödəmişdir. Bu səbəbdən iddiaçının maddi ziyanın əvəzi olaraq hər hansı bir məbləği tələb etməsi tamamilə qanunazidd və əsassızdır. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi N.Mustafayev apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçıya ödədiyi üç ayrı-ayrı poçt xərci tam olaraq qaytarılıb, eləcə də baş vermiş uyğunsuzluqla bağlı da üzrxahlıq məktubu verilmişdir, belə olan halda da məlum olur ki, ona hər hansı maddi və mənəvi zərər dəyməmişdir, qaldı ki, onun göndərdiyi poçt göndərişlərinin qəsdən ünvana çatdırılmamasına, iddiaçının bu dəlili əsassızdır, iddiaçı buna dair hər hansı sübut verə bilməmişdir.

10. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

11. Belə olan halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

12. Mülki iş materiallarına əlavə edilmiş seriya AA № ****** məcburi köçkün vəsiqəsindən müəyyən olur ki, bu vəsiqə İddiaçı Dövlətqaçqınkomun ##.##.2014-cü il tarixli qərarına əsasən verilmişdir.

13. Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli mədaxil qəbzlərindən müəyyən olur ki, İddiaçı tərəfindən AIHM-ə məktub və banderol qəbulu üçün rüsumlar ödənilmişdir.

14. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış ## ### 2025-ci il tarixli məktubda qeyd edilmişdir: “Sizin Cavabdeh MMC-yə ünvanladığınız beynəlxalq poçt göndərişinin təyinat ünvanına çatmaması barədə ##.##.2025-ci il tarixli müraciətiniz və eyni məzmunlu ##.##.2025-ci il tarixli sorğunuz tərəfimizdən araşdırılmışdır. Bildiririk ki, ##.##.2025-ci il tarixində Fransaya ünvanladığınız RR*********AZ saylı poçt göndərişi Bakı Poçt Daşıma Mərkəzində itirilmişdir. Mövcud qaydalara uyğun olaraq sözügedən poçt göndərişinin itirilməsinə görə Sizə dəymiş maddi zərərin əvəzinin 30 SDR ( 69.22 manat) + göndərilmə haqqı 12.50 manat, cəmi 81.72 manat ödənilməsi üçün müvafiq göstəriş verilmişdir. Yaranmış narahatçılığa görə üzrxahlığımızı bildiririk”.

15. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış ## #### 2025-ci il tarixli məktubda qeyd edilmişdir: “Sizin Cavabdeh MMC-yə ünvanladığınız beynəlxalq poçt göndərişlərinin təyinat ünvanına çatmaması barədə ##.##.2025-ci il tarixli müraciətinizin araşdırılması yekunlaşmışdır. Bildiririk ki, ##.##.2025-ci il tarixində Fransa Respublikasına ünvanladığınız RR012639144AZ və Isveçə ünvanladığınız RR*********AZ saylı poçt göndərişləri Bakı Poçt X5ydalara uyğun olaraq sözügedən poçt göndərişlərinin itirilməsinə görə Sizə dəymiş maddi zərərin əvəzinin hər bir göndəriş üçün 30 SDR, cəmi 60 SDR (138.45 manat) + ardıcıllığa uyğun olaraq hər birinin göndərilmə haqqı 12.50 manat + 12.50 manat=25.00 manat, cəmi 163.45 (yüz altımış üç) manat ödənilməsi üçün müvafiq göstəriş verilmişdir. Yaranmış narahatçılığa görə üzrxahlığımızı bildiririk”.

16. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış ## ######## 2025-ci il tarixli məktubda qeyd edilmişdir: “Sizin Cavabdeh MMC-yə ünvanladığınız beynəlxalq poçt göndərişlərinin təyinat ünvanına çatmaması barədə ##.##.2025-ci il tarixli müraciətinizin araşdırılması yekunlaşmışdır. Bildiririk ki, ##.##.2025-ci il tarixində Fransa Respublikasına ünvanladığınız RR012663815AZ və RR*********AZ saylı poçt göndərişləri Bakı Poçt Daşıma Mərkəzində itirilmişdir. Mövcud qaydalara uyğun olaraq sözügedən poçt göndərişlərinin itirilməsinə görə Sizə dəymiş maddi zərərin əvəzinin hər bir göndəriş üçün 30 SDR, cəmi 60 SDR (138.45 manat) + hər birinin göndərilmə haqqı 12.50 manat + 12.50 manat = 25.00 manat, cəmi 163.45 (yüz altmış üç) manat ödənilməsi üçün müvafiq göstəriş verilmişdir. Yaranmış narahatçılığa görə üzrxahlığımızı bildiririk”. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

22. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunu:

23. Maddə 17.1. Poçt rabitəsi operatorları istifadəçilər qarşısında aşağıdakı qaydada maddi məsuliyyət daşıyırlar:

24. 17.1.6. beynəlxalq sifarişli poçt göndərişinin, adi bağlamanın və ya onların içərisindəkilərin bir hissəsinin itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə X4 aktlarında, qərarlarında və tövsiyələrində nəzərdə tutulan miqdardan az olmamaqla; “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № **, ## ###### 2025-ci il tarixli Qərarı:

25. 7.1. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır.

26. 7.2. Maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir.

27. 7.8. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulunun, habelə təzminatın həcminin müəyyən edilməsində zərərçəkənin xüsusiyyətləri əsas meyarlardan biri hesab edilir. Bu xüsusiyyətlərə zərərçəkənin şəxsiyyəti, həyat tərzi və davranışı və digər diqqətəlayiq hallar aid edilir. Onlardan asılı olaraq, eyni hadisə ayrı-ayrı şəxslərə müxtəlif cür təsir göstərə bilər.

28. 7.9. Zərərçəkənin şəxsiyyəti ilə bağlı göstəricilərə hissetmə qabiliyyəti, fiziki və psixi dözümlülüyü, yaşı, cinsi, şəxsi nüfuzu; həyat tərzi ilə bağlı göstəricilərə yaşam səviyyəsi, maddi vəziyyəti; davranışı ilə bağlı göstəricilərə isə hadisəyədək, hadisə zamanı, habelə hadisədən sonrakı hərəkətləri (hərəkətsizliyi) aid edilir.

29. 7.15. Zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığına məhkəmə tərəfindən işin diqqətəlayiq bütün faktiki hallarına görə qiymət verilməlidir. Bu hallara sarsıntı və (və ya) iztirabların dərəcəsi və xarakterinə təsir edən istənilən hallar aid edilir. Mənəvi zərərin kompensasiyası üsulu və təzminatın həcmi müəyyən edilərkən məhkəmələr tərəfindən xüsusi ilə zərərçəkmişin pozulmuş şəxsiyyət hüquqlarının növü; belə hüquqların məhdudlaşdırılmasının xarakteri, dərəcəsi və zərər vurma üsulu (intensivliyi, mənfi təsirin miqyası və müddəti) nəzərə alınmaqla qiymətləndirilməlidir. Məsələn, iztirab xarakteri daşıyan üsulla sağlamlığa zərər vurulması, uşaqlarının yanında valideynlərin şərəf və ləyaqətinin alçaldılması.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

35. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

36. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

41. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

45. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

46. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

47. Iddiaçının apellyasiya şikayətinin dəlili Cavabdeh MMC-nin qəsdən onun məktublarını itirərək, onun pozulmuş hüquqlarının AIHM-də təmin olunmasına mane yaratmasıdır. Apellyator həm də cavabdeh tərəfindən ona ödənilmiş kompensasiyanın cavabdehin təqsirinin etirafı olduğunu, məhkəmə tərəfindən bu halın nəzərə alınmadığını mübahisələndirmiş, eyni zamanda məhkəmə prosesində iştirak edərək öz iddiasını müdafiə etsə də, məhkəmənin sonuncu iclasda onu dindirmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul etdiyini qeyd etmişdir.

48. Məhkəmə qeyd edir ki, iddiaçı poçt göndərişlərinin ünvana çatdırılmamasını cavabdehin onun pozulmuş hüquqlarının bərpasına mane olmaq üçün qəsdən etdiyini bildirsə də, buna dair heç bir mötəbər, əsaslı, təsdiqedici sübutlar nə iddia ərizəsinə, nə də apellyasiya şikayətinə əlavə etməmişdir.

49. Məhkəmə iddiaçının ona dəymiş maddi və mənəvi zərərin əvəzi kimi 39000 (otuz doqquz min) manat təzminat tələbi ilə bağlı qeyd edir ki, iddiaçı ona maddi və mənəvi ziyan vurulmasının məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsinə dair biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və əsaslı şübhədənkənar sübutlar təqdim etmədiyindən onun iddia tələbi əsassızdır və təmin edilə bilməz.

50. Belə ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən də göründüyü kimi mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranma əsasları aşağıdakılardır.

51. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) hüquqazidd olmalıdır;

52. törədilmiş həmin əməl nəticəsində başqa şəxsə birbaşa ziyan yetirilməlidir;

53. zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticə arasında səbəbli əlaqə olmalıdır;

54. hüquq pozan şəxsin təqsiri olmalıdır.

55. Hazırkı işdə cavabdehin hərəkətlərində qeyd edilən halların öz əksini tapmaması iddiaçının iddia tələbinin təmin edilməsi üçün əsaslar olmadığını təsdiq edir.

56. Eləcə də, mənəvi zərərlə bağlı Ali Məhkəmənin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, ... Hüquqla əhatə olunmayan qeyri-maddi nemətlər cəmiyyətdə dəyər olaraq mövcud olmaqla, onlara edilən qəsd nəticəsində şəxsin mənəvi sarsıntı və iztirab keçirməsi mümkündür. Lakin belə qeyri-maddi nemətlər qanunla qorunmadığından, onlara edilən qəsd qeyri-əmlak hüquqlarının pozulması ilə nəticələnmir. Odur ki, qanunla qorunmayan qeyrimaddi nemətlərə müdaxilədən doğan mənəvi zərərin ödənilməsi tələbinin qanuni əsası olmadığından bu əsasa dayanaraq qaldırılan iddiaların təmin edilməsi istisna edilir.

57. Mülki iş materiallarından müəyyən olduğu kimi ##.##.2025-ci il tarixində Fransaya ünvanlanan RR*********AZ saylı poçt göndərişi Bakı Poçt Daşıma Mərkəzində itirilməsinə görə mövcud qaydalara uyğun olaraq dəymiş maddi zərərin əvəzi kimi 30 SDR (69.22 manat) + göndərilmə haqqı 12.50 manat, cəmi 81.72 manat, ##.##.2025- ci il tarixində Fransa Respublikasına ünvanlanan RR012639144AZ və Isveçə ünvanlanan RR*********AZ saylı poçt göndərişlərinin itirilməsinə görə dəymiş maddi zərərin əvəzinin hər bir göndəriş üçün 30 SDR, cəmi 60 SDR (138.45 manat) + ardıcıllığa uyğun olaraq hər birinin göndərilmə haqqı 12.50 manat + 12.50 manat=25.00 manat, cəmi 163.45 (yüz altmış üç) manat, ##.##.2025-ci il tarixində Fransa Respublikasına ünvanlanan RR012663815AZ və RR*********AZ saylı poçt göndərişlərinin itirilməsinə görə dəymiş maddi zərərin əvəzinin hər bir göndəriş üçün 30 SDR, cəmi 60 SDR (138.45 manat) + hər birinin göndərilmə haqqı 12.50 manat + 12.50 manat = 25.00 manat, cəmi 163.45 (yüz altmış üç) manat ödənilməsi üçün müvafiq göstəriş verilmişdir.

58. Eyni zamanda apellyator çatdırılmayan poçt göndərişlərinə görə ona kompensasiya ödənilməsini cavabdehin öz təqsirinin etirafı kimi qəbul etsə də, qeyd etmək lazımdır ki, cavabdehin apellyasiya şikayətinə etirazında da istinad etdiyi kimi "Poçt haqqında" Qanunun 17.1.6-cı maddəsinə görə, poçt rabitəsi operatorları istifadəçilər qarşısında beynəlxalq sifarişli poçt göndərişinin, adi bağlamanın və ya onların içərisindəkilərin bir hissəsinin itirilməsinə, oğurlanmasına, zədələnməsine və xarab olmasına görə X4 aktlarında, qərarlarında və tövsiyələrində nəzərdə tutulan miqdardan az olmamaqla maddi məsuliyyət daşıyırlar. X7 Reqlamentinin "Təyin olunmuş operatorların məsuliyyəti. Təzminatlar" adlı 22-ci maddəsinin 2.1.1ci bəndinə əsasən qeydiyyatdan keçmiş göndərişin itirilməsi, tam oğurlanması və ya tam zədələnməsi üçün Konvensiyanın 22.2.1-ci maddəsində göstərilən kompensasiyanın məbləği 30 SDR (X2) təşkil edir və göndəricinin göndərişi göndərməsi üçün ödədiyi ödənişlər və rüsumlar, qeydiyyat haqqı istisna olmaqla, ödəniləcək ümumi kompensasiyanı müəyyən etmək üçün bu dəyərlərə əlavə olunur.

59. Göründüyü kimi, cavabdeh MMC də qanunvericiliyin tələblərinə uyğun olaraq, itirilmiş, çatdırılmamış bağlamalara görə maddi ziyanın əvəzini tam həcmdə ödəmişdir. Həmçinin mülki iş materiallarında olan ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixli cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanan məktublardan cavabdehin hər dəfə yaranmış narahatçılığa görə üzrxahlığını bildirdiyi də müəyyən olur.

60. Insan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.

61. Avropa Məhkəməsi «Scordino Italiyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır).

62. Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino Italiyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119).

63. Məhkəmə iddiaçının rayon məhkəməsinin onu dindirmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul etməsi barədə dəlili ilə bağlı qeyd edir ki, ##.##.2026-cı il tarixli məhkəmə hazırlıq iclasının protokolundan iddiaçının məhkəmə iclasında iddia tələbini müdafiə etdiyi görünür. Mülki iş materiallarında olan ##.##.2026-cı il tarixli vəsatətdən (i\v səh. 52) isə müəyyən olur ki, iddiaçı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu da onu göstərir ki, iddiaçının apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

64. Məhkəmə onu da xüsusi olaraq qeyd edir ki, iddiaçı məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, apellyasiya icraatı zamanı da məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir.

65. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

67. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

68. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

69. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməməsi barədə rayon məhkəməsinin qənaəti əsaslı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterlidir və apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

71. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

73. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə

74. əsasən məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir.

75. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar