Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1290/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, 46300 manat məbləğində pulun və dövlət rüsumu qismində ödənilmiş 229 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddianın təmin edilməsi, Cavabdeh 46300 manat borc pul və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 229 manat alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən şikayət verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda həmin qərardaddan cavabdeh şikayət vermiş, məhkəmənin ## #### 2026cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək, vəsatəti təmin edilməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə, vəsatətə əlavə edilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli Qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə Qərardadı bununla əsaslandırmışdır ki, mübahisələndirilən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)- ****/**** nömrəli qətnaməsi ona poçt vasitəsilə ## ### 2025-ci il tarixdə yerləşdirilməklə rəsmi qaydada verilmiş, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axını ## ### 2025-ci il tarixdən başlamış və ## #### 2025-ci il tarixdə bitmişdir. Buna baxmayaraq, qeyd edilən qətnamədən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 1 aylıq mübahisələndirmə müddəti ötürülməklə məhkəməyə təqdim edilmiş, bununla belə şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yaradır. Hesab edir ki, aşağıda göstərilənlərə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrəli Qərardadı qanunsuz və əsassız olduğu üçün ləğv olunmalı, ##.##.2026-cı il tarixli vəsatətinin təmin edilməsinə dair qərar qəbul olunmalıdır. Belə ki, o, apellyasiya şikayəti verərkən şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə etmişdim. Vəsatətdə qeyd etmişdir ki, mübahisələndirdiyi məhkəmə qətnaməsi hal-hazıradək ona nə əlbə-əl, nə də poçt vasitəsilə təqdim edilməmişdir, nə o, nə də onun yaxın qohumları alınmış poçt qəbzlərinə heç bir imza atmamışlar, lakin ola bilər ki, onların əvəzinə səlahiyyəti olmayan alınma poçt qəbzinə qanunsuz başqa bir şəxs tərəfindən imza atılıb. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və şikayət onları verən şəxsə qaytarılır. Məcəllənin 363.1.3cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. MPM-nin 135.5-ci maddəsinə görə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsi ## ### 2025-ci il tarixdə cavabdehin qeydiyyat ünvanına çatdırılmış, iş materiallarına əlavə edilmiş xəbərnaməyə “şəxsən” qrafası imzalanmaqla qətnamə alınmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti isə ## ###### 2026-cı il tarixdə, yəni müddət ötürüldükdən sonra verilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüş və müddətin bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. Kollegiya apellyasiya şikayətinin qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə şikayəti geri qaytarmaqda doğru qənaətə gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə kollegiya onları ağlabatan hesab etmir. Belə ki, işə mahiyyəti üzrə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh şəxsən məhkəmə iclaslarında iştirak etmiş və mövcud mübahisə barədə məlumatlı olmuşdur. Qətnamənin poçt vasitəsi ilə ## ### 2025-ci il tarixdə cavabdehə təqdim edilməsi ağlabatandır. Lakin cavabdeh iddia edir ki, qətnamə ona təqdim edilməyib, xəbərnamədəki imza da onun tərəfindən icra edilməmişdir. Cavabdeh yalnız 8 ay sonra apellyasiya şikayəti vermişdir. Bundan əlavə cavabdeh məhkəməyə apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təqdim etdiyini bildirsə də, iş materiallarında, eləcə də “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemində qeyd edilən ərizə aşkar edilməmişdir. Kollegiya cavabdehə izah edir ki, qeyd edilən məzmunlu ərizə ilə o, mübahisələndirdiyi məhkəmə aktını qəbul etmiş məhkəməyə müraciət edə bilər. Bundan əlavə cavabdehin apellyasiya icraatı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə münasibətdə kollegiya qeyd edir ki, vəsatət və ötürülmüş müddətin bərpası barədə ərizəyə eyni anda baxılması hüququ qanunvericiliklə istisna edilməmişdir. Beləliklə, hazırki halda şikayətin təmin edilməsi üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-1290/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1290/2026
06.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver