Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1297/2026 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, İddiaçı İkramlı İnci İkram qızının cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, “xxxx” Xidməti Məhdud Məsuliyyətli Cəmiyyəti və Quba rayon İcra şöbəsinə qarşı əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İkramlı İnci İkram qızı cavabdehlər “xxxx” MMC-yə, ”Daşınar və xxxx Xidməti” MMC-yə və Quba rayonu İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Quba rayonu, İkinci Nügədi kəndində yerləşən fərdi yaşayış evinə təkrar qiymətləndirmə aparılması və sonra hərraca çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(004)- **/**** nömrəli qərardadına əsasən İkramlı İnci İkram qızının cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, “xxxx” Xidməti Məhdud Məsuliyyətli Cəmiyyəti və Quba rayon İcra şöbəsinə qarşı əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Qərardadın əsaslarına görə, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş *(***)-**/**** nömrəli mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində ərizəyə baxılması ilə əlaqədar keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı ərizəyə uyğun izahat verərək qərardadın ləğv edilməsini xahiş etmiş, həmçinin göstərmişdir ki, iş üzrə ekspertiza təyin edilmiş, o işin hazırkı vaxtadək ekspertizada olduğunu zənn etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraatın təzələnməsi barədə iddiaçının vəsatəti təmin edilməmişdir. İddiaçının həmin qərardaddan verdiyi şikayət Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəmsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hakim müddət bərpası ilə baxılmamış saxlanılmanı səhv yönləndirir. Ona görə ki, işin baxılmamış vəziyyətdə saxlanılması barədə həmin an məlumatı olmuşdur və bu barədə çıxarılan Qərardadı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən ərizə verən gün görmüş və həmin gün görməyinə dair bildirişi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən götürərək təqdim edir. İşin ekspertizada olduğunu bildiyinə görə, baxış keçirilərkən əlaqə saxlanılacağını gözləmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri və ##.##.2022-ci il tarixli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən geri qaytarılmamışdır. Bütün bunlar sübut olaraq dəyərləndirilməlidir və əvvəlki qiymətləndirmə məhkəmənin qərardadı ilə olduğundan, yenidən qiymətləndirmə də məhkəmə yolu ilə olmalıdır. Digər tərəfdən isə sənədləri və məhkəmə rüsumunu geri alıb yenidən eyni qaydada vermək, həm məhkəmə süründürməçiliyi, həm də rüsumun geri alınmasında bank tərəfindən çətinliklər yaradılmasına görə, iş üzrə icraatın təzələnməsini məqsədə uyğun hesab edir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il ## #### tarixli * nömrəli qərarının 21-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPMin 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik iddianın baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsinin iki əsasını müəyyən edir: həmin qərardaddan şikayət verməklə və ya icraatın təzələnməsi barədə ərizə verməklə. Baxılan iş üzrə iddiaçı iddianın baxılmamış saxlanılması barədə qərardaddan şikayət verməmişdir. Bu baxımdan baxılmamış saxlama barədə qərardadın qanuniliyi hazırkı apellyasiya baxışı predmeti deyildir. Eyni zamanda prosessual qanunvericiliyə əsasən iddianın baxılmamış saxlanılması barədə icraatın təzələnməsi tərəflər məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdiyi halda mümkündür. Kollegiya hesab edir ki, hazırki işdə iddiaçının məhkəmə iclasında iştirak etməməsinin üzrü səbəblərdən baş verməsi halı müəyyən edilmir. Belə ki, işdən göünür ki, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə “SMSbildiriş” vasitəsi ilə məlumat verilmişdir. İddiaçı həmçinin məhkəmə iclasında “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetinin olduğunu bildirmişdir. Bu da iddiaçının işin gedişatından, iclasın təyin edilməsindən məlumatlı olmalı olduğunu göstərir. Bundan əlavə kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, hazırkı ərizə baxılmamış saxlama barədə məhkəmə aktının qəbul edilməsindən 2 ildən çox müddət keçməklə verilmişdir ki, bu da iddiaçının işin ekspertizada olduğunu zənn etməsi barədə dəlillərinin inandırıcılığına ciddi şübhə yaradır. Qeyd edilən hallar və MPM-nin sadalanan normalarına müvafiq olaraq kollegiya birinci instansiya məhkəməsini icraatın təzələnməsi barədə iddiaçının vəsatətini rədd etməkdə hesab edir. Ümumiyyətlə, məhkəmə tərəflərin diqqətinə çatdırır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Ərizənin baxılmamış saxlanılması mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması halı ilə bağlı olur və ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(3-6)-1297/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1297/2026
02.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver