Məhkəmə qərarları › İş №2(3-6)-135/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-135/2026

07.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-135/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: binanın saxlanılması xərcləri) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi X3, cavabdeh cavabdeh2 nümayəndəsi və cavabdeh cavabdeh1 nümayəndəsi-vəkili vəkil1 iştirakı ilə, iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı # ###### 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Nizami Residence” X5 mülkiyyətçilərinin ümumi yığıncağının ## ###### 2021-ci il tarixli NR/** saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141.2.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada Yaşayış Kompleksinin idarə edilməsi üsulu “idarəedici təşkilat tərəfindən idarə edilmə” olaraq seçilsin və İddiaçı MMC (VÖEN: **********, bundan sonra - İdarəedici təşkilat) Yaşayış Kompleksinin idarəedici təşkilatı təyin edilmiş, İdarəedici təşkilat tərəfindən Yaşayış Kompleksində göstəriləcək və nümunəvi siyahısı bu Qərara dair müvafiq əlavədə müəyyənləşdirilmiş xidmətlərə görə tətbiq edilən aylıq xidmət haqqının minimum məbləği Yaşayış Kompleksindəki yaşayış sahələrinin hər 1.00 kv.m.-i üçün ƏDV daxil 2.00 AZN (iki Azərbaycan manatı, 00 qəpik) məbləğində təsdiq edilmişdir.

2. “xxxx” MMC-nin icra orqanının # ######## 2021-ci il tarixli NBH/** saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141.2.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada Binanın idarə edilməsi üsulu “idarəedici təşkilat tərəfindən idarə edilmə” olaraq seçilmiş və İddiaçı MMC (VÖEN: **********, bundan sonra - İdarəedici təşkilat) Binanın idarəedici təşkilatı təyin edilmişdir. İdarəedici təşkilat tərəfindən Binada göstəriləcək və nümunəvi siyahısı bu Qərara dair müvafiq əlavədə müəyyənləşdirilmiş xidmətlərə görə tətbiq edilən aylıq xidmət haqqının minimum məbləği Binadaki mənzillərin hər 1.00 kv.m-i üçün ƏDV daxil 2.00 AZN (iki Azərbaycan manatı, 00 qəpik) məbləğində təsdiq edilmişdir.

3. “xxxx” MMC ilə cavabdeh2 arasında bağlanmış ## ### 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139.5 kv.m. olan mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

4. İdarə edən İddiaçı MMC ilə sifarişçi cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli, NBH/**/*** saylı çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, idarə edən qanunvericiliklə müəyyən olunmuş əsaslarda sifarişçinin istifadəsində olan yaşayış və/və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 1 ünvanında, “X2” yaşayış binasında bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür.

5. ##.##.2023-cü il tarixli müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş şərtlərə əsasən, sifarişçi binadakı ona məxsus mənzillərin hər kv.m üçün idarə edənə ƏDV daxil 2 AZN məbləğində aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.

6. ## ###### 2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, cavabdeh2 tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 139,5 kv.m olan mənzili cavabdeh1 mülkiyyətinə vermişdir.

7. ## ###### 2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, cavabdeh1 tam mülkiyyət üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 208,2 kv.m olan mənzili cavabdeh2 mülkiyyətinə vermişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı MMC cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ##.##.2023-cü il tarixli NBH/**/*** saylı xidmət müqaviləsinə əsasən, ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinə kimi yaranmış ƏDV daxil 1.026 manat borc məbləğinin cavabdeh2, ##.##.2023-cü il tarixindən ##.##.2025-ci il tarixinə kimi yaranmış ƏDV daxil 5.112 manat borc məbləğinin cavabdeh1, hüquqi yardımın alınması görə çəkilmiş 170 manat, vəkil orderinə görə ödənilmiş 300 manat və 86,08 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 556,08 manat məbləğinin isə cavabdehlər cavabdeh2 və cavabdeh1, eləcə də yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi aylıq ƏDV daxil 279 manat olmaqla xidmət haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 və “xxxx” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, AN-İ 1157026 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,5 kv.m olan mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Qeyd edilir ki, sözügedən mənzil “Nizami Residence” yaşayış kompleksinin tərkibinə daxil olan mənzillərdən biridir. “Nizami Residence” X5 Mülkiyyətçilərinin Ümumi Yığıncağının ##.##.2021-ci il tarixli, № NR/** qərarına əsasən, həmin yaşayış kompleksinin idarə edilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Belə ki, iddiaçı İddiaçı MMC və cavabdeh cavabdeh2 arasında ##.##.2023-cü il tarixli, NBH/**/*** saylı çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “İdarə edən qanunvericiliklə müəyyən olunmuş əsaslarda Sifarişçinin istifadəsində olan yaşayış və/və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 1 ünvanında, “X2” yaşayış binasında bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş müvafiq xidmətləri göstərməyi, Sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının və digər ödənişlərin həyata keçirilməsini təmin etməyi öz öhdəsinə götürür.” ##.##.2023-cü il tarixli müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş şərtlərə əsasən, cavabdeh cavabdeh2 hər ay ƏDV daxil 279 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, tərəflər arasındakı xidmət müqaviləsi bağlandıqdan bu günə kimi iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilmişdir. Lakin cavabdeh cavabdeh2 ##.##.2023-cü il tarixindən etibarən heç bir xidmət haqqı ödənişi edilməmişdir. Nəticə etibarilə ##.##.2023-##.##.2025-ci il tarixləri arasında cavabdehin hər ay üçün ödəməsi nəzərdə tutulan ƏDV daxil 279 manat xidmət haqqı ödənilmədiyi üçün, iddiaçı İddiaçı MMC-yə münasibətdə ümumilikdə ƏDV daxil 6.138 manat həcmində borc məbləği yaranmışdır. Sözügedən müqavilənin 5.1-ci bəndinə uyğun olaraq, “öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən Tərəf bununla digər tərəfə vurduğu zərərə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı Tərəfə vurduğu zərəri tam həcmdə ödəyəcək.” Vurğulamaq lazımdır ki, cavabdehin müqavilə üzrə öhdəliklərini uzun müddət icra etməməsi və yaranmış borc məbləğini ödəməkdən yayınması iddiaçıya zərər vurmaqla hüquqi şəxsin fəaliyyətini həyat keçirməsinə də ciddi maneələr törədir. Cavabdehin həmin ödənişləri gecikdirməsi dolayı şəkildə iddiaçının da müvafiq qurumlara olan ödənişlərin ödənilməsinə və fəaliyyətini davamlı şəkildə həyata keçirməsinin axsamasına səbəb olur. Mənzil mülkiyyətçisi olan cavabdeh ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən sözügedən mənzilin idarə edilməsi, yəni texniki və təmizlik xidmətləri, mühafizə xidmətləri cavabdehin hesabına iddiaçı tərəfindən həyat keçirilir. Belə ki, sözügedən xidmətlərin həyata keçirilməsi üçün iddiaçı da digər müəəsisələr ilə əməkdaşlıq edir. Belə olan halda cavabdeh tərəfindən xidmət haqqının vaxtlı-vaxtında ödənilməməsi iddiaçının həm cavabdehə, həm də digər müəssisələrə qarşı öz öhdəliklərini icra etməsinə maneələr yaradır. Bu səbəbdən də iddiaçının hər dəfəsində hazırkı iş üzrə cavabdehin və digər mənzil mülkiyyətçilərinin yerinə bu ödənişləri öz hesabına həyata keçirməsi iddiaçının maliyyə vəziyyətinin aşağı düşməsinə səbəb olur. Digər halda, yəni ödənişlər müvafiq üçüncü şəxslərə ödənilmədikdə isə, həmin şəxslər iddiaçını cavabdeh qismində görürlər. Qeyd edək ki, İddiaçı MMC bazarda, həmçinin ölkədə real olaraq bilinən nüfuzlu şirkətlərdən biridir və hər hansı bir dövlət orqanlarına və ya özəl müəssisələrə, fiziki şəxslərə qarşı heç bir borc öhdəliyi yoxdur. Lakin mənzil mülkiyyətçisi cavabdeh tərəfindən yol verilən hallardan dolayı, iddiaçı İddiaçı MMC müvafiq üçüncü şəxslər qarşısında həm borclu kimi çıxış edir, həm də şirkətin işgüzar nüfuzuna ciddi şəkildə xələl dəymiş olur. Yaranan borc məbləğinin ödənilməsi ilə əlaqədar olaraq cavabdehlə dəfələrlə əlaqə saxlanılmış, həmçinin ##.##.2025-ci il tarixli, FMG00.25.*** saylı pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün cavabdehə kifayət qədər möhlət də verilmişdir. Həmçinin məktubda cavabdehə ödənişin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilsə belə, bir nəticə əldə olunmamışdır.

10. Cavabdeh cavabdeh2 iddiaya etiraz təqdim edərək bildirmişdir ki, onun qeyd edilən yaşayış kompleksində mənzili var, lakin ** saylı deyil, * saylı mənzildir. Bu hal ərizəyə əlavə etdiyi ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiqini tapır. İddia ərizəsində qeyd edilir ki, idaredici şirkətlə aralarında xidmət müqaviləsi ##.##.2023-cü il tarixində baglanmışdır. Təqdim etdiyi çıxarışdan görünür ki, həmin yaşayış binasında ən geci ##.##.2023-cü il tarixindən ona məxsus mənzil ** saylı deyil, * saylı mənzildir. * saylı mənzillə bağlı onun iddiaçı ilə aralarında xidmət göstərilməsi haqqında müqavilə mövcud deyil. Mövcud olmayan müqavilədən öhdəlik və borc yaranması mümkün deyil. ** saylı mənzil onun sahibliyində 2023-cü ilin may-avqust aylarında olmuş və sonradan həmin mənzil satan şirkətə geri qaytarılmış, xidmət müqaviləsindən irəli gələn öhdəliklər tərəfindən tam ödənildikdən sonra həmin mənzillə bağlı onun hüquqlarına xitam verilmiş və ona həmin yaşayış kompleksində * saylı mənzil mülkiyyətinə verilmişdir. Beləliklə, yuxarıda qeyd etdiklərindən bəlli olur ki, ** saylı mənzil ona məxsus deyil və məxsus olmayan mənzilə görə o, xidmət haqqı ödəməli deyil. İddia tam əsassızdır və təmin edilməli deyil.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı # ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ##.##.2023-cü il tarixli NBH/**/*** saylı xidmət müqaviləsinə əsasən, ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinə kimi yaranmış ƏDV daxil 1.026 manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh2, ##.##.2023-cü il tarixindən ##.##.2025-ci il tarixinə kimi yaranmış ƏDV daxil 5.112 manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh1 tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi; hüquqi yardımla bağlı çəkilmiş xərcin 300 (üç yüz) manat hissəsinin cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh2 ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinə, cavabdeh cavabdeh1 ##.##.2023-cü il tarixindən ##.##.2025-ci il tarixinə qədər olan müddət ərzində müvafiq dövrlərdə mənzil mülkiyyətçisi olduqları halda mənzilə görə xidmət haqqını ödəmədiklərindən, iddiaçı həmin borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə bu qənaətə gələrkən nəzərə almışdır ki, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında sözügedən mənzilə görə xidmət haqqının ödənilməsi ilə bağlı müqavilə bağlanılmasa da, iddiaçı tərəfindən hal-hazıradək cavabdehə xidmət göstərilmişdir.

13. Məhkəmə iddianın - yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi aylıq ƏDV daxil 279 manat olmaqla xidmət haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsihissəsinin qeyri-müəyyən olduğundan əsassız olması qənaətinə gəlmişdir. Belə ki, iddianın bu hissəsinin məhz hansı cavabdehə qarşı yönəldiyi aydın göstərilməmişdir. Lakin, iddianın bu hissədə rədd edilməsi ödənilməyən xidmət haqqının (ödənilmədiyi halda) hazırki qətnamə ilə əhatə olunmayan hissəsinin iddiaçı tərəfindən tələb edilməsini istisna etmir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 29.3, 135.1, 136.2, 137.4, 137.6, 137.10, 138.1, 138.5 və 140.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdehlər cavabdeh2 və cavabdeh1 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı # ###### 2025-ci il tarixli qətnaməsinin qismən - iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə mövcud faktiki halları düzgün şərh etməmiş, iş üzrə bütün halları aydınlaşdırmamışdır. Bu da iş üzrə yanlış nəticəli qətnamənin qəbul edilməsinə yol açmışdır. Nəticədə məhkəmənin qət etdiyi qətnamə qeyri-

16. olmaqla yanaşı işə baxılarkən Azərbaycan Respublikası mülki və mülki prosessual obyektiv qanunvericiliyindən irəli gələn maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarıldığından ləğv olunmalıdır. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş “Nizami Residence” X5 Mülkiyyətçilərinin Ümumi Yığıncağının ## ###### 2021-ci il tarixli qərarı adlandırılan “qərar”ın hüquqi əsası yoxdur və iş üzrə mötəbər sübut hesab oluna bilməz. Həmin tarixdə kompleksin mənzillərinin 10% belə satışı olmadığı halda sahə mülkiyyətçilərinin ümumi yığıncağı keçirilə bilməz və belə bir protokol mövcud ola bilməzdi. Çünki, hal-hazırda həmin binada yaşayan sakinlərin yarısından çoxu ilə əlaqə saxlanıldıqda heç bir sahə mülkiyyətçisinin belə bir ümumi yığıncağın keçirilməsi və bununla əlaqədar protokol və yaxud qərar qəbul olunmasından məlumatları olmadığı bildirilmişdir. Ümumi yığıncağın keçirilməsi qaydası Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən tənzilmənir. Bununla bağlı olaraq, ümumi yığıncağın “qərarı” adlandırılan qərarın qəbul olunmasından öncə həmin yığıncağın keçirilməsi barədə protokol tərtib olunmalı və səsvermədə iştirak etmiş şəxslərin siyahısı göstərilməli idi. Daha sonra isə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilməlidir. Digər tərəfdən, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119-cu maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyə nolunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. İkincisi, həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Həmçinin “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili və keçirilməsi qaydası” təsbit olunmuş 126-cı maddəsinə əsasən, Məcəllənin 125.2.2-ci, 125.2.6-cı, 125.2.7-ci və 125.2.12-ci maddələri ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə ümumi yığıncağın qərarları cəmiyyətin iştirakçılarının ümumi sayının üçdə iki səs çoxluğu ilə, digər məsələlər üzrə qərarlar ümumi yığıncaqda iştirak edən cəmiyyətin iştirakçılarının vəya onların nümayəndələrinin ümumi sayının səs çoxluğu iləqəbul edilir. Yəni, bir neçə şəxsin iştirakı ilə keçirilmiş ümumi yığıncağın qərarı hər bir halda əsassızdır. Ümumi yığıncağın keçirilməsi qaydası, səsvermənin legitimliyi və s. bu kimi hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Digər bir məsələ isə, “Nizami Residence” X5 mülkiyyətçilərinin ümumi yığıncağının ## ###### 2021-ci il tarixli NR/** saylı “qərarı” adlandırırlan qərara əsasən, AR Mənzil Məcəlləsinin141.2.3cü maddəsi ilə müəyyən edilmiş qaydada Yaşayış Kompleksinin idarə edilməsi üsulu “idarəedici təşkilat tərəfindən idarə edilmə” olaraq seçilmiş və İddiaçı MMC Yaşayış Kompleksinin idarəedici təşkilatı təyin edilmiş, İdarəedici təşkilat tərəfindən Yaşayış Kompleksində göstəriləcək və nümunəvi siyahısı bu Qərara dair müvafiq əlavədə müəyyənləşdirilmiş xidmətlərə görə tətbiq edilən aylıq xidmət haqqının minimum məbləği Yaşayış Kompleksindəki yaşayış sahələrinin hər 1.00 kv.m.-i üçün ƏDV daxil 2.00 manat məbləğində təsdiq edilməsidir. Əlavə dəyər vergisi AR Vergi Məcəlləsinə əsasən, vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmçinin ƏDV ancaq vergi tutulan əməliyyat baş verdikdə yaranır. Hazırki işdə isə vergi tutulan əməliyyatın baş verməsi barədə danışmaq mümkün deyil. Həmçinin burada əsas məsələ ondan ibarətdir ki, vergi ödəyicisi xidmət alan şəxs deyil, xidmət göstərən – yəni İddiaçı MMC-dir. Digər sözlə, ƏDV-ni dövlətə ödəmək öhdəliyi MMC-nin üzərinə düşür. Ona görə də, iddiaçı tərəfindən tələb olunan məbləğə ƏDV-nin daxil edilməsi tamamilə qanunsuz və əsassızdır. Lakin məhkəmə bu kimi halları diqqətə almamış, araşdırmamış və bu da iş üzrə yanlış nəticəli qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Digər tərəfdən, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında ünvan 3 ünvanında yerləşən mənzilə görə xidmət haqqının ödənilməsi ilə bağlı müqavilə ümumiyyətlə bağlanılmamışdır. Şikayət olunan məhkəmənin qətnaməsində isə qeyd edilmişdir ki, guya iddiaçı ilə cavabdeh cavabdeh1 arasında xidmət müqaviləsi bağlanmasa da, iddiaçı cavabdehə “faktiki xidmət göstərmişdir”. Bu nəticə həm hüquqi, həm də faktiki baxımdan tamamilə əsassızdır. Belə ki, AR Mülki Məcəlləyə əsasən, mülki hüquqda əsas prinsiplərdən biri də tərəflərin iradə azadlığıdır. Heç kəs onun razılığı olmadan ona xidmət göstərilibgöstərilməməsinə görə ödəniş etməyə məcbur edilə bilməz. Qətnamənin məzmunundan da aydın şəkildə görünür ki, məhkəmə iş üzrə halları ətraflı, tam, obyektiv araşdırmamış, mübahisə ilə bağlı müəyyən olunan mövcud dəlilləri deyil, sadəcə iddiaçı tərəfindən irəli sürülən mülahizələri əsas götürmüş, iş üzrə əhəmiyyət kəsb edən halları hərtərəfli araşdırmayaraq məhkəmə qarşısında tərəflərin bərabərlik prinsipinin şərtlərini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi və cavabdeh cavabdeh1 nümayəndəsi-vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, tərəflərdən cavabdeh cavabdeh2 müqaviləsi mövcud olmuşdur, bir hissədə pulun tutulması müqaviləyə əsaslanır. Digər hissədə isə umumi yığıncağın qərarı olmuşdur. Qərar iki nəfərin adından imzalanmışdır. Həmin şəxslərin bina sakini olması ilə bağlı iş materiallarına sübut əlavə edilməmişdir. Ümumi yığıncağın çağırılması qaydası qanununvericiliklə tənzimlənmişdir. Bu MMMC haradan gəlmişdir, bu məlum deyildir. Binada MMMC yoxdur, iddiaçı binanı tikməmişdir. MMMC yaradılmamışdır. İş üzrə iddiaçı 141-ci maddəyə istinad edir, lakin hansı formada yığıldığı məlum deyildir. Təmsil etdiyi şəxslərin umumi yığıncaqdan məlumatı olmamışdır. Məhkəmə umumi yığıncağın qərarına istinad etmişdir. Gündüz mənzili alan zaman heç binanın bir faizi satılmamışdı. İddiaçı tərəf kimdir, qərarı kim tərtib etmişdir. İddiaçı tərəf hansə xidmətləri göstərdiyini göstərmir, xərclər nədən ibarətdir bilinmir. İddiaçı bildirir ki, ƏDV daxil iki manatdır.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Nizami Residence “xxxx” MMC-nin nəzdindədir. “xxxx” MMC ilə İddiaçı MMC arasında 2021-ci il tarixində umumi yığıncağın qərarı ilə müəyyən olunur ki, ümumi idarəetmə İddiaçı MMC-yə daxil olur. Alğı-satqı müqaviləsi “xxxx” MMC ilə vətəndaş arasında 2023-cü il tarixində bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh cavabdeh1 ƏDV daxil hər ay 289 manat ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinin bəzi hissələrində “X2” kimi qeyd edilmişdir, digər hissələrdə isə “Nizami Residence” qeyd edilmişdir. Burada texniki yanlışlıq olaraq qeyd edilmişdir ki, cavabdehlər “Nizami Residence”-də yox, “X2”-da yaşayır. İcra orqanının qərarı mənzillər cavabdehlərə satılmamışdan əvvəl qəbul edilmişdir. Korporativ deyillər, MMC-dir. Bütün bina mülkiyyətçiyə məxsus olduğuna görə idarəedici təşkilat kimi iddiaçı seçilmişdir. “Nizami Residence” və “X2” hər ikisi idarəetmələrindədir. İddia ərzəsinin də əksər yerlərində “X2” qeyd edilmişdir. Qalan bütün sənədlər isə “X2” qeyd edilmişdir. Bütün bina “xxxx”-a məxsusdur və o təkbaşına qərar qəbul edir. “xxxx” isə İddiaçı MMC-ni idarəetmə orqanı kimi seçmişdir. Burada protokol olmalı deyildir. 2 manatın müqabilində mühafizəni, texniki və təmizlik xidmətlərini nəzərdə tuturlar. Ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid olmayan məsələlər icra orqanı tərəfindən qərar qəbul edilir. Ümumi yığıncağın bu idarəetmə üsulunun seçilməsi müstəsna səlahiyyətlərinə aid olmadığına görə icra orqanının qərarı ilə onlar “X2”un idarəetmə formasını seçmişlər. İdarəetmə isə İddiaçı MMC-yə aid edilmişdir. xxxx bina üzrə tək mülkiyyətçi olmuşdur və burada ümumi yığıncağın keçirilməsi də ağlabatan deyildir. Onlar bu pulu 1 sentyabr tarixli qərara əsasən tələb edir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 24.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 26.152.11-ci maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. 27.217.1-ci maddəsinə əsasən, paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. 28.328.1-ci maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 29.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 30.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 31.389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 32.390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 33.399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 34.425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 35.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 36.448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 37.448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 38.1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsasolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 39.1091.2-ci maddəsinə görə, əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 40.1092.1-ci maddəsinə görə, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır. 41.1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaqhüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətini keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

42.29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 43.38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir;

44. 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; 45.43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır; 46.43.2.4-cü maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir; 47.109.5-ci maddəsinə əsasənk kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir; 48.119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 49.119.2-cii maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 50.120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 51.122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 52.122.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 53.135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 54.135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 55.135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 56.135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan; 57.136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. 58.137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 59.137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 60.137.7-ci maddəsinə əsasən bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər; 61.137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər; 62.137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər; 63.137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 64.138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 65.140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.

66.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2020-ci il tarixli Qərarı: ... Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

67.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 68.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 69.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 70.Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun (89.1-ci və 89.2-ci maddələr).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

71.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 72.Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdehlər “Nizami Residence” X5 Mülkiyyətçilərinin Ümumi Yığıncağının ## ###### 2021-ci il tarixli qərarının hüquqi əsasının olmadığını; məhkəmənin həmin qərara istinad etməsinin səhv olduğunu; İddiaçı MMC-nin binanın idarəedici təşkilatı qismində qanunvericiliyə uyğun qaydada seçilmədiyini; əlavə dəyər vergisinin binanın saxlanılması xərclərinə daxil edilməsinin qanunsuz olduğunu; iddiaçı ilə cavabdeh cavabdeh1 arasında xidmət müqaviləsinin bağlanmadığını və s. dəlillərə istinad edərək iddianın əsassız olması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 73.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC-nin icra orqanının # ######## 2021-ci il tarixli NBH/** saylı qərarına əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141.2.3-cü maddəsinə uyğun olaraq binanın idarə edilməsi üsulu “idarəedici təşkilat tərəfindən idarə edilmə” kimi seçilmiş və İddiaçı MMC (VÖEN: **********) binanın idarəedici təşkilatı təyin edilmişdir. Həmin qərara əlavə edilmiş siyahıya əsasən idarəedici təşkilat tərəfindən göstəriləcək xidmətlərə görə tətbiq edilən aylıq xidmət haqqının minimum məbləği müəyyən olunmuş, həmin məbləğin binadakı mənzillərin hər 1.00 kv.m sahəsi üçün ƏDV daxil olmaqla 2.00 manat təşkil etdiyi təsdiq edilmişdir. 74.Müəyyən edilmişdir ki, hər iki cavabdeh binanın sakinidir. Cavabdehlərdən cavabdeh2 ilə iddiaçı İddiaçı MMC arasında çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi barədə ##.##.2023-cü il tarixli, NBH/**/*** saylı müqavilə bağlanmışdır. 75.Məhkəmə kollegiyası ilk növbədə iddiaçı ilə digər cavabdeh cavabdeh1 arasında müqavilə münasibətlərinin olmaması ilə bağlı dəlilə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 76.Belə ki, hazırkı kateqoriyadan olan işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə sakinin yaşadığı binanı idarə edən təşkilat ilə müqavilənin bağlanmaması həmin şəxsi ümumi əmlakın saxlanılması və təmiri xərclərinin ödənilməsi vəzifəsindən azad etmir. Mənzil qanunvericiliyinə əsasən, bu xərclər çoxmənzilli binanın idarə edilməsinə nəzarəti həyata keçirən fiziki və (və ya) hüquqi şəxslərin, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin idarəetmə orqanlarının qərarları ilə müəyyən edilmiş qaydalar əsasında bina sakini (kooperativin üzvü, sahə mülkiyyətçisi və s.) tərəfindən ödənilməlidir. 77.Beləliklə də tərəflər arasında yazılı müqavilənin mövcud olmaması faktiki olaraq göstərilmiş xidmətlərə görə ödəniş öhdəliyini aradan qaldırmır. Belə ki, öhhdəlik hüquq münasibətləri yalnız yazılı müqavilə əsasında deyil, həm də tərəflərin davranışlarından yarana bilər. İddiaçı tərəfindən müvafiq xidmətlərin göstərilməsi və cavabdeh tərəfindən həmin xidmətlərdən istifadə edilməsi, tərəflər arasında yazılı müqavilə olmasa belə, binanın idarəedici orqanı tərəfindən müəyyən edilmiş tariflərə uyğun olaraq xidmət haqqının ödənilməsi öhdəliyini şərtləndirir. 78.Hazırkı halda da araşdırılmış iş materiallarından müəyyən edilir ki, binanın yeganə mülkiyyətçisi olmuş “xxxx” MMC-nin icra orqanının # ######## 2021-ci il tarixli NBH/** saylı qərara əsasən seçdiyi idarəedici təşkilat-iddiaçı ilə cavabdehlərdən cavabdeh2 arasında öhdəlik hüquq münasibətləri tərəflərin faktiki davranışları nəticəsində yaranmışdır. Mülki hüquq münasibətlərində də səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. 79.Mülki Məcəllənin 152.11-ci maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. 80.Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin binanın idarə edilməsi üsulunun seçilməsi və göstərilən xidmətlərə görə aylıq xidmət haqqının minimum məbləğinin müəyyən edilməsini tənzimləyən akt kimi səhvən “Nizami Residence” X5 Mülkiyyətçilərinin Ümumi Yığıncağının ## ###### 2021-ci il tarixli qərarına istinad etməsi hazırda mübahisələndirilən qətnamənin ləğvi üçün əsas kimi nəzərə alına bilməz. 81.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, idarəedici şirkət-İddiaçı MMC tərəfindən aylıq xidmət haqqına ƏDV-nin hesablanması, həmin MMC-nin müstəqil qaydada xidmət göstərməsi, xidmətlərin bilavasitə onun tərəfindən təqdim edilməsi və mübahisəli hüquq münasibətlərində icraçı qismində çıxış etməsi nəzərə alındıqda, vergi qanunvericiliyinin tələblərinə uyğun hesab edilməlidir. Belə ki, MMC tərəfindən göstərilən xidmələr iqtisadi fəaliyyət kimi qiymətləndirildiyindən, həmin xidmətlər üzrə ƏDV-nin tətbiqi qanunauyğundur. 82.Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 83.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 84.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 85.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı # ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə cavabdeh cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar