Məhkəmə qərarları › İş №2(3-6)-1350/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1350/2026

04.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1350/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“pul”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)- ****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8000 manat pul, əldən çıxmış fayda olaraq 3000 manat, 1000 manat mənəvi zərər və ödənilən 126 manat məbləğdə dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddianın əsaslarına görə, Cavabdeh üç il olar tanıyır və münasibəti normal olubdur. Təxminən on səkkiz ay müddət olar ki, cavabdeh Cavabdeh onunla görüşərək, tanışı Ceyhun Rzayev ilə işlərinin qarışıq getdiyi səbəbindən ona təcili pul lazım olduğunu və bir aya qaytarmaq şərtilə ona 8000 manat borca pul verməsini xahiş etmişdir. Həmin zaman gəlirləri yaxşı olduğundan cavabdeh Cavabdeh etiraz etməmiş və evdən 8000 manat pulu götürüb, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahədə yerləşən ** saylı poçtun qarşısında Cavabdeh özünə vermişdir. Pulu cavabdeh Cavabdeh hər hansı faiz müqabilində verməmiş və cavabdeh Cavabdeh 8000 manat pulu alıb, bir ay ərzində qaytaracağına söz vermişdir. Pulu Cavabdeh verdiyi gündən bir manat da olsun borcundan qaytarmamışdır. Həmin 8000 manat pulu o cavabdeh Cavabdeh şəxsən özünə vermiş və cavabdeh Cavabdeh həmin pul məbləğini, verdiyi pula nisbətdə əldən çıxmış fayda olaraq və vurduğu mənəvi zərər olaraq pulları tələb edir. Cavabdeh Cavabdeh nə problemlərinin olması və kiminlə pul ilə bağlı nə mübahisələr yaşaması ona məlum və maraqlı deyil. O cavabdeh Cavabdeh əlbəəl nağd şəkildə verdiyi 8000 manat pulu, həmin pula nisbətdə 18 aydan çox müddət ərzində əldən çıxmış fayda olaraq 3000 manat pulu və 1000 manat vurduğu mənəvi zərəri də tələb edir. Həmçinin pul mübahisələri və pulların ələ keçirilməsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Polis idarəsinin Istintaq şöbəsində ##.##.2025-ci il tarixdə baş müstəntiq X3 tərəfindən araşdırma aparılmış və cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Sübut olaraq Bakı şəhəri Səbail Rayon Polis idarəsinin Istintaq şöbəsinin ##.##.2025-ci il tarixli qərarını da iddia ərizəsinə əlavə etmişdir.

2. Mülki iş üzrə cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazında qeyd etmişdir ki, iddia tələbini qəbul etmir və bildirir ki, onun iddiaçıya heç bir borcu yoxdur. Belə ki, İddiaçı Ceyhun adlı şəxsin kafesində tanış olmuş və Raqil faizlə pul verdiyini bildirmişdir. O da Raqildən üç dəfə faizə pul almış və hər dəfə də pulu faizi ilə birlikdə qaytarmışdır. Eyni zamanda onun yaxın adamlarına faizə pul lazım olanda Raqilə müraciət etmiş və o da həmin şəxslərə faizə pul vermişdir. Hətta dəfələrlə tanışı Pərvizə pul lazım olmuş və o zamin olaraq Raqildən pul alıb Pərvizə vermişdir. Sonuncu dəfə Pərviz pulu verə bilmədiyinə görə aralarında olan razılışmaya görə Pərviz aylıq 200 manatdan əsas borcu qaytarır. Eyni zamanda tanışı Ceyhuna pul lazım olduğundan o Raqildən 8000 manat pul alaraq Ceyhuna vermişdir. Ceyhun da həmin pula görə hər ay 500 manat faiz verəcəyinə razılaşmışlar. Ceyhun dörd ay həmin pulun faizini Raqilə vermişdir. Lakin sonradan faizi və pulu qaytarmadığına görə Raqil ondan həmin pulu tələb etməyə başlamışdır. Əslində həmin pulu o yox Ceyhun almış və bunu Raqil özü də bilir. Buna dair səs yazısı da vardır ki, Ceyhun ona səs yazısı göndərmişdir ki, axırıncı ayın faizini 300 ABŞ dolları vermişdir. Lakin Ceyhun sonradan Raqildən aldığı pulu qaytarmamışdır. Bunu Raqil özü də bilir ki, həmin 8000 manat pul Ceyhundadır və Ceyhun vermir. Hətta Ceyhun həmin pulu vermədiyinə görə bu barədə polis idarəsinə şikayət etmişdir. Polis idarəsində verdiyi izahatında da Ceyhun ona 8000 manat borcu olmasını etiraf etmiş və hər ay 500 manat olmaqla qaytaracağını bildirmişdir. Ceyhun polisə verdiyi izahatında həmin pulun tanışı Raqildən aldığını qeyd etmişdir.

3. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 8000 manat məbləğdə pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat olmaqla, ümumilikdə 8100 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 739.2, 742.1, 1091.1, 1091.2, 1092.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 8000 manat məbləğdə borc vermiş, cavabdeh borcun qaytarılması ilə bağlı öhdəliyini pozmuşdur. Belə ki, iddiaçı borcun verilməsi barədə mövqeyini cavabdehin Polis şöbəsində verdiyi izahata istinad etməklə əsaslandırmışdır. Cavabdeh isə məhkəməyə təqdim etdiyi etirazda tələbi qəbul etməmiş, pulu Raqildən alıb tanışı Ceyhuna verdiyini, onun sadəcə vasitəçi olduğunu, Raqilə pul qaytarmalı olan şəxsin Ceyhun olduğunu bildirmişdir. Lakin təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış cavabdeh Cavabdeh 8000 manat məbləğdə pulu İddiaçı borc alaraq Xəlil adlı şəxsə qaytardığını bildirmişdir. Araşdırma zamanı izahatı alınan Ceyhun Rzayev də Cavabdeh 8000 manat borc götürdüyü şəxsin kimliyini sonradan bildiyini göstərmiş, onun özünün 8000 manat borc öhdəliyinin Arif qarşısında olduğunu ifadə etmişdir. Göründüyü kimi, 8000 manat məbləğdə pulun cavabdehə verilməsi, cavabdehin həmin pulun qaytarılması ilə bağlı öhdəlik götürdüyü araşdırma materialları ilə təsdiqini tapır. Iddiaçı üçüncü şəxs Ceyhun Rzayevlə öhdəlik tərəfi olaraq sövdələşməmiş, onunla hər-hansı razılıq əldə etməmiş, ona birbaşa və ya vasitəçi vasitəsi ilə pul verməmişdir. Cavabdehin sübut qismində təqdim etdiyi bir neçə saniyəlik səs yazısı da hazırkı işin üçün əhəmiyyət kəsb edən hər hansı digər halı müəyyən etməyə qadir deyil. Odur ki, məhkəmə hesab edir ki, 8000 manat məbləğdə borc (pul) cavabdehdən tutulmalıdır. Mövcud qanunvericiliyə əsasən 3000 manatdan yuxarı məbləğli borc müqaviləsi üçün yazılı forma şərti zəruri olsa da, hazırkı halda bu şərtə əməl edildiyi müəyyən edilmir. Lakin, hər bir halda pulun verildiyi sübut olunursa, qaytarılma barədə tələb də haqlıdır. Çünki, Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbinə görə isə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Iddiaçı əldən çıxmış fayda olaraq 3000 manat pul da tələb edir ki, bu hissədə tələb təmin edilə bilməz. Mülki Məcəllənin 21.2-ci maddəsinin tələbləri baxımından əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Hazırkı halda iddiaçı borc məbləği vaxtında qaytarılsaydı ticarət sahəsində həmin pulu 3000 manat artıra bilcəyini qeyd etsə də, hansı sahədə, hansı formada artıra biləcəyi, sabit məbləğ olaraq gözlənilən 3000 manatın necə hesabladığı şərh edilməmiş, bununla bağlı şəxsin əvvəlki işgüzar təcrübəsinə dair hər hansı sübut təqdim edilməmişdir. Mənəvi zərərin əvəzinin tutulması hissədə də tələb təmin edilə bilməz. Adi mülki dövriyyə şəraitində öhdəliyin pozulması heç də həmişə mənəvi zərərin vurulması ilə nəticələnmir. Mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Hazırkı işin halları baxımından isə işin bu faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - Səbail rayon Polis Idarəsinin ##.##.2025-ci il tarixli qərarına əsasən Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır; - Səbail rayon Polis Idarəsinin ##.##.2025-ci il tarixli qərarına əsasən Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmiş və İddiaçın tanışı Cavabdeh barəsində olan 8000 manat pul tələbi mülki xarakterli olduğundan Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət eidlməsinin izah edilməsi qərara alınmışdır; - Həmin qərarın təsviri hissəsindən görünür ki, araşdırma zamanı izahatı alınan Cavabdeh izahatında bildirmişdir ki, o, Xəlilin pulunu qaytardığı zaman tanışı İddiaçı 8000 manat borc pul almış, Xəlilin evinin tikintisinin icazəsi üçün aldığı 12000 manatın 8000 manatı Xəlilə geri qaytarmışdır; - Araşdırma zamanı izahatı alınan X1 bildirmişdir ki, ... Sonradan bilmişdir ki, onun Arifə olmuş 8000 manat borca görə faiz götürdüyü şəxs onların ortaq tanışı Raqif adlı şəxs olmuşdur. Onun Raqiflə tanışı Arif arasında həmin pulun hansı şərtlərlə götürülməsindən xəbəri olmamışdır Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. Cavabdeh apellyasiya şikayəti verərək, Yasamal rayon məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4, 739-cu; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 77, 78, 87, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Yasamal rayon məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə 8000 manat məbləğdə pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat olmaqla, ümumilikdə 8100 manat məbləğində pulun ondan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, onun iddiaçıya heç bir borcu yoxdur. Belə ki, o İddiaçı ilə Ceyhun adlı şəxsin kafesində tanış olmuş və Raqil faizlə pul verdiyini bildirmişdir. O da Raqildən üç dəfə faizə pul almış və hər dəfə də pulu faizi ilə birlikdə qaytarmışdır. Eyni zamanda onun yaxın adamlarına faizə pul lazım olanda Raqilə müraciət etmiş və o da həmin şəxslərə faizə pul vermişdir. Hətta dəfələrlə tanışı Pərvizə pul lazım olmuş və o zamin olaraq Raqildən pul alıb Pərvizə vermişdir. Eyni zamanda tanışı Ceyhuna pul lazım olduğundan o Raqildən 8000 manat pul alaraq Ceyhuna vermişdir. Ceyhun da həmin pula görə hər ay 500 manat faiz verəcəyinə razılaşmışlar. Ceyhun dörd ay həmin pulun faizini Raqilə vermişdir. Lakin sonradan faizi və pulu qaytarmadığına görə Raqil ondan həmin pulu tələb etməyə başlamışdır. Əslində həmin pulu o yox, Ceyhun almış və bunu Raqil özü də bilir. Buna dair səs yazısı da vardır ki, Ceyhun ona səs yazısında göndərmişdir ki, axırıncı ayın faizini 300 ABŞ doları verdi. Raqilin sənlə işi olmayacaqdır. Lakin Ceyhun sonradan Raqildən aldığı pulu qaytarmamışdır. Bunu Raqil özü də bilir ki, həmin 8000 manat pul Ceyhundadır və Ceyhun vermir. Hətta Ceyhun həmin pulu vermədiyinə görə bu barədə polis idarəsinə şikayət etmişdir. Polis idarəsində verdiyi izahatında da Ceyhun ona 8000 manat borcu olmasını etiraf etmiş və hər ay 500 manat olmaqla qaytaracağını bildirmişdir. Ceyhun polisə verdiyi izahatında həmin pulun tanışı Raqidən aldığını qeyd etmişdir. Eyni zamanda Ceyhun və arvadı Məhruqə onun yanında özü də dəfələrlə Raqilə bildirmişlər ki, həmin 8000 manat Ariflik deyil pulu onlar alıblar və faizini də ödəyəcəklər. Ceyhun arvadı ilə birlikdə “Xəzər” kafesini işlədir və özləri də Raqilə bildirmişlər ki, pulu onlar ödəyəcəklər. Bundan başqa Səbail RPŞ-nin IŞ-nin müstəntiqi Zamiq Mustafayevin ##.##.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” məhkəməyə təqdim edilmiş qərardan da görünür ki, Ceyhun Raqilə 8000 manat borcludur və onu ödəyəcəkdir. Hazırkı mübahisə üzrə o, cavabdehlik daşımır və bu barədə də məhkəməyə etiraz etmişdir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Hazırda da o, Ceyhuna qarşı Saatlı rayon məhkəməsinə müraciət etmiş və hazırda mülki iş hakim Vüqar Qasımovun icraatındadır. Iddia ərizəsində iddiaçı özü də qeyd etmişdir ki, pulu o, Ceyhuna görə almışdır. Qeyd edilən həmin borcla əlaqədar onlar arasında heç bir müqavilə bağlanmamış,pulu o deyil Ceyhun almışdır. Həmin pula görə də Ceyhun 2000 manat faiz ödəmişdir. Bunu iddiaçı özü də bilir və Ceyhun da həmin pulu aldığını etiraf edir. Lakin məhkəmə prosesinə Ceyhun dəvət edilməmiş və bu faktlar tam araşdırılmamışdır. Borcu Ceyhun aldığı halda əsassız olaraq öhdəlik onun üzərinə qoyulmuşdur. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini yerinə yetirməmiş, iddiaçının heç bir sübut təqdim etməməsinə baxmayaraq iddiaçının mülahizələrinə əsaslanmışdır. Səbail RPŞ-nin IŞ-nin müstəntiqi Zamiq Mustafayevin ##.##.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” məhkəməyə təqdim edilmiş qərardan da görünür ki, Ceyhun Raqilə 8000 manat borcludur və onu ödəyəcəkdir. Hazırkı mübahisə üzrə o cavabdehlik daşımır və bu barədə də məhkəməyə etiraz etmişdir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Hazırda da o, Ceyhuna qarşı Saatlı rayon məhkəməsinə müraciət etmiş və hazırda mülki iş hakim Vüqar Qasımovun icraatındadır. Iddia ərizəsndə iddiaçı özü də qeyd etmişdir ki, pulu o. Ceyhuna görə almışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə onun qeyd edilən borca görə cavabdehlik daşımadığı halda əsassız olaraq həmin pulun ondan tutulmasına yönəltmişdir. Halbuki iddiaçı iddia ərizəsində də qeyd etmişdir ki, həmin pulu o tanışı Ceyhun Rzayevə vermək üçün almışdır. Işin faktiki halları məhkəmə tərəfindən tədqiq edilməmiş, əsassız olaraq ondan pulun tutulması təmin edilmişdir. Halbuki həmin pulun iddiaçı Ceyhuna faizə vermiş və 4 ay da faiz olaraq 2000 manat pul almışdır. Ceyhun da həmin pulu qaytaracağı barədə Raqil arasında razılaşma olmuşdur. Sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə prosesində də iddiaçı həmin pulun ona verməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş sübutlardan, o cümlədən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan da görünür ki, pul Ceyhundadır. Apellyasiya icraatında müəyyən edilən hallar:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun iddiaçıya heç bir borcunun olmadığını, borcu Ceyhun adlı ortaq tanışlarının götürdüyünü , onun isə sadəcə vasitəçi olduğunu, bunu Ceyhunun özünün də etiraf etdiyini, həmçinin onu özünün də Ceyhundan polis şöbəsinə şikayət etdiyini, belə ki, Ceyhunun ona 15040 manat borcunun olduğunu, iddiaçının tələb etdiyi 8000 manatın da bu borca daxil olduğunu, hazırkı işdə cavabdeh kimi onun qoyulmasının düzgün olmadığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

7. Iddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh sadəcə vasitəçi olduğunu, pulu Ceyhun adlı şəxs üçün götürdüyünü, hazırkı iddia tələbinin Ceyhuna qarşı qaldırılmalı olduğunu bildirsə də bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Bunun əksinə cinayət işinin başlanılmasının rədd qərarı ilə müəyyən edilir ki, hazırkı iş üzrə cavabdeh 8000 manat məbləğdə pulu İddiaçı borc alaraq Xəlil adlı şəxsə qaytardığını bildirmiş, Ceyhun Rzayev isə Cavabdeh 8000 manat borc götürdüyü şəxsin kimliyini sonradan bildiyini, onun özünün 8000 manat borc öhdəliyinin Arif qarşısında olduğunu ifadə etmişdir. Qeyd edilənlərdən əlavə cavabdeh etirazında bildirmişdir ki, Raqildən 8000 manat pul alaraq Ceyhuna vermiş, oda həmin pula görə hər ay 500 manat faiz verəcəyinə razılaşmış, Ceyhun dörd ay həmin pulun faizini Raqilə vermiş, sonradan faizi və pulu qaytarmadığına görə Raqil ondan həmin pulu tələb etməyə başlamışdır.

12. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.

13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar