Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1376/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” ##.##.2022-ci il tarixli protokoldan görünür ki, İddiaçı həmin tarixdə saat 01:40-da şübhəli şəxs qismində tutulmuş, tutulmasının əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni saat 01:00dan hesablanmışdır.
2. Şirvan Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qərarından görünür ki, İddiaçı barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli ##.##.2022-ci il tarixdən hesablanmışdır.
3. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)**/**** saylı qərarından görünür ki, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Şirvan şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarından müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış və şikayət təmin edilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ## ##### 2023-cü il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir.
4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024cü il tarixli qərarından görünür ki, dövlət ittihamçısı X6 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2024-cü il tarixli *(***)-**/**** saylı hökmünün apellyasiya protestinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb olunmaqla) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9800 manat maddi zərər və 22000 manat mənəvi zərər, 3000 (üç min) manat vəkilə ödənilən xərc, dövlət rüsumunun ödənilməsinə görə 199 manat, ümumilikdə kompensasiya şəklində 34991( otuz iki min doqquz yüz doxsan bir) manat məbləğində pul vəsaitinin cavabdeh AR Maliyyə Nazirliyindən tutularaq tam həcmdə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2024-cü il, *(***)-**/**** nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və X4 ibarət məhkəmə tərkibində) # ####### 2024-cü il tarixli, 1(106)- ***/**** nömrəli qərarı ilə dövlət ittihamçısı X6 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, İddiaçı CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmünün apellyasiya protestinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin *(***)-***/**** saylı, ##.##.2025ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Hər üç instansiya məhkəməsi ədalətli araşdırma apararaq mənim təqsirsiz olduğu qənaətinə gəlmiş və buna görə də bütün hakimlərə öz təşəkkürünü bildirir. ## ###### 2022-ci il tarixdən ## ##### 2023-cü il tarixinədək cəmiyyətdən kənar, azadlığı məhdudlaşdırılaraq * saylı İstintaq Təcridxanasında saxlanılmışdır. Bu müddət isə təxminən 4 aya yaxın müddəti əhatə edir. Həmin müddət ərzində cəmiyyətlə əlaqəsi kəsilmiş, gündəlik qazandığı gəlirlərdən tam məhrum olmuşdur. Azadlıqdan məhrum edilməmişdən öncə müxtəlif işlərdə çalışaraq təxminən hər gün 30-40 manat qazanc əldə edirdi. Bu isə bir ay ərzində ən azı 900-1500 manat qazanc mənasına gəlir. Azadlıqdan məhrum edildikdən sonra isə təbii ki, gəlir əldə etməyi mümkünsüz oldu. Buna görə də 4 aylıq bir müddətdə qazanc əldə etməyi mümkünsüz oldu. 4 aylıq bir müddətdə aylıq 1200 manat qazancdan məhrum edilməyi isə 4800 manat məbləğində müəyyən olunur. Odur ki, Azərbaycan Respublikası adından təqsirsiz hesab edilən bir şəxs kimi hesab edir ki, həmin müddət ərzində qazanc əldə edə bilmədiyi 4800 manat pul vəsaiti ona ödənilməlidir. Bundan başqa 2023-cü ilin aprel ayından ##.##.2024-cü il tarixinədək də o təqsirləndirilən şəxs statusunda ev dusatqlığında saxlanılmışdır. Ümumilikdə bu müddət ərzində də azadlığı məhdudlaşdırılmışdır. Yəni, 4 ay həbsdə, 1 il 1 ay müddətində isə ev dustaqlığında saxlanılmışdır. Bunların nəticəsində ona ciddi mənəvi zərər dəymişdir. Həmçinin həmin müddət ərzində ailəsi Şirvan şəhərindən tez-tez * saylı Istintaq Təcridxanasına gəlmiş, bunun üçün xərclər çəkmişdir. Bunun üçündə ümumilikdə 3000 manat pul xərcləmişdir. Həmçinin məhkəməyə getdiyi hər gün nəqliyyat və qida xərcləri çəkmişdir. Bunu da 2000 ( iki min) manat kimi qiymətləndirir. Məhz Şirvan Rayon Polis Şöbəsinin əməkdaşlarının etdiyi qanunsuzluqlar nəticəsində o və ailəsi həm dərin mənəvə, həm də maddi sarsıntı keçirmişlər. Belə ki, ilk öncə o ailə başçısıdır. Onun kimi zəhmətkeş, günlük ailəsinə qazanc gətirən bir şəxs olaraq ağır cinayət sayılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-1-ci maddəsi ilə təqsirləndirilək həbs edilməyi onun ləyaqətini alçaltmış, həbsdə olduğuna görə ailələri isə mənəvi baxımdan məhv olmuşdur. Çünki ölkədə narkotiklərlə mübarizə ciddi şəkildə həyata keçirilir. Bir şəxsin narkotik vasitə sataraq başqa şəxsləri zəhərləməsi cinayət sayılır və mənəvi baxımdan da cəimiyyətdə düzgün qarşılanmır. O da bir ailə başçısı olaraq belə bir ağır cinayətdə təqsirləndirilərək 4 aylıq bir müddətdə həbsdə saxlanıldı. Buna görə onu tanıyan şəxslər, o cümlədən dostları, yaxınları ondan uzaqlaşdılar. Həmin müddət ərzində həm maddi zərər, həm də mənəvi zərərə məruz qaldı. Həbsdə olduğu müddətdə və sonradan müalicələriylə əlaqədar tez-tez həkim müayinəsindən keçdi, dərmanlarını aldı. "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında " Qanunun 7-ci maddəsinə əsasən mənəvi zərər - şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətləri pisləşməsinə gətirib çıxaran və digər mənfi xarakterli mənfi nəticələrdir. Eyni zamanda bildirir ki, ona hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, məhkəmə iclasları zamanı çəkilmiş məhkəmə xərcləri, qanunsuz olaraq həbsdə saxlanıldığı müddət ərzində çəkilmiş digər xərclər ailəsinə maddi cəhətdən də sarsıtmışdır. Belə ki, İbtidai istintaq və məhkəmə istintaqı dövründə ailəmizin maddi vəziyyəti ağır olmuş və ona görə də mərhum hüquqi müdafiəmi təşkil etmək üçün borc almışdır. Borc alınmış maliyyə vəsaiti hesabına ona hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamışdır. Hesab edir ki, onun günahsız olaraq, törətmədiyi bir cinayət əməlinə görə cəza çəkməyinə görə ailəmizə vurulmuş mənəvi zərərin qarşılığı olan 22000 (İyirmi iki min) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq ona ödənilməlidir.
9. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, iddiaçı İddiaçı hüquq-mühafizə orqanlarının onun barəsində AR Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən onun barəsində verilmiş ittihamı qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən maddi və mənəvi ziyanın əvəzi olaraq 34.991 manat maddi və mənəvi ziyana görə məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iş materiallarından göründüyü kimi iddiaçı İddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini dövlət büdcəsinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il # ###### tarixli ** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə"də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Qanunun məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Iş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Həmçinin iddiaçı bəraət aldığını qeyd etsə də lakin bununla bağlı hər hansı müvafiq sübutları iş materiallarına əlavə etməmişdir.
10. Mikayılov İqbal İbrahimxan oğlunun məhkəməyə ünvanlladığı müraciətindən görünür ki, İddiaçı 2007-ci ildən onun sürücüsü olub, həm də işlərini idarə edirdi. İddiaçı ayda 1200 manat əmək haqqı verirdi. ## ###### 2022-ci il tarixdə Şirvan şəhər polis şöbəsi onuda şər böhtanla saxlamışdır və barəsində cinayət işi başlamışdılar. Barəsində olan cinayət işinə xitam verildi. Lakin İddiaçı onun avtomobilini, mobil telefonunu, şəxsi mülkiyyətinə aid olan ofis və ev açarlarını polisə gətirib vermədiyi üçün şərlənərək həbs edilmişdir. İddiaçı 3 aydan artıq Şüvəlanda yerləşən * saylı istintaq təcridxanasında həbsdə qaldı və hər ay 2 dəfə onun yanına getmişdir. * saylı istintaq təcridxanasına sorğu verilsə təsdiq edərlər. İddiaçı Şirvan Apelyasiya məhkəməsi tərəfindən ev dustaqlığına buraxıldıqdan sonra Lənkəran Ağır Cinayətlər məhkəməsinə 1 il 1 ay müddətində gedib gəlmişlər. Hər dəfə gedib gəlmək 200 manata başa gəlirdi.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərə görə 10200 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti iddiaçının hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat pulun iddiaçıya geri qaytarılması qət edilmişdir.
12. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının göstərdiyi qazancın mövcudluğu və məbləği hər hansı rəsmi sənədlə təsdiq edilməmişdir. İddiaçı tərəfindən əmək müqaviləsi, vergi ödənişləri, bank köçürmələri, əmək haqqı cədvəlləri və ya gəlirin davamlı və sabit xarakter daşıdığını sübut edən digər maliyyə sənədləri məhkəməyə təqdim edilməmişdir.
13. Mikayılov İqbal İbrahimxan oğlunun məhkəməyə ünvanladığı müraciət isə yalnız şəxsi izahat xarakteri daşıyır və iddiaçının faktiki olaraq hansı müddətdə, hansı əsasla və hansı hüquqi münasibət çərçivəsində əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən rəsmi sənəd hesab edilə bilməz. Həmin müraciətdə qeyd olunan əmək haqqının ödənilməsinə dair hər hansı ödəniş sənədi, müqavilə və ya mühasibatlıq sənədi təqdim edilməmişdir.
14. Məhkəmə iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün həbsdə qalması və barəsində ev dustaqlığı qətimkan tədbirlərlərinin seçilməsinə görə ümumilikdə 10200 manat (həbsdə saxlanılmasına görə 1 ay üçün 1000 manat olmaqla cəmi 3.300 manat + ev dustaqlığı qətimkan tədbirinə görə 1 ay üçün 500 manat olmaqla cəmi 6900 manat olmaqla cəmi 10.200 manat) məbləğində müəyyən etmişdir.
15. Mikayılov İqbal İbrahimxan oğlu tərəfindən 2023-cü il ərzində vəkil qurumuna müəyyən məbləğlərdə pul vəsaitinin köçürüldüyünü təsdiq edən ödəniş sənədləri mövcuddur. Lakin həmin ödənişlərin məhz İddiaçı cinayət işi və ya hazırkı mübahisə ilə bağlı hüquqi yardım üçün həyata keçirildiyini təsdiq edən hər hansı müqavilə, və ya digər sübut təqdim edilməmişdir. Təqdim edilmiş köçürmə sənədlərində ödənişin təyinatı konkret olaraq iddiaçının işi ilə əlaqələndirilməmiş, vəkil ilə bağlanmış müqavilənin şərtləri, göstərilən xidmətin həcmi və məhz hansı iş üzrə hüquqi yardım göstərilməsi müəyyən edilməmişdir. Eyni zamanda, həmin vəsaitlərin birbaşa iddiaçı tərəfindən ödənildiyi də sübuta yetirilməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» ## ###### 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa, Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1, 1100, 1101.1, 1115, Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.2, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 119, 121.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
17. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
18. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının kobud pozuntularına yol vermiş, işin faktiki hallarını hərtərəfli, tam, obyektiv şəkildə araşdırmamış, tərəflər arasında olan qarşılıqlı hüquq münasibətlərini düzgün aydınlaşdırmamış, və yekun nəticədə tam qərəzli olaraq qanunsuz bir qətnamə qəbul etmişdir. Qazanc əldə etmək üçün isə mütləq şəkildə rəsmi iş yerində çalışmaq imperativ deyildir. Eyni zamanda ailə üzvlərinin 4 ay müddət ərzində İddiaçı yanına gedib-gəlməsi, İddiaçı ev dustaqlığına buraxılmasındansonrakı müddət ərzində məhkəmə proseslərində iştirak etməsi və mütləqdir ki, bu iştirakla bağlı xərclər çəkməsi də mübahisə edilən bir məsələ deyildir. Xüsusilə qeyd edirəm ki, İddiaçı 4 ay müddətində həbsdə olmuş, həbsdən azad olunduqdan sonra da 7 ay olmaqla ümumilikdə 11 ay müddətində məhkəmə proseslərinə gedib-gəlmişdir. Həbsdən azad olduqdansonra isə barəsində qanunsuz cinayət işi aparıldığına görə işə götürülməmişdir. Məhkəmə prosesinə gediş-gəliş xərci, ailə üzvlərinin istintaq təcridxanasına gediş-gəliş xərcinin qəbzlərlə təsdiq edilməsi kimi bir əsaslandırma edilməsi məntiqi ola bilməz. Hüquqlarını müdafiə edilən şəxsin müdafiə olunması ilə bağlı çəkdiyi xərcə isə qiymət verilməməsi də anlaşılan bir durum deyildir. Halbuki vəkil tərəfindən elektron məhkəmə sisteminə əlavə edilmiş 3 qəbzdən görünür ki, Hümbətov və Patnyorları vəkil bürosuna 2003, 2004, 503 manat olmaqla 3 dəfə pul ödənilmişdir. Bu da ümumilikdə 4510 manat təşkil edir. Vəkil vəsiqəsindən görünür ki, Nümayəndə “Hümbətov və Patnyorları” vəkil bürosunun vəkilidir. Göründüyü kimi 4510 manat vəkil xərci ilə bağlı sənədlər təqdim edilməsinə baxmayaraq bu hissəyə ümumiyyətlə münasibət bildirilməmişdir. Bu ödənişləri isə məhkəmə qərəzli və qanunsuz olaraq təmin etməmişdir. Samir Qasıımovun hüquqları yanlız onun barəsində aparılan cinayət işi ilə əlaqədar və Nəsimi Rayon Məhkəməsində olan hazırkı işlə bağlıdır.
19. Cavabdeh apellyasiya şikayətində onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
22. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 68, İ hissə. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.
24. Maddə 68, II hissə. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
25. Maddə 68, III hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
26. Maddə 68, IV hissə. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
31. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
32. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
33. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir
34. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
38. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. Maddə121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. İddiaçı barəsində 3 ay 09 gün müddətinə (##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixədək) “həbs” qətimkan tədbiri, 01 il 1 ay 24 gün müddətinə (##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək) “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsi, həmin müddətdə qanunsuz olaraq cinayət işi üzrə icraat aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi nəticəsində ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır.
47. Kollegiya qeyd edir ki, iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla, barəsində “həbs” və “ev dustaqlığı” qətimkan tədbirləri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalması, bu müddət onun faktiki olaraq azadlığının qanunsuz məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla azadlıq hüququ məhdudlaşdırılmışdır.
48. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli sayır.
49. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.
50. Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin # ###### 2009-cu il tarixli, ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
51. Mənəvi zərərin məbləği iddiaçı tərəfindən mübahisələndirilmədiyindən və tutulmuş məbləğin ağlabatan olduğundan kllegiya həmin hissəyə əlavə şərh verməyi zəruri hesab etmir.
52. Maddi zərərə gəldikdə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
53. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, Mikayılov İqbal İbrahimxan oğlu tərəfindən “Hümbətov və partnyorları” Vəkil Bürosunun hesabına ödənişlər edilsə də, həmin ödənişlərin məhz İddiaçı hüquqlarının müdafiəsi üçün vəkil Nümayəndə ilə bağlanmış müqaviləyə görə həyata keçirildiyi iş materialları ilə müəyyən olunmur.
54. Qeyd edilən halların araşdırılması üçün iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmiş, onlar arasında bağlanmış müqavilə təqdim edilməmişdir. Belə olduqda hər hansı əlavə araşdırma aparılması üçün əsas olmamışdır.
55. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qətnamənin surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.