Məhkəmə qərarları › İş №2(3-6)-1389/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1389/2026

05.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1389/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqi 2015-ci ilin may avından ## ######## 2025-ci il tarixədək 10 il ərzində heç bir əsas olmadan apardığı cinayət işi üzrə İddiaçı şahid olduğu halda onun barəsində qanunsuz, olaraq dövlət sərhədinin IAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır” statuslu qanunsuz məhdudiyyət tətbiq etməsi hərəkəti Bakı Apcllyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci ii tarixli qərarı ilə qanunsuz hesab edildiyi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 10 000 (on min) manat, mənəvi ziyana görə isə 100 000 (yüz min) manat pulun iddiaçı İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqi 2015-ci ilin may ayından ## ######## 2025-ci il tarixədək 10 il ərzində heç bir əsas olmadan apardığı cinayət işi üzrə İddiaçı şahid olduğu halda onun barəsində qanunsuz olaraq dövlət sərhədinin IAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır” statuslu qanunsuz məhdudiyyət tətbiq etməsi hərəkəti Bakı Apellyasiya Məhkəməsinin 6(103)- ***/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə qanunsuz hesab edildiyi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 10 000 (on min) manat, mənəvi ziyana görə isə 100 000 (yüz min) manat, həmçinin iddia qaldırmaqla bağlı vəkil xidmətlərinin göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi manat) manat pulun iddiaçı İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində yaşayır, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin Iqtisadi Zonaların Inkişafı Agentliyində işləyir, əsas işindən əlavə universitetdə dərs deyir, beynəlxalq səviyyəli maliyyəçidir. 2015-ci ilin may ayında “xxxx” Açıq Səhmdar Cəmiyyətinin külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı DIN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsində cinayət işi başlanmışdır. Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqi iddiaçı cinayət işi üzrə şahid olduğu halda 2015-ci ilin may ayından dövlət sərhədinin IAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır” statuslu məhdudiyyət tətbiq etmiş, həmin vaxtdan etibarən iddiaçı Azərbaycan Respublikasının hüdudlarının kənarına çıxa bilməmişdir. O, 4 aylıq direktor müavini-müvəqqəti direktor olmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi iddiaçıdan əvvəlki və sonrakı şirkət direktorlarına məhdudiyyət tətbiq etməmişdir. Iqtisadiyyat Nazirliyinin X5 ezamiyyətə belə göndərmək istəmişlər, lakin 5 ildən artıq müddətdir ki, xarici ölkələrə ezamiyyətə belə gedə bilməmiş, azadlıq hüququ məhdudlaşdırılmışdır. Məhdudiyyətlə bağlı iddiaçı Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinə müraciət etmiş, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*- ****-**/** nömrəli məktubundan görünür ki, onun barəsində dövlət sərhədinin IAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır” statuslu məhdudiyyət tətbiq etmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqinin hərəkətindən iddiaçı cinayət işi üzrə şahid olduğu halda 2015-ci ilin may ayından dövlət sərhədinin IAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır" statuslu məhdudiyyət tətbiq etməsi ilə bağlı dəfələrlə Daxili Işlər Nazirliyinə şikayət ünvanlamışdır. Daxili Işlər Nazirliyinin ##.##.2022-ci il tarixli məktubunda müraciətinin cinayət işinə əlavə edildiyi, şikayətinin gələcəkdə nəzərə alınacağı qeyd edilmişdir. Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqi iddiaçını faktiki olaraq illər ərzində Azərbaycan Respublikasında dustaq etmiş, azadlığını məhdudlaşdırmışdır. Daxili Işlər Nazirliyinin müvafiq göstərişi ilə təhqiqatçı və müstəntiqlərə yalnız cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxslərə dövlət sərhədinin IAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır” statuslu məhdudiyyət tətbiq edilməsi icazə verilmişdir. Buna görə iddiaçı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqinin “xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı apardığı cinayət işi üzrə şahid olduğu halda barəsində dövlət sərhədinin IAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır” statuslu məhdudiyyət tətbiq etməsi hərəkətinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə şikayət ünvanlamışdır. Nərimanov rayon məhkəməsi *(***)-***/**** nömrəli iş üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə sorğu vermiş, sorğuya cavabda göstərilmişdir ki, "xxxx” ASC-nin pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işi üzrə İddiaçı "xxxx” MMC-nin direktorunun müavini olmaqla banka 48.552.610 manat kredit borcu olmuş, sonradan həmin borc üzrə tələb hüququ "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. "xxxx” ASC-nin pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaq davam etdirilməklə qeyd olunan xüsusatlara, həmçinin İddiaçı əməlinə yekun hüquqi qiymət verilməmiş və o, "xxxx" MMC-nin "xxxx" ASC-yə olan borcunun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, heç bir addım atmamışdır. Nərimanov Rayon Məhkəməsi İddiaçı şikayətinə baxaraq şikayətin təmin edilməməsi barədə *(***)-***/**** nömrəli ## ######## 2025ci il tarixli qərar qəbul etmişdir. Iddiaçı həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət ünvanlamışdır. Iddiaçının şikayəti Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə təmin edilmiş, Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqinin “xxxx” ASC-nin külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı apardığı cinayət işi üzrə İddiaçı şahid olduğu halda onun barəsində dövlət sərhədinin IAMAS-ın məhdudiyyət alt sisteminə “Çıxışı Qadağandır" statuslu məhdudiyyət tətbiq etməsi hərəkəti qanunsuz hesab edilmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqi iddiaçını faktiki olaraq 2015-ci ilin may ayından ## ######## 2025-ci il tarixədək 10 il ərzində Azərbaycan Respublikasında dustaq etmiş, azadlığını məhdudlaşdırmışdır. 2019-cu ilin oktyabr avının 01-də isə o Gürcüstanın Tbilisi şəhərinə təyyarə bileti almış, lakin onun barəsində məhdudiyyət olduğundan həmin şəhərə təyyarə ilə uça bilməmişdir. Iddiaaçıya həmin günü 100 manat 27 qəpik maddi ziyan dəymişdir. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində iddiaçının şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Cinayət təqibi zamanı iddiaçı uzun müddət sarsılmış və qapalı şəraitdə saxlanıldığı üçün səhhətində ciddi psixoloji problemlər yaranmış və onun bu gün müalicəyə ehtiyacı var. Qanunsuz 2015-ci ilin may ayından ## ######## 2025-ci il tarixədək 10 il ərzində iddiaçı mənəvi sarsıntı keçirmiş və ona vurulmuş maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 100 000 (yüz min) manat pul tələb edir.

4. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat, maddi ziyana görə 231.35 (iki yüz otuz bir manat, 35 qəpik) manat, hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 320 manat, ümumilikdə 10 551,35 (on min beş yüz əlli bir manat, 35 qəpik) manat məbləğində pulun iddiaçı İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Iddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Iddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər aya görə 250 manat hesablanmaqla 10 il, yəni 120 ay üçün 30 000 manat məbləğində müəyyən olunmalıdır. Qeyd edir ki, 1 ay üçün mənəvi ziyana görə kompensasiya 83 manat 33 qəpik çox azdır. Çünki o, şahid olsa da, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin istintaq və təhqiqat idarəsinin müstəntiqi onun barəsində faktiki olaraq “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçmişdir. Ona görə məhkəmə mənəvi ziyana görə ona hər ay üçün 250 manat 10 il, yəni 120 ay üçün 30 000 manat təyin etməli idi. Rayon məhkəməsi tərəflərin bərabərliyini pozaraq Maliyyə Nazirliyini üstün vəziyyətə gətirmiş, ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 250 manat mənə təyin etməməklə dövlət büdcəsinə qənaət etmiş, prosessual hüquqları və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmamışdır. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh apelyasiya şikayəti verərək, qeyd etmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Iddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Heç bir sübut olmadığı halda qanunsuz olaraq iddia tələbi üzrə öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur. Buna görə şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir.

9. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

10. Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarının surətinə əsasən İddiaçı Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin onun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında verdiyi şikayəti təmin edilməməsi qərara alınmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarının surətinə əsasən şikayətin təmin olunması, Bakı şəhəri Nərimanov Rayon Mənkəməsinin İddiaçı Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin onun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında verdiyi şikayətinin təmin edilməməsi barədə *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilməsi, İddiaçı barəsində Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair hərəkətləri qanunsuz hesab edilməsi qərara alınmışdır.

12. Azərbaycan Respublikası DIN-nin BMCMI-dən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş ##.##.2025-ci il tarixli *-**-*/*-****/**** nömrəli sorğuya cavab məktubundan görünür ki, “xxxx" Açıq Səhmdar Cəmiyyətinin pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işi üzrə İddiaçı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorunun müavini olmaqla banka 48.552.610 manat kredit borcu olmuş, sonradan həmin borc üzrə tələb hüququ "xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaq davam etdirilməklə qeyd olunan xüsusatlara, həmçinin İddiaçı əməlinə yekun hüquqi qiymət verilməmiş və o, "xxxx” MMC-nin "xxxx" ASC-yə olan borcunun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, heç bir addım atmamışdır.

13. Mülki iş materiallarında olan ##.##.2019-cu il tarixli elektron biletin qəbzinə əsasən İddiaçı tərəfindən Bakı-Tibilisi istiqamətində 100.27 manat dəyərində uçuş bileti alınmışdır.

14. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, 58,28 avro pul köçürməsi həyata keçirilmişdir.

15. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli məktubuna əsasən Dövlət Sərhəd Xidmətinin rəisinə ünvanladığınız ərizəyə Sərhəd Nəzarətində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin ## ##.2008-ci ıl tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "«Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi haqqında Əsasnamə"nin 12.6.1.2.-ci bəndinin (şəxsin sərtıədkeçməsinə icazə veril¬məməsi və geri qaytarılması) icrası ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən məhdudiyyətə qoyulan şəxslərin sərhədkeçməsınə icazə verilmir. Əsasnamənin 12.6.1.2-ci bəndinin icrası Dövlət Sərhəd Xidmətinə həvalə olunduğu üçün ##.##.1988-ci il təvəllüdlü İddiaçı ##.##.2019-cu il tarixdə dövlət sərhədindən hərəkət zamanı Daxili Işlər Nazirliyi tərəfindən lAMAS-ın məhdudiyyət altsistemində “Çıxışı qadağan" statuslu məhdudiyyət tətbiq edildiyindən dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarılmışdır. Məsələ ilə əlaqədar Daxili Işlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

16. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı ##.##.2025-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi haqqında Əsasnamə”nin 12.6.1.2-ci bəndinin (şəxsin sərhədkeçməsinə icazə veril¬məməsi və geri qaytarılması) icrası ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən məhdudiyyətə qoyulan şəxslərin sərhədkeçməsinə icazə verilmir. Əsasnamənin 12.6.1.2-ci bəndinin icrası Dövlət Sərhəd Xidmətinə həvalə olunduğu üçün ##.##.1988-ci il təvəllüdlü İddiaçı ##.##.2025-ci il tarixdə dövlət sərhədindən hərəkət zamanı Daxili Işlər Nazirliyi tərəfindən IAMAS-ın məhdudiyyət aitsistemində “Çıxışı qadağan” statuslu məhdudiyyət tətbiq edildiyindən dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarılmışdır. Bununla yanaşı, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır.

17. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli məktubuqa əsasən Dövlət Sərhəd Xidmətinin rəisinə ünvanladığınız ərizəyə Sərhəd Nəzarətində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin ## ##.2008-ci ıl tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "«Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi haqqında Əsasnamə"nin 12.6.1.2.-ci bəndinin (şəxsin sərhədkeçməsinə icazə verilməməsi və geri qaytarılması) icrası ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən məhdudiyyətə qoyulan şəxslərin sərhədkeçməsınə icazə verilmir. Əsasnamənin 12.6.1.2-ci bəndinin icrası Dövlət Sərhəd Xidmətinə həvalə olunduğu üçün ##.##.1988-ci il təvəllüdlü İddiaçı ##.##.2025-ci il tarixdə dövlət sərhədindən hərəkət zamanı Daxili Işlər Nazirliyi tərəfindən lAMAS-ın məhdudiyyət altsistemində “Çıxışı qadağan" statuslu məhdudiyyət tətbiq edildiyindən dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarılmışdır. Məsələ ilə əlaqədar Daxili Işlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunmuşdur.

18. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Abşeron Rayon vəkil bürosuna ünvanladığı ##.##.2025-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi haqqında Əsasnamə”nin 12.6.1.2,-ci bəndinin (şəxsin sərhədkeçməsinə icazə verilməməsi və geri qaytarılması) icrası ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən məhdudiyyətə qoyulan şəxslərin sərhədkeçməsinə icazə verilmir. Əsasnamənin 12.6.1.2-ci bəndinin icrası Dövlət Sərhəd Xidmətinə həvalə olunduğu üçün ##.##.1988-ci il təvəllüdlü İddiaçı ##.##.2025-ci il tarixdə dövlət sərhədindən hərəkət zamanı Daxili Işlər Nazirliyi tərəfindən IAMAS-ın məhdudiyyət altsistemində “Çıxışı qadağan” statuslu məhdudiyyət tətbiq edildiyindən dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarılmışdır. Bununla yanaşı, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Məsələ ilə əlaqədar Daxili Işlər Nazirliyinə müraciət etməyi xahiş olunmuşdur.

19. “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli məktubundan və əlavə edilmiş biletdən görünür ki, İddiaçı adına olan ##.##.2019-cu il tarixli Bakı-Tbilisi marşrutu üzrə “xxxx” şirkətinə məxsus biletin alınması üçün 100.27 manat və əlavə olaraq check-in üçün 14 manat ödəniş edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası:

20. Maddə 68, III hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

21. 28. «Insan hüquqları haqqında Ümumi Bəyannamə»:

22. Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.

23. Maddə 9. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz.

24. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» ## ###### 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu:

25. Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

27. Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;

29. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır.

30. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlətorqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

31. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradanqaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. 2.5.2. Bu hüquq Konstitusiyanın 28-ci maddəsi, “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsi, habelə Azərbaycan Respublikasının tərəfdaş olduğu digər beynəlxalq hüquqi sənədlər, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur və yalnız bu qərarın 4.24-cü bəndində nəzərdə tutulmuş əsaslarla məhdudlaşdırıla bilər. 2.5.3. Cinayət mühakimə, inzibati xətalar, mülki, inzibati və digər icraatlar çərçivəsində istənilən şəxsin tutulması, həbsə alınması, barəsində ev dustaqlığı, başqa yerə getməmək və ya polisin nəzarətinə, komandanlığın müşahidəsi altına vermək qismində qətimkan tədbirlərinin tətbiqi, azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrumetmə, intizam xarakterli hərbi hissədə saxlama, əcnəbilərə münasibətdə Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılma cəzalarının, tibbi xarakterli məcburi tədbirlərin, ölkədən çıxışına qadağanın qoyulması, psixiatriya stasionarına məcburi yerləşdirilmə, karantin rejiminin tətbiqi ilə bağlı azad hərəkət etmək hüququnun məhdudlaşdırılması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamağına icazənin verilməməsi, habelə əcnəbilərin öz ölkəsinə qayıtmaq hüququnun məhdudlaşdırılması və s. tədbirlərin müvafiq dövlət orqanları tərəfindən qanunsuz tətbiqi azadlıq hüququnun pozulması hesab olunur. 4.48.Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının sözügedən normalarla əhatə olunmayan digər qanunsuz əməllərindən irəli gələn zərərə görə isə Azərbaycan Respublikasının məsuliyyəti yalnız həmin orqanların vəzifəli şəxslərinin bu əməlləri təqsirli olaraq törətməsi sübuta yetirildiyi halda yaranır. Məsələn, təhqiqat və ya ibtidai istintaq orqanının vəzifəli şəxsinin vəzifəsindən sui-istifadə etməklə, barəsində cinayət təqibi aparılan şəxsə işgəncənin verilməsində təqsirliliyi, onu qanunsuz tutması və ya digər şəxslərin ölkədən çıxışına qadağanın qanunsuz qoyulması qanuni qüvvəsini almış məhkəmə hökmü və ya digər qərarla təsdiq olunduqda, Azərbaycan Respublikası şəxsə bu əməllə vurulmuş zərərə görə məsuliyyət daşıyacaqdır. 4.50. Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir. 4.51. Bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir. 5.4. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. 5.9. Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. 7.1. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. 7.2. Maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir. 7.3.Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. 7.15. Zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığına məhkəmə tərəfindən işin diqqətəlayiq bütün faktiki hallarına görə qiymət verilməlidir. Bu hallara sarsıntı və (və ya) iztirabların dərəcəsi və xarakterinə təsir edən istənilən hallar aid edilir. Mənəvi zərərin kompensasiyası üsulu və təzminatın həcmi müəyyən edilərkən məhkəmələr tərəfindən xüsusi ilə zərərçəkmişin pozulmuş şəxsiyyət hüquqlarının növü; belə hüquqların məhdudlaşdırılmasının xarakteri, dərəcəsi və zərər vurma üsulu (intensivliyi, mənfi təsirin miqyası və müddəti) nəzərə alınmaqla qiymətləndirilməlidir. Məsələn, iztirab xarakteri daşıyan üsulla sağlamlığa zərər vurulması, uşaqlarının yanında valideynlərin şərəf və ləyaqətinin alçaldılması. 7.16. Həmçinin zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların nəticələri, bundan əlavə, sağlamlığa vurulan zərərin dərəcəsi, sağlamlığın pozulmasının və əmək qabiliyyətinin itirilməsinin müddəti, zərərçəkmişin ambulator və ya stasionar müalicəyə ehtiyacı, əvvəlki həyat tərzinin davam etmək imkanının olub-olmaması aydınlaşdırılmalıdır. Mənəvi təzminatın həcmi müəyyən edilərkən məhkəmə zərərvuran tərəfindən zərərçəkmişin bir və ya bir neçə şəxsiyyət hüququnun pozulması hallarının baş verməsini də araşdırmalıdır. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 3-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

32. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.

33. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli qərarı.

34. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko Italiyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Tətbiq edilən prosessual hüquq normaları:

36. Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

41. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

42. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

47. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

49. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır

51. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

52. Məhkəmə iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

53. Belə ki, mülki iş materiallarından göründüyü kimi iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının qanunsuz olduğu müəyyən edilmişdir. Iddiaçıya qarşı hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Qanunsuz olaraq 10 il ərzində iddiaçının ölkədən çıxışına məhdudiyyət qoyulduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etməkdə iddiaçı haqlı olmuşdur.

54. Iddiaçı maddi zərərin əvəzi kimi 10000 (on min) manat, mənəvi zərərin əvəzi kimi isə 100000 (yüz min) manat tələb etmişdir.

55. Rayon məhkəməsi iddia tələbinin maddi zərərlə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi bu hala dair yalnız ##.##.2019-cu il tarixdə 100,27 manat və 14 manat, ##.##.2025-ci il tarixdə 58,28 avro dəyərində bilet almasına dair qəbzləri (14 manata münasibətdə “xxxx” QSC-nin məktubunu) təqdim etmişdir. Dövlət Sərhəd Xidmətinin 30 may və ## ###### 2025-ci il tarixli məktublarında İddiaçı müvafiq olaraq ##.##.2019-cu il və ##.##.2025-ci il tarixlərində dövlət sərhədindən hərəkət zamanı Daxili Işlər Nazirliyi tərəfindən IAMAS-ın məhdudiyyət altsistemində “Çıxışı qadağan” statuslu məhdudiyyət tətbiq edildiyindən dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarıldığı müəyyən edilir. Göründüyü kimi iddiaçının təqdim etdiyi qəbzlərlə müvafiq məktubda göstərilən tarixlərin üst-ütsə düşməsi iddiaçının həqiqətən də aldığı biletlərdən faydalanmadığını təsdiq etməklə, ona birbaşa real zərərin vurulduğunu təsdiq edir. Buna görə də rayon məhkəməsi maddi ziyana görə 114,27 manat və 117.08 (58,28 avronun Azərbaycan manatına uyğun ekvivalenti) pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olması qənaətinə gəlmişdir.

56. Mənəvi zərərlə bağlı isə rayon məhkəməsi iddiaçının tələb etdiyi məbləği ağlabatan hesab etməyərək, iddiaçının qanunsuz olaraq 10 il ərzində ölkədən çıxışına məhdudiyyətin qoyulması nəticəsində keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin qarşılığı olaraq mənəvi zərərin məbləğini 10000 (on min) manat məbləğdə müəyyənləşdirmişdir.

57. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayətində mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün 10 il, yəni 120 ay ərzində hər aya görə 250 manat hesablanmaqla 30 000 (otuz min) manat məbləğində müəyyən edilməsini istəmişdir.

58. Məhkəmə qeyd edir ki, maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında müəyyən edilir. Iddiaçı iddia ərizəsində mənəvi zərərə görə 100000 (yüz min) manat, apellyasiya şikayətində isə 30000 (otuz min) manat müəyyən edilməsini xahiş etsə də, hazırkı işin halları baxımından iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi 10000 (on min) manat məbləğin tutulması ədalətli və ağlabatan olduğundan, eləcə də hazırkı işin halları baxımından həm də mütənasib olmuşdur. Bu baxımdan Məhkəmə qeyd edir ki, rayon məhkəməsi mənəvi zərərin məbləğini müəyyən edərkən düzgün nəticəyə gəlmişdir.

59. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

60. Insan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.

61. Avropa Məhkəməsi «Scordino Italiyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azından mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır).

62. Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino Italiyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119)

63. Məhkəmə iddia tələbinin maddi zərərlə bağlı hissəsinə münasibətdə rayon məhkəməsinin qənaətini əsaslı hesab edərək, iddiaçının ölkədən çıxışına qanunsuz məhdudiyyət qoyulması ilə ona vurulmuş maddi ziyanın 231.35 (iki yüz otuz bir manat, 35 qəpik) manat müəyyən edilməsi ilə razılaşır. Belə ki, iddiaçı ona 10000 (on min) manat maddi ziyan vurulmasına dair mötəbər, həmin məbləğdə maddi ziyan vurulmasını təsdiq edən sübutlar təqdim etməmişdir.

64. Beləliklə də müəyyən olur ki, iddiaçının apellyasiya şikayətinin dəllləri əsassızdır və təmin edilə bilməz.

65. Məhkəmə cavabdehin apellyasiya şikayətinin - heç bir sübut olmadığı halda qanunsuz olaraq iddia tələbi üzrə öhdəliyin Maliyyə Nazirliyinin üzərinə qoyulması, iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmaması dəlillərinə münasibətdə qeyd edir ki, müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyanın vurulması təqsirsiz məsuliyyət halıdır. Yəni bu halda dövlətin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına ehtiyac yoxdur. Təqsirlilik şərtindən asılı olmayaraq dövlət vurulmuş zərərin ödənilməsini təmin etməlidir. Daha sonra dövlət, təqsiri olan şəxsə qarşı reqres tələblə çıxış edə bilər. Bu qayda qanunvericilikdə açıq şəkildə öz əksini tapmışdır.

66. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci və 1101.2-ci maddələrinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

68. «Insan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.

69. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var.

70. «Insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

71. Eləcə də, vahid məhkəmə təcrübəsini müəyyən edən yuxarıda istinad edilən Ali Məhkəmənin ##.##.2025-ci il tarixli Plenum qərarının 4.50-ci bəndinə əsasən Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir.

72. Həmin Qərarın 4.51-ci bəndində isə qeyd edilmişdir ki, bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir. Belə olan halda isə müəyyən olur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.

73. Beləliklə, qeyd edilənləri nəzərə alaraq Məhkəmə qeyd edir ki, rayon məhkəməsi faktlar nöqteyi-nəzərindən iddia tələblərini qismən təmin edərək düzgün nəticəyə gəlmişdir, odur ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməlidir.

74. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

75. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

76. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

78. MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə

79. əsasən məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir.

80. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar