Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1404/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə (Açar sözlər: istehlakçı hüquqlarının müdafiəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçıların hüquqlarının müdafiəsi tələbi”nə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı “işığın zəif, gərginliyin isə 130-170 volt olması” barədə elektron müraciətinə cavab olaraq “xxxx” ASC tərəfindən ##.##.2025-ci il tarixdə göstərilmişdir ki, “müraciətiniz Xəzər Rayon Enerji Təchizatı və Satışı Idarəsinə daxil olmuş və mütəxəssisləri tərəfindən araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq bildiririk ki, siz KTM 696 – dan 0.4 kV-luq SIP k/x vasitəsi ilə elektrik enerjisi ilə təmin olunursunuz. Əhalini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün layihə əsasında ərazidə 2026-cı ilin 1-ci rübündə yeni güc mərkəzinin quraşdırılması planlaşdırılıb. Xahiş edirik nəzərə alasınız.”
2. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının iddiaçıya ünvanlanmış ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, “... araşdırma zamanı məlum olmuşdur ki, sözügedən ərazinin elektrik enerjisi təchizatı “xxxx” ASC-nin (bundan sonra - ASC) balans və xidmətində olan gərginliyi 10/0,4 kV, gücü 630 kVA olan *** saylı komplekt transformator yarımstansiyasının (bundan sonra - KTYS) 0,4 kV-luq paylayıcı qurğusundan çəkilmiş kabel xətti vasitəsilə təmin edilir. Baxış zamanı yaşayış eviniz üçün həyətyanı sahənin hasarının xarici tərəfində quraşdırılmış hesablama elektrik sayğacında gərginliyin qiymətinin standartların tələblərinə uyğun olmadığı (gərginliyin aşağı olduğu) müəyyən edilmişdir. Müraciətinizlə bağlı Agentliyin Bakı filialı tərəfindən Xəzər Rayon Enerji Təchizatı və Satışı Idarəsinə ünvanlanmış məktuba cavab olaraq bildirilmişdir ki, *** saylı KTYS-nin nominaldan artıq yüklənməsini, eyni zamanda yaşadığınız ərazidə inşa edilən tikinti obyektlərinin çox olmasını nəzərə alaraq yeni güc mərkəzinin yaradılması məqsədilə ASC tərəfindən gərginliyi 10/0,4 kV, gücü 630 KVA KTYS layihələndirilmiş və KTYSnin quraşdırılması üçün yer seçilərək hörgü işləri görülmüşdür. Məktubda həmçinin bildirilmişdir ki, KTYS-nin quraşdırılacağı torpaq sahəsi Suraxanı Rayonunun ərazisində olduğundan, sözügedən layihə təsdiqlənmək üçün Suraxanı Rayon Icra Hakimiyyətinə göndərilmiş, layihə təsdiqləndikdən sonra material alınaraq ərazidə yeni güc mərkəzi yaradılacaq və istehlakçılar qüvvədə olan standartların tələblərinə uyğun keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəkdir.”
3. Tərəflər arasında sonuncu dəfə ##.##.2026-cı il tarixdə elektrik enerjisinin alqısatqısı barədə müqavilə bağlanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətina qarşı “istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xxxx ASC-nin Xəzər RETSI-dən ona və ailə üzvlərinə dəymiş 1.500 manat maddi və 1.000 manat mənəvi ziyan olmaqla, 2.500 manatın alınaraq onun hesabına ödənilməsi və müqavilə şərtlərinə əməl olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Xəzər rayon Binə qəsəbəsində yerləşən fərdi həyət evində elektrik enerjisindən istifadə etmək üçün 2019-cu ilin may ayından xxxx ASC-nin Xəzər RETSI ilə elektrik enerjisi istehlakçı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Xəzər RETSI onun evini fasiləsiz olaraq 230 volt elektrik enerjisi ilə təmin etməlidir. Ancaq qoşulduğu gündən bugünə kimi gərginlik daim 200 voltdan az olub və daim kəskin şəkildə azalıb artır. Dəfələrlə kəskin azalmalar səbəbindən elektrik dirəklərində qısaqapanmalar və qəzalar baş verir, bu da elektrik enerjisinin saatlarla kəsilməsinə gətirib çıxardır. O, dəfələrlə 199 çağrı mərkəzinə, “xxxx” ASC-yə yazılı və şifahi məlumatlar, şikayətlər bildirmiş, ancaq heç bir tədbir görülmür. Həmin ildən bu günə qədər elektrik enerjisinin kəskin şəkildə az olması və kəskin şəkildə artıb-azalması səbəbindən dəfələrlə istifadəsində olan elektrik avadanlıqları sıradan çıxmış, elektrik enerjisinin olmaması səbəbindən ərzaq məhsulları məhv olmuşdur. Elə bu səbəblərdən ona və ailə üzvlərinə 2.500 manatdan çox maddi və mənəvi ziyan dəymişdir.
6. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim N.F.Əsgərov) iddia təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən əvvəla evində istifadə edilən elektrik avandalıqlarının sıradan çıxması və sıradan çıxıbsa, bu halın elektrik enerjisinin gərginliyinin azlığı ilə əlaqəli olması sübuta yetirilməlidir. Çünki hazırkı mülki iş üzrə iddiaçı həm iddia ərizəsində, həm də izahatında iddia tələbinin əsası kimi cavabdeh tərəfindən ona maddi və mənəvi ziyan vurulmasına istinad etmişdir. Iddiaçı tərəfindən bununla bağlı iddia ərizəsi vasitəsilə yazılı, izahat vasitəsilə şifahi istinadlar edilsə də, həmin istinadları sübuta yetirən hər hansı sübut iş materiallarına əlavə olunmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş foto-şəkillər (soyuducunun, küçənin, abonent tarixçəsinin və sair) isə hər hansı elektrik avadanlığının elektrik gərginliyi səbəbindən sıradan çıxmasını və bu səbəbdən iddiaçıya mənəvi ziyan vurulmasını sübuta yetirən dəlillər deyildir. Qeyd olunan səbəblərdən iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı iddia tələbi əsassızdır və təmin edilməməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və maddi ziyanın (1.000 manat məbləğində) ödənilməsi, mənəvi ziyanın (1.500 manat məbləğində) ödənilməsi, 2019-cu ildən ##.##.2026-cı ilə qədər hesablanmış 1.233 manat elektrik enerjisi haqqının 25%-inin (308 manat məbləğində) ödənilməsi, dövlət rüsumunun (40 manat məblğində) ödənilməsi, müqavilə şərtlərinə əməl olunması və fasiləsiz, keyfiyyətli enerji ilə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, evin girişinə qoşduğu stabilizator vasitəsilə elektrik gərginliyinin kəskin dəyişməsini (150.V) video və foto vasitəsilə qeydə almışdır. Həmçinin elektirik sayğacında evə gələn gərginliyin (187.V) görüntüsü mövcuddur. Dəfələrlə 199 Çağrı Mərkəzi və “xxxx” ASC-yə yazılı və şifahi şikayətlər bildirmişdir, gələn nümayəndələr sanki belə olmalıdır kimi “Hə bilirik burda işıq zəifdir, məlumat vermişik yeni güc mərkəzi qoyulmalıdır” deyib gedirlər, lakin heç bir real tədbir görülmür. Hətta bəzi dirəklər yıxılmaq təhlükəsindədir, deyəndə ki bunları düzəldin, cavabları belə olur ki, “qaldırıcı kranımız yoxdu, gələndə gəlib düzəldərik. Ancaq nədənsə illərdi bu qaldırıcı kran gəlmir.” Əlavə etdiyi şəkillərdən də görünür ki, dirəklərdə istifadəçilərin qoşulmaları qeyri-peşəkar görülmüşdür. Bu səbəbdən küləkli və yağışlı havalarda qığılcım, qısaqapanma verir. Bu səbəblərdən, elektrik enerjisinin keyfiyyətsizliyi nəticəsində istifadəsində olan elektrik avadanlıqları sıradan çıxıb (bir soyuducu, bir paltaryuyan və digər kiçik mətbəx avadanlıqları), ərzaq məhsuları məhv olub, yay aylarında evdə normal həyat mümkün olmayıb, evdə avadanlıqlar işləməyib, komfort təmin olunmayıb, gecələr belə günlərlə körpə uşaqlarla birlikdə çölə çıxmaq məcburiyyətində qalmışlar. Bu ilin fevral ayında gərginliyin kəskin artıb-azalması nəticəsində kombinin mühərriki sıradan çıxmışdır və o, bu anı videoya çəkmişdir. Həmin hadisədən dərhal sonra “xxxx” ASC-nin 199 çağrı mərkəzinə zəng vurub şikayətini bildirmiş və SMS vasitəsilə (1560580 müraciət nömrəsi) təsdiq cavabı almışdır. Lakin müraciətinə hələ də heç bir real tədbir görülməmiş, onunla əlaqə saxlanılmamışdır. O, hər zaman elektrik enerjisinin dəyərini vaxtında ödəmiş, elə aylar olub 10 qəpik borcu qalıb həmin borca görə ona sms göndərilib ki, xahiş olunur borcu ödəyəsiniz, lakin onun illərdi 199 Çağrı Mərkəzi və “xxxx” ASC-yə yazılı şikayətlərinə heç bir tədbir görülməyib. Həmçinin bildirmək istəyir ki, “xxxx” ASC tərəfindən 2019-cu ildən ##.##.2026-ci ilə qədər ona 1.233 manat elektrik enerjisi haqqı hesablanmışdır. Ilk instansiya məhkəməsində işə 4 iclasla 3 Hakim baxmışdır, 2-ci Hakim 3-cü iclasda ondan növbəti iclasa tələbin dəqiqləşdirilməsi və gərginliyin aşağı olmasına görə avadanlıqların sıradan çıxması barədə rəy tələb etdi. O, 4-cü iclas başlamazdan əvvəl tələbin dəqiqləşdirilməsi barədə ərizəni və Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının ## ###### 2026-cı il tarixli məktubunu Məhkəməyə təqdim etdi, lakin məhkəmə təqdim etdiyi sənədlərə baxmadı. Bu, prosesual pozuntu təşkil edir. Maddi ziyan: sıradan çıxmış avadanlıqlar və ərzaq məhsulları – 1.000 manat, mənəvi ziyan: isti yay aylarında kondisionerin işləməməsi səbəbindən gecələri körpə uşaqla saatlarla çöldə ağcaqanadın altında oturma və evdə komfortun olmaması – 1.500 manat. Ümumi ziyan: 2.500 manat təşkil edir. Məhkəməyə təqdim etdiyi şəkil və videolardan əlavə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının ## ###### 2026-cı il tarixli məktubu ilə də gərginliyin aşağı olduğu təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı, “xxxx”nın 10.1 bəndi Enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcələsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır, 10.7 bəndi Enerjitəchizatı müəssisəsi balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa borcludur, 10.9 bəndi Enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar və 10.11 bəndi Enerjitəchizatı müəssisəsinin təqsirindən istehlakçıya aşağı keyfiyyətli (bir və ya eyni zamanda bir neçə göstərici üzrə) elektrik enerjisi buraxıldıqda, enerjitəchizatı müəssisəsi, buraxılmış aşağı keyfiyyətli elektrik enerjisinin dəyərinin 25 faizi məbləğində istehlakçıya ödəniş ödəyir. Əgər aşağı keyfiyyətli elektrik enerjisinin təsirindən istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcələsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Xəzər Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə onun təqdim etdiyi sənədlərə və məhkəmə gedişatı zamanı qeyd etdiklərinə münasibət bildirməmişdir. Məhkəmə təqdim etdiyi sübutlara qiymət verməmiş, iddia tələbinin rədd edilməsini əsassız hallarla əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 12.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının yaşadığı ərazi əvvəllər boş sahə idi, orada əvvəllər evlər az idi, onlar xətt çəkiblər, KTM qoyublar ki, camaat qidalana bilsin. Əvvəllər 10-15 ev var idisə, hazırda say 200-300 olub, təbii ki, gərginlikdə aşağı düşmə olacaq. Bu yaxınlarda nümayəndələri ora göndərmişdi, əraziyə baxıblar, ora təzə KTM qoyublar, yaxın günlərdə məsələ həllini tapacaqdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
15. Bənd 10.7. Enerjitəchizatı müəssisəsi balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa borcludur.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – müqavilə öhdəliklərinin icrası tələbinə dair iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Işdən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh “xxxx” ASC arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilələr bağlanmışdır. Apellyasiya məhkəməsinin cavabdeh ASC- yə sorğusu əsasında ##.##.2026-cı il tarixdə elektrik enerjisinin alqı-satqısı barədə müqavilə iş materiallarına əlavə edilmişdir.
22. “xxxx” ASC 2019-cu ildən hazıradək iddiaçı ilə bağlanılmış elektrik enerjisinin alqısatqısına dair bütün müqavilələrin surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğuya cavab məktubunda bildirmişdir ki, istehlakçılarla "xxxx ASC" arasında bağlanan müqavilələr hər il yenilənir. Bu səbəbdən əvvəlki illərə aid müqavilələrin qüvvəsi itmiş hesab olunur. Qüvvədə olmayan müqavilələr arxivləşdirilmədiyi üçün hərnin sənədlərin təqdim edilməsi mümkün deyildir.
23. Tərəflər arasında bağlanmış müqavilənin (“Elektrik enerjisindən istifadə qaydları"na * saylı əlavə) 1-ci bəndində göstərilmişdir ki, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydları"nı rəhbər tuturlar.
24. Həmin Qaydaların 10.7-ci bəndinə əsasən isə, enerjitəchizatı müəssisəsi balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa borcludur.
25. Beləliklə, cavabdeh tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçını keyfiyyət göstəriciləri qüvvədə olan standartların tələblərinə uyğun elektrik enerjisi ilə təmin etmək öhdəliyi daşıyır.
26. Lakin işdən müəyyən edilir ki, cavabdeh üzərinə düşən bu öhdəliyi yerinə yetirmir.
27. Belə ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının ##.##.2026-cı il tarixli məktubuna əsasən, iddiaçınının ünvanına baxış zamanı yaşayış evi üçün həyətyanı sahənin hasarının xarici tərəfində quraşdırılmış hesablama elektrik sayğacında gərginliyin qiymətinin standartların tələblərinə uyğun olmadığı (gərginliyin aşağı olduğu) müəyyən edilmişdir.
28. Nəzərə alınmalıdır ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi icra edir, yəni o, elektrik enerjisindən istifadəyə görə ödənişləri həyata keçirir. Belə olan halda, iddiaçı cavabdehdən müqavilə öhdəliklərinin yerinə yetirilməsini tələb etməkdə haqlıdır.
29. Məhkəmə kollegiyası iddiaçının maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə əsaslandırmaya zərurət görmür.
30. Kollegiya apellyasiya şikayətində qeyd olunmuş “2019-cu ildən ##.##.2026-cı ilə qədər hesablanmış 1.233 manat elektrik enerjisi haqqının 25%-inin (308 manat məbləğində) ödənilməsi” barədə tələbə münasibətdə qeyd edir ki, hazırki tələb iddiaçı tərəfindən birinci instansiya məhkəməsində irəli sürülməmişdir. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən işə apellyasiya instansiyası məhkəməsində baxılarkən yeni tələblər o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Iddiaçı tərəfindən belə əsaslandırma təqdim olunmadığı üçün apellyasiya baxışı zamanı iddiaçının bu tələb qəbul edilə və apellyasiya araşdırmasının predmeti ola bilməz.
31. Bundan əlavə, işdən görünür ki, iddiaçı tərəfindən hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə 45 manat, apellyasiya şikayətinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Kollegiya bununla bağlı hesab edir ki, iddiaçı tərəfindən ümumilikdə dövlət büdcəsinə ödənilmiş 75 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən – müqavilə öhdəliklərinin icrası tələbinə dair iddianın təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilsin. Cavabdeh “xxxx” ASC tərəfindən iddiaçıya məxsus (abunə kodu: 03050**********) Bakı şəhəri Xəzər Rayonu Binə qəsəbəsi ünvanında yerləşən yaşayış evi keyfiyyət göstəriciləri qüvvədə olan standartların tələblərinə uyğun elektrik enerjisi ilə təmin edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Iddiaçı İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 75 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: